Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   61


 
TELMAN 
XƏLİLOV,  MAYA ZEYNALOVA 
 
 
 
 
 
 
 
 
QLOBAL 
EKOLOJİ PROBLEMLƏRİ  
(Ali m
əktəblər üçün dərs vəsaiti) 
 
 
Az
ərbaycan 
Respublikası 
T
əhsil 
Nazirliyinin 17.03.2014-cü il 307 
№-li 
q
ərarı ilə təsdiq edilmişdir 
 
 
 
 
 
 
Bakı –  2014 



 
 
 
 
Elmi redaktoru:  prof. 
Ş.Y.Göyçaylı 
R
əyçilər:   
prof. c.e.d. T.H
əsənov 
 
 
 
c.e.ü.f.d. 
N.Ə.Paşayev 
 
 
T.A.X
əlilov,  M.Ə.Zeynalova  Qlobal  ekoloji problemləri  (Ali 
m
əktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013, 212 səh. 
 
D
ərs  vəsaitində  Bakı  Dövlət  Universitetinin  «Ekologiya  və 
torpaqşünaslıq»  və  «Coğrafiya»  fakültələrində  tədris  olunan 
«B
əşəriyyətin  qlobal  ekoloji  problemləri»  mövzusunun  məğzi 
açılır.  
D
ərs  vəsaitində  bəşəriyyətin  tarixi  ərzində  üzləşdiyi  ekoloji 
probleml
ərin  yaranma  tarixi,  onların  yayılma  tarixi,  təzahür 
formaları və bu problemlərlə mübarizə yollarından bəhs olunur. 
D
ərs  vəsaitində  əsasən  Bəşəriyyətin  ən  əsas  qlobal  ekoloji 
probleml
əri,  ətraf  mühitin  mühafizəsi,  qlobal  ekoloji  böhranlar, 
sülh  v
ə  tərksilah,  demoqrafik  problemlər,  ərzaq  problemləri, 
enerji  v
ə  xammal  problemləri,  qlobal  iqlim  dəyişiklikləri,  ozon 
qatı,  qlobal  səhralaşma,  Dünya  okeanının  qlobal  problemləri, 
qlobal  kosmik  probleml
ər, səhiyyə problemləri, narkomaniya və 
terrorçuluq probleml
əri və s. haqda ətraflı məlumat verilir.  
D
ərs  vəsaiti  yuxarıda  göstərilən  fakultələrin  tələbələri, 
magistrl
əri üçün nəzərdə tutulur. Kitabdan doktorant, orta məktəb 

əllimləri və geniş oxucu kütləsi də istifadə edə bilər. 



GİRİŞ 
 
Qlobal,  ümumplanetar  ekoloji  probleml
ərin  yaranması  – 
yeni, insan h
əyatına XX əsrdə daxil olmuş problemdir. İnsan 
daima 
ətraf mühitlə əks münasibətdə olmaqla – qazır, sökür, 
yandırır və planetin sərvətlərini məhv edir, suyun və havanın 
strukturunu  d
əyişir,  torpaqların  məhsuldarlığını  azaldaraq 
ka
sıblaşdırır və bu idarə olunmayan prosesi bəşəriyyətin in-
kişafı adlandırırlar. Bu vaxta qədər sürətlə inkişaf edən Yer 
kür
əsi əhalisini təbii resurslarla təmin etməkdə heç vaxt ətraf 
mühit
ə belə təhlükəli formada narahatçılıq olmamışdır. Əv-
v
əllər insan heç vaxt ətraf mühitə belə qüvvətli təsir etmə-
mişdir. 
Antropogen  ekoloji  f
əlakətlərdən  fərqli  olaraq  insanın 
biotaya  (biosferin  bütün 
canlı  orqanizmlərinin  cəmi)  təsir 
ed
ən  indiki  epoxası  qlobal  xarakter  alır,  bir  və  ya  bir  neçə 
ekosisteml
ərlə kifayətlənməyərək bütün planeti əhatə edir. 
Elmi-texniki  inqi
labın  təsiri  biosferin  iri  miqyaslı  dəyiş-
dirilm
əsinə gətirib çıxarır, dərin izlər buraxaraq ekoloji təza-
hürl
ərin yaranmasına səbəb olur. Elə bütün bunlara görə də 
ekoloji  probleml
ər  müasir  dünyanın  ən  vacib  qlobal  prob-
leml
ərinə çevrilərək, siyasi əhəmiyyət kəsb edir. 
Yerin  t
əkamülündə  iri  miqyaslı  hadisələrlə  dolu  olan 
müasir  dövr, 
qarşılıqlı, intensiv inkişaf edən sosial-tarixi və 
t
əbii-tarixi amillərlə xarakterizə olunur. 
Əvvəllər  heç vaxt bütün bəşəriyyətin özü üçün təhlükəli 
olan  probleml
ər  baş  verməmişdir.  Bu  problemlərə  sülh  və 
t
ərksilah, demoqrafik, ərzaq problemləri, müasir səhralaşma, 
kosmik probleml
ər, vulkan püskürmələri, zəlzələ, sunamilər, 
fırtınalar,  tornadolar  və  s.  kimi  iqtisadi,  sosial,  milli,  o 
cüml
ədən qlobal vəziyyət almış ekoloji problemlər daxildir. 
Bu 
insanların əvvəlki minilliklərdə rast gəlmədiyi haldır. 



İnsanın  tarixi  dövrünün  ən  müxtəlif,  qarmaqarışıq,  bir-
birini  t
əkzib  edən  hadisələrlə  dolu  olan  XX  yüzillik  başa 
çatmışdır.  
Bu  yüzillik  b
əşəriyyət üçün böyük elmi kəşflər gətirmiş, 
istehsal  al
ətlərinin  və  texnikanın  böyük  inkişafına  səbəb 
olmuş,  tatolitar  və  müstəmləkə  rejimlərini  dağıtmış,  Yerin 
cazib
ə qüvvəsini aşmışdır. 
Lakin  bu  yüzillikd
ə  vəhşi  müharibələr  və  xalqların  soy-
qırımı baş vermiş, təbiətin və mədəniyyətin dağılması, iştah-
ların  çox  və  qəddar  olması  əsri  kimi  də  yaddaşlarda  qal-
mışdır. 
İnsan eyni halda yaradan və dağıdan rolunu oynadı, onun 
t
əxəyyülü öz mənfi tərəfini göstərdi. 
İki minilliyin sərhəddində insan biosferin tükənməsi prob-
lemi  il
ə (neft, qaz, kömür, dəmir,  mis,  mineral gübrələr və 
b.)  v
ə  bizim  həyatımızı  təmin  edən  müasir  yaradıcı  sis-
teml
ərlə  (torpaq,  su,  atmosfer,  meşə,  bioloji  müxtəliflik  və 
s.) üzl
əşməli oldu. 
Bu  prosesl
ərin xarakteri alimlər tərəfindən tarixdə sürətli 
proses  kimi 
proqnozlaşdırılır, bu proses başlandıqdan sonra 
is
ə  bütün  biosferi  dayandırmaq,  qarşısını  almaq  mümkün 
olmayan  f
əaliyyətini  azaldaraq,  primitiv  vəziyyətə  düşmə-
sin
ə  səbəb  olacağını  göstərirlər.  Bu  halda,  insanların  yaşa-
ması  üçün  yararlı  olan  rayonların  ərazisi  azalacaq,  onların 
keyfiyy
əti pisləşəcək və Yerin demoqrafik tutumu azalacaq. 
Ekoloqların  yekdil  rəyinə  görə  belə  fəlakətli  fazanın 
başlanmasına və dəyişməsinə çox az vaxt qalır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə