Tələbə: Məmmədov Səxavət Müəllim: Aliyev Faiq İxtisas: Neft-qaz mühəndisliyi Qrup: A2221



Yüklə 1,53 Mb.
səhifə1/3
tarix12.04.2023
ölçüsü1,53 Mb.
#105098
  1   2   3
Səxavət təqdimat A2221 psixologiya


Tələbə: Məmmədov Səxavət
Müəllim: Aliyev Faiq
İxtisas: Neft-qaz mühəndisliyi
Qrup: A2221
Fənn: Psixologiya
Mövzu: Ünsiyyətin psixoloji xüsusiyyətləri
Ünsiyyət nədir ?
Ünsiyyət dedikdə, nitq və nitqdən kənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibət nəzərdə tutulur. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Başqa sözlə ünsiyyət iki və daha çox insanın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəlmiş qarşılıqlı təsirinə deyilir.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü ünsiyyət prosesinin məhsuludur.
Tənhalığın iki növünü — fiziki və psixoloji tənhalığı fərqləndirirlər. Tənhalığın ən ağır forması psixoloji tənhalıqdır, yəni insanın insanlar mühitində olmasına baxmayaraq tək qalması, özünə həmsöhbət tapa bilməməsi, kimsənin onunla ünsiyyətə girmək istəməməsidir. Yanq tənhalığın üç tipini fərqləndirir: xroniki, situativ və keçici. Xroniki tənhalıq insanın uzun müddət başqaları ilə ünsiyyət yarada bilməməsidir. Situativ tənhalıq insanın artıq bərqərar olmuş sosial ünsiyyət modelinin dağılmasının nəticəsidir. Keçici tənhalıq isə vaxtaşırı əksəriyyət insanlarda təsadüfi özünü göstərən ötəri bir haldır.
Ünsiyyət situasiyasının iki tipini fərqləndirirlər: şəxsi ünsiyyət və birgə fəaliyyətdə ünsiyyət. Şəxsi ünsiyyətin iki səviyyəsini fərqləndirirlər. Birinci səviyyədə ünsiyyət iki (və ya üç) adamın vasitəsiz təması kimi meydana çıxır, emosional xarakter daşıyır. Ikinci səviyyədə isə tədricən emosional ünsiyyət şəraitində adamlar öz nöqteyi- nəzərlərini izah etməyə, müdafiə etməyə, bir-birilərinin fikirlərini və s. qiymətləndirməyə başlayırlar.

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə