Stefan Sveyq Gözlə görünməyən kolleksiya pdf.



Yüklə 88,7 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü88,7 Kb.
#2083


Stefan Sveyq  Gözlə görünməyən kolleksiya PDF. 

 

(Almaniyadakı infilyasiya dövründən bir epizod) 



 

Drezdenden iki dayanacaq sonra bizim kupeyə yaşlı bir kişi mindi,nəzakətlə salam 

verdi və sonra nəzələrini məndən çəkmədən çüsusi bir ifadə ilə başını təzədən 

mehribanlıqla tərpətdi,elə bil,məni yaxşı tanıyırdı. İlk baxışdan onu harada 

gördüyümü xatırlaya bilmədim. Ancaq incə bir təbəssümlə adını deyəndə yadıma 

düşdü: o, Berlinin ən tanınmış bukinistlərindən idi. Boş vaxt tapan kimi tez-tez 

onun mağazasına baş çəkir,kitablara baxır,bəzən də nəsə alırdım. Əvvəlcə oradan-

buradan söhbət etdik. Birdən üzünü mənə çevirib dedi: “Sizə indicə hardan 

gəldiyimi danışmalıyam. Çünki bu,mənim kimi otuz yeddi illik iş təcrübəsi olan 

yaşlı bukinistin başına gələn ən qəribə hadisədir. Yəqin ki,özünüz bilirsiniz,pulun 

dəyəri öləndən bəri incəsənət əsərlərinin satışı nə vəziyyətə düşüb. Son dövrdə 

varlananların könlünə birdən-birə qotik üslubda olan madonnalar və qədim 

nəşrlər,köhnə qravürlər və rəsm əsərləri düşüb: onların istəklərini tam yerinə 

yetirmək olmur,gərək ev-eşiyin boşalmasına da imkan verməyəsən. Ən çox da qol 

sancaqları və masaüstü lampaları alırdılar. Bu da getdikcə daşınmaz yükə 

çevrilirdi,halbuki onların əvəzinə yeni əşyalar,sənət əsərləri əldə etmək daha yaxşı 

olardı. Bağışlayın ki,bizim müqəddəs hesab elədiyimiz əşyalar haqqında belə açıq-

saçıq danışıram. Amma bu axmaq varlı tayfası bircə şeyə vərdiş edib ki,çox gözəl 

qədim bir Venesiya nəşrinin qiymətini dollarla hesablasın və ya Quverçinonun öz 

əli ilə çəkdiyi ilahi bir əsəri maddiləşdirib,ona bir neçə yüz frank qiymət qoysunlar. 

Qəfildən nəsə alıb yığmaq həvəsinə düşən bu adamların inadkarlığı qarşısında 

dayanmaq olmur. Beləliklə,bircə günün içində talandım,dükanın pərdələrini salıb 

qapını bağlamaqdan başqa çarəm qalmadı,çünki atama da babamdan qalmış bu 

köhnə dükanımızdazirzibil görəndə utanırdım,çünki belə zirzibili şimaldakı küçə 

alverçiləri də özlərinə yük eləməzdi. 

 

Bu çətin günlərdə ağlıma gəldi ki,köhnə müştərilərin adları yazılmış dəftəri 



vərəqləyim: bəlkə,onlardan yenə bir neçə dəyərli nüsxə qopara bilərdim. 

Köhnəlmiş müştəri siyahısı bir növ qəbiristanlığı xatırladır,xüsusilə də indiki 

dövrdə. Bu siyahı mənə elə yeni bir şey də vəd etmirdi: Bizim əvvəlki 

müştərilərimizin çoxu hərraclarda öz yerlərini itirməli olmuş,digərləri rəhmətə 

getmişdilər. Yerdə qalan,bu günə kimi yaşayanlardansa nəsə alacağıma da ümidim 

yox idi. Elə bu vaxt gözümə lap köhnə müştərilərimizdən hansınınsa bir qalaq 




məktubu sataşdı.Həmin müştəri ona görə yadımdan çıxmışdı kki,dünya 

müharibəsi başlanandan bəri,yəni  1914-cü ildən sonra bizə heç bir sifariş 

verməmişdi. Bu məktubların,az qala,altmış yaşı vardı. Şişirtmirəm,həqiqətən 

də,belə idi! 

 

O,atamdan da,babamdan da nəsə almışdı,ancaq mənim işə başladığım otuz yeddi 



il ərzində dükana ayaq basdığı yadıma gəlmirdi. Bütün əlamətləri onun çox 

qəribə,özünəməxsusluğu ilə seçilən köhnə kişilərdən,Mentselin,Şpitsveqin 

fırçasından çıxan,unudulan,nadir nüsxələr kimi yalnız ucaq şəhərlərdə tək-tük rast 

gəlinən almanlardan olduğuna dəlalət edirdi. Məktublar gözəl xətlə,səliqəli 

yazlımışdı,hərflər muncuq kimi düzülmüşdü. Məbləğlər qırmızı qələmlə 

yazılmış,üstəlik də xətkeşlə altından xətt çəkilmiş,qarışıqlıq yaranmasın deyə 

rəqəmlər iki dəfə qeyd olunmuşdu. Bununla yanaşı,köhnəlmiş,qopardılmış,saysız-

hesabsız minnətdarlıq məktubları və zərflər bu insanın nə dərəcədə xırdalığa fikir 

verən və dəhşətli dərəcədə qənaətcil bbir kənd kişisinin olmasına bariz 

nümunəydi. Bu vacib sənədlərin sonu isə anlaşılmaz qəliz adlarla imzalanmışdı: 

meşə təssərrüfatı və iqtisadiyyatı idarəsinin istefada olan müşaviri,istefada olan 

leytenant, Birinci Dərəcəli Dəmir Xaç Ordeni kavaleri və.s . Deməli, 70-ci illərin 

veteranı kimi,ən azı,səksən yaşı olmalı idi,əlbətdə,əgər sağ idisə. 

 

Ancaq bu məzəli,qənaətcil kişi qədim əsərlərin kolleksioneri kimi iti ağıla,dərin 



zəkaya və gözəl zövqə malik bir adam təsiri bağışlayırdı. Onun,təqribən,altmış 

ildən bəri verdiyini sifarişləri yavaş-yavaş hesabladıqca məlum oldu ki,hələ ən 

gözəl alman ağac qravürünü bircə  talerə almaq mümkün olduğu bir zamanda bu 

adi kəndli səssiz-səmirsiz,rahatca elə bir mis qravür kolleksiyası toplayıb ki,ən varlı 

adamların kolleksiyaları ilə bir sırada dayana bilərdi. Çünki elə bizim bu balaca 

dünkandan yarım əsr ərzində qəpik-quruşa aldığı əsərlərin indi qiyməti yox 

idi,bundan əlavə də,çox güman ki,hərraclardan və tacirlərdən də çox şey qoparmış 

olardı. 1914-cü ildən sonra ondan bizə daha sifariş gəlməmişdi. Hər halda,mən 

incəsənət sahəsi üzrə ticarətdəki bütün proseslərə yaıxndan bələdəm.Əgər belə 

bir külliyatın hərracı və qapalı satışı olsaydı,xəbər tutardım : deməli,bu fövqalədə 

insan ya hələ sağdır, ya da o kolleksiya varislərinin əlində olmalıdır. 

 

Bu iş məni yaman maraqlandırdı. Ona görə elə ertəsi gün,yəni dünən axşam yola 



düzəldim. Saksoniya kəndlərinin yollarının dözülməz olduğu gözümə görünmürdü. 

 



Vağzaldan çıxıb baş küçəni dolaşdıqca,cır-cındır geyinmiş kənd sakinlərini,onların 

evə bənzər primitiv daxmalarını gördükcə,həmin kişinin də,şəkillərin də – 

Rembrandtın,Dürerin və Manteqnanın misilsiz əsərlərininbunlardan birində olması 

fikri mənə ağlasığmaz gəlirdi. 

 

Mərkəzi poçtdan belə bir adda meşə təsərrüfatı və iqtisadiyyatı üzrə təqaüddə 



olan müşavirin harada yaşadığını soruşdum. Açığını desəm,yaman həyəcanlı idim. 

Heç günorta olmamışdı ki,onun evini tapdım. 

 

Ünvanı tapmaq elə də əziyyətli olmadı. Kişinin mənzili gördüyüm xudmani kasıb 



kənd evlərinin ikinci mərtəbəsində yerləşirdi,elə bil,onu 60-cı illərin təcrübəsiz bir 

mühəndisi tələm-tələsik tikib başa çatdırmışdı. Birinci mərtəbəni dərzi 

tutmuşdu,ikinci mərtəbədə solda poçt müdirinin adı yazılmış metal lövhə adamın 

gözünü qamaşdırırdı,nəhayət sağda çini lövhədə meşə təsərrüfatı  və iqtisadiyyatı 

üzrə müşavirin adı yazılmışdı. Çəkinə-çəkinə qapını döydüm və o qədiqə yaşlı,ağ 

saçlı,başında təmiz qara ləçəyi olan bir qadın çıxdı. Ona vizit kartımı göstərib,kişini 

soruşdum. Qadın təəccüblə və açıq-aşkar bir şübhə ilə əvvəl üzümə sonra karta 

baxdı. Deyəsən,bu ucqar şəhərə,belə törtökül köhnə evə uzaqdan qonaq gəlməsi 

nadir hadisə idi! Qadın nəzakətlə bir az gözləməyimi xahiş etdi,kartı götürüb otağa 

qayıtdı. İçəridən onun pıçıltısını eşidirdim və birdən qaldın bir kişi səsi gəldi: 

“Oh,Berlindəki antikvar dükanından cənab R… buyursun,buyursun…çox şadam!” 

 

Ağbirçək qadın asta addımlarla geri qayıdaraq məni içəri-otağa dəvət etdi. 



 

Paltomu çıxarıb içəri keçdim. Xudmani bir otağın tam ortasında yaşlı ,amma çox 

gümrah görünən pələbığ bir kişi dimdik dayanmışdı. Əynində isə ipli,milli libasa 

bənzər ev şalvarı vardı və hər iki əlini çox səmimiyyətlə mənə tərəf açıb 

saxlamışdı. Amma sözün düzü,mənə elə gəldi ki,onun qonağını belə mühriban 

qarşılaması ilə yerindəcə durub tərpənməməsi bir-birinə uyğun gəlmir. Mənə sarı 

bir addım belə atmadı,mən də çəkinə-çəkinə,qısqana-qısqana ona tərəf getməli 

oldum və əlini tutmaq istədim. Əllərinin mənimkinə doğru yox,əks tərəfə 

hərəkətsiz durduğu gözümə sataşdı,sanki,bir toxunuş gözləyirdilər. Gözlərimi 

qaldırıb ikindi dəfə üzünə baxdıqda,hər şeyi anladım: o,kor idi.. 

 



Uşaq vaxtından kor adamlar qarşısında özümü həmişə dəhşətli dərəcədə narahat 

hiss etmişəm,utanmışam,pərt olmuşam ki,qarşımdakını olduğu kimi hiss edirəm,o 

isə bunu mənim kimi duya bilmir,canlı bir adam ola-ola,məni onun ağarmış qalın 

daını qaşları altındakı boşluğa zillənmiş hərəkəsiz gözlərini görəndə,yenə də məni 

vahimə bürüdü. 

 

Ancaq kor qoca məni bu pis vəziyyətdə çox qalmağa qoymadı,əlim əlinə dəyən 



kimi onu coşqunluqla,möhkəm-möhkəm sıxdı. “Görünməmiş hadisədir!” – deyə 

güldü. – “Doğurdan da,Berlinin möhtəşəm kişilərindən birinin bizim tərəflərə 

yolunu salması əsl möcüzədir! Bu o deməkdir ki,tacirlədən ən məşhuru əgər 

qatara oturub buralara qədər gəlibsə,ehtiyatlı olmaq vaxtı yetişib. Bizim evdə 

həmişə deyərdilər ki,qarçı gəlirsə,qapını və cibini bağla..Hə,bizi nə üçün arayıb-

axtardığınızı təsəvvür etmək çətin deyil. Hal-hazırda zavallı Almaniyamızda 

dükanların vəziyyəti yaxşı deyil,daha müştərilər qalmayıb,buna görə indi 

möhtərəm cənablar köhnə müştərilərin “qədrini bilir”,qurbanlıq qoyun axtarırlar… 

Amma təəssüflər ki,mən sarıdan bəxtiniz gətirməyəcək,mənim kimi kasıb qoca 

təqaüdçülərinsüfrəsində bir parça çörək də toy-bayramdır. Sizin indi kəlləçarxa 

qalxmış qiymətlər bizlik deyil. Bizimki qurtardı… Özü də həmişəlik…” 

 

O saat hər şeyi açıqladım,dedim ki,məni səhv başa düşüb,buraya nəsə satmağa 



gəlməmişəm,sadəcə olaraq,yolum bu tərəflərə düşdüyü üçün fikirləşdim ki,fürsəti 

ədən verməyib onu –bizim dükanın çoxillik sadiq müstərisini,eləcə də Almaniyanın 

ən böyük kolleksionerlərindən birini ziyarət edib öz hörmət və ehtiramımı 

bildirsəm çox yaxşı olar. Elə “ Almaniyanın ən böyük kolleksionerlərindən biri” 

sözünü deyən kimi qocanınüzündəki ifadə dəyişdi. O,otağın ortasında donub 

qalmışdı,amma hərəkətlərində qəfil bir şuxluq,qürur hissi sezilirdi. Yana tərəf 

döndü,sanki,arvadının orada olduğunu zənn edib ona – “Eşidirsən?!” – demək 

istəyirdi. Sanki,bayaqkı adam deyilmiş kimi,səsindəki qaba hərbiçi tonunu bir 

kənara qoyaraq sevinclə,nəzakətlə mənə müracət etdi: 

 

“ Siz düz eləmisiniz… Çox düz… Amma yəqin ki,buralara hədər yerə elə-belə gəlmiş 



olmazsınız. Nəisə götürməyə,nəyəsə baxmağa gəlmiş olarsınız. Elə bir şey ki,onu 

hər gün görmək olmur. Hətta sizin o möhtəşəm Berlinizində də.. Hətta “Albertina” 

muzeyində və o lənətə gəlmiş Parisdə də tapılmayan bir şey… Nəyisə altmış il 

toplayanda ,bir şey alınır. Luzie,dolabın açarını mənə ver!” 

 



Qəflətən gözləmədiyim bir hadisə baş verdi. Bayaqdan kişinin yanıdna durub şirin-

şirin gülümsəyən,nəzakətlə bizi dinləyən ağbirçək ana hər iki əlini qaldırıb,yalvarış 

dolu baxışlarla möhkəm-möhkəm başını yelləyir, “Yox! Yox!” işarəsi verirdi. Əvvəl 

nə demək istədiyini başa düşmədim. Sonra ərinə tərəf gedib,əllərini onun çiyninə 

qoydu: “Hervart axı..” – deyə araya girdi, – “heç cənabdan soruşmadın bəlkə,onun 

kolleksiyaya baxmağa heç vaxtı yoxdur?! Özüdə artıq günorta olur. Axı həkim 

bərk-bərk tapşırmışdı ki,yeməkdən sonra bir saat dincəlməlisən. Bəyəm onları 

yeməkdən sonra göstərsən olmaz?! Sonra da birlikdə qəhvə içərdik. O vaxta kimi 

Annemari də qayıdar.. O, hərşeyin yerini məndən də yaxşı  bilir,sənə kömək edər!” 

 

Sözünü bitirər-bitirməz, yenə də bayaqkı hərəkətlər ilə israrla məndən nəsə alnaya 



bimədiyim bir şeyi xahiş etməyə başladı. Nəhayət , anladım. O istəyirdi ki,mən 

kolleksiyaya baxmağı sonraya saxlayım. O dəqiqə bəhanə tapdım,dedim ki,onun 

kolleksiyasına məmnuniyyətlə baxardım,bu,mənim üçün böyük şərəf olardı,amma 

təəssüf ki,bir nəfərə narahara söz vermişəm,ancaq saat üçdən sonra gələ bilərəm. 

Qoca sevimli oyuncağı əlindən alınmış uşaq kimi oyan-buyana döyükdü, – “Siz 

Berlinli cənabların heç vaxt heç nəyə vaxtı olmur. Amma bu dəfə mütləq vaxt 

tapın,bu üç-dörd əsər deyil. Deməli,saat üçdə… Vaxtında gəlin,gözləyəcəm,yoxsa 

hamısına baxıb qurtara bilmərik”… 

 

Yenidən əlini mənə tərəf uzadıb havada saxladı. “Öz işinzə baxın,” – dedi, – 



“istəsəniz sevinərsiniz,ya da əsəbiləşərsiniz. Ancaq siz nə qədər çox 

əsəbiləşsəniz,mən də o qədər sevinəcəyəm. Biz kolleksionerlər beləyik : hamısı 

bizim olsun,başqalarına heç nə qalmasın!” Və yenə də əlimi möhkəm-möhkəm 

sıxıb silkələdi. 

 

Ağbirçək xanım məni qapıya kimi ötürdü. Bütün bu vaxt ərzində onun açıq-aşkar 



narahatçılığını,gizlətməyə çalışdığı həyəcanı gözümdən yayınmamışdı. Qapının 

kəndarına çatan kimi güclə eşidiləcək bir səslə kəkələdi: “Olar..Olar,qızım 

Annemari bizə gəlməmişdən əvvəl sizinlə görüşsün? Mütəlif səbəblərə görə,belə 

daha yaxşıdır. Siz mehmanxanada nahar edəcəksiniz ,elə deyilmi?!” 

 

“Əlbətdə,çox şad olaram! Böyük məmnuniyyətlə…” – dedim. 



 


Və doğurdan da,bir saat sonra baxar meydanındakı mehmanxanın balaca 

yeməkxanasında nahar qurtaran kimi,içəri sadə geyimli,yaşlı görünən bir qız girdi. 

Gözləri kimisə axtarırdı. Ona yaxınlaşıb özümü təqdim etdim və kolleksiyaya 

baxmaq üçün onunla getməli olduğumu başa saldım. Amma qızın rəngi allandı və 

anası kimi özün itirmiş halda dedi ki,əvvəl mənə bir-iki kəlmə sözü var. Görürdüm 

ki,çox çətinlik çəkir. Hər dəfə cəsarətini toplayıb nəsə deməyə çalışanda,qızarıb 

pörtürdü. Nəhayət,həyəcan içində kəkələməyə başladı:  “ Sizin yanınıza məni 

anam göndərib. O,mənə hər şeyi danışdı və bizim sizdən böyük xahişimiz var… 

Atamın yanına getməmişdən əvvəl,sizi məlumatlandırmaq istərdim… 

Atam,əlbətdə,öz kolleksiyasını sizə göstərmək istəyir… Ancaq bu kolleksiya…Artıq 

bütöv deyil…orada bəzi əsərlər yoxdur…” – Qız dayanıb dərindən nəfəs aldı,sonra 

qəfildən üzünü mənə çevirib tələsə-tələsə dedi: “ Sizinlə açıq danışacağam… 

Zəmanənin necə olduğunu bilirisniz,hər şeyi anlayacaqsınız… Müharibə 

başlayandan sonra atamın gözləri tamamilə tutuldu. Ondan əvvəl görmə 

qabiliyyəti tez-tez pozulurdu.,keçirdiyi həyəcan gözünün nurunu bütbütün əlindən 

aldı. Yetmiş altı yaşında olmasın baxmayaraq , Fransa ilə döyüşə getmək istəyirdi. 

Ordumuz 1870-ci ildə olduğu kimi irəliləyə bilməyəndə,bərk həyəcanlandı və 

görmə qabiliyyətini sürətlə itirməyə başladı. Yoxsa hələ çox gümrahdır,elə son 

dövrlərə qədər saatlarla gəzirdi,ova gedirdi. İndi gəzintilərə son qoyulub,həyatda 

yeganə sevinci o kolleksiyadır. Hər gün onlara tamaşa edir … yəni,onları 

görmür,amma heç olmasa toxunmaq üçün hər gün nahardan sonra çantaları 

çıxardır,illərdən bəri əzbər bildiyi əsərləri hər dəfə növbə ilə,bir-birinin ardınca 

sığallayır. Hal-hazırda onu heçnə maraqlandırmır. Onun üçün həmişə qəzetləri 

mən oxuyuram,bahalaşmalar haqqında məlumatlandırıram… Hərraclarda 

qiymətlərin qalxdığını eşitdikcə.sevincidən yerə=göyə sığmır…çünki..ən dəhşətlisi 

budur ki,atamın pulun qiymətindən xəbəri yoxdur,hansı zəmanəyə gəlib 

çıxdığımızı bilmir… Bilmir ki,hərşeyimizi itimişik və onun təqaüdü ilə ikicə gün 

dolanmaq mümkün deyil… Bu da azmış kimi,bacımın ərini də itirdik,indi o,dörd 

uşağı ilə bizim üstümüzə qalıb… Atamınsa bu maddi çətinliklərimizdən xəbəri 

yoxdur. Əvvəlcə qənaət etməyə başladıq… Həmişəkindən də çox qənaət 

edirdik,amma bir şey çıxmırdı. Sonra satmağa başladıq… Əlbətdə, onun 

kolleksiyasına əl vurmaq olmazdı… Bir az bər-bəzək şeyləri satıldı,amma ilahi nələr 

oldurdu o vaxt…Atam altmış ildən bəri əlinə düşən hər qəpiy ncaq öz vərəqlərinə 

xərcləmişdi… Və bir gün daha satmağa heç nə qalmadı… Bilmirdik,bundan sonra 

nə edək,necə edək…və onda…onda…anamla bir əsər satdıq. Atam ömründə buna 

yol vemrəzdi,o axı bilmir əziyyət necə pisdir. Təsəvvürü belə yoxdur ki,əlaltından 

ərzaq tapmaq necə çətindir. Bir də onu bilmir ki,biz müharibədə məğlub olduq, 

Elzas və Lotaringiyanı əldən verdik… Bu haqda olan məlumatları,xəbərləri 

qəzetlərən oxumuruq ki,həyəcanlanmasın. Stdığımız əsər çox qiymətli idi, 



Rembrandtın qravürası idi. Onun üçün alverçi bizə çox pul təklif etmişdi…neçə min 

mark…və ümid edirdik ki bir neçə il heç nədən korluq çəkmərik… Ancaq özünüz də 

bilirsiniz,pullar necə batır… Əlimizdə nə qalmışdısa,banka yatırdıq,amma iki aydan 

sonra onlar da əldən getdi. Beləcə,daha bir əsər satmalı olduq,sonra yenə… 

Alverçi də pulu elə vaxt göndərirdi ki,tamamilə dəyrdən düşmüş olurdu. Sonra 

hərraclarda süründük,orada da bizə milyonlar vəd edildi,Bu milyonlar əlimizə gəlib 

çatana kimi dəyərsiz kağız parçalarına çevrilirdilər. Bu minvalla onun 

kolleksiyasının gözü olan ən gözəl əsərlərindən tutmuş,bir neçə əsərə kimi 

tədricən əldən çıxdı. Özü də ona görə ki,bu miskin,zavallı həyatı yaşayırıq… Atamın 

isə heç nədən xəbəri yox idi. Buna görə də anam sizin gəlişinizdən bərk qorxuya 

düşüb…Çünki atam çantnı açsaydı bilinərdi ki,hər şey yox olub. Daha doğrusu,o 

hiss etməsin deyə satdıqlaırmızın yerinə köhnə rəsmlər və çap kağızları,buna 

bənzər şeylər qoymuşuq. Çünki atam onlara yaxşı bələddir… Onların hər birinə 

növbə ilə toxunarkən çöhrəsində,gözləri gördüyü vaxtlada olduğğu kimi,böyük bir 

sevinc görünür. Onların sırasını da hafizəsində yaxşı saxlayıb. Atam bu balaca 

şəhərdə heç kəsi onun xəzinəsini görməyə layiq bilməzdi… Bu vərəqlərin hər birini 

dəlicəsinə sevir…lap çox sevir… Hiss etsə ki,əlinin altındakılar çoxdan yox 

olublar,məncə,ürəyi tab gətirməz. Bu illər ərzində…yəni Drezden qaleriyasındakı 

mis qravürlər şöbəsinin müdiri rəhmətə gedəndən bəri yeganə adamsınız ki,atam 

öz çantasını göstərmək fikrinə düşüb. Ona görə də xahiş edirəm…” 

 

Qız qəflətən əllərini mənə tərəf uzatdı və gördüm ki,gözləri yaşarıb. “ … Sizdən 



xahiş edirik…onu bədbəxt etməyin..elə bizi də.. Həyatdakı son şirin xəyallarını 

əlindən almayın… Bizə yenə də kömək edin…onu inandıraq ki…təsvir edəcəyi o 

əsərlərin hamısı yerindədir. Əgər nədənsə zərrə qədər şübhələnsə,ürəyi buna 

dözə bilməz. Bəlkə,ona qarşı böyük haqsızlıq,ədalətsizlik etmişik,amma başqa 

çarəmiz yox idi… Axı neçə insan həyatı…dörd yetim körpənin,eləcə də bacımın 

həyatı,əlbətəd ki,bir neçə cızma-qara kağızdan daha vacibdir… Bu günə kimi də 

onun yeganə sevincini əlindən almamışıq. Hər axşam çağı üç saat ərzində onları 

vərəqləmək,canlı kimi əzizləyib oxşamaq,hətta söhbətləşmək onu dünyanın ən 

xoşbəxt insanı edir. Bu günü isə bəlkə də,ən xoşbəxt günü hesab edir,ona görə 

ki,illərdən bəridir həsrətini çəkdiyi bu işin yaxşı bilicisinə öz gözəllərini təqdim edə 

bilər. Xahiş edirəm…əllərimi açıb sizə yalvarıram: onun xoşbəxt dünyasını alt-üst 

etməyin!” 

 

Bütün bu deyilənlər o qədər təsirli idi ki,sözlərlər heç cür ifadə edə bilmərəm. 



İlahi,bir antikvar alverçisi kimi infilyasiya dövründə fırıldaqçılar,yaramazlar 


tərəfindən aldadılmış,alçaldılmış,qarət edilmiş adamlara o qədər rast gəlmişdim 

ki! Bir parça çörək ucbatından 100 illərlə babalarından qalan bütün mal-mülkləri 

əllərindən qamarlanıb alınmışdı… Amma bu ailənin qeyri-adi taleyi məni əməlli-

başlı duyğulandırdı. Əlbətdə,qıza susacağıma və əlimdən gələni əsirgəməyəcəyimə 

söz verdim. 

 

Yola düzəldik və gedə -gedə öyrəndim ki,bu yazıq,təcrübəsiz qadınların qəpik-



quruşla başlarını çox aldadıblar. Hirs məni boğdu,amma elə buna görə də onlara 

axıra qədər kömək etmək fikrim qətiləşdi. 

 

Pilləkənlərlə yuxarı qalxdıq,qapının zəngini çalan kimi,içəridən sevinclə guruldayan 



qocanın səsi gəldi: “Buyurun,buyurun!” Korlara xas olan duyma qabiliyyəti 

ilə,yəqin,bizim addım səslərini artıq pilləkəndən eşitmiş olardı. “ Hervart sizə öz 

xəzinəsini göstərəcək deyə ,səbrsizlikdən gözlərini belə yummadı”,- deyə ağbirçək 

ana gülümsədi. Qızın hər şeyi başa düşdüyümü bildirən işarəsi qadnın içindəki 

təşvişi yatırtdı. Masanın üstündə çantalar hazır halda durmuşdu,sanki,bir himə 

bənd idilər… 

 

Kor qoca əlimi hiss edən kimi,salam-kalamı uzatadan qolumdan tutaraq kresloya 



oturtdu. 

 

“Belə…indi başlaya bilərik.. Baxmağa o qədər şey var ki… Ancaq Berlinli cənabların 



vaxtı hanı?” Bu birinci çanta ustad Dürerin işləridir və əmin ola bilərsiniz ki,hamısı 

buradadır,özlləri də bir-birindən gözəldir. Mən deməsəm də,özünüz 

görüb,qiymətləndirəcəksiniz! Budur,baxın! – O,birinci səhifəni açdı. – “Böyük at”. 

 

Rəsmi barmaqlaırnın ucu ilə qovluqdan elə bir incəliklə ehmalla götürüb yuxarı 



qaldırdı ki,sanki,tutduğu şey hər an yerə düşüb sına bilərdi. Onun içində isə 

çərçivəyə salınmış,saralmış adi bir tablo var idi. 

 

O,dəyərsiz kağızı heyranlıqla qarşısında tutdu. Heç nə görməsə də,heyran-heyran 



boş kağıza xeyli baxdı. Bir nöqtəyə zillənmiş cansız gözləri həmin an şəfqət saçırdı. 

Bu parıltı kağızın yaratdığı refleks idi,yoxsa içindən süzülürdü? Bilmirəm… amma 

gözləri nura boyanmış,işıqlanmışdı. 



 

“Nə sözünüz?!” – fəxrlə dilləndi. “İndiyə kimi budan gözəl nəsə görmüsünüz? Hər 

bir detal,hər bir təfərrüat elə aydın görünür k! Mən onu Drezdendəki nüsxə ilə 

müqayisə etmişdim. O ,çox  tutqun və solğun təsir bağışlayırdı. Hələ üstəlik 

nəsillərində qalan yadirgardır! Buranı görürsüz?”- tablonu o biri üznə çevirib 

barmağının ucu ilə müəyyən yerləri elə dəqiq göstərdi ki,özümdən ixtiyarsız həmin 

izlərin orada olduğunu düşünüb diqqətlə baxdım. – “ Kolleksioner Naqlerin 

möhürüdür…Bu da Remanın…Eysedaylın.. Onların ağlına belə gəlməzdi ki…Bu 

əsərin əvvəlki sahiblərini deyirəm…Nə vaxtsa onların tablosu bu balaca otağa gəlib 

çıxar”. 


 

Tüklərim biz-biz olmuşdu,heç nədən xəbəri olmayan bu zavallı bomboş kağızı 

heyranlıqla əzizləyirdi. Onun xəyalında canlandırdığı,gözü ilə görmədiyi rənglərin 

hər millimetrinə bitdə-bitdə barmaqlaırnın ucu ilə toxunmasını izlmək dəhşət idi. 

Vahimədən udlğımda nəsə düyünlənmişdi. Nə deyəcəyimi bilmirdim.Özümü 

itirmiş halda oyan-buyana baxanda,gözümə yenə də əllərini yuxarı qaldırıb 

yalvaran,həyəcandan tir-tir əsən yaşlı qadın sataşdı. Özümü əla aldım,yaratmalı 

olduğum rolu oynamağa başladım. “ İnanılmazdır!” – kəkələyib nəhayət səsimi 

çıxartdım. “Çox mhtəşəm nümunədir”. Qürurundan sifəti işıqlandı. “Bu hələ 

harasıdır”, – sevincək dilləndi. – Siz hələ “Melanxoliya” ya da “Ehtiras” adlanan 

əsərlər baxmamısınız,çox nadir nüsxədir,məncə,belə keyfiyyət çətin bir də ələ 

düşsün. Bir bura baxın! – və yenə barmağını xəyali təsvirin üzüədinə incə-incə 

gəzdirdi. “Bu təravətə,şux və insanın içini isidən qaynar rənglərə fikir verin! Yəqin, 

Berlin bunlara mat qalardı. Berlinin alicənab antikvarçılarının,muzey 

direktorlarının isə ağııları başlarından çıxardı. 

 

Və beləcə onun məğrur və şux danışığı arasıkəsilmədən iki saat davam etdi. 



Yox,bunu sözlərlə çatdırmaq mümkün deyil. Onunla üzərində heç bir təsvir 

olmayan,boş ,sürtülmüş,köhnəlmiş,min,ya iki min kağıza tamaşa etmək əsl işgəncə 

idi. Ən ürək ağrıdan isə dünaydan xəbəri olmayan bu zavallı insanın yaddaşındakı 

xatirələrin unudulmaması idi. Hər bir əsərin ən kiçik hissəsi haqqında 

yanılmadan,səhvsiz,bir-birinin ardınca şərhlər verməsi,təriflər yağdırması mənim 

üçün inanlımaz,eyni zamanda,faciəvi dərəcədə ağır idi. Gözlə görünməyən 

kolleksiya çoxdan alınıb-satılıb,dörd bir yana paralanıb,külü göyə 

sovrulmuşdu,amma bu aldadılmış kor qoca üçün o hələ də orda,əl dəyilməmiş 

vəziyyətdə yerindəcə dururdu. Təxəyyülünün gücü o qədər güclü idi ki,bəzi 

anlarda mən də dediklərinin real olduğuna inanmağa başlayırdım.Tək bircə dəfə 




qəfil qorxu hissi onun söhbətini yarıda kəsməyə məcbur etdi. Həmin an üzündəki 

əminlik hissi qeyb oldu,sanki röyadan raımçıq oyatdılar. O, Rembrandtın 

“Antiope” adlanan əsərinə çatanda ( söhbət,doğurdan da,qiyməti olmayan bir 

sınaq nüsxəsindən gedirdi),yenə də nüsxənin keyfiyyəqin tərifləyir,hisslərinin təsiri 

ilə həssas barmaqlarını onun üzərində gəzdirirdi və birdən həssas barmaqları 

kağızın üzərində özgə düyünlər hiss etdi… Həmin an sifəti tutqunlaşdı,səsi 

ümidsizlik və tərərddüd içində titrədi “ Bu… axı,bu bəyəm “Antiope”dir? – 

dodağının altında mızıldandı. Bir an pərt oldum,amma özümü tez ələ alıb tələsik 

çərçivəyə salınmış kağızı əlindən aldım və gözlənilən şəkildə bütün mümkün olan 

vasitələrlər bütün xırdalıqlarına kimi təsvir etdim. Elə bil,qocanın üstündən dağ 

götürüld,çöhrəsindən yenə də rahatlaşdığını anladım. Mən tərif yağdırdıqca,onun 

qırışmış,qartlaşmış sifəti gül kimi açılır,qəlbən sevinir,Ürəyi dağa dönürdü. 

“Budur,ilk adamdır ki,nəsə anlayır! – sevinə-sevinə üzünü özününkülərə tutub 

dedi. – “Nəhayət,nəhayət ki,bunların nə qədər qiymətli olduğunu kiminsə dilindən 

siz də eşitdiniz. Pulumun hamısını bu kolleksiyaya səpdiyim üçün həmişə 

insafsıxlıq edib məni danlayırdınız… Doğrudur,bu altmış ildə nə pivə,nə şərab,nə 

siqaret,nə səyahət,nə teatr,nə kitab tanımışam,elə hey bu şəkillər üçün qənaət 

edib yığmışam. Amma bir gün gələcək,mən bu dünyadan köçəndən sonra qədrimi 

biləcəklər. Ondna çox zəngin olacaqlar… Hamıdan zəngin… Şəhərdəkilərin 

hamısından zəngin.. Lap Drezdendəki varlılar kimi olacaqlar. Onda bu ağılsız 

qocanı yenə də xatırlaycaq,sevinəcəklər. Ancaq nə qədər ki sağam,nəinki bu edən 

çıxar,hətta əl vuran da olmaz. Bunun üçün birinci mənim meyidimin üstündən 

keçməlidirlər”. Bunları dedikcə,boşalmış qovluqları canlı insan kimi nəvazişlə 

oxşayıb-əzizləyirdi.Dəhşətli,qorxunc bir səhnə idi. Amma mənim üçün bu,həm də 

təsirli idi,çünki müharibə illərində heç bir almanın üzündə belə məşum sevinc hissi 

görməmişdim. Onun yanında dayanmış qadınlarla alman ustadının qravüründə 

təsvir olunan qadınlar arasında müammalı bir oxşarlıq vardı: Xilaskarın qəbrini 

ziyarətə gələn həmin qadınlar görürlər ki,sərdabə uçub,qəbir boşdur və üzlərində 

dəhşətli qorxu ifadəsi ilə bərabər möcüzənin yaratdığı bir sevinc ifadəsi də var. 

Getdikcə yaşlaşan,təravətlərini itirən bu zavallı qadınlar da Xilaskarın göylərə 

pərvazlandığını düşünən qadınlar kimi qocanın uşaq kimi sevinməsindən 

qəhərlənirdilər,ağlaya-ağlaya gülürdülər. Ömrümdə belə şey görməmiş,belə 

hisslər keçirməmişdim. Kişi isə mənim təriflərimdən doymurdu. Dönüb-dönüb 

qovluqları yığır,onları oyan-buyana döndərir,deyilən hər bir söz ürəyinə sərin su 

kimi çilənirdi: saxta qovluqlar bitəndə mənim ürəyimə də bir rahatlıq gəldi. 

Nəhayət ki,hər şey qurtardı,amma qəhvə içmək üçün masanı boşaltmaq fikri onun 

ürəyincə deyildi. Tabloları təzədən əlləri ilə axtara-axtara yenidən çıxarıb 

göstərmək üçün bəhanə axtarır,minlərlə lətifə,başına gələn dükan 




əhvalatları,balıq tutmaq macəralarını danışırdı. Xoşbəxtliyi onu sərxoş 

etmişdi,özünə əminliyi artmışdı. 

 

Nəhayət,ona arıtq getməli olduğumu dedim,əvvəlcə diksindi,sonra ərköyün 



uşaqlar kimi burnunu sallayıb inadla ayağını yerə döydü. Dediyinə görə hələ bu 

harası imiş,hələ göstəriləsi,danışası çox şey varmış. Xanımlar güc-bəla ilə onu inadı 

yerə qoymağa ,yola gətirməyə nail oldular. Məni daha çox ləngitsə qatara 

gecikəcə biləcəyimi dedilər. Sonda boşuna mübahisə etdiyini anlayıb taleyi ilə 

barışdı və məni yola salmağa gəldi,ancaq onda səsi bayaqkı kimi şux 

deyildi.,yumşalmışdı. Hər iki əlimi tutub barmaqları ilə onları biləklərimə qədər 

nəvazişlə tumarladı. Elə bil,məni daha yaxından tanımağa çalışır,sevgisini bəyan 

etmək istəyirdi. Bu toxunmalar sözlərini deyə biləcəyindən də çox şey söyləyirdi. “ 

Öz ziyarətinizlə məni dünyanın ən bəxtiyar insanı etdiniz”, – deyə ürəyinin 

dərinliyindən gələn elə sarsıdıcı kəlmələrlə sözə başladı ki,istəsəm də onları nə 

vaxtsa yadımdan çıxara bilmərəm. 

 

“Nəhayət,nəhayət ki, çoxdan bəri gözlədiyim bir mütəxəssislə,yəni sizinlə,mənim 



üçün çox dəyərli kağızları birlikdə seyr etmək əsl zövq idi. Böyük bir savab iş 

görmüş oldunuz. Gördünüz ki,mənim kimi qocanın yanına gəlməyiniz bihudə 

olmadı. Sizə arvadımın yanında söz verirəm ki,vərəsəliyimə bir bənd də əlavə 

edəcəm. Öz kolleksiyamın hərracını sizin arıtq sınadığım,doğma sayığım 

dükanınıza həvalə edəcəm. Heç kimə bəlli olmayan bu xəzinəni…” – deyə əlini 

artıq çoxdan qarət edilmiş qovluqların üzərində nəvazişlə gəzdirdi.- “İnsanlar 

onları dağıtmamış,onlara sahiblik eləmək şərəfini sizə həavlə edəcəm. Yalnız söz 

verin ki,qəşəng bir kataloq tərtib edəcəksiniz: o həm də mənim baş daşım 

olar,ondan yaxşısı lazım deyil”. 

 

Arvadı ilə qızına baxdım. Bir-birinə sığınaraq durmuşdular. Onların bir-birinə 



yapışmış vücudları bəzən vahimədən əsirdi. Elə bil,hansısa dalğa əvvəl birinə,sonra 

da digərinə dəyib ikisini də titrədirdi. Mən də heç özümdə deyildim. Axı dünyadan 

xəbəri olmayan bu sahəlövh insan çoxdan dağıdılmış,indi artıq gözlə görünməyən 

kolleksiyasının taleyini mənə etibar edirdi. Sidqi-ürəkdən ona söz verdim,halbuki 

bu missiyanı heç vaxt yerinə yetirə bilməzdim. 

 



Hərkətsiz gözlərinə yenə işıq gəldi. Onun barmaqlarının əllərimi zərifliklə 

tutmasından,məni necə duymağa həsrətlə cana tdığını hiss edirdim. O əllər mənə 

necə minnətdar olduğunu və bir kişi sözü verdiyini deyirdi. 

 

Xanımlar məni qapıya qədər ötürdülər. Ağızlarını açmağa belə cəsarət belə 



etmirdilər. O,gözəl duyma qabiliyyəti ilə hər kəlməni eşidə bilərdi. Amma 

gözlərindən sel kimi süzülən göz yaşları,ona qarışmış təşəkkür dolu baxışlar heç bir 

sözə ehtiyac qoymurdu! Tamam bihuş vəziyyətdə pilləkənlərlə aşağı düşdüm. 

Əslində,xəcalət çəkirdim: nağıllarda olan mələklər kimi kasıb daxmanın kor bir 

sakininin gözlərini açmışdım. Halbunki mən yazığın özünə kömək üçün möcüzə 

lazım idi. Halbuki buraya miskin bir alverçi kimi bir-iki qiymətli əsər almaq üçün 

gəlmişdim. İndi isə fikirləşirdim ki,düşündüyümdən daha çox şey aparıram özümlə. 

Ona görə ki, insanların həyatında sevginin və sevincin az yer aldığı bu sönük 

zəmanədə kiminsə ruhunun incəsənət qarşısında vəcdə gəlməsi,gözəllik qarşısında 

diz çökməsi,bir növ,mənəvi qida alması bir çoxlarının unutduğu bir duyğudur. 

Mənə isə bu ehtirası,bu həyəcanı yenidən oyatmaq qismət olmuşdu. Bilmirəm 

mənə nə olmuşdu,sadəcə,sözün əsl mənasında,ağlım başıma deyildi,həm də 

xəcalət çəkirdim,səbəbini özüm də bilmirdim… 

 

Artıq küçədə idim,birdən yuxarıdan pəncərə cırıltısı eşidildi və gözlənilmədən 



kimsə adımı qışqırdı: o,özünü saxlaya bilməyib zülmətə qərq olmuş gözlərini 

təsəvvüründə mənim olduğum tərəfə zilləmişdi. Xeyli qabağa əyilib, əl dəsmalını 

yellədir,coşqunluqla,şən oğlan uşağı kimi qışqırırdı : “Yaxşı yol! Uğur olsun!” 

Xanımlar isə aşağı yıxılmasın deyə qayğılı halda onu qoruşağa çalışırdılar. O 

mənzərəni heç vaxt unutmaq olmaz: pəncərədəki o ağsaçlı kişinin sifəti,küçələrə 

səpələnmiş qaraqabaq,işgüzar,harasa tələsən insanların başı üzərində yaşadığımız 

murdar zəmanədə yeganə ümid işığı kimi parlayırdı. Yadıma köhnə bir deyil 

düşdü,səhv etmirəmsə Gete deyib onu : “Dünaynın bəxtəvərləri 

kolleksionerləridir”. 

 

 



Yüklə 88,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə