T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
  1   2   3   4   5   6   7   8   9   ...   46


 
 
TƏRANƏ MƏHƏMMƏD qızı ABDULLAYEVA 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN ƏDƏBİ 
FİKRİNDƏ QƏRBÇİLİK 
MEYLLƏRİ 
(XX əsrin əvvəlləri) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2014 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu 
Elmi  Şurasının qərarı ilə çap olunur  (22 yanvar 2014)
 
 
Elmi redaktoru:       
 
Zaman Əsgərli 
                                  
 
filologiya elmləri doktoru, professor 
 
Rəyçilər: 
 
 
Alxan Bayramoğlu (Məmmədov) 
                                  
 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
Tofiq Hüseynov 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
Rəhilə Qeybullayeva 
filologiya elmləri doktoru, professor 
 
Güldəniz Qocayeva 
                                                    filologiya üzrə fəlsəfə doktoru 
 
        A-14. 
Təranə  Abdullayeva.  Azərbaycan  ədəbi  fikrində 
qərbçilik  meylləri.  (XX  əsrin  əvvəlləri). Bakı,  "AVROPA", 2014, 
152 səh. 
           
Kitabda  XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbi  fikrində  qərbçilik  meyilləri 
dövrün  mətbuat  orqanlarında  çap  olunmuş,  orijinal  ədəbi-publisistik  əsərlər 
əsasında  tədqiq  olunur.  Bu  meyillərin  ictimai-siyasi  və  tarixi-mədəni  köklərinə, 
ədəbi-estetik prinsiplərinə aydınlıq gətirilir. XX əsrin əvvəllərində Rusiya və Qərb 
mədəniyyətinə  üz  tutan  ədəbi  cərəyanların,  mətbu  orqanların,  ayrı-ayrı  şair, 
yazıçı və publisistlərin çevrəsi müəyyənləşdirilir, Əlibəy Hüseynzadə,  Əhmədbəy 
Ağaoğlu və Yusif Vəzir Çəmənzəminlinin qərbçilik görüşlərinə və islami dəyərlərə 
münasibətinə daha ətraflı toxunulur.  
 
XX  əsrin  əvvəllərində  tənqidi  realizm  və  romantizm  ədəbi  cərəyanları, 
maarifçilik  ideyaları  Qərblə  müqayisədə  təhlil  edilir,  Qərb  mədəniyyətinin 
mənimsənilməsində tərcümə əsas vasitələrdən biri kimi nəzərdən keçirilir. Müasir 
Azərbaycan mədəniyyətinin Avropa və dünya mədəniyyətinə inteqrasiya  olunma-
sında XX əsrin əvvəllərindəki qərbçilik meyillərinin obyektiv elmi qiyməti verilir.    
 
A                                   Qrifli nəşr
 
                                                             ©«AVROPA»nəşriyyatı-2014
  
4702060106-10   
      8032-2014 
 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

QƏRBƏ MEYLİN SƏBƏBLƏRİ 
(ZAMAN ƏSGƏRLİ) 
 
XIX  əsrin  40-50-ci  illərində  Rusiyada  xüsusi  məfkurə 
tipi,  fikir  cərəyanı  kimi  tanınan  və  sıralarında  zadəgan-
mülkədar,  varlı  tacir  təbəqələrindən  çıxan  çoxlu  ziyalıları: 
yazıçı,  şair,  alim  və  publisistləri  birləşdirən  qərbçilik  – 
özünəməxsus  tipoloji  özəllikləri  ilə  seçilən  bir  mədəni  və 
siyasi  cərəyan  olmuşdur.  Bu  cərəyanın  tərəfdarlari  Rusiyada 
təhkimçiliyin  ləğvini  tələb  edir,  ölkənin  Qərbi  Avropa  ictimai 
inkişaf  yolu  ilə  kapitalistcəsinə  getməsini  zəruri  sayırdılar. 
1861-ci  il  kəndli  islahatlarından  və  ölkədə  burjua-kapitalist 
münasibətlərinin  inkişafa  başlamasından  sonra  mərkəzi  Rusi-
yada  qərbçilik  bir  cərəyan  kimi  aradan  çıxsa  da  ucqarlarda,  o 
sıradan  Azərbaycanda  maarifçilik  ideologiyasının  tərkib 
hissəsi  olaraq  hələ  aktual  idi.  M.F.Axundzadə  və  H.Zərdabi 
kimi onların ideyalrını davam etdirən və XX əsrin əvvəllərində 
həyata  keçirmək  uğrunda  fəaliyyət  göstərən  mütəfəkkir 
ziyalılar  da  Qərbi  azadlıq,  işıq,  mədəniyyət  mərkəzi,  ideal 
həyat kimi görür, buna görə bütövlükdə Şərqi, eləcə də doğma 
vətəni maddi və mənəvi əsarətdən, ictimai ətalətin pəncəsindən 
xilas  etmək  üçün  Qərbə  üz  tutmağı,  Avropa  mədəniyyətinə 
yiyələnməyi  vacib  sayırdılar.  Lakin  XIX  əsrdən  fərqli  olaraq 
XX  əsrin  əvvəllərində  Avropada  kapitalizmin  inkişaf  edərək 
imperializm mərhələsinə yüksəlməsi və imperialist dövlətlərin, 
Şərqə  qarşı  təcavüzkar-müstəmləkəçi  siyasəti  Azərbaycan 
ziyalılarının,  fikir  adamlarının  Qərbə  münasibətində  tamam 
yeni  çalarlar,  ikili  baxış  əmələ  gətirmişdi.  Onlar  bir  tərəfdən 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 

Qərbə maarif, elm, sənaye, ictimai-siyasi azadlıq məkanı, digər 
tərəfdən  “mədəni  yırtıcılar”  diyarı  kimi  baxır,  əsasən,  Qərbin 
maarif və  mədəniyyətinə  meyil edirdilər. Əli bəy Hüseynzadə 
“Füyuzat”  jurnalında  dərc  etdiyi  “Kasablanka  faciəsi  və 
Osmanlı-İran  komediyası”  məqaləsində  yazırdı:  “Biz  avropa-
lıların  ədəbiyyatlrına,  sənayelərinə,  ülum  və  maariflərinə, 
kəşfiyyat və ixtiralarına müraciət etmək istiyoruz, özlərinə de-
gil. Biz istiyoruz ki, islam ölkəsinə onların beyinləri, dimağları 
girsin,  boğazları,  mədələri  girməsin.  Biz  istəriz  ki,  ölkəmiz 
onların  beyinlərini  həzm  etsin,  yoxsa  mədələrində  həzm 
olunmasın.  Bu  gün  onların  mədələrində  həzm  olunmamaq 
üçün  bir  çarə  var  isə,  o  da  onların  məhsulati-dimağiyyələrini 
(beyin məhsullarını – Z.Ə.) alıb həzm etməkdən başqa bir şey 
degildir”. 
Qərb  cəmiyyətinin  Şərqlə  müqayisədə  üstünlüyünü  izah 
edərkən  Ə.Ağaoğlu  oradakı  altruizmi  nümunə  gətirirdi: 
“Qərbdə altruizm elə hallar almışdır ki, bu, Şərqin təsəvvürünə 
belə gəlməz. Şərqdə xəstələri, acları, evsizləri düşünmür, yox-
sul  və  işsizlərin  qayğısına  qalmırlar.  Qərbdə  isə  hər  kəsin 
haqqında düşünülür, hər kəs hər kəsin haqqının, izzəti-nəfsinin 
qoruyucusu, zamini olur. Buna görə  zəifin köməyinə  getmək, 
güclünün  və  təcavüzkarın  qarşısını  kəsmək  vətəndaşlıq  vəzi-
fəsi sayılır”. Məşhur romantik şair M.Hadi isə Qərbdəki maarif 
və  hürriyyəti  Şərqdəki  əsarət  və  cəhalətə  qarşı  qoyaraq 
şeirlərinin birində yazırdı: 
 
Məğribdə var məarif, Məşriqdə var cəhalət, 
Məğribdə hürrdür xəlq, Məşriqdə var əsarət. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə