Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
  1   2   3   4   5   6   7   8   9   ...   13


                  

        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan 

 

 

          Xurşidbanu Natəvanın 185 illik yubileyi münasibətilə mərkəzi

 

          kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd 



          kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

 

 

 

 

                                               Bakı-2017 


 

Tərtibçi:                                           Ruhiyyə Məmmədli                                          



 

                                              Sevil Əhmədova  

 

Redaktor:                                         Səməd Məlikzadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 



buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



Tək  inci  kimi  parlayan  Xan  qızı  Xurşidbanu  Natəvan: 

metodik vəsait / tərt.ed.:R.Məmmədli; red. S.Məlikzadə; ixt red. 

və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2017.-49s.  

                                                                                                                                

  

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 

 




 

                                           Tərtibçidən 



 

 Azərbaycan  xalqının  ədəbiyyatımıza  bəxş  etdiyi  nadir 

şəxsiyyətlərdən  biri  də  poeziyamızın  iftixarı  Xurşidbanu 

Natəvandır.  Xurşidbanu Natəvanın parlaq bədii istedada malik 

söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli 

yeri  vardır.  Klassik  ədəbi  ənənələrimizi  yaşadan,  yüksək 

humanizm  ideyaları,  dərin  lirizm  ifadə  edən  yaradıcılığı  və 

unikal  şəxsiyyəti  sayəsində  Natəvan  dövrün  ədəbi  mühitinin 

formalaşmasına  mühüm  təsir  göstərərək  xalqımızın  mədəni 

irsinin  zənginləşməsinə  töhfələr  vermiş,  dolğun  ictimai 

fəaliyyəti ilə tanınmışdır. 

 Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində 

lirik  şair  və  rəssam  kimi  şöhrət  tapmışdır.  Nizami,  Füzuli  və 

Nəvai  kimi  nəhəng  sənətkarların  yüksək  poetik  ənənəsindən 

tərbiyə  alıb  böyüyən  Natəvan,  ötən  yüzillikdə  Azərbaycanda 

yazıb-yaradan  qadın  şairələrin  ən  istedadlı  nümayəndəsi 

olmuşdur.  O,  yüksək  şeir  mədəniyyəti,  orijinal  yaradıcılığı  ilə 

M.F.Axundov,  Q.Zakir  və  S.Ə.Şirvani  kimi  görkəmli  ədəbi 

simaların  nəzər-  diqqətini  cəlb  etmişdir.  Klassik  irsə  dərindən 

yiyələnən  Xurşidbanu  Natəvan  Azərbaycan  şeirinin  gözəl 

xüsusiyyətlərini ləyaqətlə davam etdirmiş və qüvvətli rübabı ilə 

poeziyamıza təsir göstərmişdir. 

Bu  vəsaiti  Xurşidbanu  Natəvanın  185  illik  yubileyi 

münasibətilə  sizə  təqdim  edirik.  Vəsaiti  sizə  təqdim  etməkdə 

əsas  məqsədimiz    oxucuların    Xurşidbanu  Natəvan  haqqında  

olan    məlumatlarını  daha  da  artırmaqdır.  “Tək  inci  kimi 



parlayan  Xan  qızı  Xurşidbanu  Natəvan”  adlanan  metodik 

vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən  ibarətdir. 

Vəsaitin  “Giriş”  hissəsində  Xursidbanu  Natəvanın  həyat  və 

yaradıcılığından  söhbət  açılır.  Vəsaitin  ikinci  hissəsində 

kitabxanalarda keçiriləcək tədbirlərdən bəhs olunur.  

 

 




 

                             I Bölmə:  Həyat və yaradıcılığı 



 

   Xurşidbanu  Natəvan  adı  çoxdan  bəri  dillərə  düşmüş,  el 

arasında hörmətlə  yad edilən, sevilən, əzbərlənən və haqqında 

gözəl rəvayətlər yaranan həssas şairə, vətənpərvər şəxsiyyətdir. 

Natəvanın insana məhəbbət, həqiqətə inam və xeyirxah əməllərə 

ümid  dolu  poeziyası  həmişə  təzədir.  Natəvan  yaradıcılığı  öz 

mayasını, qaynaqlarını təbiətin munis gözəlliklərindən, baharın 

həyat qoxulu nəfəsindən, torpağın ətrindən götürmüşdür. Onun 

həyatının  məna, fikir, doğruluq və  gözəllik  dolu mərhələlərinə 

baş vurduqca, insan qəlbən zənginləşir. 

Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən 

başlamışdır.  İlk  vaxtlar  onun  “Xurşid”  imzası  ilə  yazdığı 

şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib 

çatmışdır.  1870-ci  ildən  etibarən  şairə  özünə  “Natəvan” 

(köməksiz,  zəif,  xəstə)  təxəllüsü  götürərək,  dərin  məzmunlu 

qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə 

düşmüş,  müasirləri  arasında  əlyazma  şəklində  yayılmışdır. 

Təxəllüsündən bəlli olduğu kimi, Xurşidbanu Natəvan şeirimizə 

narahat  bir  ilhamla,  şikayətçi  bir  ruhla  gəlmişdir.  Füzulidə 

olduğu  kimi,  onun  lirikasında  da  sevinclə  kədər  birləşərək 

vəhdət  yaratmışdır.  Şair  bu  təzadların  arxasında  dayanaraq, 

ictimai  ziddiyyətlərin  dərin  fəlsəfi  mənasını  axtarmış,  ədalətlə 

haqsızlığı, səadətlə bədbəxtliyi törədən səbəblərin mahiyyətini 

açmağa  çalışmışdır.  Arzuları  və  həyat  həqiqətləri  arasında 

böyük  uçurum  olduğunu  dərk  edən  Natəvan,  nə  cəmiyyət  və 

təbiət qanunları ilə, nə də yaradılışla barışa bilməmişdir: 

  

     Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı! 



                 Nə də bu aləm əra dil müqəyyədi-qəm olaydı! 

Şair burada insanlara zindan kəsilən feodal dünyasının ədalətsiz 

qanunlarına  öz  narazılığını  bildirmişdir.  Lakin,  Xurşidbanu 

şeirlərində  romantik  boyalara,  sentimental  əhvali-ruhiyyəyə 

üstünlük versə də, real zəmindən uzaqlaşmamış, həyata, varlığa 

biganə  qalmamışdır.  Onun  əsərlərində  həyat  gözəlliklərinə 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə