T ü r k o L o g I y a №4 2015



Yüklə 188,53 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü188,53 Kb.
#13267


T Ü R K O L O G İ Y A  

 

№ 4 



2015 

 

 



 

 

 

 

 

 

NƏRGİZ HACIYEVA 

 

NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

X ü l a s ə. Nağıl dili daha çox dialoq nitqi əsasında qurulur. Burada sual cümlələri müxtəlif 

intonasiya  əsasında  formalaşır  ki,  bu  da  modal  münasibətlərlə  müşaiyət  olunur  və  fərqli  cümlə 

tipləri  meydana çıxır. Nağıl dilindəki sual cümlələri  informatik, qrammatik və intonasiya əlaqəsi 

zəminində  zəngin  strukturlarda  təzahür  edir.  Nağıl  dilindəki  dialoq  cümlələri  müxtəlif  tiplər 

əsasında təhlil olunur: 1. Ümuminformativ sıfır mətn; 2. Ümuminformativ tip prepozitiv mətn; 3. 

Xüsusi  informativ  subyekt  tipi;  4.  Xüsusi  informativ  predikat  tipi;  5.  Xüsusi  informativ  obyekt 

tipi;  6.  Xüsusi  informativ  yer  tipi;  7.  Xüsusi  informativ  zaman  tipi;  8.  Xüsusi  informativ  tərzi-

hərəkət tipi; 9. Ümumverifikativ tip sıfır mətn; 10. Ümumverifikativ prepozitiv mətn və s. Bu tip 

sual cümlələrinin hər biri həm məqsəd, həm intonasiyasına görə fərqlənir.  

 

 Açar  sözlər:  aktual  üzvlənmə,  fonetik  üslubiyyat,  sual  cümlələri,  dialoq  nitqi,  xüsusi 



informativ, xüsusi verifikativ  

 

Azərbaycan  nağılları  müxtəlif  dil  səviy-



yələrində  tədqiq  olunsa  da,  onların  dialoq  nit-

qindəki  sual  cümlələri  fonetik-üslubi  mövqe-

dən  aktual  üzvlənmə  baxımından  tədqiqdən 

kənarda qalmışdır.  

 Ümumi nəzəri dilçilik planında dialoq uni-

versal  dil  hadisəsi  kimi  qiymətləndirilir.  Dialoqu 

birtərəfli,  yəni  yalnız  struktur-semantik  cəhətdən 

tədqiq  etmək  kifayət  deyil.  Dialoqda  intonasiya 

məsələlərini, intonasiyanın fonoüslubi mənsublu-

ğunu öyrənən Q.İ.Bubnova yazır: «Dilə kommu-

nikativ  yanaşmada  onun  kompleks  təsviri  xüsusi 

əhəmiyyət  daşıyır,  bu  onunla  xarakterizə  olunur 

ki,  dilin  kommunikativ  funksiyasını  təmin  edən 

bütün  vasitələrə  –  morfolojidən  prosodikə  qədər 

bərabərhüquqlu vasitələr kimi baxılır» [1].  

Ümumxalq  danışıq  dilinin  əsas  formala-

rından olan dialoq nitqi funksional-üslubi müx-

təlifliklərdən  biri  kimi  dilin  kommunikativ 

funksiyasında  özünü  xüsusilə  parlaq  şəkildə 

göstərir.  Dialoqun  sintaktik  vahidlərinin  çoxu 

özlüyündə  xüsusi  struktura  malikdir  ki,  yalnız 

danışıq dili üçün müəyyən situasiyalarda tipik-

dir.  Bu  strukturun  formalaşmasında  aktual 

üzvlənmə xüsusi əhəmiyyət daşıyır.  

Rus dili materialları üzrə dialoqda aktual 

üzvlənməni tədqiq edən N.İ.Teplitskaya bunun 

ümumdil faktı olduğunu əsaslandırır [2]. Aktu-

al  üzvlənmənin  universal  dil  hadisələrinə 

(cümləyə,  mətnə)  aidliyi  eyni  dərəcədə  bütün 

dillərə  xasdır  və  bu  cəhət  mətnin  strukturunu 

öyrənməyə imkan verir. Aktual üzvlənmə üçün 

hər  bir  ifadəyə  xasdır  və  bütün  zamanlarda, 

bütün  dillərdə  mövcuddur.  Odur  ki,  bir  neçə 

dilin struktur-funksional paradiqmasında, xüsu-

silə müxtəlifsistemli dillərdə müqayisəli tədqiqi 



NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

15 



 

maraqlı  olar.  Bu,  bir  tərəfdən  ümumi  qanuna-

uyğunluqları, digər tərəfdən, bu və ya digər di-

lin  nitq  deyilişində  sintaktik  mexanizmini  üzə 

çıxardar [3. S.168].  Azərbaycan  dilində aktual 

üzvlənmənin söz sırası, prosodiya və qramma-

tik vasitələrlə aktuallaşması göstərilir [4]. Mət-

nin  kompozisiya  bütövlüyündə,  şifahi  nağıl 

mətnində,  dialoqda  intonasiyanın  rolu  qeyd 

olunaraq göstərilir ki, mətnin kompozisiya qu-

ruluşuna  həm  fonetika,  həm  də  sintaksis  eyni 

dərəcədə tabedirlər [5].  

İntonasiya və söz sırası aktual üzvlənmə-

nin  formal  ifadə  vasitəsi  olub,  qarşılıqlı  su-

rətdə  biri  digərini  şərtləndirir.  Aktual  üzvlən-

mə prosesində cümlə iki mərkəzə – tema (mə-

lum)  və  rema  (naməlum)  mərkəzlərinə  bölü-

nür. Məlum hissə, tema cümlənin əvvəlində iş-

lənir. Rema isə dinləyici üçün yenidir və onun 

qavranılması  dinləyici  tərəfindən  müəyyən 

diqqət tələb edir, buna görə də o, sıra etibarilə 

cümlənin sonunda işlənir. Aktual üzvlənmə isə 

məntiqi  vurğu  ilə  sıx  bağlıdır.  Məntiqi  vurğu 

hansı  cümlə  üzvünə  aid  olursa,  onu  rema  sə-

viyyəsinə qaldırır, rema-naməlum hissə xüsusi 

vurğu  ilə  tələffüz  edilir.  Sintaqmatik  planda, 

yəni  müəyyən  kontekst  daxilində  məzmundan 

asılı olaraq məntiqi vurğunun yeri dəyişir. De-

məli,  əlaqəli  cümlələrdəki  məntiqi  vurğulu 

sözlər  biri  digəri  ilə  müəyyən  innovativ  əla-

qəyə  girir;  bu  da  kontekstin  ümümi  ritminin 

formalaşmasında  əsas  rol  oynayır.  Məntiqi 

vurğu  digər  intonasiya  vasitələri  olan  ton, 

tembr,  intensivlik,  pauza  kimi  vasitələrlə  sıx 

əlaqəyə  girir  və  cümlə  daxilində  bunlar  bir-

birini tamamlayır. Aktual üzvlənmədə bu vasi-

tələr bir-biri  ilə daha qabarıq münasibətdə  ifa-

də  olunur.  Aktual  üzvlənmə  cümlənin  danışıq 

prosesi  ilə  bağlıdır  və  bu  prosesin  intonativ 

xüsusiyyətləri daha zəngindir.  

 İngilis  və  Azərbaycan  dillərinin  müqa-

yisəsindən Əfqan Abdullayev bu nəticəyə gəlir 

ki,  hər  iki  dilin  mətnləri  söz  sırasının  dəyiş-

dirilməsi  yolu  ilə  (inversiya),  intonasiya  ilə, 

formal-qrammatik  vasitələrdən  istifadə  etmək-

lə  (morfoloji  və  sintaktik  vasitələr),  həmçinin 

prosodik elementlərdən (pauza, temp, ritm, vur-

ğu və s.) istifadə etməklə  formalaşır. Bu forma-

laşma  vasitələri  bilavasitə  aktual  üzvlənmə  ilə 

bağlı  olub  mətndüzəltmədə  relevant  rolunu  oy-

nayır.  Həmin  vasitələrlə  düzələn  mətnlərdə  se-

mantik  bağlılıq  gözlənilir,  cümlələrin  zəncirvarı 

əlaqəsi  qırılmır,  onları  hissələrə  ayırmaq  müm-

kün  olmur,  sonuncu  cümlə  məna  cəhətdən  əv-

vəlki cümlələrlə əlaqələnir [5. S.139]. 

Prosodik  aktuallaşmada  mətndəki  cüm-

lələr zəif pozisiyada çıxış edir. Azərbaycan di-

lində  yeni  məlumatın  intonasiya  bölgüsü  onu 

bildirən sözün, məntiqi vurğusu olması ilə mü-

əyyənləşdirilir.  Buna  görə  də  məntiqi  vurğu 

Azərbaycan  dilində  remanın  əsas  göstərici-

lərindən  biridir.  Mübtəda  rema  olduqda,  cüm-

lədə tutduğu mövqeyindən asılı olmayaraq, ak-

sent  nüvəsi  remanın  üzərinə  düşür.  Bu  zaman 

mübtəda-remanın  intonasiya  xüsusiyyəti  fraza 

vurğusu və alçalan terminal tonla səciyyələnir, 

yəni  intonasiyanın  rema  üzərində  yüksəlməsi 

sintaqmanın  rematik  quruluşu  daxilində  for-

malaşır,  rema  vurğusu  ilə  seçilən  vahid  digər 

vahidləri  öz  ətrafında  birləşdirir.  Tələffüz  və 

ya  oxunuş  zamanı  remanın  ayırd  olunmasında 

fasilənin də xüsusi rolu vardır. Fasilə remadan 

əvvəl nisbətən qüvvətli, sonra isə zəif olur. O, 

cümlənin  kommunikativ  aspektini  mahiyyət 

etibarı ilə dəyişdiyindən digər prosodik vasitə-

lərlə  sıx  surətdə  bağlanır.  Prosodik  aktuallaş-

manın, pauzanın mətndüzəltmədə müəyyən ro-

la  malik  olub-olmaması  dilçilik  ədəbiyyatında 

mübahisəlidir.  Lakin  əksər  dilçilər  prosodik 

aktuallaşmanın  mətnin  nizama  salınmasındakı 

roluna birinci dərəcəli əhəmiyyət verirlər.  

 Qeyd  edək  ki,  cümlənin  temasında  da  re-

mada olduğu kimi modallıq var, lakin bu, sual for-

masında olsa da, təsdiq modallığıdır. Belə ki, sual 

verən verdiyi sualın cavabını bilir və onun verdiyi 

sualın  cavabı  remada  təkrar  olunur.  V.V.Qureviç 

bunu  presuppozisiya  adlandırır  [6.  S.69].  Dialoq 

nitqində sualdakı cümlələrin cavabda təkrar oluna-

raq  işlənməsi  dilin  öz  kommunikativ  təbiətindən 



NƏRGİZ HACIYEVA 

 

16 



irəli gəlir. Bu barədə Q.V.Vekşin yazır: «Təkrarı 

nitqyaratmanın  mərkəzi  vasitəsi  hesab  etmək 

olar... təkrarlığın digər halları isə dil materiyası-

nın  mövcudluğunun  əsas  formalarının  manifes-

tasiyasıdır. Bu aspektdən baxanda təkrarlıq dilin 

kommunikativ-dialoji təbiəti ilə əlaqədardır» [7. 

S.13].  

 Rus  sehrli  nağılları  əsasında  sual-cavab 

dialoq  vahidlərini  kommunikativ-sintaktik  as-

pektdə ilk dəfə tədqiq edərək X.Q.Kosoqorova 

sual-cavab  dialoq  vahidlərini  aktual  üzvlənmə 

baxımından öyrənir və əsas kommunikativ sin-

taktik dialoji vahidlərin tiplərini təsnif edir [8].  

 Dialoq nağıl mətninin mühüm və ayrılmaz 

bir hissəsidir. O, quruluş cəhətdən nağılın ümumi 

strukturuna  daxildir  və  müəyyən  tələblərə  cavab 

verir:  məqsədin  vahidliyi  (funksional-praqmatik 

bağlılıq),  nitq  predmetinin  vahidliyi  (semantik, 

məntiqi bağlılıq), kompozisiyon bitkinlik. Dialoji 

vahidin əsas tipi ikiüzvlü dialoji vahiddir ki, əvvəl 

replika stimul, sonrakı reaksiya olur. Belə müna-

sibət növləri məhz sual-cavab dialoji vahidlərində 

özünü  göstərir.  Sual-cavab  dialoji  vahidlərinin 

əsasında  birinci  sual  replikası  durur,  bir  qayda 

olaraq, o, tam tərkibli cümləni ifadə edir və cavab 

replikası üçün müəyyən stimul verir. Dialoq kom-

munikativ  cərgənin  mürəkkəb  hadisəsidir  və 

kommunikantların  qarşılıqlı  əlaqəsini  yalnız 

tema-rematik  münasibətlərin  üzə  çıxarılmasında 

müəyyən etmək olar ki,  bunlar dialoji  vahidlərin 

daxili replikaları  arasında olur. Sual-cavab dialo-

qunun əsasında dayanan intellektual proseslər in-

san təfəkkürü  sferasında olduqca  geniş  yer tutur. 

Ə.Abdullayev  sual-cavab  dialoqunun  məzmunu-

nu  üç  səviyyədə  nəzərdən  keçirir:  1.  Ən  yüksək 

səviyyədə sual-cavab dialoqları  insanlar  arasında 

sosial  qarşılıqlı  təsirin  bir  növünü  təmsil  edir; 

2. Bundan sonrakı səviyyədə sual-cavab dialoqu-

nun yaradılması mətnin təbii dildə işlənməsini nə-

zərdə  tutur.  Burada,  biz,  hər  şeydən  əvvəl,  təbii 

dildə,  yazılı  və  şifahi  şəkildə  frazaları  başa  düş-

mək  və  yaratmaq  qabiliyyətini  başa  düşürük; 

3. Nəhayət, üçüncü,  ən aşağı  səviyyədə  biz  yad-

daşın  təşkili  və  onda  saxlanılan  informasiyanın 

axtarılması  nöqteyi-nəzərindən  sual  və  cavablara 

yanaşa bilərik. Sual və cavablar hər üç səviyyədə 

nəzərdən  keçirilsə,  onların  semantik  xüsusiyyət-

ləri haqqında çox şey demək olar [5. S.185].  

Azərbaycan  dilində  kontekstual  müstəqil 

və kontekstual asılı cümlələri bir-birindən fərq-

ləndirmək  üçün  dilçilikdə  dörd  sual  tipinə  mü-

raciət olunur. Bunlar 1. Tam diktal; 2. Qismən 

diktal; 3. Tam modal; 4. Qismən modal suallar-

dan  ibarətdir.  Diktal  suallar  cümlənin  məz-

mununa  aid  məlumat  almaq  məqsədi  güdür, 

modal suallar  isə cümlə  məzmununun  həqiqətə 

uyğun  olub-olmaması  müəyyənləşdirməyə  xid-

mət edir [4. S.15]. Bu sualların formalaşmasın-

da intonasiya əhəmiyyətli rol oynayır.  

Q.İ.Bubnova  fransız  dilinin  materialları 

əsasında  dialoqun  kommunikativ  funksiyasını 

araşdıraraq  yazır:  «Dialoqun  intonasiyasına 

funksional kommunikativ yanaşma və ifadənin 

kompleks təhlili bir sıra konkret nəticələrə gə-

tirib çıxardır: fransız danışıq dilinin intonasiya 

parametrləri dəqiqləşdirilir, intonasiyanın dife-

rensiasiya  və  inteqrasiya  funksiyalarının  qar-

şılıqlı mürəkkəb mexanizmi açılır, sual və cavab 

ifadələrinin  kommunikativ  növləri  üzə  çıxır, 

kommunikativ  mənalı  akustik  diferentlər  müəy-

yən olunur, ifadənin informativ statusu və fono-

üslubi mənsubluğu qeyd olunur, dialoqun struk-

turunun intonasiya parametrləri müəyyən olunur 

və  dialoji  vahidlərin  intonasiya  inteqrasiyasının 

spesifikliyi müəyyən olunur» [1. S.24].  

 X.Q.Kosoqorova  sual-cavab  dialoq  va-

hidlərinin kommunikativ sintaktik tiplərini ay-

ırmasının  əsasında  bu  əlamətləri  əsas  götürür: 

1.  Təşəbbüsedici  replikanın  funksional-semantik 

tipi; 2. Dialoji vahidin ümumi kommunikativ mə-

nası;  3.  İfadə-replikaların  konkret  kommunikativ 

mənası  (aktual  üzvlənmə);  4.  Sintaktik  kompo-

nentlərin  kommunikativ  funksiyaları;  5.  İfadə 

replikalarının tema tərkibi və rema tərkibi; 6. İfa-

də  replikalarının  tema-rematik  strukturunun  for-

mal göstəriciləri [8]. Müəllif P.Adamets kimi [9], 

dialoq  vahidlərində  aktual  informasiyanın  xa-

rakterini,  daha  doğrusu,  aktual  və  əşyavi  in-




NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

17 



 

formasiyanın münasibət xüsusiyyətlərini nəzə-

rə  alaraq  sual-cavab  dialoji  vahidlərinin  dörd 

əsas  tipini  müəyyənləşdirir:  1.  Ümuminforma-



tiv  tiplər.  Onlarda  obyektiv  gerçəkliyin  bu  və 

ya  digər  faktı  onun  hər  hansı  aspekti  nəzərə 

çatdırılmadan  bütöv  kimi  verilir;  2.  Xüsusi  in-

formasiya  tipləri.  Onlarda  aktual  informasiya 

verilən  informasiyanın  xüsusi  aspektini  ifadə 

edir;  3.  Ümumverifikativ  tiplər.  Onlarda  aktual 

informasiya yeni məlumat ifadə etmir, həmsöh-

bətin fikrinə reaksiya verir, bu fikrə verifikasiya 

və  ya korreksiya edir; 4. Xüsusi verifikativ tip-



lər. Onlarda danışan əşyavi  informasiyanın  hər 

hansı aspektini reallaşdırır.  

 Y.R.Dobruşina verifikasiya anlayışını belə 

izah  edir  ki,  verifikasiya-danışanın  deyilən  ifa-

dəyə verdiyi müsbət və mənfi qiymətdir. Danışan 

ona məlum olmayan detallar barədə suallar verə-

rək onun tərəfindən edilən hərəkətin uyğun olub-

olmadığını aydınlaşdırmaq istəyir [10. S.1].  

Bununla  əlaqədar  O.S.Yeqorovanın  işləyib 

hazırladığı [3] kommunikativ funksional tipologi-

yanı əsas tutaraq X.Q.Kosoqorova ümuminforma-

tiv və ümumverifikativ sual-cavab dialoq vahidlə-

rini (sıfır mətn və prepozitiv mətnlə) və xüsusi in-



formativ  və xüsusi verifikativ  dialoji  vahidlərinin 

dörd əsas tipini ayırır (subyektli, predikatlı, ob-

yektli,  sirkonstant).  Müəllif  materialı  təhlil 

edərək  bu  nəticəyə  gəlir  ki,  bütün  sual-cavab 

dialoq vahidlərinin ümumi və  xüsusi  informativ 

tipləri  əvəzlikli  sualla  formalaşır,  bütün  ümumi 

və xüsusi verifikativ tip sual-cavab dialoq vahid-

ləri isə qeyri-əvəzlikli sualla formalaşır [8].  

 Rus  və  fransız  dillərində  cümlənin 

struktur-funksional tipologiyasını müəyyənləş-

dirərək və bu dillər arasında fərqli və oxşar cə-

hətləri qeyd edərək O.S.Yeqorova yazır: «Fak-

tiki materialın analizi bu nəticəyə gəlməyə im-

kan verir ki, həm rus, həm də fransız dillərində 

ümuminformativ  və  xüsusi  informativ  cümlə 

tipləri eyni olmaya bilər və hər birinin daxilin-

də bir neçə tip reallaşa bilər ki, onlar tərkib kom-

ponentlərinin kommunikativ-sintaktik funksiyala-

rına  görə,  xətti  quruluşuna  görə,  aktual  üzvlən-

mənin  komponentlərinin  ardıcıllığına  görə,  kon-

kret  kommunikativ  məsələyə  görə  fərqlənirlər» 

[3. S.169]. Sual-cavab dialoqu zəngin olan Azər-

baycan nağıllarında bu xüsusiyyəti görmək müm-

kündür. Buradakı Azərbaycan nağılları üzrə sual-

cavab dialoq vahidlərini həmin yanaşmalara görə 

təsnif edərək və onların özünə məxsus cəhətlərini 

göstərərək  xüsusi,  habelə  ümumi  informativ  və 

verifikativ  cümlələrdə  intonasiyanın  işlənməsini 

nəzərdən keçirək.  

 

Ümuminformativ tip sıfır mətnlər elə su-

al-cavab dialoji vahidini ifadə edir ki, onda cavab 

replika yeni, aktual informasiyaya malikdir, bütün 

sintaktik komponentlər isə kompleks remaya bir-

ləşirlər.  Bir  qayda  olaraq  ona  dialoji  vahidlərdə 

sadə replika-reaksiya şəklində rast gəlinir. Bu tip 

sual-cavab  dialoq  vahidləri  həddən  artıq  geniş 

ümumi diktal suallara  malikdir. Nağıl diskursun-

da  bu  tipin  replika-stimulu  daha  çox  nə  qəribə-

dir?,  nə  gözəldir?,  nə  kədərlənirsən?,  nə  lazım-

dır? və s. suallarla ifadə olunur ki, bunlar da ən-

ənəvi  olaraq  nə  olub?,  nə  baş  verir?  suallarına 

uyğundur.  Belə  suallara  cavab  verən  cümlələri 

F.Əlizadə  tam  diktal  suala  cavab  verən  cümlələr 

adlandırır [7. S.15], məs.: Quş hazır olub dedi: 

–  Nə  olub,  Nərbala?  Nərbala  cavab  verdi  ki:  

– Bu saat atı, bir də paltarımı mənə çatdır («Ağ 

atlı  oğlan»);  O  saat  Zümrüd  hazır  olub  dedi:   



–  Mənə  görə    qulluq?  Məlikməmməd  dedi:      

– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, 

bir də qırmızı at gətirərsən («Məlikməmməd»).  

Misallardan göründüyü kimi, bu tip cümlə-

lərin  teması  sual  əvəzlikləri  ilə  ifadə  olunaraq 

ümumi informasiya ifadə edir, rema rolu oynayan 

cavabda  sadalama  intonasiyası  ilə  ardıcıl  üzv-

lər və ya cümlələr gəlir. Burada məntiqi vurğu 

həmcins üzvlü  sözlərin  üzərinə düşür  və  cüm-

lənin  prosodik aktuallaşması onların  hesabına, 

sadalama intonasiyasına görə baş verir.  

 

Ümuminformativ  tip  prepozitiv  mətn  ti-

pində  ümuminformativ  tip  sıfır  mətndə  olduğu 

kimi, tam diktal sual var: nə olub?, nə baş verir? 

2 «Türkologiya», № 4 



NƏRGİZ HACIYEVA 

 

18 



və s. – Baş verən hadisə barədə tam məlumat al-

maq istəyir. Belə ki, əvvəlki tip replika-reaksiya-

dan  fərqli,  bu  dialoji  vahidin  replika-reaksiyası 

kommunikativ  cəhətdən  üzvlənən  ifadə  bildirir 

(direma),  əsas  etibarilə  iki  cümlədən  ibarət  olur. 

Birinci  replika-stimulda  mövcud  olan  əvəzlikli 

sual  təkrar  olunur  ki,  bu,  ikinci  cümlə  üçün  pre-

pozitiv  mətn  rolunu  oynayır,  özünə  sual-cavab 

dialoq  vahidinin  bütün  informasiyasını  toplayır. 

Sual-cavab  dialoji  vahidinin  bu  tipi  replika-sti-

mulda tam diktal  sualların  ən  müxtəlif  variantla-

rını  saxlayır  ki,  Azərbaycan  nağılları  üçün  tipik-

dir:  nə  qəmlisən?,  nə  dərd  çəkirsən?,  məs.:  Baş 

vəzir ədəblə baş əyəndən sonra xidmət məqamın-

da əl əl üstündə dayanıb dedi: – Qibleyi-aləm, ni-

yə qəm dəryasına qərq olmusan? Allaha çox şü-

kür, dövlət, cah-cəlal səndə. Sən də fikir edirsən? 

Padşah...  dedi:  –  Vəzir,  nə  olsun  ki,  cah-cəlal, 

şan-şövkət  məndədi.  Saqqalıma  dən  düşüb,  bir 

övladım yoxdu ki, mən öləndən sonra yerimdə əy-

ləşsin, taxti-tacimə sahib olsun («Şəms-Qəmər»).  

Misallardan  göründüyü  kimi,  cümlələrin 

teması  sual  intonasiyası  ilə  verilir,  cavab  re-

mada sual intonasiyasının təkrar olunduğu gö-

rünür,  daha  sonra  fikri  aydınlaşdıran  cümlə 

işlənir. Lakin cavabda təkrar xarakteri daşıyan 

sual  cümləsi  intonasiya  cəhətdən  əvvəlkindən 

fərqlənir,  cavabdakı  prepozitiv  sual  cümləsi 

əslində  yeni  informasiyaya  malik  deyil.  Rito-

rik  sual  səciyyəsi  daşıyaraq,  daha  çox  təs-

diqedici xarakterə malikdir. İkinci nümunə fik-

rimizi  təsdiqləyir.  Burada  prepozitiv  cümlədə 

təkrarlıq olsa da, sual xarakterinə malik deyil.  

 

Xüsusi  informativ  subyekt  tipi.  Bu  tip 

sual-cavab  dialoq  vahidində  təşəbbüsçü  rep-

lika  nitq  subyekti  haqqında  xüsusi  kim?  sualı 

ilə  başlayır  ki,  soruşan  üçün  cavabın  namə-

lumluğunu  ifadə  edir.  Dialoq  vahidinin  əsas 

kontekstinə  yeni  informasiyanın  yeridilməsi 

həmişə replika-reaksiyada  həyata  keçir ki,  bu-

rada rema funksiyasını mübtəda oynayır. Məhz 

mübtəda  həmin  əşyavi  informasiya  aspektinin 

mühüm tərəfini ayırır ki, onun haqqında məlu-

mat sualın əsas məqsədi olur, məs.: Padşah Əh-

məddən  soruşdu:  –  Oğul,  bu  cah-cəlalı  kim 

düzəldib,  bu imarəti  kim tikdirib? Əhməd dedi: 

–  Padşah  sağ  olsun,  bu  dəm-dəsgahın  hamısını 

sənin qızın düzəldib, evi də o tikdirib, məni də ağ 

günə  o  çıxardıb  («Ağıllı  qızın  nağılı»);  Ondan 

soruşdu:  –  Ay  bağban,  o  almanı  mənim  yanı-

ma  gətirəndə  qabağına  kim  çıxdı?  Bağban 

dedi: – Ay padşah, o almanı sənə gətirəndə vəzir 

çıxdı qabağıma, dedi: – Almanı birdən-birə pad-

şaha vermək olmaz, birdən zəhərli olar, padşaha 

ziyan vurar. Padşah da sənin nəslini kəsər («Son 

peşmançılıq fayda verməz»).  

Bu  misallarda  replika-reaksiyanın  repli-

ka-stimuldan asılılığı birinci replikanın bir his-

səsinin  təkrarı  hesabına  olur.  Birinci  misalda 

sual  əvəzliyi  iki  dəfə  təkrar  olunur  və  cavab 

replikada  o  sual  əvəzliyi  təkrarlanaraq  sadala-

ma  intonasiyası  ilə  işlənir.  İkinci  misalda  isə 

cavab  replikada  intonasiya  məlumatverici  xa-

rakterə  malikdir.  Təkrarın  bu  növü,  ümumin-

formativ  tipdə  işlənən  təkrarlardan  fərqli  heç 

bir  ekspressiv  funksiyaya  malik  deyil,  lakin 

yeni  informasiyanın  daxil  olunması  üçün  va-

cib,  konstruktiv  əsasdır,  o,  müəyyən  funksio-

nal  yükə  malikdir,  belə  ki,  adekvat  informasi-

yasının axtarışı üçün mühüm şərtləri verir.  

Xüsusi  informativ  subyekt  tipində  ikinci 

növ  cümlələr də  işlənir.  Burada dialoq  vahidi-

nin  reaksiya  verən  replikası  da  elə  sintaktik 

model  əsasında  qurulur  ki,  təşəbbüsçü  repli-

kalar üçün xarakterikdir, cavab replikada isə in-

formasiya  elliptik,  lakin  soruşan  üçün  kifayət 

qədər  kommunikativ  olan  ifadə  ilə  deyilir.  Bu 

zaman cavab cümlədə xəbər subyekt səciyyəsi 

daşıyır.  Sual  cümlə  məhz  ona  istiqamətlənən 

kimsən?  sualı  ilə  ifadə  olunur,  məs.:  Siman 

qızdan  xəbər  aldı  ki:  –  Kimsən?  Pəridux  xa-

nım dedi: – Xan-Xani Çinin qızı Pəridux xanı-

mam; Kiçik qardaş yay-oxu çəkib dedi: – Get-

mə, vurdum! De görüm, kimsən? Nardanxatun 

dedi:  –  Mən  yeddi  qardaş  bacısı  Nardanxatu-

nam.  Paxıl  qonşu  mənim  qardaşlarımı  itkin 

salıb.  Onda  mən  uşaq  idim.  Böyüdüm,  yeddi 



NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

19 



 

qardaşım  olduğunu  bilib  axtarışa  çıxdım 

(«Yeddi qardaş, bir bacı»).  

Əgər birinci misalda cavab replikası yalnız 

bir ifadə ilə məlum olursa, ikinci misalda cavab 

replikadan  sonra  aydınlaşdırıcı,  məlumatverici 

intonasiya ilə digər informasiyalar verilir.  

 Bəzən  replika  cavabda  şəxs  adı  əvəzinə 

şəxs  əvəzlikləri  işlənir  ki,  Azərbaycan  nağılları 

üçün bu hal daha tipikdir, məs.: Əhməd Çimnaz-

dan soruşdu: – Bu sarayı kim tikib? Çimnaz de-

di: – Mən; Çimnaz qapıya çıxıb soruşdu: – Kim-

sən?  Həsən dedi:  –  Mənəm,  Əhmədin yanından 

gəlirəm («Tənbəl Əhmədin nağılı»).   

 

Xüsusi informativ predikat tipi. Dialoq 

vahidinin  bu  tipində  təşəbbüsçü  replika  sub-

yekt  tərəfindən  edilən  hərəkət  barədə  suala 

malikdir.  Cavab  zamanı  bütün  əsas  informa-

siya  xəbərdə  cəmlənir  ki,  o  da  bu  və  ya  digər 

hərəkətin  dinamikasını  əks  etdirir.  Replika-re-

aksiyanın  cavab  verdiyi  hissəli  diktal  sual  xə-

bərə aid olur. Xəbər özündə lazım olan maksi-

mal  informasiyanı  saxlayır,  məs.:  Qurd  yenə 

onun  sözünə  inanıb  dedi:  –  Bəs  bu  nədi  ki, 

hörürsən?  Tülkü  dedi:  –  Səbət  toxuyuram 

(«Tülkünün  kələyi»);  Əhməd  evə  gələn  kimi 



padşahın qızı dedi: – Əhməd, nə iş gördün, nə 

qazandın?  Əhməd  dedi:  –  Bir  manat  qazan-

mışdım,  onu  da  verib  bu  pişiyi  aldım  («Sehrli 

üzük»).  Əgər  birinci  misalda  cavab  replikada 

bir  predikativ  rema  varsa  (Səbət  toxuyuram), 

ikinci  misalda  rema  iki  rematik  komponentə 

bölünür. Bunlardan ikincisi birincini izah edən 

tamamlayıcı  komponent  kimi  çıxış  edir  ki,  bu 

da nağıl dialoqu üçün tipikdir. Birinci misalda 

sual intonasiyasına cavab olaraq adi informasi-

ya intonasiyası işlənirsə, ikinci misalda temada 

sual intonasiyasının təkrarına remada izahedici 

intonasiya  uyğun  gəlir.  Tədqiqat  zamanı  həm 

də mürəkkəb predikat sual-cavab vahidləri üzə 

çıxır ki, onlarda replika-stimul  iki suala  malik 

olur, replika-reaksiya isə ona uyğun iki cavaba 

malikdir,  məs.:  Oğlanlar  dedilər:  –  Kişi,  səni 

buradan  buraxdı  yoxdur,  ya  səni  öldürəcəyik, 

ya  da  de  görək  nə  iş  görə  bilərsən?  Vəkil  de-

yir:  –  Yun  əyirib  ip  düzəltməkdən  başqa  əlim-

dən heç nə gəlmir; Vəzir ağzın açıb danışmamış 

oğlanlar  dedilər:  –  Kişi,  bilirik  niyə  gəlibsən. 

De görək, nə bacarırsan? Vəzir dedi: – Boyaq-

çılıq  bacarıram  («Usta  Abdulla»).  Göstərilən 

cümlələrdə funksional perspektiv nöqteyi-nəzər-

dən  xəbər  tərkibinin  birinci  hissəsi  (mən  baca-

rıram, bilirəm) tema kimi çıxış edir, ikinci hissə 

(yun əyirib ip düzəldirəm, boyaqçılıq bacarıram) 

rema  olur.  Bu  cümlələrin  teması  sual  intona-

siyası  ilə  başlayır,  birinci  cümlənin  remasında 

isə  təəssüf,  ikinci,  üçüncü  və  dördüncü  cümlə-

lərdə şadlıq intonasiyası üstünlük təşkil edir.  

 

Xüsusi  informativ  obyekt  tipi.  Bu  tipdə 

replika-stimul  tamamlığa  aid  olan  diktal  suala 

malikdir; replika-reaksiyada əsas informasiyanın 

daşıyıcısı  obyekt  tamamlığıdır  ki,  o,  rema  kimi 

çıxış  edir,  məs.:  Vəzir  başladı  hiylə  qurmağa, 



dedi:  –  Oğul,  nə  var,  nə  istəyirsən?  Teymur 

dedi:  –  Heç  zad;  Padşah  üzünü  uşağa  tərəf 

çevirib  dedi:  –  Daha  nə  istəyirsən?  Teymur 

dedi: – Bir də yaz ki, bu şəhərdə nə qədər culfa 

varsa, yenə hərəsi mənə yüz manat versin («Xə-

sis  Culfa  və  Teymur»).  Birinci  cümlədə  sual 

intonasiyasında hiylə  ifadəsi  ilə  işlənən temanın 

cavabı remada qətiyyət ifadə edən intonasiya ilə 



– Heç zad – bildirilir. İkinci cümlənin sual into-

nasiyasında təkid ifadə olunursa, reması əmr in-

tonasiyası ilə işlənir.  

 

Xüsusi  informativ  yer  tipi.  Sual-cavab 

vahidlərinin bu tipi hissəli diktal sualla hərəkə-

tin  baş  verdiyi  yer  barədə,  qəhrəman  və  ya 

əşyanın  olduğu  yer  barədə  məlumat  almaq 

üçün hara? sualı ilə başlayır. Beləliklə, bu su-

ala cavab  verən replika-reaksiyada rema  kimi, 

daha  doğrusu,  əsas,  aktual  informasiyanın  da-

şıyıcısı  kimi  yer  zərfi  çıxış  edir,  məs.:  O  Mə-



hərdən  Misir  dilində  soruşdu:  –  Sən  hara-

lısan?  Məhər  dedi:  –  Misirli.  («Məhərin  nağı-

lı»);  Məhəmməd  ondan  soruşdu:  –  Ata,  bura 



haradı  ki,  məni  gətirdin?  Dərviş  dedi:  –  Burda 

2 * 



NƏRGİZ HACIYEVA 

 

20 



yaşayacağıq.  Mənim  evim  burdadır  («Şir-

zad»).  Bu  cümlələrin  birincisində  rema  məlu-

matverici  intonasiyaya malikdirsə, ikinci cüm-

lənin reması qətiyyət  ifadə edən  intonasiya  ilə 

işlənir.  Tədqiqat  prosesində  müəyyən  olun-

muşdur  ki,  sadə  replika-reaksiya  tiplərindən, 

ellipsislə ifadə olunan və monoremadan əlavə, 

Azərbaycan  sehirli  nağıllarında  daha  çox  sir-

konstant  tipli  mürəkkəb  replika-reaksiyalara 

rast  gəlinir  ki,  o,  bütöv  sintaktik  konstruksiya 

ilə  təqdim  olunur  və  qarşılıqlı  əlaqədə  olan 

rematik  ifadəni  özündə  birləşdirir,  məs.:  Tap-



dıq  dedi:  –  Mənim  bacım  haradadır?  Tufan 

dev  dedi:  –  Sənin  bacın  Gülüstani  Baği-İrəm-

də  –  Gün  xanımın  əsarətindədir  («Tapdıq»). 

Bu  cümlənin  reması  aydınlaşdırma  intonasi-

yası  ilə  işlənir.  Gördüyümüz  kimi,  replika-

cavabda  informasiya  öz  funksional  inkişafını 



sənin  bacın  temasından  başlayır  və  nağıl  dis-

kursu üçün tipik olan  ikitərkibli  remaya keçir: 

birinci  rema  –  Gülüstani  Baği-İrəmdə,  ikinci, 

dəqiqləşdirici rema – Gün xanımın əsarətində.  

 

Xüsusi informativ zaman tipi. Sual-cavab 

dialoq  vahidinin  bu  tipi  hissəli  diktal  sualla 

başlayır,  hadisənin  baş  verdiyi  zamanın  vaxtını 

öyrənmək məqsədilə verilir. Qeyd etmək lazımdır 

ki, Azərbaycan sehirli nağıllarının mətni üçün nə 

zaman?, nə qədər?  və s. sualları daha uyğundur, 

məs.: Arvad deyir: – A kişi, bəs nə vaxt gələcək-



sən?  Tacir  deyir:  –  Bax,  odu,  evimizin  dalındakı 

göy  təpə  göyərəndə  gələcəm  («Ağılsız  arvad»). 

Bu  cümlənin  remasında  işlənən  intonasiya  daha 

çox kinayə ifadə edir.  

Bir qayda olaraq belə dialoji vahidlərdə sa-

də  replika-cavablar  çoxdur.  Kommunikativ 

üzvlənmə  xarakterinə  görə  onlar  monorema-

dırlar,  lakin  tematik  bərkimələrə  də  malik  ola 

bilər.  Məsələn,  sual-cavab  dialoq  vahidində 

qrammatik  məna  fokusunda  tematik  ifadə  ar-

tıq,  bu  qədər  birləşməsi  ilə  birlikdə  ifadənin 

remasını  müəyyən  edir  (sabah  günortaya 



kimi).  Məhəmməd  dedi:  –  Məni  öz  şəhərimizə 

neçə günə apararsınız? Böyük qız dedi: – Mən 

bir  həftəyə  apararam.  Məhəmməd  dedi:  –  Bu 

olmadı. Ortancıl qız dedi: – Mən üç günə apa-

raram.  Məhəmməd  dedi:  –  Bu  da  olmadı.  Ki-

çik qız  dedi: – Mən  sabah günortaya  kimi  sizi 

şəhərinizə  apararam  («Keçəl  Məhəmməd»). 

Bu  cümlələrdə  işlənən  intonasiya  əvvəl  qətiy-

yətsizlik, sonra isə əminlik ifadə edir.  

 

Xüsusi  informativ  tərzi-hərəkət  tipi

Bu xüsusi  informativ tipin reaksiya verən rep-

likası hissəli diktal suala necə?, hansı vəziyyət-

də?  cavab  verir,  sirkonstant  remanın  konturu-

nu müəyyən edir, bu rema həm sadə, həm mü-

rəkkəb  olur:  Vəzir  dedi:  –  Mən  padşaha  necə 

cəza  verim?  Teymur  dedi:  –  Bilmirəm.  Bu 

cümlənin  sadə  remasında  işlənən  intonasiya 

qətiyyətsizlik ifadə edir. Mürəkkəb rema quru-

luşlu cümlələrin  intonasiyası  isə  əmr  intonasi-

yası  ilə  ifadə olunur, məs.: Nardanxatun dedi: 

–  Mən  necə  od  aparım?  Qız  dedi:  –  Odlara 

dəymək olmaz, div bilər. Orada qayçı var, gö-

tür,  oddan  bir  balaca  kəs,  əski  arasına  qoy, 

apar.  Nümunələrdən  göründüyü  kimi,  bu  sir-

konstant  tip  özünün  struktur-formal  və  tema-

rematik quruluşu ilə fərqlənir. Adresat qoyulan 

suala  dəqiq  cavab  vermir,  lakin  həmsöhbətini 

özünün axtarışına sövq edir, öz kommunikativ 

intensiyasını  rematik  imperativ  formada  ifadə 

edir.  Götür! Kəs! Apar! Dialoji  vahidlərdə  su-

al-cavab  cümlələrinin  ümumverifikativ  tipləri 

modallıqla  sıx  əlaqədardır.  Verilən  sual  və 

cavablarda  verifikasiya  modallıqla  ifadə  olu-

nur. «Modallığı məzmun və ifadə (forma) pla-

nının vəhdəti kimi götürsək, onda ona həm se-

mantik,  həm  də  qrammatik-prosodik  kateqori-

ya  kimi  baxıla  bilər.  Modal  mənaların  ifadə-

sində  prosodik  vasitələr  digər  dil  səviyyəsinə 

məxsus  vahidlərlə  qarşılıqlı  əlaqəyə  girir  və 

onlarla  həm  eyni,  həm  də  müxtəlif  məna  əla-

qələri  yarada  bilirlər...  Bəzən  isə  prosodik  va-

sitələr  fikrin  modal  mənasının  formalaşmasın-

da  aparıcı rol oynayır... İngilis  və  Azərbaycan 

dillərində  modallığın  implisit  ifadə  olunması 

zamanı  prosodik  əlamətlər  fonoloji  funksiyanı 




NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

21 



 

tamamlayaraq  modal  mənaların  yeganə  fərq-

ləndirmə vasitəsi ola bilərlər» [11. S.86]. İnto-

nasiyanın dialoq vahidlərinin sual-cavab cümlə-

lərində modal mənalar ifadə etməsi xüsusilə ve-

rifikativ  cümlələrdə  daha  aydın  görünür.  İlk 

dəfə  verifikativ  ifadələri  aktual  informasiyaya 

görə ayrı  bir sinif  kimi tədqiq  edən P.Adamets 

qeyd  edir  ki,  «verifikativ  cümlələrin  aktual  in-

formasiyası yeni məlumat ifadə etmir, həmsöh-

bətin fikrinə reaksiya verir, bu fikri verifikasiya 

və ya korreksiya edir və ya başqa sözlə, onlarda 

nəzərdə tutulan faktın real olub-olmadığını mü-

əyyənləşdirir»  [9.  S.27].  E.R.Dobruşina  verifi-

kativ ifadələrin hər hansı mülahizə və ya iddia-

ya  reaksiya  olduğunu  qeyd  edərək  göstərir  ki, 

dialoqda  onların  funksionallaşması,  dialoji  va-

hidin  ikinci, replika-reaksiyası  şəklində  funksi-

onallaşması daha çox və təbii görünür [10. S.3]. 

Azərbaycan  nağıllarında  verifikativ  cümlələrdə 

intonasiya modallıqla müşayiət olunur.  

 

Ümumverifikativ tip  sıfır tema  ilə rep-

lika-stimul  hər  hansı  fakt  və  ya  hadisəni  bü-

tövlükdə  müəyyənləşdirmək  məqsədi  daşıyır, 

belə ki, cavab replika özlüyündə kommunikativ 

cəhətdən  üzvlənməyən  ifadə  təşkil  edir  ki,  bü-

tün  sintaktik  komponentlər  burada  kompleks 

remada birləşir. Sual-cavab dialoq vahidlərinin 

bu  tipi  belə  modal  suallara  cavab  verir:  nə  isə 

baş verməyib ki?, nə isə olmayıb ki?, bir şey baş 

verməyəcək ki? Bununla birlikdə müəyyən olun-

muşdur  ki,  nağıl  diskursunda  ümumverifikativ-

lərdə sual replikaları ümuminformativlərdə olan 

replikalara  bərabərdir,  nağıl  mətninə  xas  olan 

spesifik  leksik  sözlərlə  və  müxtəlifliyi  ilə  fərq-

lənir,  məs.:  –  Görəsən,  dünyada  məndən  də 



dərdli  adam  varmı?  –  Şah  sağ  olsun,  dünyada 

dərdsiz,  fikirsiz  adam  tapılmaz  («Usta  Abdul-

la»); Tülkü xəbər aldı: – Qardaş, niyə qəmlisən? 



Murtuz  dedi:  –  Heç,  elə-belə  («Murtuzun  nağı-

lı»).  Tədqiqat  göstərir  ki,  ümumverifikativ  tip 

nol  tema  ilə  cavab  replika  müxtəlif  cür replika-

stimula reaksiya verə bilər. Bəzən replika-reaksi-

ya dəqiq, adekvat cavab ifadə edir, məs.: – Şah 

dedi: – Vəzir, onlar dünyaya gələndə onları ta-

nımaq mümkündürmü? Vəzir dedi: – Bəli, qible-

yi-aləm,  mümkündü  («Babayiəmir»).  Digər  hal-

larda  sualdan  alınacaq  informasiyanın  dəqiqliyi 

soruşulan  informasiyanın  implisit  təsdiqi  ilə 

olur: Məlik Məhəmməd dedi: – Ana, icazə olar-



mı  bir  az  yanında  oturum?  Arvad  dedi:  –  Niyə 

icazə  olmasın?  («Yaxşılıq»).  Bu  cümlələrdə  re-

manın  intonasiyasında  ifadə olunan sual əslində 

təsdiq  mənası  verir.  Belə  cümlələr  Azərbaycan 

nağıllarında çoxluq təşkil edir. Elə hallar var ki, 

eyni  dialoq  vahidində  üç  sual  olur  (üç  replika-

stimul), burada birinci (ümumi diktal) sual ikinci 

və  üçüncü  (ümumi  modal)  sual  üçün  ötürücü 

məqam olur ki, hər hansı fakt və hadisəni dəqiq-

ləşdirsin.  Nəticədə  üç  sual  replikanın  birgə 

funksionallaşması  nəticəsində  ümumverifika-

tiv kontekst yaranır, məs.: Qoca Həmzəni bikef 

görüb  dedi:  –  Oğul,  niyə  bikefsən?  Nə  olub? 

Olmaya  səni  çətin  bir  işə  göndərirlər?  Həm-

zə... dedi: – Bəli, qoca baba, məni padşah dər-

ya madyanının südünə göndərir. Bilmirəm necə 

tapıb gətirəcəyəm («Yoxsul kişi ilə padşah»). Bu 

cümlədə  ifadə  olunan  intonasiya  tərəddüd  mə-

nası  verərək  modallığı  artıtır.  F.Əlizadə  bu  tip 

cümlələri  tam  modal  suallı  cümlələr  adlandırır. 

Tam  modal  sual  bütöv  cümləyə  aid  olaraq,  tər-

kibinə  cümlədəki  informasiyanın  hamısını  daxil 

edir, cavab zamanı sualla verilən hissə ya təsdiq, 

ya da inkar olunur [4. S.15].  



 

Ümumverifikativ prepozitiv sual-cavab 

dialoq  vahidinin  tipində  ümumverifikativ  sıfır 

temada olduğu kimi, bütün mövcud informasi-

yanın  bütövlükdə  dəqiqləşdirilməsi  müəyyən-

ləşir. Belə ki, cavab replikanın struktur qurulu-

şunda müxtəlifliklər nəzərə çarpır. Əgər ümum-

verifikativ sıfır tema tipində cavab replika sadə-

dirsə, ümumverifikativ prepozitiv  mətn  tipində 

o, mürəkkəb, iki qarşılıqlı əlaqədə olan ifadəyə 

malikdir. Birinci replika  sual-replikanın təkra-

rını  ifadə  edir  və  əsas,  aktual  informasiyanın 

ötürülməsi üçün ötürücü mövqe olur ki (prepo-

zitiv tema), bu da ikinci ifadədə möhkəmlənir. 



NƏRGİZ HACIYEVA 

 

22 



Beləliklə, ümumverifikativ tip prepozitiv tema 

mürəkkəb replika-reaksiya hesabına yaranır və 

ümuminformativ prepozitiv tiplə eyni kommu-

nikativ sintaktik sxemə malik olur, məs.: Kiçik 



qız dedi: – Ay oğlan, sən qorxmadınmı bu div-

lər məkanına gəldin? Məgər bilmirsən ki, div-

lər  səni  tikə-tikə  eləyib  yeyərlər?  Dəmirçi  Sə-

məd dedi: – Ay qızlar, mən divlərdən qorxsay-

dım, altı gün altı gecə yol gəlməzdim. Yollarda 

ayılardan,  canavarlardan  yaxa  qurtara  bil-

məzdim...  Gəlmişəm  sizi  divlərin  əlindən  xilas 

eləyim  («Bacılar»);  Dərviş  padşahı  qəmgin 

görüb  dedi:  –  Qibleyi-aləm,  niyə  qəmginsən? 

Sən qəmgin olanda bəs rəiyyət neyləsin? Padşah 

başını yuxarı qaldırıb dedi: – Dərviş, qəmgin ol-

mayım, neyləyim? Saqqalıma dən düşüb. Bir öv-

ladım  yoxdu  ki,  mən  öləndən  sonra  taxt-tacıma 

sahib olsun («Naxırçı oğlu Eyvazın nağılı»).  

Təhlil  olunan  material  həm  də  elə 

ümumverifikativ  dialoq  vahidlərini  üzə  çıxarır 

ki,  onlarda  replika-reaksiya  birinci  hissə  ilə 

təkrar  yox,  onunla  mətn  cəhətdən  əlaqədar 

olan  ifadə ilə deyilir, məs.: – Pişik miyoldaya-



miyoldaya  onun  yanına  gəlib  dedi:  –  Keyfin 

necədi?  İnsanın  əlinin  zərbini  gördünmü?  As-

lan dedi: – Qardaş, gör sən nə qədər güclüsən 

ki, bu zərbə dözübsən. Sənin yerinə mən olsay-

dım,  indi  siçana  dönmüşdüm  («Qoca  aslan»); 

Şah  dedi:  –  Vəzir,  uşaqların  sənə  oxşayıblar-

mı? Olarmı onlara arxayın olmaq? Vəzir dedi: 

–  Şahım...  məndə  gördüyün  tərbiyəni  onlarda 

da  görəcəksən  («Sonrakı  peşmançılıq  fayda 

verməz»).  Bu  cümlələrin  birincisində  cavab-

remada intonasiya heyrət ifadə edirsə, ikincidə 

intonasiya  əminlik  çaları  yaradır  və  modallığı 

artırır. Replika-stimulun gör sən nə qədər güc-

lüsən  hissəsi  ‘bəli,  gördüm’  mənasına  və  on-

lara  mən  tərbiyə  vermişəm  hissəsi  bəli,  arxa-

yın  olmaq  olar  sualına  cavab  verir.  O,  verifi-

kativ  ifadə  yaradır  ki,  prepozitiv  tema  funksi-

yasını icra edir. Cavab-replikanın ikinci hissəsi 

(monorema)  prepozitiv  temanın  məzmununu 

dəqiqləşdirir  və  bütün  sual-cavab  dialoq  vahi-

dinin kommunikativ nüvəsini özündə birləşdirir.  



Xüsusi verifikativ subyekt tipi. Bu dia-

loji tipin  məqsədi komponent  barədə  məluma-

tın  verifikasıyasında toplanır  ki, o, təşəbbüsçü 

replikada mübtəda formasında çıxış edir. Rep-

lika-reaksiya  hissəli  modal  suala  cavab  verir 

ki, o, bilavasitə mübtədaya aiddir. Cavab reak-

siyanı  formalaşdıran  həmsöhbətin  kommuni-

kativ  məqsədi  xüsusi  informativ  subyekt  ti-

pində  daralır.  Buna  görə  o,  öz  ifadəsini  bir 

qayda  olaraq,  elliptik  konstruksiyalarda  tapır, 

məs.: Siz mənim uşaqlarım deyilsiz? Bizik, ata!; 

Keçəl...  soruşdu:  –  O  şahdı,  nədi,  sənsən?  Və-

zir... dedi: – Bəli, mənəm («Keçəlin  məhkəmə-

si»).  Qeyd  etmək  lazımdır  ki,  bu  tip  elliptik 

konstruksiyalar  Azərbaycan  nağılları  üçün  ti-

pik deyil. Dialoqun bu tipində rema kimi qayı-

dış  əvəzlikləri  olur,  ritmik  komponenti  vurğu-

layır  və  məhsuldar  şəkildə  tema-rema  qurul-

masında  sual-cavab  dialoq  vahidində  iştirak 

edir,  məs.:  Qız  dedi:  –  Sözüm  yoxdur,  amma 



əvvəlcə  de  görüm  sən  kimsən?  Padşah  açıb 

əhvalatı  söylədi  ki,  səni  istəyən  mən  özüməm 

(«İsgəndər  şahın  nağılı»).  Azərbaycan  nağıl-

larında subyekt tipli xüsusi verifikativ  ifadələ-

rə az rast gəlinir, lakin danışıq dilində belə ifa-

dələr çox işlədilir. Bu tip sual növlərini F.Əli-

zadə qismən modal suallar adlandırır [4. S.15]. 

Xüsusi  verifikativ  subyekt  tipində  ifadənin 

reması  əminlik,  qətilik  intonasiyası  ifadə  edir 

və məna yükü subyektin üzərinə düşür.  

 

Xüsusi verifikativ predikat tipi. Bu xüsu-

si verifikativ tipin aktual informasiyasının mahiy-

yəti,  konkret  kommunikativ  məqsədi  həmsöhbət 

tərəfindən edilən hərəkətin verifikasiyasında ifadə 

olunur. Belə ki, burada rema kimi feil  yox, onun 

leksik-qrammatik  mənası  yox,  müsbət  və  mənfi 

modallıq  çıxış  edir,  məs.:  Murtuzu  çağırtdırıb 

dedi: – Tülkünü satırsan? Murtuz dedi: – Satıram 

(«Murtuzun  nağılı»);  Seyfəlmülk  ondan  soruşdu: 



–  Şahbal  adlı  şah,  Gülüstani  Baği-İrəm  adlı  yer 

eşitmisinizmi?  Dedilər:  –  Eşitməmişik  («Seyfəl-

mülk»);  Bu  ağacın  altında  yatanı  tanıyırsan-



mı?  –  Yox,  tanımıram  («Mərdlə  Namərd»).  Bu 


NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

23 



 

cümlələrin intonasiyası cavab replikada təsdiq və 

ya  inkar  intonasiyası  ilə  qətilik  ifadə  edir.  Azər-

baycan nağıllarına xas olan elə cavab replikalara 

rast gəlinir ki, müsbət və mənfi modallıq birlikdə 

işlədilir, məs.: Vəzir tez durub onun qabağına gəl-



di, dedi: – Uşaq gətirmisən? Kamran dedi: – Hə 

də, yox da («Babayiəmir»). Belə cümlələrin rema-

sı  tərəddüd,  ehtimal  intonasiyası  ilə  işlənir.  Xü-

susi verifikativ predikat tipində elə ifadələr işlənir 

ki,  cümlənin  remasında  temada  olan  sual  təkrar-

lanır.  Hətta  inkar  şəklində  olan  rema  təkrarlanır, 

lakin gizli təsdiq ifadə edir, daha doğrusu, ritorik 

sual  kimi  çıxış  edir,  məs.:  Qazının  arvadı  so-

ruşdu:  –  Bu  tülkünü  satmazsan?  Murtuz  dedi:     

– Niyə satmaram? («Murtuzun nağılı»).  

 

Xüsusi verifikativ obyekt tipi. Sual-cavab 

dialoq vahidinin aktuallaşmasının bu tipində aktu-

al  informasiyanın  məqsədi  tamamlıq  formasında 

ifadə  olunan  hərəkət  obyekti  barədə  məlumatın 

dəqiqləşməsidir.  Beləliklə,  xüsusi  verifikativ  ob-

yekt tipi xüsusi modal suala cavab verir ki, o, ta-

mamlığa aiddir və öz tərkibində ya nə?, nəyi? Su-

al əvəzliyini, ya da konkret, kommunikativ situa-

siyada  məlum  predmeti  ifadə  edir,  məs.:  Daşın 



üstündə oturan keçəl dedi: – Bacı, bu tacir Valeh 

sənə brilyant veribmi? Çadralı keçəl dedi: – Xeyr, 

o  mənə  heç  bir  şey  verməyib  («Keçəlin  məhkə-

məsi»); Dəniz oğlanı dedi: – Şamdan qardaş, oğ-



lan  padşahın  qızına  çatar,  ya  qulluqçuya?  –  Əl-

bəttə, padşah qızına çatar («Balıqlar padşahı»).  

Bu  cümlələrdə  məna  yükü  tamamlığın 

üzərinə düşür və o, modal intonasiya, təsdiq və 

inkar intonasiyası ilə aktuallaşır.  

 

Xüsusi  verifikativ  yer  tipi.  Sual-cavab 

vahidinin  bu tipi  xüsusi  modal  suala cavab  ve-

rir,  hər  hansı  qəhrəmanın,  əşyanın  olduğu  yeri 

təsdiq  və  ya  inkar  edir,  məs.:  Qız  dedi:  –  İndi 



neyniyək,  elə  burda  qalaq?  Keçəl  dedi:  –  Yox, 

burda  niyə,  gedək  evə  («Şah  Abbas  və  üç  ba-

cı»); Keçəl dedi: – Ay nənə, de görüm, məni ha-



ra göndərir? Qarı dedi: – Belə tilsimli dağlara, 

göy muncuğa... qandın? («Göy muncuq»). Qey-

ri-əvəzlikli sualın konkret praqmatik situasiya ilə 

əlaqə  xüsusiyyəti  təşəbbüsçü  replikanın  bir  sıra 

əlavə  funksiyalarını  üzə  çıxarmağa  imkan  verir. 

Əgər  birinci  misalda  interroqativ  replika  qeyd 

olunan rema ilə təəccüb intonasiyası ifadə edirsə, 

ikinci  misalda  hara  sualına  tilsimli  dağlara,  göy 

muncığa verifikativ reması əlavə kinayə intonasi-

yasının mənasını ifadə edir. Cavab zamanı birinci 

cümlədə verifikativ rema semantik inkarlığın – yo-

xun funksiyasını üzərinə götürür və eyni zamanda 

informasiyanı  gedək  evə  ilə  konkretləşdirir.  Bə-

zən  cümlələrin  remasında  modallıq  gizli  ifadə 

olunur, cümlənin məzmunundan inkarlıq görünür.  

 

Xüsusi  verifikativ  zaman  tipi.  Zaman 

tipli  replika-stimulda  hissəli  modal  sual  ona 

yönəlir ki, bu və ya digər hadisə nə zaman baş 

verəcək, məs.: Xan dedi: – Doğrudanmı sən bu 



gecə  belə  şaxtalı  gündə  mənim  atlarıma 

gözətçilik  edib  sağ-salamat  qalıbsan?  Oğlan 

dedi: – Əlbəttə, bütün gecəni burda qalmışam. 

Əgər  mən  gözətçilik  etməsəydim  sənin  atları-

nın birisi də qalmazdı. Onların hamısını oğur-

layardılar («Xəsis xanla ağıllı oğlan»).  

Bu dialoji vahiddə aktual üzvlənmə nöq-

teyi-nəzərindən 

mürəkkəb  replika-reaksiya 

özünəməxsus  kommunikativ  sintaktik  qurulu-

şu ilə fərqlənir: o, iki qarşılıqlı əlaqədə olan və 

qarşılıqlı  əhatə  olunan  ifadəni  təşkil  edir,  bi-

rinci  eksplikativ  rema  (bütün  gecəni  burda 



qalmışam), ikinci və üçüncü xüsusi verifikativ 

rema (əgər mən gözətçilik etməsəydim, onların 



hamısını oğurlayardılar) olur.  

 

Xüsusi verifikativ tərzi-hərəkət tipi. Bu 

tip hər hansı hərəkətin əlamət xüsusiyyətini də-

qiqləşdirmək  məqsədilə  verilən  hissəli  modal 

suala  cavab  verir.  Bu  tip  konstruksiyalar  nağıl 

dilində geniş yayılmışdır, məs.: Fətəli şah soruş-



du: – Bəs mən nə cür eləyim? Biri dedi: – Nə cür 

eləyəcəksən? Get başını  daşa  vur.  Səni dəli he-

sab eləyib kilsəyə aparacaqlar. 40 gün səni kil-

sədə saxlayacaqlar. O zaman mətləbini Allah ve-

rər («Fətəli şahın nağılı»).  


NƏRGİZ HACIYEVA 

 

24 



Göründüyü kimi, xüsusi verifikativ sirkons-

tant  tərzi-hərəkət  tipli  cümlələrin  reması  Azər-

baycan  nağıllarında  qısa  konstruksiyalarla  deyil, 

izahedici,  aydınlaşdırıcı  konstruksiyalarla  işlənir 

və hissəli modallıq yaradır. Sual-cavab dialoq va-

hidlərinin  kommunikativ  sintaktik  tiplərinin  qu-

rulması  üçün  söz  sırası,  məntiqi  vurğu,  modal 

mənalı ədatlar və sözlər böyük rol oynayır.  

 

Məqalənin  elmi  yeniliyi    tətbiqi  əhə-

miyyəti. Məqalədə nağıl dilindəki dialoqun sual-

cavab aspekti məntiqi vurğu, intonasiya fərqliliyi 

planında  ilk  dəfə  tədqiq  olunur.  Xüsusilə  into-

nasiya çalarlarının modal münasibətin formalaş-

masındakı  rolu  cümlə  tipləri  əsasında  izah  olu-

nur. Məqalənin nəticələrindən fonetik üslubiyyat 

məsələlərinə dair elmi tədqiqatlarda, fonetik ha-

disələrin tədrisində istifadə oluna bilər.  

 

Ə D Ə B İ Y Y A T 

 

1. Bubnova Q.I. Кommunikativnaja funkcija 

intonacii v dialoge: (ёksperimentalno-fonetičeskoe 

issledovanie  na  materiale  francuzskogo  jazyka): 

Аvtoref. dis. ... каnd. filol. nauk. М., 1980.  

2. Teplickaja N.I. K voprosu оb акtualnom 

členenii dialogičeskogo tеkst // Nauč. tr. MGPI. 

М., 1974. Vyp. 82.  

 3. Egorova О.S. Strukturno-funkcionalnaja 

tipologija  predloženija  v  russkom  i  francuzskom 

jazykah // Jaroslav. ped. vestn. 2012. № 1.  

4. Əlizadə F. Cümlənin aktual üzvlənməsi. 

Bakı, 1998.  

5.  Abdullayev  Ə.  Aktual  üzvlənmə,  mətn 

və diskurs. Bakı, 2011.  

 6.  Gurevič  V.V.  Акtualnoe  členenie 

predloženija v ego raznyh projavlenijah // Vopr. 

jazykoznanija. 2004. № 3. 

7.  Vekšin  G.V.  Fonostilistika  teksta:  zvu-

kovoj povtor v perspektive smysloobrazovanija: 

Аvtoref.  dis.  ...  kand.  filol.  nauk.  М.,  2006. 

philologos@yandex. ru

 

8.  Коsogorova  H.G.  Коmmunikativnaja 



sintaksičeskaja  organizacija  voprosno-otvetnyh 

dialogičeskih  edinic:  (na  materiale  russkoj 

volšebnoj  skazki):  Аvtoref.  dis.  ...  kand.  filol. 

nauk. Jaroslavl, 2006.  

9.  Adamec  P.  Porjadok  slov  v  sovremen-

nom russkom jazyke // Rozpravy Ceskosl. Aкad. 

ved. Praga, 1966. Vol. 15. 

 10.  Dobrušina  Е.R.  Verifikacija  v  sovre-

mennoj  russkoj  dialogičeskoj  reči:  Аvtoref.  dis. 

... kand. filol. nauk. М., 1993. 

11.  Cahangirov  F.  İngilis  və  Azərbaycan 

dillərində  modallığın  struktur-semantik  təhlili. 

Bakı: Elm, 2005.  

12. Kolšanskij G.V. K voprosu o soderža-

nii jazykovoj kategorii modalnosti // Vopr. jazy-

koznanija. 1961. № 1.  

13. Petrov N.I. О soderžanii i oběme jazy-

kovoj моdalnosti. Novosibirsk, 1982. 



 

 

 

NARGIZ HAJIYEVA  

 

THE ACTUAL SEGMENTATION IN TALE DIALOGUE 

 

S u m m a r y 

 

The  language  of  tales  is  mainly  set  up  on  the  basis  of  the  dialogical  speech.  Here  the 

question-answer sentences are formed on the basis of various intonation and this is observed with 

the  modal  attiudes  and  dfferent types of  sentences  appear. The question-answer  sentences  in the 

tale language emerge in numerous structures in connection with the informative, grammatical and 



NAĞIL DİALOQUNDA AKTUAL ÜZVLƏNMƏ 

 

25 



 

intonation  relations.  The  dialogical  sentences  in  tales  are  analysed  on  the  basis  of  the  different 

types  :  1.  Common  informative  type  with  the  zero  text;  2.  Common  informative  type  with  the 

prepositive text; 3.  Personal  informative  subjective type;  4. Personal  informative objective type; 

5. Personal informative predicate type; 6. Personal informative plase type; 7. Personal informative 

temporal type; 8. Personal text; 10. Common verification prepositive text etc. Each of these types 

of interrogative sentences differs both for its purpose and intonation.  

 

Key  words:  actual  segmentation,  phonetic  stylistics,  question-answer,  dialogical  speech, 



special informative, special verificative  

 

 



 

НАРГИЗ ГАДЖИЕВА 

 

АКТУАЛЬНОЕ ЧЛЕНЕНИЕ В ДИАЛОГЕ СКАЗКИ 

 

Р е з ю м е 

 

Язык  сказки  строится  большей  частью  на  диалогической  речи.  Вопросно-ответные 

предложения в нём на базе информативных, грамматических и интонационных связей высту-

пают  в  самых  разных  структурах.  В  статье  анализируются  следующие  типы  диалогических 

предложений  сказки:  1.  Общеинформативный  с  нулевой  темой;  2.  Общеинформативный  с 

препозитивной темой; 3. Частноинформативный субъектный; 4. Частноинформативный пре-

дикатный; 5. Частноинформативный объектный; 6. Частноинформативный места; 7. Частно-

информативный времени; 8. Частноинформативный образа и способа действия; 9. Общевери-

фикативный  с  нулевой  темой;  10.  Общеверификативный  с  препозитивной  темой  и  т.д.  Все 

эти типы вопросительных предложений отличаются друг от друга и по интонации. 

 

Ключевые  слова:  актуальное  членение,  фонетическая  стилистика,  вопросно-от-

ветные  предложения,  диалогическая  речь,  частноинформатив-

ный, частноверификативный 

 

 



 

Ünvan:  AZ1143.  Bakı-143,  Hüseyn  Cavid pr., 115.  AMEA-nın Nəsimi  adına Dilçilik İnstitutu  – 

aparıcı elmi işçi, fil.ü.f.d.  



 

e-mail: nargiz.haciyeva.1961@mail.ru 

 

 



 

 

 



 


NƏRGİZ HACIYEVA 

 

26 



Çapa təqdim edən 

Azad Məmmədov –

«Türkologiya» jurnalının 

redaksiya heyətinin üzvü, 

Afət Abbasova – 

«Türkologiya» jurnalının 

sahə redaktoru  

 

 



Məqalənin redaksiyaya  

daxil olma tarixi  

 

 



10.V.2015 

Təkrar işlənməyə  

göndərilmə tarixi  

 

 

4.IX.2015 

Çapa göndərilmə tarixi 

9.XI.2015 



 

 

_________ 



Yüklə 188,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə