TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.

səhifə1/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



 

 

TERMİNLƏRİN İZAHLI LÜĞƏTİ 

 

İctimai, siyasi, hüquqi, iqtisadi, coğrafi və tarixi terminlərin ümumi izahli lüğəti 



mütəmadi yenilənir

 

 

 



 

İrad və təkliflərinizi 

elchinya@yandex.ru

 elektron poçt ünvanına göndərə bilərsiniz. 

 

 

Terminlər və 



sözlər 

Sahə 

Açıqlaması 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



38-ci paralel 

siyasi 


1950-1953-cü illərdə Koreyada vətəndaş  müharibəsi nəticəsində Şimali  və Cənubi Koreya arasında 

çəkilmiş dünyada yeganə süni sərhəd 



Abissal zona 

coğrafi 


Dünya  okeanının  dibində  okean  tipli  litosfer  tavası  üzərində  yerləşən,  təqribən  3000-3500m-dən 

aşağı dərinlikdəki düzənliklər 



Abolisionizm 

coğrafi 


ABŞ-da  və  Latın  Amerikasında  XVIII  -  XIX  əsrlərdə  qul  ticarətinin  və  zənci  köləliyinin  ləğvi 

uğrunda ictmai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa 

və Rusiya  kimi ölkələrdə də dəstək qazanmışdır. ABŞ-da  abolisionizm  əsasən  köləliyin ittihamı  və 

ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun 

başçılığı  ilə  köləliyin ləğv edilməsi uğrunda  üsyan başladı. ABŞ-da  1861-1865-ci  illəri  əhatə  edən 

vətəndaş  müharibəsi  başa  çatdıqdan  sonra  hüquqi  cəhətdən  köləlik  ləğv  edildi.  Köləliyin  ləğvində 

XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli 

gələn  daha  geniş  ictimai-siyasi  hərəkatların  mühüm  tərkib  hissəsi  kimi  abolisionizm  ümummilli 

məsələlərin həllinə təsir göstərmişdir. 

Aborigenlər 

coğrafi 


Hər hansi bir ərazinin, ölkənin qədim, yerli sakinləri 

Abraziya 

coğrafi 


Dəniz, göl və su anbarı sahillərində parçalanma və yuyulma prosesi və ya çayların sahildə gördüyü 

dağıdıcı təsir. 



Absenteizm 

hüquqi 


Vətəndaşlıq vəzifəsini yerinə yetirməkdən (seçkidən, səsvermədən) boyun qaçırmaq 

Ada 

coğrafi 


Hər tərəfdən su ilə əhatə olunan, kiçik quru sahəsi 

Ağ ev 

siyasi 


Vaşinqtonda ABŞ prezidentinin iqamətgahı 

Ağ koloniyalılar 

tarixi 


İngiltərə və digər Avropa ölkələrindən köçüb gələnlər, lakin İngiltərəyə tabe olanlar. 

Ağ plan (Vays) 

tarixi 


Hitlerin Polşaya basqın etdiyi gün 1 sentyabr 1939-cu il 

Axill dabanı 

tarixi 


Ən zəif cəhət, tez zədələnən yer. Qədim yunan əsatirində Parisin oxu Axili ölümcül yaralayır. 

Ailə 

hüquqi 


Qohumluq  və  ya  qanunvericiliklə  müəyyən  olunmuş  digər  xüsusiyyətlərə  görə  bağlılığı  olan,  birgə 

yaşayan,  ümumi  ev  təsərrüfatına  malik  şəxslər  və  yaxud  tənha  yaşayan  şəxslər  (“Ünvanlı  dövlət 

sosial yardımı haqqında” Qanundan) 

Ailədə 

adambaşına düşən 

orta gəlir 

hüquqi 


Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti (“Yaşayış minimumu haqqında” Qanundan) 

Ailənin gəlirləri 

hüquqi 


Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, 

ailə  üzvlərinə  məxsus  əmlakdan,  şəxsi  yardımçı  təsərrüfatdan  əldə  olunan  və  yaxud  əldə  oluna 

biləcək  pul  və  natural  formada  gəlirlərinin  toplusu  (“Ünvanlı  dövlət  sosial  yardımı  haqqında” 

Qanundan) 



Ailənin  orta  aylıq 

gəliri 

hüquqi 


Ailənin gəlirinin orta aylıq göstəricisi (“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundan) 

Akın 

coğrafi 


Qazaxlarda, qırgızlarda və s. xalq şairi 

Akkumulyasiya 

coğrafi 


(lat. accumulatio - toplanma) Yumşaq süxurların gətirilib çökək sahələrdə toplanması, çökməsi 

Bu  prosesləri  əmələ  gətirən  amillərdən  aslı  olaraq  Akkumulyasiya  su,  külək(eol),buzlaq  ,vulkam 

Akkumulyasiya  ayrılır.Akkumulyasiya  düzənliklər  qurunun  keçmişdəki  çayların  gətirdiyi 

materiallarla (çınqıl,qum,qumdaşı,gil və.s) ,buzlaq çöküntüləri ilə,vulkan püskürmələri məhsulları və 

eol çöküntüləri ilə  dolması nəticəsində  əmələ  gələn düzənliklərdir.Akkumulyativ relyef-dəniz  ,çay, 

göl,  buzlaq  çöküntülərinin,  qravitasiya  toplantılarının  və  vulkan  məhsullarının  (lava,  vulkan  külü 

və,s)  toplanması  nəticəsində  əmələ  gələn  relyef  formalarının  məcmusudur.Mənşəyinə  görə  :  su 



 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

Akkumulyasiya  relef  formaları  (su-Akkumulyativ  düzənliklər,  prolüvü-delüvi  şleyflər,  gətirmə 

konusları,  deltalar  və.s  );  buzlaq  Akkumulyativ  relyef  formaları  (morenlər,drumlinlər  və.s)  ;  Eol  

Akkumulyativ  relyef    formaları  (  dyunlar  ,barxanlar  və.s)  ;  qravitasiya  formaları  (uçqunlar  və.s) 

Akkumlyativ düzənliklər: Missisipi; 



Akropol 

tarixi 


Yunanca "yuxarı şəhər". Mənası rus Kremlinə uyğundur. 

Aksept 

iqtisadi 

Müəyyən  şərtlərlə  müqavilə  bağlanması  təklifinə  razılıq.  Əmtəə  və  xidmətlər  üzrə  nağdsız 

hesablaşmalarda  alıcının  haq-hesab  və  əmtəə  sənədləri  əsasında  və  yaxud  əmtəəyə  görə  ödənişə 

razılıq verməsi 

Aksesiya 

müqaviləsi 

siyasi 


Bir dövlətin başqa dövlət arasındakı müqaviləyə qoşulması haqqında müqavilə 

Aksiom 

siyasi 


Elmdə sübutsuz qəbul edilən müddəa 

Aksiz 

iqtisadi 

Dövlətin xəzinəsini doldurmaq məqsədilə çoxişlənən mallara (duz, tütün və s.) qoyulan dolayı vergi, 

həmçinin belə verginin yığmaqda məşğul olan təşkilat 



Akt 

hüquqi 


(lat. actus — fəaliyyət) Müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o 

bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir. 



Aktual 

siyasi 


Müasir dövrün tələblərindən irəli gələn 

Akvatoriya 

coğrafi 


(lat. Aqua — su və ərazi) Yaxınlıqdakı hər hansı obyektə aid edilən su sıthinin bir hissəsi 

Aqlomerasiya 

coğrafi 


(lat. Aqioniero  — bir1omo, toplanma)  — Bir­birinə  yaxın yerləşən  yaşayış  məntəqələrinin daha iri 

şəhərinin dairəsinə cəlb olunaraq onunla birləşməsi nəticəsində yaranan şəhər sistemi 

Şəhər əhalisinin, təsərrüfatının, dərininə və eninə artması, genişlənməsi 

Aqoniya 

 

Ölümqabağı durum 



Aqrar-sənaye 

kompleksi 

coğrafi 


Kənd təsərrüfatı və onunla bağlı olan sənaye sahələri sistemi 

Albion 

tarixi 


Britaniya adalarının qədim adı 

Ali 

arbitraj 

məhkəməsi 

hüquqi 


AR Konstitusiyası qüvvəyə mindiyi gündən iqtisad məhkəməsi adlanır. 

Allüvial düzənlik 

coğrafi 


Çay çoküntülərindən əmələ gəlmiş düzənlik 

Alp qırışıqlığı 

coğrafi 


Kaynozoy erasında  Yer qabığının  müxtəlif  yerlərində  baş  vermiş  və  indi də  davam edən qırışıqlıq 

mərhələsi 



Alp 

və 

subalp 

çəmənliyi 

coğrafi 


2000-3000 m hündürlüklərdə yerləşən uca dağ çəmənliyi 

Alyans 

siyasi 


İttifaq, birləşmə 

Amfora 

tarixi 


Qədim Afinada iki qulplu dar boğazlı qab 

Amil 

tarixi 


Xilafət vaxtı mülki işlərə və vergi toplanmasına nəzarət edən şəxs 

Amnistiya 

hüquqi 


Ali  hakimiyyət  orqanı  tərəfindən  verilən  və  cinayət  törətmiş  şəxslərin  cəzadan  qismən  və  ya 

tamamilə azad edilməsini,yaxud bu şəxslər barəsində məhkəmənin təyin etdiyi cəzanın daha yüngül 

cəza ilə əvəz edilməsini nəzərdə tutan akt 

Anarxiya 

siyasi 


Rəhbərsizlik, hakimiyyətsizlik, özbaşınalıq 

Animizm 

tarixi 


İbtidai insanların hər şeydə ruh olmasına inanması 

Anşlus 

siyasi 


Daxiletmə, birləşdirmə 

Antanta bloku 

tarixi 


1904-1907-ci  illərdə  Rusiyanın,  İngiltərənin  və  Fransanın  hərbi-siyasi  bloku  olaraq  yaradılmışdır. 

1915-ci  ildə  İtaliya  və  Yaponiya  da  bu  ittifaqa  qoşuldu.  Antanta  bloku  “Üçlər  İttifaqına”  cavab 

olaraq, alman hegemonluğuna qarşı yaradılmışdı. I Dünya Müharibəsi Antanta blokunun qalibiyyəti 

ilə başa çatmışdı. 



Antik 

tarixi 


Qədim 

Antiklinal 

coğrafi 


Yer qabığında süxurların qabarıq yatım forması 

Antisemitizm 

siyasi 


Almaniya faşistlərinin yəhudilərə qarşı tətbiq etdikləri milli və dini ayrı-seçkiliyin ifrat forması 

Antisiklon 

coğrafi 


Atmosferin qapalı yüksək (mərkəzdə) təzyiq sahəsində havanın burulğanvari hərəkəti 

Antropogen 

coğrafi 


İnsanın ətraf mühitə təsiri nəticəsində yaranan dəyişiklik 

Aparteid 

siyasi 


İrqi  ayrı-seçkiliyin  ən  kəskin  forması.  bir  qrup  əhalinin  yaşamaq  üçün  zəruri  olan  hər  şeydən 

məhrum  edilməsi.  Aparteid  genosidi  xatırladır  və  onun  bir  növü  hesab  olunur.  1990-cı  illərin 

əvvəllərinə qədər CAR-ın hakim dairələri aparteid siyasətini yerli əhaliyə qarşı aparmışdır. Müasir 

beynəlxalq hüquq qaydaları aparteidi bəşəriyyətə qarşı cinayət sayır. 



Arakçeyevçilik 

tarixi 


I-ci Pavelin və I Aleksandrın çarlığı illərində kobud hərbiçilik, ağır polis rejimi 

Areal 

coğrafi 


(lat. area – sahə) Hər hansı komponentin (bitki, heyvan, xalq) yayıldığı sahə 

Areopaq 

tarixi 


Qədim Afinada ali məhkəmə 

Arxeoqrafiya 

tarixi 


Qədim yazı abidələrini toplamaq, tədqiq, şərh və nəşr etməklə məşğul olan elm sahəsi 

Arxeologiya 

tarixi 


Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. 

İlk  ibtidai  insanların  meydana  gəlməsi,  inkişaf  etməsi  və  formalaşması  tarixinin  öyrənilməsi 

arxeologiya  elminin  ən  əsas  vəzifələrindən  biridir.  Arxeologiya  elmi  insanlığın  uzaq  keçmişini 

maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. 



Arxipelaq 

coğrafi 


Bir-birinə yaxin yerləşən eyni mənşəli adalar qrupu 

Arxivşünaslıq 

tarixi 


Arxiv işinin metodologiya və üsullarını tədqiq etməklə məşğul olan elm 

Ariadna sapı 

tarixi 


Krit  çarı  Minonun  qızı  Ariadna,  Afina  qəhrəmanı  Teseyə  verdiyi  bir  yumaq  sap  onu  labirintdən 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə