Şuşa rayonu (İşğal tarixi: 8 may 1992-ci il)



Yüklə 52,08 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü52,08 Kb.
#6573


Şuşa rayonu 

(İşğal tarixi: 8 may 1992-ci il) 

 

Yaranma tarixi - 08.08.1930  



Ərazisi - 0,29 min km

2

  



Əhalinin sayı - 27,2 min nəfər (1 yanvar 2007-ci il)  

Əhalinin sıxlığı - 1 km

2

 94 nəfər (1 yanvar 2007-ci il)  



Şuşa rayonu ilə Bakı arasında olan məsafə - 373 km. 

* * *  


 

 

 

 

 

Ümumi məlumat (işğaldan öncə):   

Ümumi ərazi, [kv.km] 

290.00

Əhalinin ümumi sayı 25726 



Kəndlərin sayı 31 

Qəsəbələrin sayı 0 

İri və orta müəssisələrin sayı 12 

Məktəbəqədər uşaq müəssisələrinin sayı 7 

Ümumtəhsil məktəblərinin sayı 25 

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 5 

Ali təhsil müəssisələrinin sayı 0 

Xəstəxanalar və tibb müəssisələrinin sayı 2 

Mədəniyyət ocaqlarının sayı 70 

* * *  


Tarixi haqqında qısa məlumat 

Ətraf səfalı meşələr, sərin bulaqlar, havası uşaq məsun qəlbi kimi 

pak olan Şuşanın yaşı çox deyilsə də tarixi bir şəhərdir. Şuşa 

şəhərinin binasını Qarabağlı Pənah xan qoymuşdur.  

Pənah xan 1693-cü ildə Cavanşir elinin Sarıcalı oymağında anadan 

olmuşdur. Pənah xan gənc yaşlarından İran şahı Nadirin ordusunda 

xidmət edərək qəhrəmanlıqla ad çıxarmışdır. Onun igidliyini nəzərə 

alan Nadir şah Pənah xanı ordularından birinə sərkərdə təyin 

etmişdir.  

Lakin Pənah xanın paxıllığını çəkən saray əyanları Nadir şahı 

inandırlar ki, guya Pənah xan şahı öldürüb İran taxtına sahib olmaq 

istəyir. Nadir şah bu yalan xəbərə inanıb Pənah xanın qardaşını 

öldürür. Vəziyyəti belə görən Pənah xan şah sarayından qaçır.  

1747-ci ilin iyunun 19-da saray çəkişmələri nəticəsində Nadir şah 

Əfşar öz çadırında xaincəsinə öldürüldü. Nadir şahın ölümündən 

sonra  İran dövləti parçalanır. Bu vaxt Azərbaycanda Gəncə,  Şəki, 

Şirvan, Bakı  və başqa xanlıqlar yaranır. Pənah xan da Qarabağda Cavanşirlər, Otuzikilər və s. türk tayfalarının 

köməyi ilə Qarabağ xanlığının əsasını qoydu.  

Pənah xan İran tərəfdən gec-tez Qarabağ xanlığına hücum ediləcəyini düşünüb alınmaz bir qala tikməyi qərara 

aldı. Belə bir qala yeri tapmaq üçün xanın bir neçə nəfər bilici və məlumatlı adamı dağ silsilələrini gəzib indiki Şuşa 

şəhərinin yerləşdiyi yeri tapırlar.  

Beləliklə 1750-ci ildə Qarabağın ən səfalı guşəsində, uca dağ qoynunda yeni qalanın bünövrəsi qoyuldu. Pənah 

xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar gətiritdi və hasarın içərisində yeni binalar və özü üçün 

saray tikdirdi.  

Pənah xan qalanın  Şimal və  Şərq hissəsini yüksək hasar ilə  əhatə etdirdi. Qalanın "İrəvan" və "Gəncə" adlı iki 

möhkəm qapısı var idi. Qapılar səhərlər açılar, axşamlar isə bağlandıqdan sonra kimsə şəhərə buraxılmazdı. Yerli 

əhali  şəhəri Pənah xanın  şərəfinə olaraq "Pənahabad" adlandırdılar. Bu ad ilə  də o dövrdə Azərbaycan xanları 

arasında birinci dəfə olaraq 15 qəpik qiymətində gümüş pul kəsilməyə başladı.  

Lakin tarixçilərin dedikləinə görə bu ad sonralar öz əhəmiyyətini itirərək şəhər "Şuşa Qalası" adlandırılmışdır.  

Bəzi tarixçilərin dediyinə görə Şuşa şəhəri hündür qayalıqlar üzərində yerləşdiyindən, şəhərin adı da elə buradan - 

Şiş, uca sözündən götürülüb.  



Deyilənə görə  Ağa Məhəmməd  Şah Qacar Şuşanı mühasirədə saxladığı dövrdə qasidlə  İbrahim xana belə bir 

məktub göndərir: "Fələyin mancanağından fitnə dağı yağırkən, sən axmaqcasına Şişə içərisində qərar tutmusan". 

İbrahim xan isə Vaqifin vasitəsilə Qacara belə bir cavab yazır: "Əgər məni himayə edən mən tanıdığımdırsa (yəni 

Allahdırsa) şişəni daşın fəsadından qoruyacaqdır".  

Pənah Əli xanın ölümündən sonra oğlu İbrahim Xəlil xan 1760-cı ildən 1806-cı ilədək Qarabağın hakimi oldu.  

1795-ci ildə İran şahı Ağa Məhəmməd şah Qacar Şuşanı işğal etmək məqsədilə yaxın qohumu Süleyman xanın 

komandası altında Şuşa şəhərinə 8 minlik ordu göndərdi. Süleyman xan Şuşa ətrafında böyük məğlubiyyətə düçar 

olaraq 20 nəfərlə güclə canını qurtardı.  

Bu hadisədən bir qədər sonra, yəni 1795-ci ilin avqust ayında Ağa Məhəmməd  şah Qacar 85 minlik ordu ilə 

Xudafərin körpüsü ilə Araz çayını keçərək  Şuşa üzərinə hücuma keçdi. İbrahim xan şəhərin müdafiəsinə özü 

rəhbərlik edirdi. O, az bir vaxt içərisində 15 min nəfərlik qoşun toplaya bilmişdi.  

Ağa Məhəmməd  şah  Şuşaya yaxınlaşaraq onu üzük qaşı kimi mühasirəyə almışdı. Fransız zabitlərinin 

komandanlıq etdiyi düşmən topları  Şuşanı 30 gün atəşə tutdu. Qacarın qoşunu  şəhərə bir neçə  dəfə hücuma 

keçdi, nə düşmən toplarının dolu kimi yağdırdığı mərmiləri nə də, sərbazların nizələri şəhərin istehkamlarını dağıda 

bilmədi. Ağa Məhəmməd şah şəhəri 33 gün mühasirədə saxladısa da xalqın iradəsini qıra bilmədi.  

1797-ci ilin yazında Ağa Məhəmməd  şah 100 minlik ordu ilə yenidən  Şuşa üzərinə  hərəkət etdi. Bu dövrdə 

Qarabağın vəziyyəti çox ağır idi. 2 ildən bəri davam edən müharibə əhalini ağır vəziyyətə düçar etmişdi. İbrahim 

xanın qoşunu aclığa davam etmir, qaçıb dağılırdı. Belə bir vəziyyətə düçar olan İbrahim xan öz ailəsi və yaxın 

qohumları ilə birlikdə Avar hakimi Ümma xanın yanına getdi.  

Qala başlı-başına buraxıldığından Ağa Məhəmməd şah hec bir müqavimətə rast gəlmədən şəhərə daxil oldu. Elə 

həmin gecə 12 may 1797-ci il tarixdə şah öz qapıçısı Səfərəli bəy və xidmətçisi Abbas bəy tərəfindən öldürüldü. Bu 

hadisədən sonra İran ordusu Qarabağdan geri çəkildi. 2 ay sonra isə İbrahim xan yenidən Şuşaya qaydır. 1806-cı 

ilin 2 iyun taixində gecə mayor Lisanoviçin dəstəsi İbrahim xanın yaşadığı mənzilə gəlir və İbrahim xan bir neçə 

ailə üzvü və yaxın adamları ilə birlikdə qətlə yetirir.  

1813-cü il okytabrın 12-də Qarabağın Gülüstan kəndində  İran  şahı ilə Rusiya arasında sülh müqavilənaməsi 

bağlandı. Həmin sülhün şərtlərinə görə  İran hökuməti bir neçə xanlıqlarla bərabər mərkəzi  Şuşa  şəhəri olmaqla 

Qarabağ xanlığının Rusiya hakimiyyəti altında qalmasını təsdiq etdi.  

XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol 

oynamışdı. Həmin vaxtdan etibarən  Şuşa ticarətinə  sənətkarlığın və  mədəniyyətin inkişafına və  əhalisinin 

çoxluğunda görə Azərbaycanda birinci və Zaqafqaziyada isə Tiflisdən sonra ikinci şəhər sayılırdı. Təsadüfi deyildi 

ki, o dövrdə Şuşaya "Bala Paris" adı vermişdilər.  

Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də  şəhərin füsunkar coğrafi 

mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına böyük 

təsir göstərmişdir. Azərbaycan xalqının mədəniyyət tarixində ilk dəfə olaraq teatr, sirk tamaşaları, Avropa və Şərq 

konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, bundan əlavə  mətbəə, kitabxana, "Realnı" uçiliş, 

"Qorodskoy" uçiliş, seminariya və bir sıra mədəni maarif müəssisələri  Şuşada yaranmışdır.  Şuşada ilk teatr 

tamaşaları 1848-ci ildə göstərilmişdir. O zaman teatrda Mirzə Fətəli Axundovn komediyaları oynanılırdı.  

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Şuşa sağlamlıq  şəhəri, istedadlar məskənidir.  Şuşanın 

Azərbaycana verdiyi istedadları heç bir şəhər verməmişdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının 

topladığı  məlumata görə XIX əsrdə  Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 

nüsvəxənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı dəstəsi Şuşa 

şəhərini mədəniyyət mərkəzinə çevirməkdə və burada inkişaf etdirməkdə böyük rol oynamışlar.  

XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycanın rəhbəri Heydər Əliyevin böyük əməyi olmuşdur. 

H.Əliyev Azərbaycan KP MK-nin birinci katibi təyin olunduqdan sonra Şuşanın inkişafı ilə əlaqədar bir sıra qərar və 

sərəncamlar imzalamışdır: 

Azərbaycan AP MK və Azərbaycan Nazirlər Sovetinin 360 nömrəli 4 noyabr 1976-cı il tarixli "Şuşa şəhərində kurort 

kompleksinin daha da inkişaf etdirilməsi sahəsində tədbirlər haqqında" qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 

10 avqust 1977-ci il tarixli 280 nömrəli "Bakı  şəhərində  "İçəri  şəhər"in və  Şuşa və Ordubad şəhərlərinin tarixi 

hissələrinin tarix-arxitektura qoruqları elan edilməsi haqqında" qərarı, Azərbaycan SSR Nazirlər Sovetinin 10 

dekabr 1981-ci il tarixli 629 nömrəli "Şuşa  şəhərində  Şəkil Qalereyasının yaradılması haqqında" sərəncamı, 

Azərbaycan KP MK-nin və Azərbaycan Nazirlər Sovetinin 01 noyabr 1978-ci il tarixli 413 nömrəli "1981-1985-ci 

illərdə görkəmli inqilabçılara, partiya, dövlət xadimlərinə  və ictimai xadimlərə  və mühüm tarixi hadisələrə  həsr 

olunmuş abidə və obelesklərin qoyulması sahəsində işlərin başa çatdırılması haqqında" Azərbaycan SSR Nazirlər 

Sovetinin 31 iyul 1978-ci il tarixli 279 nömrəli sərəncamı.  

Bu qərarlar şəhərin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdır.  

Lakin bədnam qonşularımız olan erməni millətçilərinin təhriki ilə erməni-rus birləşmələri tərəfində 1992-ci il mayın 

12-də  Şuşanın işğalı zamanı üç əsr  ərzində  şəhərdə ucaldılmış tarixi-memarlıq incəsənət və dini abidələr 

darmadağın edilmiş,  şəhər xarabazara çevrilmişdir. Müharibə dövründə 197 şuşalı  şəhid olmuş, 300 nəfər isə 

müxtəlif dərəcələrdə xəsarət alaraq əlil olmuşlar. 

* * *   


İstirahət və turizm zonaları 

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, 

Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət güşələrinə görə məşhur idi.  



Yay aylarında təbiətin qoynundakı istirahət zonalarında adam əlindən tərpənmək olmurdu. Turşsu yayalaqları, 

Səkili bulağı,  İsa bulağı, Yuxarı Daşaltı  (Şəmilin bulağı),  əfsanəvi "Cıdır düzü" yerli camaatın və oraya təşrif 

buyuran qonaqların ən sevimli yeri idi.  

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı.  Şuşadan 40 km aralıda - Laçın yolunun üstündə yerləşir. Sol 

tərəfdən isə Daşaltı çayı axır. Yay aylarında respublikanın müxtəlif yerlərindən buraya gəlib, alaçıq qurur, həm də 

müalicə olunurdular. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.  

Şuşanın gəzməli, görməli yerləri həddindən artıq çox idi. Onlardan biri də Yuxarı Daşaltıdır. Xalq arasında bu 

istirahət zonasına Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi 

Daşaltı çayının üstündə, "Ağzıyastı kaha" yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.  

Doğrudan da, Şuşa təbiətin bizə bəxş etdiyi bir möcüzədir. Tarixi abidələrlə zəngin olan bu şəhər dağlarla, sıldırım 

qayalarla  əhatə olunub. O vaxtkı SSRİ-nin  ən ucqar yerlərindən dünya şöhrətli kurort şəhəri kimi məşhur olan 

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi "Cıdır 

düzü" idi.  

"Cıdır düzü"nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə "Üçmıx" adı verilib.  

Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi 

gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri də "Cıdır 

düzü" idi. Hər il may aylarında "Xarı-büldül" mahnı festivalları "Cıdır düzü"ndə keçirilirdi. Çal-çağır, musiqi sədaları 

hər tərəfə yayılırdı. Bir tərəfdən saf, mülayim hava, gül-çiçəklərin qoxusu, digər yandan da Şuşa pəhləvanlarının 

çıxışları, at çapan igidlərin yarışı bura gələnləri valeh edirdi.  

Şuşalıların idmana da böyük marağı var idi. "Qala" futbol komandasının şəhərin mərkəzində kiçik bir meydançası 

var idi. Bundan başqa, "Cıdır düzü"ndə yerləşən idman kompleksində  hər il yaz aylarında  şəhərdə  fəaliyyət 

göstərən idarə, müəssisə və təşkilatlar arasında futbol yarışları keçirilirdi. Həmin kompeksdə məktəblilər arasında 

hərbi-vətənpərvərlik mövzusunda "Üfüqdə parıltı" idman oyunları  təşkil olunurdu. Voleybolçu qızlar da həmişə 

uğurlar əldə edirdi. Onlar 1986-cı ildə 1970-1971-ci il təvəllüdlü qızlar arasında keçirilən Respublika çempionatında 

Azərbaycan çempionu adına layiq görülmüşdülər.  

Sağlamlıq məktəbində yerləşən idman qurğularında isə dzüdoçular, güləşçilər, pəhləvanlar fəaliyyət göstərirdilər. 

* * *  

Tarixi və memarlıq abidələri 

1. Qala divarı (uzunluğu 8 km) 

2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) 

3. 17 qədim üslübda salınmış məhəllə 

4. 17 məscid 

5. 17 bulaq 

6. 17 hamam 

7. Meydan bulağı 

8. İsa bulağı 

9. Saxsı bulaq 

10. Turşsu Qalereyası 

11. Karvansaray (4 ədəd) 

12. Şahlıq körpüsü 

13. Gəncə qapısı 

14. Mirzə Həsən qəbiristanlığı 

15. Şor bulaq 

16. Mirfəseh qəbiristanlığı 

17. Rasta bazar 

18. Torpaq meydan 

19. Zarıslıda Korun karvansarayı 

20. Təzə məhəllədə körpü 

21. Ü.Hacıbəyovun heykəli 

22. Bülbülün büstü 

23. H.Hacıbəyovun büstü 

24. Cıdır düzü 

25. Topxana meşəsi 

26. Ağaböyük Xanımın bürcü 

27. Malıbəylidə Qızlar məktəbi 

28. Un dəyirmanı 

29. Kəlba Şəhriyarın bağı 

30. Mirfəseh bağı 

31. "Həzrət Əli" kahası 

32. "Qızıl qaya" 

33. Səkili bulağı 

34. Qotur bulağı 

35. Şəmilin bağı 




36. Hacıyevlərin armud bağı 

37. Ağabəyim Ağanın qəsri 

38. Bəhmən Mirzə Qacarın saray kompleksi 

39. Bəhmən Mirzənin hərəmxanası 

40. Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı 

41. Qacarların məqbərə kompleksi 

42. Qulam Şahın malikanəsi 

43. Əsəd bəyin malikanəsi 

44. Mamay bəyin malikanəsi 

45. Şeytana bazar 

46. Əfsanəvi Leyli qalası 

47. Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı" 

48. Məhəmməd Həsən Ağanın imarəti 

49. Qarabağ xanlığının Divan kompleksi 

50. "Həzrət Abbas Şəfa ocağı" 

51. Dəlik-daş pilləkan kompleksi 

52. Qarabaş Qazisinin mülkü 

53. Şuşa Ovdan bulağı 

54. Vaqif poeziya evi 

55. M.P.Vaqifin məqbərəsi 

56. M.P.Vaqifin müəllimlik etdiyi bina 

57. M.P.Vaqifin büstü 

58. M.P.Vaqifin evi 

59. Xan qızı Xurşud Banu Natəvanın sarayı 

60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi 

61. X.B.Natəvanın büstü 

62. X.B.Natəvanın tikdirdiyi "Qarama" 

63. X.B.Natəvanın tikdirdiyi həbsxana 

64. Aşağı Gövhər Ağa Məscidi 

65. Yuxarı Gövhər Ağa Məscidi 

66. Malıbəyli Məscidi 

67. Qaybalı Məscidi 

68. Şırlan məscidi 

69. Alban kilsəsi 

70. Rus kilsəsi 

71. Hacı Qulamın mülkü 

72. M.M.Nəvvabın mülkü 

73. M.M.Nəvvabın abidə kompleksi 

74. Nəcəfqulu Ağanın mülkü 

75. Ağa-Əbdürrəhim Ağanın evi 

76. Hacı Bəşirin mülkü 

77. Cabbar Qaryağdı oğlunun mülkü 

78. Mirzə Hüseynin mülkü 

79. Mirəlibəyin mülkü 

80. Seyid Məcidin mülkü 

81. Kəlba Şirinin mülkü 

82. Öpənnik Qara Zeynalın mülkü 

83. Fərzalı bəyin mülkü 

84. Allahverənli Kəlba Şirinin mülkü 

85. Çuxur məhəllədə Kal Həsənin evi 

86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi 

87. Çuxur məhəllədə Kürd uşağının evi 

88. Məşədi Qəhrəmanın mülkü 

89. Quyruq məhəlləsində Məşədi Teymurun evi 

90. Mehmandarovun ev kompleksi 

91. Zöhrabbəyovların evi 

92. İbrahim xanın mülkü 

93. Sadıqcanın qəsri 

94.Uluq bəyin evi 

95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü 

96. Cəlal bəyin evi 

97. Nəcəf bəy Vəzirovun mülkü 

98. Virudin bəy Köçərlinin mülkü 



99. Süleyman Sani Axundovun mülkü 

100. İsmayıl bəyin evi 

101. Məşədi Şirinin mülkü 

102. Gəraf Əsgərovun mülkü 

103. Ağamirovların mülkü 

104. Hüsü Hacıyevin mülkü 

105. Hüsü Hacıyevin büstü 

106. Kəlba Hüseynin evi 

107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü 

108. Mir Həsən Vəzirovun mülkü 

109. Qaraşovların mülkü 

110. Hüseyn Qayıbovun mülkü 

111. Q.B.Zakirin yaşadığı ev 

112. Q.B.Zakirin qəbirüstü abidəsi 

113. Hacı Dadaşın mülkü 

114. Əbdülrəhim bəy Haqverdiyevin evi 

115. Hacı Şükürün imarəti 

116. Qədimovların mülkü 

117. Ü.Hacıbəyovun ev muzeyi 

118. Bülbülün ev muzeyi 

119. Xalça muzeyi 

120. Rəsm Qalereyası  

121. Tarix Diyarşünaslıq muzeyi 

122. Qarabağ Dövlət tarixi muzeyi 

123. Azərbaycanda ilk "realnı uçiliş"in binası 

124. Yaşıl aptek 

125. Mədəniyyət evi 

126. Külli miqdarda gümüş və mis qablar 

127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində) 

128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi 

129. Tarixin yaddaşı olan Daş Kitabələr 

Qeyd: Şəhərdə 17 məhəllə, hər məhəllənin öz məscidi, bulağı və hamamı olmuşdur. 

Məhəllənin adları:  

1. Urudlar 

2. Seyidli 

3. Culfalar 

4. Quyuluq 

5. Çuxur 

6. Hacı Yusifli 

7. Dördlər Qurdu 

8. Dörd Çinar 

9. Çöl Qala 

10. Köçərli 

11. Mamayı 

12. Merdinli 

13. Saatlı 

14. Dəmirçilər 

15. Hamamqabağı 

16. Təzə məhəllə 

17. Xocamircanlı 

* * *  

Kütləvi informasiya vasitələri 

"Şuşa" qəzeti fəaliyyətinə 1932-ci ildə başlamışdır. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə 

Komitəsinin orqanı olaraq "Kolxoz Bayrağı" adı altında nəşr olunmuş, 1969-cu ildən isə "Şuşa" qəzeti adlanmışdır. 

Qəzet hal-hazırda Bakı şəhərində fəaliyyət göstərir.  



"Şuşa" radiosu və "Şuşa" televiziyası Şuşanın işğalı ilə bağlı fəaliyyətlərini dayandırmışlar.  

* * *  

Yüklə 52,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə