Təbii resurslar və onların sabit idarə edilməsi



Yüklə 116,4 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü116,4 Kb.
#21068


Təbii resurslar və onların 

sabit idarə edilməsi

Layihə Avropa Birliyinin maliyyə 

dəstəyi  ilə həyata keçirilir



Son 50-70 il ərzində insan mühiti 

bəşəriyyətin mövcud olduğu qalan 

tarix ərzində dəyişdiyindən daha 

artıq dəyişmişdir. Bu, ilk növbədə, 

yer kürəsinin əhalisinin sayının 

artması ilə izah edilir, hansı ki, 

hesablamalara əsasən, 2050-ci il 

üçün 9 milyarda çatacaqdır. Təbii ki, 

əhalinin sayının artması təbii 

resurslara (qida, su, meşə və s.) olan 

tələbatın da artmasına səbəb olur. 

Mühitə intensiv, bir çox hallarda, 

nəzarətsiz təsir, bir tərəfdən, 

dünyada iqtisadi firavanlığın 

artmasını həvəsləndirmiş, digər 

tərəfdən isə, təhlükəli deqradasiya 

(daha çox, dönməz) proseslərinin 

inkişafına təkan vermişdir, bu isə 

cəmiyyətin sosial-iqtisadi vəziyyətinə 

real təhlükə yaradır.

Sabit inkişaf dedikdə üç əsas faktor 

nəzərdə tutulur – təbii, iqtisadi və 

sosial faktor, onlardan hər birinin 

nəzərə alınması eyni dərəcədə 

əhəmiyyətlidir.

Bu iqtisadi inkişafın elə bir yoludur ki, 

onun vasitəsilə cəmiyyət öz yaşayış 

şəraitini təbii resurslardan istifadənin 

elə qaydasında tamamilə təmin 

edəcəkdir ki, bu gələcək nəsillərin 

onlara olan tələbatını 

məhdudlaşdırmayacaqdır.



Sabit inkişaf

2

Müasir mərhələdə 



Gürcüstanda torpaq, su, 

meşə və digər təbii 

resurslardan istifadənin və 

kənd təsərrüfatı inkişafının 

şəraiti kənddə yaşayan 

əhali üçün kritikdir, çünki 

onun iqtisadi firavanlığı 

birbaşa qeyd edilən 

resurslardan istifadədən 

asılıdır.

Gürcüstanın bölgələrində 

resurslardan 

planlaşdırılmamış, 

nəzarətsiz və qeyri-sabit 

şəkildə istifadə edilir, bu da, 

bir çox hallarda, təbii 

mühitin deqradasiyasına, 

təbii fəlakətlərin çoxluğuna 

və sosial problemlərin 

artmasına səbəb olur.




3

Təbii resurslardan qeyri-sabit istifadə nəticəsində mühitin 

deqradasiyasını, təbii fəlakətlərin və sosial-iqtisadi problemlərin 

yaranması-aktivləşdirilməsi üçün əlverişli şəraiti iqlimin müasir qlobal 

dəyişiklikləri yaradır. Həmin proses, insanın təsərrüfat fəaliyyətini 

dəstəkləməklə, atmosferdə karbon qazının, metanın və istixana 

effektinə səbəb olan digər qazların konsentrasiyasının proqressiv 

artması ilə və müvafiq olaraq, atmosferin istixana effektinin 

güclənməsi ilə şərtləndirilmişdir. 

İqlim proqnozlarına əsasən XXI əsrin sonunda havanın torpaqüstü 

qatlarının orta çoxillik temperaturu, müasir temperaturla müqayisədə 

0

1,5-5,8 C arta bilər. Qlobal iqlimin belə miqyasda istiləşməsi və onu 



müşayiət edən müxtəlif ekstremal iqlim indekslərinin (hava 

temperaturunun orta maksimumları, temperaturun mütləq 

maksimumu, ardıcıl olaraq quru günlərin müddəti, yağıntıların gecə-

gündüz maksimumu, isti günlərin sayı və s.) gücləndirilməsi yer 

kürəsinin landşaft təbəqəsində gedən fiziki-coğrafi proseslərə nəzərə 

çarpan təsir göstərəcəkdir. Minilliklər ərzində yaradılmış ekoloji 

tarazlığın pozulma prosesi başlayacaq və tədricən güclənəcəkdir.

Qlobal istiləşmənin mənfi təsiri arid, semiarid və subhumid 

zonalarında xüsusilə aşkar olacaqdır, həmin zonalarda müxtəlif növ 

quraqlıqların müddəti, uzunmüddətliliyin tezliyi artacaq, səhralaşma 

prosesi, torpaq örtüyünün küləklə eroziyası və onun 

məhsuldarlılığının azalması güclənəcək, bitkilərin təbii regenerasiya 

prosesi məhdudlaşdırılacaqdır. Qeyd edilənlərlə yanaşı, qlobal 

istiləşmə dənizin orta çoxillik səviyyəsinin ən azı 0,5-1 m (müasir 

səviyyə ilə müqayisədə) artmasına səbəb olacaqdır. Dənizlərin 

sahillərində tufan axınlarının tezliyi və gücü artacaqdır. Böyük 

dalğaların dağıdıcı təsir sahəsinə xüsusilə aşağı akkumulyasiya tipli 

sahillər düşəcəkdir, əhəmiyyətli hissəsi müxtəlif intensivliklə insan 

tərəfindən mənimsənilmiş dəniz sahilinin eroziyası və onun geri 

çəkilməsi güclənəcəkdir. Qlobal istiləşmə həmçinin insan cəmiyyəti 

üçün daşqınlar, sellər və onlarla əlaqədar olan çay sahil ərazilərinin 

eroziyası və subasması kimi böyük ziyanverici təbii fəlakət 

proseslərinin tezləşməsinə və güclənməsinə şərait yaradacaqdır. 

Həmçinin sürüşmələrin və qaya uçqunlarının aktivləşməsi və onların 

yeni ocaqlarının yaranması da gözlənilir.

Qlobal iqlim dəyişməsi



4

Təbii fəlakət nədir?

Təbii fəlakətlər qəflətən inkişaf 

edən təbii hadisələrdir, hansılar ki, 

mənfi nəticələr yaradır – mühiti 

zədələyir, əhaliyə və iqtisadiyyata 

ziyan vururlar. Onların təsiri 

nəticəsində cəmiyyət tərəfindən 

çoxillik əməklə yaradılmış maddi 

sərvətlər bir neçə saat ərzində 

məhv edilə bilər. Belə ki, təbii 

fəlakətlər cəmiyyətin inkişafını 

ləngidən faktordur. Bu gün 

bəşəriyyət qarşısında duran 

vəzifə, təbii və sosial mühitə 

kəskin şəkildə azaldılmış mənfi 

təsir olmadan, sabit inkişaf 

prinsiplərini nəzərə almaqla 

iqtisadiyyatın inkişaf etdirilməsidir.



Siz bilirsinizmi

Statistik məlumatlara 

əsasən, son 30-50 il 

ərzində yer kürəsində 

təbii fəlakətlərin 

(daşqın, zəlzələ, 

sürüşmə, sel və s.) 

çoxluğu üç dəfə 

artmışdır.

Son on il ərzində təbii 

fəlakətlər nəticəsində 

Gürcüstana dəymiş 

ziyan qonşu 

Azərbaycan və 

Ermənistanın eyni 

göstəricisindən 3 dəfə 

artıqdır və təxminən 

930 mln. lari təşkil edir.




5

Təbii resurslar və 

onların idarə edilməsi

Təbii resurslar mühitin elə bir 

elementləridir ki, onlar insanın 

maddi və ruhi tələbatlarının 

ödənilməsi üçün istifadə edilir. 

Onlar tükənən (bitən) və tükənməz 

(bitməyən) qruplara bölünür. Bərpa 

olunmayan (müxtəlif növ faydalı 

qazıntılar) və bərpa olunan (bitki, 

heyvan, torpaq) resurslar 

tükənəndir; günəş, külək, su 

enerjiləri isə tükənməzdir.

Dünyada bərpa olunmayan 

resursların tükənməyən və ya 

bərpa olunan resurslarla əvəz 

olunması daha aktualdır.

Təbii resursların idarə edilməsinin 

effektli metodu – onların 

inteqrasiya edilmiş idarə 

edilməsidir, həmin zaman bu 

proses kompleksli şəkildə, təbii 

resurslar (su, meşə, torpaq) və 

sosial-iqtisadi faktorlarla (gəlirin 

artması, sağlamlıq və s.) qarşılıqlı 

əlaqədə həyata keçirilir. Təbii 

resurslarin inteqrasiya edilmiş 

idarə edilməsi xüsusilə kənddə 

effektlidir, kənddə onların istifadəsi 

birbaşa əhalinin sosial və iqtisadi 

firavanlığı ilə əlaqədardır.

İcma səviyyəsində təbii 

resursların inteqrasiya 

edilmiş idarə edilməsi 

istehsalatın artmasına, 

torpağın deqradasiya 

probleminin həllinə, 

kənd təsərrüfatının 

məhsuldarlığının 

artmasına, içməli suyun 

keyfiyyətinin 

yaxşılaşmasına, 

alternativ enerjilərə 

qənaət edilməsinə şərait 

yaradır. Bu da nəticədə 

əhalinin sosial və 

iqtisadi şəraitinin 

yaxşılaşmasına imkan 

verir.



6

Məlumatlandırma və 

qarşılıqlı iştirak

Təbii resursların inteqrasiya edilmiş 

idarə edilməsinin planlaşdırılması 

zamanı maraqlı  tərəflərin 

məlumatlandırılması və prosesə 

qoşulması (b. a. qarşılıqlı iştirakın 

planlaşdırılması) böyük əhəmiyyətə 

malikdir. Maraqlı tərəflər yerli icmalar 

və özünüidarəetmə orqanları, qeyri-

hökumət təşkilatları, gənclər qrupları, 

fermerlər, iş adamları və s. ola bilərlər. 

Maraqlı şəxslərin məlumatlandırılması 

və biliyin qarşılıqlı şəkildə 

paylaşılmasından sonra icmada 

mövcud olan problemlərin həlletmə 

yollarının seçilməsi və vahid hərəkət 

planlarının (təbii resursların 

inteqrasiya edilmiş idarəetmə planı) 

razılaşdırılması həyata keçirilir. 

Maraqlı tərəflərin məlumatlandırılması 

və qarşılıqlı iştirak nəticəsində təbii 

resursların idarəetmə proseslərində 

hər bir tərəfin maraqlarının maksimal 

olaraq nəzərə alınması mümkün olur, 

həmçinin bu və ya digər maraqlı 

qrupun firavanlığı da bundan asılı olur. 

Təbii resursların idarə 

edilməsi zamanı b. a. 

uzaqgörənlik prinsipi 

istifadə edilir. Əgər konkret 

fəaliyyət nəticəsində 

mühitə və əhaliyə ziyan 

vurularsa, lakin həmin 

ziyan hazırkı an üçün elmi 

olaraq kifayət qədər 

əsaslandırılmamışdırsa, 

belə hallarda, son elmi 

rəylərin mövcud 

olmamasına baxmayaraq, 

arzu olunur ki, ziyanı 

yüngülləşdirən və ya 

aradan qaldıran hərəkətlər 

planlaşdırılsın və həyata 

keçirilsin. Təbii resursların 

bu şəkildə idarə edilməsi 

zamanı uzaqgörənlik 

prinsipinin istifadə edilməsi 

bizə özümüzü 

sığortalamağa və mühitin 

sabit inkişafını ləngidən, 

dönməz deqradasiya 

proseslərinin qarşısını 

vaxtında almağa imkan 

verir. 



Çirklənmiş sudan istifadəyə 

görə dünyada hər il 3.4 

milyon insan ölür (əksər 

hallarda uşaqlar), onlarla 

milyon insan tərəfindən 

istifadə edilən su isə 

Sağlamlığı Müdafiə Dünya 

Təşkilatı tərəfindən 

müəyyən edilmiş tələblərə 

uyğun deyildir.

Hal-hazırda içməli suyun ən 

böyük ehtiyatı (70%) kənd 

təsərrüfatında istifadə edilir.

Kənd təsərrüfatında 

irriqasiya məqsədilə istifadə 

edilən suyun 60%-dən 

artığı hədəf olan bitkiyə 

çatmır, yəni nəticəsiz olaraq 

itirilir.

7

Su resursları:

Əhalinin artması, iqtisadi artım, 

intensiv kənd təsərrüfatı, artan 

urbanizasiya və fəal turizm su 

resurslarının ağlabatmayan 

dərəcədə istifadə edilməsinə və 

həddindən artıq xərclənməsinə 

səbəb olur.

Əsas istifadə predmeti içməli sudur. 

O, yer kürəsinin ümumi su 

ehtiyatının yalnız 3%-ni təşkil edir. 

İçməli suyun üçdə ikisi müasir 

buzlaqlarda və əbədi    

buzlaqlardadır, qalan üçdə biri isə 

yeraltı və səthi sular şəklindədir.

İçməli su yeniləşən resursdur, lakin 

ağlabatmayan dərəcədə istifadəyə 

görə onun miqdarı azalır.

Siz bilirsinizmi



8

Müasir irriqasiya 

metodları

Kənd təsərrüfatında ən çox yayılmış 

irriqasiya metodu öz axarı ilə 

suvarmadır. Həmin metoddan istifadə 

zamanı su itkisi 40%-ə çatır.

Damcılı suvarma – su hər bir bitkinin 

kökünə damcı-damcı verilir. 

İrriqasiyada damcılı suvarma sudan 

istifadə baxımından, ən qənaətli və 

effektli metod hesab edilir.

Yağışla suvarma – su borularla 

suvarılan sahənin perimetrində 

quraşdırılmış bir və ya bir neçə 

püskürtücülərə çatdırılır, oradan isə 

(yüksək və ya aşağı) təzyiq altında 

yağışlama yerinə yetirilir.

Fırlanan yağışlama ilə suvarma – 

fırlanan oxdan müəyyən radius 

uzunluğunda quraşdırılmış borudan 

bir neçə püskürtücü eyni zamanda 

yağışlama ilə suvarır, boru ox 

ətrafında fırlanır və perimetrin effektli 

şəkildə irriqasiyasını təmin edir.

İsrail öz müasir, inkişaf 

etmiş kənd təsərrüfatı və 

effektli irriqasiya sistemləri 

ilə seçilən ölkədir. O, 

damcılı suvarma 

sistemlərinin inkişaf 

etdirilməsi və tətbiq 

edilməsində pionerdir. Hal-

hazırda ərazisinin böyük 

hissəsi yarımsəhradan 

təşkil olunmuş İsrail, 

effektli suvarma sistemləri 

vasitəsilə kənd təsərrüfatı 

məhsullarına yalnız öz 

tələbatını təmin etmir, 

eləcə də dünya sitrus, 

tərəvəz və bostan 

bitkilərinin ixrac bazarında 

liderlərdən biri hesab 

olunur.

Siz bilirsinizmi



9

Sudan effektli istifadə

Hər birimizin gündəlik həyatında 

sudan effektli istifadə üçün atılmalı 

addımlara misallar bunlardır: 

zədələnmiş kranların təmiri, su 

sızdıran boruların dəyişdirilməsi

suyu az sevən bitkilərin əkilməsi, 

effektli suvarma sistemlərinin tətbiq 

edilməsi, su sayğaclarının 

quraşdırılması və istifadə edilmiş 

suyun miqdarına nəzarət, yağış 

suyunun toplanılması və ondan 

istifadə edilməsi.

Yağış suyunu toplayan sistemlərin 

əksəriyyətinin qurulması sadədir və 

kiçik xərc tələb edir. Damlardan 

toplanılmış yağış suyu əksər 

hallarda təmizdir və istifadədən 

əvvəl emal tələb etmir.

Gürcüstan içməli su 

resursları ilə zəngin olan 

bir ölkədir, lakin coğrafi 

baxımdan su resursları 

ölkənin ərazisində qeyri-

bərabər olaraq 

bölüşdürülmüşdür. Qərbi 

Gürcüstanda su 

resurslarının demək olar 

ki, 80%-i konsentrasiya 

edilib, eyni zamanda kənd 

təsərrüfatı torpaqlarının 

əksəriyyəti ölkənin şərq 

hissəsində yerləşir.

Siz bilirsinizmi



10

Çirklənmə

Su resurslarından sabit istifadə 

edilməsi, suyun miqdarından effektli 

şəkildə istifadəsindən başqa, onun 

keyfiyyətinin saxlanılmasına qayğı 

göstərilməsini də nəzərdə tutur.

Suyun çirklənməsinin əsas 

mənbələri: sənaye tullantıları, 

gübrələr, pestisidlər, kənd təsərrüfatı 

çöküntüləri, kanalizasiya sistemləri, 

neft və neft məhsullarıdır. 

Çirklənməyə qarşı xüsusilə durğun 

səthi su obyektləri (göllər, su 

anbarları) və yeraltı sular həssasdır.

Çirkləndiricilərin iki kateqoriyasını 

ayırırlar:

Nöqtəli (stasionar) çirkləndiricilər - 

borular, arxlar vasitəsilə konkret 

yerdən (məsələn: fabriklər, 

kanalizasiya təmizləyici tikililər, yeraltı 

şaxtalar) səthi sulara çirkləndiriciləri 

buraxırlar; 

Qeyri-nöqtəli (qeyri-stasionar) 

çirkləndiricilər - səpələnmişdir və 

suları diffuziya şəklində çirkləndirirlər 

(məsələn: əkin torpaqlarından, 

kəsilmiş meşələrdən, səthi 

karyerlərdən və digər yerlərdən 

çöküntü və kimyəvi maddələrin səthi 

su obyektlərinə düşməsi).

Səthi suları 

çirklənmədən qorumaq 

üçün effektli olan 

yollardan biri bufer bitki 

zolaqlarının 

(cərgələrinin) əkilməsidir. 

Bu cür bufer bitki zolağı 

suya düşmüş çöküntüləri 

saxlayır, suyu 

çirkləndiricilərdən 

filtrasiya edir (məsələn, 

pestisidlərdən) və 

bununla da səthi sulara 

təmizlənmiş axan suyun 

düşməsini təmin edir. Bu 

cür bufer zolaqları 

müxtəlif konfiqurasiyaya 

və bitki tərkibinə malik 

ola bilər (ot növlərindən 

başlamış, kol və 

ağaclaradək).



11

Bioloji müxtəliflik (həyatın müxtəlifliyi) 

canlı orqanizmlərin müxtəlifliyidir. 

Bitkilərin, heyvan və 

mikroorqanizmlərin növlərinin sayı, 

həmin növlərdə genlərin olduqca 

böyük müxtəlifliyi, planetdə səhralar, 

yağış meşələri və mərcan rifləri kimi 

müxtəlif ekosistemlər yer kürəsinin 

bioloji müxtəlifliyinin bir hissəsidir.

Cənubi Qafqazın (Azərbaycan, 

Ermənistan, Gürcüstan) mürəkkəb, 

ciddi şəkildə bölünmüş relyefinin

rəngarəng iqlim və coğrafi 

vəziyyətinin qarşılıqlı təsirinin ümumi 

fonu onun bioloji müxtəlifliyinin 

yüksək səviyyəsini şərtləndirir. Cənubi 

Qafqazın florası çiçək bitkilərinin 

6,300-dən artıq növünü birləşdirir, 

onlar arasında yüzlərlə endemik növ 

vardır. Yalnız məməlilərin növləri 100-

ə çatır, onlar arasında həmçinin bir 

çox endemik növ vardır. Cənubi 

Qafqazın ekoloji rayonunun 

əhəmiyyətli hissəsi, bölgə, eləcə də 

qlobal baxımından, biomüxtəlifliyin 

zəiflik səviyyəsini nəzərə almaqla 

planetimizin “isti nöqtələrindən” biri 

hesab edilir. Həmin fakt əsasında, 

Təbiəti Müdafiə Dünya Fondu (WWF) 

tərəfindən Cənubi Qafqaz 

konservasiyanın prioritetli regionları 

siyahısına daxil edilmişdir.

Biomüxtəliflik



12

Meşə

Məlumdur ki, meşə havanı təmizləyir, səthi suların hidroloji 

rejimini tənzimləyir, su anbarlarını çirklənmədən qoruyur, suyun 

keyfiyyətini yaxşılaşdırır və torpağı eroziyadan qoruyur, insanları 

oduncaq və qeyri-oduncaq resursları ilə təmin edir və yer 

kürəsinin bir çox nadir növlərinə aid bitki və ya heyvanlar üçün 

təbii yaşayış arealını təşkil edir.

Hal-hazırda yer kürəsində hər il kəsilən meşələrin təxminən 

yarısını əhali yanacaq kimi istifadə edir. Oduna bu cür tələbat bir 

sıra yerlərdə meşələrin qeyri-sabit kəsilməsinə səbəb olur. Oduna 

tələbatın yüksək olduğu sıx məskunlaşma yerlərində 

məskunlaşma məntəqəsinin ətrafında kəsilmiş və deqradasiya 

olmuş meşə örtüyünə tez-tez rast gəlirik.




14

Odun

Odunun hazırlanması səbəbindən 

yaranmış meşə örtüyünün 

deqradasiyasını aradan qaldırmaq 

üçün bir neçə yol mövcuddur: 

 Tez bitən və odun oduncağına malik 

olan növlərə aid olan ağacların süni 

əkilməsi;

 Odunun effektli şəkildə/qənaətlə 

yandırılması, bu da enerji effektli 

isidicilərdən və sobalardan istifadə 

etməklə mümkündür;

 Ağacların budanması, bu da 

meşəçiliyin ənənəvi metodudur. 

Budanmadan sonra yeni budaqlar bitir 

və bir neçə ildən sonra budanmış 

ağacın yanacaq kimi istifadə edilməsi 

yenə də mümkün olur. 

Gürcüstanda ölkə 

ərazisinin təxminən 37%-i 

meşə ilə örtülmüşdür. 

Meşələr daha çox dağlıq 

yerlərdə yerləşir və 

onların böyük hissəsi 

əhəmiyyətli dərəcədə 

deqradasiya olmuşdur. 

1990-cı ildən etibarən 

meşələrin nəzarətsiz 

şəkildə kəsilməsi ölkə 

tarixində misilsiz hesab 

olunur. Həmin illərdə 

Gürcüstanda 1 hektardan 

3

300-400 m  meşə 



oduncağı hazırlanırdı, 

3

belə ki, təxminən 7-8 m  



hazırlanması tövsiyə 

edilirdi.




15

Qeyri-oduncaq 

resursları

Son zamanlar daha çox diqqət 

meşənin qeyri-oduncaq 

məhsullarının tədqiq edilməsi və 

inkişafı təşəbbüslərinə ayrılır, 

onların məqsədi meşənin 

ekosisteminə ziyan vurmadan 

meşələrin sabit inkişaf etdirilməsi 

və insanların tələblərinin təmin 

edilməsidir.

Meşənin qeyri-oduncaq məhsulları: 

qabıq, köklər, dənələr, yarpaqlar, 

toxum, güllər, meyvə, giləmeyvə, 

bitkilərin şirələri, qətran, bal, 

göbələk və heyvan məhsulları. 

Müxtəlif növ meşələrdə müxtəlif 

növ qeyri-oduncaq məhsullar 

yayılmışdır. Əhali onları toplayaraq 

qida və tibb məqsədləri üçün 

istifadə edir (və ya satır).  

Meşənin qeyri-oduncaq 

məhsulları əhəmiyyətli 

resurs hesab olunur, belə 

ki, bir sıra ölkələrdə yerli 

əhali üçün olduqca 

əhəmiyyətli sosial və 

iqtisadi təyinata malikdir.



16

Torpağın 

deqradasiyası

Müasir kənd təsərrüfatında torpaq 

örtüyünün, otlaq və meşələrin bioloji 

və iqtisadi məhsuldarlığının azalması 

və ya tamamailə itirilməsi ən 

əhəmiyyətli problemlərdən biridir. 

Hal-hazırda torpağın deqradasiyasının 

miqyası artır və tarixi 

tendensiyasından 30-35 dəfə artıqdır.

Torpağın küləklə və su ilə eroziyaya 

uğraması kənd təsərrüfatının ən 

əhəmiyyətli problemlərindən biridir. 

Torpağın üst qatı humusla (bitkilərin qidası 

ilə) ən zəngin olan qatdır və bu qatın 

eroziyası nəticəsində torpaq öz 

məhsuldarlığını itirir. Bundan əlavə, 

torpağın eroziyası digər arzuolunmayan 

proseslərin inkişaf etməsinə – o 

cümlədən, torpaqdan kimyəvi maddələrin 

yuyulmasına və onların səthi sulara 

düşməsinə şərait yaradır.

Küləklə eroziya riski 

çılpaq, bitkiləri az olan 

səhra və 

yarımsəhralarda daha 

yüksəkdir.

Su ilə eroziya 

yamaclarda, xüsusilə, 

nəzarətsiz şəkildə 

kəsilən meşələrin 

olduğu yerlərdə 

intensivdir. Bu cür 

yamaclarda meşə 

torpağın qoruyucusu 

funksiyasını itirmiş olur 

və bu səbəbdən 

torpağın intensiv 

eroziyası baş verir.

Dağlıq regionlarda 

meşənin fəal kəsildiyi 

yerlərdə torpağın 

eroziyası böyük 

problem təşkil edir.

Siz bilirsinizmi



17

Torpağı qoruma 

metodları

Kənd təsərrüfatında torpağın 

eroziyasına qarşı aşağıdakı 

metodlardan istifadə edilir: 

- torpağın külək ilə eroziyasını 

aradan qaldırmaq üçün küləyə 

qarşı zolaqların əkilməsi. Bu açıq 

çöllərdə küləyin gücünü azaltmaq 

üçün effektli bir yoldur. Bundan 

əlavə, küləyə qarşı zolaq rütubətin 

saxlanılmasına şərait yaradır, 

məhsulun məhsuldarlığını 

5-10%-ə qədər artırır, quşlar və 

parazitlərlə qidalanan həşəratlar 

üçün təbii yaşayış mühitini təşkil 

edir, bu da həmçinin 

məhsuldarlığa müsbət təsir 

göstərir; 

- torpağın horizontal işlənilməsi və 

ya cərgəli səpim, bu da torpağın 

yuyulmasına və küləklə 

eroziyasına mane olur, suyun 

keyfiyyətinin yaxşılaşdırılmasına 

şərait yaradır;

- yamacların teraslaşdırma 

metodu, bu metod vasitəsilə su 

axınlarının sürəti azaldılır və 

istiqaməti dəyişdirilir. Bununla su 

bütün yamacda bərabər şəkildə 

bölünür və torpağın eroziyası 

azalır;

- Bermaların qurulması metodu, bu 



zaman yamacda enişə 

perpendikulyar olaraq torpaq 

tökülür və suyığan arxlar qurulur.

Torpağın eroziyasına 

həmçinin otlaqların 

həddindən artıq 

yüklənilməsi, yəni 

həddindən artıq otarılması 

səbəb olur. Bu zaman çölün 

bitki örtüyü intensiv olaraq 

deqradasiya edir və torpaq 

mal-qara tərəfindən 

dırnaqlarla mexaniki şəkildə 

zədələnir. Bu çölün ənənəvi 

bitki növlərinin otlanmayan 

yeni növlərlə əvəz 

olunmasına, torpağın 

eroziyasına və otlağın güclü 

deqradasiyasına səbəb 

olur. Otlaq çöllərinin sabit 

istifadəsi üçün otarılmanın 

tezliyinin və intensivliyinin 

tənzimlənməsi mütləqdir. 

Deqradasiya olmuş çöllərin 

bərpa edilməsi bitki 

örtüyünün rekultivasiyası 

yolu ilə mümkündür və 

mütləqdir ki, bu proses 

müvafiq mütəxəssislər 

tərəfindən planlaşdırılsın və 

nəzarət altında saxlanılsın.

Siz bilirsinizmi



18

Torpağın duzlaşması 

və bataqlaşması

İntensiv suvarma torpaqda 

duzların böyük konsentrasiya ilə 

yığılmasına, yəni torpağın 

duzlaşmasına səbəb olur. 

Duzlaşmış torpaq zaman ərzində 

kənd təsərrüfatı üçün yararsız olur. 

Torpağın duzlaşması problemi 

xüsusilə quru iqlim şəraitində 

aktualdır.

Duzlaşmış torpağın bərpası üçün 

nisbətən qənaətli yol bioloji 

metoddan istifadə edilməsidir. Bu 

zaman duzlaşmış torpaqda duzlu 

torpağı “sevən” bitkilər əkilir, onlar 

torpaqdan artıq duzları 

mənimsəyirlər. Bu cür bitkilər bir 

neçə dəfə əkildikdən sonra 

torpağın duzlaşma keyfiyyəti 

əhəmiyyətli dərəcədə azalır və 

onun məhsuldarlığı artır.  

Bir çox hallarda fermerlər 

duzları yumaq üçün 

duzlaşmış torpağı bol-bol 

suvarırlar. Müvafiq drenaj 

sisteminin mövcud 

olmaması təqdirində artıq 

su torpağın nisbətən dərin 

qatında yığılır, orada 

torpaqda yığılmış duzlarla 

həll olur. Duzlu su 

bitkilərin köklərini 

əhatələyir, onların düzgün 

bitməsinə mane olur, 

uzunmüddətli 

perspektivdə isə onları 

son olaraq məhv edir. Bol 

suvarma bataqlaşmaya 

səbəb olur. Bugünkü 

vəziyyətdə yer kürəsinin 

kənd təsərrüfatı 

torpaqlarının 10%-dən 

artığı düzgün olmayan 

irriqasiya nəticəsində 

yaranmış bataqlaşma 

problemi qarşısındadır.

Mülayim, nəzarət edilən 

suvarma və düzgün olaraq 

seçilmiş bitkilərin əkilməsi 

bu cür mənfi nəticələrin 

aradan qaldırılması üçün 

nisbətən asan yoldur. 



Siz bilirsinizmi


19

Qeyri-üzvi gübrələr 

və pestisidlər

Qeyri-üzvi gübrələr arasında ən 

böyük diqqətə, istifadəsinin 

intensivliyi, mühit və insan 

sağlamlığına mənfi təsirinə görə, 

azotlu gübrələr layiqdir. Azot suda 

asan həll olunan aktiv maddədir

hansı ki, torpaqda sirkulyasiya edir, 

yeraltı və səthi sulara düşür. Bundan 

əlavə, azot buxarlanır və atmosferə 

düşür, orada ammonyak şəklində b. 

a. turş yağışların yaranmasına şərait 

yaradır. Bununla yanaşı, ozon 

təbəqəsinin pozulmasına şərait 

yaradan 20 qazdan biridir.

Tərkibində fosfor olan gübrələr suda 

az həll olunur, buna görə də 

torpaqda möhkəm qalır. Lakin 

torpağın eroziyası nəticəsində bir 

çox hallarda səthi sulara düşür və 

onların çirklənməsinə səbəb olur.

Alaq otlarından və parazitlərdən 

qorunmaq üçün istifadə edilən 

pestisidlər (herbisidlər, funqisidlər, 

insektisidlər) mühitin təhlükəli 

çirkləndiriciləridir.



Siz bilirsinizmi

Pestisidlərdən 

ağlabatmayan istifadə 

nəticəsində yalnız alaq 

otları və parazitlər deyil, 

eləcə də quşlar, faydalı 

həşəratlar, mikroblar, 

qurdlar və başqa növ 

orqanizmlər zəhərlənir.

Tərkibində azot və fosfor 

olan gübrələrlə durğun 

suların (göllər, su 

anbarları) çirklənməsi səthi 

sular üçün səciyyəvi olan 

ekosistemin 

deqradasiyasına - 

evtrofikasiyasına səbəb 

olur. Bu zaman çirklənmiş 

su anbarında yosunlar 

(makrofitlər, fitoplanktonlar) 

intensiv olaraq bitməyə 

başlayır, onlar suda olan 

oksigeni böyük miqdarda 

udur, bu da orada yaşayan 

balıq və digər heyvanlar 

üçün əlverişli olmayan 

şərait yaradır. Bir çox 

hallarda bu cür su 

anbarlarında balıqların 

növləri yox olur.



20

Bioloji 

texnologiyalar

Heyvan gübrəsi (peyin) torpağın 

strukturunu yaxşılaşdırır, üzvi azotla 

zənginləşdirir, torpağın 

məhsuldarlığı üçün faydalı bakteriya 

və göbələklərin artmasına şərait 

yaradır;

Bitki (yaşıl) gübrəsi elə bir bitki 

örtüyüdür ki, torpaqda onun üzvi 

materiallarla zənginləşməsinə şərait 

yaratmaq üçün saxlanılır;

Kompost torpaqda, oksigen 

sahəsində mikroorqanizmlər 

tərəfindən üzvi mənşəli qalıqların 

çürüdülməsi nəticəsində əldə edilən 

gübrədir, hansı ki, humus və üzvi 

materiallarla zəngindir, yüksək 

effektlidir və geniş şəkildə istifadə 

olunur.  

Kompostun hazırlanmasının ümumi 

alqoritmi aşağıdakı kimidir:

Kompost üçün eni 2 metrədək olan, 

mülayim olaraq kölgəli yer seçilir. 

Kompostun hündürlüyü 2 metrə çata 

bilər. Kompost altındakı torpaq 

dərindən bellənməlidir ki, altında 

drenaj yaxşı olsun.

Kompost materialları seçilmiş yerə 

qat-qat tökülür. Qatlar arasına 5-10 

sm torpaq qatı tökülməlidir. 

Məsləhətdir ki, aşağıdakı qata 

çətinliklə çürüyən materiallar (çör-

çöp, budanma qalıqları), 

yuxarıdakına isə daha asan çürüyən 

materiallar (kül, peyin) düşsün.

Kompostlama üçün 

aşağıdakılardan istifadə edilə 

bilər:


-  yarpaqlar, ot, budaqlar, 

tərəvəz qidasının qalıqları 

(qabıqlar, toxumlar), 

yumurta, fındıq və qoz 

qabıqları. Həmçinin – tük, 

yun, saman, heyvan nəcisi.

Kompostlama üçün 

aşağıdakılar yararsızdır:

-  ət, balıq, süd və süd 

məhsulları, heyvan yağları. 

Həmçinin müxtəlif 

infeksiyalara qarşı xüsusilə 

həssas olan bitkilər; 

məsələn, dekorativ güllər.

Kompostlama zamanı yalnız 

az miqdarda aşağıdakılardan 

istifadə edilir:

ağac mişarağzı, kömür, 

pestisidlər və üzvi gübrələrlə 

emal edilmiş bitkilər, çap 

kağızı.



21

Kompost üçün yüksək temperatur 

lazımdır. O, özü istilik ayırır və 

temperaturu saxlamaq üçün ona 

şərait yaratmalıyıq. Bunun üçün onu 

küləşlə, otla və digər bu cür 

materiallarla örtməliyik, hansılar ki, 

havanın keçməsinə mane 

olmayacaqdır. Kompost daima islaq 

olmalıdır. Lazım olduqda isə ona su 

tökülməlidir.

Ənənəvi (“təbii” və “intensiv”) kənd 

təsərrüfatı əksər hallarda çoxbitkilidir 

(polibitkilər), bu da eyni torpaqda 

müxtəlif bitkilərin əkilməsini nəzərdə 

tutur. Monobitkilərlə müqayisədə 

polibitkilərin böyük üstünlüyü ondan 

ibarətdir ki, bitkilər vegetativ 

mövsümün müxtəlif zamanlarında 

yetişir, bununla da torpaq daha uzun 

müddət bitkilərlə örtülmüş olur, 

küləklə və su ilə eroziyadan qorunur. 

Bundan əlavə, gübrə və sudan 

böyük miqdarda istifadə edilmə 

zərurəti azalır, çünki bitkilərin kök 

sistemi torpağın müxtəlif dərinliyində 

yerləşir, qida maddələrinin və 

rütubətin saxlanılması da daha 

effektiv olaraq həyata keçirilir.

Bu zaman həşərat və alaq 

otlarına qarşı dərmanlama 

daha az intensivliklə lazım 

olur, çünki bitkilərin 

müxtəlifliyi, bir tərəfdən, 

parazit həşəratların, təbii 

düşmənlərin artmasına 

şərait yaradır, digər 

tərəfdən isə, yad, alaq 

bitkilərin toxumunun 

bitməsi üçün əlverişli 

olmur. 

Polibitkilər




Broşura “Gürcüstan və Cənubi Qafqazda iqlimin dəyişməsi ilə adaptasiya 

olunma və biomüxtəlifliyin qorunması məqsədilə yerli imkanların artırılması və 

regional əməkdaşlığın dərinləşdirilməsi” layihəsi çərçivəsində hazırlanıb, həmin 

layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Qafqaz ekoloji qeyri-

hökumət təşkilatları şəbəkəsi (CENN) və Mersi Korps (Mercy Corps) 

Beynəlxalq Qeyri-hökumət Təşkilatı tərəfindən həyata keçirilir. Qarşıda olan 

publikasiyanın məzmununa görə tam məsuliyyəti Mersi Korps və CENN daşıyır, 

broşura heç bir halda Avropa İttifaqının mülahizə və fikirlərini ifadə etmir.



Məlumat üçün bizə müraciət edin:

 

Qafqazın mühiti mühafizə qeyri-hökumət 



təşkilatları şəbəkəsi (CENN)

Gürcüstan, Tbilisi, 0105, 

Beytullah küçəsi №27

Tel:  +995 32 275 19 03/04

Faks:  +995 32 275 19 05

info@cenn.org

www.cenn.org

Mersi Korps

Gürcüstan, Tbilisi, 0179, 

Radian küçəsi №16,

Tel:   +995 32 224 24 71

Faks: +995 32 223 18 89

Mob:   +995 599 56 62 92

admin@mercycorps.ge



www.mercycorps.ge


Document Outline

  • Page 1
  • Page 2
  • Page 3
  • Page 4
  • Page 5
  • Page 6
  • Page 7
  • Page 8
  • Page 9
  • Page 10
  • Page 11
  • Page 12
  • Page 13
  • Page 14
  • Page 15
  • Page 16
  • Page 17
  • Page 18
  • Page 19
  • Page 20
  • Page 21
  • Page 22
  • Page 23
  • Page 24

Yüklə 116,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə