Standartların kateqoriyaları



Yüklə 15,71 Kb.
tarix02.05.2023
ölçüsü15,71 Kb.
#107990
standart 2

Standartların kateqoriyaları.


«Standartlaşdırma haqqında» Azərbaycan Respublikasının 16 aprel 1996-cı ildə qəbul olunmuş və 8 oktyabr 1996-cı ildə Respublika Prezidentinin fərmanı ilə qüvvəyə minmiş Qanununa əsasən Respublikada standartlaşdırma üzrə aşağıdakı kateqoriyalı normativ sənədlər hazırlanır və tətbiq edilir:
Azərbaycan Respublikasının dövlət standartları (AZS).
Texniki-iqtisadi və sosial informasiya təsnifatları (TİSİT).
Sahə standartları (SSAZ).
Dövlətlərarası standartlar (QOST).
Texniki şərtlər (TŞAZ).
Müəssisə standartları (MS).
Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları (ETMCS).
Bu qanuna əsasən Respublikada standartlaşdırma sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır.
Standartların yuxarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir dairəsindən asılı olaraq həyata keçirilir.

Hər bir qrup standartlar üçün onların mütləq tətbiq olunma sahəsi, standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir.


Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Bu standartlar məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur.
Dünya təcrübəsində olduğu kimi, Azərbaycan Respublikasında AZS 1.0-96 standartına uyğun olaraq standartlaşdırma obyektlərinin spesifık xüsusiyyətlərinə və onlara qoyulan tələblərin məzmununa görə standartlaşdırma üzrə müxtəlif kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib hazırlanır:

əsasverici standartlar;

məhsul, xidmət üçün standartlar;

proseslər üçün standartlar;



nəzarət metodları (sınaq, ölçmə, analiz) üçün standartlar.

Əsasverici standartlar müəyyən fəaliyyət sahəsi üçün ümumi təşkilati-metodik müddəaları, həmçinin məhsulun yaradılması və istifadəsi proseslərində elmin, texnikanın və istehsalatın müxtəlif sahələrində qarşılıqlı anlaşılmanı, texniki vəhdəti və qarşılıqlı əlaqəni təmin edən ümumtexniki tələbləri, normaları və qaydaları təyin edir. Normativ sənədlərin bu növü elə təşkilati prinsipləri və müddəaları, tələbləri, qaydaları və normaları təyin edir ki, onlar bu sfera üçün ümumi xarakter daşıyır və həm elm, həm də istehsalat üçün ümumi məqsədlərin yerinə yetirilməsinə köməklik göstərir. Bütövlükdə bu tələb, qayda və normalar məhsulun (xidmətin) işlənməsi, istehsalı və istismarı zamanı ətraf mühitin mühafizəsini, onun insanın həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyini təmin edirlər.
Yüklə 15,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə