Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix22.05.2018
ölçüsü0,49 Mb.
#45289
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

 

 



 

 

 



 

 

 



 

Taxirəsalınmaz Yardımının Əsasları  (TYƏ) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



ABŞ  - Amerika Birləşmiş Ştatları 

AXD - Avtomatik Xarici Defibrillator  

AÜA -Amerika Ürək Assosiasiyası  

ƏYD -Əsas Yaşam Dəstəyi 

ÜAR- Ürək-Ağciyər Reanimasiyası 

TKY- Təcili (Təxirəsalınmaz) Kardiovaskulyar Yardım 

 

 

 



1-ci Hissə 

                                  Ümumi anlayışlar 

 

GİRİŞ 


___________________________________________________________________________ 

Sizə Sağlığı Təmin Edənlərə aid Taxirəsalınmaz Yardımının Əsasları  (TYƏ) kursunu təqdim 

edirik. Bu kursda əldə etdiyiniz bilik və bacarıqlarla siz həyat qurtara bilərsiniz. Zərərçəkənlərin 

yaşından asılı olmayaraq ürək-ağciyər reanimasiyasına (ÜAR) aid bacarıqları mənimsəyib 

xilasediçı qrup şəraitində ÜAR-sı təcrubəsi qazanacaqsınız. Avtomatik xarici defibrillatorun 

(AXD)  istifadə qaydasını və kəskin tənəffüs çatmamazlığında (məsələn, nəfəs yollarının yad 

cismlə obstruksiyasında) yardım tədbirlərini öyrənəcəsiniz. Bu kursda əldə etdiyiniz bacarıqlarla 

siz ürəyin dayanması kimi təxirəsalınmaz vəziyyətləri düzgün qiymətləndirib müvafiq yardım 

göstərməyə qadir olacasınız. 

 

Profilaktikasında mühüm irəliləməyə baxmayaraq, ürəyin dayanması dünyanın bir çox yerində, 



önəmli ictimai sağlıq problemi və ölümün aparıcı səbəbi kimi qalır. Ürəyin dayanması həm 

klinika şəraitində, həm də klinika xaricində rast gəlinir. ABŞ və Kanadada, ildə təqribən 350000 

(onlardan təxminən yarısı klinika şəraitində) adamda ürəyin dayanması olur və onlara 

reanimasion tədbirlər təşəbbüsü edilir. Bu rəqəmə ürəyin dayanması halda reanimasion  

təşəbbüsü görməyən zərərçəkənlər daxil olmayıb; onlar da önəmli miqdar təşkil edir. 



_____________________________________________________________________________ 

Dərsliyin         

  məqsədi         

Bu dərslik tibb işçilərinin müxtəlif klinika daxili və klinikadan kənar şəraitlərdə ürək- ağciyər 

reanimasiyasının ÜAR icrasına aid lazımı biliklərə   diqqəti cəlb edir. Dərslikdə öyrəniləcək 

məlumat və bacarıqlar aşağıdakı məşğələlərə bölünür: 

 



Sağqalma silsiləsinin başlanması 

 



Böyük yaşlı, uşaq, və körpə zərərçəkənlərdə təcili, yüksək keyfiyyətli ürək 

massajının aparılması 

 

AXD erkən istifadəsinin başlanması 



 

Müvafiq tənəffüsün təmin edilməsi 



 

ÜAR-sını 2-nəfərlik xilasedici qrupla aparılması 



 

Kəskin tənəffüs çatmamazlığında  yardım tədbirləri 



                         

   Aparıcı anlayışlar  

___________________________________________________ 

 Yüksək keyfiyyətli ÜAR-sı zərərçəkənlərin yaşama (sağ qalma)       şanslarını artırır. Yüksək  

keyfiyyətli ÜAR-sının əsas xarakteristikaları: 

 

ürəyin dayanmasını təyin edən kimi 10 saniyə ərzində ürək massajının başlanması 



 

möhkəm və tez-tez basma: Massajı ən azı 100/dəq. sürəti ilə, basmanın dərinliyi ən 

azı 5 sm böyüklərdə, 5 sm uşaqlarda, 4 sm körpələrdə olmalıdır. 

 



Hər kompressiyadan  (ürək massajından) sonra döş qəfəsinin tam yerinə qayıtmasına 

imkan verilməsi 

 



Kompressiyalarası fasilələrin imkan daxilində  qısaldılması (fasilələrin 10 saniyədən 

az davam etməsinə çalışın). 

 

döş qəfəsini qaldıran effektiv tənəffüsün verilməsi. 



 

Artıq havalandırmaya yol verilməməsi. 

___________________________________________________ 

 

Sağqalma Silsiləsi 

___________________________________________________

 

Təlimin           Bu bölümü oxuduqdan sonra siz Amerika Ürək  

  məqsədi           Assosiasiyasının (AÜA) böyüklərdə

 

Sağqalma Silsiləsi 



                        zəncirlərinin adlarını və hər  zəncirin vacibliyini   

                          biləcəsiniz.                        

___________________________________________________ 

 

Böyüklərdə

 

Sağqalma  Silsiləsinə giriş                 

 AÜA uzun illərdir ki, təcili  kardiovaskulyar  yardım (TKY) təsəvvürünün  qəbul edilməsi, 

dəstəyində, və inkişafında kömək edir. “Sağqalma Silsiləsi” termini TKY  konsepsiyasının 

elementləri üçün  faydalı bir metaforadır (Şəkil 1). Böyüklərin Sağqalma Silsiləsinın                                    

5 zənciri aşağıdakılardır: 

                                          

 



Ürəyin dayanmasının təcili təyin edilməsi  və təcili yardım                                          

təşkilatlarının  aktivləndirilməsi (təcili yardım təşkilatlarına                   zəng etmə) 

 

Ürək massaji əsas olmaq şərti ilə erkən ürək-ağciyər reanimasiyası (ÜAR) 



 

Tez zamanda defibrillasiya 



 

Effektiv irəlidilmiş yaşam dəstəyi  



 

Ürəyin dayanmasından sonrakı müalicə tədbirləri 



 

 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə