“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının
qanunundan (Çıxarışlar)
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu. №
345 - IIQ , 25 iyun 2002-ci il.
Bu Qanun hər kəsin məlumat, fikir və söz azadlığının, açıq və azad müzakirələr
keçirmək hüququnun təmin edilməsinə yönəldilən televiziya və radio fəaliyyətinin
hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir.
Maddə 35. Reklam yayılması
Maddə 35.10. Televiziya və radio ilə narkotik vasitələrin, silahların, pornoqrafiya-
nın, tütün məmulatlarının, spirtli içkilərin, habelə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə reklamı qadağan olunan digər məhsulların reklamına yol
verilmir.