T ü r k o L o g I y a №3 2015



Yüklə 273,18 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü273,18 Kb.
#77091


T Ü R K O L O G İ Y A  

 

№ 3 



2015 

 

 



 

 

 

A M E A - n ı n   A K A D E M İ K L Ə R İ  

 

 

 

CAHİD KAZIMOV 

 

AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU  

 

 

Akad.  Məmmədağa  Şirəli  oğlu  Şirəliyev 

1909-cu  il  sentyabrın  13-də  Şamaxı  şəhərində 

doğulmuşdur.  Böyük  Vətən  müharibəsi  başla-

nanda o, alimlik dərəcəsi almaq üçün disserta-

siya  müdafiə  etmiş,  əsərin  yüksək  elmi  dəyəri 

nəzərə alınmış, Azərbaycan Dövlət Universite-

tinin (hazırda Bakı Dövlət Universiteti adlanır) 

Elmi və Müdafiə Şurası ona birbaşa filologiya 

elmləri doktoru alimlik dərəcəsini vermişdir. 

Böyük alimin dialektologiya elminin, tür-

koloji dilçiliyin inkişafında, Azərbaycan dilçili-

yinin  formalaşmasında, türk dünyasında  Azər-

baycan  elmi-mədəni  təfəkkürünün  tanınma-

sında xüsusi xidmətləri olmuş, M.Şirəliyev bü-

töv  dilçilik  məktəbi  yaratmışdır.  Xeyli  sayda 

ümumtürkoloji  məsələlərin  çözülməsi,  bir  çox 

dilçilik  konfrans  və  müşavirələrinin  təşkili  və 

keçirilməsi onun adı ilə bağlıdır. 

1950-ci ildən etibarən artıq M.Şirəliyev ta-

nınmış  dialektoloq-türkoloq  idi.  Onu  xarici  ölkə-

lərə dəvət edirdilər. 1953-cü ildə M.Şirəliyev Bol-

qarıstana Sofiya Universitetinə dəvət alır və orada 

bir il türk filologiyası kafedrasına rəhbərlik edir. 

O, uzun müddət (1969–1987) «Sovetska-

ya  türkologiya»  jurnalının  baş  redaktoru  vəzi-

fəsini icra etmişdir.  

Onun  elmi  fəaliyyətinin  əsas  sahələri, 

əsasən  bunlardan  ibarət  olmuşdur:  ümumtür-

koloji  problemlər,  dialektoloji  araşdırmalar, 

müasir  türk  dillərinin  nəzəri  problemləri,  türk 

dillərinin tarixi; «Sovetskaya türkologiya» jur-

nalının  yaradılması  və  onun  elmi  səviyyəsinin 

qaldırılması, nitq mədəniyyəti məsələləri və s. 

M.Şirəliyevin  çoxcəhətli  elmi-pedaqoji 

fəaliyyətində  dialektoloji,  türkoloji  araşdırma-

lar  mühüm  yer  tutur.  Bu  fəaliyyət  görkəmli 

türkoloqlardan  A.Axundovun,  Y.Seyidovun, 

Q.Kazımovun,  R.Məhərrəmovanın,  K.Abdul-

layevin,  İ.Məmmədovun  və  başqalarının  diq-

qətini xüsusi olaraq cəlb etmişdir. 

Böyük  alim-dialektoloq,  türkoloq  dünya 

türkologiyasında görülən  çox  böyük  işləri  əla-

qələndirmək  üçün  «Sovetskaya  türkologiya» 

kimi ümumittifaq jurnalın çapını faydalı sayır-

dı.  Türkologiyanın  ən  vacib  problemləri  türk 

xalqları  yaşayan  respublikalardan  və  xarici 

ölkələrdən göndərilən dərin məzmunlu əsərlər-

də  öz  əksini  tapırdı.  M.Şirəliyev  həmin  elmi 

məqalələri  «Türk  dillərinin  müqayisəli  tədqi-

qi»  şöbəsində  də  əməkdaşlarla  birgə  müzakirə 

edirdi.  O  vaxtlar  türkdilli  respublikalarda  tür-

kologiya  sahəsində çox güclü,  yüksək  ixtisaslı 

kadrlar  yetişmişdi.  M.Şirəliyevin  rəhbərlik  et-

diyi  şöbədə  də  akad.  K.Abdullayev,  prof. 

M.Yusifov,  fil.e.d.  K.Ramazanov,  f.e.d. Ə.Ca-

vadov,  prof.  H.Quliyev,  prof.  M.Musaoğlu, 



AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU 

 

13 



prof.  İ.Məmmədov,  prof.  İ.Kazımov,  fil.e.d. 

M.Mirzəliyeva,  fil.e.n.,  dos.  Ə.Quliyev  və  di-

gər  dilçi  kadrlar  yetişmişdi  ki,  onlara  akad. 

M.Şirəliyev  bilavasitə  rəhbərlik  etmiş,  nəti-

cədə  oğuz  qrupu  türk  dillərinin  fonetikası, 

morfologiyası,  leksikası  və  sintaksisinin  müx-

təlif  problemlərinə  dair  namizədlik  və  doktor-

luq  dissertasiyaları  müdafiə  olunmuş,  kitablar 

nəşr  edilmişdir.  M.Ş.Şirəliyev  yaradıcılıq  fəa-

liyyəti  dövründə  dilçiliyin  müxtəlif  sahələri 

üzrə beynəlxalq və ümumittifaq konfranslarda, 

müşavirə  və  simpoziumlarda  yorulmadan 

Azərbaycan türkologiyasını təmsil etmişdir. 

M.Şirəliyevin  redaktorluğu  ilə  çıxan  «So-

vetskaya türkologiya» jurnalı nəşr olunduğu illər 

ərzində  türkologiyanın  aktual  problemlərinə  aid 

maraqlı, dəyərli  materiallar çap edilməklə  yana-

şı, türkoloqlar arasında elmi əlaqələrin yaranma-

sında da böyük işlər görülmüşdür. 

Türk  dillərinin  dilçilik  çoğrafiyası  üsulu 

ilə öyrənilməsi, dialektoloji atlasların tərtibi də 

müasir  dilçiliyin  qarşısında  duran  ən  vacib 

problemlərdən  biri  sayılır.  Türk  dilçiləri  ara-

sında bu işə ilk dəfə olaraq 1950-ci illərin son-

larında  M.Şirəliyevin  təşəbbüsü  və  rəhbərliyi 

altında  Azərbaycan  EA-nın  Nəsimi  adına  Dil-

çilik İnstitutunun dialektoloqları başlamışlar. 

 «M.Şirəliyev  Azərbaycan  dilçiliyi  hü-

dudlarını  yarıb  beynəlxalq  aləmə  çıxdı,  elmi 

türkologiyanın  əngin üfüqlərində öz  işıqlı  yeri 

olan  ilk  Azərbaycan  dilçisidir.  Bolqarıstanda 

Sofiya  Universitetində  türk  dili  kafedrasının 

müdiri  olub,  dərs  deyib.  Varşava  Universite-

tində  mühazirələr  oxuyub.  Türkiyənin  İstam-

bul  və  Ankara,  yaxın  xaricin  Moskva,  Lenin-

qrad,  Almatı,  Qazan,  Kişinyov,  Bişkek,  Daş-

kənd,  Aşqabad  və  s.  şəhərlərində  keçirilən 

beynəlxalq  və  ümumittifaq  konqres  və  simpo-

ziumlarda  dəyərli  elmi  məruzələrlə  çıxış  edib. 

Türkoloji  aləm  akad.  M.Şirəliyevi  həmişə  bö-

yük  hörmət  və  məhəbbətlə  qarşılayıb,  onun 

elmi  fəaliyyətinə  yüksək  qiymət  verib.  Türk 

Dil Qurumunun Azərbaycandan ilk müxbir üz-

vü də o olub» [1]. 

Akad.  T.Hacıyev  «Dilçiliyimizin  bayra-

mı» adlı  məqaləsində  M.Şirəliyevin türkologi-

ya sahəsində olan xidmətlərinə, türkoloq dilçi-

lər  hazırlanması  sahəsində  fədakar  əməyinə 

görkəmli  türkoloqlar  –  SSRİ  EA-nın  müxbir 

üzvü  Q.İ.Avanesov,  F.R.Filip,  B.N.Serebren-

nikov,  S.Q.Barxudarov,  A.N.Kononov,  Gür-

cüstan  EA-nın  vitse-prezidenti  Q.V.Sereteli, 

akad.  S.S.Cikiya,  Türkmənistan  EA-nın  prezi-

denti akad. R.Əzimov, Özbəkistan EA-nın müx-

bir  üzvü  Ş.Şaabdurakmanov,  prof.  K.M.Musa-

yev  və  digərləri  tərəfindən  çox  yüksək  qiymət 

verildiyini göstərmişdir [2]. 

M.Şirəliyev  dialektologiya  elmi  ilə  daha 

çox  məşğul olsa da, o, «Türk  dillərinin  müqa-

yisəli  tədqiqi»  (hazırda  Türk  dilləri)  şöbəsinə 

rəhbərlik  etdiyi  vaxtlarda  da  dilimizin  oğuz 

xüsusiyyətlərini  aydınlaşdırmış,  Azərbaycan 

dilində  qıpçaq  elementlərinin  mövcudluğunu 

ayrı-ayrı  məqalələrində  və  dialektologiyaya 

dair yazdığı kitablarda əsaslandırmışdır. O, bu 

məqalələrində  türkologiya  elminin  perspektiv-

ləri ilə bağlı bir sıra mühüm problemlərə toxu-

nurdu. Həmin problemlər şöbədə də geniş mü-

zakirə  olunur  və  tədqiqat  obyektinə  çevrilirdi. 

Qeyd  olunan  türkoloji  problemləri  aşağıdakı 

kimi qruplaşdırmaq olar: 

I.  Türkologiyada  «tərkib  və  budaq  cüm-



lə»  məsələsi.  O,  «Azərbaycan  dilində  tabeli 

mürəkkəb  cümlə»  [3]  və  «Tabeli  mürəkkəb 

cümlə  problemləri»  [4]  adlı  məqalələrində 

məntiqi və qrammatik kateqoriyaları eyniləşdi-

rənlərə  sübut  etmişdir  ki,  Azərbaycan  dili  və 

eləcə də digər türk dillərinin daxili  inkişaf qa-

nunlarını  əsas  tutsaq,  feili  sifət  və  feili  bağla-

ma tərkibləri heç vaxt budaq cümlə ola bilməz, 

çünki  bu  tərkiblərin  xəbərlik  kateqoriyasına 

məxsus  qrammatik  əlaməti  yoxdur  və  bu  tər-

kiblər  mübtəda  ilə  uzlaşma  əlaqəsinə  girə 

bilmir. 


II.  Türk  dillərinin  dialektoloji  atlasının 

hazırlanması  məsələsi.  Akad.  M.Şirəliyevin 

bilavasitə  iştirakı  və  rəhbərliyi  ilə  hazırlanmış 

«Azərbaycan  dilinin  dialektoloji  atlası»  adlı 



CAHİD KAZIMOV 

 

14 



fundamental  araşdırma  ilk  dəfə  1990-cı  ildə 

nəfis şəkildə çapdan çıxmışdır. Türk dünyasın-

da çox böyük nailiyyət kimi qiymətləndirilmiş 

həmin  atlas  bütün  türkoloji  aləmdə  bu  sahədə 

atılmış ilk və ən uğurlu addımlardan biridir. 

III.  Azərbaycan  dilində  qıpçaq  qrupu 



elementləri.  M.Şirəliyev  «Azərbaycan  dilində 

qıpçaq  elementləri»  [5]  adlı  məqaləsində  dia-

lekt  və  şivə  qaynaqları  əsasında  Azərbaycan 

dilinin  fonetik  və  morfoloji təbəqələrində  qıp-

çaq  elementlərinin  varlığını  aşkar  etmiş  və 

həmin  faktları  qədim  türk  yazılı  abidələri  və 

müasir  qıpçaq  qrupu  türk  dilləri  ilə  müqayisə 

etmişdir.  Müəllifin  gəldiyi  tarixi  nəticə  budur 

ki,  Azərbaycan  dilindəki  qıpçaq  elementləri 

qıpçaq  qəbilələrinin  Azərbaycana  IV–VI  əsr-

lərdəki yürüşləri ilə əlaqədardır. 

IV.  Türkologiyada  dialekt  və  şivələrin 



təsnifi  məsələsi.  M.Şirəliyev  Azərbaycan  dili 

dialekt  və  şivələrinin  təsnifində  həm  coğrafi, 

genetik, həm də mədəni-tarixi prinsiplərdən çı-

xış  etdiyinə  görə,  onun  bölgüsü  bütün  türko-

loqlar  tərəfindən,  əsasən  qəbul  edilmiş  və  bu 

təsnif  indiyə  qədər  türkologiyada  ən  münasib 

və əlverişli təsnif kimi (başqa təsnifatlar təklif 

olunsa da) qəbul edilməkdədir. 

Türkiyənin  elmi  jurnallarında  M.Şirəli-

yevin  Azərbaycan  dialektologiyasının  mühüm 

problemlərinə  aid  xeyli  məqaləsi  çap  edilmiş-

dir.  O,  Türkiyə  türkcəsinin  ağızlarını  dilin 

müxtəlif  səviyyələrində  (fonetik,  leksik  və 

qrammatik)  Azərbaycan  dialektləri  ilə  müqa-

yisə etmiş, ciddi elmi nəticələr əldə etmişdir. 

Ən görkəmli sovet-rus  türkoloqu N.K.Dmit-

riyev  yazırdı  ki,  M.Şirəliyev  yeni  dialektoloji 

məktəbin əsasını qoymuşdur. M.Şirəliyevin «Azər-

baycan dialektologiyasının əsasları» monoqrafiya-

sı bütün türkologiyada türk dillərindən birinin dia-

lektologiyasına həsr edilmiş ən böyük əsərdir. 

M.Şirəliyevi türk filologiyası və rəhbərlik 

etdiyi jurnalın «Sovetskaya türkologiya» jurna-

lının bu sahədə qarşısında duran vəzifələr ciddi 

narahat  edirdi.  O,  «“Sovet  türk  filologiyası”  və 

“Sovetskaya  türkologiya”  jurnalının  vəzifələri» 

(«Советская  тюркская  филология  и  задачи 

журнала “Советская тюркология”») [6. S.3–15] 

məqaləsində  türkoloji  dilçilikdə  problemlərin 

bir sıra mühüm aspektlərini müəyyənləşdirmiş-

dir.  Birinci  aspekt: türk  ədəbi  dillərinin  inkişaf 

qanunauyğunluqlarını  xalqın  sosial  inkişafı  ilə 

paralel  öyrənmək;  ikinci  aspekt:  müasir  türk 

dillərini  kompleks  şəkildə  öyrənmək;  üçüncü 

aspekt: azlıqda qalan türklərin dilini müqayisəli 

öyrənmək. 

M.Şirəliyevi  türk  dialektologiyası  məsə-

lələri  daha  çox  maraqlandırmışdır.  O,  «Azər-

baycan milli ədəbi dilinin dialekt əsasları» («О 

диалектной основе  азербайджанского наци-

онального литературного языка») [7.  S.5–14] 

məqaləsində dilimizin dialekt sistemini türk dil-

lərinin  dialekt  sistemi  ilə  qarşılaşdıraraq  müqa-

yisə etmişdir. 

O,  coğrafi  və  mənşə  prinsipindən  çıxış 

edərək dilimizə  məxsus on  dialekt  və  beş  şivə 

olduğunu göstərmişdir. 

M.Şirəliyev  türkcələrin  dialektlərinin 

müqayisəli  yolla  tədqiqini  zəruri  sayırdı.  Belə 

ki,  o,  tədqiqatlarında  müqayisənin  dairəsini 

daha  da  genişləndirərək,  Azərbaycan  dialekt-

ləri  ilə  türk  dillərinin  dialektləri  arasında  olan 

ümumi  və  fərqli  cəhətlərin aşkara çıxarılması-

nı  istəyirdi.  Xüsusən  də,  xaricdəki  bir  çıxı-

şında  Türkiyə  türkcələrinin  çoxsaylı  ağızları 

ilə (Anadolu  ağzı  və s.)  Azərbaycan dialektlə-

rini qarşılaşdırmaq  və  müəyyən qanunauyğun-

luqları öyrənməyi tövsiyə etmişdir. 

M.Şirəliyev  böyük  türkoloq-alim  kimi 

Rusiyada  da  tanınırdı.  Onun  Moskvada  çap 

olunan «Təsviri qrammatikanın tətbiqi məsələ-

ləri»  («Вопросы  составления  описательных 

грамматик»  –  1961)  kitabında  «Azərbaycan 

dilində  tabeli  mürəkkəb  cümlə  problemi»  adlı 

məqaləsi  mütəxəssislərin  diqqətini  xüsusi  ola-

raq  cəlb  etmişdi.  Məqalədə türk dillərində  bu-

daq  cümlələrin  sadə  cümlələrə  transforma-

siyası  (çevrilməsi)  hadisəsi,  analitik,  sintetik 

və analitik-sintetik tip budaq cümlələr fonunda 

təhlil olunmuşdur. 




AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU 

 

15 



Müxtəlif  tədbirlərdə  M.Şirəliyevin  tür-

koloji  fəaliyyəti  yüksək  qiymətləndirilmişdir. 

Onları nəzər-diqqətinizə çatdırırıq. 

Türk  Dil  Qurumunun  baş  yazarı  Ömər 

Asım: «Türk Dil Qurumundan anadan olmağı-

nızın  altmışıncı  və  türkoloji  aləmdəki  dəyərli 

izlərinizin otuz beşinci ildönümünü təbrik edir, 

sağlığınızı  və  elm  aləmində  daha  neçə-neçə 

əsərlər ərməğan etməyinizi arzu edirik». 

Hamburqdakı  Ural-Altay  Cəmiyyətinin 

sədri,  prof.  J.Qunnar:  «Türk  dillərinin  dilçilik 

coğrafiyası  üsulu  ilə  öyrənilməsi  sahəsində 

M.Şirəliyevin xidmətləri danılmazdır». 

İ.İ.Meşşaninov:  «Azərbaycan  dili  dia-

lektlərindən birini sistemə salmış geniş və bit-

miş  tədqiqi  ilk  dəfə  olaraq  M.Şirəliyev  verir. 

O, ən xarakterik dialekt olan Bakı dialekti üzə-

rində  araşdırma  aparmış  və  onu  son  dərəcədə 

uğurla tədqiq edə bilmişdir»  

Türkmənistan  EA-nın  prezidenti,  akad. 

P.Əzimov: «Türkmənlər dialektoloji atlasın tərtibi 

işlərini M.Şirəliyev məktəbindən əxz etmişlər...». 

B.N.Serebrennikov:  «SSRİ  məkanında 

türkologiya sahəsində çox geniş ölçüdə və mü-

hüm  əhəmiyyəti  olan  fundamental  tədqiqatlar 

aparılırdı.  Həmin  ərazidə  bütün  türk  dilləri 

təmsil  olunurdu.  Türkologiyanın  çox  aktual 

problemləri öz  həllini tapırdı. Bu  işə rəhbərlik 

edənlərdən biri də M.Şirəliyev idi». 

A.N.Kononov:  «Türkologiyada  dialekt 

və  şivələrin təsnifi  məsələsi  uzun  müddət  mü-

rəkkəb  və  eyni  zamanda,  mübahisəli problem-

lərdən  biri  sayılmışdır.  Bu  məsələnin  digər 

türk dillərinin dialekt və şivələrinin öyrənilmə-

sində  də  aktual  olduğunu  görkəmli  türkoloq 

M.Şirəliyev göstərmişdir». 

Qazax  dilçisi  Ş.Sarıbayev:  «Qazax  dia-

lektologiyasında  mübahisəli  məsələlər  çoxdur. 

Onların  biri  dialektlərin  təsnifidir.  Bu  məsələ-

nin türkoloji aləmdə obyektiv yolunu Azərbay-

canın  görkəmli  türkoloqu  M.Şirəliyev  müəy-

yənləşdirmişdir». 

Prof.  M.Rəhimov:  «1950-ci  ildən  sonra 

türkologiyada,  eləcə  də  Azərbaycan dilçiliyin-

də tərkib və budaq cümlə probleminin tədqiqi, 

bunlar  arasında  sərhədin  müəyyənləşdirilməsi 

ən  mühüm  məsələ  kimi  qarşıda  dururdu. 

Akademik  M.Şirəliyev  dialektoloji  araşdırma-

larını  davam  etdirməklə  bərabər,  bu  mühüm 

problemin  də  tədqiqinə  girişdi  və  Azərbaycan 

dilinin  materialları  əsasında  tərkiblərlə  budaq 

cümlə arasındakı ümumi və fərqli cəhətləri də-

qiq surətdə müəyyənləşdirdi». 

M.Şirəliyev  Azərbaycan  türkologiyasını 

dünya arenasına çıxarmışdır. Ümumittifaq tür-

koloji  konfrans  və  simpoziumların  həm  təşki-

latçısı  olmuş,  həm  də  orada  türk  dillərinin 

problemlərini qaldırmışdır. 

M.Şirəliyev türkologiyanın müxtəlif problem-

ləri  ilə  məşğul  olan  B.Serebrennikov,  N.Hacıyeva, 

E.Tenişev,  E.Qrunina,  A.Kononov,  N.Baskakov, 

A.Şerbak  və  b. görkəmli türkoloqlarla canlı  ünsiy-

yətdə olmuş, onların elmi məruzələrini dinləmişdir. 

Akad. M.Şirəliyevin rəhbərliyi dövründə 

oğuz  qrupu  türk  dillərinin  müqayisəli  foneti-

kası  və  qrammatikası  sahəsində  gərgin  elmi 

axtarışlar  aparılmış  və  nəticədə  «Oğuz  qrupu 

türk dillərinin fonetikası» (müəllif M.Yusifov) 

və «Oğuz qrupu türk dillərinin müqayisəli mor-

fologiyası»,  «Oğuz qrupu türk dillərinin  müqa-

yisəli sintaksisi» (kollektiv monoqrafiya – II h.: 

morfologiya)  kimi  maraqlı  monoqrafiyalar 

meydana gəlmişdir. 

Akad.  Şirəliyevin  elmi  irsi  dilçiliyimiz 

üçün  tarixən  dəyərli  olduğu  kimi  bu  gün  də 

aktual  və  faydalıdır.  Ən  nəhayət  deyə  bilərik 

ki, Azərbaycan dilçiliyinin, həmçinin dialekto-

logiyanın, ümumi türkologiyanın formalaşması 

və  inkişafı  tarixini  tam  müəyyənləşdirmək 

üçün  «M.Ş.Şirəliyev  məktəbi»nin  daha  dərin-

dən öyrənilməsi mühüm önəm daşıyır. 

 

Ə D Ə B İ Y Y A T 

 

1.  Axundov  A.  Dil  və  ədəbiyyat.  Bakı, 



2003. C. 1. 

2. Hacıyev T. Dilçiliyimizin bayramı: Elmi 

əsərlər // Dil və ədəbiyyat. 1968. № 5–6. 



CAHİD KAZIMOV 

 

16 



3.  Širaliev  M.  Вопросy  jaзыкознаниja. 

1956. № 1. 

4.  Yenə  onun.  Vопросy  gрамматики 

тjuркскиh jaзyков. Алма-Ата, 1958. 

5. Yenə onun. Кyпčакские ёлементy в азер-

баjдžанском jaзyке // Iсследованиja по gрамма-

тике и лексике тjuркскиh jaзyков. Таšкент, 1965. 

6. Širaliev M. Sovetskaja tjurkskaja filo-

logija  i  zadači  žurnala  «Sovetskaja  tjurkolo-

gija» // Sov. tjurkologija. 1970. № 1. 

7.  Yenə  onun.  По  вопросу  диалектолоgии 

тjuркскиh  jaзyков  //  Вопr.  jaзyкознаниja. 

1956. № 1. 

 

 



 

CAHID KAZIMOV 

 

ACADEMICIAN SHIRALIYEV MAMMADAGA SHIRALI OGHLU 

 

S u m m a r y 

 

In  the  article  the  actual  member  of  Academy  of  the  Azerbaijanian  National  Sciences 



M.Sh.Shiraliyev is characterized as an outstanding representative of Soviet turkology. 

Judgments  of  outstanding  Soviet  and  European  scientists  of  different  times,  Azerbaijani 

researchers  about  scientific  activity  of  M.Shiraliyev  and  his  role  in  the  development  of  soviet 

turkology  were  also  being  analyzed  here.  It  becomes  apparent  that  he  was  constantly  searching, 

responsible and strict to himself as a hardworking scientist, careful teacher, untiringly conductive 

to the scientific growth of youth. 

 

Key words: M.Shiraliyev, turkology, article, Academy, actual member, researchers 

 

 

 

ДЖАХИД КЯЗИМОВ 

 

АКАДЕМИК ШИРАЛИЕВ МАМЕДАГА ШИРАЛИ ОГЛУ 

 

Р е з ю м е 

 

В  статье  действительный  член  Академии  наук  Азербайджанской  ССР  М.Ширалиев 



характеризуется как выдающийся представитель советской тюркологии. Автором анализи-

руются  высказывания  известных  советских,  европейских  и  азербайджанских  исследовате-

лей  постсоветского  периода  относительно  его  научной  деятельности  и  роли  в  развитии 

тюркологической  науки.  Подчёркивается,  что  М.Ширалиев,  будучи  требовательным  педа-

гогом, в немалой степени способствовал подготовке молодых научных кадров. 

 

Ключевые  слова:  М.Ширалиев,  тюркология,  статья,  академия,  действительный 

член, исследователь 



AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU 

 

17 



Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik İnstitutu – 

böyük elmi işçi, fil.ü.f.d. 



 

e-mail: cahid@ismayiloglu.com 

 

 



 

Çapa təqdim edən 

Tofiq Hacıyev – 

«Türkologiya» jurnalının  

baş redaktoru,  

Solmaz Süleymanova – 

«Türkologiya» jurnalının  

baş redaktorun müavini 

 

 



Məqalənin redaksiyaya  

daxil olma tarixi  

 

 



15.VII.2015 

Təkrar işlənməyə  

göndərilmə tarixi  

 

 



18.IX.2015 

Çapa göndərilmə tarixi 

19.X.2015 

 

 

________ 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2 «Türkologiya», № 3 



Yüklə 273,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə