T əFƏKKÜr universitetiNİn təLƏBƏLƏRİ İMƏCLİKDƏ İŞTİrak etmiŞLƏR



Yüklə 5,51 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü5,51 Kb.
#8916

background image
T

ƏFƏKKÜR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İMƏCLİKDƏ İŞTİRAK ETMİŞLƏR 

 

Aprelin 8- 

də  möhtərəm  Prezidentimiz  Cənab  İlham  Əliyevin  respublikada  ekoloji  tarazlığın  qorunması  ilə  bağlı  verdiyi  müvafiq 

tapşırıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   rayonun ərazisində yerləşən 15 

hektar sahədə ağacəkmə kampaniyası keçirilmişdir. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, 

insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl 

islahatlar nəticəsində günü-gündən gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl  şəhərləri 

sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir. 

 

Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin eləcədə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin 100-ə 



yaxın  müəllim  və  tələbəsi  iştirak  etmişdir.  İməcilik  zamanı  İtaliyadan  gətirilmiş  1000-ə  qədər  müxtəlif  növ  ağac  və  kollar  əkilmişdir. 

 

Aksiyaya  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini,  Yeni  Azərbaycan  Partiyası  sədrinin  müavini-icra  katibi  Əli  Əhmədov, 



Nərimanov rayon icra hakimmiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları və digər dövlət rəsmiləri qatılmışlar.  

 

 



 

 

 



 

Yüklə 5,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə