…ssri, Yuqoslaviya necə dağıldısa İran da eləcə parçalanacaq



Yüklə 20,48 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü20,48 Kb.
#2220


 

www.turkalevi.com 



İran haqqında 

 

…SSRİ, Yuqoslaviya necə dağıldısa İran da eləcə parçalanacaq. 



 

*** 


 

Tehran  rejiminə  mən  niyə  düşmənəm?  Çünki  30  milyon  Azərbaycan  türkünü  əzab-işgəncə 

içində saxlayır. Mən onunla necə dost ola bilərəm? Millətimin başını kəsən adamla dost olmaq 

mümkündürmü? Ona görə də deyirdim ki, bu dövlətlər bizə düşməndir, onlarla o zaman dost 

olaram ki, mənim millətimə azadlıq versin. 

 

*** 



 

[İranda]  xalqlara  azadlıq  verilmir,  ölkədə  hərbi-polis  diktaturası  hökm  sürür,  vicdan  azadlığı, 

söz azadlığı yoxdur - kim müxalif söz desə onu asır, qətlə yetirirlər. Dinimizin hökmünə görə, 

qız  uşağı  dar  ağacından  asılmaz.  Ancaq  İran  nə  edir  -  hökumətin  əleyhinə  danışdığına  görə 

gecə onu zorla ərə verərək qızlığını alıb ertəsi gün asırlar! Bundan böyük cinayət ola bilərmi?! 

Yaxud  cinayət  etmiş hər hansı adamın boğazına məftil  keçirib [qaldırıcı] krandan asır və onu 

şəhərin  küçələrində  beləcə  gəzdirirlər!  Bu  cür  vəhşilik  nə  Qur'anda  var,  nə  dində,  nə  də 

imanda.  Belə  allahsız  rejim  yaşaya  bilməz!  Cinayətkara,  əlbəttə,  cəza  verilməlidir,  amma 

görəndə ki onu boğazdan asıb bir heyvan ölüsü kimi küçələrdə gəzdirirlər, insan istər-istəməz 

bunu  edən  hökumətə,  buna  fitva  verən  din  xadimlərinə  nifrət  edəcək.  Görün  o  asılmışın 

anası,  bacısı  nə  dəhşətli  hallara  düşəcək!  Buna  heç  kim  dözə  bilməz.  Belə  rejim  cinayətkar 

deyil, bəs nədir?! 

 

Özünün  varlığını  saxlamaqçün  ən  adi  insan  hüquqlarını  pozur,  öz  vətəndaşlarını  daim  qorxu 



içərisində saxlayır. Bəli, günahkara ən ağır cəza ver, ancaq onu küçələrdə gəzdirib adamların 

gözünün odunu almağa çalışırsansa artıq insan haqqını pozursan. İnsana təkcə öz günahına 

görə  yox,  başqalarını  qorxutmaqçün  cəzalar  verilməsi  nə  üçündür?  Ədalətsiz  dövləti,  rejimi 

qoruyub saxlamaqçün! 

 

Yaxud  başqa  faktı  götürək.  Parlament  qərar  çıxarır  ki,  onun  komissiyası  gedib  maliyyəni 



yoxlasın. Buna, məsələn, 1 il vaxt verilir. Gedir, 1 ildən sonra gəlir ki, biz tapşırılan işin cəmi 

40  faizini  yoxladıq,  60  faizi  qaldı.  Soruşanda  "niyə?",  deyir  ki,  bizi  yoxlamağa  buraxmadılar, 

icazə  vermədilər.  Baxın,  dövlətin  ali  məqamı,  qanunverici  orqanı  qərar  çıxarır,  onu  yerlərdə 

saymırlar. Deməli, bu dövlət çürüyüb. 

 

Ya da bir ali ruhani minbərə çıxaraq deyir ki, cənnətdə fars dilində danışacaqlar, siz də gərək 



fars  dilini  öyrənəsiniz.  Xalqın  ağsaqqalı,  ruhanisi  sayılan  bu  adam  xəstədir.  Belə  adamlarla 

dövlət,   ölkə   hara   gedəcək?   Onlar   bizə   qoca,   çənəsi   əsən,   ağlı   işləməyən   Brejnevi, 

Çernenkonu  xatırladırlar;  həmin  xəstə  şəxslər  guya  Sovet  hökumətini  idarə  edirdilər.  Belə 

rəhbərləri olan dövlət həmişə çökür. 

 

*** 


 

Bizə  deyirlər  ki,  siz  niyə  İranla,  Rusiyayla  dost  olmadınız;  belə  etsəydiniz  yıxılmazdınız. 

Vəzirov Rusiyayla da, İranla da dostdu;  bəs onu niyə yıxdılar? Ayaz Mütəllibov da eləcə. Bəs 

onu  niyə  saxlamadılar?  Azərbaycanda  yeni  dövlət  yaranmışdı  və  o  dövləti  saxlamaq  çətindi. 

Bu dövlətin qalmasına nə İran, nə Rusiya, nə Ermənistan, nə də onları dəstəkləyən qüvvələr 



 

www.turkalevi.com 

razıydı.   Bizim   hakimiyyəti   də   onlar   devirdilər  və   burada   millətçi   olub-olmamağımız   rol 

oynamadı. Bir Amerika jurnalisti yazmışdı ki, bu hakimiyyəti ona görə yıxdılar ki, ən doğru və 

demokratik yolla, millət yoluyla gedən hakimiyyətdi. 

 

*** 


 

Mən Əliəkbər Haşimi-Rəfsəncanini hakimiyyətdə olanda tənqid edirdim, indisə onu hələ xarici 

ölkələr  bir  yana,  bütün  İran  xalqı  tənqid  edir.  Deməli,  mən  qabaqcadan  onun  qiymətini  düz 

vermişəm. 

 

*** 


 

Amerika İranı irticaçı yox, cinayətkar rejim elan edib. Bir var sivilizasiyalı, mütərəqqi rejim, bir 

də  var  cinayətkar  rejim;  dünyanın  bir  çox  dövlətləri  də  bu  fikrə  qoşulublar  ki,  İranda 

cinayətkar rejim hökm sürür. 

 

*** 


 

Fars şovinizmi türk millətinin hüquqlarını zaman-zaman tapdalayıb. O, Tehran rejiminin əlində 

bir alətə çevrilib. Biz hər bir xalqın, o sıradan Azərbaycan türklərinin də öz milli müqəddəratını 

öz torpağında həll etməyin tərəfindəyik və bunun uğrunda mübarizə aparırıq. 

 

*** 


 

Fars  şovinizmi  mahiyyətcə  Hitler  faşizmindən  daha  mürtəcedir  -  Hitler  tutduğu  ölkələrdə 

əhalini  qırırdı,  ancaq  onların  mədəniyyətinə  dəymir,  deyirdi  ki,  kim  hansı  kitabı  oxuyur- 

oxusun,  kim  öz  dilində  danışır-danışsın.  Hətta  rus  şovinizmi  də  insanları  qırır,  onlara  zülm 

edirdisə də məktəblərinə toxunmurdu. 

 

*** 



 

Fars  şovinizmi  o  qədər  qəddardır  ki,  həm  insanları  qırır,  məhv  edir,  ölkədən  didərgin  salır, 

xalqın   mübarizəsini   sındırır...,   həm   də   öz   dilində   məktəb   açmağa,   öz   mədəniyyətini 

yaşatmağa  qoymur,  nəinki  qoymur, hətta o  mədəniyyəti  …öz  adına  çıxır;  "Azərbaycan"  adını 

oğurlamaq...,  "türk"  adını  yox  etmək  istəyir.  Yəni  dünyada  bunun  qədər  qəddar,  namərd  və 

alçaq şovinizm olmayıb və yoxdur. 

 

Belə  bir  şovinizm  bir  də  Jivkov  vaxtında  Bolqarıstanda  olmuşdu.  Orada  türkcə  danışmaq 



yasaqdı. Pasportda türklərin adlarını zorla dəyişdirib bolqar adları qoyurdular. Türklər …öz əsl 

adlarını  mürəkkəblə,  tuşla  qollarına,  bədənlərinə  döydürürdülər.  Bolqarıstan  "KQB"si  bundan 



xəbər tutdu, türklərin qolundakı, bədənindəki yazıları yandırıb sildilər... 

Yüklə 20,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə