Тarix və onun problemləri, №1 2014 90 FƏzail ibrahimli



Yüklə 361,82 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü361,82 Kb.
#52396


Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

90 


 

FƏZAIL İBRAHIMLI 

BDU-nun professoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

SIYASI ÇƏKIŞMƏLƏR XALQIN TALEYINDƏ (XX ƏSRIN 20-CI ILLƏRI) 

 

Açar sözləri: Siyasi çəkişmələr, sərt xətt, acı taleh, siyasi mübarizə, mərkəzin mövqe-

yi, antimilli, antiazərbaycan 

Ключевые слова: Политические разногласия, «жесткая линия», трагическая 

судьба, политическая борьба, позиция Центра, антинациональная, антиазербайджан-

ская 

Key words: political controversy, “rigid line”, tragically fates, political struggle, 

position of Centre, antinationalism. 

 

XX əsrin 20-ci illəri bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Bu illərdə Azərbaycamn 

istiqlalı əlindən alınmış, xalqın milli dəyərlərinə hücumlar edilmiş, kütləvi insan qırğınları ilə 

müşayət olunan siyasi və milli təqibbr davam etmişdir. 

Rəhbər  dairələrdə  davam  edən  qarşıdurmalar  və  siyasi  çəkişmələr  xalqın  taleyinə  acı 

səhifələr yazmışdır. Xalqın taleyi ib bağlı olan siyasi məsələlərdə sərt və yumşaq mövqebri ilə 

fərqlənən  siyasi  qüvvələrin  çəkişməsi  ziddiyyətləri  daha  da  kəskinbşdirmiş  və  ən  ciddi 

məsələlərdə kəskin ziddiyyətlər yaranmışdır. 

Mərkəzin  müdafıə  etdiyi  sərt  xətt  tərəfdarları,  xüsusən  onların  içərisində  olan  erməni 

millətindən olan kommunistbr bütün məsəblərdə antiazərbaycan mövqeyində dayanmış, milli 

hissli,  milli  ruhlu  kommunistlər  ləkələnərək  siyasi  səhnədən  uzaqlaşdırılmış  və  nəticədə 

xalqımız uçun 20-ci illərin faciəvi tarixi yaranmışdır. 

 

Azərbaycan tarixində XX əsrin 20-ci illəri bir sıra özünəməxsus cəhətləri ilə fərqlə-



nir.  Belə  ki,  Azərbaycanın  istiqlalının  əlindən  alınması,  siyasi  və  milli  təqiblər,  milli  də-

yərlərə hücum, kütləvi insan qırğını və s. bu dövrün xarakterik cəhətlərindəndir. Azərbay-

canda hadisələrin gərgin, ziddiyyətli və kütləvi qırğınlarla baş verməsi elan edilmiş sosia-

lizmin mahiyyətindən doğurdu, yoxsa digər səbəbləri var idi?  

Hadisələrə  diqqət  yetirək:  Azərbaycan  işğal  edildikdən  sonra  hakimiyyətə  gəlmiş 

qüvvələr ümumən bolşeviklər adlandırılsa da, lakin bolşevik adı altında fəaliyyət göstərən-

lər  öz  məqsəd  və  məramları  və  xalqa  münasibəti  ilə  biri-birindən  ciddi  surətdə  fərqlənir-

dilər.  Bu  qüvvələrin  bir  qismi  hansı  yolla  olursa  olsun,  Rusiyanın  Azərbaycandakı  işğal-

çılıq siyasətini başa çatdırmaq istəyirdilər.  

Digər  qüvvələr  var  idi  ki,  bunlar  xalqın  xoşbəxtliyini  sosializm  ideyalarında  görür, 

siyasi xəttin həyata keçirilməsində daha diqqətli olmağa çalışırdılar.  

Qeyd etdiyimiz bu qüvvələrdən başqa respublikada üçüncü bir siyasi qüvvə fəaliyyət 

göstərirdi ki, bunlar erməni millətindən olan qüvvələr idi. Bunlar siyasi çevrilişdən məha-

rətlə istifadə edərək daşnak libaslarını bolşevik libası ilə əvəz etdilər. Tarixən türkə nifrət 

ruhunda  yaşayan  bu  siyasi  qüvvələr  hakimiyyətdə  kifayət  qədər  gücə  malik  olduğu  üçün 

siyasi  qərarların  verilməsində  həlledici  rol  oynayırdılar  ki,  bu  isə  siyasi  proseslərə  anti-

azərbaycan  istiqaməti  verirdi.  Bakı  komitəsini  ələ  keçirən  və  Azərbaycan  Kommunist 

Partiyası rəhbərliyində kifayət qədər gücə malik olan erməni millətindən olan bolşeviklərlə 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

91 

«beynəlmiləlçi»  azərbaycanlı  bolşeviklərin  ən  mühüm  siyasi  məqamlarda  bir  mövqedən 

çıxış etməsi millətin taleyində yeni-yeni yaralar yaradırdı. 

Respublikada faciələr doğuran digər bir cəhəti xüsusi qeyd etmək lazımdır. Çevriliş-

dən sonra N.Nərimanovun rəhbərliyi ilə yaradılmış hökumətin bütün üzvləri azərbaycanlı-

lardan ibarət olsa da, lakin respublikada hökumət bütün məsələlərin həllində tam səlahiy-

yət sahibi deyildi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi hökumətə nisbətən 

daha  səlahiyyətli  idi.  Bu  reallığı  Ali  Xalq  Təsərrüfatı  Şurasının sədri  Solovyov  V.Leninə 

yazdığı. «Çevrilişdən sonrakı iki ayda bizim Azərbaycanda siyasətimiz» adlı hesabat qey-

dində tam təsdiqləyir. O, yazırdı ki, çevrilişə qədər (Aprel  – 1920-ci il) hətta azərbaycanlı 

ziyalıları  içərisində  və  sovet  hakimiyyətinə  rəğbət  göstərənlər  var  idi.  Çevrilişdən  sonra 

yaradılmış  Azərbaycan  hökumətinin  bütün  üzvləri  azərbaycanlılardan  ibarət  olsa  da,  heç 

kimə sirr deyil ki, bu hökumətin üzərində də bir hakimiyyət var. Bu Azərbaycan Kommu-

nist  partiyasıdır.  Partiyanın  rəhbərliyi  erməni  və  gürcü  millətçilərindən  ibarətdir.  Bunlar 

sanki, Azərbaycanı başsız qoymaq fikrindədirlər. Azərbaycanlı ziyalılar soldan-sağa, sağ-

dan-sola  güllələnir.  Küçələrdən  kütləvi  surətdə  həbs  edilib  aparılan  azərbaycanlılara  qarşı 

ermənilərin istehzalı gülüşləri müsavatçıların əvvəlcən söylədikləri belə bir fikri təsdiqlədi 

ki, Azərbaycanda sovet hakimiyyətinin qələbəsi ümummilli fəlakətdir.  

Elə fəlakət də oldu.  

Bolşevik adı altında antiazərbaycan siyasəti yeridən Sarkis, Mirzoyan, Lominadze və 

digərləri  belə  hesab  edirdilər  ki,  daxili  siyasətdə  yad  ünsürlərə,  sinfi  düşmənlərə  qarşı 

amansız  mübarizə  yeganə  düzgün  yoldur.  Aparılan  siyasətə  qarşı  hər  hansı  müqavimət, 

hətta müqavimətə cəhd amansızcasına dəf edilməlidir. Onlar hesab edirdilər ki, milliləşdir-

mə  prosesi  bütün  sənayeni  və  ticarət  sahələrini  əhatə  etməlidir.  Cəmiyyətin  az-çox  varlı 

təbəqələrinin əmlakı və qiymətli əşyaları müsadirə edilmişdir. Bütün məsələlərdə amansız 

və qəddar  mövqedən çıxış edən bu «sərt xətt» tərəfdarları çox böyük  və həlledici söz sa-

hibləri idi. Məhz bu qüvvələr azərbaycanın siyasi taleyində qanla yazılan bir tərcümeyi -hal 

qoydular.  

Yuxarıda qeyd etdiyimiz kimi xalqını sevən və çıxış yolunu sosializmdə görən siyasi 

qüvvələr azlıq təşkil etsələrdə inadkarlıq göstərir və yeridilər siyasətdə yumşaq mövqedən 

çıxış etməyə çalışırdılar. Bu siyasi qüvvələrə N.Nərimanov rəhbərlik edirdi. Bunların fik-

rincə,  tətbiq  edilən  sərt  sinfi  mübarizə  özü-özlüyündə  yeni  müqavimət  doğurur.  Milliləş-

dirmə ilkin dövrlərdə ancaq iri və orta müəssisələri və ticarət sahələrinin bir qismini əhatə 

etməlidir.  Şəxsi  əşyaların  və  əmlakın  müsadirəsi  zamanı  insan  ləyaqətinə,  toxunmağın 

əleyhinə çıxan N.Nərimanov və onun tərəfdarları eyni zamanda, dinə qarşı mübarizəni din-

darların heysiyyatına toxumadan aparmağı irəli sürürdülər.  

Aprel  çevrilişindən  sonra  siyasi  hakimiyyətdə  yaranmış  qarşıdurma  1920-ci  ilin 

oktyabrında keçirilən AK(b) P-nin VI qurultayında tam kəskinliyi ilə üzə çıxdı. Respubli-

kada  siyasi  proseslərin  iki  əsas  axında  getməsindən  narazı  qalan  V.Lominadze   qurultay-

dakı çıxışında qeyd etdi ki, çevrilişdən keçən 6 ay müddətində Mərkəzi Komitənin müəy-

yən olunmuş ciddi siyasi xətti yoxdur (1, 74). partiya işində və Mərkəzi Komitədə iki müx-

təlif  istiqamət  və  iki  müxtəlif  cərəyanla  toqquşmalı  olmuşuq.  Bunlardan  biri  özünü  çox 

zəif  aparır  və  nəticədə  ən  mühüm  məsələlərdə  fikir  ayrılığına  gətirib  çıxarır

 

(2,  74).  Mən 



əminəm  ki,  6  ay  ərzində  görə  bilmədiyimiz  işi  qəzalara  göndərilən  1500  nəfər  yoldaşlar 

görə  biləcəklər.  Bizim  üçün  tam  aydındır  ki,  sinfi  münasibət  əsasında  kəndi  təbəqələş-

dirmək lazımdır. Biz sadə bir həqiqəti dərk etməliyik ki, birinci növbədə özümüzdə inqilab 

aparmalıyıq (3, 86). 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

92 


Lominadze bütün məsələlərdə çox qəddar mövqedən çıxış edir və respublikada vətən-

daş müharibəsi törətmək istəyirdi. O, bildirirdi ki, bəylərin, xanların və ümumiyyətlə bütün 

varlıların  mülklərini  yandırmaq,  kəndliləri  qiyama  qaldırıb  mülkədarları  məhv  etmək  la-

zımdır (4). 

Lominadze qurultaydakı çıxışında bildirirdi ki, əgər inqilabın (aprel çevrilişi nəzərdə 

tutulur – F.İ.) ilk günlərindən bəy, xan malikanələr yandırılmayıb, qarət edilməyib, kəndli 

özünü qalib hesab etməyəcək. Azərbaycanda bu iş (yandırmaq – F.İ.). Rusiyada olduğun-

dan  daha  qəddar  və  sərt  formada  aparılmalıdır.  Bu  qəddarlıq  Rusiyadakından  10-20  dəfə 

artıq olmalıdır (5, 170).  

Qurultaydakı  çıxışında  Lominadze  Azərbaycana  qarşı  əsl  sifətini  açıb  göstərməklə 

yanaşı, 1918-ci ilin martında ermənilərin Bakıda törətdiyi qırğına belə haqq qazandırdı və 

qurultayın  tribunasından  həmin  qırğını  yenidən  davam  etdirməyi  nümayəndələrdən  tələb 

etdi: «1918-ci ildə Azərbaycanda inqilabi mübarizənin ilk əlamətlərini gördük. O vaxt bəy 

və xanlar rəhmsizcəsinə məhv edildi və onların malikanələri yandırıldı. O əsil inqilab idi, 

indi isə biz onu görmürük» (6, 170). 

Sosializm  quruculuğuna  bu  müstəvidə  yanaşmaq  təkcə  şovinist  gürcü  xarakterindən 

irəli  gəlmirdi,  bu  eyni  zamanda  qeyri-millətlərdən  olan  bolşeviklərin  Azərbaycan  xalqına 

olan münasibəti idi.  

Azərbaycan xalqının xoşbəxt etmək istəyən digər gürcü kommunist – özünü Qafqazın 

hakimi  kimi  aparan  Orcenikidze  daha  örtülü  formada  vətəndaş  müharibəsinə  çağırırdı.  O 

qeyd edirdi ki, kəndlini inandırmaq lazımdır ki, o xanı sarayından qovub özü orada  məs -

kunlaşsın.  Kəndli  orada  bir  neçə  ay  yaşadıqdan  sonra  sosializmi  dərk  edəcək  və  bu  əsl 

inqilab olacaqdır (7, 143). 

Orcenigidze AK (b)P-nın II qurultayından (1920-ci il oktyabr) səsləndirdiyi daha bir 

məqamı  xüsusi  olaraq  diqqətə  çəkmək  istərdim:  «Burada  (Azərbaycan  –  F.İ.)  feodalizm-

lidir. Azərbaycanda bu günə kimi bəy və xan öz kəndlisini sata bilər, öldürə bilər və asa bi-

lər. Kəndlilər burada çox kütdür. Bu bizim bədbəxtliyimiz, ola bilsin ki, xoşbəxtliyimizdir. 

Kim  necə  istəyir,  elə  də  başa  düşsün»  (8,  143).  Azərbaycan  kəndlisinin  kütlüyünü  özünə 

xoşbəxtlik sayan bu gürcü kommunisti əslində bu fikirlərlə azərbaycanlılara necə həqarətlə 

yanaşdığını və əsl bolşevik xislətini ifadə edir.  

Arxiv sənədlərini diqqətlə araşdırdıqda diqqəti çəkən belə bir cəhət açıq-aydın görü-

nür ki, qeyri-azərbaycanlılar sosializm ideyaları altında xoşbəxt etmək istədiyi Azərbaycan 

millətinə  qarşı  hansı  nifrət  hissələri  ilə  yanaşmışlar.  Faktlara  nəzər  salaq:  Zemlyanski: 

«…Burada  bütün  əhali  əksinqilabçıdır.  Qəzalardan  gələn  yoldaşlar  bunu  təsdiq  edərlər. 

Əgər hərbi hissələr olmasa sovet hakimiyyətinə qarşı üsyanlar baş verər. Onların qarşısını 

hərbi hissələr alır» (9, 129). Maraqlı məqam ondan ibarətdir ki, bolşeviklər elə ilk bəyənat-

larında elan etdi ki, sovet hakimiyyətinə qarşı hər hansı çıxış və ona cəhd yerindəcə məhv 

ediləcək. Buna görə də qırmızı terrora başladı. Deməli, Zemlyanskinin fikrincə əgər əhali-

nin hamısı əksinqilabçıdırsa, bunlar məhv edilməlidir. Onda bəs sosializm kimi üçün quru-

lur?.. 


Digər bir bolşevikin – Yakovlevin düşüncəsi ilə tanış olaq. O hesab edirdi ki, kənddə 

biz  vətəndaş  müharibəsi  prosesinə  yaxınlaşmışıq.  Hələ  kənddə  təbəqələşmə  yenicə  başla-

yır, biz bu prosesi sona çatdırmalıyıq (10, 127).  

Qeyri  millətlərdən  olan  kommunistlərin  tutduqları  belə  bir anti-milli,  sərt  və  qəddar 

mövqe məntiqi cəhətdən başadüşüləndi. Çünki, işğalçının işğal etdiyi millətlərə və xalqlara 

münasibəti tarixən məlumdur  və təəccüb doğurmur. Bu illərin siyasi proseslərini diqqətlə 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

93 

izlədikdə, təəccüb doğuran və qəlb ağrıdan digər məqamlardır ki, onlardan bəzilərini diq-

qətlə çəkmək istərdim.  

Qeyri-millətlərdən olan bolşeviklərin həyata keçirdiyi anti-milli siyasət o vaxt baş tu-

turdu ki, onu məhz azərbaycanlı bolşeviklər müdafiə edir və yeridilən siyasət onların vasi -

təsilə reallaşırdı. Məsələn: M.B.Qasımov II qurultaydakı çıxışında bildirirdi ki, biz yuxarı 

orqanlardan hesabat tələb etməliyik ki, 6 aydır biz hakimiyyətdəyik, niyə bütün sərvət bə-

yin, xanın və qolçomağın əlindədir. Onun pulu, malı, atı var. Onlar hər şeyi satın ala bilir-

lər. Əgər onların əlində pul olmasaydı Gəncə, Zaqatala və Zəngəzur üsyanları baş verməz-

di.  Yoldaş  Lenin  demişdir  ki,  biz  onları  qarət  və  məhv  etməliyik  (11,  106).  Azərbaycan 

SSR Xalq Torpaq Komissarı  Ağamalıoğlu qeyri-millətlərdən olan bolşeviklərdən də daha 

qəddar mövqedə dururdu. O deyirdi: «…mən başa düşə bilmirəm ki, bəyləri və xanları nə 

üçün həbs etməyiblər. Bu bəylər niyə yaşamalıdırlar ki, kəndli onların torpağına yaxınlaşa 

bilməsin. Onlar bir sinif kimi məhv edilməlidir» (12, 199). 

Yuxarıda qeyd etdiyimiz qəddar və sərt xətt tərəfdarlarından fərqli olaraq Azərbayca-

nın milli psixologiyası, adət-ənənəsini nəzərə almağı, daha insani rəftar yolu ilə addımlar 

atmağın tərəfdarları da var idi. Bu xəttin tərəfdarları N.Nərimanov və onu müdafiə edənlər 

idilər.  Bəyləri  və  xanları  həbs  etməyə  imkan  verməyən  N.Nərimanov  bildirirdi  ki,  bizim 

burjua mütəxəssislərinə böyük ehtiyacımız var. N.Nərimanov xalqın adət-ənənəsinə və dini 

hisslərinin təhqir edilməsinə qarşı ciddi mübarizə aparırdı. O, AKT(b)P-nın II qurultayın-

dakı məruzəsində bildirmişdi ki, bizim kommunistlər kəndə gedir və qışqırırlar ki, indi in-

qilabdır, məscidləri bağlayın. Özlüyündə böyük iş gördüyü ilə fəxr edən bu kommunistləri 

mən  əksinqilabçı  adlandırıram.  Şərqdə  din  çox  güclüdür  və  bu  məsələdə  ehtiyatlı  olmaq 

lazımdır.  Xalqı  talayan  qüvvələrə  qarşı  açıq  münasibətini  bildirən  N.Nərimanov  ərzaq 

agentlərini quldur adlandırır və etiraf edirdi ki, əgər belə getsə aclıq çəkən kəndlilər qiyam 

qaldıracaqlar. O qeyd edirdi ki, ərzaq agentləri ağına-bozuna baxmadan hamıdan ərzaq tə-

ləb  edir.  Məhsulu  olmayanlar  çox  baha  qiymətə  bazardan  buğda  alıb  ərzaq  agentlərindən 

yaxalarını  qurtarırlar.  Bu  sosializm  deyil,  biabırçılıqdır,  bu  işə  son  qoymaq  lazımdır  (13, 

342). 

Göründüyü  kimi,  aprel  çevrilişindən  sonra  hakimiyyətdə  təmsil  olunan  qüvvələrin 



sərt və yumşaq mövqedə durması Moskvanı qane etmirdi. Mərkəzin sərt xətt mövqeyində 

duranları  müdafiə  etməsi  təbii  ki,  respublikada  siyasi  gərginliyi  daha  da  gücləndirirdi. 

1920-ci  ilin  oktyabrında  G.Kaminskinin  AK(b)P  MK-nın  birinci  katibi  vəzifəsinə  təyin 

edilməsi ilə Azərbaycan bilavasitə Rusiyanın canişinləri tərəfindən idarə olunmağa başlan-

dı.  Mərkəzin  nümayəndələri  –  S.Orcenikidze,  S.Kirov,  İ.Stalin,  Y.Stasova  və  b.  respubli-

kada  süni  surətdə  qarşıdurma  yaradır,  bu  isə  Moskvanın  Azərbaycanda  öz  siyasi  mövqe -

yini möhkəmləndirməyə imkan verirdi.  

1920-ci  ilin  noyabrında  Azərbaycana  gələn  Stalin  sərt  xətt  tərəfdarlarını  müdafiə 

etməklə  N.Nərimanov  və  onun  həmfikirlərinin  nüfuzuna  zərbə  endirdi.  Elə  həmin  ayda 

ümumi  siyasi  rəhbərliyi  öhdəsinə  götürmək  məqsədi  ilə  Bakıya  Orcenikidze  göndərildi. 

Bununla  da  N.Nərimanovun  bütün  siyasi  hüquqları  demək  olar  ki,  əlindən  alınmış  oldu. 

Bütün təqib, təzyiq və sıxıntılara baxmayaraq milli ruhlu kommunistlər öz mövqelərindən 

əl  çəkmirdilər.  Onlar  istər  dil,  istərsə  də  kadr  məsələlərində  öz  baxışlarını  gizlətmirdilər. 

Bu cəhətdən B.Talıblının mövqeyi çox diqqətçəkəndir. O, II qurultayda öz çıxışında kadr 

məsələsini tam kəskinliyi ilə qoydu və öz etirazını belə ifadə etdi. MK-nın üzvləri düzgün 

təyin edilməmişdir. Onlardan bir çoxu Azərbaycanı tanımır. Məsələn, elə Sarkis və Lomi-

nadze. Əgər onlara sual versən ki, Azərbaycan iqtisadi, siyasi və tarixi cəhətdən nədir, on -



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

94 


lar cavab verə bilməyəcəklər. Onlar Bakının Xəzər dənizi sahilində yerləşdiyini bilirlərsə, 

bu o demək deyil ki, onlar Azərbaycanı tanıyırlar. Azərbaycana bu ölkənin tarixini ədəbiy-

yatını  və  mədəniyyətini  bilənlər  rəhbərlik  etməlidirlər.  Mən  bu  məsələni  çox  ciddi  hesab 

edirəm. Azərbaycanın başında duranlar bu məsələləri bilməlidirlər (14, 275). 

Azərbaycan  dilinin  dövlət  dili  olmasını  tələb  edən  B.Talıblı  AK(b)P  III  qurultayın-

dakı (1921-ci il fevral) çıxışında bildirirdi ki, əgər Azərbaycan müstəqil elan olunubsa, bu 

xalqın öz dili dövlət dili elan olunmalıdır. Belə olmasa, müstəqillik söz olaraq qalacaqdır. 

Azərbaycanda  bu  gün  rus  imperializmi  yoxdur  desək,  bu  düzgün  deyil.  Xalq  bildirir  ki, 

bütün  yerlərdə  rus  dili  işlənilir  və  hər  addımda  biz  bunu  görürük.  Bütün  bunları  aradan 

qaldırmaq üçün mən təklif edirəm ki, xalqın öz dili dövlət dili elan olunsun (14, 275). 

Bu  və  ya  buna  oxşar  fikir  tərəfdarları  və  ümumiyyətlə,  milli  təəssübkeşlərlə  mü-

nasibət özünəməxsus formada quruldu. İlk növbədə, milli baxışlı kadrların özləri arasında 

fikir ayrılığı yaradıldı. Süni surətdə yaradılan fikir ayrılığı N.Nərimanova qarşı yönəldildi. 

1922-ci ildə N.Nərimanovun respublikadan uzaqlaşdırılması ilə Moskvanın  Azərbaycanda 

yeritdiyi siyasətin, əl-qoluna dolaşanlarla özünəməxsus rəftar edildi.  

Nəticədə, AK(b)P-nin VI qurultayında milli düşüncəni azərbaycanlı kommunistlər lə-

kələndi.  Qurultayda  belə  bir  qətnamə  qəbul  edildi  ki,  Azərbaycanda  azərbaycanlılardan 

ibarət  millətçi  qrup  var.  Qurultay  Mirzoyanın  başçılıq  etdiyi  Bakı  partiya  təşkilatının  və 

onun  arxalandığı  Kirovun  milli  məsələdə  düzgün  siyasət  yeritdiyini  təsdiq  etdi  və  həmin 

siyasətin bundan sonra da davam etdirilməsinə rəvac verdi.  

Məhz Mirzoyanların – Kirovların Azərbaycanda yeritdi «milli siyasət» 20-30-cu illər 

tariximizin acı səhifələrinə çevrildi.  



 

ƏDƏBİYYAT 

 

1.



 

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər  Arxivi. F.1, s.1, 

iş 8, v.74.  

2.

 



Yenə orada, v.74.  

3.

 



Yenə orada, v.86. 

4.

 



Yenə orada, v.170. 

5.

 



Yenə orada, v.170. 

6.

 



Yenə orada, v.170. 

7.

 



Yenə orada, v.143. 

8.

 



Yenə orada, v.143. 

9.

 



Yenə orada, v.129. 

10.


 

 Yenə orada, v.127. 

11.

 

Yenə orada, v.106. 



12.

 

Yenə orada, v.199. 



13.

 

Yenə orada, v.342. 



14.

 

Yenə orada, v.275. 



 

 

 



 

 

 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

95 

 

 Ф.Ф. ИБРАГИМЛИ  



профессор БГУ 

 

ПОЛИТИЧЕСКИЕ РАЗНОГЛАСИЕ В СУДЬБЕ НАРОДА  

(20-е годы XX века) 

 

20-е годы XX века отличается некоторыми особенностями. Это был период, когда 



Азербайджан  потерял  свою  государственную  независимость,  были  нападения  на  на-

циональные ценности азербайджанского народа, продолжались политические преследо-

вания, сопровождаемые массовыми жертвами. 

Политические  разногласие  в  руководстве  оставили  свои  негативные  отпечатки  в 

судьбе  азербайджанского  народа.  Противоречия  среди  разных  политических  кругов 

отличившихся  своим  отношением  к  судьбоносным  политическим  вопросам  дня  еще 

больше обостряли обстановку и усугубляли её. 

Сторонники предложенного центром «жесткой линии» - армянские коммунисты в 

политическом руководстве  Азербайджана, стояли на антиазербайджанских позициях  и 

всячески оклеветали национальных кадров, обвинив их в национализме, всячески пыта-

лись,  притеснят  и  отстранить  от  руководства  Азербайджана,  что  привело  трагическим 

для нашего народа последствиям в 20-х годах XX века. 



 

F.F. IBRAGHIMLI  

Baku State Universuty 

 

POLITICAL CONTROVERSY IN PEOPLE’S FATE 

(20-th years of XX century) 

 

The  20-th  years  are  differently  by  own  signification.  It  is  was  the  period,  when 



Azerbaijan  lost  its  own  state  independence  as  the  matter  of  fact  there  was  assaulted  on 

national values of Azerbaijan people were pursuit political prosecution, followed by massacres 

victims. 

Political  controversy  in  government  remained  its  own  negatives  impression  in 

Azerbaijan  peoples.  Controversy  among  different  political  circles  differed  by  relations  to 

fateful political question of the days more exacerbated circumstance and enhanced it. 

Proponents  of  suggested  by  center  “rigid  line”  -  Armenian  communist  in  political 

government of Azerbaijan stayed on anti Azerbaijan position anyhow denigrated national cast, 

accused  them  on  nationalism,  always  tried  to  oppressed  and  dismissed  from  Azerbaijan 

governments which is brought on national tragedy aftermath in 20-th years at XX century. 



 

 

Rəyçilər: t.ü.f.d. A.Ə.Rzayev, t.e.d. R.C.Süleymanov 

Bakı Dövlət Universiteti, “Azərbaycan tarixi” (humanitar fakültələr üzrə) kafedra-

sının 26.09.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№01). 

Yüklə 361,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə