Strateji TƏHLİL



Yüklə 233,96 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix14.05.2018
ölçüsü233,96 Kb.
#43535
  1   2   3   4   5   6   7   8   9   10


STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

107

Açar  sözlər:  beynəlxalq  münaqişələr,  Azərbaycan  multikulturalizmi, 

sivilizasiyalararası münasibətlər, dinlərarası dialoq, ksenofobiya, islamofobiya, 

imperializm, terrorizm

Key words: international conflicts, Azerbaijani multiculturalism, intercultural 

relations,  interreligious  dialogue,  xenophobia,  islamophobia,  imperialism, 

terrorism    

Ключевые  слова:  международные  конфликты,  мультикультурализм 

Азербайджана,  межкультурные  отношения,  межрелигиозный  диалог, 

ксенофобия, исламофобия, империализм, терроризм      

Beynəlxalq münaqişələrin 

qarşısının alınmasında  

"Azərbaycan multikulturalizmi" 

modelinin əhəmiyyəti 

və imkanları



Samir 

QULİYEV

Bakı Mühəndislik Universiteti

Beynəlxalq münasibətlər kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru

squliyev@beu.edu.az



STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

108 

giriş

Qloballaşma  prosesinin  təsiri  ilə  dövlətlər  arasında  başda  iqtisadi 

sahədə  olmaqla  qarşılıqlı  münasibətlərin  inkişaf  etməsi  ilə  birlikdə  in-

sanların  bir-birindən  asılılıqlarının  artması,  telekommunikasiya  və  insan 

hüquqları  sahəsindəki  yeniliklər  müxtəlif  aspektli  münaqişələrə  də  öz 

təsirini göstərmişdir. Beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən ən mü-

hüm  amil  beynəlxalq  və  regional  müstəvidə  xalqlar-dövlətlər  arasında-

kı münaqişələrdir. Tərəflərin hadisələrə fərqli istiqamətdən yanaşması ilə 

ziddiyyətli məqamlar formalaşır və insanlar arasındakı düşmənçilik duyğu-

larının artması faktiki olaraq qarşıdurma mühitinin yaranmasına səbəb olur.

Münaqişə ən geniş mənası ilə tərəflər arasında haqq və mənfəətlərlə 

əlaqədar  olaraq  əks  istiqamətli  fikirlərin  və  tələblərin  mövcudluğunu 

ifadə edir [15, s.1]. Beynəlxalq münaqişələr müxtəlif səbəblərdən meyda-

na gəlir. Bu səbəbləri "hüquqi" və "siyasi" olaraq sinifləndirə bilərik. Hü-



quqi  münaqişələr  mübahisə  tərəflərinin  qarşılıqlı  tələblərinin  və  bunla-

rın  məzmunlarının  beynəlxalq  hüquq  tərəfindən  tanınmış,  qəbul  edilmiş 

əsas  prinsiplərə  söykənən  münaqişələrdir.  Münaqişəyə  səbəb  olan  digər 

amillər "siyasi" və ya "mənfəət qarşıdurması" adlandırılır. Münaqişələr ya 

dostluq  münasibətləri  zəminində,  ya  da  bəzi  məcburi  metodlarla  həllini 

tapır. Münaqişələrin sülh yolu ilə həlli fikri hələ beynəlxalq hüquqda güc 

tətbiqetmə haqqında ümumi bir qadağanın olmadığı "klassik" dövrdə for-

malaşmışdır. Bununla birlikdə, zaman keçdikcə "BMT nizamı" adlandırılan 

yeni bir nizam qurulmuş və BMT nizamnaməsində mübahisələrin tamamilə 

beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə həll edilməsinin 

vacibliyi məsələsi bütün dünyaya elan edilmişdir. 

Bir  sıra  istisnalar  olmaqla,  beynəlxalq  münasibətlər  sistemində 

özünümüdafiə  məqsədi  daşısa  da,  gücdən  faktiki  və  ya  təhdid  ola-

raq  istifadə  edilməsi  qadağan  olunmuş,  üzv  dövlətlərin  aralarındakı 

problemləri  beynəlxalq  sülh,  təhlükəsizlik  və  ədalətin  zərər  görməyəcəyi 

bir formada sülh və dinc yolla həll etmələrinin zəruriliyi şərt olaraq bildi-

rilmişdir.  Beynəlxalq  hüquqda  "diplomatik  metodlar",  "hüquqi  metodlar" 

və  "beynəlxalq  təşkilatların  üzvü  olan  dövlətlər  arasındakı  həll  metodla-

rı" beynəlxalq münaqişələrin dinc yollarla həlli vasitələri kimi qəbul edilir. 

Bu metodlara alternativ və ya paralel yeni metodların təklif edilməsi, eləcə 

də müqayisəli təhlillərin aparılaraq innovativ təkliflərin verilməsi həm elmi, 

həm də siyasi baxımdan aktualdır.

Beynəlxalq  münaqişələrin  dinc  yolla  həlli  istiqamətində  bu  metod-

larla  birlikdə  sivil  bazaya  əsaslanan  yeni  vasitələrə  ehtiyac  vardır.  Qlo-

ballaşan  dünyamızda  beynəlxalq  siyasətdə  mənfəət  qarşıdurmaları-

nın  artması,  münaqişələrin  çoxistiqamətli  inkişafı  və  sülh  içərisində 




STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017

109

birgəyaşayış prinsipinin zədələnməsi və bu amillərin aradan qaldırılması-

nın zəruriliyi tədqiqatımızın aktuallığını əsaslandırır. Bu səbəbdən mövzu-

muzun  "Azərbaycan  multikulturalizmi"  modeli  kontekstində  birgəyaşayış 

prinsiplərinə  müvafiq  olaraq  tədqiq  edilməsi  həm  region  üçün,  həm  də 

beynəlxalq siyasətdə yeni bir vasitə olması baxımından mühüm əhəmiyyət 

kəsb edir. 

1. Beynəlxalq münaqişələrə səbəb olan əsas amillər

Tarixi proseslər inkişaf etdikcə fərqli insanlardan ibarət olan dünyamızda 

müxtəlif dövlətlər meydana gəlmişdir. Əvvəllər cəmiyyət daxilində insan-

lar arasında gücə söykənən rəqabət daha sonralar vətəndaş cəmiyyətinin 

dövlətə  çevrilməsindən  etibarən  dövlətlər  arasındakı  rəqabətə  çevrilmiş-

dir. Fərqliliklərə dözümsüzlük nümayiş etdirildiyinə görə dünyada müxtəlif 

qarşıdurmalar,  müharibələr  və  böyük  miqyaslı  münaqişələr  meydana 

gəlmişdir.  Əslində  bu  proseslərdən  ən  çox  insanlıq  zərər  görmüşdür.  Bu 

fərqliliklər insanlar, cəmiyyətlər və dövlətlər üçün həqiqi mənada zənginlik 

olaraq qəbul edilməlidir. Halbuki dünyanın bir çox yerində bu fərqliliklərə 

"digərləri"  aspektindən  yanaşaraq  müxtəlif  tədbirlər  görülmüş  [25,  s.27], 

"müvafiq" siyasətlər həyata keçirilmiş və çox təəssüf ki, insanlıq əsrlər bo-

yunca bu prizmadan idarə edilmişdir. 

Beynəlxalq  siyasət  baxımından  mövzunu  təhlil  etdiyimiz  zaman  bu 

məsələnin  kökü  dövlətlərin  yaranma  tarixinə  qədər  gedib  çıxır.  Fərqli 

millətlərdən və xalqlardan formalaşan hər bir dövlət üçün fərqli istiqamətdə 

"milli  mənafelərin"  müəyyənləşdirilməsi  dövlətlərə  daxildə  və  beynəlxalq 

aləmdə "milli kimlik" şüuru qazandırmışdır. Tarixin gedişatına nəzər yetir-

diyimiz zaman dövlətlərin bir-biri ilə həmişə qarşıdurma şəraitində yaşaya-

raq daha çox əhaliyə və daha geniş ərazilərə hökm etmə yarışı içərisində 

olduqlarını  müşahidə  edirik.  Bu  proses  dövlətlərdən  daha  çox  insanlığa 

zərər vermişdir. Təəssüf ki, "suverenlik ehtirası" [19, s.76] dövlətlərin mil-

li  təhlükəsizlik  strategiyalarına  və  xarici  siyasətlərinə  uzun  müddət  təsir 

göstərmiş  və  dövlətlər  arasındakı  problemlərin  də  meydana  gəlməsinə 

səbəb olmuşdur.

Hər  bir  dövlətin  "milli  mənafe  anlayışı",  "milli  təhlükəsizlik  strategi-

yası"  və  buna  müvafiq  olaraq  tətbiq  etdiyi  xarici  siyasət  hədəfləri  fərqli 

olur.  Buna  görə  də  beynəlxalq  siyasətdə  əhatə  etdiyi  məna  baxımından 

"təhlükəsizlik",  "terrorizm"  və  "sülh"  anlayışları  da  toqquşur.  Bu  anlayış-

lardakı  ziddiyyətli  məqamlar  dövlətlərin  xarici  siyasət  konsepsiyalarında 

öz əksini tapdığına görə mənfəət toqquşmaları və müharibələr meydana 

gəlmişdir. "Birlikdə sülh içərisində yaşamaq" ideyası isə, təəssüf ki, yalnız 

filosofların tezislərində özünə yer tapa bilmişdir.



Yüklə 233,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə