Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
  1   2   3   4   5   6   7   8   9   ...   120


 
 
 
Tarixin göy qübbəsini işıqlandıranlar 
                        
                              Minilliklərin nəhəngləri  
 
Perikl 
 
Miladdan  əvvəl  495-429-cu  illərdə  yaşamış  Perikl  Alkmenoid  kübar 
nəslindən  olan  sərkərdə  və  dövlət  xadimi  olmaqla,  Afinanın  “Qızıl  dövrünə” 
başçılıq etmiş və faktiki olaraq bu məşhur şəhər-dövlətin m.ə. 443-429-cu illərdə 
taclanmamış  kralı  olmuşdur.  Siyasi  cəhətdən  radikal  xadim  olan  Perikl 
konstitusional  islahatları  xeyli  inkişaf  etdirdi,  bu  Afina  demokratiyasının 
dolğunlaşmasını  xeyli  sürətləndirdi.  Bu  islahatlar  462-461-ci  illərdə  həyata 
keçirilmişdi. O, Spartanın qatı əleyhdarı idi və təəssüf ki, bu düşmənçilik Afinanın 
və  onun  müttəfiqlərini  Peloponnes  müharibəsinə  gətirib  çıxardı.  Müharibə  431-ci 
ildən 404-cü ilədək olan müddətdə davam etdi. Perikl natiqliyi ilə məşhurlaşmışdı. 
Fukididin xəbər verdiyi, m.ə. 431-430-cu illərin qışındakı onun matəm nitqi Afina 
demokratiyasının prinsiplərinə və dövlət sisteminə ehtiraslı apologiya idi. 
Periklin  nəsli  Afinada  yaxşı  tanınırdı.  Onun  atası  Mikael  dövründə  barbar 
sərkərdələrinə  qalib  gəlmiş  Ksantipp  Afinadan  tiran  Pisistratidləri  qovmaqla, 


 

dövləti  cəsarətlə  tiraniyadan  azad  edən,  afinalılara  qanunlar  və  dövlət  quruluşunu 
qoyan Klisfenin nəvəsi Aqaristaya evlənmişdi. Qadın ərindən tarixlərə düşəcək bir 
uşağı – Perikli doğmuşdu. Uşağın yeganə eybi onun başının böyüklüyü və uzunsov 
olması  idi.  Məşhurlaşan  Perikl  bütün  heykəllərində  başındakı  uzun  dəbilqə  ilə 
təsvir olunur, heykəltəraşlar geyim vasitəsilə bu böyük şəxsiyyətin hesab etdikləri 
fiziki  eybini  beləcə  örtmək  istəyirdilər.  Onun  başının  quruluşuna  istehza  edən 
şairlər də az olmamışdır. 
Perikl uşaq vaxtı musiqi tərbiyəsi almışdır, lira çalmağı öyrənmişdir. Platon 
onun  müəlliminin  mifik  xeyirxah  kentavr  Xiron  olduğunu  söylədiklərini  deyir. 
Perikl  həmçinin  eleyalı  filosof  Zenonun  dinləyicisi  olmuşdu.  O,  burada  təbiəti 
öyrənməklə məşğul olmuş və digərlərini təkzib etmək elminə yiyələnmişdir. Lakin 
ona ən yaxın adam Klazomendən olan Anaksaqor olmuşdu. Müasirlərinin “Zəka” 
adlandırdıqları  bu  adam  Periklə  uca  düşüncə  obrazı  təlqin  edə  bilmişdi. 
Qabiliyyətli  şagird  kimi  o,  təkcə  fikirlərin  yüksək  obrazını  deyil,  həm  də  nitqin 
yüksəkliyini mənimsəmişdi. Onun sifətinin ciddi ifadəsi, sakit yerişi, geyimindəki 
sadəliyi,  bütün  çıxış  vaxtı  hətta  nəyisə  vurğulayanda  səsinin  tonunu  dəyişməməsi 
və  digər  xüsusiyyətləri  onun  mahir  natiq  olmasından  xəbər  verirdi.  Belə  bir 
əhvalatı  Plutarx  misal  gətirir  ki,  bir  nəfər  bütün  günü  meydanda  onu  söyür  və 
təhqir  edirmiş,  lakin  Perikl  öz  işini  görməkdə  davam  etməklə,  bu  hədyanlığa 
dözürmüş. Axşam evinə gedəndə bu adam onun arxasına düşmüş və söyüşlərini bir 
an  da  olsun  dayandırmamışdır.  O,  evinə  girəndə,  qaranlıq  olduğuna  görə  öz 
nökərinə  göstəriş  verdi  ki,  əlinə  fənər  götürsün  və  həmin  adamı  evinə  qədər 
ötürsün. 
Gəncliyində  Perikl  camaatdan  qorxurdu,  çünki  o,  tiran  Pisistrata  çox 
oxşayırdı.  Xüsusən  səsinin  məlahətindəki  nitqinin  yüngüllüyü  və  sürətindəki 
oxşarlıq  adamlara  qorxu  təlqin  edirdi.  Məşhur  olması,  nüfuzlu  dostlara  malik 
olmasına  görə  o,  ostrakizmdən  qorxurdu  və  buna  görə  də  ictimai  işlərlə  məşğul 
olmurdu.  Axı  Afinanın  ən  görkəmli  dövlət  xadimləri,  polis  qarşısında 
müqayisəyəgəlməz  xidmətləri  olmuş  adamlar  bu  cəzadan  qaça  bilməmişdilər. 
Azacıq şübhə, demokratik quruluşun devrilməsi niyyəti kimi qiymətləndirilə bilirdi 


 

və  bu  Afinanın  istənilən  vətəndaşının  10  il  müddətinə  sürgün  edilməsinə  səbəb 
olurdu.  Afinanı  alınmaz  qalaya  çevirmiş  Femistokl  471-ci  ildə  ostrakizmə  məruz 
qaldıqda, pers çarı Kserksin yanında sığınacaq tapmalı olmuşdu. Perslər üzərində 
469-468-ci  illərdə  üç  böyük  qələbə  çalmış,  həm  pers  donanmasını,  həm  də  quru 
qoşunlarını  darmadağın  etmiş  Kimon  da  Spartaya  yürüşün  uğursuzluğuna  görə 
464-cü  ildə  ostrakizmlə  cəzalandırıldı.  Belə  nəhəng  dövlət  xadimlərini  haqlayan 
cəza Perikldən də yan keçməyə bilərdi. 
Perikl  təkcə  gözəl  təhsil  almamışdı,  təkcə  əla  natiq  deyildi,  o,  tezliklə  həm 
də  istedadlı  dövlət  xadiminə  və  sərkərdəyə  çevrildi.  V  əsrin  60-cı  illərinin 
ortalarında  o,  siyasi  fəaliyyətə  başladı  və  qısa  müddətdən  sonra  Afina 
demokratiyasının  liderlərindən  biri  olmaqla,  bütün  ömrü  boyu  ona  sədaqətlə 
xidmət  etdi.  Məhz  onun  qrupu  daxili  idarəetmə  islahatını  keçirmək  təşəbbüsü  ilə 
çıxış  etmişdi,  bu  isə  Afinadakı  demokratik  sistemi  öz  zəfərinə  çatdırdı.  O, 
aristokratik  areopaqın  süqutuna  və  Xalq  yığıncağının  funksiyalarının 
genişlənməsinə  köməklik  göstərdi.  O,  ilk  dəfə  Helieyanın,  500-lər  Şurasının 
iclaslarında iştiraka görə və digər vəzifələrə əmək haqqı verilməsini tətbiq etdi. O, 
tərəfdarları  ilə  birlikdə  polislərin  bərabər  ittifaqını  Afina  dövlətinə  çevirmək 
siyasətini  işləyib  hazırladı.  Afinalılar  Afinanı  Elladanın  siyasi  və  mədəni 
mərkəzinə  çevirmək  üçün  böyük  zəhmət  çəkən  Periklin  fəaliyyətinə  tam  etibar 
edirdilər,  onun  siyasətini  bəyənirdilər.  Belə  etibarın  bariz  nümunəsi  Periklin  444-
cü  ildən  429-cu  ilə  qədər  birinci  strateq  kimi  yüksək  vəzifəyə  seçilməsi  oldu.  Bu 
demokratik Afina tarixində yeganə hadisə idi, çünki bu dövlətin əsas konstitusiya 
prinsipi vəzifəli şəxslərin hər il seçilməsi idi. Təkcə sıravi vətəndaşlar deyil, yunan 
dünyasının görkəmli adamları da Periklin dövlət müdrikliyini və hərtərəfli savadını 
yüksək  qiymətləndirirdilər.  Onun  yaxın  dostları  və  məsləhətçiləri  sırasına  filosof 
Anaksaqor,  alim  Damon,  böyük  yunan  heykəltəraşı  Fidi,  tarixin  “atası”  hesab 
olunan  Herodot  daxil  idi.  Perikl  Yunanıstanın  ən  yaxşı  mədəniyyət  xadimlərini 
həvəslə  Afinaya  cəlb  edirdi.  Rəssamlar,  heykəltəraşlar,  filosoflar,  faciə  və 
komediya  yazanlar  bir  çox  şəhərlərdən  Afinaya  axışırdı.  Beləliklə,  Periklin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə