Тarix və onun problemləri, №1 2014 116 SƏBİNƏ ƏLİyeva



Yüklə 94,75 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü94,75 Kb.
#32380


Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

116 


 

SƏBİNƏ ƏLİYEVA  

Bakı Slavyan Universiteti 

E-mail: aliyevasabina23@ymail.com 

 

TÜRKİYƏNİN XARİCİ SİYASƏTİNDƏ KİPR PROBLEMİ 

(1960-ci illər) 

 

Açar sözlər: Kipr problemi; Türkiyə, Yunanıstan 

Ключевые слова: кипрская проблема, Турция, Греция 

Keywords: The Cyprus problem, Turkey, Greece 

 

Şərqi Aralıq dənizində böyüklüyünə görə üçüncü olan Kipr adası xüsusi strateji əhəmiy-



yətə malikdir. Belə ki, ada  Avropa, Asiya  və  Afrika qitələrini birləşdirməklə olduqca böyük 

bir coğrafi əraziyə nəzarət etmək imkanını təmin edir. Eyni zamanda Cəbəllütariq, Süveyş və 

Qara dəniz vasitəsilə həyata keçirilən ticarətə nəzarət imkanını təmin edən məkandadır. Türki-

yədən Orta  Şərqə su nəqli layihəsi bu yol üzərindədir; önəmli ticarət  və enerji  mərkəzlərinə 

yaxın  yerləşir  ki,  bu  da  Kiprə  nəzarət  edənə  əhəmiyyətli  siyasi  və  strateji  üstünlüklər  əldə 

etmək imkanı verir. Bütün bunlarla yanaşı ən əsası isə adada həyati maraqları toqquşan Yuna-

nıstan və Türkiyənin öz təhlükəsizliklərinin təmin edilməsi məqsədilə adanın onlar üçün çox 

əhəmiyyətli bir mövqeyə sahib olduğunu iddia etmələridir. Bu baxımdam da Kipr adası tari-

xən Türkiyə və Yunanıstanla yanaşı, bir çox dövlətlərin də zidd maraqlarının mübarizə mey-

danına  çevrilmişdir.  Xüsusilə  də  XX  əsrin  ortalarından  başlayaraq  Kipr  adası  Şərqi  Aralıq 

dənizi  regionunda  gərginlik  mərkəzi  olmaqdadır.  Kiprdə  ziddiyətlərin  mürəkkəb  strukturu 

özündə milli-azadlıq hərəkatı, etnoslararası  münaqişə, dövlətlərarası qarşıdurma, o cümlədən 

çoxtərəfli aktorların iştirakı ilə kompleks beynəlxalq problemlərin xüsusiyyətlərini ehtiva edir. 

Kipr probleminin genezisinə «soyuq müharibə», o cümlədən münaqişənin əsas subyektlərinin 

davranışına təsir edən daxili siyasi situasiyalar da təsir göstərmişdir. 

Kipr  adasına  qarşı  irəli  sürülən  müxtəlif  ziddiyyətli  iddiaların  mahiyyətini  dərk  etmək 

üçün adanın qısa da olsa tarixinə nəzər salmaq məqsədəuyğundur. Belə ki, qədim tarixə malik 

Kipr adası e.ə. XV əsrdə hettlərin hakimiyyətində idi. e.ə.1450-ci illərdə adada Misir hökm-

ranlıq  etmişdir.  Daha  sonralar  isə  növbə  ilə  Finkiya,  Assuriya,  Fars  və  Roma  hakimiyyəti 

hökm sürmüşdür. 

395-ci ildə Roma İmperiyası 2 yerə bölündükdən sonra Kipr Şərqi Roma İmperiyasının 

hakimiyyəti  altında  qaldı.  638-ci  ildə  ada  ərəblərin  hücumuna  məruz  qalmışdır.  647-ci  ildə 

Xəlifə  Osmanın  dövründə  ərəb  Xilafətinin  hökmranlığı  altına  düşdü  və  964-cü  ildə  Şərqi 

Roma  İmperiyası yenidən adaya sahib oldu.  Daha sonra 1192-ci ildə adaya ingilislər hücum 

etmişdir. 1425-26-cı illərdə ara-sıra Məmlük sultanlığının hücumlarına məruz qalmış və 1571-

ci  ilə  qədər  Venesiya  dövlətinin  hakimiyyəti  altına  düşmüşdür.  1571-ci  ildə  Kiprə  Osmanlı 

İmperiyası  sahib  oldu  və  adada  Osmanlı  hakimiyyəti  1878-ci  ilə  qədər  davam  etdi.  1878-ci 

ildə adanı türklər İngiltərəyə icarəyə vermişdir, lakin hüquqi cəhətdən ada türk hakimiyyətində 

qalmışdır.  Əhalisinin  44%-i  türk,  ərazisinin  50%-dən  çoxu  türklərin  əlində  idi.  İngilislərin 

təzyiqi  nəticəsində  türklərin  əksəriyyəti  Anadolu  və  İngiltərəyə  köçdü.  Adada  qalan  türklər 

bərabərlik  tələb  edirdilər.  Bu  məqsədlə  1924-cü  ildə  Kipr  Türk  Camaati-İslamiyyə  Təşkilatı 

yaradıldı (1). 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

117 

II  Dünya  müharibəsində  ada  ingilislər  tərəfindən  istifadə  olunurdu.  1944-cü  ildə  Kiçik 

Fazil  Milli  Partiya  yaratdı  və  dərhal  sonra  daha  fərqli  təşilatlar  yaranmağa  başladı.  Bu 

təşkilatlar  1949-ci  ildə  Kipr  Türk  Federasiyası  adı  altında  birləşdilər.  Bu  dövrdə  yunanların 

EOKA təşkilatının terror fəaliyyəti başladı. 1957-ci ildə isə Rauf Denktaşın başçılığı ilə türk-

lər  müdafiə  məqsədli  bir  təşkilat  yaratdı  və  bu  təşkilatın  məqsədi  adada  «Taksim»  ideyasını 

reallaşdırmaq idi. «Taksim» ideyası adanın birləşdirilməsini nəzərdə tuturdu (2). 

1955-ci ildə Türkiyə, İngiltərə və Yunanıstanın London konfransında Türkiyə adanın hər 

iki xalqının öz  müqəddəratını təyin etmək hüququnu, Yunanıstan isə adanın yunan əhalisinə 

güvənərək ortaq şəkildə öz müqəddəratını təyin etmək hüququnu tələb etdi. Bu konfransda heç 

bir nəticə əldə edilmədi. 

Məsələ ilə bağlı 15 yanvar 1955-ci ildə Makarios çıxışında qeyd etmişdir: «İngilislərin 

hazırladığı  muxtariyyat  planını  qəbul  edəcək  hər  yunanı  (rumu)  «enosisin  düşməni  və  vətən 

xaini» elan edəcəyəm» (3, səh. 68). 

İki xalq arasında başlayan  mübarizənin nəticəsində yunanların müdafiə etdiyi «Enosis» 

və türklərin müdafiə etdiyi «Taksim» ideyasına qarşı adanın müstəqilliyi fikri meydana gəldi. 

Bu  fikrin  İngiltərə,  Yunanıstan,  Türkiyə  və  ABŞ  tərəfindən  mənimsənilməsindən  sonra  11 

fevral  1958-ci  ildə  Zürih  anlaşması  və  19  Fevral  1959-cu  ildə  London  sazişləri  imzalandı. 

Beləliklə, 1958-ci il Sürix və 1959-cu il London Konfranslarında Türkiyə, İngiltərə, Yunanıs-

tan,  türk  və  yunan  xalqları  bir  araya  gələrək  nəhayət  bir  qərara  gəldilər.  1959-cu  il  Zürih  və 

London  sazişlərinə  uyğun  olaraq  hazırlanan  Kipr  Cümhuriyyəti  Konstitusiyası  və  ona  bağlı 

Quruluş, İttifaq və Zəmanət Sazişlərinin 16 avqust 1960-cı ildə qüvvəyə minməsi ilə iki xalqlı, 

müstəqil Kipr Respublikası yaradıldı.(2). 

Beləliklə,  Kipr  Respublikasının  əsası  qoyuldu.  Bu  konfransda  nə  Yunanıstan  və  Kipr 

yunanlarının  ENOSİS-i,  nə  də  Türkiyənin  «taksim»  təklifləri  qəbul  edilmədi.  Adada  hər  iki 

xalqın ortaqlığına, Türkiyə və Yunanıstanla sıx əməkdaşlığa əsaslanan federativ bir respubli-

kanın qurulması nəzərdə tutulmuşdur. Adanın müdafiəsi Kipr, Türkiyə və Yunanıstan tərəfin-

dən hərbi ittifaq haqqında razılaşma çərçivəsində təmin olunmalı idi. Eyni zamanda Türkiyə, 

İngiltərə və Yunanıstana adadakı konstitusyon nizamı müdafiə etmək haqqı verilirdi. Eyni za-

manda İngiltərə adadakı hərbi bazalarını və bunlar üzərindəki suverenlik haqqlarını mühafizə 

edə  bildi.  Kipr  Respublikasnın  Konstitusiyasında  əsas  məqam  bir  xalqın  digərinə  hökm  edə 

bilməyəcəyi prinsipi idi. Bu yeni sistem iki əsas meyarı üzə çıxarmışdır. Bunlardan biri adada 

yaşayan türklər  və yunanlarla bağlı idi. 1960-cı il sistemində nəzərdə tutulanlar aşağıdakılar 

idi: 


- dövlət başçısının yunan, müavinin isə türk olması; 

- veto hüququnun olması. Bu veto səlahiyyəti xarici işlər, müdafiə və təhlükəsizlik işlə-

rində də keçərli idi; 

- Nazirlər Kabinetinin on üzvündən üçünün türk olması. 

- İstintaq işlərində  məhkəmə heyətinin şübhəlinin aid olduğu icmanın  hakimləri tərəfin-

dən mühakimə olunması; 

- Nümayəndələr Palatasının üzvlərinin 35-inin yunan, on beşinin Türk olması; 

- Kipr Respublikasının ordusu 60-40, məmur heyəti isə 70-30 nisbəti ilə hər iki icmanın 

üzvlərindən formalaşdırılması; 

- Hər  iki  icmanın  öz  daxili  işləri  ilə  məşğul  olacaq  bir  İcmalar  Məclisinin  yaradılması 

(məclis ictimai xərclər üçün vergi tətbiq etmək, o cümlədən din, təhsil və mədəniyyət işlərinə 

görə də məsuliyyət daşımalı idi); 

- Daxili təhlükəsizliyin polis və jandarma tərəfindən təmin edilməsi; 



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

118 


- Rəsmi dilin yunan və türk dillərinin olması; 

- Yunanıstan və Türkiyənin Kiprdəki öz ictimaiyyətlərinə təhsil və mədəniyyət sahəsində 

maliyyə yardımı edə bilməsi və s. 

Digər meyar isə Türkiyə, Yunanıstan və Kipr arasında idi: 

- Kipr Respublikasının tamamilə, ya da qismən hər hansı bir siyasi və ya iqtisadi əmək-

daşlığa qoşulmaması. 

- Türkiyə, Yunanıstan və İngiltərənin Kiprin  müstəqilliyinin, ərazi bütövlüyünün, təhlü-

kəsizliyinin və konstitusiya quruluşunun mühafizəsinə zəmanət verməsi və s. (4, səh.8). 

Kipr  Respublikası  qurulduqdan  dərhal  sonra  Kipr  hökuməti  BMT-yə  təşkilatın  üzvlü-

yünə qəbul haqqında müraciət etdi. Müraciət qısa bir zamanda qəbul edildi. 20 sentyabr 1960-

cı  ildə  Kipr  Respublikası  BMT-nin  bərabərhüquqlu  üzvü  oldu  və  BMT-nin  zəmanətini  əldə 

etdi. 


Zürih və London sazişlərinin imzalanması mühüm nailiyyət olsa da, qələbə deyildi. Ən 

əsas  da  ona  görə  ki,  o  dövr  hakim  türk  dairələrinin  də  vurğuladığı  kimi  bir  çox  əksiklikləri 

olan, xüsusilə də qarışıq konstitusiyaya malik süni bir dövlət qurulmuşdur. 

Zürih və London sazişlərinə əlavə olaraq Kipr, Türkiyə, İngiltərə və Yunanıstan arasında 

imzalanan Zəmanət haqqında Sazişin birinci maddəsində qeyd edilir: «Kipr Respublikası hər 

hansı  bir  dövlətlə  tam  və  ya  qismən  hər  hansı  bir  siyasi  və  ya  iqtisadi  birliyə  qoşulmamağı 

öhdəsinə götürür. Beləliklə, hər hansı bir digər dövlətlə birləşməyi və ya adanın «taksimini» 

birbaşa və ya dolayı olaraq təşviq edəcək hər növ hərəkəti yasaq elan edir» (5). 

İkinci  maddədə isə qeyd olunur:  “Yunanıstan, Türkiyə  və Birləşmiş Krallıq, Kipr Res-

publikasının bu sazişin birinci maddəsində göstərilən öhdəliklərini nəzərə laraq Kipr Respubli-

kasının  müstəqilliyini,  ərazi  bütövlüyünü,  təhlükəsizliyini  və  eyni  zamanda  Konstitusiyanın 

təməl maddələriylə yaradılan nizamını tanıyır və zəmanət verirlər”. 

Sazişin  4-cü  maddəsinin  son  bəndində  deyilir:  “müştərək  və  ya  razılaşaraq  hərəkət  edə 

bilmədikdə zəmanət verən hər üç dövlətdən hər biri bu müqavilə ilə qurulan nizamı yenidən 

yaratmaq məqsədi ilə hərəkətə keçmək hüququnu özlərində saxlayırlar». 

1960-cı il sazişlərinin ən əsas xüsusiyyərindən biri də adanın hər hansı bir şəkildə başqa 

bir ölkə ilə birləşməsinə, yəni ENOSİS-ə qarşı olması idi. 

Adada  Enosis  və  Taksim  qadağan  edilmişdi,  lakin  yunan  rəhbərliyi  bütün  keçmiş 

EOKA-çıları  Kipr  Respublikasında  zəruri  mövqelərə  yerləştirərək,  Konstitusiyada  qadağan 

olunmasına  baxmayaraq  Enosis  fəaliyyətini  birbaşa  Makariosun  başçılığı  altında  həyata 

keçirirdi. 

Kipr türkləri sazişlərə sadiq qalsalar da, yunanlar Sürix və London sazişlərinin imzalan-

masından  dərhal  sonra  baş  yepiskop  Makariosun  aşıq  şəkildə  söylədiyi  kimi  sazişlərə  bir 

məqsəd  olaraq  deyil,  yunanların  Enosis  siyasətinin  həyata  keçirilməsinin  bir  vasitəsi  kimi 

baxırdılar. Əsas məqsədin Enosis olduğunu Makarios hələ 13 noyabr 1959-cu il tarixində belə 

açıqlamışdır: «adanın idarəsi 8 əsrdən bəri ilk dəfə yunanların əlinə keçmişdir» (2). 

Makarios həmçinin EOKA-nın hər il quruluş günü olaraq qeyd edilən 1960-cı il 1 aprel 

tarixində  Sürix  və  London  sazişləri  haqqında  fikirlərini  belə  ifadə  edirdi:  «Ümid  və  əməllə-

rimiz Sürix və London sazişləri ilə tamamilə gerçəkləşməmişdir. Fəth edilən qalalardan ən son 

zəfərə  doğru  mübarizəyə  davam  edəcəyik...  milli  mübarizəmiz  qətiyyən  sona  çatm  amışdır. 

Yalnız formasını dəyişdirmişdir» (3, səh 126). 

1961-ci ilin 25 aprelində OPEK adlı yeni yaradılan gizli təşkilat bir elanla «türklərə mal 

satanların  cəzalandırılacaqlarını»  bildirdi.  Ortaq  təbliğat  bundan  ibarət  idi  ki,  «türklərə  əsla 



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

119 

torpaq satmayın». Digər gizli təşkilat Pan Kipr Mücahidlər Cəmiyyəti 17 mayda ilk açıqlama-

sını yayımlayaraq «köhnə EOKA-çıları əməkdaşlığa» çağırdı. 

6 avqust 1961-ci ildə Türkiyədən ilk dəfə bir xəbərdarlıq səsi yüksəldi. Türkiyənin xarici 

işlər  naziri  Səlim  Sarpər  Kipr  haqqında  bir  elan  verdi.  Elanda  qeyd  olunurdu  ki:  «Sazişə 

(Konstitusiyaya)  zidd  davranmaq  istəyən  olarsa,  nəticə  onların  lehinə  olmayacaqdır.  Diləyi-

rəm  ki,  kiprlilər  əllərindəki  nemətin  dəyərini  bilərək  Sürix  və  London  Sazişlərinin  uğurla 

həyata keçirərlər. Əks təqdirdə onlar üçün yaxşı olmayacaqdır» (3, səh.144). 

Bu açıqlama iki ildən çox özlərini tərkedilmiş hiss edən Kipr türklərini bir qədər rahat-

latdı.  Yunanlar  isə  qərbin  onları  müdafiə  edəcəyinə  əmin  olaraq  bu  açıqlamanı  ciddi  qəbul 

etmədilər. 

Kiprli yunanların gizli təşkilatı OPEK 1962-ci ilin yanvarında Lefkoşada bildirişlər pay-

ladı. Bildirişdə qeyd olunurdu: «Bu yunan adasında türklərin varlığı bizi qərarımızdan (enosis-

dən) döndürə bilməz». 

Daxili işlər naziri köhnə EOKA-çı Polikarpos türk rəhbərlərinin razılığını almadan «xü-

susi polis» adı altında yüzlərcə  mülki yunan  gəncini silahlandırmışdır.  Yorgasis 1962-ci ilin 

10 fevralında Limasolda çıxışında: «Kipr bir yunan adasıdır. Kipr türkləri qaçqındırlar, azlıq-

lardır.  Mübarizə  bitməmişdir,  röyamızın  gerçəkləşməsi  üçün  köhnə  yoldaşlarımız  birləşmə-

lidirlər» (3, səh.147). 

Bu cür düşüncənin davamı  kimi 30  noyabr 1963-cü ildə Makarios 13  maddədən ibarət 

«konstitusiyaya  dəyişiklik»  təkliflərini  irəli  sürdü.  Bu  təkliflər  yenə  eyni  Konstitusiyada 

«dəyişiklik  edilə  bilməz»  deyə  qeyd  edilən  bir  çox  əsas  maddəni  də  ehtiva  etməklə  və  türk 

tərəfinin  dövlət  mexanizmində  anlamlı  və  təsirli  bir  rol  oynamasına  imkan  verən  hüquqları 

aradan qaldırmaq məqsədini daşıyırdı. Bunlar arasında Kiprli türk olan prezidentin müavininin 

veto  hüququnun  ləğv  edilməsi;  təmsilçilər  məclisində  qərarların  sadə  səs  çoxluğu  ilə  qəbul 

edilməsi; ayrı bələdiyyələrin ləğv edilməsi və s. kimi maddələrin ləğv edilməsi də var di. Əsas 

hədəf Kiprli yunanları «Kipr xalqı» kimi qələmə vermək, ortaqlığı yox etmək, türlkəri azlığa 

çevirmək idi. 

Enosis siyasəti qarşısında maneələri aradan qaldırmaq istəyən Makarios bu məqsədlə bir 

plan hazırladı. Bu plana görə söhbət 13 maddənin dəyiştirilməsini türklərə təklif edəcəkdi və 

qarşı  tərəfin  rədd  etdiyi  təqdirdə  isə  zorla  təlqin  ediləcəkdi,  türklərin  qarşı  çıxması  ilə  isə 

hadisə  “türklər  hökumətə  üsyan  elədi”  şəklində  elan  edilərək  Kipr  hökumətinin  bir  daxili 

məsələsi kimi təqdim ediləcəkdir. 

Beləliklə, Makariosun  konstitusiyaya zidd  olaraq hazırladığı 13  maddəlik dəyişiklik ilə 

gərginlik  daha  da  şiddətləndi.  Adada  tam  yunan  hakimiyyəti  başladı.  BMT-nin  sülhməramlı 

qüvvələri də adada təhlükəsizliyi təmin edə bilmədi. 

Kipr  türkləri  açıq  şəkildə  konstitusyon  hüquqlarna  qarşı  yönəldilmiş  bu  təcavüzü  rədd 

etdilər.  Bunun  nəticəsində  Kipr  yunanları  21  dekabr  1963-cü  ildə  Kipr  türklərinə  qarşı  ada 

səviyyəsində hücuma keçərək əvvəlcədən Yunanıstanla əməkdaşlıq içində hazırlanmış və ada 

türklərini 24 saat içində yox etmək məqsədi daşıyan “Akritas Planı”nı qəbul etdilər. 21 aprel 

1966-cı  ildə  Patris  Qəzetində  dərc  edilən  bu  plana  görə  türk  xalqı  ani  bir  hücumla  ilə  yox 

ediləcək və ada Yunanıstana birləşdiriləcəkdi. Planı hazırlayanlar arasında Daxili İşlər naziri 

Yorgasis,  president  Makarios,  Məclis  sədri  Klerides  il  yanaşı  16  fevral  1963-cü  ildə  yunan 

rəhbərliyinin başçısı seçilən Tasos Papaduplos da var idi (6, səh. 64). 

Makarios  plana  Akritas  adını  vermişdir.  Akritas  bizanslı  bir  hərbçinin  adı  idi.  Maka-

riosun  açıqladığı  kimi  Akritas  planının  məqsədi  adada  tam  yunan  hakimiyyətini  qurmaq, 

əlverişli  şərait  yaranan  kimi  Enosis  elan  etmək  idi.  Təşkilatlanma  bitdikdən  sonra  türklərə 



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

120 


qarşı  əməliyyatlara  başlanacaq,  Kiprdən  getmək  istəyən  türklərə  yardım  ediləcək,  azlıqda 

qalmağa razı olanlara isə dəstək verilməsi söylənirdi. Etiraz edənlər isə ya dünya ictimaiyyə-

tinə  qanuni  idarəçiliyə  qarşı  çıxan  üsyançılar  kimi  elan  edilməli,  ya  da  susdurulmalı  idilər. 

Türklərə qarşı silahlı hücumlar təşkil edilməlidir. Bu iş 24, ən çox isə 48 saatda yekunlaşdırıl-

malı idi (7, səh. 564). 

21  dekabr  1963-cü  EOKA  Akritas  planının  silahlı  hərəkat  mərhələsinə  keçdi.  “Qanlı 

Milad”  adlandırılan  bu  həftədə  yüzlərlə  türk  öldürüldü,  minlərlə  yaralandı  (8).  Bu  hadisələr 

fonunda 27 dekabr 1963-cü ildə ingilislərin başçılığı ilə 3 zəmanətçi dövlətin əsgərləri “Sülhü 

qoruma”  adı  altında  adada  işə  başladılar.  30  dekabr  1963-cü  ildə  Lefkoşanın  türk  və  yunan 

kəsimlərini  ayıran  Yaşıl  Xətt  çəkildi.1964-cü  ilin  yanvarında  3  zəmanətçi  dövlət  və  adadakı 

ictimaiyyət  liderlərinin  iştirak  etdiyi  bir  konfrans  təşkil  edildi;  lakin  müsbət  bir  nəticə  əldə 

edilmədi (2). 

Beləliklə,  Yunanların  1963-cü  ilin  dekabr  hücumları  və  bunun  ardınca  Kipr  türlərinə 

qarşı  davam  etdirdikləri  hücumlar  yüzlərcə  türkün  öldürülüb  yaralanması,  103  kənddən  30 

min  türkün  qaçqın  vəziyyətinə  salınması,  ev  və  mallarının  talan  edilməsi  ilə  nəticələndi.  Bu 

hücumlarla  eyni  vaxtda  kipli  türklər  dövlət  mexanizminin  bütün  orqanlarından  kənarda 

saxlanılır və bu orqanlar tamamilə yunanların nəzarəti altına keçirdi. 

Kipr  Respublikası  dağılmışdı.  Yunan  tərəfi  dövlət  başçısı,  nazirləri  ilə  birlikdə  Kiprdə 

sanki bir yunan hökuməti formalaşdığı düşüncəsini yaradırdı. Adada yaranmış vəziyyətdən çı-

xış yolu tapmaq üçün İngiltərə Türkiyə və Yunanıstan ilə türk və yunan icmalarını Londonda 

konfransa dəvət etdi. 13 yanvar 1963-cü ildə konfrans açıq elan edildi. 

London konfransı irəliləyiş olmadan davam etdi. Ingiltərə Kipr məsələsindən əlini çək-

mək  üçün  ABŞ-ın da prosesdə iştirak etməsini istəyirdi. Yunan icması türklərə yalnız azlıq-

ların  malik  olduqları  hüquqları  verəcəklərini  ifadə  edir,  Londin  və  Sürix  Sazişlərinin  ləğv 

edilməsini təkid edirdilər. Ən sağlam təklif Rauf Denktaşdan gəldi. R.Denktaş hər iki icmanın 

da ayrı-ayrı kantonlar şəklində yaşayacaqları federativ bir quruluş təklif etdi. Türkiyə Kiprdəki 

türklərin təhlükəsizliyini təmin etməyə çalışırdı. 

Konfransda heç bir uzlaşma əldə edilmədi. Nəticədə İ.İnönü türk heyətini geri çəkdi. 

4 mart 1964-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 186 saylı qətnamə qəbul etdi. Qətna-

mədə  “Kipr  hökuməti”ndən  şiddəti  və  qan  tökülməsinin  qarşısını  alacaq  qərarlar  verməsini 

istədi. Makarios Kipr Respublikası adından BMT Sülhməramlı qüvvələrinin Kiprdə fəaliyyə-

tinə razılıq verdi. Beləliklə, BMT Makariosun prezident kimi rəhbərlik etdiyi yunan idarəçili-

yini Kiprin qanuni təmsilçisi  kimi rəsmən tanıdı. Bu qərarla birlikdə  yunan rəhbərliyi  “Kipr 

hökuməti” olaraq tanınmağa başladı (9). 

Lakin  Makarios  sülhməramlı  qüvvələri  gözləmədən  hərəkətə  keçmək  əmrini  verdi. 

Yunanlar  7  martda  türklərin  sayca  şoxluq  təşkil  etdiyi  Bafa  hücum  etdilər,  türkləri  kiçik  bir 

əraziyə sıxışdırdıla. Bağlarbaşı (Malya) kəndini işğal etdilər, bir çox türkü qətlə yetirdilər, bir 

hissəsini isə əsir götürdülər. 

Türkiyədə mövcud vəziyyət daha da gərginləşdi. 12 martda Türkiyə hökuməti yunanlara 

ultimatum verdi: türklərə qarşı hücumlar dayandırılmazsa, Türkiyənin Kiprə müdaxilə edəcəyi 

bildirildi. Bu, Türkiyənin üçüncü müdaxilə qərarı idi. 

4  aprel  1964-cü  ildə  nəzarəti  sözdə  “Kipr  Respublikası”na  verilən  BMT-in  beynəlxalq 

Sülhməramlı qüvvələri (UNFİCYP) adada fəaliyyətə başladı. 4 aprel isə Makarios Kipr Res-

publikasını quran sazişləri tək tərəfli olaraq ləğv etdiyini açıqladı (2). 

Makariosun yeni siyasətini əks etdirən türklərin iqtisadi  və sosial təzyiqlərlə çökdürmə 

cəhdləri  BMT  Baş  Katibinin  o  zamankı  hesabatlarında  da  açıq  şəkildə  ifadə  edilirdi.  10 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

121 

sentyabr 1964-cü il tarixli 5950 saylı hesabatın 222-ci paraqrafında eynilə belə qeyd edilirdi: 

“Kipr  türk  icmasına  qarşı  bəzi  hallarda  tam  bir  mühasirə  şəraitində  tətbiq  edilən  iqtisadi 

məhdudiyyətlər Kipr hökumətinin  mümkün bir həlli təlqin etmək üçün əsgəri hərəkat yerinə 

iqtisadi təzyiq istifadə olduğunu göstərir” (10). 

Kiprin  türk  xalqının  1964-cü  il  hücumlarından  sonra  dövlətin  bütün  orqanlarından 

kənarda saxlanması və 11 il davam edəcək mühasirə altında yaşamağa məcbur edilməsi mənfi 

təsirini bütün sahələrdə göstərirdi. 

30 mindən çox qaçqın vəziyyətinə düşmüş türk çadırlarda, kinoteatr zallarında sığınacaq 

tapırdılar. Türklər istehsaldan uzaq qaldı, adanın 3 %-lik ərazisində mühasirə boyunca dünya-

dan uzaq düşmüş kiprli türklərin xəbərləşməsi, əlaqə saxlamaları, iqtisadi əlaqələri tamamilə 

qadağan  edimişdir.  Adaya  BMT  Təhlükəsizlik  Şurasının  1964-cü  il  mart  ayında  göndərilmiş 

BMT-nin  sülhməramlı  qüvvələri  kiprli  türklərə  qarşı  iqtisadi  məhdudiyyətlər  və  fasiləsiz 

davam etdirilən terror hərəkətləri qarşısında təsirsiz qaldı (1). 

Türkiyənin Yunanıstana və İngiltərəyə müraciəti də heç bir nəticə vermədi. 3 iyunda türk 

hava qüvvələri tərəfindən xəbərdarlıq uçuşları edildi. Lakin Türkiyənin adaya müdaxilə qərarı 

ABŞ prezidenti məşhur «Conson Məktubu» nəticəsində həyata keçirilməmişdir. Belə ki, adada 

baş verən hadisələrdən narahat olan ABŞ bölgədə baş verəcək bir müharibəni öz strateji məna-

felərinə təhdid hesab edərək məsələyə müdaxilə etmək qərarı verdi. ABŞ prezidenti L.Conson 

tərəfindən imzalanan məktub 5 iyun 1964-cü ildə Türkiyənin baş naziri İ.İnönüyə göndərildi. 

Tarixdə  «Conson  Məktubu»  kimi  qalan  bu  məktubda  Türkiyənin  adaya  təktərəfli  müdaxilə-

sinin türk və yunan tərəfləri arasında müharibəyə səbə ola biəcəyi və NATO üzvü olan bu iki 

dövlətin müharibə aparmasının qəbul edilməz olduğu ifadə edilmişdir. Eyni zamanda Türkiyə-

nin  belə  qərar  verməzdən  əvvəl  müttəfiqləri  ilə  razılaşmalı  olduğu  vurğulanmışdır.  Eyni 

zamanda  ABŞ-ın  Türkiyəyə  təmin  etdiyi  hərbi  sursatın  bu  müdaxilədə  istifadəsinə  icazə 

verilməyəcəyi qeyd edilmişdir. 

Məktubdan sonra Türkiyə müdaxilə qərarından imtina etsə də, onun Türkiyə ictimaiyyə-

tində yaratdığı təəssürat və Türkiyənin xarici siyasətinə təsiri çox mühüm idi. Conson məktu-

bu çox sərt və kobud üslubda yazılmıdır, alçaldıcı ifadələrə yer verilmişdir. Bu məktub həmçi-

nin  Türkiyə-ABŞ  münasibətlərində  və  Türkiyənin  xarici  siyasətində  də  əhəmiyyətli  dəyişik-

liklərə təkan verdi. 

Kiprli  yunanlar  tətbiq  etdikləri  bütün  bu  iqtisadi  mühasirə  və  digər  təzyiq  üsulları  ilə 

Kipr türklərinin  müqavimətini qıra bilməyəcəklərini başa düşdükdə 1967-ci ilrə yenidən hü-

cumlara keçdi. Bu vaxt adaya gizli yollardan daxil olmuş və sayları 20 minə çatan yunan bir-

likləri də türk kəndlərinə qarşı edilən bu hücumlarda iştirak edirdilər. Boğaziçi və Keçidqala 

kəndlərinə qarşı həyata keçirilən hücumlarda bir çox türk vəhşicəsinə öldürülmüşdü. Eyni za-

manda türklər 10 şəhid, 9 yaralı vermişdirlər (11, səh. 83). Hücumlar ancaq Türkiyənin qərarlı 

mövqeyi  və  Kipr  türk  xalqına  qarşı  həyata  keçirilən  bu  soyqırımın  qarşısı  alınmadıqda  sa-

zişlərdən qaynaqlanan müdaxilə haqqını istifadə edəcəyi xəbərdarlıq nəticəsində dayandı. 

1967-ci il hücumları yunan icması arasında Enosisin artıq Türkiyənin müxalifətinə bax-

mayaraq  silah  gücü  ilə  gerçəkləşdirməyin  qeyri-mümkünlüyünü,  bunun  daha  başqa  üsullarla 

əldə edilməsinin zəruriliyi istiqamətində inancın güclenməsinə səbəb olmuşdur. Bu, vaxt keç-

dikcə baş yepiskop Makarios və Yunanıstanda 1967-ci ildə fəaliyyətə başlamış xunta arasında 

ixtilaf  mövzularından  birinə  çevriləcək  və  xuntanın  1974-cü  ildə  Makariosa  qarşı  bir  zərbə 

planlaşdırmasına səbəb olacaq idi. 

1967-ci ildə Yunanıstanda hakimiyyəti hərbi çevrilişlə ələ keçirən Xunta «Enosis»ə nail 

olmaq üçün Keşan ve Dədəağaç danışıqlarını keçirmiş və Türkiyə ilə sövdələşməyə çalışmış-



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

122 


dır.  Lakin  danışıqlarda  heç  bir  nəticə  əldə  edilmədi.  Nəticədə  1967-ci  il  15  noyabrda  yunan 

Milli  Müdafiə  Qüvvələri  Boğaziçi  və  Keçidkale  kəndlərinə  qarşı  hücumlar  təşkil  edilmişdir 

(2). 

Bu  vaxtlar  eyni  zamanda  Yunanıstan  Kiprin  əvəzində  Qərbi  Frakiyada  bəzi  güzəştlərə 



getməyi planlaşdırıdı. Türkiyə isə buna qarşı çıxaraq adaya müdaxilə qərarını qəbul etdi. An-

caq Yunanıstan bu dəfə geri addım ataraq 12000 nəfərlik qüvvəsini adadan çıxartmaq qərarını 

vermişdir. Bu zaman Kiprdə türklər 29 dekabr 1967-ci ildə 1960-cı il Konstitusiyasının bütün 

maddələri  reallaşdırılana  qədər  Müvəqqəti  Kipr  Türk  İdarəsini  yaratdılar  (2).  Bu  federativ 

dövlət ideyası istiqamətində atılan əhəmiyyətli bir inkişaf olmuşdur. 

1964-cü ildə Kiprdəki mövcud sistemin dağılması  və adadakı türklərin sistemdən uzaq-

laşdırılaraq aşağı həyat şəraitində yaşamaq məcburiyyətində qaldıqlarına qərb dövlətləri prob-

lemin  Kiprin  daxili  işi  olması  bəhanəsi  ilə  heç  bir  reaksiya  verməmişdilər.  Lakin  adadakı 

türkləri düşdükləri vəziyyətdən, xüsusilə də yunanların «enosis» təhlükəsinə məruz qalmaqdan 

xilas etmək məqsədilə Türkiyənin həyata keçirdiyi hərbi hərəkat həmin qərb dövlətləri tərəfin-

dən Kipri parçalayan xarici müdaxilə kimi qiymətləndirmişdilər. 1960-cı ildə Kipr Respubli-

kası 2 xalqın bərabər siyasi statusu və iştirakını nəzərdə tutan beynəlxlaq razılaşmalar əsasında 

yaradılmışdır. Lakin 1963-cü ildə prezidentin köməkçisi və bütün türk hökumət nümayəndə-

ləri hər şeydən kənar tutulurdular. 1963-74-cü illər arasında minlərlə türk qətlə yetirilmiş, 30 

mindən artıq insan isə mühacirət etmişdir. Atlılar kəndi, Muradağa, Sandallar, Tərəzi kəndlə-

rində qətliamlar törədilmişdir (2). 

1968-ci ildə adadakı iki tərəf arasındakı danışıqlar başlamışdır. Türk tərəfinin yerli mux-

tariyyat (local autonomy) şəkilində ortaya qoyduğu tezislə bağlı danışıqlar 1971-ci inin sonu-

na qədər davam etmişdir. 1972-74-cü illərdə  danışıqlara Türkiyə və Yunanıstandan  mütəxəs-

sislərin qoşulması ilə davam etdirilmişdir. Bu danışıqlar 15 iyul 1974-cü il yunanların zərbəsi 

ilə sona çatdı.  

Beləliklə, 1960-cı ildə yaradılan Kipr Respublikası adadakı yunanların və türklərin daxili 

işlərini özlərinin idarə edəcəyini və hər birinin öz varlığını qorumaqla bir yerdə yaşayışını nə-

zərdə tutan bir quruluş idi. Lakin bu quruluşun özünü doğrultmadığını görən yunanların dəyi-

şikliklər təkliflərini qəbul etməyən türklərə qarşı zorakılığa əl atması sistemin dağılmasına və 

kiprli türklərin daha sonra adanın müəyyən bölgələrinə çəkilərək öz varlıqlarını davam etdir-

mək üçün öz quruluşlarını yaratmalarına səbəb olmuşdur. 

 

ƏDƏBİYYAT 

 

1.

 



Kıbrıs tarihi // http://arsiv.wordpress.com/2006/01/09/kibris-tarihi/  

2.

 



Kıbrıs tarihçe // http://www.mfa.gov.tr/kibris-tarihce.tr.mfa  

3.

 



Turqut Özakman. Çılqın Türkler. Kıbrıs, Bilgi yayın evi, Ankara, 2012  

4.

 



Aydın Olgun. Dünden bugüne Kıbrıs Sorunu, Kastas Y., İstanbul,1999  

5.

 



Garanti Antlaşması, Zürich,11 Şubat 1959 

6.

 



Pierre Oberling. Bellapais’e giden yol. Çev. Mehmet Erdoğan, ATASE yayını, 

Ankara, 1987  

7.

 

Ulvi Keser. Kıbrısta Yeraltı Faaliyyetleri və Türk Mukavemet Teşkilatı, İQ 



Yayıncılık, İstanbul, 2007  

8.

 



Hüseyin Laptalı. Artik Bir Miad Doldu, Bir Kabus Sona Erdi// www.ciddiyizbiz.com  

9.

 



BMT-nin Təhlükəsizlik Şurasının 186 saylı Qətnaməsi, 1964  

10.


 

Kıbrıs Dosyası // http://www.tariharastirmalari.com  




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

123 

11.


 

Ercüment Yavuzalp. Kıbrıs Yangınında Büyükelçilik, Bilgi Yayın Evi, 1993 

 

САБИНА АЛИЕВА 

Бакинский славянский университет 

 

КИПРСКАЯ ПРОБЛЕМА ВО ВНЕШНЕЙ ПОЛИТИКЕ ТУРЦИИ 

(1960-е годы) 

 

Со второй половины ХХ века Кипр в результате столкновения интересов и претен-

зий  двух  местных  этнических  общин  и  трех  союзников  по  НАТО  -  Греции,  Турции  и 

Великобритании, стал объектом напряженности, разногласий и насилия. В течение мно-

гих  лет  до  и  после  приобретения  независимости  определенная  часть  кипрского  об-

щества  выступала  против  существования  Республики  Кипр,  как  единого  суверенного 

государства.  Часть  националистически  настроенных  греков-киприотов  требовала  при-

соединения  острова  к  Греции,  а  турки-киприоты  поддерживали  раздел  острова  между 

Грецией  и  Турцией.  В  результате  это  стало  причиной  разрушения  системы  и  позднее 

создания  турками-киприотами  своего  управления  в  Кипре  для  продолжения  своего 

существования. 

 

SABINA ALIYEVA 

Baku Slavic University 

 

THE CYPRUS PROBLEM IN FOREIGN POLICY OF TURKEY 

(the 1960th years) 

 

From the second half of the XX century Cyprus as a result of collision of interests and 

claims of two local ethnic communities and three allies on NATO - Greece, Turkey and Great 

Britain,  became  object  of  intensity,  disagreements  and  violence.  For  many  years  before 

independence  acquisition  a  certain  part  of  the  Cyprian  society  opposed  existence  of  the 

Republic  of  Cyprus,  as  uniform  sovereign  state.  The  part  of  nationalist  adjusted  Cypriote 

Greeks demanded accession of the island to Greece, and Cypriote Turks supported the island 

section  between  Greece  and  Turkey.  As  a  result  it  became  a  cause  of  destruction  of  system 

and is later than creation by Cypriote Turks of the management in Cyprus for continuation of 

the existence. 



 

 

Rəyçilər: t.e.n. Ş.H.Əliyev, t.e.d.M.C.Qasımlı 



BSU-nun “Diplomatiya və xarici siyasət ” kafedrasının 30 oktyabr 2013-cü il tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №2). 

Yüklə 94,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə