Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə1/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
  1   2   3   4   5   6   7   8   9


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Proqram Avropa İttifaqı 



tərəfindən maliyyələşdirilir 

 

AZƏRBAYCANDA FİLM 



SEKTORUNUN İNKİŞAF 

ETDİRİLMƏSİNƏ DAİR 

HESABAT 

 

Zora Jaurova 

 

O, Moldova Soros fondu, Polşa Milli Mədəniyyət Mərkəzi və Göte İnstitutu ilə tərəfdaşlıq şəraitində British Council-in 

başçılıq etdiyi konsorsium tərəfindən həyata keçirilir.  



 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Hesabat  Avropa  İttifaqının  Şərq  Tərəfdaşlığı  Mədəniyyət  və 

Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunur.  

 

Sözügedən  hesabatın  məzmunu  Avropa  İttifaqının  rəsmi 

nöqteyi-nəzərini  əks  etdirmir.  Hesabatda  əksini  tapmış 

məlumatlara  və  fikirlərə  görə  məsuliyyət  tamamilə  müəllifin 

üzərinə düşür.  

 

Hesabat 2017-ci ilin dekabrında dərc edilib. 


 



 

MÜNDƏRİCAT 

Mündəricat 

3 

1.GİRİŞ 

4 

2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR 

5 

2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il) 

5 

2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır) 

5 

2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı 

6 

2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il) 

7 

3. FİLM SEKTORUNA QISA NƏZƏR 

9 

3.1. Film istehsalının strukturu 

9 

3.2. Sektorun əsas iştirakçıları 

10 

3.2.1. Azərbaycanfilm 

10 


3.2.2. Özəl kommersiya studiyaları 

10 


3.2.3. Müstəqil film prodüserləri 

11 


3.2.4. Televiziya bazarı 

12 


3.2.5. Sektordakı başqa təşkilatlar 

12 


3.3. Kino sahəsində təhsil 

13 

3.4. Film İnfrastrukturu və Yayım 

13 

3.5. Festivallar 

15 

3.6. Beynəlxalq kontekst 

15 

3.7. SWOT (GZİT) Təhlil 

16 

4. TÖVSİYƏLƏR 

19 

4.1. Ümumi şərtlərin yaradılması 

19 

4.1.1. Uğurlu siyasətlər etibarlı məlumatlar əsasında tərtib olunur 

19 

4.1.2. Dövlət və özəl kinematoqrafiya sektorları arasında tarazlığın yaradılması 



19 

4.1.3. Maliyyələşdirmə islahatı 

20 

4.1.4. İnfrastruktur 



21 

4.2. Kinematoqrafiya sahəsinin dəstəklənməsi 

22 

4.2.1. Düzgün şəkildə təşkil olunmuş güclü və müstəqil kinematoqrafiya sahəsinin 

yaranması 

22 


4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır 

22 


4.2.3. Beynəlmiləlləşmə 

23 


4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi 

24 


5. Xülasə 

26 

Qeyd 

27 

 



 



1.GİRİŞ 

Azərbaycan  uzun  tarixi  olan  kinematoqrafiyası  ilə  öyünə  bilər.  Bakıda  fransız 

Aleksandr 

Mişonun 


çəkdiyi 

ilk 


film 

Lümyer 


qardaşlarının 

Parisdə 


"kinematoqrafiya"nın əsasını qoymasından cəmi üç il sonraya –  1898-ci ilə təsadüf 

edirdi. İlk filmlərin çəkilişi XX əsrin ilk onilliyində kino ilə əlaqədar başqa tədbirlərin 

də  görülməsi  ilə  müşayiət  olundu.  Bu  dövrdə  artıq  ölkədə  kinematoqrafiya 

infrastrukturları  və  səyyar  kinoteatrlar  inkişaf  edirdi.  Sovet  dövründə 

“Azərbaycanfilm” Dövlət Kinostudiyası  kinematoqrafiyanın  dövlət  səviyyəsində 

planlaşdırılmış  inkişaf  proqramı  çərçivəsində  yaradılmışdı.  Lakin  o,  üzərində  sərt 

ideoloji  nəzarətin  olmasına  rəğmən,  ölkədə  peşəkar  kinonun  inkişafının  bünövrəsini 

qoydu. 


 

"Sovet dövrünün sonlarına doğru ölkənin yeganə kinostudiyası olan "Azərbaycanfilm" 

Dövlət Kino və SSRİ Mərkəzi Televiziyanın sifarişi ilə ildə 7, ya 8 film buraxırdı. İl 

ərzində  studiya  eyni  zamanda  20-25  sənədli  film  və  2-3  animasiya  filmi  çəkirdi. 

Studiyanın  əsasının  qoyulduğu  ilk  günlərdən  başlayaraq  ölkəmizdə  təxminən  240 

tammetrajlı film, 50-dən çox qısametrajlı film, 1200-dən çox sənədli film və təxminən 

100 animasiya filmi istehsal edilib."

1

 

 

Sənaye sahəsinin mərkəzləşdirilmiş strukturu yalnız filmlərin istehsalına deyil, onların 



yayımına,  xarici  filmlərin  satınalınmasına,  kinematoqrafiya  infrastrukturunun 

saxlanmasına və kinonun bütün digər sənaye tsikllərinə toxunurdu. Bu səbəbdən də, 

SSRİ-nin  süqut  etməsindən  sonra  ölkənin  digər  sektorları  kimi  bu  sənaye  sahəsi  də 

demokratiya  və  bazar  iqtisadiyyatına  keçidin  günümüzə  qədər  davam  etməkdə  olan 

çətinlikləri ilə başa çıxmalı oldu. Çox çətin keçən ilk illərdə mədəniyyət və yaradıcılıq 

sahələri  prioritetdə  olan  sahələr  deyildi,  bu  isə  film  istehsalının  sürətlə  azalmasına, 

kinematoqrafiya sənayesinin geri düşməsinə səbəb oldu.  

 

Azərbaycanın  kinematoqrafiya  sektoru  digər  Aİ  ölkələri  ilə  müqayisədə 



mərkəzləşmişdir.  Bu  isə  sektorun  bütün  tsikllərinə  –  yaradıcılıq  prosesinə,  istehsal 

tsiklinə, filmlərin yayımı və satışına təsir edir. Siyasət və qanunvericilik səviyyəsində 

kinematoqrafiya  anlayışı  nadir  hallarda  yaradıcılıq  sahəsi,  daha  dəqiq  desək,  bədii 

yaradıcılığı ticari və işgüzar aspektlərlə birləşdirən qarşılıqlı əlaqə sistemi kimi başa 

düşülür.  Dövlətin  vəzifəsi  (Mədəniyyət  Nazirliyi  tərəfindən  icra  olunur)  bədii 

özünüifadə azadlığı üçün əlverişli şəraitin yaradılmasından deyil, mədəniyyətin təşkili 

və formalaşdırılmasından ibarətdir.  

 

Göründüyü kimi, cəmiyyətin dəyişməsi prosesi bir çox çətinliklərə yol açır – problem 



yalnız  mədəniyyət  və  yaradıcılıq  siyasətlərinin  demokratik  dövlətdə  oynadığı  rolla 

deyil, mədəniyyət və yaradıcılıq sahələrinin cəmiyyətin iqtisadi inkişafında oynadığı 

rolla əlaqədardır.  

 

Mədəniyyət  siyasətləri  və  iqtisadiyyat,  yaradıcılıq  və  sənaye,  xüsusilə  də 



kinematoqrafiya sektorunda kiçik və orta müəssisələr üçün əlverişli şəraitin yaradılması 

və  yaradıcılıq  sahələrinin  çiçəklənməsi  arasındakı  əlaqələr  araşdırılmalı  və  hökumət 

səviyyəsində siyasətə çevrilməlidir. 

 

1



 Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının mədəniyyət siyasəti haqqında məlumat 

rəsədxanası, www.observatory-guam.org/content.php?page=14 




Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə