KBT Я25
UOT (059)
Baş redaktor:
Kərim Tahirov,
professor,
Əməkdar mədəniyyət işçisi
Məsul katib:
Nailə Alışova
Redaktor: Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
Əlamətdar və tarixi günlər təqvimi -
2017 /M.F.Axundov ad. Azərbaycan
Milli Kitabxanası; baş red. K.Tahirov;
red. G.Səfərəliyeva; məsul katib
N.Alışova.- Bakı, 2016.- 420 s.
ISBN 978 9952 504 47 7
©
Azərbaycan Milli Kitabxanası, 2016.
2017
ƏZİZ OXUCULAR!
Sizə təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər
təqvimi” 1961-ci ildən nəşr edilir. 1970-ci ilin oktyabr ayın-
dan
“Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin
nəşri 1992-ci ildə dayandırılmış, 2005-ci ildən isə yenidən
“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olunmağa
başlanmışdır.
Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, möv-
zu üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş,
əhatəli məlumat mənbəyi kimi formalaşdırılmışdır.
Təqvimi nəşr etməkdə məqsəd geniş oxucu kütləsinə və
mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi, mədəni,
elmi həyatında baş verən mühüm əlamətdar hadisələri və baş-
qa dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır. Mədəniyyət
işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və əsasən
də kitabxana işçiləri üçün nəzərdə tutulan bu vəsaitin hər bu-
raxılışının müqəddiməsində nəşrin məzmunu, forması geniş
şəkildə açılır.
Təqvimin bu dəfəki sayı dahi Azərbaycan şairi, mütəfək-
kiri və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin 300 illik
yubileyinə həsr olunmuşdur.
Mоlla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biridir. Vaqif yaradıcılığı ilə
Azərbayçan şеiri tarixində yеni bir dövr başlanmış, Vaqif liri-
kası ilə pоеziyada yеni bir səhifə açılmış, pоеziyamızda nik-
bin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş
hissləri qüvvətlənmişdir.
2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proq-
ramı çərçivəsində Qazaxıstan, İran və Türkiyənin dəstəyi
ilə ölkəmizin təklifi əsasında böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600, Molla
Pənah Vaqifin anadan olmasının 300 (1717-1797), eləcə də
Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınması-
nın 200 (1817) illik yubileyləri qeyd ediləcək.
Qeyd etmək lazımdır ki, YUNESKO-nun yubileylər
proqramına təqdim edilən şəxsiyyətlər və hadisələr təsadüfi
seçilmir. Belə ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin
beynəlxalq səviyyədə qeyd edilməsi ilə M.P.Vaqifin yaşa-
yıb yaratdığı Qarabağ xanlığının tarixinin canlandırılması
nəzərdə tutulur.
Təqvimdə Molla Pənah Vaqifin həyat və fəaliyyətinə dair
zəngin məlumatlar öz əksini tapmışdır.
Təqvimdə 2017-ci ildə yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlər haqqında məlumatlar və
əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir:
Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-
ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq;
Mədəniyyət. Maarif. Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.
Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.
Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən
görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir.
Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin
başvermə tarixi göstərilmişdir.
2017-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr” bölməsindən
məlumat əldə etmək olar.
Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-
rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir.
Təqvim materialları üçün ədəbiyyat seçilərkən ən yeni və məzmunca uyğun kitablara, jurnal və qəzet
məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük
verilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı
bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;
Е-ma
il: metodik@anl.az
Təqvim - 2017
3
Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-
miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il
müəyyən heyvan işarəsi altında keçir. Şərqdə çox
məşhur olan bu təqvimə əsasən 2017-ci il Xoruz
(ədabaz) ilidir. Xoruz ilində dünyaya gələnlərin xa-
rakteri aşağıdakı kimidir:
Xoruz xəyalpərvərdir
.
O, ağzına gələni danış-
maqdan çəkinmir və bəzən özünü təcavüzkar apa-
rır. Açıqürəkli və səmimi olub sözü üzə deyəndir.
Düşündüyünü deyir. Bu, Xoruzu eqoizmə aparır.
Başqalarının zəifliklərini bağışlamır, güzəştə get-
mir; elə ona görə də diplomatik karyeraya doğru
yola bağlıdır.
Xoruz mühafizəkardır. Hətta özünə ziyanlı olsa
da, tamamilə haqlı olduğunu güman edir. Heç kimə
etibar etmir, yalnız özünə bel bağlayır. Eyni zaman-
da səxavətlə məsləhətlər verir.
Xoruz mücərrəd, boş xəyallara qapılaraq özünü
qəhrəman kimi təsəvvür edir. O, filosofdur, ancaq
burnundan uzağı görmür.
Xoruz utancaq deyil, əksinə igid və cəsarətlidir.
Lazım gəlsə öz həyatını riskə qoya bilir. Ondan
yaxşı döyüşçü çıxır.
Əslində lovğa olub, iş görməkdən daha çox da-
nışır. İntim münasibətlərdən daha çox cəmiyyət
arasında zahirən parlamağa üstünlük verir. Böyük
zəhmətkeşdir. Çox vaxt öhdəsinə gücü çatandan ar-
tıq iş götürür.
Xoruz pulu ağır əməklə qazanır.
Uğurlu fəaliyyət sahəsinə düşsə, var-dövlət də
qazana bilər.
Xoruz ili
Ə d ə b i y y a t
Xoruz ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.142.
Xoruz ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed.: İ.İsgəndərov,
M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.- S.76-77.
Xoruz ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.146-147.
Xoruz hamının diqqət mərkəzində olmağı se-
vir. Çox xəyalpərvər olsa, avara-filosofa çevrilər
ki, bu da özünə diqqəti cəlb etməyin bir üsulu-
dur.
Xoruz kənd təsərrüfatına meyillidir, insanlar-
la işləməyi sevir. Çox bədxərcdir; qazandığını
daima xərcləyir. Çox vaxt müflisləşmə, yoxsul-
laşma ilə üzləşir. Heç vaxt qənaətcil ola bilmir.
Sevgidə istədiyi adamı çətinliklə əldə edib
saxlaya bilir.
Kişi-Xoruz qadınların cəmiyyətini xoşlayır.
Xoruz ailəcanlı və mühafizəkar Öküzlə xoş-
bəxt olacaq. O, İlanla birlikdə filosofluq edəcək.
Əgər vasitəçi ilə hərəkət etsə Əjdahadan və
xüsusilə bu Əjdaha-qadındırsa, tamamilə ondan
razı qalacaq. Pişikdən uzaq qaçmalıdır. O, Xoru-
zun ədabazlığına nifrət edir.
Xoruzun həyatının hər üç mərhələsində həm
maliyyə cəhətdən, həm də hissiyyat baxımından
qabarma və çəkilmələr olacaq. Onun həyatı yox-
sulluqdan zənginliyə doğru, ideal məhəbbətdən
sevginin ən yaramaz təzahürlərinə qədər
dəyişəcək. Lakin qocalığı xoşbəxt olacaq.