Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
  1   2   3   4   5   6   7   8   9   ...   48



 
 
SÜLEYMAN SANĠ AXUNDOV 
 
 
 
 
 
QARACA QIZ 
 
 
 
 
 
 
Könül AYDIN Nəhmətova 
“QARACA QIZ”IN TALEYĠ 
(“Qaraca qız” povesti 3 variantda) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı, 2016 
 



 
 Elmi redaktor:          Əkrəm Bağırov 
        filologiya üzrə fəlsəfə doktoru 
 
Rəyçilər:                     Möhsün Nağısoylu 
                         AMEA-nın müxbir üzvü, professor 
            
                          Məhərrəm Qasımlı 
Azərbaycan Respublikası Dövlət mükafatı 
    laureatı, filologiya üzrə elmlər doktoru, professor 
                       
                           Güldəniz Qocayeva 
                    filologiya üzrə fəlsəfə doktoru 
     
 Ərəb əlifbasından transfoneliterasiya edən 
        və ön sözün müəllifi:  Könül Nəhmətova 
              filologiya üzrə fəlsəfə doktoru 
 
Süleyman  Sani  Axundov.  Qaraca  qız.  (Könül  AYDIN 
Nəhmətova. “Qaraca qız”ın taleyi) Bakı, 2015, səh. 
 
Kitabda  S.S.Axundovun  “Qaraca  qız”  povestinin  üç 
variantı:  1913-cü  ildə  “Məktəb”  jurnalının  1-22-ci  nömrələrində  
dərc  edilmiş  variantı,“Zərafət”(1927)  adı  ilə  nəşr  olunan 
hekayələr toplusundakı və “Qaraca qız”(1934) kitabçasındakı çap 
nüsxələri  ilk  dəfə  olaraq  geniş  oxucu  auditoriyasına  təqdim 
olunur. Əsərin dəyişdirilmə səbəbi və mərhələlərlə aparılan təhrif 
prosesi  araşdırmaçı  tərəfindən  nəzərdən  keçirilmiş,  nüsxələr 
arasındakı  fərqlər  müəyyənləşdirilmişdir.  Kitab  geniş  oxucu 
auditoriyası  üçün  nəzərdə  tutulmaqla  yanaşı,  elmi  və  pedaqoji 
aiditoriyanın mütaliəsi üçün xüsusi tövsiyə olunur. 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SÜLEYMAN  SANĠ AXUNDOV - 140 
 
 
...Türklük və İslam dairəsində qalxınmaq  istiyoruz. 
Biz  arzu  ediyoruz  ki,  bizim  qalxınmağımıza    baxıl-
dığında  “Türklər,  Müslümanlar    nə  gözəl  qalxınıyorlar” 
denilsin,  yoxsa  “Türklər,  müslümanlar  irtidad  ediyor, 
firəngləşiyorlar” denilməsin. 
 
                                         ƏLİ BƏY HÜSEYNZADƏ 
 
 
 



 
 



 
“QARACA QIZ”IN TALEYĠ: ƏSƏR NECƏ 
DƏYĠġDĠRĠLDĠ? 
 
İlkin  mənbələr  əsasında  aparılan  ciddi  ədəbiyyatşünaslıq 
araşdırmaları elmi ictimaiyyəti belə bir faktla üz-üzə qoyur:  Hələ 
sovet  hakimiyyətinin  ilk  illərindən  etibarən  yalnız  şəxsiyyətlər 
deyil, həm də sənət və yaradıcılıq nümunələri milli-mənəvi siqləti-
nə görə represiyaya məruz qalmışıdr. Azərbaycan sovet ədəbiyyatı 
yaratmaq  siyasəti yeni əsərlərin mövcud ideologiyaya tabe etdiril-
məsi  ilə  kifayətlənməyib,  klassik  əsərlərə  də  ciddi  müdaxilələr 
etdirməklə  məzmununun  dəyişdirilərək  idealoji  təhriflərə  məruz 
qoyurdu. Maraqlı bir faktdır ki, Cəfər Cabbarlının “Sevil” dramın-
da həyat həqiqəti idealoji təbliğata qurban verilərək əlyazmasından 
o  yana  keçə  bilməmişdir
1
.  Mirzə  Fətəli  Axundovun,  Hüseyn 
Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin və o cümlədən, XX əsrin 
əvvəllərində özünü uşaq yazıçısı, pedaqoq kimi təsdiqləmiş, gələ-
cək  nəslin  yetişməsində  xüsusi  fəaliyyəti  olan  S.S.Axundovun 
əsərləri  belə  talehsizliklə  üzləşmişdir.  S.S.  Axundovun  “Qaraca 
qız”  povesti  daha  çox  təzyiqə,  təhrifə  məruz  qalan  əsərlərdən 
biridir. Əsər tam 100 illik nəşr tarixi müddətində Azərbaycan klas-
sik uşaq ədəbiyyatımızın nadir inciləri sırasına daxil olsa da, elmi 
tədqiqi  istiqamətində  rastlaşdığımız  laqeydlik  təəccüb  doğurmaya 
bilmir. Azərbaycan sovet  ədəbiyyatşünaslığında aparılan tədqiqat-
lar  nə  qədər  anlaşılandırsa,  müstəqillik  dövrü  ədəbiyyatşünaslığı-
mızda  müşahidə  etdiyimiz  laqeydlik  başa  düşülən  deyil.  Halbuki 
əsərin  böyük  dəyişikliklərə  məruz  qalması  haqqında  hələ  1968-ci 
ildə  Nadir  Vəlixanov    mümkün  olduğu  qədər  elmi  ictimaiyyəti 
məlumatlandırırdı.  N.Vəlixanov  ədəbiyyat  tarixçiliyimizin  yadda-
şına bir mesaj  ötürmək  məqsədi  ilə  yazırdı:  “Müəllif Hüseynqulu 
ağanın  tənbəlliyinə  işarə  etsə  də,  onun  sinfi  təbiətinə  səciyyəvi 
olmayan müsbət keyfiyyətlərini vermişdi. Bunu nəzərə alaraq ədib 
sonrakı  nəşrdə  Hüseynqulu  ağanın  tipik  olmayan  bir  sıra  müsbət 
                                                           
1
 Seyid Hüseyn  Cəfər Cabbarlı barədəki xatirələrinin bir yerində deyir: “Cəfər 
“Sevil” pyesinin temasını da mənim üçün nağıl etmişdi. İstər Balaş, istər Sevil 
indi olduğu şəilkdə deyildi. Sevil tamamilə başqa cür, axıra  qədər avam və 
çadrada qalan bir qadın idi ki, əsərin son pərdəsində Balaş etdiyi bir 
israfçılıqdan sonra həbsə alındıqda ondan boşanıb küçəyə qovladığına 
baxmayaraq yenə onun görüşünə gəlirdi. Cəfər Sevili ilk variantında axıra qədər 
avam və Balaşa sadiq saxlamaq istəmişdi.”  
 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə