Sünnəyə münasibətimiz
necə olmalıdır?
Şeyx Yusif əl‐Qərdavi
Kitab Küveyt Dövləti Vəqflər üzrə Baş
Fondunun təşəbbüsü ilə nəşr olunub
BAKI - 2011
“İDRAK” İctimai Birliyi
Vidadi küç. 53
www.idrak.org.az
Tərcüməci və redaktor:
fəlsəfə üzrə fəlsəfə doktoru
Elvüsal Mәmmәdov
Dizayn ve tərtibat:
Hәsәn Hәsәnov
Kitab Dini Qurumlarla İş üzrә Dövlәt
Komitәsinin icazәsi ilә nәşr olunur. DK-263/Q
Sünnәyә münasibәtimiz necә olmalıdır?
Bakı, 2011. CBS - 264 sәh.
3
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Hәr şeydәn әvvәl Allaha hәmd olsun ki, böyük alim
Şeyx Yusif әl-Qәrdavinin “Sünnәyә münasibәtimiz necә olma-
lıdır?” kitabını dilimizә tәrcümә etmәyi mәnә müyәssәr qılıb.
Tәbii ki, hәr bir işdә Uca Allahı anmaq, nәticәsindәn asılı olma-
yaraq
, Ona şükranlıq әrz etmәk lazımdır. Hәqiqi Allah bәndә-
sinә, müsәlman şәxsiyyәtә yaraşan da elә budur. Müvәffәqiy-
yәt “açar”ına ilahi tәlimlәrin kömәyi ilә yiyәlәnmәk, uğur vә
nailiyyәtlәrә şükür edәrәk әllәri Sәmaya açmaq – budur imanın
hәqiqi әmәli tәzahürü! Bәli, hәr dәfә uğur qazandıqda, hәr yeni
addımı atdıqda, hәr növbәti çәtinliyi adladıqda Allaha hәmd et-
mәyi özümüzә borc bilmәliyik.
Әziz oxucu! Sәnә tәqdim edilәn bu kitab XX әsrin gör-
kәmli islam alimi, mütәfәkkiri, mücәddidi Şeyx Әllamә Yusif
әl-Qәrdavinin qәlәmindәn çıxmış qiymәtli әsәrlәrdәn biridir.
Kitabın әhәmiyyәti vә aktuallığı ondan ibarәtdir ki, müәllif
müasir dövrdә Sünnәyә münasibәtin problemli tәrәflәrinә to-
xunmuşdur. Kitabda oxuculara Sünnә haqda ümumi mәlumat
tәqdim edilmir; hәdis, tәrifi, növlәri, topluları haqqında da da-
nışılmır. Çünki bütün bunlar haqda çox deyilib, çox yazılıb. Bu
cür mәlumatları Sünnәyә hәsr edilmiş çoxsaylı әdәbiyyatdan
әldә etmәk olar. Ancaq Sünnәyә münasibәtdә müsәlman zeh-
niyyәtinin problemlәri barәdә ciddi elmi әsәrlәrә az-az rast gә-
linir. Şeyx Yusif әl-Qәrdavinin “Sünnәyә münasibәtimiz necә
olmalıdır?” kitabı bu boşluğun doldurulması istiqamәtindә atıl-
mış ciddi addımlardan biridir. Әsәrindә müәllif hәdislәri öy-
rәnmә vә tәtbiqdә özünü göstәrәn kortәbiilik, mәzmun vә for-
ma, mәqsәd vә vasitә, mәcaz vә hәqiqi mәna arasında fәrq qoy-
mama, hәdislәrin deyildiyi zaman vә şәraitin nәzәrә alınma-
4
mağı vә digәr bu qәbil problemlәr haqda danışır. Ustad Qәrda-
vi, әsasәn dәvәt vә fiqh sahәsindә Sünnәyә münasibәtin әsas
prinsiplәri haqda söz açır, onun doğru-dürüst başa düşülmәsi-
nin zәruri qaydalarını açıqlayır. Bu görkәmli alimin özünәmәx-
susluğunun nәticәsidir ki, o, özünün dә dediyi kimi, zahirlә ki-
fayәtlәnib mәqsәdi unudan, formadan yapışıb mәzmuna la-
qeydlik göstәrәn hәrfbazların dar zehniyyәti ilә barışmır, la-
qeyd vә xudbin şәxslәrin yersiz tolerantlığına da “yox” deyir.
Qeyd edәk ki, kitabın yazılması mövcud real şәraitlә әla-
qәdar olmuşdur. Müәllifә görә, müasir dövrdә müsәlmanların
әn böyük problemi düşüncә – zehniyyәt problemidir. Zehniy-
yәt problemini vicdan problemindәn daha tәhlükәli hesab edәn
Şeyx Qәrdavi bildirir ki, insan nәyi düşünürsә, onu da edir. Yә-
ni, insanın әmәli fәaliyyәti onun tәsәvvürlәri ilә birbaşa bağlı-
dır. Müәllif tәәssüflә qeyd edir ki, sözügedәn zehniyyәt prob-
lemi Sünnәni dәrkdә dә özünü qabarıq şәkildә göstәrir. Nәticә-
dә, bәzi cәrәyanlar mәlum problemdәn әziyyәt çәkir: “Bu cәrә-
yanlar Pak Sünnәni çox vaxt yetәrincә anlamayıb ona dar çәrçi-
vәdәn baxdıqları üçün onu bәzi formal mәsәlәlәrlә, tәzahürlәrlә
mәhdudlaşdırırlar; Sünnәnin müdrik mahiyyәtinә nüfuz edә
bilmirlәr”.
Onu da deyәk ki, Peyğәmbәrin islama dәvәt metodun-
dan (tәdricilik, tolerantlıq, mәqsәdlәri müәyyәnlәşdirmәdә
uzaqgörәnlik...) bixәbәrlik, tәәssübkeşlik, emosional-ekspressiv
yanaşma, kortәbiilik, real şәraiti nәzәrә almama vә digәr qüsur-
lu hallar Sünnәnin düzgün başa düşülmәsinә mane olur. Şeyx
Qәrdavi bütün bu mәsәlәlәrә kitabında yer ayırmış, әlaqәdar
misallar gәtirmәklә, faktlar tәqdim etmәklә problemdәn çıxış
yollarını göstәrmişdir. Qәrdavinin problemlәri hәll metodikası
göstәrir ki, o, Sünnәyә ifrat, formal münasibәtlә yanaşı, hәr şeyi
ağlın “süzgәc”indәn keçirәn ultra-rasional yanaşmanın da әley-
hinәdir.
5
Respublikamızda, müsәlmanlar arasında da Sünnәyә
münasibәtdә ciddi problemlәr mövcuddur. Mәsәlәn: a) lazımi
fiqhi qaydalardan bixәbәr şәxslәrin bu vә ya digәr hәdisә әsas-
lanaraq “fitva” çıxarmaları; b) sünnә statuslu bәzi әmәllәrә
, az
qalsın ki
, “fәrz” statusunun qazandırılması; v) varid olma sә-
bәblәrini araşdırmadan bәzi hәdislәrin kortәbii şәkildә Azәr-
baycan reallığına tәtbiq edilmәsi cәhdlәri; q) şәriәtqoyan hәdis-
lәrlә şәriәtqoymayan hәdislәri dolaşıq salmaq vә sair bu cür
problemlәrdәndir. Mәhz bu problemlәrin nәticәsindә bir tәrәf-
dәn, dindarların öz aralarında ciddi fikir ayrılıqları yaranıb,
parçalanmalar özünü göstәrib, digәr tәrәfdәn dә xalqın onlara
münasibәti kәskin şәkildә dәyişib. Sünnәni anlamada nata-
mamlıq bәzi müsәlmanları bir-birinә qәnim edib. Halbuki Pey-
ğәmbәrin sünnәsindә birliyә, qardaşlığa ciddi surәtdә çağırış
vardır. Nәdir bu әdavәtin sәbәbi? Cavab aydındır: Sünnәni
düzgün başa düşmәmә! Hәr gün hәdis әzbәrlәmәk, mәlum mö-
tәbәr hәdis toplularını gündәlik oxunan әdәbiyyat halına gәtir-
mәk şәrt deyildir. Şәrt hәdislәri şüurlu surәtdә öyrәnmәk, mәz-
munu formadan fәrqlәndirmәk, hәdislәrin deyilmә sәbәblәrini
nәzәrә almaq, bir sözlә Sünnәyә münasibәtin prinsiplәrini, qay-
da-qanunlarını dәrindәn mәnimsәmәkdir. Әgәr bu qaydalara
ciddi şәkildә riayәt olunarsa, yersiz mübahisәlәrә, әdavәtә, kinә
son qoyular, parçalanma vә ixtilaf öz yerini vәhdәtә verәr. Biz
dә bütün bunları nәzәrә alaraq bu kitabı tәrcümә etmәk qәrarı-
na gәldik. Qeyd edәk ki, müәllifin özü dә eyni problemdәn çı-
xış edәrәk bu kitabı qәlәmә alıb.
Düşünürük ki, kitab Sünnәyә münasibәtdә bir çox prob-
lemlәrimizin hәllinә kömәk edib dünyagörüşümüzü genişlәn-
dirmәklә yanaşı, islam dәyәrlәrini lazımınca mәnimsәyәn, real
hәyata şüurlu nәzәr salan, yaradıcı tәfәkkürә sahib müsәlman
şәxsiyyәtinin formalaşmasına öz töhfәsini verәcәkdir.
Dostları ilə paylaş: |