Təklifin qiymət elastikliyi Elastiklik



Yüklə 11,05 Kb.
tarix05.02.2018
ölçüsü11,05 Kb.
#25113

Ad

Soyad



Fakültə

Mövzu


Qrup

Kurs


Təklifin qiymət elastikliyi

Elastiklik — İqtisadi nəzəriyyədə bir göstəricinin digər göstəricinin dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsü. Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. 

Təklifin qiymət elastikliyi

Təklifin qiymət elastikliyi təklifin həcminin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini ölçür. Bu əmtəənin xüsusiyyəti ilə sıx bağlıdır. Belə ki, əgər sahibkar artan tələb qarşısında istehsalını rahatlıqla artıra bilirsə, qiymət elastikdir. Əgər mümkün deyilsə, qeyri-elastikdir.

Məsələn, əgər dağ xizəyinin qiyməti qalxarsa, istehsalçı yeni bir xizək meydancası tikmək məqsədilə dağ kəşf edə bilməyəcəyi üçün burada istehsalın artırılması imkanları məhduddur. Bu səbəbdən bu məhsulun təklifi qeyri-elastikdir. Digər bir məhsula nəzər yetirək. Meyvə şirəsinin qiyməti qalxdıqda, istehsalçı çox rahat bir şəkildə iş rejimini artırır, daha çox xammal cəlb edir və istehsalı artırır. Belə məhsullar elastikdir.

Qiymətə görə təklifin elastikliyi və onu müəyyən edən amillər 
Təklif qanununa görə, əmtəənin qiymətinin artması təklifin həcminin artmasına gətirib çıxarır. Qiymətə görə təklifin elastikliyi qiymətin dəyişməsi ilə təklifin həcmindəki dəyişikliyin dərəcəsini əks etdirir. Əgər qiymətin dəyişməsi təklifin həcminin əhəmiyyətli dəyişməsinə səbəb olarsa, əmtəə təklifi elastik adlanır. Əgər qiymətin dəyişməsi əmtəə təklifinin həcminə az təsir edərsə, bu zaman təklif qeyri-elastik olacaqdır. 
Təklifin qiymət elastikliyi satıcıların istehsal olunan məhsulların həcminin asanlıqla dəyişdirilə bilməsi imkanlarından asılıdır. Məsələn, sahilyanı zolaqda yerləşən torpaqlar qeyri-elastik təkliflə xarakterizə olunurlar, çünki onları genişləndirmək praktiki olaraq mümkün deyil. Əksinə, kitab, avtomobil, televizor kimi əmtəələr isə elastik təkliflə xarakterizə olunurlar, çünki firma-istehsalçılar məhsulun qiyməti artdıqda, məhsul buraxılışını əhəmiyyətli dərəcədə artırmaq imkanına malikdirlər.
Əksər bazarlarda təklifin qiymət elastikliyini müəyyən edən əsas determinantlara qısa dövrdə baxılır. Qısamüddətli dövrlə müqayisədə uzunmüddətli dövrdə təklif daha elastikdir. Şirkətlərə istehsal güclərini məhdudlaşdırmaq və ya genişləndirmək üçün müəyyən müddət tələb olunur. Beləliklə, qısa dövrdə təklifin həcmi qiymət dəyişkənliyinə zəif reaksiya verir. Əksinə, kifayət qədər uzun vaxt kəsiyi şirkətlərə yeni istehsalın qurulması və ya köhnələrin bağlanması üçün imkan verir və deməli, uzun müddət dövründə təklifin həcmi qiymətin dəyişməsinə əhəmiyyətli reaksiya verir.

Qiymətə görə təklifin elastikliyinin hesablanması


Təklifin qiymət elastikliyi haqqında bəzi təsəvvürlərimüz olduğundan, indi daha dəqiq olmağa çalışaq. Iqtisadçılar qiymətə görə təklifin elastikliyini faizlə ifadə olunan təklifin həcminin dəyişməsinin faizlə ifadə olunan qiymətin dəyişməsinə olan nisbəti kimi hesablayırlar. Başqa sözlə:
http://kayzen.az/uploads/images/c/8/a/0/352/6a85aa8dec.png
Fərz edək ki, 1 litr südün qiyməti 2,85 dollardan 3,15 dollara qalxmışdır. Istehsalın aylıq həcmi isə 9 min litrdən 11 min litrə qədər yüksəlmişdir. Orta nöqtə üsulundan istifadə edərək, faizlə ifadə olunan əmtəənin qiymətinin dəyişməsini hesablayaq:
http://kayzen.az/uploads/images/f/7/2/9/352/e1e37acf0c.png
Bu yolla təklifin faizlə dəyişməsini də hesablayaq:
http://kayzen.az/uploads/images/3/c/7/9/352/cdee071898.png
Bu halda qiymətə görə təklifin elastikliyi bərabərdir:
http://kayzen.az/uploads/images/5/6/6/4/352/d2937b3d44.png

Bizim misalda elastiklik 2,0 bərabər olur, deməli, südə olan tələbin həcmi qiymətin dəyişməsi ilə müqayisədə 2 dəfə sürətli olmuşdur.
Yüklə 11,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə