Тarix və onun problemləri, №1 2014 58 zeynəb hatəmzad bdu-nun doktorantı



Yüklə 91,99 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü91,99 Kb.
#22646


Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

58 


 

ZEYNƏB HATƏMZAD 

BDU-nun doktorantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

XVII-XVIII ƏSRIN ƏVVƏLLƏRINDƏ SƏFƏVI-FRANSA DÖVLƏTLƏRI 

ARASINDA TICARI-IQTISADI ƏLAQƏLƏR 

 

Açar sözlər: Səfəvilər dövrü-xarici siyasət-Fransa dövləti ilə münasibətlər-iqtisadi-ticari 

əlaqələr 

Ключевые слова: период сефевидов, взаимоотношения с Фракцией, торгово-

экономические связи  



Keywords: safavids period, foreign policy, relations with France, economic and trade 

relations 



 

Uzun müddətli tənəzzüldən sonra XVII əsrin əvvəlində başlamış ümumi iqtisadi yüksəliş 

şəhərlərin inkişafında öz əksini tapir. Təsadüfi deyildir ki, XVII əsr mənbələri əvvəlki əsrlərin 

mənbələrinə nisbətən  peşə-sənət sexləri haqqında daha çox danışır.  Sexlər əvvəlkindən  daha 

çox  rol  oynayırdı.  Sex  ustanın  peşəkarlığını  müəyyən  edir  və  qiymətləndirirdi:  şagird,  usta 

yardımçısı  (xəlifə)  və  usta  kimi  dərəcələr  mövcud  idi.  Ustalıq  dərəcəsi  vermək  adətləri  də 

mövcud idi. Sexlərin seçilmiş böyükləri vardı. Onlar seçilirdilər və şəhər hakimi adlandırılırdı. 

Təzkirət əl-moluk məlumat verir: hər bir kvartal, hər bir kənd və hər bir sənət sexinin insanları 

öz aralarında layiqli və etibarlı adamı təyin edir və ona şəhadət və məvacib verirlər. Naqibin 

möhürü ilə bu sənədi kələntərə gətirirlər və ondan vəsiqə (təliqe) və seçilən fərd üçün geyim 

alırlar və sonra həmin şəxs onların işləri ilə məşğul olmağa başlayır. Sex böyüyünün icazəsi 

olmadan heç kim sənər emalatxanası aça bilmirdi. Sex ustalarının öz yığıncaqları olurdu. Hər 

ilin ilk üç ayı şəhərin kələntəri öz evində bütün sex böyüklərini yığır və onlarla birlikdə ayrı-

ayrı  sexlər  arasında  sənətə  görə  vergi  məbləğini  (buniçe)  müəyyən  edir.  Bu  qayda  sexlərin 

şəhər  həyatında  əhəmiyyətini  artmasını  göstərir.  Mənbələrin  verdiyi  məlumatlara  görə,  (səl-

cuqlar  və  elxanilər  dövrünə  aid)  o  dövrdə  maliyyə  məmurları  öz  bildikləri  kimi  sənətkarları 

vergilərlə  yükləyirdilər  və  bu  zaman  sexlərlə  məsləhətləşmir  və  onların  fikrini  nəzərə  almır-

dılar. XVII əsrdə bəzi sexlər xəzinəyə naturada öz sənət məmulatlarının müəyyən bir hissəsini 

çatdırırdılar,  başqaları  isə  onun  əvəzinə  vergiləri  pulla  ödəyirdilər.  Sexlər  dərviş  ordenləri 

heydərilər  və  nemətullahlarla  sıx  əlaqədə  idilər.  Bu  ordenlər  XVI-  XVIII  əsrlərdə  İranın 

şəhərlərində böyük nüfuza malik idilər. (7, 165) 

Fransız tacirlər XVII və XVIII əsrlərdə Fransanın Şərqi-hind şirkətinin ticarət mərkəzlə-

rini  fəaliyyətə  gətirmək  üçün  Bəsrə  və  Bəndər-Abbas  limanına  daxil  oldular.  1623-cü  ildən 

Karams dini təbliğatçılar Bəsrədə məskunlaşdılar. Tavernye 1639-cu ildə Fars körfəzinə səfər 

etdi  və  Fransanın  siyasi  orqanlarına  körfəz  haqqında  bir  sıra  məlumatlar  verdi.  Kolber  XIV 

Luinin naziri 1665-ci ildə ticarət şirkəti təsis etdi və Bəndər-Abbasda bir emalatxana yaratdı. 

1669-cu  ildə  Fransanın  Şərqi-hind  şirkətinin  üç  gəmisi  ilk  dəfə  olaraq  Fars  körfəzinə  daxil 

oldular,  1674-cü  ildə  Peti  Delakrua  XIV  Luinin  rəsmi  fərmanına  görə  rahiblərin  Bəsrədə 

hamisi və Fransa konsulu oldu və ömrünün sonuna qədər orada qaldı və 1741-ci ildə elə orada 

da vəfat etdi.  

  Fransanın Fars körfəzində dini, ticari və konsulluq fəaliyyəti iki yüz ildən artıq davam 

etdi. Bəndər- Abbasın ticarət mərkəzi də XVII  və XVIII əsrlərdə fəal idi,lakin 1770-ci ildən 

Fransa şirkəti əfqan üsyançılarının hücumu ilə bağlı olaraq dağıldı. Fransızların İranda fəaliy-



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

59 

yətləri  davam  edirdi,  belə  ki,  fransız  dini  təbliğatçılar  və  tacirlər  İsfahan,  Şiraz  və  Bağdada 

qədər  irəlilədilər.  Onların  gəmiçilik  mərkəzləri  Böyük  Fransa  inqilabına  qədər  Bəsrədə  və 

Bəndər-Abbasda  qaldı.  1759-cu  ildə  Kont  d”Eten  dörd  Niderland  gəmisi  Fars  körfəzinə  hü-

cum etdi və İngiltərənin Bəndər-Abbasda ticarət mərkəzini işğal etdi.  

Səfəvilər dövləti süquta uğramamışdan əvvəl bir neçə fransız heyəti yeni ticarət əlaqələri 

qurmaq  məqsədilə  İrana  gəldi.  Bu  heyətlərdən  biri  Berlandirin  rəhbərliyi  ilə  müəyyən 

müqavilələr  imzalamağa  nail  oldu.  Səfəvilər  dövlətinin  süqutu  bir  müddət  ölkənin  xarici 

ticarətini durğunluğa uğratdı. 1789-cu ildə Fransa inqilabı başladığı zaman dünyada vəziyyət 

dəyişdi. Fransız qüvvələr Misiri işğal edə bildilər və sonra Napaleon Bonapart Fars körfəzi və 

Oman  dənizi  vasitəsilə  Hindistana  qoşun  çəkməyə  çalışdı.  Fransa  qarşısında  Avropa  ölkələ-

rinin  düzülüşünü  nəzərə  alaraq  o  bu  hədəfə  çata  bilmədi,  lakin  Məsqətlə  dost  münasibətlər 

qura bildi və bu münasibətlər bir il davam etdi. (8, 104)  

İran sarayına XIX əsrin əvvəllərindən MehdiƏli xan Xorasaninin daxil olması ilə özünə 

cəlb etməyə nail olan ingilislər 1800-cü ildə ser Con Malkomu Tehrana göndərməklə müqa-

vilə  imzalamağa  nail  oldular.  Bu  müqaviləyə  əsasən  fransızlar  və  ya  əfqanlar  İrana  hücum 

edəcəkləri  təqdirdə  İngiltərə  İrana  kömək  edəcəkdi.  Bu  müqavilənin  maddələrindən  birinə 

əsasən İran və İngiltərə öz öhdələrinə götürürdülər ki, Fransa donanması Fars körfəzinə daxil 

olduqda və ya Fransa ordusu İranın limanlarından birində düşdükdə fransızları dəf etmək üçün 

tədbir  görsünlər.  Lord  Minto,  Hindistanın  baş  komandanı  həmin  məsələni  1808-ci  ildə  Con 

Malkom üçün bəyan etdi. İranda qarşıda qoyulan məsələlərdən biri fransızları İrandan çıxart-

maq və onlar tərəfindən Fars körfəzində adalar, limanlar və ya dayanacaq yaradılmasına mane 

olmaqdır. (8, 105) 

Fransızlar  1880-ci  ildən  çalışdılar  ki,  yenə  Fars  körfəzinə  yaxınlaşmaq  üçün  addım 

atsınlar. Onlar Bəsrə və Xürrəmşəhrdə ticarət mərkəzlərini təsis emək üçün 1880, 1882, 1883-

cü ildə müəyyən addımlar atdılar, lakin nəticə əldə edə bilmədilər.  

Fransa  1884-cü  ildə  özünün  ilk  qənd  məhsulunu  Fars  körfəzinin  bazarına  təqdim  etdi. 

Fransa qəndinə tələbat böyük oldu və o, Almaniya və Belçika qəndinə rəqib oldu. Fransa gə-

miləri Fars  körfəzində qənd daşınması ilə  məşğul olmağa başladılar (dörd dəfə 1886-cı ildə, 

bir  dəfə  1889-cu  ildə,  iki  dəfə  1890-cı  ildə).  Məsələn,  1889-cu  ilin  dekabrında  14020  kisə 

Buşəhrə və 11000 kisə qənd Bəsrəyə daşındı. Fars körfəzində Fransa qənd ticarətinin canlan-

ması  ona  gətirib  çıxartdı  ki,  fransızlar  Buşəhri  abadlıq  baxımdan  genişləndirmək  qərarına 

gəldilər. (8, 106)  

Fransız tacirlər Buşəhr və Bəndər-Abbasda ticarət mərkəzi təsis etdilər. Bununla yanaşı, 

1895-ci ildə dəniz sərnişin və yükdaşıma şirkəti yaratdılar. Bu şirkət Bombey, Bəsrə və İranın 

bütün limanları arasında aylıq dəniz xidməti təşkil etmək niyyətində idi. Bu gəmiçilik xidməti 

öz işində uğurlu olmadı  və fransız  gəmi şirkət sahibləri Fars  körfəzində fəaliyyət  göstərmək 

ümidini  itirdilər.  Vadala  Fransanın  Bəsrədə  konsul  müavini  yazır:  Lakin  dörd  Fransa  hərbi 

gəmisi 1900, 1903 və 1908-ci illərdə Fars körfəzinin bütün limanlarını gəzdi və əhali tərəfin-

dən qarşılandı. (6, 76) 

Jozef  Braso  Fransa  fabrikantları  tərəfindən  Buşəhrdə  bir  ticarət  bürosu  və  bir  məktəb 

təsis  etdi.  Lakin  onun  ölümündən  sonra  bu  mərkəzlərin  fəaliyyəti  dayandı.  Fransa  dövləti 

1899-cu  ildə  bu  şəhərdə  öz  konsulluğunu  yaratdı.  Fransa  dövləti  Culfada  Buşəhrin  10 

kilometrliyində  iki  böyük  binadan  ibarət  geniş  bir  mülk  aldı  və  Fransa  nümayəndəliyi  bu 

binada  məskunlaşdı.  Bir  konsulluq  bürosu  Şirazda  və  biri  də  Bəndər-  Ləngedə  təsis  edildi. 

Bəndər-Lənge konsulluğun nümayəndəliyi çox tez fəaliyyətini dayandırdı, lakin Bəsrə konsul-

luğu  hələ  də  fəaliyyət  göstərirdi.  Fransa  arxeoloqları  Şuşda  arxeoloji  qazıntılar  apardıqları 

zaman öz tapıntılarını Buşəhr yolu ilə Fransaya göndərirdilər. Qeyd etmək lazımdır ki, bir sıra 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

60 


görkəmli  şəxsiyyətlər  Fars  körfəzinə  səfər  etmişlər  ki,  onların  arasında  Diyolafua,  Perboti, 

Desko və bir neçə Fransa şahzadəsinin adını çəkmək olar.  

Onlar ingilis buxar gəmiləri ilə Fars körfəzinə qənd və şəkər daxil edirdilər və bu dövrdə 

Fars körfəzi limanları canlanmışdı.  

XVII və XVIII əsrlərdə Fransanın Fars körfəzində yalnız bir konsulu vardı və İngiltərə-

nin gəmilərinin çoxu bu ölkənin ticarət mallarını Fars körfəzi limanlarına daşıyırdılar. Bundan 

əlavə,  fransız  tacirlər  mirvari  allmaq  üçün  Bəhreyn  və  Dubaya  gedirdilər.  XIX  əsrdə  Şiraz, 

Xürrəmşəhr,  Bəndər-Abbas  və  Bəsrə  şəhərlərində  Fransa  konsulluqları  yaradıldı  və  ticarət 

işlərini qaydaya saldılar. (8, 107) 

Fransız  tacirlər  Bəndər-Abbasa  qənd,  şərab,  mis  və  müxtəlif  boyalar  idxal  edirdilər. 

Fransanın  Bəndər-Ləngeyə  ixrac  etdiyi  mal  bir  miqdar  sabun  idi.  Fransanın  Buşəhrə  ixrac 

etdiyi mallar ibarət idi: şərab növləri, konyak, zeytun yağı, kəllə qənd, bir neçə geyim növü, 

mis,  nikel,  yun  parça,  ipək  parça,  tül,  mebel,  yazı  ləvazimatı,  ətrlər,  dəri  məmulatları,  çin 

malları, sabun. Fransa Buşəhrdən badam, püstə, xalça alırdı.  

Birinci Dünya müharibəsindən əvvəlki dövrə qədər Fransa Fars körfəzinə elə də diqqət 

ayırmırdı,  öz  ticarət  mallarının  böyük  hissəsini  ingilis  gəmiləri  ilə  limanlara  göndərirdi  və 

ticarət  işlərini  xristian,  yəhudi  və  məntəqənin  yerli  cəmiyyətləri  vasitəsilə  idarə  edirdi. 

Tədqiqatlar göstərir ki, Fransa İngiltərə, Hindistan və bir sıra başqa Avropa ölkələri ilə müqa-

yisədə bu limanlara daha az idxal-ixracat malları gətiridi. Baxmayaraq ki, bu ölkənin Qırmıızı 

dəniz və İsveç kanalı boyunca iştirakını daha ciddi qiymətləndirmək olar. 

1668-ci  ildən,  yəni  fransızlar  Hindistanın  Surat  limanında  məskunlaşdıqdan  sonrakı 

dövrdən başlayaraq Fars körfəzi ilə ticarət etmək fikrinə düşdülər. Karmes təbliğatçıları 1669-

cu  ildə  Fransa  şirkətinin  üç  keşişinin  Bəsrəyə  daxil  olmasından  xəbər  verir.  Bəsrə  Osmanlı 

türklərinin işğalında idi və onlar xristian rahiblərini sıxışdırırdılar.  

Fransa  dövləti  1736-cı  ildə  Karmes  təriqətindən  olan  konsulu  kənarlaşdırmaqla  Jok 

Dömartenvili konsul təyin etdi. O, 1739-cu ildə Bəsrəyə gəldi və o ildən 1941-ci ilə qədər altı 

Fransa gəmisi Bəsrəyə daxil oldu və ticarət mallarını yerbəyer etdilər.  

1741-ci  ildən  1745-ci  ilə  qədər  Qus  Fransanın  Şərqi  hind  şirkətinin  konsul  və  nüma-

yəndəsi Bəsrədə olmuşdu. 1770-ci ildə bu şirkət fəaliyyətini dayandırdı  və o tarixdən başla-

yaraq  sonrakı  dövrlərdə  Fransanın  Bəsrədəki  konsulluqları  bilavasitə  Marseyin  ticarət  otağı, 

Parisin xarici işlər nazirliyi və gəmiçilik nazirliyi ilə təmas qururdu.  

Qus  1743-cü  ilin  8  mayından  1745-ci  ilin  15  iyuluna  qədər  Fransanın  Bəsrədə  rəsmi 

konsulu oldu. Bu müddət əərzində Bəsrədə bir sıra müharibələr baş verdi və bu liman üç ay 

iranlıların mühasirəsində qaldı. (8, 112-113) 

Martino  yazır:  Biz  heç  vaxt  Bəndər-Abbasda  açıq  ticarətxananın  yaradılması  və  onun 

gizli siyasi təşkilata çevrilməsi fikrində olmamışıq. Biz bu ölkəyə ticari işlər həyata keçirmək 

məqsədilə gəlmişik. Bizim heç vaxt başqa bir fikrimiz olmayıb. (8, 113) 

Portuqallar,  ingilislər  və  hollandlarla  yanaşı,  fransızlar  da  Bəndər-Abbasda  bir  ticarət 

mərkəzi yaratdılar və bu ticarət mərkəzi 1722-ci ilə qədər fəaliyyət göstərdi. Vadala Dupleksə 

istinadən  yazır  ki,  şirkət  1727-ci  ildə  Bəndər-Abbasda  idarəyə  malik  idi  və  onun  vasitəsilə 

ticarət  mallarını  Hindistanın  Şander  Naqurundan  bu  limana  daşıyırdı.  Onun  sözlərinə  görə, 

1736-cı  ildə  Omon  fransızların  ticarət  mərkəzini  yaratmaq  vəzifəsini  aldı.  O,  üç  il  sonra 

Bəsrədə  vəfat  etdi,  lakin  Fransa  şirkətinin  gəmiləri  İranla  bağladıqları  müqavilələrə  əsasən 

fəaliyyətdə idilər. Şander Naqorda şirkətin müşaviri 1738-ci ildə həmin səyləri davam etdirdi 

və iki nəfər fransız Bəndər-Abbasda məskunlaşdı. Bəsrədə yerləşən Martenvil şirkətin işlərini 

Bəndər-Abbasda  davam  etdirdi.  Tenvil  1740-cı  ildə  hollandların  siyasi  rəqabətləri  və  iranlı-

ların  təsiri  səbəbindən  şirkətin  Bəndər-Abbasda  fəaliyyətini  dayandırdı.  Bir  müddət  sonra  o, 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

61 

işləri  Duplesisə  təhvil  verdi.  Onun  iranlılarla  münasibətlərdə  çətinliyi  yarandı.  Nadir  şah 

ondan İran dəniz donanmasının yaradılması üçün Bəndər-Abbasda dülgərlik emalatxanalarının 

yaratmasının  istəmişdi,  lakin  Sis  şirkətdən  belə  bir  göstəriş  almışdı  ki,  Kermandan  yun 

almaqdan savayı heç bir iş görməsin. Nəticədə 1743-cü ildə limanı tərk etməyə məcbur oldu.  

Artıq qeyd edildiyi kimi, Fransa dövləti I Fransuanın dövründən Asiyada müstəmləkələr 

əldə  etmək,  şərqdə  ticarətini  genişləndirmək  və  nəhayət,  Hindistana  çatmaq  üçün  Səfəvi  və 

Osmanlı  imperiyaları  vasitəsilə  yol  açdı.  Bu  məqsədlə  Babe  Ali  ilə  müqavilələr  bağladı  və 

Aralıq  dənizində  donanmasını  gücləndirdi.  Lakin  bu  yol  təsəvvür  olunduğu  kimi  onun 

məqsədlərini təmin etmədi və Səfəvi şahları və Osmanlı sultanları arasında siyasi rəqabətlər və 

hərbi çəkişmələr daim Fransa tacirlərinin asanlıqla şərq və qərb arasında səfərləri və mallarını 

rahatlıqla ünvana çatdıra bilmələrinə mane olurdu. Buna görə də fransızlar da başqaları kimi 

Omid-e Nik boğazını seçməyə məcbur oldular və onların bir neçə gəmisi müxtəlif illər ərzində 

Hind  dənizinə  çatdı,  lakin  burada  da  rahatlıq  tapa  bilmədilər,  belə  ki,  onlar  öz  hüquqlarını 

müdafiə edən asiyalı yerlilərin etirazlarından əlavə onlardan əvvəl Asiyaya gəlmiş və bir sıra 

bazar və torpaqları işğal etmiş portuqal, ispan, holland və ingilislər kimi avropalıların rəqabəti 

və düşmənçiliyi ilə qarşılaşdılar. Təbiidir ki, əgər Fransa dövlətini himayəsi olmasaydı, yəqin 

ki bir qrup səyahətçi və tacir mühüm bir iş görə və Fransanın müstəmləkə siyasətində böyük 

rol oynaya bilməzdi. IV Henri öz siyasi və iqtisadi məqsədlərini həyata keçirtmək üçün ticarət 

şirkəti yaratmış bu dəstənin  himayəsini öz öhdəsinə götürdü  və 1 iyun 1604-cü il fərmanına 

görə Hindistanla ticarət inhisar və imtiyazını 15 il müddətinə həmin şirkətə həvalə etdi. Lakin 

bu  imtiyaz  və  inhisardan  heç  vaxt  istifadə  edilmədi,  çünki  dəniz  ticarəti  üçün  Fransanın 

ixtiyarında kifayət qədər gəmi, dənizçi və başqa vasitələr yox idi və qonşuları, yəni hollandlar 

və ispanlar özlərini onun siyasi və ticari rəqibi hesab edirdilər və nəinki yalnız onunla əmək-

daşlıq etmək istəmirdilər, həm də Fransa nümayəndələrinin şərqdə fəaliyyətinə qarşı çıxır və 

kəskin şəkildə onlara mane olurdular. (7, 178) 

XIII Luinin dövründə Şərqdə Fransanın siyasi və iqtisadi cəhətdən bütün problemləri və 

fəaliyyəti  ilə  yaxşı  tanış  olan  və  avropalıların  bir-birinə  münasibətdə  qısqanclıq,  onların 

Hindistan  ticari  şirkətlərinin  tamahkarlığı,  nümayəndələrinin  asiyalı  yerlilərlə  xoşagəlməz 

rəftarından xəbərdar olan  kardinal Rişelye Hollandiya  və  İspaniya qüdrətinin  məhv edilməsi 

və  Avropanın  müxtəlif  məmləkətlərində  Avstriya  səltənətinin  sahiblərindən  hər  birinin 

hakimiyyətinə  qarşı  çıxmaqdan  ibarət  olan  əsas  siyasətinin  bir  hissəsini  Avropadan  Asiyaya 

yönəltmək  və  əhalinin  avropalı  istismarçılardan  narazılığından  istifadə  etməklə  özündən 

əvvəlkilərin həyata keçirə bilmədikləri planı, yəni Fransa üçün şərqdə baza yaratsınlar – o, bir 

qrup  keşişin  dini  təbliğat  adı  altında  köməyi  ilə  həyata  keçirtmək  qərarına  gəldi.  Kardinal 

Rişelye çox yaxşı bilirdi ki, avropalıların Asiyada qüdrəti və nüfuzunu məhv etmək üçün Fars 

körfəzi ətrafında bir neçə ərəb əmiri və hind gücü yetərli deyil və onların vasitəsilə İngiltərə 

və Hollandiya dəniz qüvvələrini  və o dövrdə  Portuqaliya donanması ilə bir olan  İspaniyanın 

məğlubedilməz  donanmasını  Hind  dənizində  məğlub  etmək  qeyri-mümkün  idi.  Deməli, 

kifayət qədər gücü və qoşunu ilə qalxıb Fransanın rəqiblərinin öhdəsindən gələ biləcək güclü 

bir dövlət axtarmaq lazım idi. Bu dövrdə Asiyada iki qüdrətli dövlət mövcud idi: biri Fransa 

dövləti ilə dostluq  münasibətlərində olan Osmanlı dövləti  – lakin öz şərq ərazilərinin böyük 

bir hissəsində Səfəvilər tərəfindən hücuma məruz qalan – Osmanlı dövləti Avropa dövlətləri 

ilə  ixtilaflara  girib  özünə  yeni  problem  yaratmaq  istəmirdi,  digər  tərəfdən,  hind  dənizində 

gəmiçilik ticari və nəhayət siyasi məsələlərə daha az diqqət yetiridi və şərqdən qərbə və əksinə 

Osmanlı imperiyası yolu ilə daşınan mallardan nisbətən ağır keçid maliyyəsinin əldə etməsi ilə 

qane  olurdu.  O  biri  dövlət  isə  Fransa  ilə  heç  bir  əlaqəsi  olmayan  Səfəvilər  idi.  Bu  dövlət 

Böyük Şah Abbasın peşəkarlığı, ağılı və səyləri ilə Gürcüstan, Qafqaz dövlətləri, Azərbaycan, 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

62 


Kürdüstan,  Bağdad,  Mosul,  Diyarbəkr  və  başqa  yerləri  türklərdən  geri  almışdı  vı  özbəkləri 

Xorasandan  qovmuşdu  və  çalışırdı  ki,  öz  nüfuz  və  qüdrətini  və  xüsusulə  xarici  ticarətini 

dənizlərin o biri sahillərinə qədər genişləndirsin. Ədviyyat və hind mallarının Fars körfəzində 

bazarı,  Səfəvilərin  ixrac  mallarının  Hindistana  alış-verişinin  bir  qrup  avropalı  tacirin  əlində 

olması  və bir qrup portuqal bir neçə  gəmi  və dənizçi ilə yalnız Səfəvi  və Hindistanın ticarət 

mənafelərinin çoxundan faydalanmaması, həm də Səfəvi ərazilərinin bir hissəsi, yəni Hörmüz 

adasını  Fars  körfəzində  öz  işlərini  görmək  üçün  işğal  etməsi,  Osmanlı  imperiyasını  lərzəyə 

salan  bir  ölkəyə  hədə-qorxu  gəlməsi,  onun  tacirlərini  öz  mallarını  ucuz  qiymətə  satmağa 

məcbur  etməsi,  onların  mallarını  baha  qiymətə  almağa  vadar  etməsini  görmək  həqiqətən  də 

Şah  Abbas  üçün  dözülməz  idi.  Bu  onun  üçün  həqiqətən  ağır  idi  ki,  avropalı  tacirlər  Fars 

körfəzi  vasitəsilə  Səfəvilərlə  ticarətə  sövq  etmək  üçün  Gilan  ipəyini  Səfəvilərin  cənub 

limanlarında Aralıq dənizi limanlarına nisbətən daha ucuz satırdılar, müharibə dövründə Os-

manlılar  ümumiyyətlə  səfəvi  mallarının  ölkələrindən  keçmələrinə  mane  olurdular,  sülh  bağ-

landığı  dövrdə  də  o  qədər  ağır  maliyyə  və  qaydalar  var  idi  ki,  bəzi  malların  qiyməti  həqiqi 

qiymətindən iki-üç dəfə baha başa gəlirdi. Türklərə qarşı Avropa dövlətlərinin hərbi, xüsusilə 

dəniz qüvvələrinin əhəmiyyəti və qərbin günbəgün inkişaf edən elminə yaxşı bələd olan Şah 

Abbas daim istəyirdi ki, avropalılarla əlaqələrini genişləndirib Rusiya və ya Qara dəniz yolu 

ilə  Avropaya  yeni  yol  açsın  ki,  daha  Səfəvilərin  ticarət  malları  Osmanlı  imperiyasından 

keçmək məcburiyyətində qalmasın. Bundan əlavə, elə bir mövqeyə malik olmaq istəyirdi ki, 

portuqalları  Səfəvi torpaqlarından qovub xaricilərin Fars  körfəzində hər  cür zorakılığına son 

qoysun. Lakin bu tədbirləri həyata keçirmək üçün təchiz edilmiş güclü dəniz qüvvəsinə malik 

olmaq  lazım  idi,  amma  o  dövrdə  təəssüf  ki,  Səfəvilərin  belə  bir  gücü  yox  idi  və  Şah  Abbas 

avropalıların  düşmənçiliyi  və  bir-birinə  qarşı  qısqanclıq  və  rəqabətindən  istifadə  edərək 

onların  gəmilərinin  köməyi  ilə  Səfəvi  mallarını  dünyanın  ən  uzaq  bölgələrinə  ixrac  etməyi 

nəzərdə tuturdu.  İstəyirdi  ki, Hörmüz adasını  portuqal qəsbkarlarından alsın  və  öz planlarını 

həyata keçirtmək üçün onları bir-birinə qarşı qoysun. Bu məqsədlə Şah Abbas adətən Avropa 

millətlərinin  nümayəndələrini  böyük  məmnuniyyətlə  qəbul  edirdi  və  hər  birinə  xüsusi 

imtiyazlar verirdi. Onları bu ərazilərdə ticarətlə məşğul olmağa, məskunlaşmağa sövq edirdi. 

Ruhanilərin, xüsusilə xristian keşişlərin xalq arasında və Avropa saraylarında siyasi və mənəvi 

nüfuzundan xəbərdar olduğu üçün onların hansı millət və təriqətdən olmasından asılı olmaya-

raq böyük hörmətlə qəbul edirdi və ölkənin müxtəlif bölgələrində onlara yer verirdi. (3, 123) 

Bundan  əlavə,  müxtəlif  fərmanlar  əsasında  hər  bir  qrupa  maddi  və  mənəvi  yardımlar  edib 

onlara  dini  mərasimlərin  icra  olunmasında  azadlıq  verirdi.  Şah  Abbasın  bu  ağıllı  siyasəti  və 

onun  hakimiyyəti  dövründə  bərqərar  olmuş  tam  təhlükəsizlik,  bir  tərəfdən,  o  dövrdə  başqa 

dövlətlərdə az görünən misilsiz azadlıq və maddi mənafelər digər tərəfdən xariciləri bu ölkəyə 

cəlb edir və onları maraqlandırırdı və bütün bunlar avropalıların dəstə dəstə bura üz tutmasına 

səbəb oldu. Hər bir millətin nümayəndələri daha çox gəlir və imtiyazlar qazanmaq üçün bir-

birinin  ətrafında  birləşib  öz  rəqibləri  qarşısında  müqavimət  göstərə  bilmələri  üçün  öz 

dövlətlərindən himayə istəmək qərarına gəldilər. Nəticədə tədricən fərdlərin və ya şirkətlərin 

şəxsi  və  ya  ticari  əlaqələri  (Səfəvilərlə)  siyasi  forma  və  xarakter  aldı  və  hər  bir  millətin 

nümayəndələri çalışırdılar ki, öz məmləkətlərinin siyasətinin icraçısı olub şahın diqqətini cəlb 

etməklə daha böyük nüfuz  və  güc əldə etsinlər. Digər tərəfdən,  Şah  Abbasın şərq  və qərbdə 

işğallarının  şöhrəti  Osmanlı  sultanlarının  zorakılığından  cana  gəlmiş  Avropa  padşahlarının 

Səfəvilərlə siyasi əlaqələr qurmağa, onların ümumi siyasətinə qarşı olmasına baxmayaraq, Şah 

Abbasın istədiyini həyata keçirtməyə təhrik edirdi. Belə ki, 1622-ci ildə ingilislər portuqallar 

və  İspaniya  sarayı  ilə  saxladıqları  dost  münasibətlərlə  Şah  Abbasın  diqqətini  çəkmək  və 

Səfəvilər dövlətində öz mənafelərini qorumaq üçün öz gəmiləri ilə Hörmüz adasını geri almaq 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

63 

məqsədilə  Səfəvi  qoşunlarının  portuqallarla  apardığı  dəniz  müharibəsində  iştirak  etdilər.  Bu 

müharibədə Səfəvi qoşunu qalib gəldi və portuqalları Hörmüz adasından qova bildi (7, 180)  

Şah  Abbas  portuqalları  Hörmüz  adasından  çıxartmaqdan  ibarət  olan  birinci  məqsədinə 

çatdıqdan  sonra  ikinci  məqsəd,  yəni  Avropaya  Rusiya  və  ya  Qara  dəniz  vasitəsilə  yeni  yol 

açmaq  fikrinə  düşdü.  Bu  dövrdə  Gürcüstan  və  bütün  Qafqaz  Səfəvilərin  tabeliyində  idi  və 

Xəzər dənizi, Qara dəniz, Volqa çayı və nəhayət Rusiyaya çatmaq çox asan görünürdü. Digər 

tərəfdən, iranlı, rus, ingilis, polşa, alman  və başqa yerlərdən olan tacirlər  Səfəvilər dövlətini 

şimal  tərəfdən  Avropaya  birləşdirən  bütün  yollardan  keçib  hər  biri  haqqında  kifayət  qədər 

məlumat  təqdim  etmişdilər.  Buna  görə  də  Səfəvi  tacirləri  və  xüsusilə  dünyanın  ən  uzaq 

bölgələri ilə əlaqəsi olan və daim mal idxal və ixrac edən erməni tacirlər üçün şimal tərəfdən 

Avropaya bir yol açmaq çətin deyildi. Lakin Şah Abbas dünyəvi siyasət baxımından bu yolun 

xüsusi və yalnız Səfəvilərə məxsus olmasındansa ümumi və beynəlxalq olmasını tərcih edirdi 

və beləliklə, başqa millətləri də bu işə daxil etmək niyyətində idi. Lakin Avropa dövlətlərinin 

dəniz qüvvələri və ingilislər, hollandlar, ispanların Hind dənizi və Səfəvilər dövlətində siyasi 

və ticari rəqabətlərinə dair məlumatı ilə güclərin balansını qorumaq nəzərindən qeyd edilən üç 

millətin Fars körfəzi və Asiyanın cənubunda olmasını lazım bilirdi və şimal yollarının ticarə-

tini də onlara həvalə etmək istəmirdi, əksinə lazım gəldikdə şimal yolları vasitəsilə aparılması 

üçün cənub ticarətini də həvalə edə biləcəyi yeni bir rəqib axtarmağa meylli idi. Bu məqsədlə 

Şah  Abbasın  diqqəti  fransızlara  tərəf  yönəldi,  belə  ki,  Fransa  səlib  müharibələri  dövründən 

hərbi gücü və maddi sərvəti baxımından şərqdə çox məşhur idi. Keşişlərin Papa hakimiyyətinə 

göstərdiyi  yaxınlıq  və  dini  etiqadlar  baxımından  dinin  siyasətə  hökm  etdiyi  bir  dövrdə  çox 

əhəmiyyətli  idi.  Bunlardan  da  ən  önəmlisi  o  idi  ki,  Fransa  Avropada  Osmanlı  sultanları  ilə 

dost  münasibətdə  olan  bəlkə  də  yeganə  dövlət  idi.  Əgər  ticari  və  siyasi  mənafelər  xatirinə 

Səfəvilərlə  yaxınlaşsaydı,  çarəsiz  türkləri  tək  qoymalı  idi  və  bu  hadisə  Şah  Abbasın  xarici 

siyasətində böyük bir uğur hesab edilərdi.  

Belə  bir  planı  həyata  keçirtmək  üçün  Şah  Abbas  Səfəvilərin  xaricilərə  düzgün  təqdim 

edilməsinə  və  fransızlara  ehtiram  və  himayədarlığa  əsaslanan  ağıllı  siyasətin  kölgəsində 

Fransanın siyasətçiləri, xüsusulə tacirlərinin maraqlarını Səfəvilərə tərəf cəlb etməyə nail oldu, 

belə  ki,  bir  müddətdən  sonra  bir  qrup  Fransa  dövlətini  Səfəvilərlə  siyasi  və  ticari  əlaqələr 

saxlamadığına  görə  tənqid  etdilər  və  bəziləri  daha  irəli  gedərək  sual  etdilər  ki,  Fransa  daim 

xristianlıq  dünyasının  düşməni  olmuş  və  hal-hazırda  da  bütün  Avropa  millətlərinin  nifrətini 

qazanmış Osmanlı imperiyası ilə dostluqdan nə qazanacaq. Yaxşı olmazdı ki, Osmanlılardan 

ayrılıb qüdrət və sərvətin mərkəzi və xristianların himayədarı olan qüdrətli Səfəvi imperiyası 

ilə  dostluq  əlaqələri  yaratsın.  Bir  neçə  nəfər  də  gizlində  Səfəvilərin  böyükləri  və  siyasi 

nümayəndələri  ilə  qeyri-rəsmi  müzakirələrə  girdilər  və  Fransa  və  Səfəvi  dövlətləri  arasında 

dostluq  müqaviləsinin  bağlanması  və  Osmanlı  sultanına  qarşı  ittifaqla  bağlı  öz  addımları 

haqqında məlumatları və Səfəvilərin təkliflərini XIII Luinin sarayına göndərdilər. (7, 182) 

Yuxarıdakı  məlumatlar  və  dünyanın  müxtəlif  bölgələrindən  şəxslər  və  xüsusilə  katolik 

keşişləri vasitəsilə əldə etdiyi siyasi xəbərlər nəticəsində Kardinal Rişelye vəziyyətlə tamamilə 

tanış idi. O istəmirdi ki, Səfəvilərlə siyasi əlaqələrin qurulmasından gözlənilə bilən mənafelər 

ümidi  ilə  illər  boyu  Aralıq  dənizində  fransızların  gəmiçiliyinin  üstünlüyünü  təmin  edən 

Osmanlı  ilə  Fransa  arasında  dostluqdan  keçsin.  Digər  tərəfdən,  Səfəvilərin  hərbi,  siyasi, 

iqtisadi və nəhayət xarici ticarət –şərqdə Osmanlılara nisbətən üstünlüyünü inkar edə bilmirdi. 

Bununla yanaşı, açıq-aydın görürdü ki, Səfəvilər tərəfindən Hörmüz adası işğal olunduqdan və 

portuqallar Fars körfəzindən çıxdıqdan sonra  tədricən qüdrət Fars körfəzi  və Hind dənizində 

portuqal  və  ispanlardan  ingilis  və  hollandlara  keçir  və  Fransa  bazası  və  onu  müdafiə  edə 

biləcək qüvvələr olmadığından yenə burada paysız qalırdı. Bu dövrdə də Aralıq dənizində gə-




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

64 


miçilik dəniz oğrularının sayı artdığından Osmanlı imperiyasında ticarət yollarda təhlükəsizlik 

olmadığından  çətinliklə  qarşı-qarşıya  idi.  Fransızlar  şərqə  gedən  başqa  bir  yol  axtarışında 

idilər.  Lakin  Səfəvi  hökuməti  təklif  edirdi  ki,  fransız  tacirlər  Aralıq  dənizindəki  gəmilər  və 

Osmanlı  imperiyasından  keçmək  əvəzinə  Rusiya  yolunu  seçsinlər  və  mallarını  Xəzər  dənizi 

vasitəsilə Həştərxana aparlb oradan Volqa və Don çayları vasitəsilə Sanmişelə çatdırsınlar və 

qayıdanda  da  həmin  yollardan  istifadə  etsinlər.  Lakin  Kardinal  Rişelyenin  fikrincə,  sonuncu 

yol  daha  üstün  idi,  belə  ki,  birincisi,  bu  yol  daha  yaxın  idi,  ikincisi,  şimal  dənizinə  çatmaq 

üçün  Danimarkadan  keçirdi  və  beləliklə,  Fransa  bu  ölkə  ilə  daimi  dostluq  münasibəti  qurub 

onun köməyi ilə Avropanın şimal ölkələrində və dənizlərdə İspaniya və Hollandiya ilə rəqabət 

apara bilərdi və Avstriya hakimiyyətinin narahatlığına səbəb ola bilərdi. 



 

ƏDƏBİYYAT 

 

1.Əfəndiyev O., Azərbaycan Səfəvilər dövləti, Bakı, Şərq-Qərb, 2007, 342 s. 

2.Vilayəti Əli Əkbər, Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi, Bakı, 1998.  

3.Buşəhri İ.N. İran və Xəlic-e Fars. Tehran 

4.Buşəhri İ.N. Nəzəri be İran və Xəlic-e Fars, Tehran  

5.Buşəhri İ.N. Felat-e qarre və cəzayer-e Xəlic-e Fars, Tehran, 1338. 

6.Xocəste M. Bəhreyn dər do qərn-e əxir. Şiraz, 1338. 

7.Seyfəddin  Qayemməqami,  Rəvabet-e  mənəvi  və  siyasi-ye  iran  və  fəranse,  celd-e  əvvəl, 

Tehran, 1349. 272.  

8.Məsud  Moradi,  Fəranse  və  xəlice  fars,  s.  97-121,  Tarixe  rəvabete  xareci,  №  171,  Theran, 

1373, 216 s. 

9.Nəsrulla Fəlsəfi, Siyasət-e xareci-ye iran dər douran-e səfəviyye, Tehran, 1342, 320 s. 

 

ЗЕЙНАБ ХАТЕМЗАД

 

Докторант БГУ



 

 

Религиозная,  торговая  и  консульская  деятельность  Франции  в  Персидском  заливе 

длилась  более  200  лет.  Торговый  центр  Бaндaр  Аббаса  в  17-18  веках  был  активным. 

Однако,  в  1770  году,  после  нападения  афганских  повстанцев,  французская  компания 

была развалена. Но деятельность французов в Иране продолжалась.  

 

  



ZEYNAB HATEMZAD

 

PhD student of BSU



 

 

Religious,  commercial  and  consular  activities  of  France  in  the  Persian  Gulf  lasted  more 

than 200 years. In XVII-XVIII centuries Bandar Abbas’ trade center was active. However, in 

1770, after the attack of Afghan rebels, the French company was ruined. But the activity of the 

French in Iran continued.

 

 



 

Rəyçilər: t.e.d. İ.M.Məmmədov, t.e.d. Q.Ə.Əliyev 

BDU-nun Türk xalqlarının tarixi kafedrasının 31 yanvar 2014-cü il tarixli iclasının 

qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№5). 

Yüklə 91,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə