Standartlaşdırma və sertifikatlaşdırma haqqında ümumi arayış



Yüklə 100,12 Kb.

tarix20.09.2018
ölçüsü100,12 Kb.


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

 

 

Standartlaşdırma və sertifikatlaşdırma haqqında ümumi 



ARAYIŞ 

 

 

 

 

Hazırladı: 

Sənaye şöbəsinin Emal sənayesi sektorunun 

baş məsləhətçisi Sevda İmamverdiyeva  

 

 

 

 

BAKI – 2015 


 

Standartlaşdırma və sertifikatlaşdırma haqqında 



ÜMUMİ ARAYIŞ 

Standartlaşdırma – müəyyən bir işin icrası üçün bir tərəfdən aidiyyəti olan 

bütün  maraqlı tərəflərin  əməkdaşlığı ilə  bu  işin həyata keçirilməsi  qaydalarının 

müəyyən edilməsi, digər tərəfdən işin icrası zamanı bu qaydalara əməl edilməsi 

prosesidir. 

Standartlaşdırmanın nəticəsi olaraq ortaya çıxan sənəd standartdır. Standart 

–  maraqlı  tərəflərin  əksəriyyətinin  razılığı  əsasında  hazırlanmış  və  müvafiq 

səlahiyyətli  təşkilat  və  ya  orqanlar  tərəfindən  təsdiq  edilən  normativ  sənəddir. 

Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) 

keyfiyyətinə  və  təhlükəsizliyinə  dair  tələbləri  müəyyən  edir.  Standartın 

hazırlanması zamanı elmi, texniki və təcrübi fəaliyyətlərin dəqiq nəticələri əsas 

götürülür. 

Standartlar  hazırlanarkən  ölkənin  daxili  şərtləri,  insan  sağlamlığı  və 

məhsulun  təhlükəsizliyi,  istehsalın  və  ixracın  inkişafı,  idxalın  yoxlanması, 

istehlakçı  məsələləri,  keyfiyyət  və  ətraf  mühit  mövzuları  nəzərə  alınaraq 

beynəlxalq  (ISO,  İEC)  standartlarla  yanaşı,  digər  inkişaf  etmiş  ölkələrin  milli 

standartları əsas götürülür. Standartın əsas xüsusiyyəti onun dəyişən şərtlərə və 

inkişaf edən texnologiyaya uyğunlaşa bilmə qabiliyyətidir. 



Standartlaşmanın faydaları 

İstehsalçıya 

faydaları 

İstehsalın müəyyən bir plan və ya proqrama uyğun təşkil edilməsinə kömək edir 

Münasib keyfiyyətə və davamlı emala şərait yaradır 

İtkiləri və qalıqları minimuma endirir 

Məhsuldarlığı artırır 

Anbarda saxlanmanı və daşınmanı asanlaşdırır, qalıqların azalmasına gətirib çıxarır 

Xərcləri azaldır 

İstehlakçıya 

faydaları 

Məhsulun keyfiyyətinin təhlükəsizliyini təmin edir 

Müqayisəni və seçimi asanlaşdırır 

Qiymət və keyfiyyət cəhətdən aldanmanın qarşısını alır 

Ucuzluğa şərait yaradar 

İstehlakçının məlumatlandırılmasında vacib rol oynayır 



İqtisadiyyata 

faydaları 

Keyfiyyəti təşviq edir, keyfiyyət göstəricisi aşağı olan istehsalda meydana gələcək 

əmək, zaman və xammal itkisini aradan qaldırır 

Sənayeni müəyyən bir hədəfə istiqamətləndirir, istehsalda keyfiyyətin inkişafına 

kömək edir 

İqtisadiyyatda tələb və təklif tarazlığının yaranmasına kömək edir 

İdxal və ixraca üstünlük gətirir 

Sənayenin alt bölmələrinin yaranmasına və inkişafına kömək edir 

Rəqabətin inkişafına səbəb olur 

Keyfiyyətsiz malı dövriyyədən çıxarır 



Cədvəl 1. Standartlaşmanın faydaları 


 

 



Standartların növləri aşağıdakı kimi qruplaşdırılır:  

Standartların növləri 

Yaranma 

xüsusiyyətinə görə   

əsas standartlar 

məhsul alqı-satqısında və müxtəlif xidmətlərdə 

razılıq əldə etmək, qiyməti ölçmək və müqayisə 

etmək üçün istifadə edilən ümumi standartlar 



törəmə standartlar 

əsas standartlardan istifadə etmək üçün yaradılan 

standartlar 

Tətbiqedilmə 

sahələrinə görə 

müəssisə standartları 

müəssisələrin hər hansı ehtiyaclarını qarşılamaq 

üçün yaratdıqları standartlar 

sənaye standartları  

eyni məhsul istehsal edən sənaye quruluşlarının 

məhsulları üçün hazırladıqları standartlar 

regional standartlar 

ticarət əlaqələri quran ölkələrin qarşılıqlı fayda 

əldə etmək üçün aralarında razılaşaraq tətbiq 

etdikləri standartlar 



milli standartlar 

dövlət daxilində istifadə olunan standartlar 



dövlətlər arası 

standartlar 

müəyyən qrupa üzv ölkələr tərəfindən hazırlanan 

və bu ölkələrdə tətbiq edilən standartlar 

Tətbiq 

xüsusiyyətlərinə 

görə 

məcburi standartlar 

əsasən məhsulun təhlükəsizliyi ilə birbaşa 

əlaqədar olan və müvafiq qurum tərəfindən 

qüvvəyə minən, yerinə yetirilmədiyi zaman cəza 

tədbirləri tətbiq edilən standartlar 

ixtiyari standartlar 

məcburi standartlar istisna olmaqla digər 

standartlar 

Cədvəl 2. Standartların növləri 

 

Standartlaşdırma tarixi 

Standartlaşdırmanın  tarixi  insanlıq  tarixi  qədər  qədimdir.  Sənayedə  isə 

standartlaşdırma 4500 il əvvəl Misirdə piramidaların tikilməsində istifadə edilən 

daşların ölçüsündə və Romada su kanallarının çəkilməsində meydana gəlmişdir. 

Burada  dövlət  tərəfindən  alınan  su  vergiləri  istifadə  olunan  su  kanalının 

diametrinə  görə  hesablanırdı.  Babildə  isə  1,2,4,8  və  s.  miqdarında  artan  çəki 

alətləri tapılmışdır.  

Ticarət  əlaqələri  inkişaf  etdikcə  dövlət  orqanları  tərəfindən  nəzarətin 

aparılması üçün vahid ölçü və ağırlıq sisteminə keçməsi zərurəti yaranmışdır. Əl 

işləri üçün qoyulan qaydalar, formalaşan adət və ənənələr kimi tədbirlər hazırkı 

dövrdə müasir mənada standartları formalaşdırmağa başlamışdır.  

Sənayedəki  əsas  standartların  hazırlanması  və  bu  standartlara  görə 

istehsalın uyğunlaşdırılması  tarixi  XVIII əsrdə İngiltərədəki sənaye inqilabı ilə 

başlamışdır.  Müasir  standartlaşdırmanın  ilk  nümunəsi  1793-cü  ildə  ABŞ 

ordusunda tüfəng sifarişi nəticəsində yaradılmışdır. 

XX  əsrdən  başlayaraq  standartlar  üzrə  xüsusiləşmiş  orqan  və  təşkilatlar 

yaranmağa  başlamışdır.  Belə  ki,  1901-ci  ildə  İngiltərədə  Standartlar  Birliyi 

(indiki  Britaniya  Standartlar  Birliyi),  1917-ci  ildə  Almaniyada  Almaniya 

Standartlar Birliyi, 1918-ci ildə ABŞ-da ABŞ Standartlar Komitəsi (indiki ABŞ 




 

Mühəndislik  Standartlar  Komitəsi),  1922-ci  ildə  İsveçdə  İsveç  Standartlar 



Komissiyası, 1926-cı ildə Fransada Fransa Standartlar Birliyi yaradılmışdır.  

Bundan  əlavə,  1919-cu  ildə  Hollandiya  və  İsveçrədə,  1920-ci  ildə 

Avstriyada,  1921-ci  ildə  Yaponiyada  və  1925-ci  ildə  Rusiyada  Beynəlxalq 

Standartlaşdırma  Qurumları  yaradılmışdır.  Bu  sahədəki  işlər  İkinci  Dünya 

Müharibəsindən sonra daha da sürətlənmişdir. 

Hazırda  beynəlxalq  bazarlarda  rəqabətqabiliyyətli  olmağın  yolu 

standartlara  uyğun  keyfiyyətli  mal  istehsal  etmək  və  xidmət  təqdim  etməkdən 

ibarətdir.

  

Ticarət  üzrə  beynəlxalq  təşkilatlar  da  öz  fəaliyyətlərində  bu  məsələyə 



xüsusi  əhəmiyyət  verirlər.  Belə  ki,  ÜTT-nin  (Ümumdünya  Ticarət  Təşkilatı) 

fəaliyyətinin  80%-i,  İƏİT-nin  (İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı) 

fəaliyyətinin  50%-i,  ASOİƏ-nin  (Asiya  və  Sakit  Okean  İqtisadi  Əməkdaşlığı) 

fəaliyyətinin 25 %-i standartlarla bağlıdır. 



 

 

Dünya standartlaşdırma təşkilatları və standartlar 

 

ISO (International Organization for Standardization) 

İnkişaf  etmiş,  qeyri-hökumət  təşkilatı  olan  Beynəlxalq  Standartlaşdırma 

Təşkilatı  (ISO)  beynəlxalq  standartları  təmin  etmək,  beynəlxalq  standartlar 

yaratmaq məqsədilə 135 ölkənin beynəlxalq standart qurumlarının iştirakı ilə 23 

fevral 1947-ci ildə qurulmuşdur.  

Hazırlanan standartlar demək olar ki, sənayenin bütün sahələrini əhatə edir 

(o  cümlədən,  materiallar  texnologiyaları,  mühəndislik  texnologiyaları,  xüsusi 

texnologiyalar,  kənd  təsərrüfatı  və  qida  sahəsindəki  texnologiyaları,  ərzağın 

daşınması  və  bölüşdürülməsi,  elektronika,  informasiya  texnologiyaları  və 

telekommunikasiya,  tikinti,  sağlamlıq  və  ətraf  mühitin  təhlükəsizliyi,  ümumi 

sahələr və infrastruktur, elm və xidmət sahəsi də daxil olmaqla 9 sahə). 

ISO eyni zamanda standartların tərcüməsinə də məsuliyyət daşıyır. Hazırda 

təşkilatın  dünyanın  bir  çox  ölkəsinin  milli  standartlar  orqanlarından  ibarət  166 

üzvü vardır.  

Təşkilatın  mərkəzi  İsveçrənin  Cenevrə  şəhərində  yerləşir  və  burada 

(mərkəzi  aparatda)  150-dən  çox  işçi  daimi  olaraq  çalışır.  Təşkilat  daxilində 

3.483  texniki  orqan  fəaliyyət  göstərir.  Təşkilat  ilk  standartını  1987-ci  ildə  nəşr 

etmiş  və  2013-cü  ilin  hesabatına  əsasən  indiyədək  19.977  standart  və  standart 

tipli sənəd nəşr edilmişdir.  

Təşkilatın bir çox məqsədi vardır: 

-

 

Beynəlxalq əmtəə və xidmət mübadiləsini asanlaşdırmaq; 




 

-



 

Elmi,  texniki,  iqtisadi  sahələrdə  qarşılıqlı  razılaşmaları  təmin  etmək 

üçün dünyada standartlar formalaşdırmaq; 

-

 



Beynəlxalq  standartları  uyğunlaşdırmaq,  birləşdirmək  və  tövsiyələr 

vermək; 


-

 

Bütün üzvlərin razılığı ilə beynəlxalq standartlar yaratmaq;  



-

 

Beynəlxalq  aləmdə  istifadə  üçün  əlverişli  olan  yeni  standartların 



yaranmasını dəstəkləmək;  

-

 



Beynəlxalq  və  texniki  qurumların  işlərinə  dair  məlumat  mübadiləsini 

həyata keçirmək; 

-

 

Standartlaşma ilə bağlı digər beynəlxalq qurumlarla əməkdaşlıq etmək, 



standartlaşdırma ilə əlaqədar bu qurumların işini asanlaşdıracaq işlərdə 

iştirak etmək.  

ISO-da standartların yaranma mərhələsi aşağıdakı kimidir: 

-

 



Təklif mərhələsi;  

-

 



Hazırlıq mərhələsi; 

-

 



Komitə mərhələsi; 

-

 



Sorğu mərhələsi; 

-

 



Rəy mərhələsi; 

-

 



Nəşr mərhələsi. 

 

ISO standartlarının əsasını idarəetmə sisteminin standartları təşkil edir.  



İSO-nun əsas standartlar qrupu 

ISO 50001 

Enerjinin idarəedilməsi 

ISO 14000 

Ətraf mühitin idarəedilməsi 

ISO 9000 

Keyfiyyətin idarəedilməsi 

ISO 22000 

Ərzaq təhlükəsizliyinin idarəedilməsi 

ISO/IEC 27001 

Məlumat təhlükəsizliyinin idarəedilməsi 

ISO 20121 

Davamlı tədbirlərin idarəedilməsi 

ISO 26000 

Sosial məsuliyyət 

ISO 31000 

Riskin idarəedilməsi  

ISO 3166 

Ölkə kodları 

ISO 4217  

Valyuta kodları 

ISO 639 


Dil kodları 

ISO 8601 

Zaman və tarix format 

Cədvəl 3. ISO standartlarının əsas qrupları (Mənbə: 

www.iso.org



) 

 



 

IEC 



(International 

Electrotechnical 

Commission) 

–  Beynəlxalq 

Elektrotexniki  Komissiya  1906-cı  ildə  Cenevrədə  fəaliyyətə  başlamışdır. 

Elektrik,  elektronika  və  elektromexanika  sahələri  üzrə  beynəlxalq  standartlar 

hazırlayır. 51 üzvü vardır və bu günədək 4.500 standart hazırlanmışdır. 



IFAN – Standartların Tətbiq Edilməsi üzrə Beynəlxalq Federasiya 1974-cü 

ildə Parisdə yaradılmış və 21 üzvü mövcuddur. Beynəlxalq Standartların tətbiq 

edilməsi  üçün  müvafiq  konfranslar  və  tədbirlər  təşkil  edərək  əməkdaşlığın 

artırılması kimi fəaliyyətlərlə məşğuldur.  



WPO  (World  Packaging  Organization)    Qeyri-kommersiya  və  qeyri-

hökumət 


təşkilatı 

olan 


WPO 

milli 


qablaşdırma 

institutlarından, 

assosiasiyalarından,  regional  qablaşdırma  federasiyalarından,  digər  maraqlı 

tərəflərdən və ticarət assosiasiyalarından ibarət beynəlxalq federasiyadır. Dünya 

Qablaşdırma  Təşkilatının  əsası  6  sentyabr  1968-ci  ildə  Tokio  şəhərində 

qoyulmuşdur.  Təşkilatın  48  üzvü  vardır.  Məqsədi  beynəlxalq  səviyyədə 

qablaşdırma  və  qablaşdırma  məhsulları  mövzularında  fəaliyyət  göstərmək, 

yarışmalar  və  sərgilər  təşkil  edərək  ətraf  mühiti  qoruyan  ən  yaxşı 

qablaşdırmanın istifadəsini təşviq etməkdir. 

CEN 

(European 

Committee 

for 

Standardization) 

 

Avropa 


Standartlaşdırma  Komitəsi  ISO-nun  məqsədlərinə  uyğun  şəkildə  1960-cı  ildə 

qurulmuşdur.  Mərkəzi  Brüssel  şəhərində  yerləşir.  Elektrik  və  elektrotexnika 

mövzuları  istisna  olmaqla,  digər  mövzular  üzrə  standartlar  hazırlayan  regional 

bir qurumdur. Təxminən 1.400 standartı mövcuddur. 



CENELEC  (European  Committee  for  Elektrotecnical  Standardization)   

Elektrotexniki  Standartlar  üzrə  Avropa  Komitəsi  IEC-in  məqsədlərinə  oxşar 

məqsədləri  əsas  tutaraq  1973-cü  ildə  qurulmuşdur.  Mərkəzi  Brüssel  şəhərində 

yerləşən  bu  regional  qurum  elektrik  və  elektrotexnika  ilə  əlaqədar  standartlar 

hazırlayır. Təşkilatın 1.200-ə yaxın standartı vardır. 

ETSI  (European  Telecommunications  Standars  Institution)    Avropa 

Telekommunikasiyalar  Standartları  İnstitutu  telekommunikasiya  sahəsində 

standartlar  hazırlayan  regional  təşkilat  kimi  fəaliyyət  göstərir.  5  qitənin  64 

ölkəsindən  hökumətlər,  hökumət  orqanları,  milli  standartlaşdırma  orqanları, 

mobil operatorlar, istehsalçılar, istehlakçılar, xidmət təchizatçıları, elmi-tədqiqat 

orqanları,  universitetlər,  məsləhətxanalardan  ibarət  750  üzvü  vardır.

 

İldə 


təxminən  2.000-2.500  standart  nəşr  edir.  Fəaliyyətə  başladığı  gündən  (1988-ci 

ildən) bu yana təxminən 30.000 standart nəşr etmişdir.  



EOQ  (European  Organization  for  Quality)    Avropa  Keyfiyyət  Təşkilatı 

1957-ci ildə fəaliyyətə başlamışdır. Regional bir quruluş olan EOQ-nun məqsədi 




 

keyfiyyət,  keyfiyyətli  məhsul  istehsalı  və  istifadəsi  üzrə  istehlakçılara  və 



istehsalçılara  məlumatları  çatdırmaq  üçün  müvafiq  işlər  görməkdir.  Təşkilatın 

hazırda 25 üzvü var. 



Regionlararası Standartlar Birliyi  SSRİ-nin dağılmasından sonra Türkiyə 

Standartlar  İnstitutunun  başçılığı  ilə  1991-ci  ilin  9-11  sentyabr  tarixlərində 

yaradılmışdır. 20 üzvü vardır.

 

 



SMIIC (Standardization and Metrology İnstitution of Islamic Countries)  

İslam  Ölkələrinin  Standartlaşdırma  və  Metrologiya  İnstitutu İslam  Əməkdaşlıq 

Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin təşəbbüsü 

ilə  yaradılmışdır.  İnstitutun  Əsasnaməsi  COMCEC-in  15-ci  görüşündə 

İstanbulda  1999-cu  ildə  imzalanmışdır.  Təşkilatın  yaranmasında  məqsəd  bu 

ölkələr  arasında  ticarət  əlaqələrini  inkişaf  etdirməklə  ümumi  standartlar 

yaratmaq, standartlar təşkilatı olmayan ölkələrin təşkilatını yaratmaq tədris işləri 

ilə məşğul olmaq idi. Hazırda institutun 31 üzvü və 7 texniki komitəsi var. 



 

Türkiyədə standartlaşdırma 

XIII  yüzilliyin  ortalarından  etibarən  Türk  cəmiyyətinin  sosial,  iqtisadi  və 

mədəni həyatında böyük rol oynamış Ağsaqqallar Şurası, tacirlər və sənətkarlar 

arasında peşə əxlaqının qorunması, hiyləli işlərin qarşısının alınması üçün təsirli 

bir mexanizm qurmuşdu.  

Ancaq  bugünkü  standartlara  uyğun  ilk  standart  Türkiyədə  1502-ci  ildə 

Sultan  II  Bəyazit  tərəfindən  imzalanmış  “Qanunnamə-i  İhtisab-i  Bursa”  (Bursa 

Bələdiyyə  Qanunu)  fərmanıdır.  Standart  və  istehlakçı  ilə  bağlı  münasibətlər 

XVII  əsrdən etibarən bazar nizamnamələri ilə tənzimlənmişdir. Respublika elan 

olunduqdan sonra 1930-cu ildə “Ticarətdə Təğşişin Mən-i və İxracın Mürəkkəbə 

və Qorunması Haqqında” 1705 saylı qanunla Standartlaşdırma ilə bağlı ilk işlərə 

başlanılmışdır.  

II  Dünya  müharibəsindən  sonra  isə  bütün  dünyada  iqtisadiyyatın  inkişaf 

etdirilməsi  ilə  əlaqədar  standartlaşdırma  və  keyfiyyətə  nəzarət  mövzuları 

yenidən  vaciblik  qazandı  və  1954-cü  ildə  Türkiyə  Standartlaşdırma  İnstitutu 

yaradıldı.  Hazırkı  vəziyyətə  1960-cı  ildə  qəbul  edilmiş  132  saylı  qanunla 

gətirilmişdir.  Mərkəzi  Ankara  şəhərində  yerləşən  qurumda  1.500-ə  yaxın  işçi 

çalışır. 40-a yaxın standartı vardır. 

İnformasiya  texnologiyaları,  ətraf  mühit,  eletrik,  elektrotexnika  və 

təhlükəsizlik,  elektrik  istehsalı,  çatdırılması  və  bölüşdürülməsi,  işıqlandırma, 

binaların  daxilinin  köməkçi  təchizat,  keçiricilər,  kabellər  və  izolyasiya 

materialları,  yüksək  gərginlik  ləvazimatları  və  ildırımdan  qorunma  sistemləri, 

elektronika,  sənaye  xidmətləri,  sosial  xidmətlər,  tikinti  materialları,  izolyasiya, 



 

örtük  və  köməkçi  vasitələr,  akustika  vasitələri,  tikinti  təhlükəsizliyi,  kimya, 



mədən,  emal  maşınları  və  dəstləri,  avtomatika,  maşın  təhlükəsizliyi,  təsisat, 

isitmə,  soyutma  və  havalandırma  sistemləri,  təzyiqli  qablar,  ərzaq,  halallıq, 

metallurgiya,  milli  təhlükəsizlik,  şəxsi  qoruyucu  və  oyun  sahələrinin  təchizatı, 

yanğın,  qablaşdırma,  idarəetmə  sistemləri,  enerji  və  enerji  sistemləri,  meşə  və 

meşə  məhsulları,  neft-kimya,  neft  və  neft  məhsulları,  sağlamlıq,  tibbi,  tekstil, 

aqrar,  elektrik  və  elektronika  xidmətləri  və  mexanika  və  elektromexanika 

xidmətləri üzrə standartlar hazırlayır.  

 

Azərbaycanda standartlaşdırma  

1906-cı  ildə  Bakıda  4  nəfərdən  ibarət  tərkibdə  25  №-li  yoxlama  köşkü 

fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqazda ilk dəfə olaraq, Bakı şəhərində 

ölçmə  və  çəki  vasitələrinin  yoxlanması  məntəqələri  təşkil  olunmuşdur.  1926-ci 

ildə  bütün  ölkə  ərazisində  elektrik  sayğaclarının  dəqiqliyinin  məcburi 

yoxlanması  barədə  qərar  qəbul  olunmuşdur.  1931-ci  ildə  ölçmə  və  çəki 

vasitələrinin  yoxlanması  palatası  standartlaşdırma  üzrə  büro  şəklində  təşkil 

olunmuş,  1966-cı  ildə  Azərbaycan  SSR  Nazirlər  Soveti  tərkibində  yaradılmış 

standartlaşdırma  üzrə  Komitəyə  respublika  əhəmiyyətli  standartlara  və  ölçmə 

vasitələrinə  dövlət  nəzarəti  laboratoriyası,  eyni  funksiyalı  Kirovabad  rayonu 

(hazırkı Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil edilmişdir.  

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  respublikada  standartlaşdırma 

və  metrologiya  üzrə  dövlət  siyasəti  Nazirlər  Kabineti  tərkibində  fəaliyyət 

göstərən  Standartlaşdırma  və  Metrologiya  Mərkəzi  tərəfindən  aparılmışdır. 

2001-ci  ildə  Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və 

Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. 2008-ci ildə isə Dövlət Agentliyinin 

bazasında  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi 

yaradılmışdır. 

Komitə  texniki  tənzimləmə,  standartlaşdırma,  metrologiya,  uyğunluğun 

qiymətləndirilməsi,  akkreditasiya,  keyfiyyətin  idarə  edilməsi  və  sənaye 

mülkiyyəti  obyektlərinin  mühafizəsi  sahələrində  dövlət  siyasətini  və 

tənzimlənməsini həyata keçirir. 

2012-ci ildə  isə  Komitə  yanında  Texniki Tənzimləmə  və  Standartlaşdırma 

üzrə  Dövlət  Nəzarəti  Xidməti,  Komitə  yanında  Dövlət  Metrologiya  Xidməti, 

Komitə yanında Dövlət Akkreditasiya Xidməti və 2013-cü ildə isə Azərbaycan 

Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu yaradılmışdır. Komitənin 7 sahə 

üzrə texniki komitəsi vardır. 

Respublikada  standartlaşdırma  üzrə  aşağıdakı  normativ  sənədlər  tətbiq 

edilir: 


1) Azərbaycan Respublikasının dövlət standartları;  


 

2) texniki-iqtisadi və sosial informasiya təsnifatları;  



3) sahə standartları;  

4)  müəyyən  edilmiş  qaydada  tətbiq  olunan  beynəlxalq  (regional)  və 

dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr;  

5) texniki şərtlər;  

6) müəssisə standartları;  

7)  elmi-texniki  və  mühəndis  cəmiyyətlərinin  və  digər  ictimai  birliklərin 

standartları. 

 

Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin əsasını təşkil 



edən 6 Dövlət standartı mövcuddur: 

1. AZS 1.0-96,         4. AZS 1.4-96,  

2. AZS 1.2-96,         5. AZS 1.5-96 

3. AZS 1.3-96,         6. AZS 1.6-96 

 

Komitənin normativ sənədlər fondunda 22.000 sənəd mövcuddur. Onlardan 



720-i  milli  standartdır.  Hazırda  respublika  ərazisində  4  beynəlxalq  standart 

(bank işi sahəsində) tətbiq edilib. 2013-cü ildə müxtəlif sahələr üzrə 81 standart 

qəbul edilmişdir. 2014-cü il üzrə isə 138 standart hazırlanmışdır.  

Ümumiyyətlə  bir  standartın  hazırlanması  təxmini  olaraq  4-5  ay  tələb  edir 

və 3 forma əsasında hazırlanır: 

-

 



Beynəlxalq  standartlar  olduğu  kimi,  heç  bir  dəyişikliyə  məruz 

qalmadan tərcümə edilir, 

-

 

Beynəlxalq standartlar əsasında milli standartlar hazırlanır, 



-

 

Tamamilə  ölkəyə  xas  olan  qanunlar  və  xüsusiyyətlər  nəzərə  alınaraq 



hazırlanır.  Məsələn,  dönər  əti  və  şadlıq  sarayları  ilə  bağlı  olan 

standartlar. 



 

 

Sertifikatlaşdırma  

Sertifikatlaşdırma  latın  dilindən  təxmini  tərcümədə  “düzgün  edilmiş” 

mənasını  verir.  Beləliklə  “sertifikat”  istehsal  edilmiş  məhsulun  və  ya  təqdim 

edilən xidmətin bu sahədə mövcud olan standarta uyğunluğunu təsdiq edir.  

İstehsalat müəssisəsi və ya xidmət göstərən müəssisə tərəfindən sertifikatın 

alınması prosesinə sertifikatlaşdırma deyirlər. Bu termin ilk dəfə olaraq ISO-nun 

Sertifikatlaşdırma  Məsələləri  üzrə  Komitəsi  (CASCO)  tərəfindən  istifadə 

edilmişdir. 

Məhsulun sertifikatlaşdırılması əhalinin həyatının, sağlamlığının, əmlakının 

və  ətraf  mühit  üçün  təhlükəli  olan  məhsulun  buraxılmasının  və  satışının 




10 

 

qarşısının  alınması,  istehlakçılara  məhsulun  səriştəli  seçilməsində  köməkliyin 



göstərilməsi və müəssisələrin beynəlxalq-iqtisadi, elmi-texniki əməkdaşlıqda və 

beynəlxalq ticarətdə iştirakı üçün şəraitin yaradılması üçün aparılır. 



 

Sertifikatlaşdırmanın növləri  

Uyğunluğun sertifikatlaşdırılması – lazımi tərzdə eyniləşdirilmiş məhsulun, 

prosesin  və  ya  xidmətin  konkret  standarta  və  ya  digər  normativ  sənədə  uyğun 

olduğuna zəmanətin üçüncü tərəfin (istehsalçı – birinci tərəf, istehlakçı – ikinci 

tərəf) inamlı sübut etməsidir. 

Məcburi  sertifikatlaşdırma  –  xüsusi  səlahiyyət  verilmiş  orqan  tərəfindən 

məhsulların,  proseslərin  və  ya  xidmətlərin  normativ  sənədlərin  məcburi 

tələblərinə uyğunluğunun təsdiqidir. 

Könüllü  sertifikatlaşdırma  –  istehsalçının  (ixracatçının,  satıcının, 

tədarükçünün),  istehlakçının  (istehlakçı  cəmiyyətlərinin),  həmçinin  dövlət 

orqanlarının  (sifarişçinin)  təşəbbüsü  ilə  könüllülük  əsasında  həyata  keçirilən 

sertifikatlaşdırmadır. 

 

 

Sertifikatlaşdırmanın tarixi  



 

Almaniya  

1920-ci  ildə  Alman  Standartlaşdırma  İnstitutu  (DIN)  Almaniyada  DIN 

standartlarına  uyğunluq  nişanı  təsis  etmiş  və  bu  qaz  avadanlıqlarından,  su 

təchizatı  avadanlıqlarından  və  bir  neçə  digər  məhsullardan  başqa  bütün  növ 

məhsullara  şamil  edilmişdir.  Elə  həmin  illərdə  Alman  Elektrotexniki 

Assosiasiyası  tərəfindən  (VDE)  məişət  elektrotexnika  avadanlıqları, 

elektrotexniki  kabellər  və  şnurlar,  elektromaqnit  şüalanma  avadanlıqları  və 

elektron texnikası məmulatları üzrə sertifikatlaşdırma sistemi yaradıldı. 



Fransa  

1938-ci 


ildə 

Fransada  NF  (Fransız  Standart)  nişanının  milli 

sertifikatlaşdırma  sistemi  yaradıldı.  Sistem  ikinci  dünya  müharibəsindən  sonra 

praktiki  fəaliyyət  göstərməyə  başladı.  Hazırda  bu  sistem  75-dən  çox 

sertifikatlaşdırma  sistemlərini  özündə  birləşdirir  ki,  onların  da  hər  biri  konkret 

məhsul  qruplarına  aid  edilir.  Məsələn,  məişət,  cihaz  və  maşınlar  üzrə  15 

sertifikatlaşdırma  sistemi  fəaliyyət  göstərir.  1981-ci  ildən  başlayaraq  18  milli 

təşkilat  Fransa  hökuməti  tərəfindən  sertifikatlaşdırma  üzrə  səlahiyyətli  orqan 

kimi tanınmışdır. Onların içərisində ən nüfuzlusu AFNOR təşkilatıdır. 

 



11 

 

ABŞ 

Burada  vahid  sertifikatlaşdırma  qaydaları  və  ya  sertifikatlaşdırma  üzrə 

vahid  milli  orqan  yoxdur,  müxtəlif  istehsalçı  assosiasiyalarının,  şəxsi 

kompaniyaların nəzdində yaradılmış yüzlərlə sistem fəaliyyət göstərir. ABŞ-da 

sertifikatlaşdırma  milli  və  beynəlxalq  səviyyədə  keyfiyyətə  zəmanət  rolunu 

oynayır.  Sertifikatlaşdırmanın  məcburiliyini  təyin  edən  qanunvericiliyin 

olmamasına baxmayaraq, sığorta kompaniyasının  milli laboratoriyası, Amerika 

Qaz  Sənaye  müəssisələrinin  laboratoriyası,  Nebraska  Ştatında  yerləşən  kənd 

təsərrüfatı  texnikasının  sınaq  mərkəzi  kimi  ümumi  tanınmış  təşkilatların 

nəzdində yaradılmış sertifikatlaşdırma sistemləri böyük nüfuza malikdir. 

Türkiyə 

Türkiyə  Standartlar  İnstitutunda  1964-cü  ildə  “Standarta  Uyğunluq 

Sertifikatlaşdırma  (TSE  MARKASI)”  mexanizminin  tətbiqi  ilə  standartlara 

uyğunluq sertifikatlaşdırılması başlanılmışdır. Hazırda burada sertifikatlaşdırma 

bir sıra istiqamət üzrə tətbiq edilir. Bu istiqamətlərin arasında istehsal yerlərində, 

əmtəələrdə  (maddə,  məmulat,  məhsul),  idxal  mallarında,  laboratoriyalarda, 

xidmət  yerlərində,  keyfiyyət  sistemlərində,  ətraf  mühitin  idarəedilməsi 

sistemlərində sertifikatlaşdırma mövcuddur. 

 

 

Azərbaycanda sertifikatlaşdırma 



Nazirlər  Kabinetinin  343  saylı  1  iyul  1993-cü  il  tarixli  qərarı  ilə 

sertifikatlaşdırmanı  həyata  keçirmək  üçün  1993-cü  ildə  Azərbaycan  Dövlət 

Standartlaşdırma 

və 


Metrologiya 

Mərkəzi 


tərəfindən 

AZS 


Milli 

Sertifikatlaşdırma sistemi yaradılmışdır.  

AZS 

Milli 


sertifikatlaşdırma 

sisteminin 

təşkilati 

strukturuna 

Sertifikatlaşdırma  üzrə  milli  orqan,  oxşar  məhsulun  sertifikatlaşdırılması  üzrə 

akkreditləşdirilmiş orqanlar, akkreditləşdirilmiş sınaq laboratoriyaları, keyfiyyət 

sistemlərinin 

sertifikatlaşdırılması 

və 

istehsalatın 



attestasiyası 

üzrə 


akkreditləşdirilmiş orqanlar, məhsulun istehsalçıları və tədarükçüləri daxildir.  

Ümumilikdə Azərbaycanda 20 akkreditləşdirilmiş orqan, 170 akkreditasiya 

edilmiş  laboratoriya  (78  yeyinti  məhsulları  üzrə,  22  neft-kimya  sahəsində,  17 

maşınqayırma  sahəsində,  12  inşaat  materialları  sahəsində,  40  kalibrləmə 

laboratoriyası, 21 digər sahələr üzrə) fəaliyyət göstərir.  

Azərbaycanda  sertifikatlaşdırma  sahəsində  son  illərdə  sürətli  inkişafın 

olduğu  müşahidə  olunur.  Sertifikatlaşdırma  üzrə  şirkətlərin  fəaliyyəti  1993-cü 

ildən  başlamasına  baxmayaraq,  beynəlxalq  standartlar  üzrə  sertifikatlaşdırma 

demək  olar  ki,  yalnız  2000-ci  ildən  etibarən  başlamışdır.  2003-cü  ilə  qədər 



12 

 

beynəlxalq standart tətbiq edən şirkətlərin sayı 5, 2003-cü ildə 30, 2004-cü ildə 



42, 2005-ci ildə 85, 2006-cı ildə 68, ümumilikdə isə 230 şirkət olmuşdur. 

Ölkəmiz  standartlaşdırma  və  sertifikatlaşdırma  sahəsində  Ümumdünya 

Ticarət  Təşkilatı  (WTO),  BMT-nin  Sənaye  İnkişafı  Təşkilatı  (UNIDO), 

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi 

(CEN),  Codex  Alimentarius  və  Beynəlxalq  Elektrotexnika  Komitəsi  (IEC), 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatı  (WIPO),  Avropa  Patent  İdarəsi  (EPO), 

Avropa  Patent  Təşkilatı  (EAPO),  İslam  Ölkələrinin  Standart  və  Metrologiya 

İnstitutu  (SMIIC),  Regionlararası  Standartlaşdırma  Birliyi  (BASB),  Avropa 

Akkreditasiya  Təşkilatı  (EA)  və  Beynəlxalq  Laboratoriya  Akkreditasiyası 

Əməkdaşlıq Təşkilatı (ILAC) ilə sıx əməkdaşlıq edir. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə