AMEA Riyaziyyat və Mexanika İnstitutunun
“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin 2016-ci ilin I yarımili
üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında
HESABATI
“Sürüncəklik nəzəriyyəsi” şöbəsində 10 (on) nəfər əməkdaş fəaliyyət
göstərir:
1.
Talıblı Lətif Xəlil oğlu – şöbə müdiri
2.
Kazımova Raisə Əbülfəz qızı – aparıcı elmi işçi
3.
Mir-Səlim-zadə Minavər Vaqif qızı – aparıcı elmi işçi
4.
Məmmədova Mehriban Əli qızı – aparıcı elmi işçi
5.
Məmmədova Hicran Əli qızı – elmi işçi
6.
Bağırov Emin Telman oğlu – elmi işçi
7.
Əliməmmədov Rəşad Qürbət oğlu – kiçik elmi işçi
8.
Nağıyeva Nigar Miryaşar qızı – kiçik elmi işçi
9.
Bağırova Səma Asif qızı – böyük laborant
10.
Şıxverdiyev Nemət Maarif oğlu – texnik
Bunlardan 8 (səkkiz) nəfəri elmi işçi, 1 (bir) nəfər böyük laborant, 1 (bir)
nəfər isə texniki işçidir. 2016-cı ilin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu-
“Deformasiyası dönməz cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi
tədqiqat işləri aparılmışdır. Planda səkkiz elmi işin yerinə yetirilməsi nəzərdə
tutulmuşdur. Nəzərdə tutulan elmi işlər hesabat dövrünün planına uyğun olaraq
yerinə yetirilmişdir.
I.Elmi fəaliyyət
İş: Dərinin özlüelastik deformasiyasının nəzəri işlənməsi
İcraçı: f-r.e.d., prof L.X.Talıblı
Təcrübələr (A.E.Fyodorov, V.A.Loxov) vasitəsilə isbat olunmuşdur ki, dəri
özlüelastik xassəyə malikdir. Mexaniki xassəsi müəyyən istiqamətlər üzrə
paylanmış materialdır. İşdə dərinin deformasiyası ilə onda yaranan gərginliklər
arasında münasibəti təyin edən hal tənlikləri verilmişdir. Hal tənliyinə daxil olan
funksiyaların və sabitlərin təyini üçün təcrübələr sistemi təklif olunmuşdur.
Gərginlik deformasiya məsələsinin riyazi qoyuluşu verilmiş və bu məsələnin həll
metodu işlənmişdir.
1. L.Kh.Talybly., M.A.Mammadova,
Method for a solution to some class of quasi-static problems in linear
viscoelasticity theory, as applied to problems of linear torsion of a prismatic solid //
Journal of Mathematics and Statistical Scienc, 2016, №7
2. L.Kh.Talybly, N.M.Nagiyeva.
Fatigue failure of an oval cross section prismatic bar at pulsating torsion//
International Journal of Engineering and Innovative Technology, vol.5, issue 11,
may 2016, p.76-83
3. Л.Х.Талыблы, Х.А.Мамедова
О прогнозировании времени коррозионного разрушения тел при действии
диффундирующего вещества нестационарной концентрации // Физикохимия
поверхности и защита материалов, 2016
L.X.Talıblı Nailə Merac qızı Kələntərlinin “Разрушение круговых и
кольцевых дисков” mövzusunda doktorluq dissertasiya işinin rəsmi opponenti
olmuşdur. L.X.Talıblının elmi rəhbəri olduğu Bakı Dövlət Universitetinin
dissertantı Esmira Mustafayeva “Aqressiv mühitlə təmasda olan konstruksiya
elementlərinin uzunmüddətli möhkəmliyi” dissertasiya işini müdafiəyə təqdim
etmişdir. O, “International Journal of fatique” (Elsevier), “Simulation Modeling
Practice and Theory” (Kanada) jurnallarının rəyçisi olmuşdur.
İş: En kəsiyi üçbucaq olan tirin aqressiv mühitdə burulması
İcraçı: f-r.e.n., dos., a.e.i. R.Ə.Kazımova
Aqressiv mühitdə burulan üçbucaqlı en kəsiyə malik elastiki
deformasiyalanan tirin korroziya dağılması vaxtı proqnozlaşdırılmışdır.
1. Кязимова Р.А.
,
Нариманов С.В.
Напряженное состояние и долговечность корродирующего клина с
сосредоточенной силой, приложенной в перпендикулярном к оси симметрии
направлении // AMEA-nın məruzələri, №3, 2015,c.13-15
2. Раиса Кязымова.
Некоторые задачи нелинейной теории упругости / LAP LAMBERT Academic
Publishing.p.100 (monoqrafiya)
3. Кязимова Р.А.
,
Нариманов С.В.
Напряженное состояние и долговечность корродирующего клина с
сосредоточенной силой, приложенной в перпендикулярном к оси симметрии
направлении // 18-я Международная научно-практическая конференция
«Технологии упрочнения, нанесения покрытий и ремонта: теория и
практика» Санкт-Петербург, Россия, 14-15 апреля 2016, с.305-307
R.Ə.Kazımovanın elmi rəhbəri oldugu elmi işçi Emin Telman oğlu
Bağırovun “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar
dəyişilməsində korroziya çatlaması” mövzusunda dissertasiya işi müdafiə üçün
təqdim olunmuşdur.
İş: Özlüelastiklik nəzəriyyəsinin burulma deformasiyası üçün ümumi kvazistatik
məsələsinin həlli
İcraçı: f-r.e.n., dos. a.e.i. M.Ə.Məmmədova
Özlüelastiklik nəzəriyyəsinin ümumi kvazistatik ixtiyari en kəsikli tirlərin
burulma məsələsinin həllini uyğun elastiklik nəzəriyyəsinin məsələsinin həllinə
gətirən düsturlar tapılmışdır.
1.M.А.Мамедова
Длительное разрушение вязко упруго-пластических материалов (monoqrafiya)
/ LAP LAMBERT Academic Publishing. p.63
2. M.A.Mammadova, L.Kh.Talybly.
Method for a solution to some class of quasi-static problems in linear
viscoelasticity theory, as applied to problems of linear torsion of a prismatic solid //
Journal of Mathematics and Statistical Science, 2016, №7
3. Mammadova Mehriban
Long durability of hollow shaft at torsion with the account of its damageability //
SYLWAN English Editor,2016, 160(3), pp.190-202
İş: Dəyişən qalınlıqlı yarıqlar sistemi ilə zəiflədilmiş stringerli lövhə üçün periodik
kontakt məsələsi
İcraçı: f-r.e.n. dos.a.e.i. M.V.Mirsəlimzadə
Məsələnin riyazi qoyuluşu verilmiş, həll üsulu seçilmişdir. Məsələ həll
olunmuş - yarıqlarda yaranan gərginliklər təyin edilmişdir.
1.
Мир-Салим-заде М.В.
Закрытие щели, исходящей из контура кругового отверстия в стрингерной
пластине // Механика предельного состояния. 2016. № 1(27). C.78-89
2.
Мир-Салим-заде М.В.
Частичный контакт берегов щели переменной ширины в подкрепленной
стрингерами пластине // Физико-химическая механика материалов. 2016. Т.
52, № 3. C.29-34
İş: Konsentrik dairəvi lövhənin daxili və xarici təzyiqlər altında qeyri- stasionar
konsentrasiyalı aqressiv mühitdə korroziya dağılması
İcraçı: e.i. H.Ə.Məmmədova
Konsentrasiyası qeyri-stasionar dəyişən aqressiv mühitdə daxili və xarici
təzyiqlər altında deformasiyaya uğrayan konsentrik dairəvi lövhənin korroziya
dağılmasına qədərki vaxt təyin edilmişdir.
1.H.A. Mamedova.
On one case of determining failure time of a semi-infinite plate in corrosive
medium at its deformation by sloping force applied on linear boundary // Journal
of Qafqaz University, 2016.
2. Х.А.Мамедова , Л.Х.Талыблы,
О прогнозировании времени коррозионного разрушения тел при действии
диффундирующего вещества нестационарной концентрации // Физикохимия
поверхности и защита материалов, 2016
Hicran
Əli qızı Məmmədova AMEA-nın Riyaziyyat və Mexanika
İnstitutunun dissertantı təsdiq olunmuşdur.
İş: Səthində toxunan qüvvə təsir edən yarımsonsuz massivin aqressiv mühitdə
deformasiyası
İcraçı: e.i. E.T.Bağırov
Aqressiv
mühitdə səthinə toxunan qüvvə təsir edən yarımsonsuz massivin
korroziya dağılması vaxtı proqnozlaşdırılmışdır.
Emin Telman oğlu Bağırov “Konstruksiya elementlərinin temperaturunun
qeyri-stasionar dəyişilməsində korroziya çatlaması” mövzusunda dissertasiya işini
müdafiə üçün təqdim etmişdir.
İş: Özlü maye ilə doldurulmuş uzununa bərkidilmiş, materialı ortotrop elastiki
zədələnən olan slindrik örtüyün parametrik rəqsləri
İcraçı: k.e.i. R.Q.Əliməmmədov
Periodik qüvvə təsirinə məruz qalan doğuranı boyu çubuqlarla
möhkəmləndirilmiş özlü maye ilə təmasda olan zədələnmələri nəzərə alınan
ortotrop silindrik örtüyün məxsusi rəqsləri tədqiq olunmuşdur. Məsələnin həllində
Hamilton-Octoroqradski variasiya prinsipindən istifadə etməklə özlü maye ilə
kontakda olan doğuranı boyu möhkəmləndirilmiş, dinamik qüvvənin təsirinə
məruz qalan, zədələnmələri nəzərə alınan ortotrop silindrik qabığın sərbəst
rəqslərini tədqiq etmək üçün tənliklər sistemi qurulmuşdur. Tezlik tənliyi ədədi
üsulla həll olunmuşdur.
1.ALİMAMEDOV R.K., SEYFULLAYEV A.İ.
Parametric oscillation of longitudinal damaged orthotropic cyldrincal stiffened skin
filled üith viscous fluid // Journal of Qafqaz University mechanical and industrial
engineering, Vol 3, Number 2, 2015, p.149-156
İş: Daxili konturunda döyünən moment və təzyiq təsir edən həlqəli lövhənin
yorğunluq dağılması
İcraçı: k.e.i. N.M.Nağıyeva
Daxili konturunda təkrarlanan mament və təkrarlanan təzyiq təsir edən
həlqəvari lövhənin yorğunluq dağılmasına gətirən təkrar yükləmələrin sayı təyin
edilmişdir.
1.N.M.Nagiyeva, L.Kh.Talybly
Fatigue failure of an oval cross section prismatic bar at pulsating torsion //
International journal of engineering and innovative technology, vol.5, issue 11,
may 2016, p.76-83
II.Elmi-təşkilatı fəaliyyət
Şöbənin əməkdaşları hesabat dövründə iki monoqrafiya ( LAP LAMBERT
Academic Publishing), 10 (on) məqalə, bunlardan 7 (yeddi) məqalə xarici jurnalda
- İmpakt faktorlu jurnallarda 3 (üç) məqalə, Tomson Reuters siyahısı üzrə isə 2
(iki) məqalə çap etdirmişlər. Monoqrafiyalar bunlardır: R.Ə.Kazımova
“Некоторые задачи нелинейной теории упругости” və M.Ə.Məmmədova
“Длительное разрушение вязко упруго-пластических материалов”.
Şöbədə hər həftənin bazar ertəsi günü elmi seminar keçirilir.
Şöbə müdiri f-r.e.d, prof. L.X.Talıblı
Dostları ilə paylaş: |