Təbiət 2009 Təbiətşünaslığın tədrisinin əhəmiyyəti



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix11.01.2018
ölçüsü0,56 Mb.
#20352
  1   2   3   4   5   6   7   8   9   ...   25


TƏBİƏT ELMLƏRİ 



Təbiət

2009

Təbiətşünaslığın tədrisinin əhəmiyyəti

1. 


Müasir ümumtəhsil standartı şagirdi elə bir bilik və vərdiş-bacarıqlarla təmin etməyi nəzərdə 

tutur, hansılar ki, ona bəşəriyyətin sürətli tərəqqisini instinqt əsasında qəbul etmək, müasir elmi 

nailiyyətlərdən istifadə etmək, cəmiyyətin tamhüquqlu vətəndaşı olmaq imkanını verəcəkdirlər. 

Şagird əldə etdiyi biliyi həm peşə nailiyyəti üçün, eləcə də cəmiyyətin rifahi üçün passiv bilik qəbul 

edicidən aktiv dərk etməyi bacaran bir şəxs kimi formalaşacaqdır.

Təbiətşünaslıq elmlərinin tədrisinin qeyd olunan meyarlara cavab verməsi üçün lazımdır ki, 

şagirdin:

ətraf mühiti müşahidə etmək, yeniliklər kəşf etmək və onlarla tanış olmağa doğru marağı 

oyansın;


təbiətşünaslıq üçün lazımi elementar təhlil-araşdırma və onları başqa-başqa vəziyyətlərdə 

istifadə etmək vərdiş-bacarıqları inkişaf etdirsin;



təbiətdə baş verən proseslərin birliyini dərk etsin;

təbiətə qayğı göstərmək vərdiş-bacarığı formalaşdırılsın;



müstəqil, tənqidi düşüncə və kommunikasiya bacarığı inkişaf etdirilsin;

özünüqiymətləndirmə  və  özünün  üzərində  nəzarət  bacarığı,  başqalarının  fikrini 



qiymətləndirmək və onlarla paylaşmaq bacarığı inkişaf etdirilsin, şagird cəmiyyətdə öz 

yerini təyin edə bilsin;

sağlam və təhlükəsiz həyat qaydalarına sahib olmaq imkanını əldə etsin;

bəşəriyyətin tərəqqisi üçün elmin rolu və insanların əməkdaşlıq zərurətini dərk etsin.



Təbiətşünaslığın tədrisi zamanı diqqət yanaşma və vərdiş-bacarıqların inkişafına, təhlil-

araşdırma və biliyin istifadəsinə yönəlmiş olur, hansılar ki, həm müasir pedaqoji metodikanın, 

eləcə də gürcü klassik didadktikasının tələbatıdır. İakob Qoqebaşvilinin sözlərinə görə, təbiəti 

öyrənməyin əsas məqsədi odur ki, - “uşaq təbiəti hiss etmiş olsun, onu araşdırıb müzakirə edə 

bilsin” (“Təbiətin qapısı”, I nəşriyyat, ön söz).



Təbiət elminin  tədrisinin məqsəd və məsələləri

2. 


Məqsəd:

Təbiət fənninin tədrisinin məqsədi ondan ibarətdir ki, şagird elmi əsaslarla paylaşa və 

təhlil vərdiş-bacarıqlarını inkişaf etdirə bilsin ki, təbiəti tanıyıb mənimsəmək imkanını əldə 

etsin, ictimai fəaliyyətin müxtəlif sahələrinə cəlb olunsun, özünə, cəmiyyətə və təbiətə qarşı 

məsuliyyət duymuş olsun. 

Məsələlər:

Canlı aləm və canlı proseslər



Təbiətdə baş verən fiziki və kimyəvi proseslər



Yer kürəsi və ətraf aləm



Təbiətin davamlı inkişaf prinsipləri

Gir. Təb.E.  - 1




Təbiət

2009

Vərdiş-bacarıqlar 

Müşahidə, təsvir

Qeyd etmək



Təsnifat


Ölçmək/kəmiyyətlərdən istifadə etmək

Kommunikasiya 



Əvvəlcədən nəzərə almaq/hipotezlərin söylənilməsi

Planlaşdırmaq



Göstəricilərin icmalı

Təcrübənin aparılması



Modelin hazırlanması və istifadəsi



Yanaşma:

Təbiətşünaslıq fənlərinə maraq

Təbiətşünaslıq fənlərinin əhəmiyyətini dərk etmək



Elmi tədqiqatlara və yeniliklərə maraq

Əməkdaşlıq arzusu



Təbiətə qayğı və məsuliyyət



3. Pillələrin təsviri  

İbtidai pillə (I _ VI siniflər)

İbtidai pillədə şagird təbiətdə müstəqil şəkildə səmtləşməyə başlayır və şagirddə təbiəti müşahidə 

etmək arzusu oyanır.

Tədirisn bu pilləsində şagirdin təbiəti passiv şəkildə qavramaqdan aktiv şəkildə qavramağa keçid, 

yaradıcılıqla düşünmək və təbiətə düzgün yanaşma qabiliyyəti formalaşdırılmalıdır.

Şagird bioloji rəngarəngliyi, materiyanı, enerjini və fiziki qüvvələri aşılamalıdır. O, əldə etdiyi 

bilik və təcrübəni gündəlik həyatda istifadə etməyi bacarmalıdır. İbtidai pillədə şagirdin üstünlüyə 

malik olan, aşağıda göstərilən spesifik vərdiş-bacarıqları inkişaf etdirilməlidir:

  

təbiəti müşahidə etmək (həm özünün hiss orqanları, eləcə də sadə cihazların vasitəsilə);



təbii hadisələri təyin etmək və sadə prosesləri təsvir etmək;

müşahidə,  sadə  eksperiment,  informasiya  mənbələrindən  isitfadə  etməklə  göstəriciləri 



toplamaq;

  tədqiq ediləsi məsələ barədə suallar vermək;

əlamətlərinə əsasən obyektlərin təsnifatı;



miqdar  göstəricilərinin  qeydiyyatı,  onların  təşkili  və  müxtəlif  vasitələrlə  təqdimatların 

keçirilməsi;



ətraf mühitə qayğı göstərmək, təhlükəsizlik qaydalarına riayət etmək.

Gir. Təb.E.  - 2




Təbiət

2009

Baza pilləsi (VII- IXsiniflər)

Tədrisin bu pilləsində şagird dərk etmək üçün lazımi vərdiş-bacarıqları əldə edir. Şagird əsas 

fiziki və kimyəvi qanunları dərk etməklə hadisələrin xarici təsvirindən hadisələrin məğzinə çatmağa 

keçid alır. Şagird empirik yolla ətrafı dərk etməyə, yaradıcılıqla düşünməyə başlayır, təbiətdə insanın 

yerini və əhəmiyyətini müəyyən etməyə çalışır.

 Baza piləsində şagirdin üstünlüyə malik olan, aşağıda göstərilən spesifik vərdiş-bacarıqları 

inkişaf etdirilməlidir:

tədqiqatın bəzi müasir metodundan istifadə etmək;

elmi ədəbiyyatı axtarmaq və ondan istifadə etmək;



eksperimenti planlaşdırmaq və aparmaq, göstəriciləri toplamaq-işləyib hazırlamaq;

tənqidi təhlil, nəticələr hasil etmək;



təqdimat (qrafiklərin, diaqramların, modelin hazırlanması).



Orta pillə  (X- XII siniflər)

Tədrisin  son  pilləsində  təbiət  təhsilinin  növbəti  dərinləşdirilməsi  baş  verir,  peşəkar  biliyin 

əsası qoyulur ki, orta pilləni bitirən şagird təhsilini davam etdirə bilsin, mükəmməl təhsil alsın və 

müasir cəmiyyətə inteqrasiya olunsun. Bu pillədə şagirdə imkan verilir ki, təbiət sahəsində işin 

özünəməxsusluğunu dərk etsin, təbiət elmlərinin və texnologiyalarının tərəqqi üçün əhəmiyyətini 

dəyərləndirsin və bir tədqiqatçı və vətəndaş kimi ona həvalə olunan böyük məsuliyyəti anlaya 

bilsin.

 Tədrisin bu pilləsində şagirdin üstünlüyə malik olan, aşağıda göstərilən spesifik vərdiş-bacarıqları 



inkişaf etdirilməlidir:

müstəqil düşüncə bacarığının dərinləşdirilməsi, hansının əsasında şagird özünün və ya 

başqalarının göstəriciləri ilə manipulyasiya edə bilsin,  yeni və ya dəyişdirilmiş vəziyyətin 



nəticələrini qabaqcadan nəzərə alsın, hipotez söyləsin, eksperiment modelini yaratsın;

layihəni hazırlamaq, yerinə yetirmək və geniş auditoriya qarşısında təqdim etmək.



4. Spesifik vərdiş-bacarıqlar və pillələrə əsasən onların inkişafı

Əgər şagird aktiv şəkildə öyrənilən məsələnin axtarış-tədqiqatına cəlb olunubsa və maraq dairəsini 

yalnız hazır materialları qavramaqla deyil, eləcə də informasiya axtarmaqla, əyani vəsaitlər üzərində 

işləməklə və interaktiv tədris prosesinə cəlb olunmaq yolu ilə  qane edirsə, o halda istənilən bir 

fənnin mənimsənilməsi daha effektiv şəkildə mümkündür. Bunun üçün də təbiət elmlərinin tədrisi 

zamanı spesifik vərdiş-bacarıqlara xüsusi diqqət yetirilir. 

Təbiətşünaslıq  elmləri  yalnız  təsviredici  xarakter  daşımır,  onlar  məhz  həyat  proseslərinin, 

fiziki və kimyəvi hadisələrin tədqiqat yolu ilə öyrənilməsini nəzərdə tuturlar. Təbiətşünaslığın 

qavranılması üçün elə bir spesifik vərdiş-bacarıqlar əldə edilməlidir, hansılar ki, təbiətin tədqiqatı 

ilə əlaqədədirlər.

Həmin vərdiş-bacarıqların siyahısı və izahatı aşağıdakıcədvəldə verilibdir:

Gir. Təb.E.  - 3




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə