T. S. M əmmədov, Ş. A. Gülməmmədova



Yüklə 145,01 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü145,01 Kb.
#34862


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 158-163 (2013)

 

B



əzi Otaq Bitkilərinin Abşeron Şəraitində İntroduksiyası

 

 



 T.S.M

əmmədov,  Ş.A.Gülməmmədova 

 

 AMEA M

ərdəkan Dendrarisi, Bakı şəhəriMərdəkan qəsəbəsi, S.Yesenin küç. 89, Baku АZ 1044 

Az

ərbaycan; E-mail: shalala.g@mail.ru 

 

M

ərdəkan Dendrarisində  bəzi otaq bitkilərinin bioekoloji xüsusiyyətləri öyrənilmişdir.  Müəyyən 

edilmişdir ki, tədqiq edilən növlər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı  uyğunlaşır. Bu bitkilərin 

oranjereyaların və otaqların tərtibatında istifadəsi tövsiyə olunur. 

 

Açar sözl



ər: bitki,  aqrotexnika, dekorativ, oranjereya, introduksiya 

 

                                                                                                                                                          

GİRİŞ 

   

Otaq bitkil

ərinin yaratdığı sağlam ekoloji mühit 

böyük 


əhəmiyyətə malikdir. Otaq bitkiləri insanların 

yaşadıqları  mənzillərdə,  işlədikləri  müəssisərdə, 

oranjereyalarda, t

əhsil  aldıqları  məktəb və 

universitetl

ərdə, saray və  teatrların  foyelərində, 

vestibüll

ərində  becərilərək  havanı  təmizləyir, 

oksige

n  çatışmazlığını  aradan  qaldırır,  hərəkət 



zamanı yaranmış toz dənəciklərini  özünə  hopdurur. 

Otaq bitkil

ərinin becərilməsində əsas məqsəd örtülü 

yerl


ərdə: müəssisələrdə, mənzillərdə, tədris 

ocaqlarında  və  s. yerlərdə  estetik zövq və  ekoloji 

tarazlıq yaratmaqdır. Bu isə bitkilərin özünəməxsus 

formasını  saxlamaqla  zədəsiz,  bioloji xüsusiyyətinə 

uyğun böyüməsindən asılıdır. Gözəl güllər, yaraşıqlı 

yarpaqlar,  dadlı  meyvələr evlərə  harmoniya və 

rahatlıq  gətirir,  göz  oxşayır,  qışda  yayı  xatırladır. 

Bitkil


ərin  ifraz  etdiyi havatəmizləyici maddələr isə 

göz


əl  qoxuya  malik  olub,  otağı  oksigenlə 

z

ənginləşdirir. Bəzi bitkilər isə insan sağlamlığı üçün 



bakterioloji xüsusiyy

ətlərə  malik uçucu fitonsid 

madd

ələr  buraxır.  Respublikamız    müstəqilliyə  



q

ədəm    qoyduqdan sonra bioloqlar və  gül 

h

əvəskarları  dünyanın  bir  çox  tropik və  subtropik 



vilay

ətlərindən  Azərbaycana  müxtəlif növ bitkilər 

g

ətirir,  yerli  şəraitdə  adaptasiya  imkanlarını 



öyr

ənirlər  ki, buda dendrofloranın  artırılmasına  və 

genofondun z

ənginləşdirilməsinə  xidmət edir.   

Bir çox otaq bitkil

əri Avropaya hələ XIX əsrdə 

Avstraliyadan, Afrikadan, Hindistandan, Çind

ən 


g

ətirilmişdir.  Bu  gündə  bu    bitkilər    insanlar  

t

ərəfindən  sevilir.  Artıq bizim yüzilliyin I yarısın-dan 



bitkil

ər  otaqların,  sarayların  bəzədilməsində  geniş 

istifad

ə olunurdu. Bitkilər ilk dəfə tropik vilayətlərdən 



Avropaya 15-ci 

əsrdə  səyahətçilər tərəfindən 

g

ətirilmişdir. O  vaxtlar  Hollandiyadan, İngiltərədən 



v

ə  İspaniyadan  olan  səyahətçilər yeni torpaqlar kəşf 

edirdil

ər. Elə  bu dövrdə  də  Avropada  otaqların  



b

əzədilməsində  bitkilərdən istifadə  edirdilər.  İlk 

oranjereyalar bizim eramızdan əvvəl Qədim Romada 

tikilmişdir.  Respublikamızda  otaq  bitkilərinin 

bec

ərilməsi 1860-cı  ildən, oranjereyalar isə  1940-cı 



ild

ən gül həvəskarları  tərəfindən  yaradılmışdır 

(M

əmmədov, 2007).   



Otaq bitkil

ərindən sindapsus, əzvay, fikus, 

monstera, xlorofitum, rozmarin, 

ətirşah və s. otağın  

havasını    karbon   və  azot oksidlərindən, fenoldan, 

ağır  metallardan,  radioaktiv  maddələrdən, tozdan 

t

əmizləyir, çox təhlükəli virus, bakteriya və  digər 



mikroorqanizml

ərin  yayılmasının  qarşısını  alır 

(Əhmədov, 2003).  

Tropik bitkil

ər  otaq  şəraitində  düz günəş 

şüalarının altına qoyulmamalıdır. Gündə ilıq su ilə 

bir neç

ə  dəfə  çilənmə  isə  yüksək nəmişliyi  əvəz 



edir.  Qışda  işıq  az  olanda  temperaturu və 

suvarılmanı  azaltmaq  lazımdır,  yəni bütün digər 

amill

əri  fotosintezin  intensivliyinin  azalması  ilə 



uyğunlaşdırmaq lazımdır (Voronova, 2002).   

Bitkil


ər  özünü  yaxşı  hiss  etməsi və  gözəl 

görünüşünü  saxlamaqları  üçün  bir  sıra  tələblərə 

cavab ver

ən  otaqda  saxlanılmalıdır.  Otaqda  yaxşı 

ventilyasiya,  düzgün  işıqlanma,  havanın  lazımı 

n

əmişliyi  və  müəyyən  temperatur  rejimi  olmalıdır 



(Şişkova, 2007).  

Otaq bitkil

əri bizim gözümüzü gözəl çiçəklərlə 

v

ə  müxtəlif  formalı  yarpaqlarla  oxşamaqla  yanaşı 



otaqda ha

vanı  təmizləyir. Bir çox növlərdə 

mikroorqanizml

əri öldürən və  ya  onların  böyümə 

v

ə  inkişafını  zəiflədən uçucu və  uçucu olmayan 



madd

ələr  kompleksi  vardır  (fitonsidlər). Bitkilərin 

fitonsidliyi  çox  tez  aşkar  olunur:  onların  otaqda 

h

ətta    24  saatlıq    olmasından  sonra  təsir  



zonalarında  mikrobların  ümumi  miqdarının 

azalması hiss olunur. Havanın çox təmizlənməsi üç 

h

əftədən sonra müşahidə edilir. Tropik və subtropik 



dekorativ bitkil

ərin bütün öyrənilən növləri hansısa 

d

ərəcədə fitonsid aktivliyə malikdir, ona görə onları 



otaqların  atmosferinin  sağlamlaşdırılması  üçün 

istifad


ə etmək olar (Artamonova, 1986).  

Bitkil


ərin yaxşı becərilməsi üçün onların təbii 

yaşayış mühitinin xüsusiyyətlərini bilmək və imkan 

daxilind

ə becərilmə şəraitini onlara yaxınlaşdırmaq 

çox vacibdir. Otaqda bitkil

ər insanın həyat şəraitinə 

uyğunlaşmağa məcbur olur və buda bitkilərin həyat 

t

ələblərinə  uyğun  gəlmir. Burada bitkilər çox vaxt 



işığın çatışmazlığından, havanın quruluğundan, çox 

158 



B

əzi Otaq Bitkilərinin Abşeron 

istid


ən və  ya  əksinə  çox soyuqdan əziyyət çəkir. 

Bununla bel

ə bitkilərin boy və inkişafını təmin edən 

bütün h


əyat amilləri bir-birilə sıx bağlıdır. Onların 

h

ər  birinin  çoxluğu  və  ya  çatışmazlığı  digərinin 



d

əyişməsinə  gətirib  çıxarır.  Məsələn,  qışda  işıq 

çatışmadıqda  bitkilər onlar üçün minimal 

temperaturda  s

axlanılmalıdır. Bu dövrdə bitkilərin 

suya  ehtiyacı  azalır.  Otaqda  hər bitki üçün bütün 

parametrl

ər üzrə optimal yer seçilməli, lazımı şərait 

olmadıqda isə onları süni olaraq yaratmaq lazımdır: 

bitkini 


əlavə  lampalarla  işıqlandırmaq,  istilik 

cihazlarının  quruducu təsirindən,  soyuq  qış 

havasından  və  s.  qorumaq  lazımdır.  Çox  tələbkar 

bitkil


ər  üçün  çox  vaxt  xüsusi  otaq  istixanaları, 

t

ənzimlənən  işığı  və  mikroiqlimi olan pəncərə 



vitrinl

əri düzəldilir. Hansısa otağın yaşıllaşdırılması 

üçün bitkil

ər seçildlkdə  oranın  imkanları  və 

funksional xüsusiyy

ətləri nəzərə  alınmalıdır.  İş 

otaqları  üçün  yaşayış  otaqlarına  nisbətən daha 

davamlı bitkilər seçilir (Qolovkina, 1990).  

Oranjereya bitkil

ərinin  əksəriyyətinin  yaxşı 

gün

əş  işığına  ehtiyacı  vardır.  Bitkilər yerləşdiril-



dikd

ə bir-birini kölgələndirməməli, alçaqboy bitkilər 

hündür bitkil

ərin  qarşısında  qoyulmalıdır.  Bitkiləri 

ç

ətirlərinin bir-birinə dəyməsinədək çox sıx qoymaq 



olmaz.  Sıx  yerləşdikdə  bitkilər  lazımı  işıq  almır  və 

asanlıqla xəstəliklərə məruz qalır. Onların yarpaqları 

saralır,  çox  vaxt  solur  və  gözəlliyini  itirir.  İşığın 

yaxşı  istifadəsi üçün iri bitkiləri pəncərə  kənarına 

deyil, bir az k

ənarda, xüsusi düzəldilmiş  çiçək 

masalarına və altlıqlarına qoymaq məsləhət görülür. 

Bitkil


ərin gözəl və  sağlam  vəziyyətdə  saxlanılması 

üçün  onların  vaxtaşırı  köçürülməsini aparmaq və 

düzgün  qulluq  qaydalarına  riayət etmək  lazımdır 

(Prilipko, 1956).  

Gündüz v

ə  gecənin  uzunluğu  nisbətinin otaq 

bitkil

ərinin həyatında  mühüm  əhəmiyyəti  vardır. 



Bitkil

ər tərəfindən qida maddələri ancaq günün işıqlı 

vaxtında ifraz olunur, müntəzəm olaraq isə tənəffüsə 

v

ə  buxarlanmaya, bəzən isə  boy  artımına  istifadə 



olunur. Buradan bel

ə  qənaətə  gəlmək olar ki, gün 

uzun olduqda bitkil

ərdə  qida maddələrinin  əmələ 

g

əlməsi çox olur, gecə  uzun olduqda isə  qida 



madd

ələri çox istifadə  olunur. Normal böyümə  və 

inkişaf üçün bitkilərə işıq, hava, istilik və suda həll 

olunmuş  kimyəvi  duzların  müəyyən  miqdarı 

lazımdır (Tavlinova, 1970).   

 

 



MATERİAL  VƏ  METODLAR 

 

Dekorativ v



ə  morfoloji xüsusiyyətləri, 

ekologiyası və interyerdə  istifadə imkanların- 

dan  asılı  olaraq  otaq  bitkilərini bir neçə  qrupa 

bölm


ək olar: 

1.Dekorativ çiç

əkləyən bitkilər 

2.Dekorativ yarpaqlı bitkilər 

3.Lianalar               

4.Ampel bitkil

ər      

5.Epifitl

ər                      

6.Sukkulentl

ər 

Otaq bitkil



ərinin bioekoloji xüsusiyyətlərini, 

xarici mühit amill

ərinə davamlığını, aqrotexnikasını 

bilm


ədən, həmin bitkilərin otaq  və  ya  oranjereya  

şəraitində becərilməsi mümkün deyildir. İnteryerdə 

otaq bitkil

ərindən istifadə  edilməsi həm dizayn, 

h

əm  də  sağlamlıq  baxımından  çox  əhəmiyyətlidir. 



M

əhz buna görə  də  AMEA Mərdəkan  

Dendrarisinin 

 

“Landşaft 



memarlığı” 

laboratoriyasında  2011-2013-cü  illərdə  aparılmış  

elmi-t

ədqiqat    işində  oranjereya  şəraitində  tropik 



v

ə  subtropik ölkələrdən introduksiya olunmuş  100 

növ dekorativ kol v

ə  ot bitkilərinin  Abşeron 

şəraitində  bioekoloji  xüsusiyyətləri öyrənilmiş, 

m

ədəni  şəraitdə  becərilmə  texnologiyaları  işlənib 



hazırlanmışdır.   

Oranjereya 

şəraitində 

b

əzi bitkilərin 



yarpaqlama, qönç

ələmə və çiçəkləmə dövrləri şəkil 

1-3-d

ə, bəzi dekorativ bitkilərdən düzəldilmiş 



kompozisiya is

ə şəkil 4-də göstərilmişdir. 

 

  

 



Şəkil 1.  Yapon kameliyası  qönçələmə və 

                      çiç

əkləmə  dövrlərində

 

 



 

T

ədqiqat  işində  veğetativ  orqanların  morfoloji 



xüsusiyy

ətləri  İ.T.Vasilçenkonun (1979)  və 

İ.Q.Serebryakovun 

(1952) 


metodikaları 

ilə 


öyr

ənilmişdir. Bitkilərin böyümə dinamikasını təyin 

etm

ək  üçün  vegetasiya  başlanandan  qurtarana  kimi 



h

ər 10 gündən  bir  müşahidə  aparılmışdır.  Bitkilər 

üz

ərində  fenoloji  müşahidələr aparmaq məqsədilə  



N.A.Avrorinin (1953)

,    A.Q.Qolovaçın  (1962), 

F.N.Rusanovun (1970)  v

ə  Rusiya  Baş  Botanika 

Bağının  işləyib  hazırladıqları      metodikalardan  

istifad


ə  olunmuşdur.  Bitkilərin istiyə  davamlılığı  

K.A.Axmatov (1972), R.Moles (1992), L.Mucina 

(1993), q

uraqlığa    davamlılığı  isə  P.A.Qenkelin 

(1956) metodikaları ilə  öyrənilmişdir. 

159 



M

əmmədov və Gülməmmədova 

 

 



Şəkil 2.  Alabəzək Benjamin fikusu 

 

 



 

 

  



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

M



ərdəkan Dendrarisində  aparılmış  elmi-

t

ədqiqat  işində  2011-2013-cü illərin fevral, mart, 



aprel v

ə may aylarında oranjereyalar yenidən bərpa 

olunaraq Çin qızılgülü, südləyən, Benjamin fikusu, 

xamedoreya,  pandanus,  epipremnum,  aqlaonema, 

kameliya, begoniya, yukka, monstera, spatifillum, 

s

əhləb və  s. bitkilərin növləri dibçəklərdə  alınmış, 



l

əklərdə  yarpaqlı,  torflu,  qumlu  (3:2:1)  torpaq 

qarışığı  hazırlanmış  və  daha  geniş  yerdə  yaxşı 

inkişaf etmələri üçün əksər bitkilərin şitilləri ləklərə 

köçürülmüşdür.  Bitkilərin    yerüstü    orqanlarının 

inkişaf  dinamikası,  fenoloji  inkişaf  fazaları  və 

morfoloji göst

əriciləri üzərində 

fenoloji 

müşahidələr  aparılmış,  xarici  mühit  amillərinə 

davamlığı öyrənilmişdir. Bitkilərə vaxtaşırı üzvi və 

mineral gübr

ələr  verilmiş,  suvarılmış,  torpaq 

yumşaldılmış,  alaq  otlarından  təmizlənmişdir. 

Bitkil

ər kök yumrusunun, kolun bölünməsi,  şitil, 



q

ələm və  toxumla  çoxaldılmış,  müxtəlif ölçülü 

dibç

əklərə,  yeşiklərə  və  ləklərə  əkilmişdir. 



Oranjereyada l

əklərdə  müxtəlif bitkilərdən 

kompozisiyalar düz

əldilmişdir. 

 

 

 



B

əzi oranjereya bitkilərinin taksonomik tərkibi 

v

ə mənşəyi cədvəl 1-də göstərilmişdir. 



B

əzi oranjereya bitkilərinin  yarpaqlarının 

morfoloji göst

əriciləri və  bitkilərin hündürlüyü 

c

ədvəl 2-də göstərilmişdir. 



B

əzi oranjereya bitkilərinin çiçəklərinin 

morfoloji göst

əriciləri cədvəl 3-də göstərilmişdir. 

 

 

NƏTİCƏ 



 

M

ərdəkan  Dendrarisinin  „Landşaft    me-



marlığı“  laboratoriyasında  oranjereya  şəraitində 

100 növ dekorativ kol v

ə  ot bitkiləri  üzərində 

aparılmış tədqiqatlar nəticəsində   məlum olmuşdur 

ki, bu bitkil

ər Abşeron şəraitində yaxşı inkişaf edir, 

yerli mühit

ə, torpaq-iqlim  şəraitinə  uyğunlaşır, 

fenoloji  inkişaf    fazaları    normal  keçir  və 

oranjereyaların, otaqların tərtibatında geniş istifadə 

oluna bil

ər. 


  

Şəkil 3.  Gözəl südləyən                 

 

 



Şəkil 4.  Oranjereyada dekorativ  bitkilərdən          

                               kompozisiya 

160 



B

əzi Otaq Bitkilərinin Abşeron 

C

ədvəl 1. Bəzi oranjereya bitkilərinin taksonomik tərkibi və mənşəyi                        

 

№            Fəsilə                                        Cins                                         Növ                                       Vətəni 

1    Amaranthaceae Juss. -             



İresine R.Br.- İrezine               İresine lindenii Houtte-                   Amerika 

            Penc

ər (Qaratərə)                                                                   Linden irezinesi 

2     Araceae Juss. -                         Aglaonema Schott. -               A.commutatum Schott. -               C

ənub-Şərqi 

           

Danaayağı                                  Aqlaonema                        Dəyişkən aqlaonema                         Asiya       

 3            -------                                  Alocasia Neck.-                     A.macrorhiza Schott -                

Şərqi Hindistan 

                                                               

Alokaziya                            İri köklü alokaziya 

4            --------                                 Anthurium Schott.-                 A.andreanum Lindl.-                      C

ənub-Qərbi 

                                                              Anturium                             Andre  anturiumu                           Kolumbiya 

5            --------                                Calla L. - Kalla                           C.palustris L.-                               Afrika 

                                                                                                            

Ağqanadlı kalla 

6            --------                                Diffenbachia Schott.-               D.ricturata Engl.-                           Amerika 

                                                              Diffenbaxiya                  R

əngbərəng  diffenbaxiya    

7            --------                                Epipremnum Schott.-                E.aureum Bunt.-                            Hindistan, 

                                                             

Epipremnum                   Qızılı çalarlı epipremnum                   Avstraliya 

8             -------                                 Monstera Schott.-                   M.deliciosa Lieb.-                            Amerika               

                                                                Monstera                           Göz

əl monstera 

9             -------                                Spathiphyllum Schott.-              S.floribundum L.-                            Amerika    

                                                               Spatifillum                    Bol çiç

əkləyən spatifillum 

10           -------                                  Syngonium Schott.-              S.podophyllum Schott.-                     M

ərkəzi 

                                                               Sinqonium                        Ayaqvari  sinqonium                        Amerika   



11     Agavaceae Endl.-                     Sansevieria Thunb. -                 S.cylindrica Bojer -                   Q

ərbi Afrika 

             Aqava                                      Sansevyeriya                     Silindrik sansevyeriya 

12     Arecaceae Sch.-Bip.                Chamaedorea Willd.-               Ch. elegans Mart. -                         Meksika  

      (Palmae Juss.) - Palma                     Xamedoreya                       Göz

əl xamedoreya 

13            --------                               Howea Benth. et Hook. -         H.fosteriana Bees.-                         Avstraliya 

                                                                    Hoveya                           

Foster hoveyası 

14    Begoniaceae C.A.Agardh.-        Begonia L. - Beqoniya           B.tuberhybrida Voss. -                    Amerika, 

             Beqoniya                                                                                 Sallaq beqoniya                              Asiya 

   15    Bromeliaceae Juss. -                 Aechmea Ruiz et Pav. -            Ae. fasciata Lindl. -                        Braziliya                                    

           Bromeliya                                        

Exmeya                            Zolaqlı exmeya                                               

16    Acanthaceae Juss.-                   Sanchezia Ruiz et Pav.-                S.nobilis Hook.-                           Ekvador 

           

Ayıpəncəsi                                     Sanşeziya                            Nəcib sanşeziya   

17    Asclepiadaceae R.Br.-                     Hoya R.Br.-                          H.carnoza R.Br.                         Avstraliya                        

           

Yapışqanotu                                       Hoya                                  Ətli  hoya                  

18    Asparagaceae Juss.-                    Asparagus Juss.-                      A.plumosus Bak.-                      C

ənubi Afrika        

             Asparaqus                            Qulançar (Asparaqus)                L

ələkvari qulançar  

 

                               



C

ədvəl 2. Bəzi oranjereya bitkilərinin yarpaqlarının morfoloji göstəriciləri və bitkinin hündürlüyü (sm)  

№          Növlərin adları                                                    Həqiqi yarpaqlar                                                     Bitkinin        

                                                          hamar     tükcük-    

sayı       uzun.      enı      sapl. uz.    forması    damar-    hündür- 

                                                                           lü          (

əd.)      (sm)       (sm)        (sm)                         lanma        lüyü     

 

1           Ae. fasciata Lindl. -            +                          8-9        30-32       8-9         3-4        uzunsov     paralel       30-32 



                

Zolaqlı exmeya    

   2          S.purpurea Boom.-              +                        12-14      10-11       3-4        1-2             ----            ----         30-35  

            

Qırmızı setkreaziya       

3          Eu.splendens Bojer.-            +                        30-32        6-7         3-4        2-3             ----            ----         45-47 

              Parlaq südl

əyən   


4          H.rosa-sinensis L.-               +                       50-51       11-12     9-10        2-3             ----            ----      200-202 

               

Çin qızılgülü  

5         A.commutatum Schott. -        +                       30-32       18-19       5-6        4-5             ----            ----         45-46 

           D

əyişkən aqlaonema                          

   6          S.podophyllum Schott -         +                      30-32       22-23     27-28    20-21       3 hiss

əli         ----      120-122 

           Ayaqvari sinqonium     

7         E.leocotricha J.A.Purp.-         +                      25-27         5-7        2-3        1-2           üçkünc         ----        20-22 

            

Ağ tüklü exeveriya    

8         

İresine lindenii Houtte -         +                       50-51         7-8       5-6         2-3            oval           ----       125-126 

             Linden irezinesi       



   9         A.macrorhiza Schott -           +                       10-12       98-99    65-66    80-82           ----             ----       150-152  

            Iri köklü alokaziya    

10         D.ricturata Engl. -               +                       10-11       38-39     18-19      6-7             ----            ----       115-117       

         R

əngbərəng diffenbaxiya 

11        P.veitchii hort. Veitch.-         +                      30-32        40-42      5-7        5-6             ----             ----      130-132 

              Viçi pandanusu 

12       P.atropurpureum Radlk.-       +                      50-52        14-15      6-7        1-2              ----            ----     125-127 

         Q

ırmızı pseuderantemum 

161 



M

əmmədov və Gülməmmədova 

2 saylı cədvəlin davamı 

 

№          Növlərin adları                                                    Həqiqi yarpaqlar                                                     Bitkinin        

                                                          hamar     tükcük-    

sayı       uzun.      enı      sapl. uz.    forması    damar-    hündür- 

                                                                           lü          (

əd.)      (sm)       (sm)        (sm)                         lanma        lüyü     

13        Ph.hybridus hort. L.-             +                        4-5          11-12      8-9        2-3              ----            ----       65-66 

              Hibrid falenopsis                 

14        E.aureum Bunt.-                    +                      20-21        22-23   18-19    12-13             ----            ----        70-72         

        

Qızılı çalarlı epipremnum                    

15        C.yaponica L.-                      +                      20-21          8-9        7-8        4-5              ----              ----       70-72      

          

Yapon kameliyası                

16        L.hybrida hort.-                    +                       25-26          9-10       7-8        2-3              ----           torvari     40-50 

             Hibrid lantana                    

17        H.arborescens L.-                 +                      30-31        10-11      6-7        2-3              ----              ----       35-36  

           

Ağacvari  yapongülü                                                         

18          P.zonale L.-                        +                       20-22           8-9      9-10     10-11           yumru           ----       50-60                   

            

Zonal şamdangülü              

 

 



C

ədvəl 3. Bəzi oranjereya bitkilərinin çiçəklərinin morfoloji göstəriciləri (sm)                                                        

  

№     Növlərin adları          Bir bitkidə       Çiçək.          Çiçək.      Çiçək.     Ləçək.      Ləçək.     Ləçək.       Çiçək 

                                                çiç

əkl. sayı       rəngi            uzun.        eni           sayı         uzun.         eni           saplağ.                                                          

                                                     (

əd.)                                  (sm)         (sm)         (əd.)         (sm)        (sm)      uzun. (sm) 

1      C.palustris L.-                   3-4                 

ağ                9-10          6-7         1 örtük       9-10          6-7             35-36 

          

Ağqanadlı kalla 

  2      A.andreanum Lindl.-         5-

6            qırm., ağ           8-10         9-10            ----         8-10         9-10            42-43 



          Andre anturiumu       

  3      S.floribundum L.-              3-

4                 ağ                23-25       11-12           ----        23-25       11-12           15-16 

        Bol çiç

əkləyən spati- 

                 fillum  

  4      M.deliciosa Lieb.-             1-

2                 ağ                21-22         9-10           ----         21-22       9-10             20-21  

          Göz

əl monstera   

  5       S.purpurea Boom.-           3-4            b

ənövşəyi         1-2           1,5-2            3             1-2         0,7-1              1-2 

          

Qırmızı setkreaziya      



  6       H.rosa-sinensis L.-         15-

16            qırmızı           9-10          9-10             5             5-6           3-4               6-7 



             

Çin qızılgülü    

  7      E.leocotricha J.A.Purp.-    5-6                 

ağ               0,7-1         0,7-1             5           0,7-1       0,5-0,7           3-4 



            

Ağ tüklü exeveriya   

  8       Eu.splendens Bojer.-         7-8             

açıq qır.          1,5-2          1-2              2           0,5-0,7      0,7-1            1-2            

           Parlaq südl

əyən         

  9       Ph.hybridus hort. L.-        3-4          tund b

ənöv.         5-6            5-6              6             2,5-3         3-4             2-3    

            Hibrid falenopsis    

 10         C.roseus L.-                    2-3              ç

əhrayı           3-4            3-4              5             1,5-2       1,5-2            4-5                                 

           Ç

əhrayı katarantus  

 11        P.zonale L.-                    3-

4             qır., ağ,            5-6            6-7           çoxləç.       1,5-2         1-2            12-13                                         

           

Zonal şamdangülü                               çəhrayı    

2      Ae. fasciata Lindl. -           1-2             ç

əhrayı          17-18        17-18           ----            7-8          1,5-2          12-13           



            

Zolaqlı exmeya    



 13     

İresine lindenii Houtte -     5-6                ağ                 5-6           2-3              ----          0,5-0,7     0,3-0,5          2-3 

           Linden irezinesi       



         14      H.arborescens L.-     7-8            ç

əhrayı           10-11        10-11           ----          1,5-2         1,5-2          30-31 



         

Ağacvari  yapongülü 

 15       L.hybrida hort.-              10-11          ç

əhrayı,          3,5-4        3,5-4            ----           0,7-1         0,7-1            6-7       

            Hibrid lantana                                    m

ər.sarı                                                                                                                

 16        C.yaponica L.-                8-9             

ağ, çəhr.           7-8           7-8             ----            2-3           3-4               3-4     

           Yap

on kameliyası                

 17       B.maculata Raddi.-        10-11           ç

əhrayı            6-7           8-9              ----           1,5-2        1,5-2             4-5 

            

Xallı beqoniya                    

 18       Eu.pulcherrima Willd.-  20-2

1             sarı              0,5-1       0,3-0,5           ----          0,3-0,5     0,2-0,4           6-7 



            Göz

əl südləyən                               

 

 

ƏDƏBİYYAT 



 

Əhmədov F. (2003) Məktəbin canlı guşəsi: Otaq 

bitkil


əri və onlara qulluq. Bakı, Nurlar: 3 s.  

M

əmmədov  T.S.  (2007)  Otaq bitkiləri 

ensiklopediyası. Bakı, Çaşıoğlu: 6, 8. 



Аврорин  Н.А.  (1953)  Акклиматизация  и 

фенология. Бюлл. ГБС  АН  СССР, 16: 8-11.    



Ахматов  К.А.  (1972)  Полевой  метод 

определения  жароустойчивости    растений.  



Бюлл. ГБС АН СССР,  86: 73-74.  

Под  ред.  Артамоновой  И.К.  (1986)  Цвето-

162 



B

əzi Otaq Bitkilərinin Abşeron 

водство (M.) №6:16 с. 

Васильченко И.Т. (1979) Определитель всхо-

дов    сорных  растений.    Ленинград,    Колос: 

181-182.  

Под  ред.  Вороновой  Н(2002) В мире расте-

ний.  Москва,    Фонд  актуальной  биологии 

ABF: 

№11:15 с.  

Головач  А.Г.  (1962)  Декоративные   и  другие  

полезные  растения  в  природе  и  культуре. 

М.-Л.: АН СССР: 39-98. 

Генкель  П.А.  (1956)    Диагностика    засухо-

устойчивости  культурных  растений и  спо-

собы  её  повышения.  Методические  указа-

ния. Москва, АН СССР: 69 с.  

Под ред. Головкиной Б.Н. (1990) Комнатные 

растения.  Москва,  Лесная  промышленность: 

с. 


Под ред. Прилипко Л.И. (1956) Вопросы озе-

ленения  Апшерона.  Баку,  АН Азерб. ССР: 

166 

с.                                                   



Русанов Ф.Н.  (1970)  Вопросы,  разрешаемые   

при    изучении    интродуцированных  расте-

ний. Академия Наук Узбекской  ССР. Бота-

нический    Сад.    «Интродукция    и    акклима-

тизация    растений».  Ташкент,  ФАН:  Вып. 

7: 187-194. 

Серябряков И.Г. (1952 ) Морфология вегета-

тивных   органов   высших   растений. 

Москва, Советская наука: 293 с. 

Тавлинова Г.К. (1970) Цветоводство. Ленин-

град, Лениздат: 30 с. 



Под ред. Шишковой Н. (2007) Ландшафтный 

дизайн,  Москва, Зеркало. 2: 15 с.    



Moles R. (1992) Trampling damage  to vegetation 

and soil cover at patwithin Burren National 

Park, Mullach mor, Co Clare. 

İrish  Geogr.

25(2): 129 p. 

Mucina L., Grabherr  G., Ellmaner T. (1993) 

Die Pflanzen gesell schaften Oster reichs.  Teil 



Jena, G.F.V.55: 490 p. 

      

 

 

 

 

Интродукция  Некоторых  Комнатных  Растений В Условиях  Абшерона 

 

T.C.

Мамедов, Ш.А.Гюльмамедова 

 

Мардакянский Дендрарий НАНА 



 

В  Мардакянском  Дендрарии  изучены  биоэкологические  особенности  некоторых  комнатных  расте-

ний. Выявлено, что исследованные виды хорошо адаптируются в почвенно-климатических условиях 

Абшерона. Рекомендовано использование этих растений в оформлении оранжерей и комнат.  

 

Ключевые слова: растение, агротехника, декоративный, оранжерея, интродукция 

 

                                               

  

 

                        Introduction of Some Room Plants under Conditions of Absheron 



 

T.S.Mammadov, Sh.A. Gulmammadova 

 

Mardakan Arboretum, ANAS 

 

Bioecological features of some room plants have been studied in Mardakan arboretum. It was revealed that 

studied species were well adapted in soil - climatic conditions of Absheron. These plants are recommended 

for use in arrangement of greenhouses and rooms. 



 

Key words: plant, agrotecnics, decorative, greenhouse, introduction  

163 

Yüklə 145,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə