Təhlilinə həsr olunmuşdur. Elmi ədəbiyyatda uyğunluq prinsipi bir qayda olaraq N



Yüklə 53,58 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü53,58 Kb.
#25746


ÁÀÊÛ ÓÍÈÂÅÐÑÈÒÅÒÈÍÈÍ ÕßÁßÐËßÐÈ 

¹3   

Ñîñèàë-ñèéàñè åëìëÿð ñåðèéàñû   

2006 

 

 

 

 

 

 

 A.EYNŞTEYN VƏ MÜASIR FÈZÈKADA UYĞUNLUQ 

 PRİNSİPİNİN FORMALAŞMASI  

 

F.Ə.MƏMMƏDOV 

Áàêû Äþâëÿò Óíèâåðñèòåòè   

 

 Məqalə  fiziki  idrakın  inkişafında  evristik  rol  oynamaqla  klassik  fizikadan  kvant 



mexanikasına  keçidə  yol  açmış  uyğunluq  prinsipinin  metodoloji  və  qnoseoloji  aspektlərinin 

təhlilinə həsr olunmuşdur. Elmi ədəbiyyatda uyğunluq prinsipi bir qayda olaraq N.Borun adı 

ilə  əlaqələndirilərək  «Bor  prinsipi»  adlandırılır.  Bu  fikirlə  razılaşmayan  müəllif  uyğunluq 

prinsipinin  təşəkkülündə  A.Eynşteynin  xidmətlərini  araşdıraraq  onun  «Eynşteyn‐Bor  prin‐

sipi» adlandırılmasını daha məqsədəuyğun sayır.  

 

Uyğunluq  prinsipi  bir‐birini  əvəz  edən  fiziki  nəzəriyyələrin  qarşılıqlı 

əlaqəsini,  qarşılıqlı  transformasiyalarını  ifadə  edən  metodoloji‐requlyativ 

prinsip  olmaq  etibarilə  elmi  ədəbiyyata  «Bor  prinsipi»  adı  altında  daxil  ol‐

muşdur. Halbuki kvant fizikasının və xüsusilə onun matrisa formasının mey‐

dana gəlib inkişaf etdirilməsində müstəsna rolu olmuş bu prinsipin konturları 

alimlərə  intuitivcəsinə  N.Borun  tədqiqatlarından  xeyli  əvvəllər  məlum  ol‐

muşdur.  N.Bordan  təxminən  10  il  əvvəl  A.Eynşteyn  məkan,  zaman  və  ca‐

zibənin relyativist nəzəriyyəsinin yaradılması ilə bağlı mürrəkkəb məsələlərin 

həllinə rəvac verərkən empirik yolla istifadə etdiyi bu prinsipin ruhuna daha 

çox  uyğun  gələn  nəzəri  mülahizələrə  söykənmişdi.  Bu  mülahizələr  əsasında 

onun  gəlib  çıxdığı  vahid  qənaət  bundan  ibarət  olmuşdur  ki,  yeni  relyativist 

mexanika  müəyyən  konkret  şəraitdə  Nyuton  mexanikasına keçə  bilər  [6].  Bu 

fakta yeni nəzəriyyənin metodoloji üstünlüyü kimi baxan A.Eynşteyn və yeni 

fiziki  ideyaların  tərəfdarları  ondan  relyativist  kvant  mexanikasının  çoxsaylı 

opponentlərinə  qarşı  mübarizədə  təsirli  bir  vasitə  və  yeni  nəzəri  sistemin 

həqiqiliyini təsdiq edən mühüm dəlillərdən biri kimi baxmışlar. Problemin bu 

aspektini  ön  plana  çəkən  S.Semkovski  yazırdı:  «Eynşteyn  haqlı  olaraq  öz 

düsturlarının  başlıca  sübutedici  qüvvəsini  bunda  görmüşdür  ki,  ilk 

yaxınlaşmada  onlardan  özlərinin  xüsusi  halı  kimi  ehtiva  etdikləri  Nyuton 

düsturları alınır» [15, s. 69]. Buna görə də Heyzenberqin uyğunluq prinsipini 

yalnız  N.Borun  adı  ilə  bağlayıb  «Bor  prinsipi»  adlandırması  bir  o  qədər  də 

 

81



dəqiq  səslənmir.  Fikrimizcə,  adı  çəkilən  prinsipin  «Eynşteyn‐Bor  prisipi»  ad‐

landırılması  daha  dəqiq  və  ədalətli  olardı.  Bu  fikrimizi  aşağıdakı  mülahi‐

zələrimiz də təsdiq edə bilər. 

Məlumdur  ki,  A.Eynşteyn  elmi  fəaliyyətinin  böyük  bir  hissəsini  vahid 

sahə nəzəriyyəsinin yaradılmasına həsr etmişdir. Uyğunluq prinsipinin təşək‐

külü tarixi ilə bağlı maraqlı faktlardan biri də bundan ibarətdir ki, Eynşteynin 

vahid  sahə  nəzəriyyəsinin  yaradılmasına  göstərdiyi  cəhd  də  həmçinin  bu 

prinsipin  ideyasına  söykənmişdir.  Buna  hətta  1905‐ci  ildə  Eynşteyni  foton 

fərziyyəsinin  yaranmasına  gətirib  çıxaran  dəlillərin  məntiqi  strukturunda  da 

uyğunluq prinsipinin izlərini görə bilərik. 

Xüsusi  nisbilik  nəzəriyyəsinin  yaranmasının  tarixi‐elmi  təhlili  göstərir 

ki, Eynşteyn bütün hallarda uyğunluq prinsipindən xalis intuitiv yolla istifadə 

etmişdir.  Lakin  o,  ümumi  nisbilik  nəzəriyyəsində  cazibə  tənliyinin  tamam‐

lanmış variantını işləyib hazırlayarkən artıq uyğunluq prinsipinin ideyalarını 

məntiqi  cəhətdən  dərk  etmişdi.  Eynşteyn  ümumi  nisbilik  nəzəriyyəsinin  əsa‐

sında duran cazibə tənliyini elə formada ifadə etmişdi ki, bu tənlik uyğunluq 

prinsipinə  uyğun  olaraq  zəif  qravitasiya  tənlikləri  üçün  Puasson  tənliyinə 

çevrilirdi.  Eynşteyn  dünyanın  yeni  elmi  mənzərəsini  yaratmaq  məqsədilə 

nisbilik  nəzəriyyəsinə  özlərinin  adekvat  ifadəsini  bir  inersial  sistemdən  di‐

gərinə  keçməyə  imkan  verən  Lorens  çevrilmələrində  tapan  hərəkət  kütləsi, 

nisbi məkan və nisbi zaman anlayışlarını daxil etmişdir. Bununla belə, nisbilik 

nəzəriyyəsi  məkan  və  zaman  haqqında  klassik  təssəvvürləri  bütünlüklə  at‐

mayıb,  məsələnin  müəyyən  amilləri  nəzərə  almadığı  xüsusi  hallar  üçün 

qoruyub  saxlamışdı.  Başqa  sözlə,  nisbilik  nəzəriyyəsi  məkan  və  zaman  mü‐

nasibətlərinin  rasionallıq  çərçivəsində  ideallaşdırılmasının  məhdudluğunu 

aşkara  çıxararaq  bu  ideallaşdırmanın  təqribi  xarakterini  və  məkan‐zaman 

anlayışlarının tətbiq sərhədlərini müəyyənləşdirmişdir. 

Eynşteyn xüsusi nisbilik nəzəriyyəsinin yaradılması üzərində işləyərkən 

həmişə  eksperiment  ilə  nəzəriyyə  arasında  ardıcıl  və  ziddiyyətsiz  əlaqə 

yaratmağa  çalışırdı.  Belə  bir  əlaqə  isə  yalnız  eksperimentin  nəzəriyyə  ilə 

ziddiyyətə girən nəticələrinin məntiqi baxımdan bir araya gətirilməsinə imkan 

verən  şərtlərinin  tapıb,  formulə  edilməsi  nəticəsində  yaradıla  bilərdi.  Bu 

dövdə  Eynşteyn  öz  qarşısına  elektrodinamika  qanunlarının  bütün  inersial 

sistemlər  üçün  kovariantlığını  təmin  edə  biləcək  şərtləri  müəyyənləşdirmək 

məqsədi qoymuşdu. Problemə yeni müstəvidə yanaşılma klassik mexanikanın 

əsas  çətinliyini  –  Maksvell  tənliklərinin  kovariantlığını  təmin  edən  şərtləri  – 

koordinat,  zaman  və  sahə  gərginliyinin  birgə  çevrilmələri  vasitəsilə  həll 

etməyə  imkan  verdi.  Məhz  bu  çevrilmələr  sistemini  və  onlardan  çıxarılan 

fəlsəfi  təmayülli  nəticələri  biz  Eynşteynin  xüsusi  nisbilik  nəzəriyyəsi  ad‐

landırırıq.  Bu  rasional  metod  əsasında  qurulan  yeni  nəzəriyyə,  bir  tərəfdən, 

 

82



klassik  nəzəriyyə  ilə  bir  araya  sığmayan  yeni  eksperimental  faktları  (aber‐

rasiya, Frenel düsturu, Maykelson təcrübəsinin verdiyi nəticələr) izah etməyə, 

digər  tərəfdən  əvvəllər  məlum  olmayan  bir  sıra  hadisələri  (məsələn,  Dopler 

effekti)  açıqlamağa  imkan  verdi.  Məntiqi‐metodoloji  baxımdan  burada  mü‐

hüm  olan  və  diqqət  çəkən  cəhət  bundan  ibarətdir  ki,  nəzəriyyənin  qurulma‐

sının yeni metodu anlayışların yeni sisteminin yaradılmasına yol açdı [4]. 

Eynşteynin ümumi nisbilik nəzəriyyəsini uyğunluq prinsipinin tələbləri 

əsasında yaratdı: bu nəzəriyyə Nyutonun cazibə nəzəriyyəsinin böyük sürətli 

hərəkətlər  və  deməli,  güclü  cazibə  sahələri  üçün  ümumiləşdirilməsi  yolu  ilə 

yaradıldı.  Eynşteynin  cazibə  nəzəriyyəsi  iki  fundamental  dünya  sabitinin  – 

işığın  sürətini  (с)  və  qravitasiya  sabitini  (G)  ehtiva  edirdi.  Buna  görə  də, 

ümumi  nisbilik  nəzəriyyəsinin  məntiqi  strukturu  elədir  ki,  onun  tənlikləri 

hüdud  halında  ya  xüsusi  nisbilik  nəzəriyyəsinə  ya  da,  Nyutonun  cazibə 

nəzəriyyəsinə  aparıb  çıxarır.  Fiziki  idrakın  inkişafında  varislik  ideyasını  əks 

etdirən  bu  nəticə  bir  daha  göstərir  ki,  elmi  idrakın  inkişafında  köhnə  nəzə‐

riyyə  əsasında  yaranan  daha  yüksək  səviyyəli  yeni  nəzəriyyədən  köhnə 

nəzəriyyəyə  qayıdış  yolu  heç  bir  zaman  bağlanmır.  A.Eynşteyn  1917‐ci  ildə 

yazdığı «Xüsusi və ümumi nisbilik nəzəriyyəsi» adlı məqaləsində bu məsələyə 

toxunaraq  yazırdı:  «....  fiziki  nəzəriyyənin  ən  yaxşı  nəsibi,  təsir  sferasında 

özünün də hüdud hal kimi çıxış etdiyi daha ümumi nəzəriyyənin yaradılması 

yolunu göstərməkdən ibarətdir».  

Eynilə Nyuton mexanikasından xüsusi nisbilik nəzəriyyəsinə keçid kimi 

ümumilik dərəcəsi kiçik olan Nyuton cazibə nəzəriyyəsindən Eynşteyn cazibə 

nəzəriyyəsinə  keçid  də  yalnız  reallığın  kəmiyyət  təsvirini  verən  riyazi  mü‐

nasibətlərinin  dəqiqləşdirilməsi  olmayıb,  həm  də  nəzəriyyəyə  yeni  anlayışla‐

rın və onların timsalında yeni təsəvvürlərin daxil edilməsi deməkdi. Beləliklə, 

xüsusi nisbilik nəzəriyyəsindən ümumi nisbilik nəzəriyyəsinə keçilməsi dörd‐

ölçülü  «məkan‐zaman»  kontiniumunun  psevdoevklid  metrikasının  daha 

ümumi  səciyyə  daşıyan  psevdoriman  metrikası  ilə  əvəzlənməsi  ilə  yanaşı, 

həm də, sonuncu nəzəriyyənin real məzmununa daxil edilən yeni təsəvvür ilə 

bağlı  idi.  Bu  yeni  təsəvvürlərə  görə  psevdoriman  metrikası,  əvvəla,  maddi 

kütlələrin  paylanmasından,  hərəkətindən  və  halından  asılıdır;  ikincisi,  qra‐

vitasiya  sahəsində  hissəciyin  hərəkəti  psevdoriman  metrikalı,  ətalətli  hərə‐

kətdir;  üçüncüsü,  qravitasiya  sahəsi  bu  metrikanın  psevdoevklid  metrika‐

sından fərqinin təzahürü kimi təsvir oluna bilər. 

Beləliklə, apardığımız elmi araşdırmalar göstərir ki, A.Eynşteyn özünün 

qüdrətli  təfəkkürü  və  müstəsna  elmi  fəaliyyəti  ilə  mühüm  metodoloji  və 

qnoseoloji  yükə  malik  uyğunluq  prinsipinin  formulə  edilməsinə  xeyli  ya‐

xınlaşmış,  lakin  onun  bir  addımlığında  dayanaraq  onu  müasir  fizikanın  – 

kvant  fizikasının  mühüm  requlyativ  prinsipi  kimi  seçib  ayıra  bilməmişdir. 

 

83



Halbuki,  bu  gün  fiziki  və  fəlsəfi  ədəbiyyatda  uyğunluq  prinsipinin  şəriksiz 

müəllifi kimi sayılan Nils Bor məhz bu işi görmüş, onu müasir fizikanın yeni 

və  köhnə  nəzəriyyələrinin  daxili  varislik  əlaqəsini  əks  etdirən  mühüm  me‐

todoloji  prinsip  kimi  formulə  etmişdir.İyirminci  yüzilliyin  görkəmli  fiziklə‐

rindən  sayılan  P.İordan  bu  münasibətlə  yazmışdır:  «Zommerfeldin  sərrast 

ifadəsi ilə «sirli çubuq» adlandırılan uyğunluq prinsipi Borun təsəvvürlərini o 

dövrdəki  baxışlardan  əhəmiyyətli  dərəcədə  fərqləndirərək  çoxlu  və  mühüm 

nəticələrin  alınmasına  imkan  vermişdir»  [5,  s.44].  Bu  baxımdan  uyğunluq 

prinsipinin  fəlsəfi  təhlili  üzrə  görkəmli  mütəxəssislərdən  sayılan  və  həmin 

prinsipin fəlsəfi mənasının açılmasına həsr olunmuş ilk monoqrafiyanın müəl‐

lifi İ.V.Kuznetsovun da fikri maraqlıdır. «Bor prinsipinin tarixi xidməti bunda‐

dır  ki,  o  ilk  dəfə  klassik  fizikanın  mikroaləmə  tətbiqinin  mümkünsüzlüyünü 

nümayiş etdirməklə klassik fizikanın rasional ümumiləşdirilməsi yolunda ilk 

addım atdı» [7, s.13]. 

Uyğunluq prinsipi elmi biliyin komulyativ xarakterini açaraq göstərir ki, 

idrak prosesi əlaqəsiz konsepsiyaların bir‐birini əvəz etməsi kimi deyil, köhnə 

nəzəriyyələrin məzmununu özünün xüsusi halı kimi ehtiva edən daha ümumi 

və  daha  adekvat  nəzəriyyələrə  keçid  kimi  çıxış  edir  [3].  Uyğunluq  prinsipi 

dialektik  idrak  nəzəriyyəsinin  belə  bir  müddəasını  təsdiq  edir  ki,  elmi 

nəzəriyyələrin  inkişafı  biliklərin  varisliyi  qaydasında  baş  verir.  Bu  baxımdan 

yaranan  hər  bir  yeni  nəzəriyyə  praktikadan  sınaqdan  çıxmış  köhnə  nəzəriy‐

yənin yeni bilik sahəsi üçün tətbiq oluna bilməyən möddəalarını aradan qal‐

dırmaqla  onun  tətbiq  sahəsini  qismən  də  olsa  məhdudlaşdırır  [10,  s  95‐104]. 

Bu  zaman  yeni  nəzəriyyə  köhnə  nəzəriyyənin  qanunlarını  xüsusi  hal  kimi 

özünə  daxil  etməklə  müəyyən  şəraitdə  ona  keçə  bilir  [2,  s.88].  Uyğunluq 

prinsipinin  bu  təsirini  ΧΙΧ  və  ΧΧ  əsrlərdə  yaradılmış  və  hazırda  fəaliyyətdə 

olan  çoxsaylı  fiziki  və  riyazi  anlayışlar  sisteminin  timsalında  izləmək  müm‐

kündür. 


N.Borun  fikrincə,  bir  fundamental  nəzəriyyədən  digərinə  keçilməsində 

iki  mühüm  xüsusiyyət  hökmən  nəzərə  alınmalıdır  [1,  s.95].  Bu  xüsusiy‐

yətlərdən  birincisi  yeni  və  köhnə  nəzəriyyələrin  anlayışlar  aparatının  uyuş‐

mazlığı ilə, ikincisi isə nəzəriyyələrdə tətbiq olunan riyazi vasitələrin mühüm 

evristik və əlaqələndirici rolu ilə bağlıdır. Məsələn, yaxşı məlumdur ki, kvant 

mexanikası  klassik  mexanikanın  rasional  ümumiləşdirilməsi  yolu  ilə  yara‐

dılmış və bu məsələ nəzəriyyəyə yeni riyazi abstraksiyaların daxil edilməsi ilə 

həll olunmuşdur. 

Uyğunluq  prinsipinin  təbiəti,  qnoseoloji  əhəmiyyəti  və  evristik  imkan‐

ları  uzun  müddət  xüsusi  olaraq  araşdırılmamışdır.  Bu  isə  təsadüfi  olmayıb, 

belə  bir  motivlə  bağlı  olmuşdur  ki,  ayrıca  bir  fiziki  nəzəriyyə  çərçivəsində 

tədqiqat aparan subyektin qarşısında heç də belə bir vəzifə durmur. Buna görə 

 

84



də  metodoloji  problemlərlə  xüsusi  məşğul  olmayan  və  prinsipin  iş  qabiliy‐

yətini  onun  həqiqiliyinin  meyarı  kimi  qəbul  edən  bəzi  fiziklər  uyğunluq 

prinsipinin  genealogiyasını  heç  dərk  etməyə  çalışmırdılar.  Təsadüfi  deyil  ki, 

elmi idrakın metodoloji aləti olmaq etibarilə uyğunluq prinsipi ilk dəfə məhz 

fəlsəfi idrak nəzəriyyəsi çərçivəsində təhlil edilmiş və bu vəzifənin ilk icraçısı 

tanınmış  sovet  filosofu  İ.V.Kuznetsov  olmuşdur  [7].  İ.V.Kuznetsov  uyğunluq 

prinsipinin  mütləq  və  nisbi  həqiqətlərin  dialektikasını  fizikada  konkret  ifadə 

kimi  səciyyələndirərək  göstərmişdir  ki,  idrak  pilləsi  olmaq  etibarilə  hər  bir 

fiziki  nəzəriyyə  özlüyündə  ancaq  nisbi  həqiqətdir.  Fizèki  nəzəriyyələrin  bir‐

birini  əvəz  etməsi  mütləq  həqiqətə  yaxınlaşma  prosesi  olub,  fiziki  reallığın 

inkişafı,  tükənməzliyi  və  mürəkkəbliyi  üzündən  heç  bir  zaman  sona  yetmir. 

Uyğunluq  prinsipi  ixtiyari  nəzəri  sistemin  müddəalarının  mütləqləşdirilmə‐

sinə,  müəyyən  konkret  şərait  üçün  yaradılmış  nəzəriyyənin  mütləq  həqiqət 

səviyyəsinə qaldırılmasına qarşı yönəlmişdir [9, s.69‐81]. Fiziki nəzəriyyələrin 

inkişafının öyrənilməsi belə bir ümumi qənaitə gəlməyə əsas vеrir ki, fizikanın 

tarixi  məhz  uyğunluq  prinsipi  hesabına  bir‐birini  əvəz  edən  nəzəriyyələrin 

sadə  ardıcıllığı  olmayıb,  «èärakın  hadisələrin  getdikcə  daha  dərin  mahiy‐

yətinə,  daha  geniş  ümumiləşdirmələrə  doğru  istiqamətlənən  vahid  qanu‐

nauyğun prosesidir» [7, s.46]. 

İ.Lakatos  uyğunluq  prinsipinin  fiziklərin  fəaliyyət  proqramında  oyna‐

dığı  “ikili”  roldan  bəhs  edir.  Bu  baxımdan  biz  onun  aşağıdakı  fikri  ilə 

razılaşmaya  bilmərik:  «Uyğunlóq  prinsipi  bir  tərəfdən  çoxlu  elmi  hipotezlər 

təklif  edən  mühüm  evristik  prinsip  kimi,  digər  tərəfdən,  mexanika  və 

elektrodinamikanın  klassik  nəzəriyyəsinin  anlayışlarının  son  həddə  qədər 

genişlənməsindən  istifadə  edən  özünəməxsus  müdafiə  mexanizmi  kimi  çıxış 

edir»  [8,  s.92‐95].  Deyilənlərə  bunu  da  əlavə  edək  ki,  uyğunluq  prinsipi  bir‐

birini  əvəz  edən  müxtəlif  nəzəriyyələri  əlaqələndirməklə  sintezləşdirici  baş‐

lanğıc  rolunu  oynayır.  Buna  görə  də,  elmi  biliklərin  diferensiallaşdığı  və 

inteqrallaşdığı  müasir  dövrdə  uyğunluq  prinsipinin  evristik  və  metodoloji 

rolu  durmadan  artmaqdadır.  Bu  prosesdə  adı  çəkilən  prinsip  mühüm  inteq‐

rativ funksiyanı yerinə yetirərək bir nəzəri sistemdən digərinə körpü salmaqla 

mövcud  biliyin  yüksək  səviyyəli  sintezinə  nail  olur.  Nəhayət,  müasir  elmdə 

uyğunluq  prinsipindən  tez‐tez  mövcud  biliyin  və  seçilmiş  tədqiqat  istiqa‐

mətinin  yoxlanması  üçün  istifadə  olunan  fərziyyələrin  həqiqiliyinin  meyarı 

kimi istifadə olunur. 

Beləliklə, yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, uyğunluq 

prinsipini ödəyən hər bir yeni nəzəriyyənin həqiqət olması ehtimalı kiçik olub, 

şübhəli  görünə  bilər.  Yalnız  köhnə  bilikdəki  səhih  məqamları  rədd  etməyən 

yeni bilik rasional sayıla bilər. Müasir fizikada uyğunluq prinsipi yalnız möv‐

cud «hazır» biliyin öyrənilməsi üçün deyil, həm də ən vacibi, hipotezlərin, bir‐

 

85



biri  ilə  rəqabət  aparan  ideyaların  formalaşması  üçün  qnoseoloji  oriyentir 

rolunu oynayır [12]. 

 

ƏDƏBÈYYAT 

1. Бор Н. Атомная физика и человеческое познание. М.,1969.  

2. Kərimov V.M. V.İ.Lenin və müasir fizikanın bəzi fəlsəfi məsələləri. Bakı, Elm, 1983, s. 88. 

 3. Qurbanov F. Elmə sinergetik yanaşma. Bakı, Elm, 2005, 364 s. 

4. Дубнищева Т.Я. Концепции современного естествознания. М. Маркетинг, 2001, 832 с. 

5. Иордан П. Гипотеза световых квантов, ее развитие и современное состояние // Успехи 

физических наук. М., 1930, т.10, в. 1, с.44. 

6.  İsmayılov V.İ.  Müasir  fizikanın  paradiqmaları  və metodoloji  prinsipləri  /  məntiqi‐

qnoseoloji təhlil. Bakı, Elm, 2004, 478 s. 

7.  Кузнецов  И.В.  Принцип  соответствия  в  современной  физике  и  его  философскoе 

значение. М.-Л., 1948. 

8. Lakatos L. Falsification and the methodology of scientific research proqrames. In: Criticism 

and Gmowth of scientific knowledge, Cambrige, 1970, p.92-95. 

9. Мещеряков В.Т. Соотношение как отношение и принцип. Л: Наука, 1975. 

10. Нысынбаев А. Принцип соответствия и математика. // Вопросы философии, 1965, с. 

95-104. 


11.  Оганесов  Г.А.  Принцип  соответствия,  его  роль  и  значение  в  признании  теорий // 

Философские вопросы современного естествознания. Е.: 1977, с. 5-37. 

12. Рузавин Г.И. Методология научного познания. М.: Юнити, 2005, 288 с. 

13.  Худяков  С.С.  Гносеологическое  обоснование  принципа  соответствия //Законы  и 

категории в естественнонаучном познании. Уфа, 1978, с. 97-107. 

14. Эйнштейн А. Собрание научных трудов. Т.1. М., 1965, 568 с. 

15.  Семковский  С.Ю.  Диалектический  материализм  и  принцип  относительности.  М., 

1926. 


  

 

А.ЭЙНШТЕЙН И ПРОЦЕСС ФОРМИРОВАНИЯ ПРИНЦИПА СООТВЕТСТВИЯ 



В СОВРЕМЕННОЙ ФИЗИКЕ 

 

Ф.А.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  анализу  методологических  и  гносеологических  аспектов 



принципа  соответствия,  играющего  эверестическую  роль  в  развитии  физического 

познания  и  осветившего  переход  из  классической  физики  в  квантовую  механику.  В 

научной  литературе  принцип  соответствия  связывают  с  именем  Бора  и  называют 

«Принципом  Бора».  Автор,  учитывая  заслуги  А.Эйнштейна  в  этой  области,  считает 

целесообразным называть этот принцип «Принципом Эйнштейна-Бора». 

  

 

 



86

Document Outline


Yüklə 53,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə