Тarix və onun problemləri, №1 2014 237 adiş MƏMMƏdov



Yüklə 88,15 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü88,15 Kb.
#38153


Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

237 

 

ADIŞ MƏMMƏDOV  

AMEA-nın doktorantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

DAXİLİ MÜNAQİŞƏLƏRİN TƏZAHÜR FORMALARININ SİYASİ 

ASPEKTLƏRİ  

 

Açar sözlər: Daxili münaqişə, şəxsiyyətlərarası münaqişə, qrupdaxili münaqişə, sistem-

daxili və sistemdən kənar münaqişələr 



Ключевые слова: Внутренний конфликт, межлиностный конфликт, внутригруппо-

вой конфликт, внутрисистемный и внешнесистемный конфликт 



Key words: Inner conflict, interindividual conflict, inside group conflict, innnersystem 

and external system conflicts 

 

Münaqişələr  müxtəlif  ictimai-siyasi  quruluşa  malik  cəmiyyətlərdə  həmişə  mövcud 



olmuşdur.  Bu  da  təbii  və  normal  hadisə  kimi  başa  düşülməlidir.  Münaqişə  və  əməkdaşlıq 

icitmai  inkişaf  prosesində  həmişə  qarşılıqlı  əlaqə  kəsb  etmişdir.  Münaqişə  latınca  konfliktus 

(confliktus) sözündən əmələ gəlib toqquşma mənasını ifadə edir.  

Münaqişə  məqsədləri  uyğun  gəlməyən,  öz  məqsədlərini  həyata  keçirmək  naminə  bir-

birinə qarşı mübarizə aparan iki və daha çox tərəfin toqquşmasıdır[9, 6; 12, 304]. 

Həm elmi ədəbiyyatda, həm də publisistikada münaqişə anlayışı birmənalı izah olunmur 

[17,  15-27;  22;  25,  49-55].  Buna  baxmayaraq,  bir  çox  tədqiqatçılar  münaqişələrin  təsnifatını 

yaratmağa cəhd göstəriblər. Bu tədqiqatçıların əsərlərinin təhlili belə bir qəti qənaətə gəlməyə 

imkan  verir  ki,  münaqişəni  birmənalı  və  tam  şəkildə  özündə  əks  etdirən  vahid  tipologiyanı 

tərtib  etmək  mümkün  deyil.  Yalnız  bir  neçə  təsnifatın  mümkünlüyü  ideyasını  qəbul  etmək 

doğru olardı. Hər bir münaqişə açıq toqquşma şəklində özünü biruzə verəndən sonra onlar öz 

qanunları üzrə inkişaf etməyə başlayırlar. Münaqişələrin dinamikası və inkişaf tendensiyaları 

(meylləri)  bir  sıra  amillərlə  müəyyən  olunur:  onları  yaradan  səbəb  və  şəraitin  mürəkkəbliyi 

dərəcəsi, iştirakçıların emosional təəssüratlanma dərəcəsi; öz məqsədlərinə nail olma tələblə-

rinin  ödənilməsi  üçün  real  imkanlar,  tərəflərdə  maddi,  maliyyə,  təşkilati  vasitələrin  olması; 

tərəflərin qarşılıqlı güzəştlərə getmək hazırlığı; xarici amillərin təsiri və s[12, 303-304]. 

Konfliktlər  çox  müxtəlifdir  və  demək  olar  ki,  onlar  öz  predmetlərinə  görə  fərqlənirlər. 

İştirakçıların  sayına  görə  konfliktlər  özəl  (iki  insan  arasında  yaranan  konflikt),  çoxsaylı  (bir 

neçə  insanın  cəlb  olunduğu  konflikt)  və  qrup  halında  (tərəflər  kimi  bütöv  insan  qruplarının 

çıxış etdiyi konflikt) olur. Sonuncu halda tərəflər kimi mikroqruplar (2-4 adam), kiçik qruplar 

(4 -5 adamdan 20 -30 adamadək), orta qruplar (tərkibində onlarla  kiçik qrup olan təşkilatlar) 

və böyük sosial qruplar (bu halda konflikt sosial xarakter alır) çıxış edə bilər[1, 137]. 

Münaqişənin  subyektinə  aşağıdakılar  daxildir:  fərdlər,  kiçik  və  böyük  qruplar,  qeyri-

rəsmi  əsasda  yaranan  və  rəsmi  cəhətdən  təşkil  olunmuş  sosial  birliklər,  iqtisadi  və  siyasi 

xarakterli məhdud ictimai təşkilatlar, siyasiləşdirilmiş sosial təşkilatlar və s. 

Cəmiyyətdə  münaqişələrin  və  əməkdaşlığın,  konsensusun  və  mübarizənin 

mövcudluğuna  hətta  hakimiyyət  təsisatlarının  özü  müxtəlif  səviyyədə  və  dərəcədə  təsir 

göstərir. S.Lipset qeyd edir ki, demokratiyanın siyasi təsisatları təkcə konsensus əldə olunması 

amili  kimi  deyil,  həmçinin  gərginliyin  artması  və  münaqişələrin  çoxalması  vasitəsi  kimi 

istifadə oluna bilər[7, 583]. 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

238 


Münaqişələr istər fərdlər, istər qruplar və istərsə də siyasi birliklər arasında və ya onların 

daxilində təşəkkül tapır  və  müxtəlif formalarda təzahür edir. Münaqişələrin  mənbəyi ictimai 

qrupların  mənafelərinin  müxtəlifliyi  ilə  şərtlənir.  Siyasi  birliklər  daxilində  münaqişələr  hər 

şeydən əvvəl, siyasi elita ilə cəmiyyətin digər hissəsi arasındakı ziddiyyət kimi meydana çıxa 

bilər. Belə hallarda cəmiyyətin geniş əhali kütləsi siyasi elitanı çoxluğun marağının ifadəçisi 

kimi yox, ilk növbədə azlığın mənafeyinin təmsilçisi baxımından qiymətləndirir. 

Konfliktologiya elmində münaqişələr aşağıdakı meyarlara və növlərə görə ayrılır: 

a)Subyektinə görə-şəxsiyyətlərarası münaqişələr, fərdi və qruplararası, qrupdaxili; 

b)Sferasına görə-sosial, iqtisadi, siyasi, mədəni, dini; 

c)Gərginlik dərəcəsinə görə-zəif, orta, güclü; 

ç)Axın xarakterinə görə-passiv, aktiv; 

d)Qüvvələr  nisbəti  və  paylanmasına  görə-şaquli  (rəis-işçi  münasibətləri),  üfüqi 

(həmkarlar arasında); 

e)Gücdən istifadə edilməsinə görə-zorakı, dinc; 

ə)Sosial  nəticələrinə  görə-funksional  (konstruktiv-yaradıcı),  disfunksional  (destruktiv-

dağıdıcı); 

j)Sosial strukturdakı münasibətlərə görə-sistemdaxili, sistemdən kənar; 

z)Hüquq və vəzifələrlə bağlı-hüquqi, qeyri-qanuni[24, 159-160; 18, 90-99]. 

Bəhs  olunan  problemin  iqtisadi  aspektlərini  təhlil  edən  bəzi  tədqiqatçılar  belə  bir 

nəticəyə gəlmişlər ki, etnik münaqişənin başvermə ehtimalı etnik azlığın həyat səviyyəsindən 

asılıdır [11, 9-15]. “Problemli” regionda əhali nə qədər çox imkanlıdırsa, qiyamçıların lazımi 

vəsait əldə etmə şansı bir o qədər çoxdur. Bundan başqa, bir qayda olaraq bu cür hərəkatlara 

yardım  edən  varlı  və  nüfuzlu  diasporun  mövcudluğu  əhəmiyyətli  rol  oynayır.  Koller  və 

Hefflerin fikrincə, cəmiyyət nə qədər çox müxtəlif və demokratikdirsə, silahlı etnik  münaqi-

şənin və ya vətəndaş müharibəsinin başvermə şansı bir о qədər azdır. Digərləri isə belə hesab 

edir ki, bəzi əlamətlərə istinad edərək müstəqillik uğrunda silahlı mübarizənin tezliklə başla-

nacağını əvvəlcədən xəbər vermək olar. Bu əlamətləri aşağıdakı kimi qruplaşdırmaq olar: [16, 

21-30]  


1.Dini  və  ya  etnik  azlıqlara  aid  olan  qrup  hazırda  malik  olduğundan  daha  çox  mux-

tariyyət tələb edir. Əksər hallarda bu tələblər siyasi və iqtisadi vasitələrlə həll edilir. 

2.Hərbi əməliyyatların başlama ehtimalı о halda təxminən 60%-ə çatır ki, milli azlıq nə 

vaxtsa  müstəqil  dövlətə  malik  olub.  Bu  dövlətin  nə  vaxt  və  harada  mövcudluğu,  necə 

yarandığı,  hansı  idarəçilik  formasının  istifadə  olunması  və  hansı  səbəblərdən  müstəqilliyini 

itirməsi elə də vacib deyil. Məsələn, fransız kolonistlərinin nəslindən olan Kanadanın Kvebek 

əyalətinin  sakinləri  müstəqillik  tələb  edir.  Onlar  bunu  bir  vaxtlar  Kanadanın,  Fransanın 

koloniyası olması ilə əlaqələndirirlər. Onu da qeyd etmək lazımdır ki, müstəqilliyin itirilməsi 

yaxın keçmişdə baş vermişdirsə bu, daha çox təhlükəlidir. 

3.Müstəqillik  uğrunda  mübarizə  aparan  qrupların  təşkilatlanması  nə  qədər  mütəşəkkil 

olarsa,  onların  silahlı  mübarizəyə  başlama  ehtimalı  bir  о  qədər  çoxalır.  Məsələn,  protestant 

Böyük  Britaniyasının  tərkibinə  daxil  olan  Şimali  İrlandiyanın  katolik  sakinlərinin  öz 

müqəddəratını təyin etmək arzusu güclü inzibati strukturların yaradılması ilə möhkəmləndiril-

mədi.  Katoliklərin  bir  neçə  güclü  terrorist  qrupları  yarada  bilməsinə  baxmayaraq,  əhalinin 

böyük hissəsinin maraqlarını ifadə edən vahid təşkilati mərkəz yaradılmadı. Analoji proseslər 

keçmiş  sovet  respunlikalrında  yaşayan  etnik  ruslarla  da  baş  verir.  Onlar,  vaxtaşırı  ayrı-ayrı 

vilayətlərin, regionların muxtariyyəti və ya Rusiyaya birləşdirilməsi uğrunda çıxış edir. Lakin 

bu fəaliyyət bir nəticə vermir. 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

239 

4.Öz  müqəddəratını  təyin  etmək  iddiasında  olan  regionda  infrastruktur  və  informasiya 

texnologiyaları ilə əlaqədar vəziyyət nə qədər çox yaxşı olarsa, hərbi əməliyyatların başlama 

ehtimalı bir о qədər çoxalır. Əgər müəyyən etnik qrup hər hansı bir ölkənin tabeliyində sıx bir 

ərazidə yaşayırsa, rabitə amilinin elə də çox əhəmiyyəti olmur. Əgər etnik və ya dini qrup iki 

və daha artıq dövlət arasında bölünübsə onun əhəmiyyəti dəfələrlə artır. Məsələn, belə hadisə 

Serbiya, Albaniya və Makedoniya arasında bölünmüş albanlarla, Fransa və İspaniya arasında 

basklarla, Rusiya və Azərbaycan arasında ləzgilərlə, Rusiya və Gürcüstan arasında çeçenlərlə 

baş  verdi.  Separatçı  hərbi  dəstələr  öz  fəaliyyətlərini  ancaq  telefon,  radiostansiya  və  sairənin 

köməyi ilə koordinasiya edir[13, 158-164]. 

5.Etnik  və  ya  dini  qrupun  doğum  səviyyəsi  nə  qədər  çox  olarsa,  öz  müqəddəratını 

təyinetmə uğrunda müharibəyə başlamasına bir о qədər çox meyilli olar. Doğum səviyyəsinin 

aşağı olması çoxlu sayda miqrant axını və s. ilə ödənilə bilər. 

Müxtəlif ölkələrdə baş vermiş bir sıra münaqişələrin təhlili zamanı onların konkret hansı 

kateqoriyaya aid edilməsi çətinlik törədir. Məsələn, çeçen münaqişəsinin siyasi-hüquqi təhlili 

onu  daxili  münaqişə  kimi  müəyyən  etməyə  kömək  edir.  Çeçen  münaqişəsinin  siyasi-hüquqi 

təhlili  dedikdə,  dövlət  və  müxalifət  qrupu  və  ya  dəyişilməsi  üçün  ona  qarşı  yönələn  təşkilat 

arasında düşmənçilik əlaqəsi, о cümlədən dövlətin siyasi hakimiyyətinin və ya siyasi rejiminin 

siyasi ümumiliyi, zorakılıq vasitələri başa düşülür. Bu mövqelərdən Rusiyanın siyasi sistemi-

nin  dəyişilməsinə  yönələn  siyasi  qanuni  münaqişə  olan  çeçen  münaqişəsi  müxalifətin 

məqsədlərinə əsasən, Rusiya dövlətinin siyasi ümumiliyi idi. İstifadə olunan bu növ vasitələrin 

xarakterinə  görə  beynəlxalq  təcrübədə  federal  hakimiyyətinə  qarşı  zorakılıq  hərəkətləri 

“üsyan”  və ya  “qiyam”  kimi qiymətləndirilir. Göstərilən təriflərə, həmçinin dövlət daxilində 

bir  çox  sosial  münaqişələrin  ötməsi  analizinə  əsaslanaraq,  daxili  silahlı  münaqişə  dedikdə, 

istənilən toqquşma, qarşıdurma və müəyyən siyasi məqsədlərə nail olmaq üçün silahlı qüvvə-

lərin tətbiq edilməsi ilə bir dövlətin ərazisində münaqişə aparan tərəflər arasında onların həlli 

formasını müəyyən edirik. Bir tərəfdən, daxili silahlı münaqişə (DSM) sosial-siyasi xarakterli 

fövqəladə vəziyyətin böhran formasıdır. Onun yaranmasının əsas səbəbi həm müxtəlif formalı 

münaqişələr  (iqtisadi,  siyasi,  millətlərarası,  regional  və  s.),  həm  də  kriminal  xarakterli  föv-

qəladə vəziyyətlərdir. Digər tərəfdən, DSM güc metodlarının tətbiq edilməsi ilə sosial törəmə-

lər arasında qarşıdurmaların həlli formasıdır[13, 158-164]. Beləliklə də məlum olur ki, daxili 

münaqişələr həm də toqquşma, qarşıdurma kimi siyasi məqsədlər daşıyır.  

Daxili  münaqişələr  qruplararası  münasibətlərdə  də  özünü  qabarıq  şəkildə  göstərir. 

Nəzərə almaq lazımdır ki, qruplararası qarşılıqlı münasibətlərin formaları çox və rəngarəngdir. 

E.V.Andrienko qruplararası münasibətlərin formalarını əsasən dörd qrupda müəyyən etmişdir. 

Birinci  istiqamətdə  sosial  stratifikasiya  səviyyəsində  böyük  sosial  qruplar  arasındakı  müna-

sibətlər öyrənilir. İkinci istiqamət qruplararası münasibətlərin aşağıdakı şəraitdə öyrənilməsini 

müəyyən edir: bu zaman qrupun biri lider, digəri isə onun ardınca  gedən qrup olur. Üçüncü 

istiqamət  kiçik  qruplararası  münasibətləri  öyrənməklə  bağlıdır.  Dördüncü  istiqamət  isə 

qruplararası  münasibətlərin  qrupdaxili  münasibətlərə  təsirini  öyrənir.  Bu  dörd  istiqamət  bir-

birinə  əsaslanır  və  bir-biri  ilə  qarşılıqlı  əlaqədədir[3,  13-20].  Bu  baxımdan  da  qruplararası 

konfliktlər müvafiq olaraq sosial qruplar arasında yaranan konfliktdir. Fərdi səviyyədə o, həm 

də  şəxsiyyətlərarası  konflikt  kimi  də  çıxış  edə  bilər.  Nəzərə  almaq  lazımdir  ki,  hər  bir  kəs 

özündən daha çox öz sosial qrupunu təmsil edir. Belə ki, müəyyən insanların arasında birbaşa 

konfliktli münasibətlər mövcud olmaya bilər, lakin yenə də aralarında konflikt olan müvafiq 

sosial qrupların təmsilçiləri kimi onlar arasında konflikt mövcuddur. 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

240 


Qruplar arasında münaqişələr konkret sosial situasiyalarda yaranır. Münaqişə iştirakçıları 

meydana  çıxan  ziddiyyətlərin  bir-birinə  qarşı  durduğunu  dərk  edirlər.  Buna  görə  də  onun 

xarakteristikasını, həmçinin bu situasiyanın konfliktdə olan insanlar tərəfindən qavranılmasını 

da konfliktin struktruna aid edirlər. Konfliktə girərək və ya onun həllini axtararaq, konfliktdə 

olan  tərəflər  müəyyən  fikir  və  motivlə  idarə  olunurlar.  Bununla  əlaqədar  olaraq  onlar  üçün 

münaqişəli  situasiyada  xarakterik  olan  davranış  motivləri  də  konfliktin  struktruna  aid  edilir. 

Lakin  münaqişəli  tərəflərin  tələbləri  təmin  olunarsa,  belə  halda  ziddiyyətlər  münaqişəyə 

çevrilməyə  bilər.  Əgər  münaqişəli  şərait  münaqişəyə  gətirib  çıxararsa  münaqişənin  inkişafı 

onu  son  həddə  gətirib  çıxarır,  bundan  sonra  isə  münaqişənin  zəifləməsi  başlayır  və  o  başa 

çatır[14, 642; 2, 13]. 

XX əsrin 80-ci illərindən sonra rusiyalı tədqiqatçılar münaqişə probleminə xüsusi önəm 

vermiş,  çoxsaylı  tədqiqatlar  aparmışlar.  Məşhur  rus  konfliktoloqu,  Rusiyada  konfliktologi-

yanın pionerlərindən A.V.Dmitriyev və V.N.Kudryaçev daxili münaqişəni “münaqişə tərəflə-

rinin obyektiv  və subyektiv ziddiyyətlərinin bir təzahür forması  kimi” nəzərdən  keçirirlər [5, 

7].  V.N.Şalenko  daxili  münaqişənin  mənşəyi  ilə  bağlı  yazır:  “Müasir  sosioloji  ədəbiyyatda 

sosial münaqişə adı altında fərdlər arasında mübarizənin bütün formaları başa düşülür [23, 4].” 

Bundan başqa, müəllif qeyd edir  ki, münaqişənin xüsusi növünü qarşıdurmanın digər növlə-

rindən-ziddiyyət, fərq, rəqabət və s. bu kimi növlərindən fərqləndirmək lazımdır[23, 4]. Digər 

rusiyalı tədqiqatçı Y.Zaprudskiy daxili  münaqişədən danışarkən yazır  ki, daxili  münaqişənin 

aşağıdakı funksiyaları vardır: qüvvələr nisbətinin yaradılması və balansın qorunması (hökumət 

də daxil olmaqla); ümumi qəbul olunmuş norma, dəyər və qaydalara sosial nəzarət olunması; 

yeni sosial norma və institutların yaradılması və ya onların yenilənməsi; fərdlərin və qrupların 

uyğunlaşması  və  sosiallaşması  (ictimailəşməsi);  qrupların  fiziki  və  normativ  sərhədlərinin 

yaradılması  və  müdafiə  olunması;  qrupdaxili  və  qruplararası  münasibətlərdə  nisbətən  stabil 

strukturların yaradılması və müdafiə olunması; qrupda və cəmiyyətdə qeyri-formal iyerarxiya-

nın yaradılması, qeyri-formal liderlərin müəyyən olunması[6, 52-64]. Göründüyü kimi, sosial-

psixoloji  yanaşmada  insanlar  arasında  şəxsiyyətlərarası  və  qruplararası  konfliktlər,  həmçinin 

fərd  və  qrup  arasındakı  konfliktlər  tədqiq  olunur.  Birinci  halda  ayrı-ayrı  insanlar  arasında 

yaranan, ya da ayrı-ayrı sosial qrupların daxilində onların üzvləri arasında yaranan konfliktlər 

nəzərdə tutulur. İkinci halda isə əsasən kiçik, orta və ya böyük sosial qruplar arasında mövcud 

olan konfliktlər nəzərdə tutulur. Üçüncü halda isə ayrı-ayrı insanlar ilə sosial qrupların bütün 

üzvləri və ya əksəriyyəti arasında yaranan konfliktlərdən danışılır[8, 166]. 

P.A.Tsıqankov  münaqişələri  şəxsiyyətlər,  qruplar,  dövlətlər  arasında  olmasından  asılı 

olaraq  daxili  və  xarici  tiplərə  bölür  [21,  34].  Daxili  münaqişələr  qrup  daxilində,  dövlət 

daxilində baş  verə bilər. Xarici  münaqişələr isə dövlətlər arasında ərazi iddiaları, diplomatik 

mübahisələr, iqtisadi ziddiyyətlər üzündən baş verə bilər və münaqişələr müxtəlif formalarda 

təzahür  edə  bilər.  Bu  əsasən  zorakı  –  yəni  hərbi  toqquşma,  müharibə  və  qeyri-zorakı  yəni 

diplomatik  notalar,  iqtisadi  sanksiyalar  formasında  olur.  Münaqişənin  zorakı  formasında 

təzahürü zamanı müxtəlif metodlar tətbiq edilir ki, bunların sırasında: 1) genosid – yəni dövlət 

tərəfindən sanksiyalaşdırılmış sistemli, kütləvi şəkildə hər hansı bir etnik qrupun məhvi [15, 7; 

19,  168-176].:  məsələn,  Ermənistan  tərəfindən  törədilən  Xocalı  faciəsi;  2)  etnik  deportasiya, 

yəni bir etnik qrupun öz yaşadıqları doğma torpaqlarından kütləvi şəkildə qovulması: məsələn, 

azərbaycanlıların  Ermənistandan  zorla  deportasiya  edilməsi;  3)  məcburiyyət  metodu:  süni 

stimullaşdırılan assimilyasiya; 4) konsensus metodu: inteqrasiya və multikulturizm siyasəti; 5) 

ərazi  metodu:  narazi  etnik  qrup  dövlətin  tərkibindən  ayrılır:  məsələn,  Dağlıq  Qarabağda 

olduğu kimi – daxili sesessiya (ayrılma).  

Qeyd  etmək  daha  vacibdir  ki,  münaqişə  cəmiyyətin  sosial  və  siyasi  strukturunda  sə-

viyyəsi,  miqyası  və  kəskinliyi ilə səciyyələnir. Siyasi aspektdə daha əhəmiyyətli  münaqişə  o 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

241 

hesab  olunur  ki,  eyni  vaxtda  sosial  və  siyasi  strukturun  bütün  səviyyələrini  əhatə  edir  və 

münaqişə iştirakçılarının hamısına toxunur. Daha az əhəmiyyət daşıyan münaqişə isə bununla 

səciyyələnir ki, o, sosial strukturun məhz müəyyən hissəsini əhatə edir. 

Daxili siyasi münaqişələrin böyük əksəriyyəti etnosların status uğrunda mübarizələri ilə 

bağlı olur. Hər bir etnos da hesab edir ki, məhz siyasi hakimiyyətdə təmsil olunmaqla və ya 

hakimiyyətə  hər  hansı  təsir  vasitələrinə  malik  olmaqla  maraqlarını  təmin  edə  bilərlər.  Əksər 

hallarda isə etnoslar çıxış yolunu birmənalı şəkildə “mərkəzdən qopmaqla” “suverenlik” əldə 

etməkdə görürlər[4, 57-58]. Sözsüz ki, belə suverenlik adətən bütövlükdə etnosun maraqlarına 

xidmət etmir.  Aparılan araşdırmalar  göstərir  ki, qeyd olunan suverenlik  müəyyən bir  qrupun 

hakimiyyətə yiyələnməsinə daha çox yarayır. Etnosların suverenlik uğrundakı mübarizələrinin 

əsasını  bir  qayda  olaraq  separatçı  hərəkatlar  təşkil  edir.  Göründüyü  kimi,  münaqişə  siyasi 

sistemin bu cür gərgin daxili və xarici şərtlər daxilində fəaliyyət göstərməsinə səbəb olur. Belə 

bir  vəziyyətdə  isə  siyasi  sistem  nəinki  zəifləyir,  hətta  onun  tamamilə  dağılması  da  baş  verə 

bilər[4, 57-58]. İlkin təhlillər də göstərir ki, münaqişə sözün geniş mənasında bu və ya digər 

sahədə  insan  fəaliyyətinin  mümkün  nəticələrindən  biri  kimi  çıxış  edir.  Cəmiyyətin  müxtəlif 

sahələrində-məişətdən,  ailədən  tutmuş  dövlətə,  beynəlxalq  münasibətlərədək  özünü  büruzə 

verir.  


Münaqişənin təbiətinin və nəzəri-metodoloji yanaşmaların təhlili göstərir ki, Avropa və 

amerikalı alimlər  münaqişə anlayışına müxtəlif aspektlərdən yanaşmış, bir qrup tədqiqatçılar 

onu psixoloji, digər qrup sosioloji amil  kimi  nəzərdən  keçirimiş, daxili  münaqişənin təzahür 

formaları kimi fərdlər, kiçik qruplar, eləcə də hər hansı bir dövlətin tərkibindəki böyük sosial 

qrupların gərginliyi kimi şərh edilmişdir. Fikrimizcə, münaqişə həm də cəmiyyətin inkişafının 

başlıca  elementlərindən  biridir.  Münaqişə  fərdlərin  və  qrupların  davranışının  əsasını  təşkil 

edir,  hakimiyyət  strukturlarının  dəyişməsini  və  siyasi  proseslərin  inkişafını  şərtləndirir.  O, 

həm  də  siyasi  subyektlərin  qarşılıqlı  fəaliyyətini  reallaşdıran,  bütün  siyasi  proseslərin 

səmərəliliyinə əlverişli təsir göstərən sosial hadisədir. Elə buradaca münaqişənin ilkin pozitiv 

funksiyası üzə çıxır. Münaqişə cəmiyyətdə mövcud olan ümumi gərginliyin nisbətən yumşal-

masını şərtləndirir. Yəni münaqişə bir növ “klapan” rolunu oynayaraq gərginliyi ictimai həyat-

dan  ixrac  edir[10,  11].  İctimai  həyatda  gərginlik  isə  orada  meydana  çıxan  müxtəlif  mənşəli 

problemlərdən doğur. Siyasi  münaqişədə belə “klapan” həm daxili, həm də xarici  müstəvidə 

oynaya  bilər.  Ziddiyyətlərin  vaxtında  aşkar  olunaraq  dəf  edilməsi  daha  təhlükəli  münaqi-

şələrin baş verməsinin qarşısını alır. Tanınmış rus tədqiqatçısı D.Feldman siyasi münaqişələrin 

bu  funksiyasını  cəmiyyətəki  sosial  gərginliklərin  idarə  olunması  və  aradan  qaldırılması  kimi 

nəzərdən keçirir[20, 41-53]. 

Beləliklə, “daxili münaqişə” anlayışı və təzahür formaları, təsnifatına dair aparılan araş-

dırmalar  göstərir  ki,  münaqişələr  istər  fərdlər,  istər  qruplar  və  istərsə  də  siyasi  birliklər  ara-

sında  və  ya  onların  daxilində  təşəkkül  tapır  və  müxtəlif  formalarda  təzahür  edir.  Münaqişə-

lərin  mənbəyi  ictimai  qrupların  mənafelərinin  müxtəlifliyi  ilə  şərtlənir.  Siyasi  birliklər  da-

xilində  münaqişələr  hər  şeydən  əvvəl,  siyasi  elita  ilə  cəmiyyətin  digər  hissəsi  arasındakı 

ziddiyyət kimi meydana çıxa bilər. Belə hallarda cəmiyyətin geniş əhali kütləsi siyasi elitanı 

çoxluğun  marağının  ifadəçisi  kimi  yox,  ilk  növbədə  azlığın  mənafeyinin  təmsilçisi  baxı-

mından qiymətləndirir. Bu tip münaqişələr əsasən, daxili siyasi mübarizə, sosial-siyasi, milli, 

dini və s.mənafelərin toqquşması ilə silahlı zorakılığa qədər  gedib çıxa bilər. Əksər hallarda 

daxili  münaqişələr  vətəndaş  müharibələri,  üsyan  hərəkatları,  silahlı  qiyam  və  çevrilişlərlə 

təmsil olunur. Daxili münaqişə anlayışının mahiyyətini təhlil edərkən məlum olur ki, o, yalnız 

dövlət  daxilindəki  etnik  qruplar  arasında  deyil,  həm  də  hakimiyyət  və  hakimiyyət  səlahiy-

yətləri uğrunda mövcud rejim çərçivəsində aparılır. Məsələn, hökumət və parlament arasında, 

hakim elitadakı müxtəlif siyasi qruplaşmalar arasında, dövlət və siyasətin ayrı-ayrı subyektləri 



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

242 


(şəxsiyyət,  qrup,  institut  və  s.)  arasında.  Daxili  münaqişə  anlayışının  tərifinə  dair  nəzəri-

metodoloji  yanaşmaların  və  prinsiplərin  icmalı  onu  deməyə  əsas  verir  ki,  belə  münaqişələr 

müxtəlif  formalarda  təzahür  edir,  bəzən  isə  siyasi  xarakter  kəsb  edərək  daxili  muxtariyyət 

uğrunda mübarizədən müstəqillik uğrunda mübarizə səviyyəsinədək yüksəlir.  



 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

1.

 



Аниупов А.Я., Шипилов А.И. Kонфликтология.M.: Юнити, 2002, 552 с. 

2.

 



Александрова Е.В. Социально-трудовые конфликты: пути разрешения. М., 1993 

3.

 



Babayeva T.T.Qruplararası qarşılıqlı münasibətlərin əsas formaları // Psixologiya 

jurnalı, 2005, № 3, s.13-20  

4.

 

Галкин А.А. Общественная стабильность: некоторые теоретические подходы. 



МЭиМО, 2006, №9, с.57-58.  

5.

 



Дмитриев А.В., Кудрявцев В.Н. Введение в общую теорию конфликтов. М., 1998, 

349 c. 


6.

 

Запрудский Ю.Г. Внутри конфликта. // Социологические исследования.1993. -№ 



7, c. 52-64 

7.

 



Əfəndiyev M. Siyasi elmin əsasları. Bakı: Siyasət, 2004, 604 s. 

8.

 



Kэрол Ойстер. Социальная психология групп. M.: Олма-Пресс, 2004, 222 с. 

9.

 



Козырев Г.И. Введение в конфликтологию: М.: Гуманит. изд. центр ВЛАДОС, 

2001, 176 с. 

10.

 

Козер Л.A. Функции социального конфликта. М.: Идея-Пресс, 2000, 193 c. 



11.

 

Красова Е. Этнизация политики как конфликтогенный фактор // Политическая 



конфликтология перед новыми вызовами, 2001, № 9, с. 9-15 

12.


 

Мельник В.А. Политология: М, 1999, 495 с. 

13.

 

Mirbəşiroğlu E. Etnosiyasi münaqişələrə müasir baxış // Dirçəliş XXI əsr, 2008, №128-



129.- s.158-164 

14.


 

Mайерс Д. Социальная психология. СПб: Питер Пресс, 1997, 684 с. 

15.

 

Mc Garry J., O’Leary B. The Politics of Ethnic conflict regulation. L.: Rout ledge, 1993 



16.

 

Руткевич М. Социальная поляризация // Социологические исследования, 1992, № 



9, с. 21-30 

17.


 

Степанов Е.И. Методологическое обеспечение конфликтологических 

исследований// Социальные конфликты. Экспертиза. Прогнозирование. 

Технологии разрешения. М., 1994. № 7. С. 15 - 27 

18.

 

Степанов Е.И. Современная конфликтология: Общие подходы к моделированию, 



мониторингу и менеджменту социальных конфликтов: М.: Издательство ЛКИ, 

2008. С.90-99. 

19.

 

Сперанский В.И. Основные виды конфликтов: проблемы классификации. // 



Социально-политический журнал, 1995, № 4, c.168-176 

20.


 

Фельдман Д.М. Отечественная политология перед фундаментальными 

проблемами исследования международного конфликта. Вестник Мос. Ун-та. 

Серия 18. 2001, №1, с. 41-53. 

21.

 

Цыганков П.А. Теория международных отношений: Учеб. пособие. М.: 



Гардарики, 2002, 590 с.  

22.


 

Чумиков А.Н. Социально-политический конфликт: теоретические и прикладные 

аспекты. М., 1995 

23.


 

Шаленко В.Н. Конфликты в трудовых коллективах. – М., 1992. С.4. 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

243 

24.


 

Щербак В.Е. Конфликтные ситуации на предприятиях // ЭКО. 1999. №11. С.159-

160: 

25.


 

Ядов В.А. Методологические проблемы изучения социальных конфликтов // 

Социальные конфликты. Экспертиза. Прогнозирование. Технологии разрешения. 

М., 1991. № 1. С. 49 – 55  



 

АДИШ МАМЕДОВ  

 Докторант НАН  

 

ПОЛИТИЧЕСКИЕ АПСЕКТЫ ВНЕШНИХ ФОРМ КОНФЛИКТА 

 

Статья  посвящена  некоторым  аспктам  вид  форм  внутренних  конфликтов.  Дается 



научный анализ и сущность внутренних конфликтов, известно, что сам конфлит бывает 

не  только  межэтнический,  но  и  существуют  инные  формы,  такие  как  меж  группами 

внутри государства, а также борьба за власть современного режима. Например, между 

парламентом  и  правительством,  различные  группы  элит,  а  также  меж  государсвенном 

уровне а также в частных субъектах политических груп  в элите, далее между лицами, 

меж группами и политическими институтами. Теоретически и методологические подхо-

ды  дается  в  определении  понятия  внутреннего  конфликта  и  их  принципов  обзора, 

такого рода конфликты проявляются в различных формах а иногда носит политический 

характер, то есть борьба за независимость.  

 

ADISH MAMMADOV  



 

ON POLITICAL ASPECTS OF APPEARANCE FORMS 

OF INTERNAL CONFLICTS  

 

Political  aspects  of  appearance  forms  of  internal  conflicts  is  researched  in  the  article. 

Analyzing of essence of internal conflicts being known that, this conflict is not only between 

ethnic groups within a state, also carrying struggle for power within the currient regime. For 

example,  between  parliament  and  government,  different  political  groups  in  the  elite,  also 

between state and in private subjects of policy (for ex. between persons, groups and  political 

institutes and etc.). Theoretical and methodological approaches to the definition of the concept 

of internal conflict and the principles of the review suggests that such conflicts are manifested 

in various forms, sometimes by the political character of the struggle for the autonomy of the 

interior rises to the level of struggle for independence.  



 

 

Rəyçilər: t.e.d. A.C.İsgəndərov, t.e.d. P.Q,Darabadi 

BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və tarixin tədrisi metodikası kafedrasının 17 

dekabr 2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmşdür (pr.№9). 

Yüklə 88,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə