T ü r k o L o g I y a №4



Yüklə 268,3 Kb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü268,3 Kb.
#64044


T Ü R K O L O G İ Y A  

 

№ 4 

2015 

 

 



 

 

 

 

 

 

İSMAYIL MƏMMƏDLİ 

 

BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA 

DİL SƏNƏTKARLIĞI 

 

X  ü  l  a  s  ə.  XX  əsr  Azərbaycan  ədəbiyyatının  dahi  şairlərindən  biri  də  B.Vahabzadədir. 

Onun yaradıcılığı Azərbaycan poeziyasının ən dəyərli, gələcək nəsillərə örnək ola bilən təkrarsız 

mənəvi incilərdir. Şairin yaradıcılığında Vətən eşqi, yurduna bağlılıq, türkçülük, azərbaycançılıq, 

ana  dilinə  hədsiz  məhəbbət  və  başqa  keyfiyyətlər  nəzər-diqqəti  cəlb  edir.  Şairin  şeirlərində 

təbiilik, səmimiyyət, hər bir oxucunun qəlbini ovsunlamaq olduqca güclüdür. Onun bütün şeirləri 

şairin duyğularının poetik səslənişidir. 

 

Açar sözlər: Bəxtiyar Vahabzadə, şeir, dil, həyat fəlsəfəsi, poeziya 

 

Hər bir yazıçının öz dövrünün bədii kon-

tekstindəki  yerini,  mövqeyini  müəyyənləşdir-

mək üçün onun ədəbi-bədii irsinin bədii dil ba-

xımından tədqiqinə  böyük  ehtiyac  vardır. Ona 

görə  ki,  bədii  söz  ustalarının  əsərlərindən  ya-

şadıqları  zəmanənin,  epoxanın  dil  mənzərəsi 

canlanır,  ifadə  imkanları,  zənginlikləri  bu  gü-

nümüzə, gələcəyə boylanır. Həmçinin sənətkar 

dövrünün  dil  materialının  dinamikliyə  meyilli 

olanlarını  (hətta  qismən  meyilli  olanlarını  da 

belə) hərəkətə gətirir, onlara bədii enerji verir. 

Mövzusuna uyğun  dil  elementlərini  seçib-san-

ballayır. Nəticədə bədii dil, ümumən isə həmin 

epoxanın  ədəbi-bədii  dili  yerində saymır, cila-

lanır,  təşəkkül  tapır,  kamilləşir,  zənginləşir. 

Xalqın bəxti onda gətirir ki, bədii ecaz yaradan 

sənətkarlar  az-az  da  olsa  yaranırlar.  Belə  us-

tadlar  həm  bütöv  bir  xalqın  dilini,  ədəbiyyatı-

nı,  ən  nəhayət,  elin-ulusun  varlığını  yaşatdıq-

ları  üçün  özləri  də  tarixin  yaddaşına  həkk 

olunurlar. 

Azərbaycan  Respublikasının  Prezidenti  İl-

ham Əliyev cənabları ölkəmizin bütün elm, təhsil 

ocaqlarında, yaradıcılıq, mədəniyyət birliklərində 

görkəmli şairimiz Bəxtiyar Vahabzadənin 90 illik 

ildönümü  ilə  əlaqədar  tədbirlərin  keçirilməsinə 

dair  sərəncam  imzalamışdır.  Xalqımız  Bəxtiyar 

Vahabzadəni  bir  şəxsiyyət kimi,  şair kimi,  peda-

qoq kimi, müəllim kimi, nəhayət, elin, xalqın tə-

əssübünü çəkən bir eloğlu kimi, şərəfli oğlu kimi 

çox sevir, dəyərləndirir. Vahabzadə kimi insanlar 

bizdən,  dünyadan  cismən  gedirlər,  onlar  əbədiy-

yətə qovuşurlar,  mənən  həmişə  sağdırlar. O əbə-

diyyətə  qovuşurlar  ki,  orada  xalq  yaddaşı,  xalq 

ürəyi, xalq sevgisi var. 

Ölməz  şairimiz  Bəxtiyar  Vahabzadənin 

bu misralarını söyləmək istərdim: 



 

Şairlər (1969) 

 

Şairlər, şairlər, bircə söz üstə. 



Sübhədək yaxındız ürəyinizi 


BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA DİL SƏNƏTKARLIĞI 

 

 



91 

Sizi görmədilər heç vaxt diz üstə 

Qəribə yaradıb təbiət sizi. 

Şair – Fikirlərin çırpınan seli. 

Şair – Həqiqətin müğənnisidir. 

Şair – Təbiətin danışan dili. 

Şair – Cəmiyyətin üsyan səsidir. 

Şair – Zəmanənin, əsrin vicdanı, 

Şair – Tarixlərin şərəfi, şanı. 

Şair – Bu dünyaya zamanın sözü. 

Şair – Həqiqətin, haqqın aynası [1. S.57]. 

 

Bütün bu keyfiyyətlər, bu qənaətlər məhz 



sözün  tam  mənasında  Bəxtiyar  Vahabzadənin 

özünü,  onun  dünyasını,  mənəviyyatını,  amalını 

səciyyələndirir. 

«Ağlar güləyən», «Yollar – Oğullar», «Tə-

zadlar», «Mərziyə», «Fəryad» kimi poetik əsərlə-

ri şairin yaşadığı ömründə rastlaşdığı haqsızlıqla-

ra, xalqının, millətinin yolunda keçirdiyi narahat-

lıq, qayğıların nəticəsi olaraq yaranmışdır. 

B.Vahabzadə  Azərbaycan  ədəbi-bədii, 

fəlsəfi-estetik  və  milli-mənəvi  düşüncəsinin 

formalaşmasında  misilsiz  xidmətləri  olan  şair, 

publisist,  cəsarətli  ictimai-siyasi  xadim,  mü-

bariz  nəsil  yetişdirən  müdrik  müəllim,  vətən-

daş ziyalıdır. Müqtədir sənətkar anadilli poezi-

yamızın  ən  dəyərli,  ən  yaxşı  ənənələrindən 

bəhrələnməklə  şeirimizə  yeni  ruh,  yeni  nəfəs, 

vətəndaşlıq  mövzusu,  dərin  ictimai  məzmun, 

həmişə  öz  dəyərini,  öz  aktuallığını  qoruyub 

saxlayan  məfkurə  istiqaməti  gətirmiş  və  ədə-

biyyatımızda  azərbaycançılıq  ideologiyasının 

güclənməsində,  formalaşmasında  və  həmişə 

davam  edə  biləcək  bir  prosesə  çevrilməsində 

aparıcı rol oynamışdır. 

Bəxtiyar Vahabzadə sabahına – gələcəyə 

nikbinliklə  baxan,  ana  dilimizin  saflığı  uğrun-

da  yorulmadan,  barışmaz  şəkildə  mübarizə 

aparan  şairdir.  O  yalnız  Azərbaycanda  deyil, 

bütün  türk  dünyasında  sayılıb-seçilən,  tanınan 

və  sevilən  qüdrətli  qələm  sahiblərindəndir. 

Bəxtiyar  Vahabzadə  adı  Azərbaycan  ədəbiy-

yatı tarixinə,  Azərbaycan  mədəniyyəti tarixinə 

qızıl  hərflərlə  yazılmışdır.  Böyük  mütəfəkkir, 

filosof  şairin  öz  təbiri  ilə  desək,  xalqı  bilmə-

dən,  mənəviyyatını  duymadan  onun  –  xalqın 

qəlbinə yol tapmaq çətindir. Azərbaycan xalqı-

na,  onun  dilinə  və  mədəniyyətinə,  ədəbiyyatı-

na  yüksək  sevgi  bəsləyən  alman  alimi  Əhməd 

Şmide  B.Vahabzadə  haqqında  dəyərli  sözlər 

söyləmişdir: «Bir insanın öz xalqını və öz doğ-

ma  dilini  dəlicəsinə  sevə  bilmək  qabiliyyətini 

mən  Bəxtiyar  Vahabzadədən  öyrəndim».  Bu 

sözlər ölməz şairimizə, ana dilimizə, Azərbay-

can  xalqına  alman  mütəfəkkirinin  sevgisinin, 

hörmətinin bariz ifadəsi kimi səslənir. 

Xalq  şairinin  bədii  yaradıcılığı  zəngin, 

çoxşaxəli və çoxmövzulu, milli hisslərin tərən-

nümü,  dəyəri,  əhatə  dairəsi  etibarilə  olduqca 

geniş,  çoxkoloritli,  mübariz  bir  ədəbiyyat  nü-

munəsi  kimi  mədəniyyət  və  ədəbiyyatımızı 

təmsil edir və edəcəkdir. 

Böyük  yazıçı  Çingiz  Aytmatov  vaxtilə 

deyirdi:  «Tək-tənha  qalanda,  bir  neçə  kəlmə 

ilə  “Həyat  nədir?”  sualına  cavab  axtaranda 

yalnız  sözü  fikrindən-obrazdan,  ruh  və  nəfəs-

dən  yoğurulmuş  həqiqi  şairlər  sənin  yaşamaq 

eşqinə,  düşüncələrinə  qol-qanad  verir.  Müasi-

rimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir: 

Yaradıbdır inam məni, mən inamın övla-

dıyam... Məncə, bu  misralar şairin  yaradıcılığı 

üçün çox rəmzi və xarakterikdir. Bəxtiyar Va-

habzadə öz möhtəşəm poeziya məbədini ucalt-

maqdadır. (Bu sözlər söylənəndə hər iki sənət-

kar –  Cingiz  Aytmatov  və B.Vahabzadə –  sağ 

idi. – İ.M.). O, qüdrətlidir. Bu məbədi ucaldan 

əllər mahir və qadir əllərdir. Bu əllərin qoydu-

ğu özül möhkəm və gözəldir. Oxucu bu məbə-

di tez-tez ziyarət etməlidir» [1. S.7]. 

Bəxtiyar  Vahabzadə  dilin  lüğət  tərkibin-

dəki sözləri poetik məqsədinə uyğun olaraq öz 

ilkin,  nominativ  mənalarından  fərqli  məna  ça-

larlarında  götürərək  arzu  etdiyi  məzmuna, 

şəklə  salmağın  misilsiz  ustadıdır.  Şair  bunu  o 

qədər  ustalıqla,  o  qədər  təbii  halda  edir  ki, 

heyrətlənməyə  bilmirsən. Fikrimizə  sübut üçün 

aşağıdakı  poetik  parçalara  nəzər  salaq.  Xalq 

şairi «Düşüncə-söz» şeirində belə yazır: 




İSMAYIL MƏMMƏDLİ 

 

 



92 

Söz – fikrimin, düşüncəmin 

Qəlibidir, 

Öz şəklidir. 

Düşüncələr – havadakı quşa bənzər. 

Sözlər – quşa atdığım daşa bənzər. 

Dəyə bilsə səninkidir, 

Dəymədisə – 

Daşdan küsmə, 

Özündən küs. 

incidən əlini üz. 

Ürəkdədir o, qönçələr... 

Hansı gözə görünübdür 

düşüncələr? [1. S.94] 

 

Söz leksik vahidinin izahlı lüğətdə 10 mə-

nası  göstərilir  [2.  S.149].  Bunlardan  bir  neçə-

sini  göstərək:  1.  Bir  şey  və  ya  hadisə  haqqın-

dakı  anlayışın  səslə  ifadəsindən  ibarət  olan 

nitq  vahidi;  kəlmə.  8  Fikir,  mülahizə,  rəy  [2. 

S.148–149].  O  birisi  mənalar  başqa-başqa  an-

lamlardadır (dil, nitq, əmr, göstəriş, vəd, icazə, 

iş, hadisə və s.). Böyük sənətkarımız isə şeirin-

də  sözü-fikrinin, düşüncəsinin qəlibi, öz şəkli; 

quşa  atılan  daş,  inci,  qönçələr  adlandırır. 

Gördüyümüz kimi,  Bəxtiyar Vahabzadə  sözün 

izahlı  lüğətdəki  mənalarından  tamam  fərqli 

məna  çalarlıqlarını  işlətmiş,  ona  tamam  yeni 

baxışdan  yanaşmış,  bədii  məqsədinə  tabe  et-

mişdir [2. S.7]. 

Son  illərdə  şifahi  ədəbi  dillə  yazılı  dil 

arasında  intensiv  yaxınlaşma,  qarşılıqlı  təsir, 

bir-birinə  təmas  etmə  daha  güclü  müşahidə 

olunur.  Canlı  danışığın,  ana  dilimizin  frazeo-

logiya  xəzinəsi,  xüsusən  də  folklor  inciləri, 

ümumilikdə  xalq  dilinin  yazılı  və  şifahi  ədəbi 

dilə təsirini ümumən səmərəli, faydalı,  müsbət 

hadisə  kimi  qiymətləndirmək  lazımdır.  Belə 

faktlardan ustad şairimiz B.Vahabzadə bol-bol 

bəhrələnmişdir: 

 

Yad dildə məktub yazıb qardaş öz qardaşına, 



Bu məktubu oxuyan nə kül töksün başına? 

Hökmünə bax həsrətin, hökmünə bax zillətin! 

Bəs anası yox imiş bu zavallı millətin? [3. S.39] 

Şair  xalq  zərbi-məsəllərinə,  atalar  sözlə-

rinə  yeni  ruh,  yeni  nəfəs  verməklə onları poe-

ziyanın malı etməyə adətkərdədir: 

 

Göl  olmuşam  dama-dama  (Dama-dama 

göl olar...) 

Məlhəm qoyma sən yarama 

Bu sevdaya, bu məqama 

Daha betər bağla məni [1. S.290]. 

 

Haqqın yolu – öz yolumdur, 



Əyilməyən düz yolumdur 

Xeyirlə şər sağ – solumdur 

Şeytan başqa, mələk başqa [4. S.293]. 

 

Ustadımızın  «Ehtiyat»  şeirində  ehtiyat, 



cəsarət, qorxu, cürət, sözlərinə yeni poetik dü-

şüncə,  tamam  yeni  baxış,  yeni  yanaşma,  yeni 

və  fərqli  münasibət  diqqətçəkəndir.  B.Vahab-

zadə  M.Qorkinin  «Cəsurların  dəliqanlılığına 

şərəf  nəğməsi  oxuyuruq»  epiqrafını  şeirə  baş-

lıq seçmişdir: 

 

Ehtiyat sözündən ehtiyatlıyam, 

Ehtiyat – hər yerdə ehtiyac olmur. 

Hər sözdən özünü qoruyan ilham 

Ayaqda sürünür, başda tac olmur. 

Ehtiyat – bir təhər baş dolandırmaq, 

Cəsarət – ya həyat, ya ölüm ancaq! 

Ehtiyat vergüldür, nöqtə deyil, yox! 

Ehtiyat çalardır, rəng ola bilməz! 

Deyirəm dünyada bir qəhrəmanlıq 

Kölə ehtiyatdan doğula bilməz. 

Qorxur cəsarətdən qorxu da şəksiz 

Onun övladıdır igidlik, hünər. 

Axı cəsarətsiz, axı ürəksiz 

Qapını döyməmiş hələ bir zəfər. 

Cəsarət çətindir, ehtiyat asan 

Qorxudur alçaldan, axı hər kəsi [1. S.87–88]. 

 

Şairin  şeirlərində  frazeoloji  birləşmələr 



çox  uğurla  işlənib  bədii  məqsədə  xidmət  edir. 

Ürək, baş, göz, dil, əl, ayaq, qulaq və s. sözlərin 

iştirakı  ilə  yaranan  frazeologizmlər  Bəxtiyar 




BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA DİL SƏNƏTKARLIĞI 

 

 



93 

Vahabzadənin  demək  olar  ki,  bütün  lirik  şeirlə-

rində gen bol işlənir, məs.: Ürəyinin teli qırılmaq 

[5. S.210], ürəyinə su səpilmək [5. S.123]; ürəyini 



gəmirmək  [5.  S.84],  ürəyinə  dammaq  [5.  S.15], 

ürəyi sıxılmaq [5. S.94], ürəyini yemək [6. S.151], 

ürəyini  boşaltmaq  [6.  S.180],  ürəyi  uçmaq  [6. 

S.130],  gözündən  qığılcım  çıxmaq  [7.  S.86],  göz 



olmaq  [7.  S.105],  dili  söz  tutmamaq  [8.  S.170], 

dilə  tutmaq  [8.  S.16],  dilini  gödək  eləmək  [8. 

S.147]  və  s.  sabit  söz  birləşmələri  dediklərimizə 

sübutdur. 

 

Məqalənin elmi yeniliyi və tətbiqi əhə-



miyyəti.  Məqalədə  B.Vahabzadənin  poeziya-

sının  dil  və  üslub  xüsusiyyətlərinin  təhlili,  el-

mi  şərhi  verilmişdir.  Azərbaycan  ədəbi-bədii 

dilinin  çağdaş  dövrümüzdəki  inkişaf  meyillə-

rində  və  bu  istiqamətdə görkəmli  sənətkarımı-

zın uğurlu tapıntılarına diqqət ayrılmışdır.  

Bu  məqalədən  bədii  dilimizin  mükəm-

məl  üslubiyyat  məsələlərinin  müəyyənləşdiril-

məsində faydalanmaq olar. 

 

Ə D Ə B İ Y Y A T 

 

1.  Vahabzadə  Bəxtiyar.  Seçilmiş  əsərləri: 

İki cilddə. Bakı: Öndər, 2004, C. 1. 

2.  Azərbaycan  dilinin  izahlı  lüğəti.  Bakı: 

Şərq-Qərb, 2006. C. 3.  

3. Vahabzadə B. Əsərləri. Bakı, 2002. C. 5. 

4. Hacıyev T. Şeirimiz, nəsrimiz, ədəbi dili-

miz. Bakı, 1990. 

5.  Vahabzadə  Bəxtiyar.  Açılan  səhərlərə 

salam. Bakı: Yazıçı, 1979. 

6.  Yenə  onun.  Vətən  ocağının  istisi.  Bakı: 

Gənclik, 1982. 

7.  Yenə  onun.  Əsərləri.  Bakı:  Azərbaycan, 

2001. C. 1. 

8. Yenə onun. Vətəndaş. Bakı: Gənclik, 1994. 

 

 



 

ISMAYIL MAMMADLY 

 

LANGUAGE OF POETRY OF BAKHTIYAR VAHABZADEH 

 

S u m m a r y 

 

In  the  second  half  of  the  last  century  the  most  disturbing  issue  for  Bakhtiyar  Vahabzadeh 



was the preservation of Azerbaijanian language. 

Bakhtiyar Vahabzadeh wrote in the native language and whith in this he proved that, only in 

this language he could express his thoughts and feelings to the large mass of the people. Mother 

tongue  is  the  purpose  and  destiny  of  his  creative  activity.  The  poet’s  the  most  significant 

achievement  during  the  Soviet  period  was  to  win  the  development  of  his  mother  tongue  in  the 

official state  institutions. The  struggle  for  language was the  main  goal of  his  life  and one of the 

most important issues of his all-round creative activity.  

 

Key words: Bakhtiyar Vahabzadeh, poem, language, life philosophy, poetic 

 

 



 

 

 

 


İSMAYIL MƏMMƏDLİ 

 

 



94 

ИСМАИЛ МАМЕДЛИ 

 

ЯЗЫК ПОЭЗИИ БАХТИЯРА ВАГАБЗАДЕ 

 

Р е з ю м е 

 

Статья  посвящена  языку  поэзии  народного  поэта  Азербайджана  Бахтияра  Вагабзаде. 



В  ней  анализируются  взгляды  поэта  на  художественный  язык,  а  также  фразеологизмы, 

пословицы и поговорки, встречающиеся в его произведениях. 



 

Ключевые  слова:  Бахтияр  Вагабзаде,  стихотворение,  язык,  философия  жизни, 

поэзия 

 

 



 

Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik  İnstitutu – 

şöbə müdiri, fil.e.d. 



 

e-mail: s-solmaz@mail.ru 

 

 



 

Çapa təqdim edən 

Solmaz Süleymanova – 

«Türkologiya» jurnalının 

baş redaktorun müavini 

  

Məqalənin redaksiyaya  

daxil olma tarixi  

 

 



18.VI.2015 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi  

 

 



1.VII.2015 

Çapa göndərilmə tarixi 

9.XI.2015 



 

 

 



________ 

 

 



Yüklə 268,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə