Tehran şəhərində əhali artımı ilə iqtisadi inkişaf arasındakı



Yüklə 51,27 Kb.
Pdf görüntüsü
tarix24.10.2017
ölçüsü51,27 Kb.
#6517


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

 

 

 

UOT 911.3, 316 

AZƏRBAYCANIN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏBİİ 

FƏLAKƏTLƏRİN TƏDRİSİNƏ DAİR 

 

N.A.BABAXANOV, M.R.MUSAYEVA*, Ç.Ə.SƏMƏDLİ 



Bakı Dövlət Universiteti, *Bakı Türk Liseyi 

musayeva-m@rambler.ru 

 

Məqalədə Azərbaycanda çoxsaylı  təbii fəlakətlərin yaranma səbəbləri, onların geniş 



əraziləri əhatə etməsi, ilbəil intensivləşməsi, vurduqları zərərlərin sürətlə artması, ümumtəhsil 

məktəblərinin VI - XI siniflərində coğrafiya dərsliklərində bu problemin çox səthi tədris olun-

ması və təbii fəlakətlərin tədrisinə müstəqil saatların ayrılmaması, şagirdlər arasında təbii fə-

lakətlər haqda biliklərin, demək olar ki, olmaması nəzərə çatdırılır. Şadirdlərin təbii fəlakət-

lərdən necə qorunmaları haqda vərdişlərini artırmaq məqsədilə  əsaslandırılmış  təkliflər 

verilir. 

 

Açar sözlər: təbii fəlakətlər, ümumtəhsil məktəbləri, dərslik, sinif, tədris, qlobal problemlər. 

 

Azərbaycan təbii fəlakətlərin ən çox baş verdiyi ölkələr sırasına daxildir. 



Dünyada mövcud olan təbii fəlakətlərdən sunamilər, tayfunlar istisna olmaqla 

yerdə qalan bütün təbii fəlakətlərə Azərbaycanda rast gəlinir. Çoxsaylı təbii fə-

lakətlərin Azərbaycanda baş verməsinə səbəb respublika ərazisinin üç tərəfdən 

Böyük Qafqaz və Kiçik Qafqaz, Talış dağları ilə  əhatə olunması, onlar ara-

sında Qafqazda sahəsinə görə  ən böyük düzənlik olan Kür–Araz ovalığının 

yerləşməsi, göstərilən dağlıq  ərazilərdə dağəmələgəlmə proseslərinin davam 

etməsi, 825 km məsafədə Azərbaycan ərazisinin şərq tərəfdən Xəzər dənizi ilə 

əhatələnməsi, dünyada baş verən qlobal iqlim dəyişiklikləri, ilbəil artmaqda 

olan antropogen amillər və s. səbəb olur. 

Təbii fəlakətlərdən sellər, daşqınlar, sürüşmələr, zəlzələlər və s. hər il 

Azərbaycan iqtisadiyyatına 30 -50 mln. ABŞ dolları miqdarında zərərlər yeti-

rir, ayrı-ayrı illərdə isə insan ölümü ilə də nəticələnir. Baş verən təbii fəlakətlər 

Azərbaycanın əksər təsərrüfat sahələri ilə yanaşı respublikanın məktəb binala-

rının da yararsız hala düşməsinə, bəzən də dağılmasına səbəb olur. Belə hallar 

şagirdlərin uzun müddət dərs prosesindən kənarda qalması ilə nəticələnir. 

Azərbaycanın ümumtəhsil məktəblərində coğrafiya fənni VI-XI sinif-

lərdə tədris olunsa da heç bir sinifdə təbii fəlakətlər mövzusuna dair ayrıca saat 

ayrılmır. Belə ki, VI sinifdə tədris olunan “Ümumi fiziki coğrafiya” dərsliyin-

 204



də coğrafiyanın tədrisinə il ərzində 64 saat, həftədə  cəmi 2 saat yer ayrılır. 

Təbii fəlakətlərə dair mövzulara isə müstəqil saat ayrılmır və  təbii fəlakətlər 

digər mövzuların tərkibində  tədris edilir. Ümumiyyətlə, VI sinfin coğrafiya 

dərsliyində təbii fəlakətlərin tədrisinə tam olmayan cəmi bir paraqraf yer ay-

rılıb. Bu paraqrafda isə ”Təhlükəli atmosfer hadisələri” başlığı altında digər 

mövzuların tərkibində 3-4 sətirdən ibarət olan yalnız “maraqlıdır“ başlığı altın-

da yer ayrılır. Belə olduğu halda şagirdlərin göstərilən məsələlərə dair bilikləri 

çox səthi olur.  

 VII  sinifdə  də  həftədə 2 saat olmaqla tədris olunan “Materiklərin və 

okeanların fiziki coğrafiyası” dərsliyində  də  təbii fəlakətlər müstəqil mövzu 

kimi tədris olunmur. Dərsliyin reqional hissəsində ayrı-ayrı materiklərdə baş 

verən bir sıra təbiət hadisələri haqqında çox səthi məlumatlar verilir. Məsələn: 

Sakit və Hind okeanında güclü tropik qasırğa və tayfunlar olur. Bu mövzunun 

içində yalnız bir cümlə ilə “güclü tayfunlar sahil zonalarında yaşayan əhaliyə 

və təsərrüfatlara böyük ziyan vurur” ifadəsi verilmişdir. “Şimali Amerika ma-

terikinin mərkəzi düzənliklərində baş verən tornado, materikin daxili 

hissələrində isə tez-tez baş verən quraqlıqlar, quru küləklər, tozlu fırtınalar, 

daşqınlar, meşə yanğıları təsərrüfatlara mənfi təsir göstərir“ kimi çox ümumi 

ifadələr dərslikdə öz əksini tapıb. Bu kimi təbii proseslər təbiət hadisələri kimi 

xarakterizə olunub və hadisələrin təbii fəlakət kimi mövcudluğu xarakterizə 

edilməyib, onlardan necə qorunma yolları haqda isə heç bir məlumat verilmir. 

Ümumiyyətlə isə  hər bir materikdə daşqınların baş verdiyi çayların və 

vulkanların adları qeyd olunub. Belə hal şagirdlərdə təbii proseslərə dair ətraflı 

və geniş məlumatlar əldə etməyə imkan vermir.  

VIII sinifdə birinci yarımillikdə, həftədə 1 saat olmaqla tədris olunan 

“Azərbaycan Respublikasının Fiziki Coğrafiyası” dərsliyində yalnız bir cüm-

lədə “Azərbaycanın fəal seysmik zonalarında və rayonlarında sənaye müəs-

sisələri, yaşayış binaları, bəndlər, su anbarları tikilərkən, yollar və kanallar 

çəkilərkən zələzələyə davamlılığı nəzərə alınır” təbii fəlakətlər sanki yada sa-

lınır. Ancaq Azərbaycanda zəlzələlərin yaratdığı problemlər, vurduğu zərərlər 

haqqında məlumat verilmir. Bundan başqa sürüşmələr, daşqınlar barədə  də 

yalnız onların yaranma səbəbləri və baş verdiyi ərazilər haqqında səthi mə-

lumat verilib. Bu təbii proseslərin təbii fəlakət kimi qiymətləndirilməməsi, 

onların baş verdiyi vaxtlarda insanların necə davranmaları  məsələləri də 

göstərilən dərslikdə öz əksini tapmamışdır. 

VIII sinifdə ikinci yarımillikdə, haftədə  cəmi 2 saat olmaqla tədris 

olunan “Azərbaycan Respublikasının  İqtisadi və Sosial Coğrafiyasi ” dərsli-

yində təbii fəlakətlərin baş verməsi, yayılması, onların Azərbaycan iqtisadiy-

yatına vurduğu zərərlər barədə heç bir məlumat verilmir. Ayrı-ayrı iqtisadi-

coğrafi rayonların təsərrüfatların inkişafı  və  ərazi təşkilində  təbii fəlakətlərin 

rolu, onların yaratdığı problemlər qətiyyən dərslikdə öz əksini tapmamışdır. 

Bizim fikrimizcə digər siniflərin coğrafiya dərsliklərində  tədris olunan təbii 

fəlakətlər çox səthi tədris olunsa da VIII - sinifdə tədris olunan “Azərbaycanın 

 205



fiziki coğrafiyası”, ”Azərbaycan Respublikasının İqtisadi və Sosial Coğrafiya-

sı” dərsliklərində  təbii fəlakətlərin belə  səthi tədris olunması  qəti qəbul 

olunmazdır. 

Azərbaycanda təbii fəlakətlərin ilbəil təkrarlanmasının, vurduqları zərər-

lərin çox kəskin surətdə artması göstərilən dərsliklərdə  təbii fəlakətlərə 

müstəqil saatların ayrılmasını tələb edir.  

 IX sinifdə cəmi həftədə 2 saat olmaqla tədris olunan “ Dünyanın iqtisadi 

və sosial coğrafiyası” dərsliyində “Bəşəriyyətin qlobal problemləri” adlı bir 

bölməyə 8 saat yer ayrılmışdır ki, bu bölmədə  əsasən müharibə  və sülh, 

ekoloji, demoqrafik, enerji və xammal, ərzaq və dünya okeanının problemləri 

ön plana çəkilmişdir. Lakin bu problemlərin yaranmasında da əsas səbəb kimi 

antropogen təsirlər haqda məlumat verilsə  də  təbii fəlakətlər yenə  də xatır-

lanmır. Qlobal problemlərin təsnifatında isə “ İnsan tələfatına səbəb ola bilən 

problemlər”-in içində bir kəlmə ilə “təbii fəlakətlər” ifadə olunub. Bundan 

başqa təbii fəlakətlərin təsnifatı, onların iqtisadiyyatda yaratdığı problemlər 

qətiyyən nəzərə alınmayıb.  

 X sinifdə həftədə bir saat tədris olunan “Yerşünaslıq” dərslıyində təbii 

fəlakətlər və onların ayrı-ayrı növlərinə ayrıca müstəqil bir mövzu kimi saat 

verilməsə  də ayrı-ayrı mövzuların tədrisi vaxtı  bəzi təbii fəlakətlərə çox 

məhdud yer ayrılmış, onlardan qorunmaq üçün nə etmək olar suallarına cavab 

olaraq çox səthi tövsiyyələr verilmişdir. Məsələn: “Zəlzələ zamanı nə etməli” 

başlığı ilə 5 bənddən ibarət  şagirdlərin bu hadisə zamanı özlərini necə apar-

maları haqda məlumat verilir. Bundan başqa ildırım və  şimşək baş verdiyi 

zaman “Unutmayın” başlığı altında cəmi 3 cümlə bu hadisələrə həsr olunub və 

belə hadisələrlə üzləşən  şagirdlərin necə davranmaları haqda məlumatlar 

verilir. Dolu haqqında bir cülə ilə “bəzi rayonlarda baş verən dolu hadisələri, 

onları  zərərsizləşdirən qurğular vasitəsilə dolu buludlarını necə  zərərsizləş-

dirmək” ifadəsi yer alıb. 

XI sinifdə  həftədə bir saat olmaqla tədris olunan “Türk Dünyası Coğ-

rafiyası" dərsliyində isə  təbii fəlakətlər haqqında heç bir cümlə  də öz əksini 

tapmamışdır. Bu barədə xatırlatma belə yoxdur. Türk Dünyasına daxil olan 

ölkələrin  ərazisində  hər il baş verən təbii fəlakətlər, oların yaratdığı prob-

lemlər, təsərrüfatlara vurduğu ziyan qətiyyən nəzərə alınmayıb.  

Ümumiyyətlə, Sovet hakimiyyəti illərində təbii fəlakətlər və onların vur-

duqları  zərərlərə dair məlumatlar məxfi olduğundan və sovet dövründəki 

dərsliklər ciddi senzuradan keçdiyi üçün, ümumtəhsil məktəblərində coğrafiya 

dərsliklərində  təbii fəlakətlərə dair məlumatlar çox ümumi şəkildə, çox 

məhdud həcmdə verilərdi. Ümumtəhsil məktəblərinin coğrafiya dərsliklərində 

təbii fəlakətlər mövzularına müasir dövrün tələblərinə uyğun yanaşılmalı  və 

imkan daxilində belə mövzuların tədrisinə müstəqil saat verilməsi daha 

məqsədəuyğun olardı.  

Göründüyü kimi, Azərbaycan üçün çox önəmli qlobal bir problem olan 

təbii fəlakətlərin ümumitəhsil məktəblərində tədrisinə belə münasibət, şagird-

 206



lərin təbii fəlakətlərin baş verdiyi vaxtlarda özlərini necə aparmaları haqda 

biliklərinin çox səthi olmasına səbəb olmuşdur. Buna məktəblilər arasında 

apardığımız  şifahi sorğu nəticəsində bir daha əmin olduq. Digər tərəfdən 

şagirdlərin bu sahədə bilik və  səriştələrinin olmaması, bilavasitə ümumtəhsil 

məktəbləri dərsliklərində bu problemə dair müstəqil saatların ayrılmaması ilə 

yanaşı, qeyd olunduğu kimi ümumtəhsil məktəblərinin VI–XI siniflərində gös-

tərilən problemə ümumilikdə çox məhdud həcmdə  cəmi 3-4 vərəq ayrıl-

masıdır. 

 Azərbaycanda nəinki şagirdlər arasında, ümumiyyətlə, ictimaiyyət ara-

sında təbii fəlakətlərə dair televiziyada, radioda, mətbuatda təbliğat işi yalnız 

Azərbaycanda bu və ya digər təbii fəlakətlərin baş verdiyi vaxt aparılır. Bunu 

bir daha 2010-cu il may-iyin aylarında Kür və Araz çaylarında baş vermiş 

daşqınların timsalında görmək olar. Bu daşqın  əsasən 16 inzibati rayonda və 

bir  şəhər  ərazisində ölkə iqtisadiyyatına son 100 ildə  ən çox zərər yetirmiş, 

əhatə etdiyi ərazilərin böyüklüyünə, uzun müddət davam etməsinə görə, 

Azərbaycan tarixində ən dəhşətli daşqın hadisəsi hesab edilə bilər. İlk dəfə res-

publikada daşqınlardan zərər çəkmiş insanlara yardım etmək üçün 2 ay müd-

dətinə müvəqqəti fəaliyyət göstərən “daşqın şəhərciyi” fəaliyyət göstərmişdir. 

Bu “şəhərcikdə” daşqınlar haqda apardığımız şifahi sorğuda burada müvəqqəti 

məskunlaşanlara “daşqınlar nədir və onlardan necə qoruna bilərsiniz” sual-

larına aldıgımız cavablarda nəinki məktəblilər, hətta digər qrup insanların da 

təbii fəlakətlər haqda biliklərinin də çox aşağı  səviyyədə olmasını müəyyən 

etdik. Bu məsələnin əsas səbəblərindən biri də Azərbaycanın ümumtəhsil mək-

təblərində  təbii fəlakətlərə  və onların tədrisinə, təbliğinə biganə münasibətin 

olmasıdır. 

Dünyanın inkişaf etmiş ölkələrinin ümumtəhsil məktəblərində təbii fəla-

kətlərin tədrisi və  təbliği məsələlərinə dövlətin müvafiq orqanları  tərəfindən 

xüsusi diqqət yetirilir, təbii fəlakətlər və onlardan necə qorunma məsələləri 

nəinki ümumtəhsil məktəblərundə, hətta uşaq bağçalarından başlanır. Yapo-

niya, ABŞ,  İngiltərə, Avstraliya, İsrail,  İndoneziya və s. kimi ölkələrdə  təbii 

fəlakətlər ümumtəhsil məktəblərində tədris olunur. Göstərilən sahə üçün ixti-

saslı kadrlar hazırlayan liseylər, kolleclər fəaliyyət göstərir. Baş verə biləcək 

hər bir təbii fəlakətə qarşı şagirdlərdə bilik və vərdişlər aşılanır. Göstərilənlə-

rin nəticəsi olaraq qeyd olunan ölkələrin şagirdləri arasında təbii fəlakətlərdən 

ölənlərin sayı çox az sayda olması ilə seçilir. Buna misal olaraq 2010-cu ilin 

dekabr ayında Yaponiyada 7,5 bal gücündə olmuş zəlzələ nəticəsində ölənlər 

və zədə alanlar cəmi 5-10 nəfər oldugu halda, Əfqanıstanda 6,5 bal gücündə 

olmuş zələzələdən ölənlərin sayı 1000 nəfərlərlə olmuşdur.  

ABŞ-da ümumtəhsil məktəblərində dərs vaxtı siniflərdə 6-7 bal gücündə 

süni zəlzələ yaradırlar və bu zaman şagirdlərin belə “dağıdıcı” zəlzələlərdən 

özlərini necə qorumaları, əyani bir vasitə kimi təbii fəlakətlərə dair mövzular 

tədris olunarkən nümayiş etdirilir. Belə  təbliğat məsələlərinə televiziyada da 

geniş yer verilir. Azərbaycanda tədris müəsisələrində isə belə metodlardan 

 207



istifadə olunmur. Ümumtəhsil məktəblərinin şagirdləri ilə təbii fəlakətlər olan 

ərazilərə çox nadir hallarda ekskursiyalar təşkil olunduğundan, onların təbii 

fəlakətlərin real olaraq nə olması haqda bilikləri, demək olar ki, çox aşağı 

səviyyədədir.  

Yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar: 

Dünya əhalisinin 3,5 – 4 mlrd. nəfəri, Azərbaycan əhalisinin isə 2 mln. 

nəfəri müxtəlif təbii fəlakətlərin olma ehtimalı olan ərazilərdə məskunlaşaraq, 

dünyada ildə orta hesabla 250 – 300 min. nəfər, Azərbaycanda isə 10-15 nəfər 

insan təbii fəlakətlər nətəcəsində həyatını itirir. 

Təbii fəlakətlər hər il dünya iqtisadiyaytına 70-80 mlrd. ABŞ dolları, 

Azərbaycanda isə 30-50 mln. ABŞ dolları miqdarında zərərlər vurur. 

Azərbaycanda ümumtəhsil məktəblərinin VI-XI siniflərində  tədris olu-

nan coğrafiya fənninin tədrisinə bütün dərsliklərdə  həftədə  cəmi 2 saat vaxt 

ayrılır. Coğrafiya fənni üçün ayrılmış saatların belə azlığı  təbii fəlakətlərin 

ümumtəhsil məktəblərində  tədrisinə müstəqil saatların ayrılmasına imkan 

vermir. 


Azərbaycanda təbii fəlakətlər və onlardan necə qorunmağa dair təbliğat 

işləri təbii fəlakətlərin baş verdiyi vaxtlarda aparılaraq sanki “reklam” xa-

rakteri daşıyır. Halbuki bu işlər təbii fəlakətlərin baş verməsindən asılı olma-

yaraq bütün il boyu aparılmalı  və ölkə  əhalisinin bu sahədə bilikləri real 

vəziyyətdə insanların təbii fəlakətlərdən necə qorunmalarına yönəldilməlidir. 

  

ƏDƏBİYYAT 

1.

 

Осипов  В.И.  Природные  катастрофы  на  рубеже XXI века.  Вестник  РАН. 2001, т. 



71, №24, 291-302 с. 

2.

 



Babaxanov N.A. Bakı Dövlət Universitetində  təbii fəlakətlərin “TF” tədrisinə dair”// 

İkinci Beynəlxalq Simpoziumun materialları. Bakı, 2002, s. 204 -206. 

3.

 

Babaxanov N.A.Təbii fəlakətləri ram etmək olarmı? Bakı, 2006, s. 215. 



4.

 

Əlizadə E.K, Seyfullayeva N.S. Coğrafiya. VI sinif üçün dərslik (Ümumi Fiziki Coğ-



rafiya). Bakı: Azərbaycan, 2009, 141 s. 

5.

 



Alxasov O.K, Ələsgərov D.M, Pənahov  Ş.M, Məmmədov R.İ. Materiklərin və Okean-

ların Fiziki Coğrafiyası, VII sinif üçün dərslik. Bakı: Təhsil, 2009, 240 s. 

6.

 

Budaqov B.A, Qəribli Y.Ə. Azərbaycan Respublikasının Fiziki Coğrafiyası, VIII sinif 



üçün dərslik. Bakı: Aspoliqraf, 2008, 126 s. 

7.

 



Göyçaylı Ş.Y, Əyyubov N.H, Allahverdiyev N.N, Azərbaycan Respublikasının İqtisadi 

və Sosial Coğrafiyası, VIII sinif üçün dərslik. Bakı: Xəzər,  2005, 94 s. 

8.

 

Alxasov O.K., Qəribov Y.Ə., Bağmanlı A.Z. Dünyanın İqtisadi və Sosial Coğrafiyası, IX 



sinif üçün dərslik. Bakı: Aspoliqraf, 2010, 142 s.  

9.

 



Müseyibov M.A, Əlizadə E.K, Seyfullayeva N.S. Coğrafiya (Yerşünaslıq), X sinif üçün 

dərslik. Bakı: Çaşıoğlu, 2010, 118 s.  

10.

 

Müseyibov M.A, Əfəndiyev V.Ə, Seyfullayeva N.S. Türk Dünyası Coğrafiyası, XI sinif 



üçün dərslik. Bakı: Aspoliqraf, 2010, 126 s.  

  

 208




ПРО ОБУЧЕНИЕ О СТИХИЙНЫХ БЕДСТВИЯХ В 

ОБЩЕОБРАЗОВАТЕЛЬНЫХ ШКОЛАХ АЗЕРБАЙДЖАНА 

 

Н.А.БАБАХАНОВ, М.Р.МУСАЕВА, Ч.А.САМЕДЛИ 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  причины  проявления  и  ежегодное  увеличение 

ущербов,  наносимых  стихийными  бедствиями  в  Азербайджане,  которые  очень 

поверхностно  изучаются  в  географических  учебниках VI–XI классов.  В  школах  не 

уделяются  самостоятельные  часы  по  изучению  стихийных  бедствий  и,  поэтому  среди 

учащихся школ, знания по изучению стихийных бедствий очень поверхностны. В конце 

статьи даются обоснованные предложения об улучшении предподавания географии VI–

XI классов и изучении вопросов стихийных бедствий. 

 

Ключевые  слова:  cтихийные  бедствия,  общеобразовательные  школы,  учебник, 

класс, обучение, глобальные проблемы.  

 

 

ON THE STUDY OF DISASTERS IN THE SECONDARY  



SCHOOLS OF AZERBAIJAN 

 

N.A.BABAKHANOV, M.R.MUSAYEVA, Ch.E.SAMADLI 

 

SUMMARY 

 

The article studies the causes of natural disasters, their annual intensity and harm. It is 

noted that despite its urgency, the problem is superficially elucidated in textbooks of 

Geography of the 6

th

 – 11


th

 forms in secondary schools..  

 

Key words: disasters, schools providing general education, textbook, class, teaching, 

global problems.  



 

Redaksiyaya daxil oldu: 10.03.2011-ci il 

Çapa imzalandı: 27.05.2011-ci il 

 

 

 

 

 

 

 



 

 

 



 

 209

Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə