T əfəkkür Universitetinə sertifikat verilmişdir



Yüklə 155,52 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü155,52 Kb.
#54202

background image
 

T

əfəkkür Universitetinə  

sertifikat verilmişdir. 

 

Mayın  19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə  “Azərbaycan" Universitetində  "Bakı-2015" I 

Avropa  Oyunlarının  təbliğinə  həsr  olunmuş  “Media  və  təhsil  dialoqu:  peşəkarlığın  inkişafı” 

mövzusunda t

əlim-konfrans keçirilmişdir. 

T

əlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları,  media  qurumlarının  və  ali təhsil 



əssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə  bağlı  QHT  nümayəndələri, jurnalistika 

fakült

əsinin tələbələri iştirak etmişlər. 



Konfransda media v

ə təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə 

peşəkar vərdişlərin  yaradılması  ilə  bağlı  təqdimatlar dinlənilib və  təlimlər  keçirilib.  İştirakçılar 

informasiya  kampaniyaların  keçirilməsi, press relizlərin  yazılması,  sosial  qruplarla  iş  və  digər 

mövzularda bilik v

ə bacarıqlarını artırmışlar. 

“Az

ərtac” dövlət informasiya agentliyi, "Azad Azərbaycan"  televiziyası  və  "APA-Holdinq"in 



informasiya d

əstəyi ilə  təşkil  olunmuş  konfransda  media  və  təhsil dialoqunun daha da 

yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilmişdir. 

Az

ərbaycan Universitetinin rektoru Fərid  Əhmədov,  “Azad Azərbaycan”  televiziyasının 



prezidenti  Vüqar  Qaradağlı,  təhsil  eksperti  Şahlar  Əsgərov, Təhsil  Şurasının  sədri  Əjdər  Ağayev 

çıxış  edərək təhsil-media sahəsində  belə  konfransların  keçirilməsinin mühüm əhəmiyyətini qeyd 

etmişlər.  

T

ədbirin  davamında  "APA  Holdinq"in  prezident  Vüsalə  Mahirqızının,  Təhsil Nazirliyinin 



İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinatoru Elçin 

S

ərdarovun,  Bakı  Dövlət  Universitetinin  jurnalistika  kafedrasının  müdiri  Aynur  Kərimovanın,  PR 



üzr

ə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilmişdir. 

T

əlim-konfransda  uğur  qazanmış  iştirakçılara, o cümlədən Təfəkkür Universitetinə  sertifikat 



veri

lmişdir. 

Günün  ikinci  yarısında  təlim-konfrans  iştirakçılarının  "Bakı-2015"  I  Avropa  Oyunlarının 

M

ətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunmuşdur. 



 

 

 



Yüklə 155,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə