Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm



Yüklə 119,47 Kb.
tarix24.12.2017
ölçüsü119,47 Kb.
#17939
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________

Ümumi məlumat

Fakültə, Fənnin adı, kodu və kreditlərin sayı

Təhsil fakültəsi,Azərbaycan tarixi-1, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2015

Fənni tədris edən müəllim (lər)

PhD Ələkbər Ələkbərov

E-mail:

emin_ulvi@mail.ru

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

VI gün –

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Dərsliklər. Mənbələr * işarəsi qeyd olunmuş ədəbiyyatlar cədvəldə göstərilmişdir.

1.* Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

2. * Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək). Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 2005-ci il və başqa nəşrlər.

3. *Azərbaycan tarixi (ən qədim zamanlardan - XXI əsrin ilk onilliklərinədək)Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.Bakı, 2014.

4. * Azərbaycan tarixi. Yeddi cildlik. Bakı, 2007-2008, I, II, III cildlər.

5. “Azərbaycan tarixi üzrə qaynaqlar”, Süleyman Əliyarlı, Fərman Mahmudovun redak. ilə, Bakı ,2007.

6. Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı,1993.

Elmi monoqrafiyalar:

6. Cəfərqulu Rüstəmov. “Qobustan dünyası”. Bakı, 1994

7. Solmaz Qaşqay. “Manna dövləti”. Bakı, 1993

8. * Solmaz Qaşqay. “Ön Asiyada miqrasiya proseslərinə dair”. Bakı, 2009

9. * Fəridə Məmmədova. “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası”. Bakı, 1993

10. *Ziya Bünyadov. “Azərbaycan VII-IX əsrlərdə”.Bakı, 2004

11. Ziya Bünyadov. “Azərbaycan Atabəylər dövləti (1136-1225)” Bakı, 1978

12. Nailə Vəlixanlı. “Ərəb Xilafəti və Azərbaycan”. Bakı, 1993

13. Oqtay Əfəndiyev. “Azərbaycan Səfəvilər dövləti”. Bakı, 1993

14. Namiq Musalı. “I Şah İsmayılın hakimiyyəti”. Bakı, 2011

15. Şahin Mustafayev. Səlcuqilərdən Osmanlılara, Bakı, 2010.

16. V.Z.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003

17. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrldə. Bakı, 1983.



İnternet saytları

www.azerbaijan.az;

www.aztarix.azeriblog.com;

www.azerbaycanli.org

www.history.az


Tədris metodları

Mühazirə

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, video və digər əyani materiallardan istifadə

  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, “Atəşgah”)

  • bəzi mövzularla əlaqədar olaraq tanınımış alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə


Komponentləri










Aralıq imtahanı

Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

35

Fəallıq

Dərslərdə, diskussiyalarda və elmi seminarlarda iştirak etmək

5

Referat

Həcmi – 10-12 komputer səhifəsi. Təhvil vermə tarixi – 10 dekabr. (Referat mövzular və yazı işinə aid qaydalar əlavə olunur)
Qaydalar:

1. İş ayrıca vərəqlərdə yazılmalıdır.

2. Vərəqin bir üzü yazılmalı, vərəqin kənarında sahələr qoyulmalıdır.

3. İş aydın yazılmalı, fikirlərin abzaslara bölünməsi məntiqi olmalıdır, hər yeni fikirdə abzasdan istifadə edilməlidir. İşin girişi və nəticəsi olmalıdır.

4. İş savadlı yazılmalı, lazım gəldikdə orfoqrafik lüğətdən istifadə edilməlidir.

5. Sonda istifadə olunmuş mənbələrin və ədəbiyyatın siyahısı əlavə edilməlidir.

6. İşin titul vərəqi olmalıdır: mövzunun adı, tələbənin adı, soyadı, fakultəsi, işin yerinə yetirildiyi department göstərilməlidir.




10

Yoxlama yazı işi (quiz)


2 yoxlama yazı işi keçiriləcək.

Aralıq imtahan qabağı sınaq işi -5 b.

Final imtahan qabağı sınaq işi -5 b.


10

Final imtahanı


Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

40

Yekun




100



















Kursun təsviri

“Dünya sivilizasiyaları tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Dünya sivilizasiyaları tarixi, xüsusilə qədim Şərqin sivilizasiyalarının tarixi, antik sivilizasiya və orta əsrlərin Avropa və müsəlman sivilizasiyalarının tarixi tarix elmi üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, sivilizasiyaların mərkəzləri olan bölgələrdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Misir və Mesopotamiyanın qədim dövlətləri, yunan və Roma sivilizasiyaları, Xalqların böyük köçü, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya, böyük Avropa inqilabları bu tip hadisələrdəndir ki, müasir dünyanın inkişafına təsiri yenə də davam edir. “Dünya sivilizasiyaları tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə dünya sivilizasiyaları haqqında elmi bilikləri formalaşdırmaqdır.


Kursun məqsədləri




Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq

  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək

  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq

  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir

Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qıymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan igər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılacaq)

Mövzular

Dərslik/Tapşırıqlar



4



Giriş. Azərbaycan tarixi nədən bəhs edir? Azərbaycan tarixi anlayışı, kursun quruluş və dövrləşdirmə prinsipləri. Azərbaycan tarixinin öyrənilməsindəki təlim prosesindəki çətinliklər. Tarixi biliklər sistemində Azərbaycan tarixinin yeri və rolu. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onlaın qarşısında duran vəzifələri ilə tanış etmək.







4



Azərbaycan ərazisində ibtidai icma quruluşu. Azərbaycanın təbii-coğrafi şəraitinin təşəkkülü Azərbaycanın ən qədim insan məskənlərindəndir. Azərbaycanda qədim daş dövrü insanlarının düşərgələri. Azıx mağarası. Orta və yuxarı paleolit dövrü və maldarlıq abidələri. Mezolit və neolit. Metal ilə tanışlıq. Kür-Araz mədəniyyəti. Orta Tunc dövrü. Naxçıvan və Üzərliktəpə mədəniyyəti. Son Tunc və Erkən Dəmir dövrü (e.ə. XIV-VII yüzilliklər). Xocalı-Gədəbəy, Naxçıvan Talış-Muğan mədəniyyətləri.

1, səhifə 8-33

2, səhifə 20-60

4, səhifə 53-175

3, səhifə 5-10





4



Azərbaycan ərazisində ilk dövlətlər. E.ə. III-II minillikdə Azərbaycan ərazisində tayfalar və ilkin tayfa birlikləri. Azərbaycanın etnosiyasi xəritəsi. Urmiya gölü hövzəsində ilk dövlət qurumları. Aratta, Lullubi, Kuti. Turukki, Su, Naxçı və Gərgərlər. E.ə. II minillikdə Qədim Azərbaycan Babil və Assuriyanın işğalçılıq planlarında
Manna dövləti. Manna dövlətinin yaranmasının ilkin şərtləri. Assuriya və Urartu ilə münasibətlər. Kimmer, skif, iskit-sak tayfalarının Azərbaycana yürüşləri. Manna-iskit ittifaqı. Manna dövlətinin quruluşu. Manan dövlətinin süqutu. Midiya imperatorluğu və onun xarici siyasəti. Azərbaycan Əhəməni imperatorluğunun tərkibində. İqtisadi həyat. Mədəniyyət.

Atropatena və Alban dövlətləri. Atropatena dövlətinin yaranması. Atropatlar sülaləsi. Selevk, Parfiya, və Romanın Atropatenada mübarizəsi. Sosial-iqtisadi vəziyyət. Din. “Avesta”. Mədəniyyət.


Qafqaz Albaniyası (e.ə. IV- e.I yüzillikdə). Əhalisi və ərazisi. Antik müəlliflər albanlar haqqında. Maddi-mədəniyyət abidələri.

Alban dövlətinin yaranması. Parfiya və Romanın Albaniya uğrunda mübarizəsi. Albaniyada Arşakilərin hakimiyyətə gəlməsi. Albanların iqtisadi həyatı. Şəhərlər və ticarət. Albanların dini təsəvvürləri.

1, səhifə 34-50

2, səhifə 64-91

4, Cild I, səhifə 176-184

3,səhifə 11-15


1, səhifə 51-76

2, səhifə 91-125

4, Cild I, səhifə 187-270

3, səhifə 15-19

1, səhifə 77-90

2, səhifə 137-151

4, Cild I, səhifə 273-356
3, səhifə 19-24

1, səhifə 91-100

2, səhifə 152-177

4, Cild I, səhifə 357-452


3,səhifə 24-29



4


Atropatena və Albaniya (III-VII yüzilliklər). Feodal münasibətlərin meydana gəlməsi və inkişafı. Azərbaycanda feodalizmin əsas xüsusiyyətləri. Sasani dövləti və Azərbaycan. Sasanilərin Atropatenanı istila etməsi. Maninlik və məzdəkilik və onların dini baxışları və mahiyyəti. Albaniyanın Sasanilərdən asılı vəziyyətə düşməsi. Alban hökmdarları və onların sasanilərlə münasibətləri. V əsrdə Sasanilərə qarşı üsyan. Aluen kilsə məclisi. Albaniya sasani mərzbanlığı dövründə. VII yüzilliyin əvvəllərində Cənubi Qafqazda siyasi vəziyyət. İran-Bizans müharibələri və Azərbaycan. Türk tayfalarının Azərbaycana yürüşləri, xəzərlər. Mehranilər sülaləsinin yüksəlişi. Girdiman hakimiyyəti. Albaniyada xristianlıq. Xristianlığın yayılması. Xristian abidələri. Alban əlifbası. “Alban tarixi” və ədəbiyyatı. Memarlıq. Müdafiə tikililəri.

1, səhifə 110-129

4, Cild II, səhifə 68-88; 117-148

2, səhifə 178-217

2, səhifə 145-158

3, səhifə 30-40




4


Azərbaycan ərəb xilafətinin tərkibində. Ərəb xilafətinin meydana gəlməsi və işğalçılıq siyasətinin başlanması. Alban hökmdarı Cavanşirin xarici siyasəti: Ərəb xilafətinin Azərbaycanı tabe etməsi. Alban sülaləsinin hakimiyyətinə son qoyulması. Azərbaycan ərəb ağalığı dövründə. İnzibati idarə sistemi. İqtisadi siyasət. Köçürmə. İslamın yayılması. Xilafətə qarşı mübarizə. Xürrəmilərin təlimi, tarixi kökləri, hərəkətverici qüvvələri, ideologiyası. Babək

IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri. Dərbənd və Tiflis əmirlikləri

1, səhifə 130-155
4, Cild II, səhifə 259-279;
10, III fəsil § 2, § 8; V fəsil § 2
2, səhifə 245-283
3, səhifə 40-50
1, səhifə 204-213

2, səhifə 284-300


3, səhifə 61-69







Aralıq imtahanı






4



Azərbaycan Səlcuq imperiyasının tərkibində. Azərbaycanda Oğuz türklərinin yayılması məsələsi. Oğuznamələr Oğuz türklərinin tarixi qaynaqları kimi.

Azərbaycan Atabəyləri dövlətinin yaranması, yüksəlişi və tənəzzülü. Azərbaycan Atabəylərinin daxili və xarici siyasətinin əsas istiqamətləri. Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu



1,(S.Əliyarlı)

VIII bölüm, s. 214-217, 220-225

2, səhifə 300-306; 311-329

3, III fəsil, səhifə 69-82






4


Şirvanşahlar dövləti XII – XIII əsrin əvvəllərində. Kəsranilər sülaləsi hakimiyyət başında.

XI-XIII əsrin əvvəllərində Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət.



1, VIII bölüm, s. 217-220; 225-271.

2, IX fəsil, s.306-311

3, s.82-94




4


. Azərbaycana monqol-tatar yürüşləri və onların nəticələri.

Azərbaycan Elxanilər (Hülakular) dövlətinin tərkibində. V ulus və Qızıl Orda ilə münasibətlər. Elxanilər dövlətinin tənəzzülü və Çobani feodallarının özbaşınalığı.



IX bölüm, s. 271-299

2,X bölüm, s.338-342; 347-356

3, IV fəsil, s.94-106




4


Azərbaycan Cəlairilər dövlətinin tərkibində. Şirvanşahlar dövləti XIII-XIV əsrlərdə.

Azərbaycan XIV əsrin sonu – XV əsrin əvvəllərində. Toxtamışın və Əmir Teymurun Azərbaycana yürüşləri



X bölüm, s. 299-307; 312-313, 317-318

3,IV fəsil,s.106-109

2, XI fəsil, s.359-372




4


Qaraqoyunlu dövlətinin yaranması. Qaraqoyunluların Teymurilərlə və Ağqoyunlularla qarşılıqlı münasibətləri.

Ağqoyunlu dövlətinin yaranması və inkişafı. XV əsrin sonunda Azərbaycanda feodal çəkişmələri. Əbhər sülhü



1,X bölüm, s. 312-323.

2, XI fəsil, s.373-409

3, V fəsil, s.110-120




4


Şirvanşahlar dövləti XV əsrdə. Ərdəbildəki Səfəvi şeyxlərinin hərbi-siyasi fəaliyyətləri.

XIII - XV əsrlərdə Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət.




1, X-XI bölüm, s. 307-312, 323-364.

2,XII fəsil, s.409-419

3, VI fəsil, s.120-125




4


Azərbaycan Səfəvilər dövləti XVI əsrdə. Şah İsmayıl Xətainin Azərbaycan tarixində rolu. Daxili siyasət məsələləri. Səfəvilərin Osmanlılar, Şeybanilər və Avropa dövlətləri ilə münasibətləri. Qəsri-Şirin müqaviləsi və onun Azərbaycan üçün nəticələri

Azərbaycan XVII əsrdə. I Şah Abbasın islahatları və onların Azərbaycan tarixi baxımından dəyərləndirilməsi. Azərbaycan uğrunda Səfəvi-Osmanlı rəqabəti.




1, XII bölüm, s. 364-398.

2, XII fəsil, s.419-464





4


XVI-XVII əsrlərdə Azərbaycanda sosial-iqtisadi münasibətlər və mədəniyyət. Türk dilinin əhəmiyyətinin artması və dövlət dili səviyyəsinə yüksəlməsi.

Azərbaycan XVIII əsrin əvvəllərində və Səfəvilər dövlətinin tənəzzülü dövründə. I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü.



1, XII-XIV bölüm, s. 399-487

2, XII fəsil, s.482-491

3,VI fəsil, s.125-153

2, XIII fəsil, s.524-533

3, VIfəsil, s.144-149




4


Azərbaycan Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyəti dövründə. Nadir şah Əfşarın şəxsiyyətinin Azərbaycan tarixi baxımından dəyərləndirilməsi.



1, XV bölüm, s. 487-556.

2, XIII fəsil, s.533-547



3, VI fəsil, s.149-152



4


Azərbaycan xalqının formalaşması prosesi: əsas mərhələləri və başa çatması.


XV bölüm, s.556-569.







Final imtahanı







Referat mövzuları

  1. Moisey Kağankatlı kimdir?

Ədəbiyyat:

  1. Moisey Kalankatluklu. Albaniya tarixi. Bakı 1993 və başqa nəşrlər.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 39-56

  3. Ziya Bunyadov. Azərbaycan VII-IX əsrlərdə. Azərnəşr, 1989, III fəsil.

  4. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərnəşr, 1993. Səh. 7-35




  1. Moisey Kağankatlının “Alban tarixi” əsəri tarixi mənbə kimi.

Ədəbiyyat:

  1. Moisey Kalankatluklu. Albaniya tarixi. Bakı 1993 və başqa nəşrlər.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 39-56

  3. Ziya Bunyadov. Azərbaycan VII-IX əsrlərdə. Azərnəşr, 1989, III fəsil.

  4. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, Azərnəşr, 1993. Səh. 7-35




  1. Azərbaycanın qədim tarixi mixi yazılı qaynaqlarında.

  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.9-14

  2. Solmaz Qaşqay. Manna dövləti. Bakı, 1993

  3. Solmaz Qaşqay. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006




  1. Albaniya tarixi antik dövr qaynaqlarında.

  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 14-27

  2. Кемал Алиев. Античная Кавказская Албания. Баку, 1992

  3. Бабаев И.А. Города Кавказской Албании в IV в.до н.э. – III в. н.э. Баку, 1993.



5. Strabonun “Coğrafiya” əsərinin antik dövr Azərbaycanın öyrənilməsində əhəmiyyəti.

  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, səh. 14-27

  2. Кемал Алиев. Античная Кавказская Албания. Баку, 1992

  3. Бабаев И.А. Города Кавказской Албании в IV в.до н.э. – III в. н.э. Баку, 1993.


6. Qədim Azərbaycan-Şərq əlaqələri.

  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989

  2. Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı, 2007

  3. Tərlan Novruzov. Qədim Şərq ədəbiyyatı. Bakı, 2007

  4. Solmaz Qaşqay. Ön Asiyadan miqrasiya proseslərinə dair. Bakı, 2009



7. Alban kilsəsi (xristianlığın yayılması və dövlət dini kimi elan edilməsi)

  1. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. IV fəsil, s. 1, 2. Bakı, Azərnəşr, 1993.

  2. M.C.Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı, 2011, II fəsil.

  3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.40-44


8. Azərbaycan ərazisində alban xristian məbədləri.

  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, III fəsil.


9. Kiş məbədi.

  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, səh. 86-95.

  2. Вилаят Керимов, Бьернар Стурфиел. Киш (история, архитектура, археология). Баку,2003.


10. Alban mədəniyyətinin erməniləşdirilməsi.

  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. Səh.53

  2. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, II fəsil, s. 85-104


11. Alban mədəniyyəti (memarlıq)

  1. M.C. Xəlilov. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı 2011, V fəsil, səh. 3.


12. Alban kilsəsinin taleyi

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s. 85-104

  2. Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. IV fəsil. Bakı, Azərnəşr, 1993.


13. İslam dininin Azərbaycanda yayılması

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, § 1,2

  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.31-59


14. Ərəb işğalının orta əsr Azərbaycanın iqtisadi həyatında əmələ gətirdiyi dəyişikliklər

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161

  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125


15. Ərəb səyyahları Azərbaycan orta şəhər (Bərdə, Şamaxı, Şabran, Dərbənd) haqqında yazıları (seçim)

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161

  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125

  3. Nailə Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1987

  4. Q.Əhmədov. Orta əsr Beyləqan şəhəri. Bakı 1979

  5. Azərbaycan arxeologiya, VI cild

  6. R.Göyüşov. Azərbaycan arxeologiyası. Bakı 1986


16. Ərəb işğalından sonra Azərbaycanda ticarətin genişlənməsi və möhkəmlənməsi (Numizmatik materialalr əsasında)

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989, III fəsil, s.141-161

  2. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı 1993, s.74-125

  3. Qənirə Pirquliyeva. Numizmatikanın əsasları. Bakı 2009

17. Orta əsr mənbələri Babək haqqında

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989

  2. Səid Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin. Bakı 1990

18. Xürrəmilər hərəkatına baxış (Ziya Bünyadovun tədqiqatları əsasında).

  1. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989


19.Azərbaycan xalqının formalaşması problemi

1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989.

2. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlər. Bakı 1989

3. Azərbaycan tarixi. Z.M.Bünyadov və Y.B.Yusifovun redaktəsi ilə. Bakı.1994



4.Ələkbərov Ələkbər Türk tarixinin qapalı səhivələri// uluturk.info
Yüklə 119,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə