Təhlükəsizlik Plastik kartlardan istifadə zamanı təhlükəsizlik qaydaları



Yüklə 18,69 Kb.
tarix31.08.2018
ölçüsü18,69 Kb.
#65622
növüQaydalar

Təhlükəsizlik

  1. Plastik kartlardan istifadə zamanı təhlükəsizlik qaydaları

Kartı alarkən:

  • PİN-kod olan zərfi alarkən, mütləq onda açılma izlərinin olub-olmamasını yoxlayın!

  • Kartınızın PİN-kodunu, CVV-kodunu, 3D-Secure şifrəsini heç kimə (o cümlədən Bankın əməkdaşlarına) bildirməyin!

  • Heç vaxt PİN-kodunuzu kartın üzərində yazmayın.

Alış-veriş edərkən və ya xidmətlərdən yararlanarkən:

  • Kartınızı yad insanlara, o cümlədən ofisiantlara, mağazadakı satıcılara verməyin! Bank kartı həmişə gözünüzün qabağında olmalıdır.

  • Həmişə alış-verişi həyata keçirdikdən sonra qəbzi 60 gün ərzində saxlayın.

  • Hər ay bank tranzaksiyalarından çıxarışları yoxlayın. Avtorizasiya edilməmiş istənilən tranzaksiya barədə banka məlumat verin!

İnternet vasitəsilə ödənişlər apararkən:

  • Kartınızı 3D Secure əlavə müdafiə sistemi ilə təhlükələrdən qoruyun.

  • Kart rekvizitlərinin daxil edildiyi veb-səhifənin ünvanı https // ilə başlamalıdır, həmçinin ünvan sətrində "qapalı kilid" rəmzi olmalıdır.

  • Alış-veriş həyata keçirmək istədiyiniz veb-səhifənin ünvanının düzgünlüyünə əmin olun. Şübhə yarandığı halda kartın rekvizitlərini daxil etməyin!

  • İnternet vasitəsilə və ya telefonla mal və xidmətlərin sifarişi zamanı PİN-kod tələb olunmur!

  • Sizin pul vəsaitlərinizin saxlandığı əsas bank kartınız üzrə hesablaşma təhlükəsiz deyil. İnternet ödənişlərinin həyata keçirilməsi üçün limitlənmiş həcmdə əməliyyatları olan ayrıca kartdan istifadə etməyiniz tövsiyə edilir.

Bankomatdan və ya POS-terminaldan istifadə etdikdə:

  • Mühafizə olunan və yaxşı işıqlandırılmış yerlərdə quraşdırılan bankomatlardan istifadə etməyə çalışın!

  • Şübhəli qurğularda kartdan istifadə etməyin.

  • PİN-kodun daxil edilməsi ilə aparılan əməliyyatlar zamanı HƏMİŞƏ əlinizlə klaviaturanı örtün ki, kənar şəxslər Sizin PİN-kodu görə bilməsin və ya onu videokamera yaza bilməsin!

  • Tanımadığınız şəxslərdən kartdan vəsait çəkmək və ya bankomatda digər əməliyyatları həyata keçirmək üçün yardım istəməyin!

Əlavə təhlükəsizlik təbirləri:

  • Siz kartınız ilə istənilən qanunsuz əməliyyatlar barədə vaxtında xəbərdar olmaq üçün İnternet-bankinq və SMS-bildiriş xidmətinə qoşula bilərsiniz!

  • Siz kartları ilə dələduzluq əməliyyatlarını minimuma endirmək üçün pul vəsaitlərinin çıxarılmasına gündəlik limit müəyyən edə bilərsiniz!

  • Yüksək risk səviyyəsi olan ölkələrdə (Asiya və Sakit okean regionu: Çin, Hindistan, Yaponiya və Tailand; Cənubi və Mərkəzi Amerika: Kuba, Meksika, Braziliya, Argentina, Peru, Çili, Venesuela; Yaxın Şərq: İraq, İran, Suriya, İsrail; Avropa: Albaniya, Andorra, Ukrayna; Afrika) ödəniş kartından istifadə etməməyə çalışın.

Bizimlə aşağıdakı hallarda əlaqə saxlayın:


  • Kart itirildikdə /oğurlandıqda;

  • Sizin kartınız vasitəsilə dələduzluq əməliyyatlarının aparıldığına dair Sizdə şübhələr olduqda.

Siz (012) 986, (012) 194, (012) 598 43 76 və (012) 598 46 97 nömrələrinə zəng edərək kartınızı bloklaşdıra bilərsiniz. Habelə kartınız İnternet/Mobil bankinq vasitəsilə də tərəfinizdən bloklaşdırıla bilər!


Dələduzluq əməliyyatlarına şübhələr olduqda və ya dələduzluq faktını aşkar etdikdə, Bankın Təhlükəsizlik İdarəsinin "qaynar xətti"nə – qaynarxett@vtb.az --- müraciət edə bilərsiniz.
!!! Unutmayın! Bank VTB (Azərbaycan) ASC-nin əməkdaşları kart məlumatlarınızı (kart nömrəsi, qüvvədə olma müddəti, PIN-kod, CVC2/CVV2, kod sözü, internet bankinq istifadəçi və şifrə) təqdim etmək, yeniləmək və ya təsdiq etmək tələbi ilə telefon zəngləri etmir və elektron məktublar göndərmirlər.


  1. Bank xidmətlərindən istifadə zamanı digər ehtiyat tədbirləri



    • İmzalayacağınız sənədlərlə diqqətlə tanış olun!

    • Unutmayın ki, Sizin əmlakınız ilə bağlı istənilən əməliyyatlar və ya razılaşmalar mütləq kağız üzərində rəsmiləşdirilməli və Bankın möhürülə ilə təsdiqlənməlidir!

  • Bankın əməkdaşlarının hərəkətlərində dələduzluq əlamətlərini gördüyünüzdə, Bankın təhlükəsizlik İdarəsinin "qaynar xətti"nə – qaynarxett@vtb.az müraciət etmənizi xahiş edirik.

  • Kredit alarkən Banka birbaşa, vasitəçilərin köməyi olmadan müraciət edin. Əgər kimsə kredit alınmasında Sizə köməklik vəd etdiyi halda, bilin ki Sizi aldadırlar!

Yüklə 18,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə