Tanınmış idman xadimi Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və biz bu imkanlardan geniş istifadə etməliyik” GÖRKƏMLİ alim aqiL ƏLİyeviN 90



Yüklə 281,01 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix21.06.2018
ölçüsü281,01 Kb.
#50838
  1   2   3   4   5   6


 

 

 



 

                  

Qəzet 1933 -cü ildən çıxır.                 № 21 (1639) 16 dekabr 2016 - cı il                           Qiyməti 50 qəpik

ATU-nun diplomlarının tanınması 

ilə bağlı görüş keçirilib

Tanınmış idman xadimi 

Hüseyn Qabulov: “Klinikamızın unikal imkanları var və 

biz bu imkanlardan geniş istifadə etməliyik”

GÖRKƏMLİ  ALİM 

AQİL ƏLİYEVİN 90 

İLLİK YUBİLEYİ QEYD 

OLUNUB

İllinoys 

Universitetinin 

nümayəndə heyəti 

ATU-nun qonağı 

olub

Baş epidemioloq: «Son 

illər ölkəmiz üçün 

xarakterik olmayan heç 

bir yoluxucu xəstəlik 

qeydə alınmayıb»

Əczaçılıq 

fakültəsində 

3 yeni müasir 

laboratoriya 

yaradılır

Xarici tələbələr  

ulu öndərin  

əziz xatirəsini yad 

etdilər

Ftiziatriya 

kafedrası qrant 

müsabiqəsinin 

qalibi oldu

TEC-in fəalları mükafatlandırıldı

Ümummilli lider Heydər Əliyevin 

xatirəsi yad edilib

BU  SAYIMIZDA 

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib 

M

üasir müstəqil Azərbaycan döv-

lətinin memarı və qurucusu, dün ya 

şöhrətli siyasi xadim, xalqımızın ümum-

milli lideri Heydər Əliyevin vəfatından 13 

il keçir.

Dekabrın 12-də Azərbaycan Respubli-

kasının Prezidenti İlham Əliyev, xanımı 

Mehriban Əliyeva və ailə üzvləri Fəxri 

xiyabana gələrək xalqımızın ümummilli 

lideri Heydər Əliyevin məzarını ziyarət 

ediblər.

Milli Məclisin deputatları, nazirlər, 

komitələrin, şirkətlərin və idarələrin 

rəhbərləri, respublika ictimaiyyətinin 

nümayəndələri də Fəxri xiyabana 

gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin 

məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev, xa-

nımı Mehriban Əliyeva və ailə üzvləri 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli 

oftalmoloq alim, akademik Zərifə xa-

nım Əliyevanın da məzarı üzərinə gül 

dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin 

və professor Tamerlan Əliyevin də 

xatirələri yad edildi, məzarları üstünə 

gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin 

məzarının ziyarət edilməsi mərasimində 

Baş nazir Artur Rasizadə, Milli Məclisin 

sədri Oqtay Əsədov, Prezident Admi-

nistrasiyasının rəhbəri Ramiz Mehdiyev 

və digər rəsmi şəxslər iştirak ediblər.

2

3

4

4

4

5

5

2

6

7

6



http://www.amu.edu.az

16 dekabr  2016-cı il

2

ATU-nun mətbuat xidməti

 

                          

D

ekabrın 9-da Azərbaycan Tibb 

Universitetində ümummilli li-

der Heydər Əliyevin xatirəsinə 

həsr edilmiş anım tədbiri keçirilib. 

Toplantıda universitetin professor-

müəllim heyəti, millət vəkilləri, 

yerli icra nümayəndələri və ictimai 

xadimlər iştirak ediblər. ATU-nun 

rektoru, professor Gəray Gəraybəyli 

tədbiri açaraq bildirib ki, ölkəmizin 

hər yerində olduğu kimi Azərbaycan 

Tibb Universitetinin kollektivi də ulu 

öndər Heydər Əliyevin anım gününü 

qeyd edir. 

Mərasimin əvvəlində ümummilli lider, 

dahi  siyasətçi  Heydər  Əliyevin  xatirəsi 

bir dəqiqəlik sükutla yad edilib.

 Sonra  millət vəkili, YAP-ın Nəsimi ra-

yon təşkilatının sədri Məlahət Həsənova 

çıxış  edərək  ümummilli  liderin  unikal 

bir siyasi məktəb, mükəmməl dövlətçilik 

və  idarəçilik  sisteminin  banisi  olduğunu 

vurğulayıb. Onun sözlərinə görə, Heydər 

Əliyev həm də Azərbaycanda ideoloji-si-

yasi irsin müəllifi sayılır: “Azərbaycanın 

ən  yeni  tarixində  Heydər  Əliyevin 

xidmətlərinı  sadalamaqla  qurtaran  de-

yil.  Məhz bu müdrik siyasətçi sayəsində 

Azərbaycanın dayanıqlı inkişafının əsası 

qoyulub.”

Natiq  ölkənin  ictimai-siyasi  durumu-

nun  ağır  olduğu  bir  ərəfədə  xalqımızın 

H.Əliyevi hakimiyyətə gətirməsini  müd-

rik addım kimi dəyərləndirib. Bildirib ki, 

həmin vaxt xalqımız müdriklik edib ulu 

öndəri hakimiyyətə gətirməsəydi, bu gün  

Azərbaycan  xalqının  müstəqil  dövlətdə 

yaşayacağı  sual  altında  qalacaqdı.  Doğ-

rudur,  xalqımız  müxtəlif  dönəmlərdə 

dövlətlər  qurub,  amma  onun  uzaqgörən, 

bacarıqlı  və  cəsarətli  liderləri  olmadığı 

üçün  süquta  uğrayıb.  Məhz  ulu  öndərin 

sayəsində  dövlətimiz  günü-gündən  güc-

lənir və bu gün dünyada ehtiramla qəbul 

edilir. 


M.Həsənova  həmçinin  vurğulayıb 

ki,    məhz    Heydər  Əliyev  Azərbaycanı 

hakimiyyətdə  olduğu  dövrdə  siyasi  böh-

randan  çıxarmağı  bacarıb.  Millət  vəkili 

nitqinin  sonunda    gənclərə  ümumilli  li-

derin misilsiz xidmətləri barədə daha çox 

məlumat  verilmsinin  vacibliyini  tövsiyə 

edib.


ATU-nun uşaq stomatologiyası kafedra-

sının müdiri, professor Rəna Əliyeva qeyd 

edib ki, hər il Azərbaycanla yanaşı bir çox 

ölkələrdə müasir Azərbaycanın yaradıcısı 

olan  Heydər  Əliyevin  anım  mərasimləri 

təşkil  olunur:  “Tarixdən  də  bəllidir  ki, 

şəxsiyyətlərin gücü, 

ağlı, cəsarəti, siyasi iradəsi və müdrikli-

yi mənsub olduğu xalqın, onun yaratdığı 

dövlətin həyatında əvəzedilməz rola ma-

likdir.  Bu  şəxsiyyətlər  arasında  müasir, 

müstəqil  Azərbaycan  dövlətinin  memarı 

və qurucusu, ulu öndər Heydər Əliyevin 

özünəməxsus  yeri  vardır.  Ulu  öndərin 

Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda 

gördüyü  işləri  artıq  bütün  dünya  etiraf 

edir”.

Natiq    həmçinin  ulu  öndərin    Azər-



bay cana  rəhbərlik  etdiyi  1969-cu  ildən 

etibarən  elmin,  təhsilin,  mədəniyyətin, 

sənayenin,  iqtisadiyyatın  sürətlə  inki-

şaf  etməsi  məqamına  da  diqqəti  çəkib.  

Ölkənin  ayrı-ayrı  sahələrinin  idarə 

olunması  üçün  kadrların  yetişdirilməsi 

məqsədi  ilə  gənclərin  köhnə  SSRİ-nin 

nüfuzlu ali məktəblərində təhsil almasına 

şərait yaradılmasına və digər məqamlara 

da toxunub. 

 ATU-nun I daxili xəstəliklər və reani-

matologiya  kafedrasının  dosenti  Nağdəli 

Zamanov  ulu  öndərin  nitq  mədəniyyəti 

haqqında  çıxış  edib.  “Universitetin  70 

illik  yubileyində  H.Əliyev  qeyd  etdi  ki, 

Azərbaycandakı  elm  və  təhsil  sahələri 

içərisində  ən  əhəmiyyətli  sahə  tibb 

təhsilinin təşkilidir. Mən bununla demək 

istəmirəm ki, digər sahələr adidir, hər bir 

sahə  vacibdir.  Lakin  özünü  insanların 

sağlamlığına  həsr  edən  həkimlərimiz  ən 

qiymətli insanlardır”.

“Ulu  öndər  bizi  ən  qiymətli  insan, 

işlədiyimiz  sahəni  isə  ən  önəmli  sahə 

adlandırıb”- deyən natiq ulu öndərin ay-

rı-ayrı dövrlərdə səsləndirdiyi fikirlərdən 

sitatlar  gətirib  və  nitqində  səslənən 

fikirlərin  məna  gücü,  fəlsəfəsi,  işlədilən 

məqama görə auditoriyaya təsir gücü və 

digər məqamlarala bağlı tədbir iştirakçı-

larına ətraflı izahat verib. 

ATU-nun  II  müalicə-profilaktika  fa-

kül təsinin  V  kurs  tələbəsi  Xatın  Məm-

mədova Heydər Əliyevin ölkənin gələcəyi 

olan  gənclərə  göstərdiyi  diqqət  və  qayğı 

ilə  bağlı  fikirlərini  səsləndirib.  Aparıcı 

sahələrdə gənc kadrlara etibar edildiyini 

və onların qarşısına yaşıl işıq yandırıldı-

ğını xüsusilə vurğulayıb.

Qabil ABDULLAYEV



Ümummilli lider Heydər Əliyevin 

xatirəsi yad edilib

 “Boulevard Hotel Baku”da

 İraqın 

ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan 

Tibb Universitetində (ATU) və digər ali təhsil 

müəssisələrində təhsil alan iraqlı tələbələrin yerli 

ali məktəblərin rəhbərləri ilə görüşü keçirilib.

Görüş 


İraq 

Təhsil 


Nazirliyinin 

Azərbaycanın  bəzi  universitetlərinin  dip-

lomlarını tanıması ilə bağlı olub. İra-

qın  ölkəmizdəki  səfiri  Fazil  Avad 

əl-Şuveyli  tərəfindən  təşkil  olunan 

tədbirdə ATU-nun beynəlxalq əlaqələr 

üzrə prorektoru, dosent Nadir Zeyna-

lov,  xarici  tələbələrlə  iş  üzrə  dekani, 

dosent İsmayıl Əfəndiyev, universite-

timizin başqa rəsmləri də iştirak edib.

Səfir  Fazil  Avad  əl-Şuveyli 

qeyd  edib  ki,  son  vaxtlar  İraq  və 

Azərbaycan arasında ikitərəfli əlaqələr 

möhkəmlənib və genişləndirilib: “Bu-

nun da nəticəsində Azərbaycan Tibb Uni-

versitetinin  və  bir  neçə  başqa  ali  təhsil 

müəssələrinin diplomlarının İraq Respub-

likası tərəfindən rəsmi tanınmasına nail ola 

bilmişik”. N.Zeynalov və İ.Əfəndiyev iki ölkə 

arasında  təhsil  sahəsində  əməkdaşlığın 

vacib  olmasını  vurğulayıblar.  Qeyd  olunub  ki, 

hazırda  ATU-da  təhsil  alan  300-ə  yaxın  iraqlı 

tələbələrin  tədrisi  müvafiq  tibb  sahəsində  olan 

beynəlxalq  standartalara  uyğun  aparılır.  Rəsmi 

hissədən  sonra  qonaqlar  üçün  təşkil  edilən 

ziyafət qarşılıqlı dostluq şəraitində davam edib.

ATU-nun diplomlarının tanınması ilə 

bağlı görüş keçirilib




Yüklə 281,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə