T ü r k o L o g I y a köNÜl həBİbova



Yüklə 95,93 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü95,93 Kb.
#10324


T  Ü  R  K  O  L  O  G  I  Y  A

KÖNÜL HƏBİBOVA

«KİTABİ-DƏDƏ QORQUD» DASTANLARININ DİLİNDƏ 

QƏNAƏT PRİNSİPİNİN PSİXOLİNQVİSTİK ŞƏRHİ

X  ü  l  a  s  ə.  Dünya  dilçiliyində  «ellipsis»  hadisəsinə  müxtəlif yanaş- 

malar  olsa  da,  fransız  fılosofu  Dümarse  onu  daha  çox  psixolinqvistik 

hadisə kimi dəyərləndirirdi.  Amma bu hadisə eyni  zamanda insan nitqi ilə 

də birbaşa  əlaqəlidir.  Belə  ki,  ellipsis  dildə  qənaət  prinsipi  ilə  izah  edilir. 

Bu  nöqteyi  nəzərdən  bu  məqalədə  ellipsisin  psixolinqvistik  səciyyəsi 

verilir.

Təbii  haldır  ki,  ellipsis  dildə  yeni  bir  hadisə  deyil.  Bu  hadisəyə  dili- 

mizin tarixindən xəbər verən «Kitabi-Dədə  Qorqud»  dastanlarının  dilində 

də  rast  gəlinir.  Burada  ellipsisin  ilkin  primitiv  formalarda  təzahürü  daha 

çox təsadüf edilir  ki,  bu  faktların  da  araşdırılması  dil  təxəyyülü  ilə  bağlı 

bir sıra məsələlərin həllində yardımçı ola bilər.

A çar sözlər:  dildə qənaətprinsipi, psixolinqvistika, səssiz nitq, 

ellipsis, psixoloji durum

Məlumdur  ki,  insanın  daxili  (səssiz)  nitqi  onun  səsli  nitqinin 

törəməsidir.Yəni  səsli nitq yaranma etibarı ilə daxili nitqdən daha ilkindir. 

Səssiz  nitqin  isə  formalaşması  daha  sonrakı  mərhələnin  məhsuludur.  Bir 

məqamı  da  vurğulayaq  ki,  səsli  nitq  sərti  də  olsa,  üzvlənə  bildiyi  halda 

səssiz  nitq  bu  xüsusiyyətdən  məhrumdur və  səsli  nitqlə  müqayisədə  daha 

sürətli  və  bəzən  də  anidir.  İnsan bir  an  içində  ətrafda baş  verənləri  səssiz 

nitqlə  şüurunda  təhlil  edərək  dəyərləndirib  ona  səsli  nitqlə  münasibət 

bildirir.  Çox  güman  ki,  ellipsis  məhz  sonuncu  prosesin  məhsuludur.  Bir 

çox  tanınmış  tədqiqatçıların  dəfələrlə  haqqında  bəhs  etdiyi  dilin  qənaət 

prinsipi  səssiz  nitqin  səsli  nitqə  çevrilməsi  zamanı  yaranır  və  bu  zaman 

müəyyən  dil  vahidlərinin  buraxılması  səssiz  nitqdə  istifadə  olunan  kom- 

ponentlərin konkretliyindən irəli gəlir.

Burada  özünü  biruzə  verən  qənaət  prinsipinə  görə  yalnız  o  dil  hadi- 

sələri  sabit,  dəyanətli  olur  ki,  onlarda  minimum  tənəffüs  məsrəfi,  asan



yaddaqalma,  şəklini  dəyişmə  və  s.  birləşmiş  olsun.  Məhz  bu  baxımdan 

elliptik  formaya  malik  nitq  konstruksiyalarının  qrammatik  tamamlanma- 

sına semantik cəhətdən heç bir ehtiyac  duyulmur,  çünki  onlar  struktur cə- 

hətdən  formalaşmada  sərbəstdir.  Tədqiqatçılar  ellipsisi  sintaktik  səviyyə- 

də  tədqiq  edərkən əsasən onun aşağıdakı  növlərini  fərqləndirilər:  1)  nitqi 

ellipsis; 2) qrammatik ellipsis;  3)  semantik ellipsis  [1.  S.  15].

Rus  tədqiqatçılarından  T.  A.  Kolosova  ellipsisin  iki  növünü  fərqlən- 

dirir:  qrammatik  və  semantik  ellipsis  [2.  S.  102].  N.  D.  Arutneva  isə  se- 

mantik ellipsisi  adət halını  almış  (npHBHHHHä)  ellipsis  adlandırır  [3.  S.  26]. 

Belə  bölgüyə  O.  Y.  Qoyxmanın  [4.  S.  156],  N.  N.  Leontyevanın  da 

tədqiqat əsərlərində  [5.  S.  30]  rast gəlinir.  E. N.  Savvina ellipsisin mövcud 

xüsusiyyətlərini üç əsas amillə əlaqələndirir:  1) fikri  natamamlıq; 2) mövcud 

«tam  konstruksiya»ya  münasibətdə  elliptik  konstruksiyanın  ikinci  dərəcəli 

(törəmə)  olması;  3)  biri  digərindən  asılı  olmayan  dil  vahidlərinin  sintaq- 

matik asılılığı və ya,  başqa sözlə desək,  cümlələrdə əksini tapmayan aktiv 

və  ya  passiv  sintaktik  vahidlərin  mövcudluğu  [6.  S.  5].  Yuxarıda  sada- 

lanan  təsnifatlardan  ellipsisisin  qrammatik  və  semantik  deyə  iki  qrupa 

ayrılması  daha  məqsədəuyğundur.  Qrammatik  ellipsisi  isə  tam  və  nata- 

mam  olmaqla  daha  iki  növə  ayırmaq  olar.  Fikrimizcə,  tam  qrammatik 

ellipsis  sözlər və  ifadələr  qənaətini,  natamam  ellipsis  isə  şəkilçilər  səviy- 

yəsində  təzahür  edir.  Şəkilçilərin  sözlərdən  törədiyi  nəzərə  alsaq,  birin- 

cinin  daha  qədim  və  ilkin  olması  mülahizəsini  irəli  sürə  bilərik.  Maraq- 

lıdır  ki,  qrammatik  ellipsisisin  hər  iki  növünə  «Kitabi-Dədə  Qorqud» 

dastanlarında  rast gəlirik.  Məsələn,  sözlərin ellipsisə uğradığı nümunələr: 



Bayandır xan  bənim  nə  əksüglügüm  gördi?  (Əksüglügüm).  Qılıncdanmı 

gördi,  süfrəmdənmi  gördi?  [7.  S.  34];  A t  ayağı  külük  (olur),  ozan  dili 

çevik olur  [7.  S.  36]; Kəndülər atlu  (getdilər),  babanı yayan yüritdilər  [7. 

S.  40];  Biz kafərə  salam  vergil,  (səni)  öldürmiyəlim!  [7.  S.  43];  «Bir 



əyər,  bir uyan (gətirin)» -  dedi,  gətürdilər [7.  S.  117] və s.

Ünsiyyət  prosesi  özü-özlüyündə  informasiya  mübadiləsidir.  Bu  mü- 

badilə zamanı  faktların  ekspressiv-emosional rəngarəngliyi  bir  çox üslubi 

vasitələrlə  bərabər,  həm  də  elliptik  cümlələr hesabına reallaşır.  Ümumiy- 

yətlə,  elliptik  cümlələrdə  modallıq  və  zaman  modifikasiyalarına  məxsus 

sintaktik  göstəricilərin  əks  olunmaması,  təbii  ki,  digər  cümlə  tipləri  ilə 

müqayisədə  onların  dilin  sintaksisində  mövqeyi  haqqında  sual  doğurur. 

Çünki  elliptik  konstruksiyalar  psixolinqvistik  hadisə  olan  ellipsisin 

məhsulu  kimi  bütöv  cümlələrdən  fərqli  olaraq,  dil  modeli  kimi  cümlənin 

kommunikativ və  struktur tiplərinə xas  olan qanunauyğunluq və  qaydalar 

baxımından  analiz  oluna  bilməz.  Çünki  burada  ekstralinqvistik  faktorlar: 

situasiya,  psixoloji  durum,  informator  və  adresatın  intellektual  səviyyəsi 

və  s.  elliptik  cümlələrin  formalaşmasında  aparıcı  amillərdir.  Bu  zaman 

nitqdə öz əksini tapmayan sözün və ya ifadənin semantik yükünü kontekst




daşıyır:  Bəg nökərdən,  nökər  bəgindən  ayrıldı  [7.  S.  50];  Əzrayili  nə  ça- 

vuş gördi,  nə  qapuçı  [7.  S.  79];  Oyarmaq  bəndən,  savaşuban  hünər gös- 

tərmək səndən  [7.  S.  91];  Çün av yarağı oldı,  kim  atın ögər,  kim  qılıncın, 

kim çəküb ox atmağın ögər  [7.  S.  104];  Əski tonın biti,  öksüz oğlanın dili 

acı olur [7.  S.  111] və  s.

İnformasiyanın  sıxlaşdırılmış,  son  dərəcə  lakonik  formada  ifadəsi 

həm  psixoloji,  həm  də  linqvistik  baxımdan  elliptik  cümlələrlə  mümkün 

olduğu  üçün  atalar  sözləri  və  qanadlı  ifadələrin  də  böyük  bir  qismi  bu 

konstruksiyalar  əsasında  formalaşıb.  Bu  fakt  və  yuxarıda  gətirilən 

misallar bizə onu  deməyə əsas verir ki,  ellipsis (başqa  sözlə desək,  nitqdə 

qənaət)  hadisəsi  psixoloji  bir  hadisə  kimi  uzun  bir  tarixə  malikdir.  Dil 

insan  psixikası  ilə  sıx  bağlı  olduğundan  nitqdə  təzahür  edən  hər  bir 

hadisənin az və ya çox dərəcədə psixoloji baxımdan izahı olmalıdır.  Eləcə 

də  ellipsis  hadisəsinə  psixolinqvistik  dəyər  vermənin  də  xüsusi  önəmi 

vardır.

«İzahlı  dilçilik terminləri»  lüğətində  elliptik  sözü  ‘ellipsis  hadisəsinə 



məruz  qalmış,  ellipsis  ilə  əlaqədar,  bağlı  olan’  anlayış  kimi  izah  edilir: 

«Ellipsis  -   ifadənin  hər  hansı  bir  elementinin  buraxılması  (atılması, 

ixtisarı).  Həmin  element  mətndən  və  situasiyadan  asılı  olaraq,  asanlıqla 

bərpa edilə  bilər»  [8.  S.  71].  Dünya dilçiliyində ellipsis hadisəsinə yanaş- 

malar  müxtəlif olmuşdur.  Məsələn,  ispan  filosofu-qrammatisti  F.  Sançes 

(Sanktius)  ellipsisi  qrammatik hadisə kimi  qiymətləndirdiyi  halda,  fransız 

filosofU  S.  Dümarse  ellipsisə  kifayət  qədər  fərqli  şərh  verir.  O,  haqlı 

olaraq,  ellipsisi daha çox psixoloji hadisə kimi dəyərləndirirdi  [9.  S.  40].



Ellipsis  (elleipzis)  yunan  sözü  olub  ‘buraxılma’  deməkdir.  Biz  nitqi- 

mizdə çox vaxt müəyyən ixtisarlarla danışırıq.  Bir dəfə söylənilənin ikinci 

dəfə  təkrarlanmasına  yol  vermirik.  Çünki  təkrarlar  bəzən  nitqə  emosio- 

nallıq  gətirdiyi  halda,  bəzən  isə  onu  müxtəlif  çalarlardan  məhrum  etmiş 

olur.  Bu  paralelliyə  biz  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  rast 

gəlirik:  Gögdən  ildırım  ağ-ban  evimin  üzərinə  saqır gördüm.  Düm  qara 



pusarıq  ordımın  üzərinə  tökülü  gördüm.  Quduz  qurtlar  evimi  dəlir 

gördüm.  Qara dəvə ənsəmdən qarvar gördüm...  [7.  S.  44].  Burada təkrar 

olunan gördüm  feli  əvvəldə baş  cümlə  kimi  deyil,  sonda  cümlənin xəbəri 

kimi çıxış edir.

Daha  bir  nümunəyə  nəzər  yetirək:  Bu  məhəldə  qalın  oğuz  bəgləri 



yetdi,  xanım,  görəlim  kimlər yetdi:  Qaradərə  ağzında qara  buğa dərisin- 

dən  beşiginin  yapuğu  olan...  Qazan  bəgin  qardaşı  Qaragünə  çapar 

yetdi:  «Çal  qılıncın,  qardaş  Qazan,  yetdim!»  -   dedi;  Bunun  ardınca, 

görəlim,  kimlər yetdi:  Dəmir qapu Dərvəndəki dəmir qapuyu dəpib  alan, 

altmış  tutam  ala  köndərinin  ucunda  ər  bəgürdən  Qıyan  Səlcük oğlı Dəli


Dondar  çapar yetdi:  «Çal qılmcm,  qardaş  Qazan,  yetdim!»  -  dedi...  [7. 

S.  117].

Dastanda  bu  siyahı  köməyə  gələnlərin  sayı  artdıqca  eyni  ilə  təkrar 

olunmaqla  davam  edir.  «Salur  Qazanın  evinin  yağmalanması»  boyundan 

gətirdiyimiz  bu  qəbil  nümunəyə  «Bamsı  oğlu  Beyrək»  boyunda  da  rast 

gəlirik.


Müasir dilimizdə nitq zamanı bu cür təkrarlara çox az yer verilir.  Belə 

ki,  indi  belə  təkrarlardan  nitqə  poetik  çalar  vermək üçün  istifadə  olunur. 

Adi  nitqdə  isə  cür  konstruksiyaların  yerini  indi  həmcins  üzvlü  cümlələr 

tutur.  Buradan  da  belə  bir  mülahizə  irəli  sürmək  olar  ki,  həmcins  üzvlü 

cümlələr  məhz  ellipsis  hadisəsinin  məhsuludur.  K.  M.  Abdullayev  belə 

hesab  edir  ki,  «ellipsisləşmə  dolayısı  ilə  cümlə  quruluşunda  danışanın, 

informasiya verənin  əvvəlcədən  nəzərdə tutduğu modelin təqdim  edilmə- 

sinə xidmət edir»  [10.  S.  77].

Türkoloji  ədəbiyyatlara  nəzər  saldıqda,  qeyd  etməliyik  ki,  burada  da 

ellipsisə münasibət birmənalı olmayıb.  Məsələn,  oğuz qrupu türk dillərində 

elliptik  yarımçıq  cümlələr  müxtəlif  terminlər 

adı  altında  tədqiq 

olunmuşdur.  Məsələn,  türk  dilində  xəbərsiz yarımçıq  cümlə  [11.  S.  506], 

xəbəri  mətndən  anlaşılan  cümlələr  [12.  S.  54;  13.  S.  273],  yarımçıq 

cümlənin frazeoloji  tipi  [14.  S.  113]  kimi  adlandırılmışdır.  Lakin  oğuz 

qrupu  türk  dillərinə  daxil  olmayan  tatar  dilində  həmin  cümlələr  elliptik 



konstruksiyalar adı altında öyrənilmişdir [15.  S.  4-10].

A. 


C.  Emre  elliptik  cümlələrdən  bəhs  edərkən,  bir  çox  tədqiqatçılar 

kimi,  onları  digər cümlə növlərindən  fərqləndirməyərək,  onlara dair xəbəri 



mətndən  anlaşılan  cümlələr  adı  altında  misallar  verir:  Kiskin  sirke  kabına 

zarar  (verir); Bir görsüs,  bir  bilaz (Yalnız bir defa görmekle ancak eksin 

bilgi  edilir);  Kor kırılsa yer kinde  baş yarılsıbörk içinde  (kalmalıdır)  [13. 

S.  273].

Leksika və  morfologiya ilə müqayisədə  sintaksisdə baş verən proseslər 

daha  ləng  gedir,  bunların  bəziləri,  çox  ehtimal  ki,  hələ  yazıyaqədərki 

dövrdən  başlamasına  baxmayaraq,  bu  gün  də  davam  etməkdədir.  «CpaB-

HHTe^bHO-HCTOpHHeCKHH  CHHTaKCHC  BOCTOHHO-C^aB^HCKHX  A3bIKOB»

(«Şərqi  slavyan  dillərinin  müqayisəli  sintaksisi»)  əsərində  iddia  edilir  ki, 

sintaksisi  tədqiq  edən  dilçi  (morfologiyanı  tədqiq  edəndən  fərqli  olaraq) 

ciddi və xronoloji müəyyənliklərə əsaslanan qanunlarla deyil,  böyük zaman 

kəsiyini  əhatə  edən  tendensiya  və  proseslərlə  işləməlidir  [16.  S.  280].  Bu 

fikrə  əsaslanaraq,  qeyd  etmək  lazımdır  ki,  elliptik  cümlələrin  qədim 

dövrlərdən  başlayaraq,  dilimizdə  mövcud  olması  faktını  heç  cür  inkar 

etmək  olmaz.  Bu  baxımdan  da  ellipsisin  psixolinqvistik  şərhini  «Kitabi- 

Dədə  Qorqud»  dastanlarının dil  materiallarına  söykənərək verməyimiz  heç 

də təsadüfi  deyil.  Belə  ki,  biz  qədim  abidəmiz  olan bu  dastanların  dilində 

eyni tipli konstruksiyaların diferensial  formalarına  (bütöv və yarımçıq) rast




gəlirik.  Müasir  dövrdə  isə  bu  məsələ  bir  qədər  konkretləşib  və  elliptik 

formaların daha mürəkkəb variantları müşahidə olunur.

Dastanda  şəkilçilərin  ellipsisə  məruz  qaldığı  nümunələrə  də  nəzər 

yetirək:  Ana  həqqi  -   tənri  həqqi(dir)  [7.  S.  47];  Ol  zəmanda  bəglərin 



alqışı  alqış  (idi),  qarğışı  qarğış  idi  [7.  S.  52];  Beyrəgi  Qara Dərvənddə 

öldürmişlər,  uş  da  nişanı(dır),  sultanım!  [7.  S.  58];  Xanım,  sazdən  bir 

adam  çıqar,  apul-apul yürüyişi  adam  kibi(dir)  [7.  S.  98];  Bəkil yuqaru 

baqdı:  «Gög iraq(dır),  yer qatı(dır)» -  dedi  [7.  S.  106]; At, yaraq və  işıq 

Bəkilin(dir), Bəkil içində degil!  [7.  S.  107] və  s.

Yuxarıda  gətirdiyimiz  həm  tam,  həm  da  natamam  ellipsisə  şamil 

etdiyimiz nümunələr dastanda bu hadisənin heç  da çox primitiv olduğunu 

deyil,  bu fikrin tam əksini  sübut etmiş olur.  Belə ki, bu nümunələr göstərir 

ki,  dastanın yazıya alındığı  dövrdə  ellipsis  nitqdə  özünə  kifayət  qədər yer 

etmiş bir psixolinqvistik fakt kimi təzahür edir.

Semantik  ellipsisə  gəlincə  isə  qeyd  edək  ki,  E.  N.  Savvina  [6]  se- 

mantik ellipsisin varlığını üçüncü amillə (biri digərindən asılı olmayan dil 

vahidlərinin  sintaqmatik  asılılığı  və  ya,  başqa  sözlə  desək,  cümlələrdə 

əksini  tapmayan  aktiv  və  ya  passiv  sintaktik  vahidlərin  mövcudluğu  ilə) 

şərtləndirir.  Bu  səbəbdən  bu  hadisə  üzərində  bir  qədər  dayanmağı  lazım 

bilirik.  Ümumiyyətlə,  ellipsisin  sadalanan  növləri  arasında  ən  az  tədqiq 

olunanı  semantik  ellipsisdir.  Sırf  üslubi  hadisə  olan  semantik  ellipsis 

gerçəkliyin nitq vahidləri  ilə  sintaktik bütöv şəklində reallaşan anında hər 

hansı bir informasiyanın buraxılması ilə təzahür edir.

Dilçilikdə semantik ellipsis termini ilə yanaşı bəzən məlumatın sıxlaşdırıl- 



ması (KOMnpeccHH cooö^eHHa) termininə də müraciət olunur (S.  E.  Nikitina, 

N.  N.  Leontyeva və b.).  K.  F.  Skorodko kompressiya terminini geniş mənada 

belə  şərh  edir:  «...mətnin  kompressiyası  əsas  məzmunun  saxlanması  şərtilə 

həcminin  kiçildilməsidir»  [17.  S.  29].  Azərbaycan  dilçiliyində  isə  məlum 

tədqiqat  əsərlərində  ellipsis  hadisəsi  müxtəlif  səviyyələrdə  (leksik,  sintaktik, 

qrammatik),  müxtəlif  aspektlərdə  araşdırılsa  da,  semantik  ellipsis  hadisəsinə 

geniş şəkildə toxunulmamışdır.

Dilimizdə  semantik  ellipsis  hadisəsinin  bariz  nümunəsi  kimi  zərbi 

məsəlləri də  qeyd etmək vacibdir.  Belə ki,  bu ifadələr bir cümlə ilə bütöv bir 

mətnin  ifadə  edə  biləcəyi  informasiya  daşıyıcısıdır.  Məsələn,  xalq  arasında 

müasir  dövrümüzdə  də  öz  aktuallığını  qoruyub  saxlayan  bir  neçə  bu  tip 

ifadələrə nəzər yetirək: Sən çaldın;  Toydan sonra nağara; Sağlığında kor Fatı, 



öləndə badam gözlü Fatı; Keçi can hayında,  qəssab da piy axtarır və s.

Semantik  ellipsis  hadisəsi  dialoq  nitqində  də  geniş  yer  tutur.  Dialoq 

zamanı  bu,  informator  və  adresatın  qarşılıqlı  ünsiyyət  prosesindəki 

intellektual səviyyələrinin nə dərəcədə inkişaf etməsindən asılı olur.  Məs.: 



«Nə görəyim,  oğlu  olan  evərmiş,  qızı  olan  köçürmüş»  [7.  S.  55];  «Dədə, 

oğlanmısan,  qızmısan?» Dədə:  «Oğlanam!» -  dedi  [7.  S.  56].


Yuxarıda  qeyd  etdiyimiz  kimi,  ellipsis  dildə  qənaətə  meyillilik  ilə  də 

əlaqələndirilir.  Çünki  dildə  fəaliyyət  göstərən  tendensiyalardan  biri 

qənaətdir.  Belə  ki,  «dil  nə  qədər  inkişaf  edirsə,  bir  o  qədər  sadə  və 

qənaətli  olur»  [18.  S.  113].  Dil  fəaliyyəti  üçün  əsas  tendensiya  məhz 

qənaətçillikdir.  Bu tendensiyaya uyğun  olaraq,  dildə  yalnız  anlaşma üçün 

lazım  olan  qədər  ifadə  vasitələri  işlədilir.  Ona  görə  də  qrammatikada 

ellipsis  böyük rol  oynayır  [19.  S.  372].  İnsanlar daha çox bir dəfə  işlənən 

ifadəni  ikinci  dəfə təkrarlamaqdan yan  qaçırlar:  Oğlı  olanı ağ otağa,  qızı 



olanı  qızıl  otağa  qondurun  [7.  S.  34];  Üç  kişi  sağ yanından,  üç  kişi  sol 

yanından dəmür zəncirlə  buğayı  tutmuşlardı  [7.  S.  36]; Dərsə xan yayan, 

bunlar  atlu  yüridilər  [7.  S.  40];  Allah-təala  Baybörə  bəgə  bir  oğul, 

Baybican  bəgə  bir qız verdi  [7.  S.  52];  Vay,  sənin  əlindən nə yer yüzində 

dirimiz və nə yer altında ölümüz qurtulurmış!  [7.  S.  94]  və s.

Ə.  Y.  Məmmədov  paralel  konstruksiyalarda  müşahidə  olunan  bu  ha- 

disəni  anaforik  ellipsis  kimi  qiymətləndirərək  yazır:  «Anaforik  əlaqə  bu 

və  ya  digər  komponentin  paralel  konstruksiyalarda  təkrarı  nəticəsində 

yaranır.  Kontekstual ixtisarın xüsusi  növü olan anaforik ellipsis bir üzvün 

mürəkkəb  cümlənin  digər  tərkib  hissələrində  başqa  leksik  vahidlə  əvəz- 

lənmədiyi  anaforik  əlaqəli  mürəkkəb  cümlələrdə  müşahidə  olunur. 

Ellipsis  nəticəsində bir dəfə  işlənmiş  komponent  digər paralel  cümlələrdə 

ixtisar  olunur»  [20.  S.  74].  A.  N.  Veselovski  və  B.  Pallek  sintaktik para- 

lelliyi  (obyektlərin  tipləri  və  müxtəlif adlarla  əlaqəli  psixoloji  paralellik) 

ekstralinqvistik  faktorlarla  əlaqələndirilər.  A.  N.  Veselovskinin  fikrincə, 

sintaktik  paralellik  psixoloji  paralelliyə  əsaslanır  ki,  bu  da  təbii  və 

ictimai  hadisələrlə  əlaqəli  olan  müstəqil  motiv  kimi  qəbul  edilir  [21. 

S.  145].  M.  M.  Yusifov  qənaətin  müxtəlif sintaqmalarda  meydanagəlmə 

xüsusiyyətlərini  göstərərək,  qənaəti  söz  və  cümlələrdəki  paralelliklə  izah 

edir  [22.  S.  19].  A.  N.  Veselovski  yazır  ki,  sintaktik  paralelizmi  təbii  və 

sosial  hadisələrə  uyğun,  müstəqil  motiv  kimi  dərk  edilən  psixoloji 

paralelizm şərtləndirir [21.  S.  145].

Ümumiyyətlə,  paralelliklə  əlaqədar  yaranan  elliptik  cümlələrdən  və 

onları  şərtləndirən  ekstralinqvistik  faktorlardan  danışarkən,  bu  konstruk- 

siyaların  daha  çox  şifahi  nitqə  mənsubluğunu  nəzərdən  qaçırmaq  lazım 

deyil.


B. 

Pallek anaforanı  (Kpoccpe^epeH^ra)  ekstralinqvistik reallıqla (ob- 

yektlərlə) əlaqələndirərək,  qeyd edir ki,  eyni obyekt bildirən sözlər təkrar- 

lanaraq,  ya  növbəti  söz  formasında,  ya  onun  sinonimi,  ya  da  obyektin 

yeni adı kimi  çıxış edir.  Bu təkrarlar söz formasında,  cümlə üzvü və hətta, 

bütöv cümlə şəklində də ola bilərlər [23.  S.  145-146].

İnsanın uzun müddətli yaddaşında on minlərlə  söz qorunub  saxlanılır. 

Nitq törəyən zaman yaddaşdan  müvafiq  sözlərin  seçilməsi  ani  olaraq  baş 

verir  [24.  S.  68].  Bu  baxımdan  Yanğın!  Sel!  tipli  cümlələr  daha  böyük



maraq  doğurur.  Bu  qəbil  cümlələr  predikativliklə  xarakterizə  olunmaqla 

yanaşı,  həm  də  real  modallığa  malikdir  və  sintaktik  mənasına  görə  nitq 

aktı  ilə  üst-üstə  düşən  indiki  zamanı  ifadə  edir.  Belə  konstruksiyalar 

modal zaman paradiqmasına malik deyil,  belə ki,  onların əsas məzmunu -  

predmetin  mövcudluğu  (varlığı)  və  ya  predmet  haqqındakı  məlumat 

həmişə  nitq  momenti  ilə  bağlıdır;  bu  cür  ifadələr  danışanın  dərk  etdiyi, 

qavradığı  gerçək  fakta  ani  reaksiyasının  nəticəsidir  [25.  S.  81].  Söyləm 

çox  az  hallarda  fikrin  tam  həcminə  müvafiq  olaraq,  bütöv  şəkildə 

strukturlaşır [24.  S.  69]. Nitq aktı zamanı ani reaksiya nəticəsində yaranan 

bu tip  cümlələr subyektin daxili  sarsıntısına,  həyəcanına,  qorxusuna və ya 

sevincinə  əsaslanır:  Muştuluq,  Baybörə  bəg!  Oğlın  gəldi  [7.  S.  66]; 

M uştuluq!  Oğlun  Dəpəgözi  dəplədi!  [7.  S.  103];  M uştuluq!  Gözün 

aydın!  [7.  S.  115] və s.

Müşahidələr  göstərir  ki,  ellipsis  zamanı  nitqdə  bu  və  ya  digər  bir 

komponentin buraxılması  danışanın və ya müəllifin psixoloji vəziyyəti ilə 

əlaqədardır.  Bu  cümlələrin  modallıq  və  intonasiyaya  görə  hər  bir  növü 

özünəməxsus  intonasiya  ilə  fərqlənərək,  danışanın  emosional  və  iradi 

vəziyyəti  zamanı  formalaşır.  Elliptik  cümlələr  insanın  hiss  və  duyğula- 

rının canlı ifadəsi kimi çıxış edir və nitqin emosionallığına,  dinamikliyinə, 

ekspressivliyinə xidmət edir.

M.  İ.  Adilov  sintaktik  paralelliyi  üslubi  aspektdən  izah  edərək,  onu 

qənaət  tendensiyası  ilə  əlaqələndirir  [26.  S.  40].  H.  Spenser  dildə  qənaət 

məsələsini  o  mənada başa düşür ki,  dil  həmişə  sadədən  mürəkkəbə  doğru 

inkişaf  edir,  uzun  səslər  qısalır,  çoxsözlü  cümlələr  az  sözlü  cümlələr  ilə 

əvəz  olunur  [27.  S.  3].  E.  D.  Polivanov  isə  dildəki  qənaət  meyilini 

danışanların tənbəlliyi  ilə  izah  edir  [28.  S.  21].  Biz  isə  səssiz  nitqin  səsli 

nitqə  keçidi  zamanı  daxili  nitqin  konkretliyinin  səsli  nitqdə  əksi  kimi 

qəbul edir və bu hadisəni  sırf psixolinqvistik fakt kimi dəyərləndiririk.

M əqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Yuxarıda  söylənən- 

lərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  dildə  qənaət  prinsipi  psixo- 

linqvistik  hadisə  olmaqla  dilin  bütün  səviyyələrində,  əsasən  də,  ən 

mürəkkəb  sahə  olan  sintaksisdə  hələ  qədim  zamanlardan  təzahür  edərək 

intellektual  səviyyənin  göstəricisi  kimi  çıxış  edir.  Bu  hadisənin  psixo- 

linqvistik  şərhini  vermək  və  bunu  ellipsislə  əlaqələndirmək  tədqiqatın 

elmi  yenili  kimi  çıxış  edə  bilər.  Eyni  zamanda  bu  tendensiyanı  insanın 

daxili  nitqinin  xarici  nitqə  dekodlamasının  nəticəsi  kimi  də  səciyyələn- 

dirmək  olar.  İnsan  təxəyyülünün  bir  çox  əlamətinin  dildə  fraqmental  ifa- 

dəsi  kimi  qənaət  prinsipinin  ən  bariz  nümunəsi  məhz  elliptik  kon- 

struksiyalardır  və  dilin  inkişafı  ilə  əlaqədar  olaraq  get-gedə  onun  fərqli 

şəraitlərdə müxtəlif formalarına təsadüf etmək mümkündür.

6  «Türkologiya», N° 4



Ə D Ə B İ Y Y A T

1.  Bwpa^eHHa 

cmhc

^

obhx



  pa3.nHHHH  nocpegcTBOM  ^n^nncHca. 

XapbKOB:  O

ko

,  1991.


2.  Konocoea  T.  A.  PyccKHe  c^o^Hwe  npeg^o^eHHa  acHMMeTpnne- 

ckoh CTpyKTypM.  BopoHe*:  H3a-bo BopoHe*.  yH-Ta,  1980.

3.  Apymneea  H.  ff.  CeMaHTHnecKoe  coraacoBaHHe  c.noB  h  HHTep- 

npeTa^na  npeg^o^eHHa  // rpaMMaTHnecKoe  onncaHHe  c^aB^HCKHx a3w- 

kob: KoH^en^HH h Merogw.  M.: npocBe^eHHe,  1974.

4.  rouxMan O. H. PeneBaa KOMMyHHKa^na.  M.: HH$pa-M,  2001.

5.  fleonmbeea H.  H.  CeMaHTHnecKHH  aHa^H3  h  CMHC^OBaa  Henon- 

HOTa TeKCTa:  AHc.  . ..KaHg.  ^nm n.  HayK.  M.,  1968.

6.  Caeeuna  E.  H.  CnHTaKCHHecKHH  h  ceMaHTHnecKHH  ^n^nncHC  b

pyCCKHX  CpaBHHTe^bHHX KOHCTpyK^HAX:  ÄBTOpe^.  gHC.  . ..KaHg.  ^H^O^.

HayK.  M.,  1988.

7.  Kitabi-Dədə Qorqud.  Bakı:  Yazıçı,  1988.

8.  Adilov  M.  İ.,  Verdiyeva  Z.  N.,  Ağayeva  F.  M.  İzahlı  dilçilik 

terminləri.  Bakı:  Maarif,  1989.

9.  Xomski N.  Dil və təfəkkür.  Bakı:  Kitab  aləmi,  2006.

10.  Abdullayev  K. 



M. 

Azərbaycan  dili 

sintaksisinin  nəzəri 

problemləri.  Bakı:  Maarif,  1998.

11.  K

ohohob

 A.  H.  rpaMMaTHKa  coBpeMeHHoro  y3ÖeKCKoro  ^HTepa- 

TypHoro a3WKa. M.; H.,  1956.

12.  Dizdaroğlu H.  Cümle bilgisi.  Ankara:  Kalite bakım evi,  1976.

13.  Emre A.  C.  Türk lehçeleri müqayiseli qrammeri.  Ankara,  1949.

14.EacKaKoe A.  H.  npeg^o^eHHa  b  c0BpeMeHH0M Type^KOM  a3WKe. 

M.:  HayKa,  1984.

15. Cuöa^amoe P.  T.  ^nnnncHC  b  CHCTeMe  cpegcTB  Bbipa^eHHA  npe- 

gHKaTHBHoro OTHomeHHa // Cob. TropKonorna.  1983.  M 6.

16.  CpaBHHTe^bHO-HCTOpHHeCKHH  CHHTaKCHC  BOCTOHHO-GnaBflHCKHX

A3biKOB. M.:  HayKa,  1968.

17.  CKopodbKO K.  O.  KoMnpeccHA u TeKCT.  M.: HayKa,  1969.

18.  Eyöa^oe P.  Hto TaKoe pa3BHTHe coBepmeHCTBOBaHHa a3WKa? M.: 

HayKa,  1977.

19.  nayn r .  npHH^nnw HCTopHH A3WKa. M.,  1960.

20. MaMeöoe  A.  H.  ^nnnncHC  b  a3ep6aHg*aHCKOM  A3WKe:  AHc. 

. ..KaHg.  ^h^o^.  HayK.  EaKy,  1981.

21.  BecenoecKUü A.  H.  ncHxo^orHnecKHH  napa^^e^H3M  h  ero  $op- 

mw b OTpa^eHHax // Hapogw Ä3hh h ä^phkh.  1962.  N° 2.

22.  föcutyoe  M.  M.  ^kohomha  b  CHCTeMe  a3WKa:  (Ha  MaTepna^e 

a3ep6.  a3.):  ABTope^.  gnc.  . ..KaHg.  ^h^o^.  HayK.  EaKy,  1976.




23.  nameK  E.  Kpoccpe^epeH^na:  K  Bonpocy  rHnepcHHTaKCHca  // 

HoBoe 


b

 

3apyöe*HOH .nHHrBHCTHKe.  M.,  1978.

24.  Hüseynov 

Ş

., Şiriyev F , Muradov C. Psixolinqvistika.  Bakı,  2004.

25.  Ka3üKoea A.  C.  HeBb

i

pa:*:eHHHH 



c m h c ^   o a h o c ^ o b h h x  

npeg.no- 

*eHHH  //  npoö^eMH  ceMaHTHKH  npeg^o^eHHa:  (Bb

i

pa:*:eHHHH 



h  

HeBb


i

pa^eHHHH 



c m h c ^ ) .  

KpacHoapcK,  1986.

26.  Adilov M.  İ.  Azərbaycan  dilində  sintaktik təkrarlar.  Bakı:  Maarif, 

1974.


27.  Tapnanoe  3.  K.  OnepKH  no  CHHTaKcncy  pyccKHx  nocnoBH^.  H., 

1982.


28.  nonueanoe E.  ff.  CTaTbH  no  oö^eMy «3HK03HaHHro.  M.:  HayKa, 

1968.


K E H Y tt rAEHEOBA

nCHXO^HHrBHCTHHECKOE PA3tÄCHEHHE 

n P H H ^ H n A  ^KOHOMHH HA OCHOBE Ä3MKA 

^ACTAHOB «KHTABH AE^E KOPKY^»

P e 3 ro 

m

 e

B  MHp0B0M  «3HK03HaHHH  cy^ecrayroT  pa3^HHHHe  nogxogH  K  o ö t- 

acHeHHro  noH^THa 

n.nHncHC».  OpaH^y3CKHH  ^h^oco^  fl,roMapce 

pac^eHHBa^  ero  b  öo^bmeH  CTeneHH  c  ncHxo^orHnecKOH  tohkh  3peHHa. 

Ho  ^n^nncHC  xapaKTepeH  h  g.ra  penn  ne^OBeKa.  TaK  KaK  ^n^nncHC  cba- 

3HBaeTca  c TeHgeH^neH  k naKOHH3My  b  A3HKe,  h^mh  oh  paccMaTpHBaeT- 

ca  KaK  ncHxo^HHrBHCTHnecKoe  ^B^eHHe,  t.  e.  ogHOBpeMeHHO  o^eHHBa- 

roTca ero ncHxo^orHnecKHe h a3HKOBHe CBOHCTBa.

EcTecTBeHHO,  He^b3a  OTpn^aTb, 

hto

  ^n^nncHC,  KaK 

h

  pag  gpyrnx 

33HK0BHX  ^B^eHHH,  cy^ecrBOBa.n 

b

  a3HKe  e^ e  

b

  gpeBHHe  BpeMeHa. 

HanpnMep, 

b

  gacTaHax  «KHTaÖH  ^ege  KopKyg»,  garo^nx  HH^opMa^nro 

no  HCTOpHH  33HKa  TWpKCKHX  HapOgOB,  HMeWTCfl  ^aKTH,  Ha  OCHOBaHHH 

kotophx

  pemaroTca  MHorne  cnopHHe  BonpocH  coBpeMeHHoro  «3

hko

- 

3HaHHA.  B  gacTaHax npoone^HBaroTCfl 

h

 nepBHe npo^B^eHHa ^n^nncHca.

K^roneBwe c^OBa

:  npun^un ^kohomuu b H3UKe, ncuxonumeucmuKa, 

enympeuHHHpenb,  annuncuc, ncuxono^unecKüu 

Hacmpoü


KONUL HABIBOVA

PSYCHOLINGUISTICAL COMMENTARY 

OF ECONOMY PRINCIPLE ON TH E BASE 

OF «KITABI-DEDE KORKUT»’S EPOS

S u m m a r y

Though  in  world  linguistics  there  are  various  observes  about  the 

phenomena  «ellipsis».  For  example,  the  French  philosopher Dumarse  re- 

garded  ellipsis  basically  to  a  measure  as  the  psychological  phenomenon. 

But  ellipsis  is  simultaneously  connected  with  human  speech.  This  feno- 

menon contacts a tendency of laconicism in language. 

Proceeding 

from  this  point  of view  we  will  consider  ellipsis  as  psychololinguistic 

phenomena 

estimating 

simultaneously 

its 


psychological 

speech 


properties.

Naturally,  it  is  impossible  to  deny  the  existence  fact  of  ellipsis  in 

language  since ancient times,  as well as many other language phenomena. 

For  example,  in  «Kitabi-Dede  Korkut»,  giving the  information  about 

history  of  language  of  the  Turkic  people,  there  are  valuable  facts  for 

explanation  of  the  questions  at  issue  existing  in  the  modern  language. 

Here primary traces of ellipsis are observed also.

Key words:  economy principle in the language, psycholinguistics, 



voiceless  speech,  ellipsispsychological condition

Yüklə 95,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə