Strateji TƏHLİL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix12.10.2018
ölçüsü278,45 Kb.
#73731
  1   2   3   4   5   6   7   8   9


STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

13

Açar  sözlər:  Azərbaycan  Xalq  Cümhuriyyəti,  Qafqaz  müsəlmanlarının 

qurultayı, Ümumrusiya Müəssislər Məclisi, Azərbaycanın dövlət müstəqilliyi



Key words: Azerbaijan Democratic Republic, Congress of Caucasus Muslims, 

All-Russian Assembly of Delegators, Azerbaijan’s State Independence



Ключевые  слова:  Азербайджанская  Демократическая  Республика, 

Конгресс  мусульман  Кавказа,  Всероссийская  Ассамблея  Делегатов, 

государственная независимость Азербайджана

Azərbaycan Xalq 

Cümhuriyyətinin 

yaranması və 

onun tariximizdə 

yeri


Anar 

İSGƏNDƏROV

Bakı Dövlət Universitetinin kafedra müdiri,

tarix üzrə elmlər doktoru, professor

tarixmenbe@mail.ru




STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

14 

Giriş

1917-ci ilin Fevral inqilabından az sonra martın 3-də Rusiya Dövlət Du-

masının Cənubi Qafqazdan olan deputatlarının təşəbbüsü ilə Tiflisdə Za-

qafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə yaradıldı [1, v.791]. Bu komitə regi-

onun əsas millətlərini Dövlət Dumasında təmsil edən deputatlardan ibarət 

idi.  Komitəyə  V.Xarlamov  sədr,  M.Papacanov,  M.Cəfərov,  K.Abaşidze  və 

P.Pereverzev üzv təyin edildilər. Müvəqqəti hökumətin qərar və təlimatlarına 

uyğun olaraq, komitəyə Cənubi Qafqazda geniş hüquq və səlahiyyətlər ve-

rildi. Yəni Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə müvəqqəti hökumətin 

idarə  orqanı  funksiyasını  yerinə  yetirməyə  başladı.  Xüsusi  Zaqafqaziya 

Komitəsində Cənubi Qafqaz xalqları bərabər təmsil olunmadığı və aqrar 

məsələdə ardıcıl mövqe tutmadığına görə əhali ona etimad göstərmədiyi 

üçün o, güclü dövlət orqanı funksiyasını yerinə yetirə bilmədi.

1917-ci  il  martın  əvvəllərində  Bakıda  müvəqqəti  hökumətin  ali 

hakimiyyət orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı [7, 

v.20].  Buraya  həm  fəhlə  deputatları  sovetlərinin,  həm  də  şəhər  duması-

nın və ictimai təşkilatların nümayəndələri daxil oldu. İcraiyyə Komitəsinə 

azərbaycanlı əhalinin təmsilçiləri M.H.Hacınski və M.Ə.Rəsulzadə daxil ol-

dular.

Rusiyanın başqa sənaye mərkəzlərində olduğu kimi, Bakıda da fəhlə və 



əsgər deputatları sovetinin yaradılmasına başlandı. 1917-ci il martın 7-də 

52  deputatdan  ibarət  Bakı  Deputatları  Soveti  formalaşdı.  Sovetin  tərkibi 

qeyri-azərbaycanlılardan ibarət idi. Bakı Sovetinə qiyabi olaraq S.Şaumyan 

sədr seçildi. Cənubi Qafqazın başqa şəhərlərindən fərqli olaraq Bakıda so-

vet nisbətən güclü idi.

Müvəqqəti hökumətin milli proqramını Rusiyanın bölünməzliyi prinsipi 

təşkil edirdi. Daha nüfuzlu partiyalar olan kadet, eser və menşeviklər milli 

məsələnin həllini gələcəkdə çağırılacaq Müəssislər Məclisinə həvalə edir, 

burada milli-mədəni muxtariyyət prinsiplərini müdafiə edəcəklərini bəyan 

edirdilər.

Fevral  inqilabından  sonra  açıq  fəaliyyətə  keçmiş  "Müsavat"  partiyası 

Azərbaycanda siyasi qüvvələr arasında daha çox diqqəti cəlb edirdi.  "Mü-

savat"  partiyası  federativ  Rusiyanın  tərkibində  Azərbaycana  milli-ərazi 

muxtariyyəti və 20 yaşına çatmış azərbaycanlı vətəndaşlara seçki hüququ 

verilməsi ideyasını irəli sürürdü [7, v.18]. Gəncədə N.Yusifbəylinin başçılıq 

etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası, Əlimərdan bəy Topçubaşovun və 

Fətəli xan Xoyskinin başçılıq etdikləri Müstəqil Demokratik Qrup, RSDFP-

nin yerli təşkilatı – "Hümmət", Gəncədəki İttihadi-İslam Partiyası ilə Bakı-

dakı Rusiya Müsəlman Partiyasının üzvlərindən yaranmış İttihad Partiyası 

fəaliyyətlərini genişləndirdilər. N.Yusifbəylinin rəhbərlik etdiyi partiya Ru-

siya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış 

edirdi. İttihadi-İslam Partiyasının əməli fəaliyyətinin və nəzəri baxışlarının 




STRATEJİ TƏHLİL | Say 1-2 (23-24) • 2018

15

bünövrəsi islama əsaslanan ittihad – birlik idi. İslamı yalnız din deyil, si-

yasi, iqtisadi, hüquqi, mənəvi norma kimi qiymətləndirən ittihadçılar onu 

müsəlman  həyatının  özülü,  əsas  strukturu  hesab  edir,  inkişaf  yolunu  isə 

məhz  islam  normalarını  təkmilləşdirmək  vasitəsilə  həyata  keçirməkdə 

görürdülər. 

Milli qüvvələrin Azərbaycanın gələcəyinə münasibəti 15-20 aprel 1917-

ci il tarixlərində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında açıq-

landı [8, v.25-26]. Qurultay Qafqaz müsəlmanlarının müvəqqəti hökumətə, 

habelə müharibəyə və Rusiyanın digər xalqlarına münasibəti məsələlərini 

müzakirə etdi. Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının 

siyasi həyatında mühüm rol oynadı, siyasi hadisələrin həmin mərhələsində 

onların mənafelərini ifadə edərək, Rusiya müsəlmanları üçün milli hərəkatın 

gücləndirilməsi  yollarını,  demokratik  respublika  prinsiplərinə  söykənən 

dövlət  quruluşu  seçimini  müəyyənləşdirdi.  “Müsavat”  və  Türk  Ədəmi-

Mərkəziyyət  partiyaları  Rusiyanın  demokratik  federativ  respublikaya 

çevrilməsi və Azərbaycana geniş ərazi – milli muxtariyyətin verilməsi haq-

qında qərar layihəsi ilə çıxış etdilər. Lakin islamçılar (ittihadçılar), sosialistlər, 

bolşeviklər  və  menşeviklər  Rusiyanın  ərazi  bütövlüyünün  qorunmasına 

tərəfdar çıxdılar.

Həmin  il  mayın  1-11-də  Ümumrusiya  müsəlmanlarının  Moskvada 

keçirilən  qurultayında  “Rusiya  daxilində  millətlərə  ərazi-milli  muxtariyyət 

verilməsi” şüarı demokratik qüvvələr tərəfindən müdafiə olundu. Qurulta-

yın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət 

idarə üsulu haqqında idi [7, v.18].

1917-ci  ilin  oktyabrında  Bakıda  Türk  Ədəmi-Mərkəziyyət  Partiya-

sı ilə “Müsavat”ın birləşməsi prosesi başa çatdı. “Müsavat”ın proqramın-

da demokratik, federativ Rusiya tərkibində Azərbaycana geniş ərazi-milli 

muxtariyyət tələbi öz əksini tapmışdı.

1917-ci ilin payızına doğru siyasi nüfuza malik milli-demokratik qüvvələr 

milli dövlət tələbi ilə çıxış edərək, digər qeyri-rus xalqları ilə bir sırada öz 

ümidlərini Müəssislər Məclisinə bağlamışdılar.

Bolşeviklərin həyata keçirdiyi 1917-ci ilin oktyabr çevrilişi xalqların mil-

li müstəqilliyə olan ümidlərini daha da artırdı. Bu ümidlər xeyli dərəcədə 

bolşeviklərin hakimiyyətə gəldikləri ilk günlərdən başlayaraq elan etdikləri 

mühüm sənədlərlə bağlı idi. Bolşeviklərin qəbul etdikləri “Sülh haqqında 

dekret”, “Rusiya xalqlarının hüquq bəyannaməsi”, “Rusiya və Şərqin bütün 

müsəlman  zəhmətkeşlərinə”  müraciətnaməsi  ilk  addım  kimi  keçmiş  im-

periyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini 

yaratması üçün hüquqi təminat verirdi. Lakin az sonra məlum oldu ki, bu 

sənədlər reallıqdan uzaq olub daha çox təbliğat xarakteri daşıyır.

Bakı  Sovetinin  İcraiyyə  Komitəsi  S.Şaumyanın  planına  uyğun  olaraq, 

milli  partiyaların  cəmiyyətdə  artan  nüfuzunun  qarşısını  almaq,  onların 

seçkilərdə iştirakını zəiflətmək məqsədilə seçkilərin keçirilməsi vaxtı haq-




Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə