Tarix və onun problemləri, №4 2014 57 aydin mirzəzadə Siyasi elmlər üzrə fəlsəfə doktoru



Yüklə 67,67 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü67,67 Kb.
#30856


Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

57 

AYDIN MIRZƏZADƏ 

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

XIX ƏSRIN 20-30-CU ILLƏRINDƏ ÇAR RUSIYASI TƏRƏFINDƏN 

ERMƏNILƏRIN CƏNUBI QAFQAZA KÜTLƏVI KÖÇÜRÜLMƏSI VƏ BÖLGƏDƏ  

“ERMƏNI AMILI”NIN YARANMASI 

 

Açar sözlər: köçürmə, soyqırım, deportasiya, “erməni amili”  

Ключевые слова: переселение, геноцид, депортация, «армянский фактор» 

Key words: resettlement, genocide, deportation, "Armenian factor". 

 

1813-cü  il  Gülüstan  və  1828-ci  il  Türkmənçay  müqavilələri  nəticəsində 



Azərbaycanın  tarixi  torpaqları  iki  imperiya  arasında  bölüşdürüldü,  Azərbaycan  dövlət 

müstəqilliyndən  məhrum  edildi.  İşğal  nəticəsində  Azərbaycan  ərazisi  Rusiya  və  İran 

müstəmləkəçiliyinin  xammal  bazasına  çevrildi,  ölkənin  iqtisadiyyatına  və  mədəniyyətinə 

ağır  zərbə  endirildi.  Çar  Rusiyasının  ölkədə  qurmuş  olduğu  idarəçilik  tezliklə  milli-etnik 

qarşıdurmalara, gələcəkdə isə ərazi iddialarına səbəb olacaq köçürmə siyasətilə çulğaşmış 

oldu. 

XIX  əsrin  20-30-cu  illərində  Cənubi  Qafqaza,  o  cümlədən  əzəli  Azərbaycan 

torpaqlarına  ermənilərin  kütləvi  köçürülməsi  bölgədə  “erməni  amili”nin  yaranması  ilə 

nəticələndi.  Ermənilərin  bölgədəki  yerli  xalqlarla  gərgin  münasibətləri,  çarizmin  türk-

müsəlman  əhaliyə  qarşı  ayrı-seçkilik  və  təqib  siyasəti,  azərbaycanlılara  qarşı 

soyqırımlarının  və  deportasiyaların  həyata  keçirilməsində  ermənilərdən  ən  fəal  şəkildə 

istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb 

genişləndiyi bölgələrdən birinə çevrildi. 

 

XVIII əsrin sonu  –  XIX əsrin əvvəlləri Azərbaycanın hərbi və siyasi tarixində çox 



mürəkkəb,  təzadlı  və nəticələri  sonrakı  iki yüzillik  üçün  ağır  olan  hadisələrlə  xarakterizə 

olunur.  Bir  tərəfdən,  ölkənin  daxilində  gedən  proseslər,  o  cümlədən  xanlıqlar  arasında 

durmadan  artan  mübarizə,  aparıcı  xanlıqların  vahid  Azərbaycan  dövləti  yaratmaq 

məqsədinə  yönəlmiş  siyasətinə  qarşı  ölkədaxili  bəzi  qüvvələrin  güclü  müqaviməti, 

separatçılığı,  digər  tərəfdən,  xarici  işğal  təhlükəsinin  artması  Azərbaycandakı  siyasi  və 

hərbi vəziyyəti son dərəcə ağırlaşdırmışdı.  

Azərbaycanda hərbi-siyasi durum, əslində, bütün Cənubi Qafqaz üçün səciyyəvi idi; 

ölkədə baş verən istənilən hadisə dərhal bölgənin ümumi vəziyyətində öz əksini tapırdı və 

ya  əksinə,  bölgədəki  hər  hansı  bir  dəyişiklik  Azərbaycanın  durumuna  güclü  təsirini 

göstərirdi.  Cənubi  Qafqazın  vəziyyətini  gərginləşdirən,  o  cümlədən,  Azərbaycanda  vahid 

dövlətin yaranmasına neqativ təsir göstərən ən böyük xarici amil isə – çar Rusiyası idi. 

IV İvanQroznıdövründə (1533-1584) rusların Xəzəryanı bölgələrdə möhkəmlənmək 

cəhdləri Kazan və Həştərxan xanlıqlarının ələ keçirilməsi ilə (1552 və 1556-cı illərdə) başa 

çatmışdı.  İngiltərəni  Səfəvi  dövləti  ilə  ticarət  münasibətlərindənuzaqlaşdıran  çar  IV  İvan 

Azərbaycanı  Rusiyanın  iqtisadi  nüfuz  dairəsinə  salmağa  çalışırdı.  İngiltərənin  “Moskva” 

şirkətini  Xəzəryanı  bölgələrlə  ticarətdən  məhrum  edən  IV  İvan  öz  xələfləri  üçün  əslində 

müstəmləkəçiliyin  özülünü  qoymuşdu.  I  Pyotrun  dövründə  (1689-1725)  isə  Cənubi 



Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

58 


Qafqazda təkcə iqtisadi deyil, hərbi-siyasi  baxımdan möhkəmlənmək cəhdləri başlayır və 

bu siyasət imperatriçaYekaterinanın dövründə (1762-1796) daha da güclənir. 

Çar  Rusiyası  nə  yolla  olursa  olsun,  Cənubi  Qafqazda  möhkəmlənmək,  Xəzəryanı 

vilayətlərin vasitəsilə Hind okeanına çıxış əldə etmək istəyirdi və bu yolda Azərbaycanın 

müstəmləkələşdirilməsi  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edirdi.  1801-ci  ildə  Şərqi 

Gürcüstanın  (onun  da  tərkibində  Qazax  və  Şəmşəddil  sultanlıqlarının)  Rusiyaya 

birləşdirilməsi,  1803-cü  ildə  isə  Car-Balakən  camaatlığının  və  1804-cü  ildə  Gəncə 

xanlığının işğalı Azərbaycanın müstəmləkələşdirilməsinin ilk addımları oldu. 

Rusiyanın  Cənubi  Qafqazda  fəal  şəkildə  müstəmləkə  işğallarına  başlaması 

bölgədəki  ümumi  durumu  ağırlaşdırmaqla  yanaşı,  xarici  siyasi  və  hərbi  vəziyyəti  də 

gərginləşdirmiş  oldu.  Belə  ki,  çarizmin  işğalları  1804-cü  ildə  Rusiya-İran  müharibəsinin 

başlamasına  təkan  verdi.  Bölgədəki  onsuz  da  ağır  olan  durum  indi  bu  bölgə  uğrunda  iki 

imperiyanın  aparmış  olduğu  müharibə  səbəbindən  daha  da  kəskinləşmiş  oldu. 

Azərbaycandakı aparıcı siyasi qüvvələr ağır hərbi-siyasi vəziyyətdən çıxış yolu axtarmağa 

başladılar. Onların içərisində Qarabağ xanlığının vəziyyəti xüsusilə ağır idi. Belə ki, hələ 

1795-ci  ildə  İranda  hakimiyyətə  gəlmiş  Ağa  Məhəmməd  şah  Qacar  (1742-1797)  Qarabağ 

xanlığına hücum etmiş, Şuşanı 33 gün ərzində mühasirədə saxlamış (2, s.29), 1797-ci ildə 

Şuşanı ələ keçirməyə nail olmuşdu.  

1804-cü  ildə  Rusiya  ilə  İran  arasında  müharibə  başlayanda  Qarabağ  xanı  İbrahim 

xan  Qarabağın  təkrar  işğalının  qarşısını  almaq  üçün  1805-сi  ildə  Rusiya  qoşunlarının 

komandanı P.D.Sisianovla Kürəkçay müqaviləsini bağlamalı oldu (3, II, s.705). Kürəkçay 

müqaviləsi  ilə  Qarabağ  xanlığı  Rusiyaya  ilhaq  edilmiş  oldu.  Tezliklə  Bakı  və  Şəki 

xanlıqları  da  ruslar  tərəfindən  işğal  edildi  və  1813-cü  il  oktyabrın  13-də  Qarabağın 

Gülüstan  kəndində  imzalanan  sülh  müqaviləsi  ilə  Azərbaycan  torpaqlarının  böyük  bir 

hissəsinin Rusiyanın tərkibinə qatılması baş tutdu.  

Bunun  ardınca  1826-cı  ildə  başlamış  olan  yeni  Rusiya-İran  müharibəsi 

Azərbaycanın müstəmləkələşdirilməsini sürətləndirdi və 1828-ci il fevralın 10-da bağlanan 

Türkmənçay  müqaviləsi  Azərbaycanın  tarixi  torpaqlarının  iki  imperiya  arasında 

bölüşdürülməsini  qətiləşdirdi.  Azərbaycanın  şimal  torpaqları  çar  Rusiyasının 

müstəmləkəsinə  çevrildi,  Azərbaycan  dövlət  müstəqilliyndən  məhrum  edildi  və  vahid 

Azərbaycan xalqının zorla ikiyə bölünməsi baş verdi. İşğal nəticəsində Azərbaycan ərazisi 

Rusiya  və  İran  müstəmləkəçiliyinin  xammal  bazasına  çevrildi,  ölkənin  iqtisadiyyatına  və 

mədəniyyətinə  ağır  zərbə  endirildi.  Çar  Rusiyasının  ölkədə  qurmuş  olduğu  idarəçilik 

tezliklə  milli-etnik  qarşıdurmalara,  gələcəkdə  isə  ərazi  iddialarına  səbəb  olacaq  köçürmə 

siyasətilə çulğaşmış oldu. 

Rusiyanın  köçürmə  siyasətində  başlıca  yer  ermənilərə  verilmişdi  və  bu  siyasətin 

konkret məqsədləri var idi. Əvvəla, bütün metropoliyalar kimi, çar Rusiyası da “divide et 

impera” (parçala və hökm sür”) prinsipini müstəmləkə idarəçiliyində əsas götürmüşdü. Bu 

siyasət  yerlərdə  siyasi  və  iqtisadi  inkişafın  qarşısını  almaq,  milli  qüvvələrin  tərəqqisinə 

mane  olmaq  və  yerli  dövlətçiliyin  hər  hansı  bir  izini  silmək  məqsədinə  tabe  idi.  Digər 

tərəfdən, Cənubi Qafqazda Rusiya idarəçiliyinə meyl edən, Rusiyanı dəstəkləyən iri siyasi 

qüvvələr  olmadığından,  çarizm  süni  şəkildə  bu  qüvvəni  yaratmaq  məcburiyyətində  idi. 

Nəhayət,  konkret  ermənilərin  bu  məqsədlə  seçilməsinə  gəlincə,  əminliklə  aşağıdakıları 

demək lazımdır ki, Qafqaz xalqlarından (azərbaycanlılardan, gürcülərdən və bölgənin digər 

xalqlarından)  fərqli  olaraq,  ermənilər  amorf  bir  xalq  idi:  istənilən  şəraitə  uyğunlaşıb, 

xəyanət  yolu  tutmağa  meylli  idilər.  Cənubi  Qafqazın  işğalı  illərində  və  sonrakı  dönəmdə 




Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

59 

Rusiya üçün separatçılığı yaya biləcək, etnik qarşıdurmalarda aparıcı qüvvə kimi çıxış edə 

biləcək ermənilərdən daha “optimal” variant yox idi. Ermənilərin bu xüsusiyyətini nəzərə 

alan çar I Nikolayın (1825-1855) fərmanlarından birində ermənilərdən istifadə edilməsi ilə 

bağlı  deyilirdi:  “  ...  Hər  cür  nəvazişlə  erməniləri  öz  tərəfinizə  çəkməyi  xüsusi  olaraq 

ixtiyarınıza buraxıram” (3, II, s.436).  

Rusiya erməni əhalinin Azərbaycana köçürülməsini hələ İran və Osmanlı imperiyası 

ilə  müharibələr  apardığı  illərdə  planlaşdırmışdı.  Bu  köçürmə  layihəsi  1827-ci  ildə 

Rusiyanın  İrandakı  səfiri  A.S.Qriboyedovun  başçılıq  etdiyi  diplomatik  dəftərxanada 

hazırlanmışdı  və  səfir  özü  şəxsən bu  məsələni  ciddi  nəzarətində saxlayırdı  (1,  s.380). Bu 

layihənin  müəllifləri  ermənilərin  köçürülməsinə  Rusiyanın  Qafqaz  siyasətinin  prioritet 

məsələlərindən  biri  kimi  baxırdılar.  Təsadüfi  deyil  ki,  istər  İranla  bağladığı  1828-ci  il 

Türkmənçay  müqaviləsinə,  istərsə  də  Osmanlı  imperiyası  ilə  bağladığı  1829-cu il  Ədirnə 

müqaviləsinə  ermənilərin  Cənubi  Qafqaza  kütləvi  köçürülməsi  ilə  bağlı  xüsusi  maddələr 

salınmışdı.  Türkmənçay  müqaviləsinin  15-ci  maddəsi,  Ədirnə  müqaviləsinin  isə  13-cü 

maddəsi  ermənilərin  Azərbaycan  torpaqlarına  köçürülməsini  rəsmiləşdirirdi  (1,  s.375). 

Əslində isə Rusiya hələ hərbi əməliyyatların davam etdiyi bir vaxtda ermənilərin bölgədə 

möhkəmləndirilməsi siyasətinə rəvac vermişdi. Belə ki, 1827-ci ildə İrəvanın “Müvəqqəti 

idarəsi”  adlı  qurum  yaradılmış  və  həmin  qurumda  erməni  arxiyepiskopu  Nersesə  qeyri-

məhdud səlahiyyətlər verilmişdi (1, s.377).  

Erməniləri Azərbaycan ərazisinə köçməyə sövq etmək üçün çar hökuməti ən məşhur 

məmurlarını  da  bu  işə  cəlb  etmişdi.  Erməni  mənşəli  çar  polkovniki  Qazaros  Lazaryan 

(Lazarev)  1827-ci  ilin  mayında  general  Paskeviçini  sərəncamına  götürülmüşdü  və  bu 

prosesi  sürətləndirmək  üçün  ermənilər  arasında  iş  aparmaq  ona  tapşırılmışdı  (5,  s.129). 

1827-ci  ilin  oktyabrında  Təbrizin  komendantı  təyin  edilən  Q.Lazaryanın  İran  ərazisindən 

Şimali  Azərbaycana  köçürülən  ermənilərə  ünvanlanmış  məşhur  müraciətində  (30  mart 

1828-ci il  tarixli)  deyilirdi: “  ...  Orada  siz xristianların  məskunlaşdırıldığı  yeni  vətən  əldə 

edəcəksiniz.  İranın  müxtəlif  əyalətlərinə  səpələnmiş  xristianların  bir  yerə  cəmləşdiyini 

görəcəksiniz.  Tələsin.  Vaxt  qiymətlidir.  Tezliklə  rus  qoşunları  İranı  tərk  edəcək,  bundan 

sonra  sizin  köçməyiniz  çətinləşəcək  və  biz  sizin  təhlükəsiz  köçməyinizə  cavabdeh 

olmayacağıq” (4, s.107-111). 

Qeyd  edək  ki,  İranın  erməni  əhalisi  də  Rusiyaya  meylli  idi.  Azərbaycan 

tarixçilərinin son illərdə apardıqları araşdırmalar, arxiv materiallarındakı və qaynaqlardakı 

məlumatlar  göstərir  ki,  İran  erməniləri  general  Paskeviçə  müraciət  edərək  rusların  işğalı 

altında olan torpaqlara köçmək istədiklərini bəyan etmişdilər (bax: 1, s.381). 

Köçürmə siyasətini həyata keçirmək üçün çarizmin atdığı ciddi addımlardan biri də 

Cənubi Qafqazda ermənilər üçün xüsusi “vilayət” təşkil edilməsi oldu. Belə ki, 1828-ci il 

martın  20-də  Türkmənçay  müqaviləsi  ratifikasiya  edildikdən  bir  gün  sonra,  martın  21-də 

çar I Nikolay “Erməni vilayətin”in  yaradılması haqqında fərman imzaladı. Qeyd edək ki, 

“Erməni vilayəti” Azərbaycanın tarixi torpaqlarının hesabına yaradılmışdı, vilayət inzibati 

olaraq  İrəvan  və  Naxçıvan  əyalətlərinə  və  Ordubad  dairəsinə  bölünmüşdü.  Vilayətin 

idarəsi isə gürcü knyazı, general-mayor A.Q.Çavçavadzeyə tapşırılmışdı (3, VII, s.487). 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Türkmənçay  müqaviləsinin  15-ci  maddəsinə  görə, 

İran  hökuməti  ermənilərin  Rusiya  tabeçiliyən  keçmiş  olan  ərazilərə  köçürülməsinə  icazə 

verirdi  və  bununla  da,  “İranda  yaşayan  ermənilərə  sərbəst  surətdə  Rusiyanın  himayəsinə 

keçmək  hüququ  verilirdi”  (bax:  1,  s.379).  Prosesi  mütəşəkkil  qaydada  həyata  keçirmək 

üçün xüsusi təlimatlar hazırlanmışdı. General Paskeviçin 1828-ci il 26 fevral və 29 fevral 



Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

60 


tarixli  təlimatlarında  köçürülən  ermənilərin  məşğuliyyət  sahəsinə  uyğun  yerləşdirilməsi, 

köçürülənlərin  təhlükəsizliyinin  təmin  edilməsi,  onlara  maddi  və  maliyyə  yardımı 

göstərilməsi nəzərdə tutulmuşdu (4, s.98-107). Təlimatda deyilirdi: “Köçürülənləri İrəvan 

və  Naxçıvan  əyalətlərinə  istiqamətləndirmək  lazımdır  ki,  həmin  ərazilərdə  xristian  əhali 

mümkün qədər artırılsın” (4, s.107). Ermənilərin köçürülməsi, dəqiq desək, onlara yardım 

edilməsi üçün xəzinədən 25 min rubl vəsait ayrılmışdı (4, s.105). 

Köçürmə siyasəti 1828-ci il fevralın 26-da başlamış, həmin il iyunun 11-də əsasən 

başa  çatdırılmışdı.  Gürcüstandakı  baş  qərargah  rəisinə  təqdim  edilən  26  may  1828-ci  il 

tarixli  raportda  bildirilirdi  ki,  bu  müddətdə  “Qarabağda  279,  İrəvan  vilayətində  948  ailə 

məskunlaşdırılmışdır” (bax: 1, s.387). İ.Şopenin məlumatlarına görə, İrəvan şəhərində 366 

ailə,  Naxçıvan  şəhərində  265  ailə,  Ordubad  şəhərində  isə  36  ailə  məskunlaşdırılmışdı  (6, 

s.636-638). 

İranla  yanaşı,  Osmanlı  imperiyasından  da  ermənilərin  Azərbaycan  torpaqlarına 

köçürülməsi planlı şəkildə gedirdi. Ədirnə müqaviləsinin 13-cü maddəsinə görə, ermənilər 

18  ay  müddətində  Rusiya  təbəəliyinə  keçmək  hüququ  qazanmışdılar.  Artıq  1829-cu  il 

oktyabrın  10-da  general  Paskeviç  imperator  I  Nikolaya  yazdığı  raportunda  10  min 

erməninin  Gürcüstanda  və  qondarma  “Erməni  vilayəti”ndə  yerləşdirilməsinə  icazə 

istəmişdi (3, VII, s.830). İmperatorun dəstəyini alan general Paskeviç ermənilərin Osma nlı 

imperiyası  ərazisindən  Cənubi  Qafqaza  köçürülməsi  ilə  bağlı  xüsusi  komitə  yaratmış, 

komitə  köçürülmənin  mütəşəkkil  olması  üçün  xüsusi  təlimatlandırmışdı  (3,  VII,  s.835-

836).  İ.Şopenin  məlumatlarına  görə,  qondarma  “Erməni  vilayəti”nə  Osmanlı  imperiyası 

ərazisindən 3682  erməni ailəsi köçürülmüşdü (6, s.636-642). 

Rəsmi  məlumatlara  görə,  ümumilikdə  1828-1830-cu  illər  arasında  Şimali 

Azərbaycana  İrandan  40  min,  Osmanlı  imperiyasından  isə  90  min  erməni  köçürülmüşdü 

(4). Sinxron mənbələrin əksəriyyətində göstərilir ki, köçürülən ermənilər Azərbaycanın ən 

münbit torpaqlarında yerləşdirilmişdi. Nəticədə bu torpaqlardakı azərbaycanlılar ev-eşiksiz 

qalmışdı  (5,  s.135),  üstəlik,  yerli  əhaliyə  torpaqlarından  məhrum  olduqları  üçün 

kompensasiya  verilməsi  əvəzinə,  köçürülən  ermənilərə  xüsusi  imtiyazlar  və  güzəştlər  də 

verilmişdi (3, VII, s.642-644). 

Nəzərdən  keçirdiyimiz  bu  faktlar  XIX  əsrin  20-30-cu  illərində  çarizmin  köçürmə 

siyasətinin  bir  mərhələsini  təşkil  edir.  Bu  faktları  izləməkdə  məqsədimiz  Azərbaycan 

ərazisində  ermənilərin  yerləşdirilməsinin  nəticələrini,  o  cümlədən  “erməni  amili”nin 

yaranmasını  şərtləndirən  hadisələrə  qiymət  verməkdir.  XVIII  əsrin  sonu  –  XIX  əsrin 

əvvəllərində,  yəni  ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına  köçürülməsinədək  Cənubi 

Qafqaz  bölgəsində  hər  hansı  bir  etnik  qarşıdurma  faktına  rast  gəlinmir.  Məqalənin 

əvvəlində də qeyd etdiyimiz kimi, bölgənin yerli xalqları arasında etnik zəmində hər hansı 

bir gərginlik yox idi və burada möhkəmlənməyə çalışan Rusiya və İran imperiyaları üçün 

bu  vəziyyət  sərfəli  deyildi.  Ermənilər  isə  Rusiya-İran  və  Rusiya-Osmanlı  müharibələri 

gedişində  özlərini  separatçı  qüvvə  kimi  “nümayiş”  etdirmişdilər  və  çarizm  üçün  Cənubi 

Qafqazda  gərginliyi  saxlamaq,  İslam-Türk  amilini  zəiflətmək  üçün  xüsusi  bir  vasitəyə 

çevrilməyə tam hazır olduqlarını isbatlamışdılar. 

Köçürülən  ermənilərin  Azərbaycanın  tarixi  torpaqlarında  –  İrəvan,  Naxçıvan  və 

Qarabağ  ərazilərində  yerləşdirilməsi,  yerli  əhalinin  –  azərbaycanlıların  öz  ata-baba 

mülklərindən  çıxarılması  çar  Rusiyasının  başlıca  hədəfini  açıq-aşkar  göstərirdi:  Cənubi 

Qafqazda  İslam-Türk  amilini  sıxışdırıb  əvəzinə  erməni-xristian  amilini  gücləndirmək. 



Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

61 

Sonrakı  yüzillikdə  azərbaycanlılara  qarşı  törədilən  soyqırımları  da  bu  hədəfə 

yönəldilmişdi. 

Beləliklə,  XIX  əsrin  20-30-cu  illərində  Cənubi  Qafqaza,  o  cümlədən  əzəli 

Azərbaycan  torpaqlarına  ermənilərin  kütləvi  köçürülməsi  bölgədə  “erməni  amili”nin 

yaranması  ilə  nəticələndi.  Ermənilərin  bölgədəki  yerli  xalqlarla  gərgin  münasibətləri, 

çarizmin türk-müsəlman əhaliyə qarşı ayrı-seçkilik və təqib siyasəti, azərbaycanlılara qarşı 

soyqırımlarının  və  deportasiyaların  həyata  keçirilməsində  ermənilərdən  ən  fəal  şəkildə 

istifadə edilməsi nəticəsində Cənubi Qafqaz bölgəsi etnik və milli qarşıdurmaların yaranıb 

genişləndiyi  bölgələrdən  birinə  çevrildi.  Azərbaycan  torpaqlarında  yaradılmış  “Erməni 

vilayəti”  isə  gələcəkdə  burada  Ermənistan  Respublikasının  yaradılmasının  əsasını  qoydu. 

Yaradılan  Ermənistan  Respublikası  isə  Azərbaycana  qarşı  yeni  ərazi  iddiaları  ilə  çıxış 

edərək Cənubi Qafqazın müasir dünyadakı gərginlik mərkəzlərindən biri olaraq qalmasını 

şərtləndirdi. 



ƏDƏBIYYAT 

 

1.

 



İrəvan  xanlığı.  Rusiya  işğalı  və  ermənilərin  Şimali  Azərbaycan  torpaqlarına 

köçürülməsi. Bakı, Çaşıoğlu, 2009 – 576 s. 

2.

 

Mahmudov Y.M., Şükürov K. Qarabağ. Real tarix, faktlar, sənədlər. Bakı, “Təhsil”, 



2009 – 144 s. 

3.

 



Акты,  собранные  Кавказской  Археографической  Комиссией.  I-VII,  Тифлис, 

1866-1878 

4.

 

Глинка С.Н. Описание переселения армян аддербиджанских в пределы России. 



Москва, 1831 

5.

 



Ениколопов И. Грибоедов и Восток. Ереван, 1954 

6.

 



Шопен  И.И.  Исторический  памятник  состояния  армянской  области  в  эпоху  ее 

присоединения к Российской империи. СПб., 1852 

 

АЙДЫН МИРЗAЗАДЕ 

 

МАССОВОЕ ПЕРЕСЕЛЕНИЕ АРМЯН НА ЮЖНЫЙ КАВКАЗ И ЦАРСКАЯ 

ПОЛИТИКА СОЗДАНИЯ В РЕГИОНЕ «АРМЯНСКОГО ФАКТОРА» 

 (20-30 годы XIX века) 

 

В начале XIX века в истории Азербайджана и всего Южного Кавказа начался 



период российского колониализма. На основе Туркменчайского и Адрианопольского 

договоров  (1828  и  1829  гг.)  царизм  начал  осуществлять  политику  массового 

переселения армян на территории Северного Азербайджана. Армяне переселялись на 

исконно азербайджанские земли с целью изменения этнодемографической ситуации 

в  регионе.  С  этой  целью  царским  правительством  была  создана  т.н.  «Армянская 

область», что явилось первым шагом на пути к созданию армянского государства на 

исконно азербайджанских землях.  

После  переселения  армян  на  Южный  Кавказ,  царизм  начал  проводить 

политику  геноцида  против  тюркско-мусульманского  населения  региона.  Армяне,  в 

недавнем  прошлом  переселенные  на  Кавказ,  явились  основным  орудием  против 

местных  народов  в  руках  царских  колонизаторов.  Южный  Кавказ же превратился  в 

один из очагов напряжения мира. 




Yeni dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

62 


AYDIN  MIRZAZADEH 

 

THE MASS RESETTLEMENT OF THE ARMENIANS TO THE SOUTH CAUCASUS 

AND THE IMPERIAL POLICY OF CREATION OF THE “ARMENIAN FACTOR” 

IN THE REGION (20-30 years of XIX century) 

 

The Russian colonialism period in the history of Azerbaijan and whole South Caucasus 

region  dates  back  to  the  early  XIX  century.  Having  based  on  the  Turkmanchay  and 

Adrianople treaties (1828; 1829) the Tsar regime launched its mass resettlement policy of the 

Armenians  in  the  territories  of  the  Northern  Azerbaijan.  The  mass  resettlement  of  the 

Armenians  in  the  primordial  Azerbaijani  territories  aimed  at  changing  ethno-demographic 

situation in the region. And to this purpose, the so-called “Armenian oblast” was established 

by the Tsar government which was a first step towards creation of the Armenian state in the 

primordial Azerbaijani territories.  

The policy of genocide against Turkish-Muslim population of the region was launched 

by  the  Tsar  regime  after  the  resettlement  of  the  Armenians  in  the  Southern  Caucasus.  The 

Armenians moved to the Caucasus region not long ago were used as an important tool in the 

hands of Tsarist colonialists against local people. Thus, the Southern Caucasus turned into one 

of the hotbeds of tension in the world.    



 

 

 



Rəyçilər: t.e.d. F.Mahmudov, t.e.d. İ.Məmməov 

 

AMEA Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin 1 dekabr 2014-cü 

il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №5). 

 

Yüklə 67,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə