Şüa terapiyası ixtisası üzrə yeni 301 nümunəvi test sualları Qarışıq suallar



Yüklə 387,6 Kb.
səhifə1/5
tarix05.02.2018
ölçüsü387,6 Kb.
#24849
növüYazı
  1   2   3   4   5

Şüa terapiyası ixtisası üzrə yeni 301 nümunəvi test sualları

Qarışıq suallar

1) Radiation Therapy Oncology Group-un yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) RCC

B) PUVA


C) RT

D) RTOG


E) RAİ
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
2) Primitive neuroectotermal tumor-un beynəlxalq ədəbiyyatda yazılışı hansı variantda düzgün göstərilmişdir?
A) PET

B) PS


C) PR

D) PNET


E) PTV
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 6
3) Aşağıdakı hansı xəstəliyin I və II mərhələsində cərrahi və şüa müalicələrinin effektivliyi eynidir?
A) Xroniki limfoleykoz

B) Hockin limfoması

C) Alt dodaq qırmızı haşiyəsi xərçəngi

D) Qeyri Hockin limfoması

E) Xroniki mieloleykoz
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 126
4) Ağız boşluğu orqanlarının bəd xassəli şişlərinin morfoloji strukturunu 90 - 95% halda hansı şişlər təşkil edir?
A) Limfomalar

B) PNET şişi

C) Yastı epitel xərçəngi

D) Limfoepitelyoma ( Şminke şişi)

E) Adenokarsinoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 127
5) Ağız dibi xərçəngi olan xəstədə regionar zonalarla birlikdə şüa müalicəsi aparıldıqdan sonra şüanın kiçildilmiş sahədən yalnız şişin özünə verilməsini aşağıdakılardan hansı doğru ifadə edir?
A) Tost

B) Boost


C) EORTG

D) PUVA


E) GecESTRO
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 132
6) Aşağıdakılardan hansı ağız dibi xərçənginin şüa müalicəsi zamanı ən qorxulu ağırlaşma hesab olunur?
A) Ginqivit

B) Qlossit

C) Osteoradionekroz

D) Xserostomiya

E) Faringit
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 176
7) Yoğun bağırsağın irriqoskopiyası zamanı aşağıdakı hansı maddədən kontrast kimi istifadə olunur?
A) kalium permanqanat

B) barium sulfat

C) kalium yod

D) hidrogen xlorid

E) hidrogen peroksid
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 421
8) Qida borusu xərçənginin diaqnostikasında aşağıda göstərilmiş hansı müayinə metodları daha informativdir?
A) kontrastlı rentgenoskopiya, kontrastlı KT, endoskopiya

B) kontrastlı rentgenoskopiya, endoskopiya, USM

C) rentgenoqrafiya, MRT, USM

D) endoskopiya, KT, USM

E) USM, radioizotop diaqnostika
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 322
9) Maqnit - rezonans tomoqrafiyasının işi hansı atomun daxilindəki protonlara əsasən qurulub?
A) oksigen atomlarının

B) kükürd atomlarının

C) hidrogen atomlarının

D) karbon atomlarının

E) azot atomlarının
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
10) Aşağıdakılardan hansılar ultrasəs müayinəsinin metodlarına aiddir?
A) exoqrafiya, kompyuter tomoqrafiya, sonoqrafiya

B) doppleroqrafiya, limfoqrafiya, sonoqrafiya

C) pnevmoqrafiya, mammoqrafiya

D) pnevmoqrafiya, exoqrafiya, tomoqrafiya

E) exoqrafiya, sonoqrafiya, doppleroqrafiya
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 62
11) Aşağıdakılardan hansı radiobiologiyanın “4R” - nə daxildir?

1. Reparasiya

2. Reoksigenasiya

3. Repopulyasiya

4. Redistribusiya

5. Rekanalizasiya
A) 2, 5

B) 1, 3, 4, 5

C) 1, 3, 4, 5

D) 2, 3, 4, 5

E) 1, 2, 3, 4
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 42
12) Ağciyər xərçənginin kütləvi surətdə əhali arasında aparılan profilaktik rentgenoloji müayinə üsulu hansıdır?
A) rentgenoqrafiya

B) pnevmoqrafiya

C) flyuoroqrafiya

D) KT


E) MRT
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
13) CT - də alınan təsvirin intensivliyini təyin etmək üçün nədən istifadə olunur?
A) Mikronlardan

B) Anqstremlərdən

C) Xaunsfild şkalasından

D) Kulon diapazonundan

E) Qrey şkalasından
Ədəbiyyat: B. Ə. Baxşiyev “Şüa diaqnostikası və şüa terapiyası” Bakı 2012 səh 162
14) Mədə xərçəngi zamanı “Virxov metastazı” necə anlaşılır?
A) Uzaq hematogen metastaz kimi

B) Uzaq retroqrad limfogen metastaz kimi

C) Uzaq ortoqrad limfogen metastaz kimi

D) Regionar limfogen metastaz kimi

E) İmplantasion metastaz kimi
Ədəbiyyat: Ганцев Ш. Х. «Онкология» - Москва, 2004, 516 s
15) Menetriye xəstəliyi necə anlaşılır?
A) Nəhəng xroniki hipertrofik qastrit

B) Mədənini xroniki xorası

C) Mədənini polipozu

D) Hiperasid qastrit

E) Xroniki atrofik qastrit
Ədəbiyyat: Əmiraslanov Ə. T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s.
16) Prostat vəzin bəd xassəli şişlərinin əsas patogenez amili hansıdır?
A) Qaraciyərin funksiyasının zəifləməsi

B) Düzgün cavab yoxdur

C) Böyrəküstü vəzin zədələnməsi

D) Hiperandrogenemiya

E) Qonadaların birincili zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
17) Aşağıdakılardan hansı prostat vəzin xərçəngi diaqnozunun dəqiq qoyulmasında ən mühümdür?
A) USM

B) Sistoskopiya

C) Prostat vəzin biopsiyası

D) Prostat vəzin palpasiyası

E) Xarici cinsiyyət orqanların palpasiyası
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
18) Uşaqlarda ən çox rast gəlinən böyrək şişi hansıdır?
A) Böyrəyin lipoması

B) Böyrəyin renal - hüceyrəli xərçəngi

C) Vilms şişi

D) Hipernefroma

E) Böyrəyin sarkoması
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
19) Feoxromositoma zamanı şiş harada yerləşir?
A) Baş beyində

B) Topuqda

C) Hipofizdə

D) Böyrəküstü vəzlərdə

E) Böyrəkdə
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
20) Vilms şişi hansı orqanın xəstəliyidir?
A) Qaraciyərin

B) Baş beyinin

C) Bütün cavablar düzdür

D) Ətrafların

E) Böyrəklərin
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
21) Sidik kisəsinin bəd xassəli şişləri arasında ən çox təsadüf edilən şişlər hansıdır?
A) Sarkomalar

B) Əzələdən inkişaf edən

C) Teratoma

D) Düz cavab yoxdur

E) Epitelial
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
22) Aşağıdakı hansı bioloji aktiv substansiyanın səviyyəsi prostat vəzin xərçəngində əsas proqnostik amil sayılır?
A) CA - 125

B) PSA


C) CEA

D) Kreatinin

E) Testosteron
Ədəbiyyat: Клиническая онкоурология, под редакцией Б. П. Матвеева, Москва, 2003, 607стр
23) Aşağıdakılardan hansı kimyaradioterapiyanın ağırlaşmalarına aiddir?
A) Stomatit

B) Sistit

C) Leykopeniya

D) Bütün cavablar doğrudur

E) Diareya
Ədəbiyyat: Практическая oнкология: избранные лекции. Под редакцией С. А. Тюляндина и В. М. Моисеенко. СПб. , 2004, 784с
24) Göbələyəbənzər mikoz aşağıda qeyd olunan hansı qrup xəstəliklərə aid edilir?
A) Retroviruslara

B) Dəri limfomalarına

C) Dərinin göbələk xəstəliklərinə

D) Dəri xərçənginə

E) QİÇS assossasiya olunan xəstəliyə
Ədəbiyyat: Руководство по гематологии А. И. Воробьев; Клиническая Онкогематология М. А. Волкова;
25) Aşağıdakılardan hansı süd vəzisi şişlərinin diaqnostikasına aid üsul deyil?
A) Nüvə maqnit rezonansı

B) Morfoloji müayinə

C) Mammoqrafiya

D) Angioqrafiya

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
26) Dərinin yastı epitel hüceyrəli karsinoması ilk növbədə haraya metastaz verir?
A) böyrəyə

B) ağciyərə

C) beyinə

D) qaraciyərə

E) regionar limfa düyünlərinə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
27) Dəri xərçənginə transformasiya ola bilən xoş xassəli dəri xəstəliyi hansıdır?
A) çapıq toxuması

B) xroniki yaralar və fistula ağızları

C) leykoplakiya

D) aktinik keratoz

E) bütün variantlar doğrudur
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
28) Aşağıda yazılanlardan hansının təsirinə uzunmüddətli məruz qalmaq dəridə bəd xassəli şiş meydana gəlmə risqini artırır?
A) çox çay içmək

B) alkaqolizm

C) meyvə və tərəvəz

D) mineral suların qəbulu

E) günəş şüaları
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
29) Hansı dəri törəməsi bəd xassəli olduğu halda kliniki olaraq xoş xassəli davranır və çox nadir metastaz verir?
A) melanoma

B) bazal hüceyrəli karsinoma

C) squamoz hüceyrəli karsinoma

D) adenokarsinoma

E) lipoma
Ədəbiyyat: Naldi L, DiLandro A, D'Avanzo B, Parazzini F. Host - related and environmental risk factors for cutaneous basal cell carcinoma: Evidence from an Italian case - control study. J Am Acad Dermatol
30) Aşağıdakılardan hansı variantda bəd xassəli melanomanın klassifikasiya sistemləri yazılmışdır?
A) Katteral, Şatzki

B) Breslow, Klark

C) Papa Nikolau

D) Hawkings, Qlaskow

E) Antoni, MC Quenn
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York,
31) Sarkoma nədir?
A) epitel originli xoş xassəli törəmədir

B) epitel originli bəd xassəli törəmədir

C) mezenximdən origin alan xoş xassəli törəmədir

D) mezenximdən origin alan bəd xassəli törəmədir

E) germ hüceyrəsindən origin alan bəd xassəli törəmədir
Ədəbiyyat: Doç. Dr. Nilgün Kapucuoğlu BENİGN VE MALİGN TÜMÖRLERİN ÖZELLİKLERİ
32) Aşağıdakı xəstəliklərdən hansında qanda qalıq azot və kreatinin adətən artar?
A) limfoma

B) metastatik xəstəliklər

C) osteosarkoma

D) Renal tumorlar

E) Yuinq sarkoması
Ədəbiyyat: Campbell”s Operative Orthopaedics, I cild, X nəşr, səh. 735.
33) Yuinq sarkoması (PNET) zamanı hansı müalicə metodu daha effektivdir?
A) Hormonoterapiya

B) Cərrahi müalicə

C) Şüa terapiyası

D) Polikimyaterapiya və şüa terapiyası

E) Lazer cərrahiyyası
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
34) Osteogen sarkomanın radikal müalicə metodu hansıdır?
A) Məlhəmlərlə applikasiya, lazer terapiyası, şüa terapiyası

B) Lazer terapiyası, cərrahiyyə, kriyoterapiya

C) Şüa terapiyası, lazer terapiyası, immunoterapiya

D) Krioterapiya, şüa terapiyası, kemoterapiya

E) Cərrahi, kimyaterapiya, şüa terapiyası
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
35) Sümük şişlərinin xoş xassəli formalarında hansı müalicə metoduna üstünlük verilir?
A) Şüa terapiyası

B) Cərrahi

C) Kimyaterapiya

D) Fizioterapiya

E) Hormonal terapiya
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
36) Aşağıdakılardan hansı sümüklərin xoş xassəli şişlərinə aiddir?
A) Parosteal osteosarkoma

B) Osteoma

C) Yuinq xəstəliyi

D) Xondroblastoma

E) Osteogen sarkoma
Ədəbiyyat: А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
37) Xoş xassəli yumşaq toxuma şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) Məlhəmlərlə

B) Şüa terapiyası

C) Kimyaterapevtik

D) Cərrahi

E) Fizioterapevtik
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
38) Əzələ toxunmasından inkişaf edən bəd xassəli şişlərə aid olan hansıdır?
A) Rabdomiosarkoma

B) Fibromioma

C) Fibrosarkoma

D) Hemangiendotelioma

E) Leyomioma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
39) Aşağıdakılardan hansı damar mənşəli bəd xassəli şişlərə aiddir?
A) Liposarkoma

B) Fibrosarkoma

C) Bəd xassəli hemangioperisitoma

D) Limfosarkoma

E) Şvannoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
40) Sinovial mənşəli xoş xassəli şiş hansıdır?
A) Sinovioma

B) Rabdomioma

C) Qanqlioma

D) Sinovial sarkoma

E) Şvannoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
41) Limfa damarlarından inkişaf edən xoş xassəli şiş hansıdır?
A) limfostaz

B) limfadenit

C) limfoleykoz

D) limfadenoma

E) limfaqranulomatoz
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
42) Aşağıdakılardan hansı əzələ mənşəli xoş xassəli şişlərə aiddir?
A) Rabdomiosarkoma

B) Fibrosarkoma

C) Rabdomioma

D) Qibernoma

E) Miozit
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
43) Aşağıdakılardan hansı damar mənşəli xoş xassəli şişlərə aiddir?
A) Kelloid

B) Hemangioma

C) Rabdomioma

D) Neyrofibroma

E) Angiosarkoma
Ədəbiyyat: С. А. Шалимов с др. «Справочник по онкологии» Киев 2000, стр560
44) Aşağıdakılardan hansı burun - udlağın epitelial mənşəli xoş xassəli şişidir?
A) Angiosarkoma

B) Yastıhüceyrəli xərçəng

C) Yastıhüceyrəli papilloma

D) Adenokarsinoma

E) Differensasiya olunmayan xərçəng
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 322с.
45) Şüa müalicəsi aparılması planlaşdırılan xəstədə haymor boşluğunun xərçənginin orbitaya sirayət etməsini aşağıdakı hansı müayinə metodu ilə daha dəqiq müəyyənləşdirmək olar?
A) Bronxoskopiya

B) Rinoskopiya

C) Kompüter tomoqrafiya və maqnit - rezonans tomoqrafiya

D) Fibrobronxoskopiya

E) İrriqoskopiya
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 305с.
46) Aşağıda sadalanan qalxanvari vəzinin hansı şişlərinin müalicəsi zamanı şüa müalicəsi aparılmaz?
A) Limfosarkoma

B) Medulyar adenokarsinoma

C) Papillyar adenokarsinoma

D) Follikulyar adenoma

E) Yastıhüceyrəli xərçəng
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 380с.
47) Alt dodağın qırmızı haşiyəsi xərçənginin reqionar metastazında şüa müalicəsi nə kimi istifadə olunur?
A) Sərbəst radikal metod kimi, kombinəolunmuş müalicənin etapı kimi

B) Palliativ metod kimi

C) Kombinəolunmuş müalicənin etapı kimi, palliativ metod kimi

D) Sərbəst radikal metod kimi

E) Kombinəolunmuş müalicənin etapı kimi
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 136с.
48) Alt dodağın xərçənginin hansı histoloji forması daha çox rast gəlinir?
A) Rabdomiosarkoma

B) Adenokarsinoma

C) Yastı hüceyrəli

D) Limfangiosarkoma

E) Fibrosarkoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 144с.
49) Alt dodağın xərçənginin xərçəngönü xəstəliklərinə hansılar aiddir?
A) Leykoplagiya

B) Manqanotti xeyliti

C) Məhdud hiperkeratoz

D) Keratoakantoma

E) Hamısı
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 128с.
50) Aşağıdakılardan hansı variantda alt dodağın qırmızı haşiyəsi xərçənginin əmələ gəlməsinə səbəb olan faktorlar düzgün göstərilmişdir?
A) Siqaret çəkmək

B) Kimyəvi və termiki travma

C) Heç biri

D) Hamısı

E) Mexaniki travma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 128с.
51) Qırtlaq xərçənginin histoloji olaraq hansı variantı daha çox rast gəlinir?
A) Xondrosarkoma

B) Fibrosarkoma

C) Adenokistoz karsinoma

D) Yastı hüceyrəli karsinoma

E) Adenokarsinoma
Ədəbiyyat: А. И. Пачес “Опухоли головы и шеи” – Москва, 2000, 347с.
52) Sümük sarkomaları ən çox hansı orqanlara metastaz verir?
A) Böyrək

B) Dəri


C) Ağciyər

D) Dalaq


E) Yumşaq toxumalar
Ədəbiyyat: М. Х. Шугабейкер, М. М. Малауэр « Хирургия мягких тканей и костей », Москва, Медицина, 1996, 440 с.
53) Aşağıdakılardan hansı süd vəzisinin xoş xassəli proseslərinin müalicə üsulu deyil?
A) Dərmanlarla müalicə

B) Cərrahi müalicə

C) Şüa müalicəsi

D) Fizioterapiya

E) Hormonal müalicə
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Süd vəzisi xərçənginin diaqnostikası və müalicəsi" , Bakı, Elm, 1993, 120s.
54) Retinoblastomanın şüa müalicəsi zamanı KT simulyasiya edildikdə slayslar neçə mm-dən bir olmalıdır?
A) 3

B) 43


C) 23

D) 13


E) 33
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York
55) Bir dəri törəməsində bəd xassəli melanoma şübhəsi yaradan xüsüsiyyət hansıdır?
A) bütün variantlar doğrudur

B) törəmənin rəngində dəyişmə olması

C) törəmənin diametrində 6 mm - dən çox böyümə olması

D) törəmənin dəridən qabarıq olması

E) törəmə kənarının düzənsiz olması
Ədəbiyyat: Langley R G, Barnhill RL, Mihm MC, Fitzpatrick TB, Sober AJ : Neoplasms : Cutaneous melanoma. Freedberg IM, Eizen AZ, Wolf K, Austen KF Goldsmith LA, Katz SI, Fitzpatrick TB. Dermatology in general Medicine. 5. Baskı. New York
56) Aşağıdakılardan hansı dərinin ən çox rastlaşılan və şüa müalicəsinə məruz qalan bəd xassəli şişidir?
A) bəd xassəli melanoma

B) adenokarsinoma

C) dərinin merkel xərçəngi

D) hidradenit

E) bazal hüceyrəli karsinoma
Ədəbiyyat: İşçimen A, Engin B. Melanom dışı deri kanserleri. Dermatose
57) Dərinin bazal hüceyrəli karsinoması metastazını birinci növbədə haraya verməkdədir?
A) beyinə

B) Adətən metastaz vermir

C) qaraciyərə

D) böyrəyə

E) ağciyərə
Ədəbiyyat: Eide MJ, Weinstock MA, Epidemiology of skin cancer. Cancer of the Skin. Rigel DS, Friedman RJ, Dzubow LM et al. Elsevier, Philadelphia. 2005: 47 - 61.
58) Aşağıdakılardan hansı üsul süd vəzisi şişlərinin diaqnostikasına aid deyil?
A) Nüvə maqnit rezonansı

B) Ultrasəs müayinəsi

C) Morfoloji müayinə

D) Mammoqrafiya

E) Angioqrafiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi" , Bakı, Elm, 1993, 120s.
59) Diffuz mastopatiyalar zamanı hansı müalicə aparılır?
A) Cərrahi

B) Krioterapiya

C) Konservativ (dərman)

D) Şüa


E) Kimyaterapiya
Ədəbiyyat: Л. Н. Сидоренко, «Мастопатия», Ленинград, Медицина, 1979, 258 с.
60) Süd vəzisi xərçənginin şüa müalicəsi zamanı proqnoza təsir etməyən amil hansıdır?
A) Xəstəliyin müddəti

B) Şişin lokalizasiyası

C) Limfa düyünlərində metastaz

D) Şişin ölçüləri

E) Anamnezdə mastitin olması
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
61) Süd vəzisi xərçənginin reseptor statusu aşağıdakı hansı üsulla daha dəqiq müəyyən edilir?
A) İmmunobioloji

B) Bakterioloji

C) Biokimyəvi

D) İmmunohistokimyəvi

E) Radionuklid
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
62) Aşağıdakılardan hansı süd vəzisi xərçənginin irsiyyət daşıyıcı genlərinə aiddir?
A) P 53

B) VEGF


C) PMS

D) MLH (1 və 2)

E) BRCA (1 və 2)
Ədəbiyyat: Первичные опухоли молочной железы, под редакцией В. П. Летягина, Москва, 2004, с. 332
63) Süd vəzisi xərçənginin radikal şüa müalicəsindən sonra skelet sümüklərində metastazı müəyyən etmək üçün hansı müalicə metodu daha əlverişlidir?
A) KT

B) Radionuklid

C) NMRT

D) Rentgenoloji



E) USM
Ədəbiyyat: Клиническая маммология, под редакцией Е. Б. Камповой - Полевой, С. С. Чистяковой, ГЕОТАР - Медиа, 2006, Москва, 512 с
64) Radikal proqramla şüa müalicəsi almış süd vəzisi xərçəngi olan xəstədə aşağıdakı hansı preparatı istifadə etmək məqsədəuyğundur?
A) Siklofosfamid

B) metotreksat

C) Vinorelbin

D) Tamoksifen

E) Vinkristin
Ədəbiyyat: Практическая онкология, под ред. С. А. Тюлядина и В. М. Моисеенко, Санкт - Петербург, Центр –Тромм, 2004, 784 с.
65) Süd vəzisi xərçəngi olan xəstələrdə “adyuvant müalicə” dedikdə nə nəzərdə tutulur?
A) Operasidan sonra şüa və ya kimyaterapiya

B) Operasiya zamanı kimyaterapiya

C) Operasiyadan öncə hormonterapiya

D) Operasiya zamanı hormonterapiya

E) Operasiya zamanı şüa terapiya
Ədəbiyyat: C. Ə. Əliyev və başq. "Sud vəzisi xərçənginin diaqnostikası və mualicəsi", Bakı, Elm, 1993, 120s.
66) Kəskin limfoblast leykoz zamanı baş beyinə profilaktik şüa müalicəsi aparılması məqsədi ilə edilən KT simulyasiyada slaysları neçə mm - dən bir çəkmək lazımdır?
A) 43

B) 35


C) 40

D) 3


E) 25
Ədəbiyyat: Perez and all. Raioteraphy 2012
67) Aşağıda göstərilən hansı ixtisas üzrə işləyən mütəxəssisə əlavə məzuniyyət verilməlidir?
A) Həkim – otorinolarinqoloqa

B) Bütün sayılanlara

C) Heç kimə verilmir

D) Cərrah –proktoloqa

E) Həkim - radioloqa
Ədəbiyyat: Р. Биглхол, Р. Бонита, Т. Къельстрем «Основы эпидемиологии»
68) Endometriya xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Adenokarsinoma

B) Açıq hüceyrəli adenokarsinoma

C) Vəzli – yastıhüceyrəli xərçəng

D) Qeyri – differensasiyalı xərçəng

E) Yastıhüceyrəli xərçəng
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874
69) Uşaqlıq boynu xərçənginin ən çox rast gəlinən morfoloji forması hansıdır?
A) Açıq hüceyrəli xərçəng

B) Yastıhüceyrəli xərçəng

C) Angioskleroma

D) Adenokarsinoma

E) Sarkoma
Ədəbiyyat: Cəmil Ə. Əliyev, İsa H. İsayev” Bəd xassəli şişlərin şüa müalicəsi: nəzəri əsasları, tətbiqi, nəticələri” Bakı 2012 səh. 874


Yüklə 387,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə