Təqsirsizlik prezumpsiyanın pozulması sahibkarların iştirak etdikləri məhkəmə proseslərinə və onların biznesinə necə təsir edir?



Yüklə 127,29 Kb.
Pdf görüntüsü
tarix05.09.2018
ölçüsü127,29 Kb.
#66854


Təqsirsizlik prezumpsiyanın pozulması sahibkarların 

iştirak etdikləri məhkəmə proseslərinə və onların 

biznesinə necə təsir edir?

Bakı 


28 oktyabr, 2016

ABİL BAYRAMOV


Təqsirsizlik prezumpsiyası nədir?

Təqsirsizlik  prizumpsiyasına  əsasən  cinayət  törədilməsində  təqsirləndirilən 



hər  bir  şəxs,  onun  təqsiri  qanunla  nəzərdə  tutulan  qaydada  sübuta 

yetirilməyibsə  və  bu  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü 

yoxdursa,  təqsirsiz  sayılır.  Şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  olsa  belə, 

onun təqsirli bilinməsinə yol verilmir.




İşgüzar nüfuz nədir?

İşgüzar nüfuz dedikdə, fiziki və hüquqi şəxsin peşəkarlıq keyfiyyəti və ictimai 



fəaliyyəti haqqında formalaşmış müsbət ictimai rəy başa düşülür.

Hüquqi  şəxsin  işgüzar  nüfuzuna o  zaman  qəsd  edilir  ki,  onun 



təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatlar yayılır, haqsız 

rəqabət  üsul  və  vasitələrindən  istifadə olunur  (təsərrüfat  fəaliyyətinin 

nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) və s. 



İşgüzar nüfuzun ləkələnməsi nələrə səbəb ola bilər?

Sahibkarlıq subyektinin tərəf olduğu mübahisə üzrə məhkəmə baxışı zamanı 



ədalətli qərarın qəbul edilməsi imkanlarının azalması

Sahibkarlıq subyektinin istehsal etdiyi mal və xidmətlərdən imtina olunması 



nəticəsində gəlirlərinin azalması.

Sahibkarlıq subyektinin bazarda yerini itirməsi və fəaliyyətinə xitam vermək 



məcburiyyətində qalması.


İşgüzar nüfuzu necə qorumalı?

Sahibkarlıq  subyekti  onun  işgüzar  nüfuzunu  ləkələyən    məlumatların 



məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin 

məlumatları  yaymış  şəxs  onların  həqiqətə  uyğun  olduğunu  sübuta 

yetirməsin.  Faktik  məlumatlar  natamam  dərc  edildikdə  də,  əgər  bununla 

şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda 

tətbiq edilir.  

Əgər  sahibkarlıq  subyektinin  işgüzar  nüfuzunu  ləkələyən  məlumatlar 



kütləvi  informasiya  vasitələrində  yayılmışdırsa,  həmin  kütləvi  informasiya 

vasitələrində  də  təkzib  edilməlidir.  Əgər  göstərilən  məlumatlar  rəsmi 

sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı 

olan  şəxslərə  məlumat  verilməlidir.  Digər  hallarda  təkzib  qaydasını 

məhkəmə müəyyənləşdirir.



İşgüzar nüfuzu necə qorumalı?

Kütləvi  informasiya  vasitələrində  hüquqlarına  və  ya  qanunla  qorunan 



mənafelərinə toxunan məlumatlar dərc edilmiş sahibkarlıq subyektinin həmin 

kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

İşgüzar  nüfuzunu  ləkələyən  məlumatlar  yayılmış  sahibkarlıq  subyektinin 



həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş 

zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Əgər sahibkarlıq subyektinin işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış 



şəxsi  müəyyənləşdirmək  mümkün  deyildirsə,  barəsində  bu  cür  məlumatlar 

yayılmış  şəxsin  (fiziki  və  ya  hüquqi  şəxsin)  ixtiyarı  var  ki,  həmin 

məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

 



Pozuntuya aid nümunələr

Saxta əmtəənişanı ilə işləyən sex aşkarlandı – Xəzər TV, 7 sentyabr 2016-cı 



il, Ana xəbər bülleteni, saat 21:12

Yararsız məhsullar məhv edildi – Monitorinq (http://axar.az/news/60956)



Bakıda 


“leş 

şəbəkəsi”ni 

kim 

himayə 


edir? 

(http://365.az/az/view/14445/yol-polisi-yoxsa-aile-biznesi-ramiz-zeynal

ov-eras-bitir/?#.WBEDVS2LRnI)

GEM  tərəfindən  aparılan  yoxlamalar  zamanı  bir  sıra  obyektlərdə  sanitariya 



sahəsində 

nöqsanlar 

aşkar 

edilmişdir 



(http://sehiyye.gov.az/xeberler/40-gem-trfindn-aparlan-yoxlamalar-zam

an-bir-sra-obyektlrd-sanitariya-sahsind-nqsanlar-akar-edilmidir.html)



Nabrandakı  «Atlant»  və  «Malibu»  istirahət  mərkəzlərində  yoxlama  aparılıb, 



qanun pozuntuları aşkarlanıb (http://www.live.az/index.php?newsid=2477)


Diqqətinizə görə təşəkkür edirik!

Yüklə 127,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə