T. H. Talıbov 1, E. S. Novruzova



Yüklə 74,89 Kb.
Pdf görüntüsü
tarix20.01.2018
ölçüsü74,89 Kb.
#21717


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №2, səh. 102-106 (2014)

 

102 



Naxçıvan MR Florasında Qıjıların Yeni Taksonları 

 

T.H. Talıbov

1*

, E.S. Novruzova

1

, A.M. Əsgərov

2

 

 

1*



AMEA Naxçıvan Bölməsi Bioresusrlar İnstitutu, Babək küçəsi, 10, Naxçıvan 7000, Azərbaycan

2

AMEA Genetik Ehtiyatlar İnstitutu, Azdalıq prospekti,155, Bakı 1106, Azərbaycan; 

E-mail: t_talibov@mail.ru;enovruzova_32@mail.ru;askerov1@mail.ru 

 

Naxçıvan Muxtar Respublikası  ərazisindən toplanılan Qıjılar - Polypodiophyta  aid herbari material-



larının öyrənilməsi nəricəsində ərazi üçün əvvəllər qeyd edilməyən yeni iki fəsilə, 4 cins və 5 növ aşkar 

edilmişdir.Yeni fəsilələr - Polypodiaceae,  Woodsiaceae; yeni cinslər - Athyrium, Notholaena, 

Polypodium, Hymenocystis; yeni növlər - Athyrium distentifolium, Polystichum aculeatum, Notholaena 

marantae, Polypodium vulgare, Hymenocystis fragilis. 

 

Açar sözlər: Ali bitkilər, qıjıkimilər, fəsilə, cins, növ  

 

 

2011-2013-cü illərdə Naxçıvan Muxtar Res-



publikasının müxtəlif rayonlarına edilən floristik 

ekspedisiyalar zamanı toplanılan zəngin herbari 

materiallarının təyini və sistematik təhlili nəticəsində 

Naxçıvan MR florası üçün Qıjılar (Polypodiopsida

üzrə yeni olan iki fəsilə, 4 cins və 5 növ aşkar edil-

mişdir. Bu tapıntılar təkcə Naxçıvan MR florası üçün 

deyil, bütövlükdə Qafqaz florasının florogenetik 

əlaqələrinin araşdırılmasında böyük əhəmiyyətə 

malikdir. Onlar tərtib olunacaq “Naxçıvan Muxtar 

Respublikası florası” kitabına daxil ediləcəkdir.  

Qıjılar ali bitkilərin  ən qədim qruplarından 

olub öz başlanğıcını Devon dövründən götürür (300 

milyon il b.e.ə.) (Фомин,1934).   

Qıjıların  dünyada 300 cinsə aid 10000-dən çox 

növü yayılmışdır ki, onların da çoxlu növ-

müxtəlifliyi və həyat formaları (biomorfları) əsasən 

tropik ölkələrin ərazilərindədir. 

Bitki örtüyündə, xüsusən meşə bitkiliyində qıjı 

növləri  əsas fitokomponentlərdən biri sayılır. 

Qıjılar arasında dərman, texniki, qida, həmçinin 

dekorativ əhəmiyyətli növlər də çoxdur.  

Son araşdırmalara görə Azərbaycanda qıjıki-

milərin (Lycopodiophyta, Equisetophyta, Polypo-

diophyta) 22 fəsilə, 29 cinsə aid 63 (Əsgərov, 2005, 

2011;  Аскеров,  Бобров,1972), Naxçıvan MR 

florasında isə 4 fəsilə, 7 cinsə aid 15 növünə (Talı-

bov, 2001) rast gəlinir.  Aparılan tədqiqatlar nəticə-

sində Naxçıvan MR florasında yeni fəsilə, cins və 

növlər aşkar edilmişdir ki, onların da qısa botaniki 

və bioekoloji səciyyəsi aşağıda verilir. Taksonların 

təyin edilmiş herbari nüsxələri AMEA Naxçıvan 

Bölməsi Bioresurlar İnstitutunun Herbari fondunda 

saxlanılır.  



WOODSIACEAE Herter – Vudsiyalar 

Fəsilə Naxçıvan MR florası üçün yenidir. 

Onun Azərbaycanda rast gələn 2 cinsindən biri 

Naxçıvan MR  ərazisində tapılmışdır.  



Hymenocystis  C.A. Mey.(=Woodsia R. Br., 

p.p.) – Himenosistis, Vudsiya. 

Monotip cinsdir. Qafqazın endemik bitkisidir. 

Fəsilə daxilində Şərqi Asiya mənşəli digər monotip 

cinslə (Protowoodsia Ching) florogenetik əlaqəyə 

malikdir.  

Hələ 1831-ci ildə Qafqaz florasının görkəmli 

tədqiqatçısı K.A. Meyer Vudsiya cinsi üzrə ona 

məlum olan növləri təhlil edərkən Qafqazın Böyük 

Qafqaz  ərazisindən,  əsasən subalp və alp qurşağı 

bitkilik qruplaşmalarından (2700 m d.s.h.), ən çox 

əhəngli dağ süxurlarından toplanan nüsxələrin bir 

sıra morfoloji əlamətləri ilə digər vudsiya 

növlərindən kəskin fərqləndiyini müəyyən etmiş və 

həmin növü xüsusi bir cins statusuna – Hymeno-



cystis  yüksəltmişdir. Sonralar “Флора  СССР” 

(Фомин, 1934), "Флора  Кавказа” və o cümlədən 

"Флора  Азербайджана” (Гроссгейм 1939; Исаев 

и  др., 1950) əsərlərində bu cins və ona aid olan  

növ Woodsia cinsinin tərkibində verilmişdir. 

Sonralar A.M. Əsgərov (Аскеров, 1986, 2001) 

Qafqaz florası  qıjıkimilərini monoqrafik tədqiq 

edərkən  Woodsia cinsi növlərini makromorfoloji, 

anatomik, palinoloji və florogenetik üsullarla tədqiq 

etmiş və Hymenocystis cinsini bərpa etmişdir. 



Hymenocystis fragilis (Trev.) A. Asker. [= 

Woodsia fragilis (Trev.) Moore] – Kövrək 

himenosistis 

Bu növ 04 iyul 2012-ci il tarixdə  Şahbuz 

rayonuna gedilən ekspedisiya zamanı Bata-bat 

meşəsinin Keçəldağ istiqamətindəki  ərazidən 

toplanılmışdır. Növ Şərq palıdı - Quercus 

macranthera Fisch. et C.A. Mey. və Avropa 

gərməşovu - Euonymus europaea L. ağaclarının 

yanındakı iri daşların altında  Rhinanthus vernalis 

(N. Zing.) Schischk. – Yaz çınqılotu,  Alchemilla 



amicta Juz. – Bükülmüş  şaxduran,  Achillea mille-

folium L. – Adi boymadərən,  Hypericum scabrum 

L. – Kələkötür dazı, Lathyrus pratensis L. – Çəmən 

güllücəsi,  Trifolium caucasicum Tausch – Qafqaz 

yoncası, Onobrychis bungei Boiss. – Bunge xaşası 

(esparseti), Melilotus albus Medik. – Ağ xəşənbül, 



Naxçıvan MR Florasında Qıjıların 

 

103 



Lotus corniculatus L. – Buynuzlu qurdotu, Astra-

galus glycyphylloides DC. – Şirinyarpaqvari gəvən 

(paxladən) və  bəzi taxıl növləri ilə birlikdə  bitir. 

AMEA Naxçıvan  Bölməsi Bioresurslar İnstitu-

tunun herbari fonduna  bu növ yeni daxil edilir. 

Aşkar edilmiş kövrək h. növü Woodsia cinsi 

növlərindən induziumun kisəşəkilli olması, yar-

pağın gövdəyə birləşmə yerlərində  şaxələnmələrə 

malik olmaması ilə seçilir. Woodsia  növlərində - 

örtük sapşəkilli hissələrə bölünmüş olur, yarpaq isə 

“buğumludur”. Bundan başqa, kövrək h. anatomik 

quruluşu, sporun, protalın forması ilə  də asanlıqla 

seçilir (Аскеров, 1986). Bu növ həqiqi Qafqaz 

(euqafqaz) coğrafi areal tipinə aid olub, Qafqazda 

və o cümlədən Azərbaycanda yalnız Böyük Qafqaz 

regionundan məlum olmuşdur (Гроссгейм, 1939; 

Əsgərov, 2005, 2011; Аскеров, 2001;). Onun Nax-

çıvan Muxtar Respublikası ərazisindən aşkar edilən 

tapıntısı  Cənubi Qafqazda yeganə yayılma sahə-

sidir. Bu tapıntı Qafqazın florogenezi üçün çox 

əhəmiyyətlidir və Naxçıvan Muxtar Respubli-

kasının “Qırmızı kitabının” 2-ci nəşrinə daxil 

edilməlidir. 



ATHYRIACEAE Ching - Qalxansızlar 

Athyrium Roth – Qalxansız 

Cins Naxçıvan MR florası üçün yenidir.  

Bu cinsə aid olan Athyrium distentifolium 

Tausch ex Opiz [A.alpestre (Hoppe) Clairv.] – Səri-

lənyarpaq q.növü 10 iyun 2012-ci il tarixdə eks-

pedisiya zamanı  Şahbuz rayonunun Biçənək meşə-

sinin Sərxanbiçən ərazisindən toplanılmışdır. Bitdiyi 

yer meşədə nisbətən qayalıqlı, torflu və rütubətli bir 

yer olub, Quercus macranthera Fisch. et C.A. Mey. - 

Şərq palıdı,  Acer campestre L. – Çöl ağcaqayını, 



Crataegus monogyna Jacq. – Biryuvalı yemişan, 

Lallemantia  iberica (Bieb.) Fisch. et C.A. Mey. – 

Gürcü lalemantiyası, Ajuga genevensis L. – Cenevrə 

dirçəyi,  Geranium sylvaticum L. – Meşə  ətirşahı, 

Draba nemorosa L. – Meşəlik yastıqotu,  Solenan-

thus circinnatus Ledeb. – Qıvrım boruçiçək, Lathy-

rus pratensis L. – Çəmən güllücəsi,  Ranunculus 

napellifolius DC. – Acı qaymaqçiçək,  Elytrigia 

heidemaniae  Tzvel.- Heydeman ayrığı,  Aegilops 

cylindrica Host – Silindrvari  buğdayıot,  Bromus  

scoparius L.- Süpürgəvari tonqalotu və s. növlərlə 

birlikdə bitir. AMEA Naxçıvan  Bölməsi 

Bioresurslar  İnstitutunun herbari fonduna  bu növ 

yeni daxil edilir. 

Azərbaycanda nadir növ hesab edilir və bir 

neçə yayılma sahəsindən məlumdur. Ona əsasən alp 

və subalp qurşaqda d.s. 1500-3000 m hündürlükdə 

rast gəlinir. Bizim tapıntı Kiçik Qafqazda – Qoşqar 

– çay vadisi və  Şimali Ermənistan  ərazilərindən 

məlum olan sahələrə    yaxındır (Аскеров, 2001). 

Naxçıvanda bu cinsin aşağı hündürlüklərdə, əsasən 

meşə bitkiliyi tərkibində yayılan  A. filix – femina 

növünün də tapılması mümkündür.  

Örtük zəif inkişaf etmiş və ya yoxdur; yarpağın 

seqmentləri ucdan kütdür; Kökümsovu düz; 

yarpaqlar uzunsov – neştərşəkilli; saplağı pərdəcik-

lərlə örtülən; soruslar budaqlanan damarların ucuna 

yaxın yerləşən; 60-100 sm-dək hündürlüyündə 

yüksək dağ, subalp və alp qurşağı bitkisidir. 

Holarktik coğrafi areal tipinə aid mezofit 

bitkidir. 2n=80. 

ASPIDIACEAE Mett. ex Frank. (incl. 

Dryopteridaceae Ching) – Aspidilər 

Dryopteris Adans. s.str. – Ayıdöşəyi 

Naxçıvan MR-də bu cinsin bir növü məlum idi 

– Dryopteris filix – mas (L.) Schott (Əsgərov, 1981; 

Talıbov, 2008; Аскеров, 1977). Ərazidən cinsin 

daha bir növü toplanılmışdır: D. oreades Fomin [D. 

abbreviata (DC.) Newm. ex Monton] – Yaylaq 

ayıdöşəyi. 

Bu növ ekspedisiya zamanı  26 may 2011-ci il 

tarixdə Culfa rayonun Ərəfsə  kəndi yaxınlığındakı 

Xəzinədərə  ərazisindən toplanılmışdır.  Ərazi vaxtı 

ilə  sıx meşə olmuş, lakin məlum hadisələr zamanı 

əhali tərəfindən nisbətən doğranılmışdır, lakin son 

illər demək olar ki, tam bərpa olunmuşdur. Bu növ 

yalnız  Şərq palıdının təmiz  formasiyasında  

Saxifraga pontica Albov. – Pont daşdələni, Nepeta 

grandiflora Bieb.- İriçiçək pişiknanəsi, Achillea 

millefolium L. – Adi boymadərən, Hypericum scab-

rum L. – Kələkötür dazı  və  Heracleum pastina-

cifolium C.Koch – Sürtükyarpaq baldırğan, Filipen-

dula ulmaria (L.) Maxim. – Qaraağacyarpaq quş-

qonmaz, Bupleurum polyphyllum Ledeb. – Çoxyar-

paq öküzboğan,  Geranium tuberosum L. – Yumu-

rulu  ətirşah ilə birgə bitərək, I yarusda yerləşir. 

AMEA Naxçıvan  Bölməsi Bioresurslar İnstitutu-

nun herbari fonduna  bu növ yeni daxil edilir. 

Bu növün Qafqazda və o cümlədən Azərbay-

candakı arealı, əsasən Böyük Qafqazın yüksək dağ 

qurşaqları, xüsusən alp və subalp bitkilikləri üçün 

səciyyəvidir. Kiçik Qafqazda nadir bitki sayılır, 

Göy – göl ətrafından məlumdur (Аскеров, 1977, 

2001).  


İnduziumu bozumtul, yetişəndə hissələrə bö-

lünməyən-qövsvari; yarpaqcıqları yarımdairəvi; 

saplağı  qısa, bozumtul pulcuqlarla örtülü; yarpaq-

ları  uzunsov-neştərvari, açıq-yaşıldır; birinci sıra 

seqmentləri saplaqcıqsız, aşağıdakılar uzunsov, yu-

xarıdakılar neştərşəkilli; sonuncu sıra seqmentləri 

küt,  zəif dişciklidir; sorusu iridir, sıx yerləşəndir 

Ümumqafqaz areal tipli, əsasən litofil, mezofit 

bitkidir. 2n=82.  

Polystichum Roth – Cərgəvər 

Cinsin Azərbaycanda yayılan 9 növündən 

Naxçıvan MR florası üçün 1 növ məlum olmuşdur 

–  Polystichum lonchitis  (L.)  Roth  (Əsgərov, 1981; 

Talıbov, 2008). Naxçıvan MR - in florası, bitkiliyi 

və faydalı bitkiləri haqda məcmuədə Naxçıvan MR-

də bu cinsin digər növünün – P. aculeatum (L.) 



Talıbov və b. 

104 


Roth yayılması göstərilsə  də  (Əsgərov, 1981), 

sonralar bu region üçün göstərilməyib.  



P. aculeatum (L.) Roth [P. lobatum (Huds.) 

Bast.] – Tikancıqlı cərgəvər 

Bu növ 11 iyul 2012-ci il tarixdə Culfa rayo-

nunun Əbrəqunus kəndi yaxınlığındakı Ərməmməd 

piri  ərazisindən toplanılmışdır. Qayalıq bir vadi 

olan bu ərazidə  Juniperus foetidissimaWilld. - 

Ağıriyli ardıc,Celtis tournefortii Lam.– Turnefor 

dağdağanı, Ulmus glabra  Huds.- Hamar qaraağac, 



Amygdalus fenzliana (Fritsch) Lipsky, Zygophyllum 

fabago L. – Adi həlməlRosa canina L.- Adi itbur-

nu və s. ağac və kolların əmələ gətirdiyi bir biotop-

da qaya çatlarından toplanılmışdır. Ətrafında mamır 

və  Saxifraga cymbalaria L. – Tilli daşdələn növü 

var idi. AMEA Naxçıvan  Bölməsi Bioresurslar 

İnstitutunun herbari fonduna yeni daxil edilir. 

Bu tapıntı  həmin növün Naxçıvan MR 

ərazisində yayılmasını  təsdiq edir və “Naxçıvan 

florasına” daxil ediləcəkdir.  

Yarpaqları uzunsov – neştərvari, dərivari; 

damarları 2–3 çəngəlvari budaqlanan; sorusu 

damarların ortasında və ya azca yuxarıda yerləşən; 

induziumun kənarları dişciklidir, yarpaqları  qısa 

saplaqlı, qaidəsinə doğru daralandır, cod 

dərivaridir; saplağı bozumtul pərdəciklərlə 

örtülüdür.  İkinci sıra seqmentləri qaidəsində 

pazvari, iti olub saplaqcıqsızdır, iti qulaqcıqlıdır; 

ikinci sıra seqmentlərindən  ən aşağıdakı (yuxarı 

cərgədə) qalanlardan iki dəfə böyükdür. 

Palearktik coğrafi areal tipinə aid olub mezofil 

meşə bitkisidir, onun mezokserofit formalarına 

nisbətən quraq – meşədən kənar  ərazilərdə rast 

gəlinir. 

SINOPTERIDACEAE  Koidz. – 

Sinopteridilər 

Bu fəsilədən Azərbaycanda rast gələn 2 cins-

dən (Cheilanthes Sw., Notholaena R. Br.) Naxçıvan 

MR  ərazisində  Cheilanthes cinsi məlum olmuşdur 

(Аскеров, 1977, 1986, 2001;  Talıbov, 2001; 

Askarov, 2013). Ekspedisiya zamanı digər cinsin 

növü də toplanılmışdır. 

Notholaena R. Br. – Yalançıörtük 

Cins Naxçıvan MR florası üçün yenidir. Azər-

baycanda məlum olan 1 növü Naxçıvan ərazisindən 

də toplanılmışdır. 



Notholaena marantae (L.) Desv. – Marant 

yalançıörtük. 

Bu növ 13 iyul 2011-ci il tarixdə Ordubad 

rayonuna gedilən ekspedisiya zamanı Gilançay və 

Biləv kəndi yaxınlığından toplanılmışdır.  Ərazi 

Gilançayın qayalı daşlı sahəsində qaya altındakı 

nəmli yerdən toplanılmışdır. Bitkinin bitdiyi yerin 

yaxınlığında, yalnız  Stachyslavandulifolia Vahl. – 

Lavandayarpaq poruq və Capparis herbacea Willd. 

– Otvari kəvər növləri bitmişdir. AMEA Naxçıvan 

Bölməsi Bioresurslar İnstitutunun herbari fonduna  

bu növ yeni daxil edilir. 

Növün bu tapıntıya yaxın arealı  Zəngilan 

rayonu, Şayıflı kəndi ətrafıdır (Аскеров, 2001). 

Yarpaqları ikiqat lələkvari, uzunsov – 

neştərşəkilli, dərivari, üst tərəfdə  əsasən çılpaq, 

yaşıl, altda isə pərdəciklərlə sıx örtüləndir; sonuncu 

sıra seqmenqləri uzunsov, ucdan dəyirmi, tam 

kənarlıdır. Üst tərəfdə  çılpaq, yaşıl, alt tərəfdə isə 

sıx tükcüklüdür; damarlanması bir neçə  dəfə 

çəngəlvari budaqlanandır.  

Cənubi palearktik coğrafi areal tipinə aid, 

litofil, mezo-kserofit bitkidir, 2n=58. 



POLYPODIACEAE Bercht. et J. Presl – 

Şirinkök qıjılar 

Fəsilə Naxçıvan MR florası üçün yenidir. 

Azərbaycanda 1 cinsi var. 

Polypodium L. – Şirinkök 

Cins Naxçıvan florası üçün yenidir. Cinsin 

Azərbaycanda yayılan 2 növündən biri Naxçıvan 

MR ərazisində aşkar edilib.  



Polypodium vulgare L. – Adi şirinkök. 

Bu növ 12 iyun 2013-cü il tarixdə Ordubad 

rayonunun Kilit kəndi  ərazisindən toplanılmışdır. 

Yayılma yeri Soyuq dağın ətəyindəki meşə- kolluq 

sahəsindəki 1046 m d.s.h. ərazini  əhatə edir. N 

38°


 

88.501’’, EO 46°09.911’’. Bitki qaya arasındakı 

sıx mamırla  əhatə olunmuş  vəziyyətdə bitmişdir. 

Ərazinin meşə - kolluq sahəsində  Betula pendula 

Roth - Əyilən tozağacının üstün olduğu forma-

siyada  əsasən  Celtis caucasicaWilld. – Qafqaz 

dağdağanı,  Rosa canina L. - İt itburnu, Jasminum 

fruticans L. – Kolvari jasmin, Cotoneaster saxatilis 

Pojark. - Qaya dovşanalması,  Lonicera iberica 

Bieb. - Gürcü doqquzdonu və s. kollara rast gəlinir. 

Adi  şirinkök AMEA Naxçıvan  Bölməsi Biore-

surslar  İnstitutunun herbari fonduna  yeni daxil 

edilir. 


Polimorf növdür, Azərbaycanda 2 yarımnövü 

və bir neçə növmüxtəlifliyi vardır. Naxçıvan MR 

ərazisindən toplanılan herbarilərin öyrənilməsi 

göstərir ki, onlar P. vulgare növünün tipik 

yarımnövünə aid olan – var. attenuatum Milde (arid 

meşə və kolluqlar üçün səciyyəvi olan) və Avropa – 

Qafqaz areallı daha kserofit, litofil P. vulgare 

ssp.rotundatum (Milde) A. Askerov yarımnövünün 

var. rotundatum Milde növ müxtəlifliyinə aiddirlər 

(Аскеров и др. 1972; Аскеров, 2001). 

Naxçıvan MR-in Qapıcıq dağı (3906 m) 

ərazisindən  Botrychium lunaria (L.) Swartz. –

Yarımay salxımotu növünün tapıldığı qeyd 

olunmasına (Флора  Армении, 1954) baxmayaraq, 

bizim həmin  əraziyə etdiyimiz ekspedisiyalar 

zamanı, bu növ hələ  də oradan aşkar edilməmişdir 

və ona görə də Naxçıvan MR taksonomik spektrinə 

daxil edilməmişdir (Talıbov və b., 2008). 

 Beləliklə, Naxçıvan MR florası üçün yeni 2 

fəsilə  (Athyriaceae Ching – Qalxansızlar,  Polypo-




Naxçıvan MR Florasında Qıjıların 

 

105 



diaceae Bercht. et J. Presl – Şirinkök qıjılar), 4 cins 

(Athyrium Roth – Qalxansız,  Hymenocystis  C.A. 

Mey. – Himenosistis, Notholaena R. Br. – Yalançı-

örtük, Polypodium L. – Şirinkök) və 5 növ 

(Athyrium. alpestre (Hoppe) Clairv,  Hymenocystis 

fragilis (Trev.) A. Asker. – Kövrək h., Polystichum 

aculeatum (L.) Roth  – Tikancıqlı  cərgəvər, 

Notholaena marantae (L.) Desv. – Marant 

yalançıörtük    və Polypodium vulgare L. – Adi 

şirinkök) əlavə edilmişdir. 

 

 



ƏDƏBIYYAT 

 

Əsgərov A.M. (1981) Naxçıvan MR-in qıjıkimiləri 

və  çılpaqtoxumluları.  Naxçıvan MR-in florası, 



bitki örtüyü və faydalı bitkiləri. Bakı: 48-59 

Əsgərov A.M. (2005) Azərbaycanın ali bitkiləri. 

Bakı: Elm, s. 31-51 



Əsgərov A.M. (2011) Azərbaycan florasının kons-

pekti  (Əlavələr və  dəyişikliklərlə 1961-2009). 

Bakı: Elm, 202 s.   

Novruzova E.S. (2013) Naxçıvan Muxtar Respub-

likasında yayılan Ayıdöşəyikimilər – Dryopteri-



daceae R-C. Chıng fəsiləsi bitkiləri.  AMEA 

Naxçıvan Bölməsi Xəbərləri (Təbiət elmləri 

seriyası), №4: 182-186 

Talıbov T.H. (2001)Naxçıvan MR-in flora bio-

müxtəlifliyi və onun nadir növlərinin qorunması. 

Bakı: Elm, 192 s. 

Talıbov T.H., İbrahimov  Ə.Ş.  (2008) Naxçıvan 

Muxtar Respublikası florasının taksonomik 

spektri. Naxçıvan: Əcəmi NPB, 364 s.  

Talıbov T.H., İbrahimov  Ə.Ş.  (2010) Naxçıvan 

Muxtar Respublikasının Qırmızı kitabı (Ali 

sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər 

üzrə). Naxçıvan: Əcəmi, 677 s. 



Аскеров А.М., Бобров А.Е. (1972) К системати-

ке некоторых родов папоротников из Талыша. 



Бот. ж., №10: 1296-1300 

Аскеров  А.М.  (1977)  Pteridophyta  Азербай-

джана. Бот. ж., №7: 1022-1030 



Аскеров А.М. (1986) Гименоцистит – эндемич-

ный род флоры Кавказа. Изв. АН. Аз. ССР, сер. 



биол. наук (Баку), №3: 52-55 

Аскеров  А.М.  (2001)  Папоротники  Кавказа. 

Баку: Элм, 244 с. 



Гроссгейм  А.А.  (1939)  Папоротники.  В  кн.: 

Флора Кавказа. Изд. 2, Баку, 1: 5-43 

Исаев Я.М., Рза-заде Р.Я. (1950) Папоротнико-

образные.  В  кн.:  Флора  Азербайджана.  Баку, 



1: 15-45 

Конспект  флоры  Кавказа  (2003)  СПб.  Унив., 

Т.1: 204 с. 

Фомин  А.В.  (1934)  Папоротниковидные.  В  кн.: 

Флора СССР. Л.: АН СССР,  1: 16-100  

Флора Армении (1954)  Ереван: АН Арм. ССР, 

290 с. 


Askarov A.M. (2013) Forest ferns of the Caucasus, 

its’ systematic and eco-geographical analysis. 



International Caucasian Forestry Symposium. 

Artvin-Turkey, 258-264. 



 

 

 

 

 

Новые таксоны во Флоре Нахчыванской АР 

 

Т.Г. Талыбов

1

, Э.С. Новрузова

1

, А.М. Аскеров

2

 

 

1

 Институт биоресурсов Нахчыванского отделения НАНА 



Институт генетических ресурсов НАНA 

 

В  результате  изучения  гербарного  материала  по  папоротникообразным  растениям  (Polypodiopsida), 

собранного  на  территории  Нахчыванской  Автономной  Республики,  выявлены 2 новые  семейства, 4 

рода  и 5 видов,  ранее  не  отмеченные  для  этого  региона:  новые  семейства – Polypodiacea, 



Woodsiaceae,;  новые  роды  -Athyrium,  Notholaena, Polypodium,  Hymenocystis;  новые  виды - Athyrium 

distentifolium, Polystichum aculeatum, Notholaena marantae, Polypodium vulgare, Hymenocystis fragilis 

 

Ключевые слова: Высшие растение, папоротникообразные, семейство, род, вид 



 

 

 



 

 

 



 


Talıbov və b. 

106 


 

New Fern Taxa of Autonomus Republic of Nakhchivan 

 

T.H. Talibov

1

, E.S. Novruzova

1

, A.M. Asgarov

2

 

 

1

 İnstitute of Bioresources, Nakhchivan section of  ANAS 

2

 İnstitute of Genetic Resources, ANAS 

 

During systematic review, taxonomic determination of herbarium materials collected from  floristic 



expeditions to various regions of the Nakhchivan Autonomous Republic we found families, species which 

are new for to the region. New families- Polypodiaceae, Woodsiaceae; new genius – Athyrium, Notholaena, 



Polypodium, Hymenocystis; new species – Athyrium distentifolium, Polystichum aculeatum, Notholaena 

marantae, Polypodium vulgare, Hymenocystis fragilis 

 

Kev words: Higher plants, ferns, families, genius, species 

 

Yüklə 74,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə