Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova



Yüklə 65,84 Kb.
tarix21.03.2018
ölçüsü65,84 Kb.
#32732
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Asiya və Afrika ölkələri tarixi-1, HIST101, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti/Otaq-(309)

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim (lər)

Ph.D Yeganə Çağlayan

E-mail:

yegana.caglayan@gmail.com

Telefon:

(012) 421-79-16 (departament) 219

Mühazirə otağı/Cədvəl

IV 11:50-13:20 / 13:40-15:10 Mühazirə otağı-304

Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtda

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

1.N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010 (dərslik)

2.A.Məmmədli. Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixi. Bakı, 1999 (dərslik)

3.Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)

4.Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)

5.История стран зарубежной Азии в средние века. Москва, 1970 (учебник)

6.А.С.Васильев. История стран Востока. Т.1. Москва, 2005 (учебник)
Əlavə:

7.Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı, 2000

8.Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

9.T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2010

10.Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)

11.Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)




Kursun veb saytı

www.arxeoloq.az, www.azerbaijanarcheology.com

Tədris metodları

Mühazirə

Fənnin məqsədi:

“Asiya və Afrika ölkələri tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Asiya və Afrika ölkələrinin tarixi, xüsusilə orta əsrlər tarixi müasir tarixşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Şərqdə orta əsrlərdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Şərq ölkələrində ortaya çıxan böyük imperiyalar, savaşlar, Çin, Hindistan, Xilafət, Səlcuq, Monqol, Ağqoyunlu, Osmanlı, Səfəvi dövlətlərinin dünya sivilizasiyalarının inkişafına təsiri, İslam, buddizm, sintoizm kimi dinlərin yaranması, müsəlman mədəniyyəti kimi dünya əhəmiyyətli hadisələr bu sıradandır.

Tədris olunan kursun başlıca məqsədi - tələbələrdə Asiya və Afrika ölkələri tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.


Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

Şərq sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;

Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi xüsusi vurğulanacaq;

Şərqin erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;

Şərq mədəniyyətinin özəllikləri müəyyən olunacaq;

Şərq tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.



Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%) , bal

Aralıq imtahanı

Aprel

(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir-mövzular 1-7 qədər)



30

Davamiyyət




5

Fəallıq




5

Yoxlama yazı işi (quiz)

Aralıq imtahanı qabağı sınaq işi


5

Yoxlama yazı işi (quiz)

Final imtahanı qabağı iki sınaq işi

5

Esse

( Mövzuların siyahısı əlavə olunur)

10

Final imtahanı

İyun

(aprel və may aylarında keçirilən mövzular əsasında final imtahanı verilir mövzular 8-15 qədər)



40

Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Arxeologiyaya giriş”fənni Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – insanlıq tarixinin və onun maddi-mədəni irsinin öyrənilməsinə yeni fənnlərarası baxışın tətbiqi və elmi texniki tərəqqi dövrünün tələblərinə uyğun yeni üsul və metodların arxeologiya elminə sirayət etməsilə bəşəriyyətin tarixi inkişafının qanunauyğunluqlarını tətbiqi üçün müasir elmi tədqiqatın üstün cəhətlərinin öyrədilməsi, müasir cəmiyyətin və sivilizasiyanın yaranmasının, inkişafının səbəblərinin araşdırılmasında təbii və ictimai amillərin qarşılıqlı rolunun üzə çıxarılmasıdır.

“Arxeologiyaya giriş” kursunun başlıca məqsədi - tələbələrdə İnsan və onun ümumi maddi-mədəni irsi haqqında, onun yaranması, mərhələləri və genişlənməsi haqqında elmi-nəzəri biliklərin formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:

  • Bəşəriyyətin və onun maddi-mədəniyyətinin özünəməxsusluğu araşdırılacaqdır;

  • İnsan sivilizasiyanın mənşəyi elmi əsasda öyrəniləcəkdir;

  • İnsan cəmiyyətinin və mədəniyyətinin yaranması, tarixi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • İnsanlığın yaranışından müasir dövrə kimi mövcud tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 15 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılsa da, ona qaıb işarəsi yazılır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.




Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.








Fənnin təqvim-tematik planı:


Həftə

Gün

Mövzu

Saat

Qeyd

I

18.02.2016

Mövzu 1. Asiya və Afrika ölkələrinin siyasi, iqtisadi və mədəni inkişafı xüsusiyyətləri

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.3-4; Y.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.3-10

II

25.02.2016

Mövzu 2. Yaponiya orta əsrlərdə

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.5-28

III

03.03.2016

Mövzu 3. Çin orta əsrlərdə

2

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.29-64

IV

10.03.2016

Mövzu 4. Koreya orta əsrlərdə

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010

V

17.03.2016

Mövzu 5. Hindistan orta əsrlərdə

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.85-122

VI

31.03.2016

Mövzu 6. Sasanilər dövləti

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010

VII

07.04.2016

Mövzu 7. Xilafət
Aralıq imtahanı (1-7-ci mövzular)

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.154-185

VIII

14.04.2016

Mövzu 8. Səlcuq imperiyası. Xaç yürüşləri

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.186-203

IX

21.04.2016

Mövzu 9. Əyyubilər. Misir məmlükləri

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.216-222

X

28.04.2016

Mövzu 10. Monqol imperiyası

2

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.123-137
















XI

05.05.2015

Mövzu 11. Osmanlı imperiyasının yaranması və yüksəlişi

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.233-250

XII

12.05.2016

Mövzu 12. Əfqanıstan orta əsrlərdə

4

Azərbaycan tarixi. 7 cilddə. III cild. Bakı, 2000

XIII

19.05.2016

Mövzu 13. Babur imperiyası

2

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.103-122

XIV

26.05.2016

Mövzu 14. Səfəvi dövləti. Osmanlı-Səfəvi münasibətləri

4

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.260-275

Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006



XV

27.05.2016

Mövzu 15. Böyük Coğrafi Kəşflər. Asiya və Afrika ölkələrinin müstəmləkələşdirilməsi

4

Y.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008, s.37-43


Esse mövzuları


  1. Çin VIII-XVII əsrlərdə

  2. Koreya orta əsrlərdə

  3. Yaponiyada syoqunluq sistemi

  4. Cənub-Şərqi Asiya ölkələri orta əsrlərdə (Kamboca və Tailand)

  5. Cənub-Şərqi Asiya ölkələri orta əsrlərdə (İndoneziya və Filippin)

  6. Hindistan V-XIII əsrlərdə

  7. Baburun imperiyası

  8. Monqol imperiyası

  9. Sasanilər dövləti

  10. Əməvilər

  11. Abbasilər

  12. Səlcuq imperiyası

  13. Azərbaycan və səlcuqlar

  14. Elxanilər dövləti

  15. Fatimilər

  16. Əyyubilər

  17. Misir məmlük dövləti

  18. Osmanlı imperiyasının yaranması

  19. Ərəb ölkələri Osmanlı hakimiyyəti altında

  20. Ağqoyunlu dövləti

  21. Səfəvilər və Avropa

  22. Səfəvi – Osmanlı münasibətləri

  23. Şah Abbasın Avropa siyasəti

  24. Əfqanıstan orta əsrlərdə

  25. Səfəvi – Osmanlı münasibətləri

Esselerin tərtibi qaydaları:

  • Kağızın formatı – A4

  • Şrift – 14

  • İnterval – 1,5

  • Esselerin həcmi 10-15 səhifəni keçməməlidir.

  • Esselərdə istinadlar kodlaşma ilə verilməlidir.

  • Esse mövzuları üzrə ədəbiyyat müəllimi tərəfindən fərdi qaydada təqdim olunacaq.

Yüklə 65,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə