Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova



Yüklə 132,05 Kb.
tarix06.05.2018
ölçüsü132,05 Kb.
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Dünya sivilizasiyaları tarixi, HIST 110, 3 kredit

Departament

Tarix və arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

Yeganə Gözəlova

E-mail:

ygezalova@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

İV 09:00- 10:20

10:30- 11:50



Məsləhət saatları

IV (razılaşdırılan vaxtda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

Mühazirə mətnləri



  1. Y.Yusifov. Qədim Şərq tarixi(dərslik). Bakı, 1993; 2007

  2. История древнего Востока. Под ред. В.В.Кузищина. Москва, 2005

  3. Y.Həsənov. Qədim Roma tarixi(dərslik). Bakı, 1975

  4. История Древнего Рима. Под ред. В.В.Кузищина. Москва, 2008

  5. История Древней Греции. Под ред. В.В.Кузищина. Москва, 2005

  6. Y.H.Gözəlova. Qədim yunan diplomatiyası(dərs vəsaiti). Bakı, 2010

  7. Y.H.Gözəlova. Sivilizasiyalar tarixi(dərslik). Bakı, 2014

  8. T.Orucov. Qədim Roma(dərslik). Bakı, 2008

  9. Y.M.Mahmudov. Orta əsrlər tarixi(dərslik). Bakı, 2012

  10. Orta əsrlər tarixi. I cild(dərslik). Bakı, 1988

  11. История средних веков(учебник). Москва, 2005

  12. T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

  13. Y.H.Gözəlova. Orta əsrlər tarixi(dərs vəsaiti). Bakı, 2008

  14. Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi(dərs vəsaiti). Bakı, 2006

  15. N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi(dərslik). Bakı, 2010

  16. История стран зарубежной Азии в средние века. Москва, 1970

  17. История стран зарубежной Азии в новое и новейшее время. Москва. 1991

  18. R.İsmayıl və d. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (dərslik). Bakı, 2003

  19. M.Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 cilddə(dərslik). Bakı, 2003

  20. Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti(dərslik). Bakı, 2005

Əlavə:

  1. Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

  2. T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2009

  3. История стран зарубежной Азии в средние века. Москва, 1971

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris metodları

  • Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral-mart ayında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün mart ayında

30 bal

Fəallıq

Dərslərdə, diskussiyalarda, prezentasiyalarda və elmi seminarlarda iştirak etmək

10 bal

Quiz

2yoxlama (yazılı şəkildə)

(hər biri 5 bal)



10 bal

PrezentasiyaQrup müzakirə

Yazılı (həm də şifahi təqdimat olmaqla)

5 bal

Final imtahanı

Aprel-may keçirilən mövzular əsasında may ayında final imtahan verilir.

45 bal

Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Dünya sivilizasiyaları tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Dünya sivilizasiyaları tarixi, xüsusilə qədim Şərqin sivilizasiyalarının tarixi, antik sivilizasiya və orta əsrlərin Avropa və müsəlman sivilizasiyalarının tarixi tarix elmi üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, sivilizasiyaların mərkəzləri olan bölgələrdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Misir və Mesopotamiyanın qədim dövlətləri, yunan və Roma sivilizasiyaları, Xalqların böyük köçü, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya, böyük Avropa inqilabları bu tip hadisələrdəndir ki, müasir dünyanın inkişafına təsiri yenə də davam edir. “Dünya sivilizasiyaları tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə dünya sivilizasiyaları haqqında elmi bilikləri formalaşdırmaqdır.


Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Şərq və Qərb Avropa sivilizasiyalarının fərqli və oxşar cəhətləri araşdırılacaq;

  • Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi xüsusi vurğulanacaq;

  • Avropanın və müsəlman Şərqinin orta əsrlər tarixinin, yeni və müasir tarixinin başlıca inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • Dünya sivilizasiyaları haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

29.01.2015

Mövzu 1. Sivilizasiyalar anlayışı. Sivilizasiyalar haqqında nəzəriyyələr

Mövzu 2. Qədim Misir sivilizasiyası

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.3-8

Y.Yusifov. Qədim Şərq tarixi. Bakı, 2003



2

05.02.2015

Mövzu 3. Qədim İkiçayarası sivilizasiyaları

Mövzu 4. Davamı

“-“, s.29-60

3

12.02.2015

Mövzu 5. Qədim Yunan sivilizasiyası

Mövzu 6. Davamı

Y.H.Gözəlova. Qədim yunan diplomatiyası. Bakı, 2010 s.1-53

4

19.02.2015

Mövzu 7. . Qədim Roma sivilizasiyası

Mövzu 8. Davamı

Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975

5

29.02.2015

Mövzu 9. (yoxlama - quiz)

Mövzu 10. Bizans sivilizasiyası

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.18-28

6

05.03.2015

Mövzu 11. Davamı

Mövzu 12. Orta əsr müsəlman sivilizasiyası

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.29-41

7

12.03.2015

Mövzu 13. Davamı

Mövzu 14. Renessans – Avropa hadisəsi kimi

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.42-58

8

19.03.2015

Mövzu 15. Davamı

Mövzu 16. Böyük Coğrafi kəşflər. Müstəmləkəçilik sisteminin yaranması

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.59-80







Aralıq imtahanı (1-15-ci mövzular)




9

26.03.2015

Mövzu 17. Reformasiya – Avropa hadisəsi kimi

Mövzu 18. Davamı

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.81-101

10

02.04.2015

Mövzu 19. Osmanlı sivilizasiyası

Mövzu 20. Davamı

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.102-114

11

09.04.2015

Mövzu 21. Vestfal sülh sistemi. Avropanın dünyəviləşməsi

Mövzu 22. XVIII əsr və Fransanın Avropa sivilizasiyasının inkişafına təsiri

Y.H.Gözəlova. Sivilizasiyalar tarixi. Bakı, 2014, s.114-124

12

16.04.2015

Mövzu 23. Avropada sənaye çevrilişi. İmperializm

Mövzu 24. ABŞ – Avropa sivilizasiyasının yetirməsi

M.Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. 2 cilddə. I cild. Bakı, 2003, s.127-167

13

23.04.2015

Mövzu 25. . Sosializmin doğuşu

Mövzu 26. Davamı

Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.169-179

14

30.04.2015

Mövzu 27. Müstəşləkəçiliyin dağılması. Üçüncü dünya ölkələri

Mövzu 28. Davamı

Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.541-612

15

07.05.2015

Mövzu 29. Azərbaycan Respublikasının müasir dünya sistemində yeri

Mövzu 30. Müasir dövrün qlobal problemləri

Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.126-202







FİNAL imtahan (16-30-cu mövzular)




Dünya sivilzasiyaları tarixi” kursu üzrə prezentasiya üçün

tövsiyə edilən mövzular (2014/2015-ci tədris ili)
(müəllim: dosent Yeganə Gözəlova)


  1. Qədim Misir mədəniyyəti

Ədəbiyyat: Y.Yusifov. Qədim Şərq tarixi. Bakı, 2003, s.205-214

Л.С.Васильев. История Востока. В 2 т. Т.1, с.98-120

История древнего Востока. Под ред. В.В.Кузищина. Москва, 2005

Васильев Л.С. История религий Востока. Москва, 1988

Мелларт Дж. Древнейшие цивилизации Ближнего Востока. Москва, 1982

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Qədim Roma diplomatiyası

Ədəbiyyat: T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Qədim Roma. Bakı, 2010

Y.Həsənov. Qədim Roma tarixi. Bakı, 1975

История Древнего Рима. Под ред. В.В.Кузищина. Москва, 2008

История дипломатии. Москва, 2005

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. Egey sivilizasiyası

Ədəbiyyat: T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

Y.Gözəlova. Qədim Yunan diplomatiyası. Bakı, 2010, s.3-12

История Древней Греции. Под ред. В.В.Кузищина. Москва, 2005

Боннар А. Греческая цивилизация. Москва, 1958-1962, т.1-3

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Qədim Yunan diplomatiyası

Ədəbiyyat: T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

Y.Gözəlova. Qədim Yunan diplomatiyası. Bakı, 2010, s.3-55

История дипломатии. Москва, 2005

История Древней Греции. Под ред. В.В.Кузищина. Москва, 2005

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Frank imperiyası

Ədəbiyyat: Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.57-83

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.96-129

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.95-118

История Франции. Москва, 1972, т.1

Левандовский А. Карл Великий: через империю к Европе. Москва, 1995, с.177-207

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014



  1. Böyük Karl

Ədəbiyyat: Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.68-83

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.108-129

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.95-118

История Франции. Москва, 1972, т.1

Левандовский А. Карл Великий: через империю к Европе. Москва, 1995, с.177-207

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Bizans Yustinianın hakimiyyəti dövründə

Ədəbiyyat: Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.158-185

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.130-148

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.130-171

История Византии. Москва, 1967, т.1

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. Ərəb-müsəlman sivilizasiyası

Ədəbiyyat: N.Ç.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.154-186

История средних веков. Москва, 2001, т.1, с.443-452

Л.С.Васильев. История Востока. В 2 т. Т.1, с.272-287

История стран зарубежной Азии в средние века. Москва, 1973

Большаков О.Г. История Халифата. Москва, 1989-1998, т.1-3

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Müsəlman İspaniyası

Ədəbiyyat: Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.362-374

T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.443-452

Корсунский А.Р. История Испании. Москва, 1976

Леви-Провансаль Э. Арабская культура в Испании. Москва, 1967

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. Attila

Ədəbiyyat: Ə.Muxtarova. Türk xalqlarının tarixi. Bakı, 1998

Türkün qızıl kitabı. I kitab. Bakı, 1990

Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.42-56

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.76-86

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

История средних веков. Москва, 2001, т.1, с.79-95

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. V-XV əsrlərdə Avropa mədəniyyəti

Ədəbiyyat: Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.3-19

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.455-484

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.544-574

Добиаш-Рождественская О.А. Культура западноевропейского средневековья. Москва, 1987

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Bizans mədəniyyəti

Ədəbiyyat: Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012, s.158-185

Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.485-492

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.575-590

Культура Византии. Москва, 1984; 1989; 1991

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Xaç yürüşləri

Ədəbiyyat: Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.223-235

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.271-287

Заборов М.А. Крестоносцы на Востоке. Москва, 1980

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014



  1. Orta əsr Hindistan sivilizasiyası

Ədəbiyyat: N.Ç.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.85-122

Л.С.Васильев. История Востока. В 2 т. Т.1, с.340-357

История стран зарубежной Азии в средние века. Москва, 1973

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. İngiltərə parlamenti

Ədəbiyyat: Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.282-307

T.T.Mustafazadə. Ümumi tarixi. I cild. Bakı, 2009

T.Orucov. Ümumdünya tarixi. II kitab. Bakı, 2010

История средних веков. Москва, 2001, т.1, с.341-365

Гутнова Е.В. Возникновение английского парламента. Москва, 1960

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Orta əsr Avropa səyyahları Azərbaycan haqqında

Ədəbiyyat: Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.223-235

Y.M.Mahmudov. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 2012, s.124-271

Магидович И.П. Очерки по истории географических открытий. Москва, 1949

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. Orta əsr müsəlman dünyasının məşhur səyyahları

Ədəbiyyat: Orta əsrlər tarixi. I cild. Bakı, 1988, s.362-374

Y.M.Mahmudov. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 2012, s.55-86

Магидович И.П. Очерки по истории географических открытий. Москва, 1949


  1. Avropada Reformasiya hərəkatı

Ədəbiyyat: Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008, s.15-26

История средних веков. Москва, 2001, т.2, с.73-153

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

J.M.Roberts. Dünya tarihi. Cilt 1. İstanbul, 2011

J.M.Roberts. Avrupa tarihi. İstanbul, 2011

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014




  1. 1918-1923-cü illərdə beynəlxalq münasibətlər

Ədəbiyyat: M.C.Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. Bakı, 2003, s. 6-39

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)

История дипломатии. Москва, 2005

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. 1924-1939-cu illərdə beynəlxalq münasibətlər

Ədəbiyyat: M.C.Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. Bakı, 2003, s.299-326

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)

История дипломатии. Москва, 2005

Gordon Kerr. Avrupanın kısa tarihi. İstanbul, 2001

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. 1978-1979-cu illər İran inqilabı və nəticələri

Ədəbiyyat: Rafiq bəy İsmayıl. Nərgiz Axundova. Aida Bağırova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi. 2-ci kitab. Bakı, 2003, s.34-39

Новая и новейшая история стран Азии и Африки. Москва, 1991

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Dünya dövlətlərinin Avrasiya siyasəti

Ədəbiyyat: Ə.M.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.541-578

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)

Server Tanilli. Uyğarlıklar tarihi. İstanbul, 2014


  1. Türkdilli Dövlətlər Birliyi subregional inteqrasiya növü kimi

Ədəbiyyat: Ə.M.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.643-650

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)




  1. Azərbaycan – Avropa İttifaqı əlaqələri

Ədəbiyyat: Ə.M.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.481-500

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)




  1. ABŞ-ın Qafqaz siyasəti

Ədəbiyyat: Ə.M.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, 2005, s.266-331

Новейшая история стран Европы и Азии. (istənilən nəşri)



E.Nəsirov. ABŞ və dünya 11 sentyabrdan sonra. Bakı, 2003

E.Nəsirov. Azərbaycan- ABŞ münasibətləri. Bakı, 1998


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə