Start meydançalarında katastrofların baş verməsi (texnikanın dağılması və insan ölümü) səbəbindən yaranan ekoloji problemlər



Yüklə 60,17 Kb.
səhifə1/2
tarix23.03.2022
ölçüsü60,17 Kb.
#84670
  1   2
Start meydançalarında katastrofların baş verməsi (texnikanın dağılması və insan ölümü) səbəbindən yaranan ekoloji problemlər


Start meydançalarında katastrofların baş verməsi (texnikanın dağılması və insan ölümü) səbəbindən yaranan ekoloji problemlər
Kosmik nəqliyyatda fövqəladə halın mənbəyinin xüsusiyyətlərini nəzərə alan meyarlar aşağıdakılardır:

-raket-kosmik katastrofların start meydançalarında, yaşayış məntəqələrində və start meydançalarından, yaşayış məntəqələrindən kənarda baş verməsi;

-raket-kosmik məmulatın (aparatın) yerə düşməsi və dağılmasının istəniln faktı;

-kosmonavt və astronavtların həlak olması;

-start meydançalarında katastrofların baş verməsi (texnikanın dağılması və insan ölümü);

-kosmik nəqliyyatın işinin yerdə sınağı zamanı partlayış və insan ölümü.

Burada insan ölümü ilə əlaqəli olan fövqəladə halların xronologiyasına baxılır.

Kosmik yarışda geri qalması səbəbindən keçmiş SSRİ-də göyərtəsində təyyarəçi-kosmonavt V.Komarovu tam təkmil olmayan “Soyuz-1” kosmik gəmisinin 23 aprel 1967-ci ildə orbitə çıxarılmasına gətirib çıxardı. O, açıq kosmosa çıxdıqdan sonra yaranan problemlərlə mübarizə aparmağa başlamışdır. Belə ki, günəş batareyasının bir hissəsinin panalelləri açılmadığı üçün kosmik gəmidə elektrik enerjisi çatışmazlığı yaranmışdı. Bununla bərabər, ion priyentasiya sistemi dayanıqlı işləmədi və oriyentasiyanın günəş-ilduz vericisinin işi dayandı. Qeyri-simmetrik açılan hünəş batareyaları gəminin kütlə mərkəzinin yerini dəyişmişdir. Bu səbəblərdən uçuşun dayandırılması qərarı qəbul edildi. Sistemin imtinası və kütlə mərkəzinin asimmetriyası gəmini tormozlamaya istiqamətləndir­mə­sinə imkan vermədi. Buna görə də kosmonavt gəmini əllə uğurlu formada idarə etməyə başladı. Tormoz impulsu da düzgün formada verilmişdi. Sonra gəmi orbitdən aşağıya çıxdı, gəmi bölmələrinin ayrılması baş verdi və enən aparatın atmosferin sıx təbəqələrində tormozlanması başladı. Lakin, bundan sonra yer atmosferinin 7 km hündürlüyündə gəminin paraşüt sistemi xarab oldu və o, 50-60 m/san sürətlə yerə düşdü və yanğın başladı. Hadisə yerində həlak olmuş kosmonavtın cəsədi tapıldı. Bu katastrof idarə olunan kosmik gəmi ilə əlaqəli ilk hal olmuşdur.

Katastrof səbəbindən “Soyuz” proqramı 18 ay təxirə salınmış, parşüt sistemindəki çatışmazlıqlar aradan qaldırlımışdır. Bundan sonra paraşütlə bağlı problemlər yaranmamışdır.


Yüklə 60,17 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə