Təkliflərin Qəbulu Kənd təsərrüfatı peşə təhsili üçün modulların hazırlanması üçün



Yüklə 80,83 Kb.
tarix24.02.2018
ölçüsü80,83 Kb.
#27826



Təkliflərin Qəbulu
Kənd təsərrüfatı peşə təhsili üçün modulların hazırlanması üçün


Tarix:

31 October 2016


British Council haqqında


British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları təqdim edən beynəlxalq təşkilatıdır. Məqsədimiz Birləşmiş Krallıq ilə dünyanın hər bir yerində yaşayan insanlar arasında ideyalar və biliyin mübadiləsilə əlaqə və inam formalaşdırmaqdır. Bu məqsədlərə çatmaq üçün təşkilat təhsil, elm, İngilis dili və incəsənət sahələri üzrə fəaliyyət göstərir. 2015 ildə British Council öz proqramları, məhsulları və xidmətləri ilə dünyada 670 milyon nəfərə çıxış əldə edib.


British Council 1934-cü ildə təsis edilib və 1940-cı ildə Kral Xartiyasına qoşulub. İngiltərə və Uelsdə (qeydiyyat nömrəsi: 209131), eləcə də Şotlandiyada (qeydiyyat nömrəsi: SCO37733) xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilat həmçinin Britaniya Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi department hesab olunmayan icra-edici dövlət qurumudur.

Öz xartiyasında başlıca olaraq növbəti xeyriyyəçilik istiqamətləri bəyan edilib:



    • Mədəni əlaqələri təbliğ etmək və Birləşmiş Krallığın və digər ölkələrin insanları arasındakı fərqli mədəniyyətləri başa düşmək;

    • Birləşmiş Krallığın geniş biliyini təbliğ etmək;

    • İngilis dili ilə bağlı geniş bilik formalaşdırmaq;

    • Birləşmiş Krallıq və digər ölkələr arasında mədəni, elmi, texnololoji və təhsil əlaqələrə hər iki tərəfi həvəsləndirmək;

    • Eləcə də təhsilin üstünlüklərini təbliğ etmək.

Dünyanın 110-dan artıq ölkəsində fəaliyyət göstərən British Council-da dünya üzrə 7000-dən artıq əməkdaş çalışır. London, Mançester, Belfast, Kardif və Edinburq şəhərlərində fəaliyyət göstərməklə British Council-in baş ofisi Birləşmiş Krallıqdadır.


Ətraflı məlumatı www.britishcouncil.org internet səhifəsindən əldə etmək olar.
Bizim Azərbaycandakı işimiz təhsil, İngilis dili və incəsənət sahələri üzrədir. Bizim peşə təhsili sahəsində bacarıqların inkişafına yönəli müxtəlif fəaliyyətlərimiz var. British Council Avropa Birliyi tərəfindən maliyyələşdirilən peşə təhsili üzrə 2008-2011-ci illərdə İsmayıllıda turizm kollecinin yaradılması layihəsini uğurla icra etmişdir. Bundan əlavə British Council Azərbaycanda müxtəlif sənaye sahələri ilə əməkdaşlıq sayəsində peşə məktəbləri və kolleclərin tələbələrinin bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş bir sıra layihələri gerçəkləşdirmişdir.

Layihə haqqında

British Council Azərbaycan BP və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əmək bazarının tələblərinə cavab vermək məqsədilə Kənd təsərrüfatı istiqamətli peşə təhsili müəsissələri üçün yeni modulların hazırlanması pilot layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Bitkiçilik və Aqroservis mütəxəssislərinin hazırlanması nəzərdə tutulub.


Layihənin başlıca benefisiarı Qəbələ Peşə Məktəbidir (QPM). Nəzərdə tutulan ixtisaslar geniş miqyaslı proqramın tərkib hissəsi olaraq milli zəmində əmək bazarının kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış kadr tələbini ödəmək məqsədi ilə QPM-də təqdim edilir. QPM-də başlıca istiqamət kənd təsərrüfatıdır. Bura böyük peşə məktəbidir və regionun iqtisadi inkişafında vacib rol oynayır.
Burada infrastrukturun və təhsilin keyfiyyətinin yaxşılaşdırılması regionun əlavə dəyər qazanmasını təmin edəcək. Məktəbdə tədris olunan peşələrin davamlı olaraq bazarın tələblərinə cavab verməsi üçün şagirdlər ilə yanaşı pedaqoji heyətin də davamlı olaraq yeni bacarıq və texnikalar haqqında məlumatlandırılması tələb olunur.
Layihədə həmçinin bu sahədə uğurları olan Birləşmiş Krallıqdan seçilmiş partnyorun və təcrübəsindən də istifadə ediləcək. Belə ki, layihə üçün seçiləcək kənd təsərrüfatı üzrə ixtisaslaşmış ekspertlər Birləşmiş Krallıqdan dəvət olunacaq partnyor tərəfindən təşkil ediləcək potensialın inkişafı təlim sessiyasında iştirak edəcəklər.
Yerli mütəxəssislər sonradan milli tələblərə uyğun olaraq müvafiq modulların yaradılmasına cavabdeh olacaqlar. Layihənin başlıca məqsədlərindən biri də seçilmiş Birləşmiş Krallıq partnyoru ilə yenicə yaradılmış Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə institutionsal əməkdaşlıq əlaqələrin qurulmasını təmin etməkdir.


İşin təsviri /Xüsusiyyəti


Layihə çərçivəsində British Council Azərbaycan peşə təhsili sektoru üzrə ixtisaslaşmış hüquqi şəxs kimi qeydiyyatdan keçmiş yerli şirkət/təşkilat və ya fərdi ekspertlərin seçimi ilə bağlı təklifləri qəbul edir. Ekspertlər ümumilikdə 12 modul üçün tədris vəsaitləri və qiymətləndirmə formasının hazırlanmasına cəlb olunacaqlar. Nəzərdə tutulan 12 moduldan 3-ü Bağçılıq istiqamətli, 9-u isə Bitkiçilik mütəxəssisi və Aqroservis mütəxəssisi ixtisasları üzrədir. Eləcə də ekspertlər hazırlanmış modullar əsasında QPM-dəki müəllimlərin tədris prosesində yeni modullar üzrə müvafiq bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimçilərin təlimatlandırılmasını da həyata keçirməlidirlər. Bu tender üçün müraciət edən istənilən şirkət/təşkilat və ya fərdi ekspert əgər hər hansı bir sahə üzrə ixtisaslaşıbsa, layihədə müvafiq hissəni icra edə bilər. British Council bütün 12 modulun hazırlanmasına cəlb olunacaq şirkət/təşkilat/fərdi ekspertlərin işinin koordinasiyasına cavabdehlik daşıyır.


Materiallar hazırlanmamışdan öncə seçilmiş şirkət/təşkilat/ekspertlər 3 günlük potensialın inkişaf etdirilməsi təlim proqramına cəlb olunacaqlar ki, bu da modulları yazacaq şəxslərin kənd təsərrüfatı üzrə innovativ kurikulumun hazırlanması üçün tələb olunan bilik və bacarıqlarla təmin edəcək. Təlim noyabrın sonu və ya dekabrın əvvəli layihə üçün Birləşmiş Krallıqdan seçilmiş və kənd təsərrüfatı peşə təhsili üzrə kurikulum və modulların hazırlanması üzrə müvafiq təcrübəsi olan partnyor tərəfindən keçiriləcək. 3 günlük təlim İngilis dilində keçiriləcək və tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə ediləcək.
Daha sonra 2016-cı ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər yerli ekspertlər kənd təsərrüfatı ixtisasları olan Bağçılıq ixtisaslaşması, Bitkiçilik mütəxəssisi və Aqroservis mütəxəssisi ixtisasları üzrə dərslik (tələbələr üçün), tədris vəsaiti (müəllimlər üçün) və qiymətləndirmə vəsaitləri (tələbələr üçün) hazırlayacaqlar və bütün işləri yekunlaşdıracaqlar. Tədrisin birinci, baza ili Bağçılıq ixtisaslaşması üzrə (3 modul və cəmi 120 saat, Bitkilər və Onların istifadəsi: Əkin və Qulluq tədbirləri; Bağçılıqda istehsalın təşkili) 2017-ci ilin fevral ayına qədər və tədrisin ikinci ili üçün nəzərdə tutulan Bitkiçilik mütəxəssisi (5 modul və cəmi 1320 saat, Taxılçılıq, Yağlı bitkilər, Qarğıdalı əkini, Cərgəarası bitkilərin əkini, Pambıqçılıq) və Aqroservis mütəxəssisi (4 modul və cəmi 1320 saat, Kənd təsərrüfatı maşınlarına texniki xidmət, Kənd təsərrüfatı maşınlarının təmiri, Kənd təsərrüfatı maşınlarından istifadə, Kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi) ixtisasları üzrə işlər 2017-ci ilin may ayına qədər hazırlanmalıdırlar. Müvafiq olaraq hər bir modul üçün hazırlanan qiymətləndirmə vəsaiti modullar üzrə biliklərin qiymətləndirilməsi üçün istifadə ediləcək.
Öncədən həmçinin British Council ilə hazır olunan modullar üzrə şirkət/təşkilat/ekspertin Qəbələdə QPM üçün Təhsil Nazirliyi tərəfindən işə götürülmüş müəllimlərə hər bir modul üzrə təlimlərin keçirilməsi cədvəli razılaşdırır. İlkin olaraq hər dəfə 2 ekspertin olduğu 6 görüs planlaşdırılıb. Təklif edilir ki, Qəbələyə 4 günlük təlim proqramı hazırlansın və hər səfərdə 2 modul üzrə təlim verilsin.

Müraciət edən şirkət/təşkilat/ekspertlərin CV formaları ilə birgə layihədə göstərilən son tarixə qədər əlavədə göstərilən təklif formalarını da təqdim etmələri gözlənilir.


Şirkət/Təşkilat/Ekspertlərin müvafiq rol və öhdəlikləri
Hazırlanacaq modullar üzrə əməliyyat planının hazırlanması və hər bir modul üzrə tələb olunan materialların hazırlanması cədvəlini təsvir etmək
Cəlb olunacaq bütün ekspertlərin potensialın inkişafı təlim proqramına cəlb olunmasını təmin etmək
British Council-in layihə meneceri ilə iki həftədən bir olan məlumatverici görüşlərin təşkili
British Council, BP və Təhsil Nazirliyinin nümayəndələrinin daxil olduğu layihə idarəetmə komandası ilə aylıq görüşlərin təşkili:

  • Razılaşdırılmış əməliyyat planına uyğun yeniliklərin bölüşülməsi

  • Modulun hazır olan hissələrindən nümunələrin paylaşılması

  • Layihəyə modulların yazılmasına və ya konsultasiya üçün cəlb olunmuş şəxslərlə görüşmək

  • Layihənin maraqlı tərəflərinin rəyini öyrənmək

Seçilmiş şirkət/təşkilat ekspertlərin işinin koordinasiyasını həyata keçirir, nəzərdə tutulmuş tapşırığın yerinə yetirilməsində lazımi dəstəyi göstərir, həmçinin ekspertlərlə daxili görüşləri təşkil edir ki, sonda hazırlanacaq yekun məhsulun tərkib hissələri olan modullar hər 3 istiqamət üzrə ümumi konsepsiyaya uyğun gəlsinlər. İstiqamətlər, Bağçılıq ixtisaslaşması və Bitkiçilik mütəxəssisi və Aqroservis mütəxəssisi ixtisaslarıdır. Əgər layihəyə fərdi ekspertlər cəlb olunacaqsa onların koordinasiyasını British Council özü həyata keçirəcək.
Seçilmiş şirkət/təşkilat cəlb olunmuş ekspertlərin tələb olunan tapşırıqların, dərsliyin, tədris vəsaitlərinin və qiymətləndirmə vəsaitinin nəzərdə tutulan son tarixlərə qədər hazırlanmasını təmin edir. Fərdi ekspertlərin bu istiqamət üzrə koordinasiyasını British Council həyata keçirəcək
Seçilmiş şirkət/təşkilat hazırlanacaq materialların praktik və qlobal səviyyədə kənd təsərrüfatı və peşə təhsili sektoru üzrə innovasiyaları əks etdirməsini təmin etməlidir. Qeyd edək ki, bu faktor seçilmiş şirkət/təşkilat/ekspert tərəfindən yerinə yetirilmiş tapşırıqların monitorinqi və qiymətləndirməsi üçün meyarlardan biri olacaq
Bütün modullar üzrə hazırlanmış materialların əsasında təlimçilərin təlimatlandırılması üçün təlim materialların hazırlanması
Qəbələdə razılaşdırılmış cəvdəl üçün bütün modullar üzrə təlimçilərin təlimatlandırılmasını həyata keçirtmək
Əgər Təhsil Nazirliyi və ya onun nəznində olan müvafiq təşkilat tərəfindən materiallar ilə bağlı hər hansı bir düzəliş şərhi və rəy olarsa hazırlanmış materiallarda tələb olunan düzəlişləri etmək
Hazırlanan materialların Təhsil Nazirliyinin müvafiq standartlarına və Təhsil Nazirliyində QRİF üçün müraciət edilməsinə uyğun gəlməsini təmin etmək
Şirkət/təşkilat/ekspert hazırlanan materialların British Council və BP təşkilatlarının Sağlamlıq və Təhlükəsizlik, Bərabərlik və Müxtəliflik, Uşaqların Müdafiəsi siyasətlərinin tələblərinə uyğun gəlməsini təmin etməlidir. Müvafiq sənədlər imzalanacaq müqaviləyə əlavə ediləcək.
Ekspertlərin qlobal səviyyədə tanınan müəllif hüquqları qaydalarına əməl etməsi gözlənilir ki, bu da özündə hər hansı bir mətnin və ya şəkilin istifadəsi zamanı onun əsl mənbəsinin göstərilməsini əhatə edir. Seçilmiş şirkət/təşkilat, həmçinin fərdi ekspertlər dərsliklərin və digər tədris vəsaitlərinin hazırlanması zamanı plaqiatlıq tələblərinə əməl edilməsini təmin etməlidirlər. British Council tərəfindən etika, plaqiatlıq və biznesin aparılması üzrə gözləntilər yazılı formada layihəyə materialların hazırlanması üçün cəlb olunacaq şəxslərə təqdim ediləcək.
Layihənin Monitorinqi və Qiymətləndirilməsi prosesinə öz töhvəsini vermək
Maliyyələşdirmə

12 modul üçün materialların hazırlanması ilə yanaşı ekspertlər üçün təlimçilərin təlimatlandırılması proqramları üzrə xərclər British Council Azərbaycan tərəfindən qarşılanacaq. Bu xərclərə təlimçilər üçün ödəniş, təlim materiallarının çap edilməsi, Qəbələyə və Bakıya geri səfərlər, Qəbələdə gecələmə və yemək xərcləri daxildir. Qəbələdə təlim iştirakçıları üçün nahar və kofe fasilələri British Council tərəfindən ödəniləcək. Şirkət/təşkilat/ekspert ödənişi British Council ilə olan müvafiq müqavilə əsasında əldə edəcək.


Xüsusi qeydlər

Qəbələdəki təlimçilərin təlimatlandırılması proqramlarının tarixləri modullar üzrə işlərin yekunlaşdırılması və ekspertlərin uyğunluluğuna əsasın qarşılıqlı olaraq razılaşdırılacaq.

British Council Azərbaycan Qəbələdəki təlimlərin təşkilinə və loqistika birbaşa cavabdeh olacaq.

Təlim sesiyyaları zamanı British Council və BP Qəbələyə monitorinq səfərləri təşkil edəcək.


Cədvəl

Birləşmiş Krallıqdan olan partnyor tərəfindən potensialın artırılması təlim proqramı – 2016-cı il noyabrın sonu, dekabrın əvvəli

Bağçılıq ixtisaslaşması üzrə 3 modulun hazırlanması (dərslik, tədris vəsaitləri və qiymətləndirmə vəsaiti) – 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar ayı

Bağçılıq ixtisaslaşmasının 3 modulu üzrə təlimçilərin təlimatlandırılması təlimlərinin keçirilməsi – 2017-ci ilin yanvar ayı

Aqroservis mütəxəssisi ixtisası üzrə 4 modulun hazırlanması (dərslik, tədris vəsaitləri və qiymətləndirmə vəsaiti) – 2017-ci ilin yanvar və avqust ayları

Aqroservis mütəxəssisi ixtisasının 4 modulu üzrə təlimçilərin təlimatlandırılması təlimlərinin keçirilməsi – 2017-ci ilin mart və avqust ayları

Bitkiçilik mütəxəssisi ixtisası üzrə 5 modulun hazırlanması (dərslik, tədris vəsaitləri və qiymətləndirmə vəsaiti) – 2017-ci ilin yanvar və avqust ayları

Bitkiçilik mütəxəssisi ixtisasının 5 modulu üzrə təlimçilərin təlimatlandırılması təlimlərinin keçirilməsi – 2017-ci ilin mart və avqust ayları


Ekspertlik

Təchizatçı(lar) tələb olunan xidmətləri müvafiq peşəkarlıqla icra edə bilmələri üçün növbəti şərtlərə cavab verməlidirlər:




  • Təhsili əmək bazarının ehtiyaclarına əlaqələndirmək üzrə yüksək səviyyədə biliklər

  • Təlimçilərin təlimatlandırılması proqramlarının keçirilməsi üzrə bilik və təcrübə

  • Azərbaycan peşə təhsili sahəsi üzrə kurikulumların hazırlanması üzrə təcrübə

  • Kənd təsərrüfatı təhsilinə yönəli proqramlar üzrə təcrübə, müvafiq sahələr və ixtisaslar (aqroservis və bitkiçilik ixitsasları və müvafiq fənlər) üzrə təcrübə

Əgər şirkət/təşkilat seçilərlərsə, mütləq olaraq onun nəzərdə tutulan iş qrafiki üzrə tapşırıqları yerinə yetirə biləcək ekspertlərin olması vacibdir. Eyni icraat cədvəli fərdi ekspertləri üçün də keçərlidir:


Cədvələ uyğun icraat tapşırıqları:


  • Əməliyyat planı və əsas performans göstəriciləri – Bu sənədlər təchizatçılar ilə müqavilə imzalanandan 2 həftə müddətində müzakirə edilib hazırlanmalıdır

  • Görüşlərin cədvəli – Seçilmiş şirkət/təşkilat və ekspertlərlə razılaşdırlacaq. Əgər birdən çox təchizatçı seçilərsə qrup görüşləri öncədən razılaşdırılacaq

  • Hesabat cədvəli – Müqavilə imzalamamışdan öncə razılaşdırılacaq

  • Bütün modullar üzrə dərsliklər – Müəyyən edilmiş son tarixlərə əsasən. Bütün ekspertlər seçildikdən sonra hər bir modul üzrə son tarixlər müəyyən ediləcək

  • Bütün modullar üzrə tədris vəsaitlərinin hazırlanması – Müəyyən edilmiş son tarixlərə əsasən. Bütün ekspertlər seçildikdən sonra hər bir modul üzrə son tarixlər müəyyən ediləcək

  • Bütün modullar üzrə qiymətləndirmə vəsaitlərinin hazırlanması – Müəyyən edilmiş son tarixlərə əsasən. Bütün ekspertlər seçildikdən sonra hər bir modul üzrə son tarixlər müəyyən ediləcək

  • Təlimlər və təilm materialları – Cədvəllər British Council və Təhsil Nazirliyi, eləcə də QPM ilə qabaqcadan razılaşdırılacaq. Müvafiq modul hər bir təlimdən öncə tam olaraq hazır olmalıdır.


British Council-in məqsədləri:

British Council-in peşə təhsili baxımından məqsədləri növbəti kimidir:


  • Birləşmiş Krallıqdan partnyor cəlb etməklə Azərbaycanda peşə təhsili sahəsinin inkişafına töhvəsini verməkdir ki, burada da məqsəd Birləşmiş Krallığın peşələrin inkişafına effektik yanaşma, peşə təhsili üzrə olan təcrübəsini paylaşmaqdır;




  • Gənclərə öz bacarıqlarını və məşğulluqlarını artırmağa imkan verəcək imkanları təqdim etməkdir ki, bu da iqtisadi inkişafa və cəmiyyətin stabilliyinə töhfə verəcəkdir.

Birləşmiş Krallıqda və dünya üzrə bacarıqların inkişafına tələb artdığı bir dövrdə British Council innovasiyaları sürətləndirir və yeni əməkdaşlıqlar və imkanları müəyyən edib onları inkişaf etdirmək uğrunda çalışır.




Cədvəl

Göstərilən cədvəlin dəyişməsi mümkündür:




Fəaliyyət

Tarix

Təkliflərin qəbulu forması elan edilir

31 oktyabr 2016

*Aydınlaşdırma sualları

1-6 noyabr 2016

Aydınlaşdırma suallarına cavablar

7-8 noyabr 2016

Təkliflərin göndərilməsi üçün son tarix

18 noyabr 2016

Cavabların qiymətləndirilməsi

23 noyabr 2016

Yekun cavab və qalib(lər)in müəyyən edilməsi

25 noyabr 2016

*Əlavə suallar üçün zəhmət olmasa ilham.yusifov@britishcouncil.az e-mail ünvanı (Ilham Yusifov, Layihə Meneceri, British Council Azerbaijan) ilə əlaqə saxlayın.




Təchizatçının cavabı

Əgər siz bu tenderdə iştirak etmək niyyətindəsinizsə zəhmət olmasa sənədləri alan kimi öz niyyətiniz ilə bağlı ilham.yusifov@britishcouncil.az e-mail ünvanına bildiriş göndərin.


Zəhmət olmasa Təklif formasını dolduraraq 18 noyabr 2016-cı il, Bakı vaxtı saat 17:00-dan gec olmayaraq öz təkliflərinizi ilham.yusifov@britishcouncil.az e-mail ünvanına göndərin.


  • Texnoloji hər hansı bir problemləri nəzərə almaqla əmin olun ki, siz öz təklifinizi vaxtında göndərərsiniz. Sonradan göndərilən təkliflər nəzərə alınmaya bilinər.

  • Təklif formanız ilə tələb olunmağı təqdirdə əlavə sənədlər göndərməyin.

  • Yardımedici sübutlar (ancaq PDF, JPG, PPT, Word və Excel faylları qəbul edilir və digər fayllar istifadə edilə bilinməz) təklifinizi əsaslandırmaq üçün təqdim edilə bilinər. Zəhmət olmasa bütün əlavələrin müvafiq bölmə və suala aid olduğunu göstərən qeydlərin olmasını təmin edin.

  • Yardımedici sübutlar tələb olunan yerlərdə təchizatçı müvafiq dərəcədə bunu sübut etməyə məsuliyyət daşıyır.

  • İstənilən bir suala edəcəyiniz hər hansı bir dəyişiklik sizin cavabın səhv qəbul edilməsinə və 0 balı ilə qiymətləndirilməsinə səbəb olacaq.

  • Cavabların verilməsi və təklifin göndərilməsi British Council tərəfindən müqavilə imzalanmasına təminat vermir.





Qiymətləndirmə meyarları

Bu layihədə qiymətləndirmə zamanı iqtisadi baxımında ən səmərəli və ən keyfiyyətli təklifə üstünlük veriləcək.


Təchizatçının təklifləri onun birinci bölmədəki Vacib və Kənarlaşdırma meyarından keçməsindən sonra qiymətləndiriləcək.
Təkliflərin qəbulu üzrə bu layihəyə müraciət edəcək təchizatçıların cavabları növbəti kriteriya və cavab yükü proporsiyaları ilə qiymətləndiriləcək.


Meyarlar

Cavabın yükü

1-ci bölmə – Vacib və Kənarlaşdırma meyarı

Keçir/Keçmir

2-ci bölmə – Təhsili əmək bazarının ehtiyaclarına əlaqələndirmək üzrə yüksək səviyyədə biliklər

10%

3-cü bölmə – Azərbaycanda kənd təsərrüfatı peşə təhsili üçün kurikulum və modulların hazırlanması üzrə təcrübə. Həmçinin müvafiq sahələr (aqroservis və bitkiçilik ixtisasları və müvafiq fənlər) üzrə təcrübə. Həmçinin tələb olunur ki, layihənin necə icra ediləcəyi ilə bağlı taktikalar da təsvir edilsin

40%

4-cü bölmə – Təlimçilərin təlimatlandırılması proqramlarının keçirilməsində təcrübə

20%

5-ci bölmə – Xərclər/qiymət

20%

6-cı bölmə – British Council-in məqsədlərini başa düşmək

10%

Təqdim edilmiş bütün cavabların qiymətləndirilməsi British Council, BP və Təhsil Nazirliyinin müvafiq sahə üzrə yetərincə təcrübəsi və biliyi olan nümayəndələrindən ibarət olan qiymətləndirmə paneli tərəfindən aparılacaq.


Qiymətləndirmə zamanı yalnız təqdim edilmiş təklifdəki məlumatlar nəzərə alınacaq. Təchizatçılarla öncəki və ya cari əlaqələr nəzərə alınmır, ancaq təchizatçının bu əlaqələri aydın şəkildə nümunə kimi göstərilməsi istisna ola bilər. Qiymətləndirmə ədalətli və şəffaf olacaq.
Hər bir bölmə üzrə qiymətləndirmə növbəti cədvəldə təqdim edilən formada aparılacaq:


Xallar

Təsviri

15

Təchizatçının nəzərdə tutulan nəticələri əldə etməsi üçün tam potensialı və təcrübəsi olduğunu göstərən dolğun və mükəmməl cavab. Detallı cavab bütün tələblərə tamamilə cavab verir və müvafiq nümunələr təqdim edilib.

12

Müəyyən narahatçılıq var ki, təchizatçı bütün nəzərdə tutulan nəticələrə nail ola bilməyəcək və cavabda müvafiq təcrübə kasad detallar ilə təqdim edilib. Bütün tələblərlə cavab verməsi və müvafiq nümunələrin təqdim edilməsi baxımından daha az detallı cavab.

10

Narahatçılıq var ki, təchizatçı bütün nəticələrə nail ola bilməyəcək və təqdim edilən cavabda müvafiq təcrübənin olması ilə bağlı nəzərəçarpacaq boşluqlar var. Tələblərə tamamilə cavab verməsilə bağlı az detallı cavab və uyğun gəlməyən təcrübə təqdim edilmiş və ya ümumumiyyətcə müvafiq təcrübə təqdim edilməmişdir.

5

Təchizatçının nəzərdə tutulan nəticələrə nail ola bilməyəcəyi ilə bağlı ciddi göstəricələr var. Uğurlu şəkildə müvafiq nəticələrin əldə edilməsi ilə bağlı uyğun təcrübə təqdim edilməyib. Cavab tamamilə tələblərə uyğun gəlmir və hər hansı bir xüsusi detallar baxımından çox kasaddır.

0

Tam şəkildə cavab verilməyib və ya təchizatçının tələb olunan nəticələrə nail olması ilə bağlı hər hansı bir müvafiq məlumatı təqdim edilməyib. Cavab verilməyib və ya cavab tamamilə uyğunsuzdur.

Bütün xərclər daxil ən aşağı qiymət qiymətləndirmə kriteriyalarında 20 %-lik yükə sahib olacaq. Digər təkliflər müvafiq % və qiymət asılılılığı ilə qiymətləndiriləcək.


Yekun qiymətləndirmə balı hər bir bölmə üzrə balların əlavə edilməsi ilə hesablanacaq.





Şərtlər və müqavilə tələbləri

Şərtlər
Bu layihə çərçivəsində açıq elan olunmuş elan və digər sənədlər istisna olunmaqla təqdim edilən məlumatlar məxfidir və təchizatçılara British Council tərəfindən olan tələbləri düzgün anlaya bilmələri üçün təqdim edilir və British Council-in icazəsi olmadan onların üçüncü şəxsə ötürülməsinə icazə verilmir.
Təchizatçılarla bağlı bütün müvafiq sənəd və siyasətləri British Council təşkilatının internet səhifəsindən əldə edə bilərsiniz – http://www.britishcouncil.org/new/about-us/jobs/folder_jobs/register-as-a-consultant/policies-for-consultants-and-associates/
Bu sənəd British Council üçün hər hansı bir məhsul və xidmətin göstərilməsi üçün rəsmi təklif deyil və British Council bu məhsul və xidmətlər üzrə müqavilə təqdim etmək üçün cavabdehlik daşımır.
British Council tövsiyyə üçün məlumat tələb etmək hüququna malikdir.
Bu layihə üçün təklif formasının hazırlanması zamanı ortaya çıxan bütün xərclər təchizatçının öhdəliyidir.
QEYD: Səyahət, gecələmə və yeməklə bağlı bütün xərclər öncədən British Council-in layihə meneceri ilə razılaşdırılmalıdır.
Ödəniş və hesab-faktura
British Council düzgün ünvanlanmış və mübahisə doğurmayan hesab-fakturalar üzrə 30 gün ərzində ödənişi həyata keçirəcək. British Council tərəfindən elektron formada hesab-fakturaların hazırlanması ilə bağlı tələb ola bilər.
British Council üçün olan hesab-fakturada başlıca olaraq növbəti məlumat olmalıdır:

  • Təchiz edilən xidmətin təsviri

  • British Council tərəfindən təqdim edilən xidmət sifarişi formasının nömrəsi

  • Mühasibatlığa ünvanlanması

  • Əgər ƏDV tətbiq edilirsə ƏDV və digər əlavələr daxil yekun məbləğ


Müqavilə

Göstərilənlər British Council-in müqavilə qaydaları və şərtləri kimi qəbul edilməlidir. Əgər hər hansı bir narazıçılıq varsa, bu əlavə sənəddə yazılı formada bildirilməlidir.





October 2016

Yüklə 80,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə