Temperaturun tənzimi



Yüklə 180,19 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü180,19 Kb.
#74354

background image
                                           

Temperaturun tənzimi 

İnsan və ali heyvanların bədən temperaturu müəyyən müddətə optimal 

səviyyəsindən kənara çıxması yol verilən plastik konstantalardan biridir. Bədən 

temperaturu müxtəlif toxuma fermentlərinin fəaliyyəti ilə şərtləşdirilən orqanizmin 

həyat fəaliyyətinin optimal səviyyəsini təmin edir. İnsan bədəninin ayrı-ayrı 

hissələrində temperaturun optimal səviyyəsi 35-39 dərəcə arasında tərəddüd edir. 

Bu göstəricinin bu və ya digər tərəfə uzun müddətli dəyişilməsi normal həyat 

fəaliyyəti proseslərini əhəmiyyətli dərəcədə pozur. 

  Bədənin temperatur göstəricilərinin qiymətinə görə 

normotermiya,hipotermiya(25-34 dərəcə)və hipertermiya(43 dərəcə ayırd olunur). 

 Homoyotermiya(homeotermiya). Ali heyvanlar və insan bədən temperaturunu 

metobolik proseslərin optimal gedişi üçün lazım olan çərçivədə saxlamaq 

qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət homoyotermiya adlanır. Bədən 

temperaturunun sabitliyini saxlaya bilən canlılar homoyotermik adlanırlar. 



Poykilotermiya. Elə heyvanlar var ki,onlar bədən temperaturunun sabitliyini 

saxlaya bilmirlər. Onların bədən temperaturu daim ətraf mühitin temperaturundan 

asılı olur. Belə heyvanlar poylikotermik adlanırlar. Poylikotermiklərə balıqlar,suda-

quruda yaşayanlar-sürünənlər aiddirlər. 



Heterotermiya. Aralıq qrup heyvanlar-heterotermdir. Belə heyvanlar fakultativ 

homoyo- və poykilotermiya nümayiş etdirirlər. Məsələn,yarasa uçuş zamanı 

homoyotermiya,lakin otağda vertikal asılmış vəziyyətdə olduqda-poykilotermiya 

qabiliyyətinə malikdir. Qış yuxusuna gedən heyvanlar qış yuxusu zamanı fakultativ 

poykilotermiya göstərirlər. 

 Temperaturun tənzimi adaptiv reaksiya kimi. Termotənzimin göstərilən hər bir 

forması müvafiq həyat şəraitləri üçün optimaldır. Ekstremal şəraitlərdə 

temperaturun kəskin dəyişikliklərinə qarşı homoyoterm heyvanlar stress reaksiyası 

ilə cavab verirlər. Stress reaksiyalarının köməyi ilə heyvanlar bədən 

temperaturunun optimal səviyyəsini saxlayırlar. Homoyotermiya insanın fərdi 

həyatında yaranır. Yenidoğulmuş uşaq poykiloterm olur və soyuqda soyuma 

nəticəsində həlak ola bilər. Ətraf temperaturun kəskin dəyişiklikləri müşahidə 



olunan ekstremal şəraitlərdə poykiloterm heyvanlar buna hipo- və anabioz

 

Yüklə 180,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə