Sumqayıt Təhsil və təlim mərkəzinə ziyarət zam anı səhmdarlarla keçirilən görüş



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
tarix15.08.2018
ölçüsü3,91 Mb.
#62853


1

Sumqayıt Təhsil və təlim mərkəzinə ziyarət zam-

anı səhmdarlarla keçirilən görüş

SAP ERP layihəsinin müzakirəsi gedir 

Ailə Günündə SOCAR 

Polimer şirkəti Sumqa-

yıtda fəaliyyət göstərən 

layihə kollektivinin üzv-

lərinin övladlarını tikinti 

meydançasında tanışlıq 

gəzintisinə dəvət etdi.

Səh.4


Səh.8

Səh.18


Ailə Günü

2017


FEVRAL

SOCAR Polimer MMC-nin xəbərlər bülleteni / Nömrə 2 / 2017-ci il

Bu buraxılışda:

3.000.000

70.9%


26.3%

İş vaxtının itkisi olmadan 

-dan

artıq adam/saat işlənmişdir



PP zavodu – yanvar 

ərzində ümumi irəliləyiş

YSPE zavodu – yanvar 

ərzində ümumi irəliləyiş

278

İşçi



2

Baş Menecerin 

müraciəti

Hörmətli həmkarlar!

Biz  keşməkeşli  2016-cı  ili  arxada  buraxıb  2017-ci  ilə 

qədəm  qoymuşuq.  Hər  şeydən  əvvəl,  mən  2016-cı  ildə 

göstərdiyiniz əzmkar zəhmətinizə və fədakarlığınıza görə 

sizə  öz  minnətdarlığımı  bildirmək  istərdim.  Bu  il  daha 

da  səylə  çalışacağımıza  və  daha  yüksək  nəticələr  əldə 

edəcəyimizə ümid edirəm.  Unudmamalıyıq ki, bu layihə 

çərçivəsində müəyyən etdiyimiz standartlar həm SOCAR 

GPC şirkəti, həm də digər gələcək layihələr üçün də səmt 

nişanı rolunu oynayacaq. 

Bu il biz bir sıra çətin məsələ ilə üz-üzə gələcəyik. Onlardan 

ən vacibləri bunlardır: 

1.  STTƏMM standartlarına ciddi və müntəzəm surətdə 

əməl etmək;

2.  Polipropilen qurğusunda mexanika-montaj işlərini 

uğurla başa vurmaq;

3.  İstismar üzrə mütəxəssis kollektivini yaratmaq;

4.  SAP sistemini tətbiq etmək.

1) Biz sahədə çox ciddi STTƏMM standartları tətbiq edirik. 

Bunun nəticəsində biz iş vaxtının itkisinə yol vermədən 3 

milyon adam/saat həcmində qəzasız iş görmüşük.  Lakin 

biz  arxayınlıq  qapılmadan  və,  xüsusən  də,  iş  həcminin 

və  intensivliyinin  artmasını  nəzərə  olaraq  bu  əlamətdar 

rekordu  qoruyub  saxlamalıyıq.  Əlbəttə,  biz  ofislərdə  də 

STTƏMM  standartlarının  tələblərinə  ciddi  şəkildə  riayət 

etməliyik. 

2)  Mexaniki-montaj  işlərinin  başa  çatdırılması, 

qurğunun istismara verilməsi və işə salınması bu ilin 

dördüncü rübünə planlaşdırılır.  

Əldə  edilməsi  çətin  olan  bu  məqsəd  kollektivin  hər 

bir  üzvündən  tam  fədakarlıq,  İPMT  kollektivindən  isə 

əlavə  mütəşəkkillik  və  podratçılarla  sıx  əməkdaşlıq 

tələb  edəcək.  SOCAR  Polimerin  bu  sahədə  də  daha  bir 

əlamətdar nailiyyət əldə edəcəyinə nikbinliklə yanaşdığıma 

baxmayaraq,  biz  sadəcə  bir  dəst  avadanlıq  olan  bu 

qurğuların  fəaliyyət  göstərən  zavoda  çevrilməsi  ilə  bağlı 

çətinlikləri də az görməməliyik.

3) İstismar üzrə mütəxəssis kollektivimizin özəyi artıq 

formalaşdırılmışdır. 

Buna  baxmayaraq,  tam  hazır  və  komplektləşdirilmiş 

kollektivin  yaradılmasına  hələ  çox  məsafə  qət  etməliyik. 

Bundan  əlavə,  biz  qərara  aldıq  ki,  əməliyyatlar  ingilis 

dilindən  istifadə  edilməklə  aparılsın.  Bu  qərar  müstəqil 

surətdə vəhdət təşkil edən,  bu sənayedə fəaliyyət göstərən 

şirkətlərlə əlaqə quran, hamı üçün geniş imkanlar yaradan 

və, beləliklə də, həqiqətən beynəlxalq standartlara cavab 

verən bir təşkilata çevrilməyimizə imkan verəcək.

4) SAP ERP sisteminin tətbiq edilməsi gələcək təşkilatın 

vacib  hissəsini  təşkil  edəcək.  Layihələr  tam  sürətlə 

irəliləyir və biz onları bu ilin ortalarına qədər başa çatdırmaq 

niyyətindəyik.  ERP  sistemi  hər  təşkilatda  əhəmiyyətli  rol 

oynayır. Bu sistem bütün funksiyaları birləşdirən və onların 

vəhdətini yaradan bir onurğa sütunudur. Mən hamınızdan 

bu layihəyə tam dəstək verəcəyinizi gözləyirəm.

Mən  həqiqətən  hamınız  və  hər  birinizlə  fəxr  edirəm.  

Sükanı belə saxla!

Fərid Cəfərov



3

Tikinti sahəsindən fotolar

Fevral 2017



4

Səhmdarlarla görüş və 

Sumqayıtdakı Təhsil və 

Təlim Mərkəzinə ziyarət 

24 fevral 2017-ci il tarixində 

səhmdarlarımızın (Azərsun, Gilan 

və Paşa xoldinqlərinin) təmsilçiləri 

ilə keçirilmiş görüşdə layihənin cari 

vəziyyəti və gələcək planlarına dair 

məlumat təqdim edildi. Təqdimatat 

SOCAR Polimer şirkətinin Baş Meneceri 

Fərid Cəfərov, Layihə Meneceri Gi 

Lombarts, Tikinti üzrə Baş Menecer 

Con Ərrousmit, Təlim və İnkişaf üzrə 

Böyük mütəxəssis Nərgiz Səlimova 

və Planlaşdırma üzrə Baş Menecer 

Vüqar Aslanov tərəfindən aparıldı. 

Təqdimatdan əvvəl tikinti sahəsini 

ziyarət etmiş səhmdarlar tikintidə baş 

vermiş irəliləyişə şahid oldular. Əlavə 

olaraq, səhmdarlar Sumqayıtdakı 

Təhsil və Təlim Mərkəzini (STTM) də 

ziyarət etdilər. 6 oktyabr 2016-cı il 

tarixində SOCAR Polimer MMC şirkəti 




5


6

ilə SOCAR-ın Təhsil, Təlim və Sertifikasiya Departamenti 

arasında imzalanmış Personalın Təlimi haqqında Sazişə 

əsasən başlamış yeni əməkdaşlıq çərçivəsində 4 qrup işçi 

üçün üç ixtisas istiqaməti üzrə təlim kurslarının keçirilməsi 

nəzərdə tutulur. Operatorlar qrupunda təlim keçənlər artıq 

kursu bitirmiş və əldə etdikləri bilik və bacarıqları istehsalatda 

tətbiq etməyə başlamışlar. SOCAR Polimerin qalan üç qrupa 

aid işçiləri isə STTM-də texnologiya, energetika və nəzarət-

ölçü avadanlıqları/avtomatika sahələri üzrə təlimlərdə iştirakını 

davam etdirirlər. Ünsiyyət qurma bacarıqlarını və dil biliklərini 

artırmaq üçün təlim iştirakçıları həmçinin öz ixtisas fənlərinə 

əlavə olaraq 3-aylıq texniki İngilis dili kursunu da keçirlər. 

Təlim mərkəzində əldə etdikləri bilik və bacarıqları əsasında 

fərdi surətdə hazırladıqları təqdimatlarda təlim iştirakçıları 

PP və YSPE zavodlarında idarə edəcəkləri avadanlıq barədə 

məlumat verdilər. Həmin təqdimatlar ingilis dilində hazırlanaraq 

təqdim edildi. Tədbirdə Təhsil, Təlim və Sertifikasiya 

Departamentinin müdiri Fuad Süleymanov, SOCAR Polimer 

MMC şirkətinin Baş Meneceri Fərid Cəfərov, habelə Paşa 

Xoldinq, Gilan Xoldinq, Azərsun Xoldinq və Polimer İnşaat 

şirkətinin nümayəndələri də iştirak etdilər. Tədqimatlardan 

sonra qonaqlar təhsil keyfiyyətindən razı qaldıqlarını ifadə 

edib təlim mərkəzində təlim keçən SOCAR Polymer işçilərinə, 

habelə STTM əməkdaşlarına uğurlar arzuladılar. 



7


8

SAP ERP sisteminin tətbiq 

olunması 

SOCAR Polimer öz işgüzar fəaliyyətini təkmilləşdirməyə və 

yenidən  strukturlaşdırmağa  qərar  vermişdir.  Bu  məqsədlə 

müəssisədə  tətbiq  edilmək  üçün  SAP  ERP  sistemi 

seçilmişdir.  Bu  təşəbbüs  çərçivəsində  işgüzar  proseslərin 

hazırkı konfiqurasiyası təhlil ediləcək və SAP ERP sisteminin 

funksional  imkanlarından  istifadə  etməklə  onlar  yenidən 

strukturlaşdırılacaq.

1) SAP məfhumunun tərifi

ERP sistemləri şirkətin daxili işgüzar proseslərin mərkəzləşdirilmiş 

surətdə aparılmasını təmin edir. Bu, modullar əsasında fəaliyyət 

göstərən vahid proqram təminatlı sistemlərdir. ERP-nin başlıca 

funksiyası  şirkətdə  gedən  əsas  işgüzar  proseslərin  vahid 

mənzərəsinin real vaxt rejimində yaradılmasından ibarətdir. Bu 

modullar  sistemi  hər  modula  lazım  olan  bütün  məlumatları  və 

istifadəçi tələblərini bölüşən məlumat bazasından istifadə edir və 

qabaqlayıcı rejimdə işləyir.

ERP sadəcə yeni proqram təminatı deyil, o, həm də təşkilatlanma 

mədəniyyətinin dəyişdirilməsi deməkdir.

2) SAP sisteminin məqsədləri

Nə  üçün  məhz  SAP  ERP  sistemi  seçilmişdir?  Ona  görə  ki,  bu 

sistem:

• 

İşgüzar proseslərin aparılmasını asanlaşdırır;



• 

Bütün şöbələr üçün vahid sistem aləti kimi istifadə olunur;

• 

Məhsuldarlığı,  operativliyi  və  sifarişçi  tələblərinə  cavab 



vermə sürətini  artırır;

• 

Səmərəliliyin  artırılması  tələblərinə  cavab  verir  və  müvafiq 



nəzarəti təmin edir;

• 

Yeni  biznes  və  inkişaf  strategiyalarının  tətbiq  edilməsinə 



yardım edir;

• 

Operativlik səviyyəsini artırır;



• 

Xərcləri azaldır və səmərəsiz prosesləri aradan qaldırır;

• 

Fasiləsiz təkmilləşmə təmin edir.



3) Plan nədən ibarətdir?

ASAP  Metodologiyası  SAP  sisteminin  effektiv  və  tam 

surətdə  tətbiq  olunmasını  təmin  edən  bir  konsepsiyadır. 

Ümumilikdə, o, aşağıdakı mərhələlərdən ibarətdir:

Layihənin  hazırlanması  mərhələsi:  ilkin  planlaşdırma, 

məqsədlərin və icra müddətlərinin müəyyən edilməsi, kollektivin 

üzvlərinin seçilməsi. 

Biz buradayıq - 65% başa çatdırlımışdır

İş həcminin yoxlanılması mərhələsi: bu mərhələdə anlamaq 

lazımdır ki, SAP sistemi hazırkı işgüzar proseslərlə bağlı hansı 

həll yolları təmin edəcək və təşkilat SAP sistemini biznes delta 

tələbləri  də  daxil  olmaqla  öz  işgüzar  məqsədləri  üçün  necə 

istifadə etmək niyyətindədir. Bu mərhələdə işgüzar fəaliyyətlərə 

aid geniş çeşiddə sənədlər işlənib hazırlanır - 15% hazırdır (Biz 

də buradayıq – mərhələ başladı)

Həyata  keçirmə  mərhələsi:  Biznes  delta  tələbləri  (yəni, 

işgüzar prosesdə hələ də yerinə yetirilməmiş tələblər) müəyyən 

edildikdən sonra bu mərhələdə həmin tələblərin yerinə yetirilməsi 

fazası başlayır. Proqram təminatı istifadəyə verilməzdən əvvəl bu 

mərhələdə  sistemin  məhdud  müddətli  işçi  dövrlərinin  sınaqları 

keçirilir.  



Yekun hazırlıq mərhələsi: Məşqlər və son istifadəçilərin təlimləri 

də daxil olmaqla yeni sistemlərə keçid tədbirləri başa çatdırılır. Bu 

mərhələdə aparılan işlər istismara verilmə prosesinə yardım edir.

İstifadəyə verilmə işlərinə dəstək mərhələsi: SAP modullarının 

istifadəyə verilməsi daimi dəstək tələb edir.




9

Bir layihə meneceri kimi mənim 

diqqətim əməliyyatların və bütün 

digər funksiyaların vahid ERP 

sistemi çərçivəsində fasiləsiz biznes 

prosesi olaraq strateji baxımdan 

necə həyata keçiriləcəyini nümayiş 

etdirmək məsələsi üzərində 

cəmləşəcək. Biz bu layihəni vaxtı-

vaxtında və büdcə çərçivəsində 

yerinə yetirəcəyik. Biz ASAP-8 

layihə idarəetmə texnologiyasından 

istifadə  edəcəyik. Burada 

mənim rolum layihə planını 

işləyib hazırlamaqdan, layihənin 

iştirakçıları ilə əlaqələrə rəhbərlik 

etməkdən, məlumat mübadiləsini 

idarə etməkdən, layihə kollektivinə 

rəhbərlik etməkdən, layihə ilə bağlı 

riskləri idarə etməkdən, layihə 

qrafikinə və büdcəsinə nəzarət 

etməkdən, layihə çərçivəsində 

ortaya çıxa bilən münaqişələri həll 

etməkdən və layihənin gedişinə 

nəzarət etməkdən ibarət olacaq.

Vüqar Aslanov - SAP Layihə meneceri 

Gülnara Budaqova - SAP 

layihə koordinatoru 

Cavid Əliyev – MTT üzrə 

ixtisaslı mütəxəssis

Mənim funksiyama 

layihə üzrə fəaliyyətin və 

kollektivin resurslarının 

əlaqələndirilməsi, layihə 

sənədlərinin və qrafiklərinin 

nəzərdən keçirilməsi 

və qiymətləndirilməsi, 

layihə qrafikinin 

hazırlanması, büdcə 

ilə bağlı faktiki hesabatların və proqnozların 

verilməsi, layihə sənədlərinin hazırlanması 

daxildir. Bu layihə üzrə tədbirlərin, risklərin 

və dəyişiklərin əlaqələndirilməsi, layihənin 

gedişi haqqında hesabatların və idarə etmə 

komitəsinin hesabatlarının hazırlanması ilə bağlı 

məsələlərinin əlaqələndirilməsi də daxil olmaqla 

layihənin icrasının asanlaşdırılması ilə bağlı 

bütün aspektlər də daxildir. Layihə koordinatoru 

“cari” biznes proseslərinin qiymətləndirilməsində 

və “gələcək” biznes proseslərinin 

hazırlanmasında iştirak edir və layihə kollektivini 

layihənin idarə olunması üsulları və vasitələrinə 

dair məlumatlarla təmin edir. Layihənin yekun 

mərhələsində koordinator təlim prosesinə kömək 

göstərir. 

Kadrlar 

şöbəsinin ixtisaslı 

mütəxəssisinin əsas 

funksiyası SAP 

məsləhətçilərini 

layihəyə dair müvafiq 

düzgün məlumatlarla 

təmin etməkdən 

ibarətdir ki, bunun 

əsasında həmin məsləhətçilər şöbədə işlərin 

necə getdiyi haqda tam təsəvvür əldə edə 

bilsinlər. Prosesləri dərindən təhlil etməklə 

və zəruri məlumatları toplamaqla Kadrlar 

şöbəsinin ixtisaslı mütəxəssisi kadrlarla 

bağlı işi şirkətin strategiyasına və milli 

qanunvericiliyin tələblərinə uyğun olaraq 

təkmilləşdirilməsi və optimallaşdırması 

məqsədi ilə SAP layihəsinin icrası prosesinə 

kömək edir. Beləliklə, Kadrlar şöbəsinin 

ixtisaslı mütəxəssisinin məqsədi təlimlər və 

ustalıq kurslarını təşkil etməkdən, və eləcə də 

Kadrlar şöbəsindəki bütün SAP istifadəçilərinə 

hərtərəfli yardım göstərməkdən ibarətdir.  

Mənim əsas 

vəzifələrimə layihə 

kollektivinə inzibati 

dəstəyin verilməsi, 

layihə üzrə planların 

və qrafiklərin 

qeydiyyatın 

aparılması, işlərin 

ümumi gedişinə 

nəzarət və 

müvafiq hesabatların verilməsi, rəhbərliyin 

tələb etdiyi hesabatların hazırlanması, 

resurslardan istifadə olunması prosesinin 

monitorinqi, keyfiyyət aspektlərinə nəzarətin 

aparılması, layihə sənədlərindən ibarət 

reyestrin təşkil edilməsi və aparılması, 

məlumat və sənəd axınının idarə olunması 

və inzibatçılıq daxildir.  

Mənim funksiyam 

Maddi-Texniki 

Təminat və podratlar 

sahəsindəki 

işgüzar proseslərin 

əlaqələndirilməsi və 

həmin proseslərin MTT 

sistemi çərçivəsində 

daha effektiv və 

operativ surətdə tətbiq 

edilməsindən ibarətdir. Vəzifələrimə eləcə 

də mal və materiallarla əlaqədar tələblərin 

izlənməsi, materiallar və xidmətlərin satın 

alınması üçün tələbnamələrin və sifarişlərin 

hazırlanması,  inventarlaşma və anbar 

ehtiyatlarının idarə olunması, materialların 

buraxılmasına və hərəkətinə nəzarət 

kimi funksiyalar da daxildir.  Yuxarıdakı 

vəzifələrlə yanaşı, mən həm də MMT 

şöbəsinin fəaliyyətinə aid olan bütün 

mövcud məlumatların hal-hazırda istifadədə 

olan 1C sistemindən yeni SAP sisteminə 

köçürülməsinə cavabdehəm.   



Kamran Hümmətov - SAP üzrə Baş İT inzibatçısı 

SAP üzrə Baş İT inzibatçısı texniki infrastrukturun planlaşdırılması, zəruri 

komponentlərin quraşdırılması, sistemin konfiqurasiyası və SAP sisteminin 

mühitinə inteqrasiyası, və eləcə də istehsal sistemindəki infrastrukturun 

idarə olunması prosesində tələb olunan köməyi göstərmək üçün tələb 

olunan zəruri vasitələr təmin edir. Əlavə cavabdehliklərim: sistemin 

quraşdırılması və konfiqurasiyasının qurulması, serverlərə düşən yüklərin 

balanslaşdırılması, müxtəlif komponentlərin idarə olunması, interfeyslərin 

serverlərlə inteqrasiya edilməsi prosesinin idarə olunması, serverlərin və 

müxtəlif İT xidmətlərinin idarə olunması. 



Cəmilə Aşurova – 

Mühasibat üzrə ixtisaslı 

mütəxəssis  

Alina Əyyubova – Kadrlar 

şöbəsinin ixtisaslı 

Alina Həsənova - SAP 

Mənim əsas 

funksiyam hazırkı 

prosesi və istifadədə 

olan mühasibat 

sistemini izah 

etmək məqsədi 

ilə məsləhətçilərlə 

intensiv işin 

aparılmasından 

ibarətdir.  Vəzifələrimə 

SAP ERP sistemindən istifadə etməklə 

Maliyyə mühasibatı sahəsində biznes 

mədəniyyətinin artırılması, biznes prosesləri 

planının və işgüzar konfiqurasiyalarının 

işlənib hazırlanması, vəsaitlərə nəzarət 

və vəsaitlərin idarə olunması modullarının 

işlənib hazırlanması, bütün əvvəlki illərə 

aid məlumatların köhnə sistemdən yeni 

sistemə köçürülməsi də daxildir. Mühasibat 

digər şöbələrdən daxil olan məlumatların 

son istifadəçisi olduğuna görə mən həm də 

bütün şöbələrin SAP sisteminə inteqrasiya 

prosesində iştirak edirəm. 

Ümumilikdə, SAP təşkilatın 

daxilində etibarlı və mütəşəkkil 

mühit yaradır. Mənim əsas 

vəzifəm məsləhətçilərə maliyyə 

fəaliyyətimizə dair təfsilatlı məlumat 

verməkdən ibarətdir. Bununla biz 

maliyyə və risklərin,  likvidlik və 

pul vəsaitlərinin idarə olunması 

üçün nəzərdə tutulan modulların 

düzgün tətbiq olunmasını təmin 

edə bilərik. Bu modullar bizi 

maliyyə əməliyyatlarının işlənilməsi 

və maliyyə aspektlərinin idarə 

olunması üçün lazım olan güclü 

alətlə təchiz edəcək və bununla 

yanaşı SAP sisteminə maliyyə 

mühasibatı üçün xüsusi praktiki 

vasitələr inteqrasiya ediləcək. 



Ruslan Hüseynov – İxtisaslı maliyyə mütəxəssisi 


10

ERP LAYİHƏ KOLLEKTİVİ



İdarə etmə komitəsi

Layihənin 

sponsoru

Layihənin 

meneceri

İnzibatçı

Maliyyə

Mühasibat

Texniki 

xidmət

İstismar - PP

MTT

Material 

ehtiyatlarının

İT

Fuad Əhmədov

Vügar Aslanov

Ruslan Hüseynov

Cəmilə Aşurova

Rauf Davudov

Gülnara Budaqova

Layihənin 

Koordinatoru

Kadrlar 

şöbəsi

Əsas üzvlər - 11 nəfər

Məsləhətçinin kollektivi - 11 nəfər

Cəmi - 22 nəfər

Elnar Mehdizadə

Cavid Əliyev

Kəmran Hümmatov

Alina Məmmədova

4-cü Rüb


SAP Layihəsinin strukturu

1-ci Rüb


1-ci Rüb

2-ci Rüb


3-cü Rüb

4-cü Rüb


2-ci Rüb

3-cü Rüb


12 iyul 2017

Hissə 1 – İstifadəyə 

verilir

Hissə 2 – İstifadəyə 

verilir

Yokogawa – 

İstifadəyə verilir

19 dek 2017

15 avq

Maliyyə Mühasibatı

Kontrolluq

Satışlar və Proqnozlar

İstehsalın planlaşdırılması

Keyfiyyətin idarə olunması

Qurğulara texniki xidmətin 

göstərilməsi

Təchizat

İnventarlaşmanın idarə olunması 

Maliyyə Təchizat Zəncirinin İdarə Olunması

Fondların idarə olunması

Kadrların idarə olunması

“SF Performance & Goal Management” modulu



Biznes 

əməliyyataları

Təchizat 

zəncirinin idarə 

olunması

Kadrların idarə 

olunması

Mühasibat

Yokogava ilə inteqrasiya

Sertifikasiya üçün Mobil Sifarişçi



11

Layihə kollektivinin SOCAR Polimerin 

rəhbərliyi və personalı üçün hazırladığı “ERP 

Layihəsinin rəsmi surətdə başlanması” adlı 

təqdimatın keçirildiyi iclas zamanı. İclasda 

aşağıdakı mövzular müzakirə edildi:

• 

ERP Layihəsinin təşkilat strukturu və 



ofisin fəaliyyət planı;

• 

ERP Layihəsinin missiyası, 



konsepsiyası və strategiyası;

• 

İş mədəniyyətində baş verən 



dəyişikliklər;

• 

Əməliyyatlar - Biznes prosesinin 



Yüksək səviyyəli texnoloji sxemi;

• 

Əməliyyatlar – Funksional II Səviyyəli 



texnoloji kart;

• 

SAP sisteminin üstünlükləri;



• 

ERP Layihə planı; 

• 

Çətinliklər.




12

Zavod şəraitində 

təhvil-təslim sınaqları

Tərlan Əbiyev 

SOCAR Polimerin əməkdaşı İPMT 

qrupunun Nəzarət və Avtomatika üzrə 

Aparıcı Mühəndisi Tərlan Əbiyev Milanda 

fəaliyyət göstərən SAFCO şirkətinin 

istehsalat müəssisəsində zavod şəraitində 

təhvil-təslim sınağının (ZTS) keçirilməsi 

məqsədi  ilə 20 fevral 2017-ci il tarixində 

İtaliyaya səfər etmişdir. SAFCO şirkəti 

Bakıdakı PP və YSPE zavodlarında 

quraşdırılacaq yanğın və qaz sızıntısı 

aşkarlayan sistem istehsal etmişdir. 

Tərlan səfər təfsilatlarını bizimlə paylaşdı. 

O dedi:

 

“Şirkətimizin sifariş etdiyi Yanğın və qaz 



sızıntısı aşkarlama sisteminin İtaliyada 

hazırlanaraq zavodlarımızda quraşdırılması 

və işə salınması nəzərdə tutulmuşdur. 

ZTS prosesi deyildikdə sistemin və ya 

məhsulun müqavilədə qeyd olunmuş tələb 

və spesifikasiyalara uyğunluğunu yoxlamaq 

üçün keçirilən xüsusi mühəndislik sınaqları 

nəzərdə tutulur. Avadanlığın son təyinat 




13

məntəqəsinə çatdırılmasından əvvəl icra 

olunan ZTS sınaqlarına daxil olan funksional, 

fiziki və kimyəvi sınaqlar avadanlıq 

istehsalçının zavodunu tərk etməzdən 

əvvəl onun tamamilə işlək vəziyyətdə 

olduğunu təsdiqləmək üçün icra olunur. ZTS 

sınaqları istənilən istehsalat layihəsində 

mühüm mərhələlərdən biri olduğuna görə 

sınaqdan keçirilən avadanlıq sahibinin bu 

prosesdə iştirakı tələb olunur. Beləliklə 

mən şirkətimiz adından podratçılarımız 

olan Maire Tecnimont və Fluor şirkətlərinin 

mühəndisləri ilə birgə sınaq prosesində 

iştirak etdim. Biz sahə qurğularından tutmuş 

Proqramlaşdırılan məntiqi kontroller (PLC) 

və Kommutasiya şkafına kimi Yanğın və 

qaz sızıntısı aşkarlama sisteminin bütün 

komponentlərini yoxladıq; bütün Giriş və Çıxış 

modullarını sınaqdan keçirdik, zavodumuzda 

quraşdırılacaq Tüstü detektorlarını, həyəcan 

siqnalizasiyasının qurğularını və sayrışan 

siqnalizasiya işıqlarını, habelə zavodun 

müxtəlif binalarında quraşdırılacaq qaz 

sızması/yanğına qarşı yanğın xəbərdarlıq 

panellərini yoxladıq. 

Beləliklə, ikihəftəlik səfərin məqsədlərinə nail 

olduq və missiyanı uğurla yerinə yetirdik.

olduq və missiyanı uğurla yetişmiş olduq.



14

PETKIM şirkətində təlim kursu 

– İstismar prosesinin əsasları 

Sifarişçilər keyfiyyət tələb edir. 

Şirkətlər yüksək nəticələr tələb 

edir. Başqa məqamlarla yanaşı, bu 

məsələnin həlli həm səriştəli və 

yüksək ixtisaslı kadrlardan, həm də 

şirkətin sabit və hərtərəfli inkişaf 

planından asılıdır.

Kadrlar şöbəsinin həyata keçirdiyi SOCAR 

Polimerin Təlim və ixtisas artırma proqramı 

çərçivəsində planlaşdırılan və icra edilən 

tədbirlərin məqsədi kadrların fasiləsiz 

təkmilləşdirilməsi və onların bacarıq 

səviyyəsinin artırılmasından ibarətdir. 

Şirkəti innovativ tendensiyaların axarında 

tutmaq və xarici ölkələrin qeyd olunan 

sahələrdə əldə etdiyi mütərəqqi təcrübədən 

geri qalmamaq üçün həmin tədbirlər 

çərçivəsində həm də tədqiqat/təlim 

turlarının keçirilməsi nəzərdə tutulur. 

Türkiyənin Petkim şirkətində fevralın 

20-də başlayan iki həftəlik təlim turu 

SOCAR Polimer əməkdaşlarının peşəkar 

potensialının, hazırlıq səviyyəsinin və 

təcrübəsinin daha da artırılması üçün 

nəzərdə tutulmuş idi. Əyani təcrübə 

qazanmaq, istehsal əməliyyatlarını yerində 

müşahidə etmək, onlarla birbaşa təmasda 

olmaq və faktiki istehsal prosesi ilə daha 

yaxından tanış olmaq məqsədi ilə 11 qurğu 

operatoru, 2 növbə supervayzeri və bir 

mühəndis-texnoloqdan ibarət 14 nəfərlik 

qrup PETKİM-in PP/YSPE qurğuları 

yerləşən sənaye sahələrini ziyarət etdilər.




15

Egey Ticarət Palatasının məlumatına əsasən, 

1965-ci  ilin  aprel  ayında  TPAO  təşkilatının 

rəhbərliyi  altında  təsis  edilmiş  PETKİM 

şirkəti  hal-hazırda  Egey  dənizi  regionunda 

fəaliyyət  göstərən  100  ən  iri  sənaye  şirkəti 

arasında üçüncü yeri tutur və ən iri ixracatçı 

şirkət  hesab  olunur.  Bu  şirkətin  istehsalat 

obyektlərinin  ziyarət  edilməsi  gələcəkdə 

neft-kimya  və  emal  prosesləri  sahəsində 

bütün  istismar  qaydalarına,  keyfiyyət  və 

təhlükəsizlik  standartlarına  riayət  etməklə 

əməliyyatların 

yüksək 


peşəkarlıqla 

aparılması  yollarının  mənimsənməsinə, 

müəyyən edilən qurğu və obyektlərin təsdiq 

edilmiş  istismar  qaydalarına  uyğun  olaraq 

işə salınmasına, emal işlərinin və neft-kimya 

avadanlığı  istifadə  olunan  əməliyyatların 

daha  yaxşı  mənimsənməsinə,  qurğuların 

səmərəli fəaliyyət göstərməsini yoxlamaq və 

ya supervayzerlərin diqqət yetirməsini  tələb 

edən  nasazlıqları  aşkar  etmək  məqsədi  ilə 

istehsalat obyektlərində müntəzəm təftişlərin 

və kontrol yoxlamaların keçirilməsinə yardım 

etmək imkanı verəcəkdir. 

Bu tədqiqat turunun iştirakçıları istehsalatda 

aparılan  proses  və  əməliyyatlarla  real  vaxt 

rejimində  tanış  olmaq  üçün  PETKİM-in 

ayırdığı  operatoru  bütün  iş  günü  boyunca 

müşayiət etdilər.

Martın 3-də təlim turu başa çatdıqdan sonra 

“İstismar  prosesinin  əsasları”  adlı  təlim 

proqramının  iştirakçıları  PETKİM  şirkətinin 

təşkil etdiyi kiçik mərasimə qatıldılar. Həmin 

mərasimdə  təlim  kursunun  nəticələri  elan 

edildi  və  müvafiq  şəhadətnamələr  təqdim 

olundu.  Şəhadətnamə  şəxslər  arasında  bu 

yaxınlarda  SOCAR-ın  Sumqayıtdakı  Təhsil 

və təlim mərkəzində “Texnoloji əməliyyatlar” 

adlı kursu uğurla başa vurmuş üç nəfər də 

var idi.



16

Şəhadətnamələrin 

verilməsi 

mərasiminin 

iştirakçıları

PETKIM

Xaliq Mustafayev – Baş menecerin 

müavini  (Biznesə dəstək və inzibati işlər 

üzrə)

Dinara Məmmədova – Direktor, Kadrlar 

şöbəsi, SOCAR Türkiyə 



Levent Kocaqul - Baş menecerinin 

müavini  (Kadrlar  üzrə)



Həsən Ülvi Suer – Təlim və İxtisas 

artırma üzrə mütəxəssis



Bəhruz Babayev – Menecer, Kadrların 

seçilməsi və kadrların idarə olunması 

şöbəsi

Faruk Dəmirbaş - Qrup meneceri, 

Polimer istehsalı qurğuları 



SOCAR Polymer

Sabina Feyzova – Kadrlar şöbəsinin 

meneceri 



Elnar Mehdizadə - İstismar üzrə 

menecer 


Nərgiz Səlimova – Təlim və ixtisas 

artırma üzrə böyük mütəxəssis



Sıra sayı

Adı və soyadı

Vəzifəsi

1.

Nəriman Əkbərov



Növbə supervayzeri

2.

Nəvai Məmmədov



Növbə supervayzeri

3.

Fuad Rəhimov



Qurğu operatoru

4.

Cavid Cəfərov



Qurğu operatoru

5.

Xəlil Həsənov



Qurğu operatoru

6.

Nizami Piriyev



Qurğu operatoru

7.

Rövşən Pənahov



Qurğu operatoru

8.

Rəsul Əhədov



Qurğu operatoru

9.

Turqut Şıxıyev



Qurğu operatoru

10.


Rəşid Kərimli

Qurğu operatoru

11.

Elvin Aslanlı



Qurğu operatoru

12.


Aydın Ağayev

Qurğu operatoru

13.

Nicat Əhədov



Qurğu operatoru

14.


Rövşən Sadıqov

Mühəndis-texnoloq




17


18

Ail  Günü 

SOCAR Polimerin tikinti meydançasında  

SOCAR Polimer Sumqayıtdakı 

layihə kollektivinin övladlarını tikinti 

meydançasında keçirilmiş Ailə Günündə 

iştirak etməyə dəvət etdi. Ailə Günü bütün 

iştirakçılar üçün unikal tərbiyəvi təcrübə 

oldu. Bu tədbir uşaqlara valideynlərinin 

harada işlədiklərini bilmək və təhlükəsizlik 

qaydalarını öyrənərək tikinti meydançası 

ilə tanış olmaq üçün gözəl imkan verdi. 

Tikintinin Baş meneceri Con Ərrousmit Ailə 

Günü tədbirini şərh edərkən dedi: 

“Biz Ailə Gününü ona görə qeyd 

edirik ki, belə tədbirlər ailə birliyinin 

möhkəmlənməsinə və işlə şəxsi həyat 

arasındakı tarazlığın qorunub saxlanmasına 

kömək edir. Bu, bizim uşaqlarımız üçün 

həm şən, həm də tərbiyəvi xarakter daşıyan 

bir gündür. Valideynlərlə birgə işə gəlmək 

həqiqətən unikal bir imkandır, xüsusən 

də, həmin iş yeri tikinti meydançasında 

yerləşirsə”.  Uşaqlara tikinti meydançasında 

nə baş verdiyi və hansı işlərin görüldüyü 

haqda qısa məlumat verildi. Uşaqlar üçün 

layihə ofisinə qısa ziyarət təşkil olundu 

və valideynlərinin hansı gündəlik işləri 

gördükləri barədə məlumat verildi. 



19


20

“Biz Ailə Gününü ona görə qeyd edirik ki, 



belə tədbirlər ailə birliyinin möhkəmlənməsinə 

və işlə şəxsi həyat arasındakı tarazlığın 

qorunub saxlanmasına kömək edir. Bu, bizim 

uşaqlarımız üçün həm şən, həm də tərbiyəvi 

xarakter daşıyan bir gündür. Valideynlərlə 

birgə işə gəlmək həqiqətən unikal bir imkandır, 

xüsusən də, həmin iş yeri tikinti meydançasında 

yerləşirsə”.  



Fərid Cəfərov


21

Certificate of Attendance 

Presented to:

Presented on 18

th

 February 2017



for attending the

SOCAR Polymer Project Families Day 

Farid Jafarov 

General Manager

SOCAR Polymer 



22

Tədbirin axırında uşaqlar sehrbazlar şousuna baxdılar və böyüklərlə birgə nahar etdilər.




23


24


32

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə