Spektroskopiya



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
  1   2   3   4   5   6   7   8   9   ...   34
M-8-molekulyar spektroskopiya



Səh. 

1

 

 



M8. MOLEKULYAR ABSORBSION  

SPEKTROSKOPIYA 

1.

 

İşıqudmanın əsas qanunları 

2.

 

İşıqudmanın əsas qanunundan kənara çıxmalar 

3.

 

Udma spektrləri 

4.

 

Udmanın intensivliyi 

5.

 

Fırlanma və elektron spektrləri 

6.

 

Absorbsion spektroskopiya cihazlarının əsas hissələri 

7.

 

Molekulyar absorbsion spektroskopiyanın maddələrin identifikasiyasında və təyinində tətbiqi 

8.

 

Fotometrik analizin optimal şəraiti 

9.

 

Fotometrik metodun həssaslığı və dəqiqliyi  

10.

 

Fotometrik reaksiyalar 

 

Molekulyar  absorbsion  spektroskopiya  maddələrin  elektromaqnit  şüalarını  udmasına  əsaslanır.  Udulan 



fotonların  enerjisindən  asılı  olaraq  UB,  görunən,  İQ,  mikrodalğa  və  rentgen  oblastlarında  absorbsion  spek-

troskopiyanı fərqləndirirlər. Bu oblastlarda fotonların enerjisi molekulda elektronların bir energetik səviy-yə-

dən  digərinə  keçməsinə  kifayətdir.  Molekulun  enerjisinin  dəyişməsində  əsas  rolu  elektron  keçidi  oynayır. 

Elektron  keçidi  rəqs  və  fırlanma  enerjisinin  dəyişməsi  ilə  müşayiət  olunur.  Ona  görə  də  molekulyar  spektr 

çoxlu sayda spektral xətlərdən ibarət olur. Enerjisi yaxın olan xətlər bir udma zolağında birləşir. Normal hala 

qayıdarkən molekul udulan enerjini istilik şəklində, az hallarda şüalanma şəklində itirir. Molekulların ümumi 

sayı ilə müqayisədə həyəcanlanmış molekulların sayı az olduğundan ayrılan istilik şüalandırılan sistemin ha-

lına təsir etmir. UB- və görünən spektr oblastlarında udma spektrinin yaranması elektronların işıq kvantlarını 

udub, daha yüksək energetik səviyyələrə keçmək qabiliyyəti ilə izah olunur. Ona görə də belə spektrlər çox 

vaxt 


elektron  spektrləri

  adlanır.  İQ-oblastda  işıq  kvantlarını  ayrı-ayrı  funksional  qruplar,  atomlar  udur.  Bu 

zaman onların rəqsi və fırlanma hərəkətlərinin energetik səviyyələri dəyişir. Ona görə də İQ-spektrləri 

mole-

kulyar

 

(rəqsi və fırlanma) spektr adlandırırlar.  



Sistem  tərəfindən  şüalanmanın  udulması  miqdarən 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə